Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-147/2025 21.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il Masallı rayonu Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis serjantı rütbəsində olmaqla Masallı rayon X4 rabitə qrupunun kiçik inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Masallı rayonu Musaküçə kənd sakini Zərərçəkmiş şəxs2, sonuncunun oğlu X3 istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamı Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı Vüqar Dadaşovu məhkəmə zalından azadlığa buraxdıracağı adı ilə yalan vəd verməklə onu özünə inandırıb, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq 28 aprel 2023-cü il tarixdə Masallı rayonu Musaküçə kəndinin ərazisində yerləşən “Oba market”in qarşısında 15.000 (on beş min) manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, polis serjantı rütbəsində olmaqla, Masallı rayon X4 rabitə qrupunun kiçik inspektoru vəzifəsində işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Masallı rayonu Çayqıraq kənd sakini Zərərçəkmiş şəxs1 övladı X10 rayon polis şöbəsində polis nəfəri kimi işə düzəldəcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs1 özünə inandırıb, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq 2023-cü ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Masallı rayonu Çayqıraq kəndində yerləşən fərdi yaşayış evinin həyətində 6000 (altı min) manat pulunu şəxsən, 2023-cü ilin iyun ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə 7000 (yeddi min) manat məbləğində pulunu isə atası Şahid7 vasitəsi ilə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Heç bir əlavəsi yoxdur. Suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 oğlu Şahid3 kömək etmək üçün ona müraciət etmişdir. Zərərçəkmiş şəxs2 dəymiş 15000 manat ziyanı tam olaraq ödəmiş, lakin əlavə olaraq faiz istəyir. Zərərçəkmiş şəxs1 isə Şahid6 adlı tanışı vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək həbslə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğlu Şahid6 vasitəsi ilə tanımışdır. Amal oğlunu post patrul xidmətinə işə düzəltməli idi. Təqsirləndirilən şəxs oğlunu işə kimi vasitəsi ilə düzəldəcəyini deməmişdir. Pulu verəndən sonra bilmişdir ki, Amal onu aldatmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, oğlu X8 cinayət işi üzrə tutulmuşdur. On bir gün oğlunun tutulması ilə maraqlanmamışlar. Sonradan qonşuları Şahid4 onlara gəlmişdir. Şahin tanış adamı olduğunu və onunla işi bəlkə danışaraq həll etmək olduğunu bildirdiyi üçün o, dözə bilmədiyindən oğlu Röyal və qonşusu Şahin Amal ilə danışmaq üçün görüşə getmişlər. Amal onlara işin 15000 manata başa gələcəyini, axşam danışıb səhər onlara məlumat verəcəyini demişdir. Onun imkanı olmadığından elə həmin günü 5300 manat öz adına kredit götürmüş, 11000 manatı isə borca almışdır. Sonra Amal ilə telefonla əlaqə saxlamışlar, Amal “OBA” marketin yanında maşında gözlədiyini bildirmiş və ora gəlməklərini demişdir. O, da Röyal və Şahin ilə birlikdə Amala pulu vermək üçün onun yanına getmişdir. Maşının içində Amala 100 ədəd 100 manat və 25 ədəd 200 manat əskinaslardan ibarət 15000 manat pul vermiş və o, pulu sayıb götürmüşdür. Amal oğlunun 4 ay yatmalı olduğunu və sonra azadlığa buraxılacağını bildirmişdir. Daha sonra evə getmişlər və 4 ay gözləmişlər. Lakin 4 ay sonra oğlunun hələ də, buraxılmadığını görüb Amal ilə öz evində yenidən görüşmüşlər və ondan oğlunun hələ də, nəyə görə buraxılmadığını soruşmuşdur. Amal isə oğlunun buraxılmasının yavaş-yavaş olacağını demiş və telefon nömrəsini verərək 7 gün 24 saat nə zaman istəsələr ona zəng edə biləcəklərini, onları aldatmadığını demişdir. Lakin onlar Amalın onları aldadaraq pulu özünə götürərək dələduzluq etdiyini başa düşmüşlər. Amal 15000 manat maddi ziyanı tam olaraq qaytarsa da, bankdan kreditə götürdüyü pul üçün ödəməli olduğu 3700 manat faiz pulunu ondan tələb edir. Təqsirləndirilən şəxs ilə barışmadığını, 3700 manat faiz pulunu tələb etdiyini bildirərək ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, istintaqdakı ifadəsini təsdiq edirəm. X13 işə düzəltmək üçün Amala 13000 manat pul vermişlər. Amal dəymiş ziyandan 11000 manat qaytarmış, 2000 manat pul isə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, qardaşı X6 7-8 gün olar ki, tutulmuşdur. Onlar Amal ilə Asan Xidmətin həyətindəki çayçıda Şahid5 vasitəsi ilə tanış olmuşlar. O, Şahin, Tofiq və Amal oturub söhbət etmişlər və Amal onlara 15000 manat pulun müqabilində qardaşını buraxdıracağını bildirmişdir. Ona görə də, o qonşusu Şahin və anası Gülxanım ilə birlikdə 15000 manat pulu aparıb Amala vermişlər. Lakin Amal işi həll etməmişdir. Amal hazırda 15000 manat pulu tam olaraq qaytarmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, yoldaşı Əhədova Kəmalə ilə qonşuları Gülxanımın evinə ziyarətə getmişlər. Sonra Gülxanımın oğlunun məsələsini həll etmək üçün Şahid5 zəng etmiş və o, Asan Xidmətdəki çayxanada olduğunu bildirmişdir. Ona görə də, Röyalla birlikdə Tofiqin yanına getmişlər, Tofiq də, onları Amal ilə görüşdürmüşdür. X16 ilə aralarına danışaraq razılığa gəlmişlər, lakin danışıqlar prosesində iştirak etməmiş və nə söhbət etməklərini bilməmişdir. X15 15000 manat pul istədiyini demişdir. Səhərisi günü Amal kənddə “OBA” marketin yanında maşında olduğunu bildirdiyi üçün onun yanına getmişlər. Həmin vaxt Amal mülki geyimdə gəlmişdir. Röyalın anası Gülxanım maşına oturub Amal ilə danışaraq pulu maşında özü Amala vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin rəis müavini olmuş Elvin Əzimovun otağında olarkən Amal ilə tanış olmuşdur. Çayxanada Röyal və Şahinlə birlikdə oturduqları zaman Təqsirləndirilən şəxs təsadüfən həmin yerə gələrək onlara qoşulmuşdur. Masada oturarkən Röyalın qardaşının həbsdə olması ilə bağlı söhbət olmuşdur. Daha sonra Amal ilə Röyal ayrıca çöldə danışaraq öz aralarında məsələni həll etmişlər, lakin nə danışmaqlarından xəbəri olmamışdır. Onun baş vermiş hadisədən yalnız Masallı rayon Prokurorluğuna dəvət olunarkən məlumatı olmuşdur. O, kafedə olan danışıqda və pul verilməsində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirmişdir ki, rayonda özü maşın ustası işlədiyi üçün Amalı tanımışdı və dostluqları vardır. Dayısı oğlu Sabiri valideynləri işə düzəltmək istədikləri üçün dayısı Yusifi Amal ilə tanış etmiş və onları görüşdürmüşdür. Amal ilə görüşə o, dayısı Sabir və dayısı oğlu Yusif birlikdə getmişlər. Dayısı qəbirstanlıqda işlədiyi üçün Amal ilə orada söhbət edib öz aralarında razılaşmışlar, ancaq o, danışıqda iştirak etməmişdir. Daha sonra dayısıgilin həyətinə getmişlər və dayısı orada Amala onun yanında 8000 manat pul vermişdir. Lakin sonra dayısının Amala nə qədər pul verməsini görməmişdir, bildiyi qədər isə cəmi 12500 manat pul vermişdir. Sonrafan Amal puldan qaytarmış və o, Yusifə pulun qayıtmasına köməklik etmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində bildirmişdir ki, hadisələr baş verəndə həbsxanada olmuşdur. 2021-ci ildə həbsdən çıxandan sonra məsələni öyrənmiş və qaydasına qoymaq üçün zərərçəkmiş şəxslərə haqqlarını qaytarmaq üçün əlindən gələni etmiş və hələ də, edir. Amal zərərçəkmiş şəxslərdən 15000 manat və 13000 manat pul almış, lakin pulun alınmasında onun heç bir rolu olmamış, Zərərçəkmiş şəxs1 7000 manat pul almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı zərərçəkmiş şəxs Şahid1 və Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Masallı rayon Polis şöbəsinin 26 oktyabr 2017-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2017-ci il tarixdən Masallı RPŞ-nin Təminat Hissəsinin polis nəfəri-sürücü vəzifəsinə təyin edilmişdir. - Masallı rayon Polis şöbəsinin 29 oktyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdən Masallı RPŞ-nin Təminat Hissəsinin polis nəfəri-sürücü vəzifəsindən azad olunub şöbənin Əməliyyat rabitə qrupunun kiçik inspektoru vəzifəsinə təyin edilmişdir. - Masallı rayon Polis şöbəsinin 18 avqust 2023-cü il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, şöbənin Əməliyyat rabitə qrupunun kiçik inspektoru Təqsirləndirilən şəxs öz arzusu ilə 18 avqust 2023-cü il tarixdə X5 xidmətdən xaric edilmişdir. - Masallı Rayon Məhkəməsinin 4(050)-12/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 01 (bir) ay 18 (on səkkiz) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs həbsə alındığı gündən hesablanması qərara alınmışdır. - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Kalininqrad vilayət Polis İdarəsi üzrə tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə tutulmuşdur. Kalininqrad şəhərin Leninqrad Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 40 gün, yəni 23 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Kalininqrad şəhər Leninqrad Rayon Məhkəməsinin 21 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsə saxlama müddəti Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına verilməsi üçün 6 ayadək, yəni 11 sentyabr 2025-ci il tarixədək (tarixdə texniki səhvə yol verilmişdir) uzadılmışdır. Kalininqrad Apellyasiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərarı ilə Kalininqrad şəhər Leninqrad Rayon Məhkəməsinin qərarında yol verilmiş texniki nöqsana hüquqi qiymət verilərək Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti, 6 ayadək, yəni 11 avqust 2025-ci il tarixdək dəyişdirilməsi qərara alınmışdır. - Masallı rayon Polis şöbəsinin 13 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə dövlətlər arası axtarışda olduğundan Rusiya Federasiyasının Kalininqrad vilayətində saxlanılaraq barəsində məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 10 iyun 2025-ci il tarixli, 3-16-17/40/2-38671/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə Rusiya Federasiyası Kalininqrad şəhər DİO tərəfindən tutularaq 09 iyun 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - Masallı Rayon Məhkəməsinin 4(050)-44/2025 saylı, 24 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək barəsində 22 iyul 2025-ci il tarixdək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-67/2025 saylı, 07 iyul 2025-ci il tarixli qərarından görünür ki, protest təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-578/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 6(altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. - Masallı rayon Polis şöbəsinin 02 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Masallı rayonu Çayqıraq kənd sakini Yusubov X7 RPŞ-də polisə ictimai dəstəyin əməkdaşı vəzifəsinə təyin olunması məqsədə müvafiq hesab edilmiş, Şahid1 barəsində sənədləşmə edildikdən sonra DİN-nin xüsusi həkim komissiyasına göndərilmiş 21 dekabr 2023-cü il tarixli 118 nömrəli rəyə əsasən yararsız olduğundan xidmətə qəbul edilməmişdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji, ruhi-əsəb və sair kabinetində dispanser qeydiyyatında durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 12 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1993-cü il Masallı rayonu Qızılavar anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını ələ keçirib dələduzluq etmə cinayətinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə; 178.2.3-cü maddəsinə əsasən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, ona və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam olaraq ödəməsini, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında cərimə və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs rəsmi gəliri və mülkiyyətində əmlakı olmadığından cərimə cəzasının təyin edilməsi onun üçün maddi cəhətdən çətinliklər yaradacaqdır. Azadlıqdan məhrumetmə cəzası isə digər cəza növlərinə münasibətdə onun üçün ən ağır cəzadır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarı: Qərarda qeyd olunmuşdur ki, əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarı: Qərarın 23-cü bəndinə əsasən məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əlavə cəza kimi təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, əlavə cəzanın məqsədi həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan göründüyü kimi o, qeyd olunan və məhkəmə zamanı öz təsdiqini tapmış cinayətləri polis baş serjantı rütbəsində olmaqla Masallı rayon X4 rabitə qrupunun kiçik inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 1(050)-198/2025-ci il saylı cinayət işi üzrə Məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə bildirişdən və ittiham aktından görünür ki, Masallı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair digər cinayət işi vardır. Həmin cinayət işində irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs polis baş serjantı rütbəsində olmaqla Masallı rayon X4 Rabitə Qrupunun kiçik inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Masallı rayonu Bədəlan kənd sakini X2 arvadı X1 dayandırılmış pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə Yaşar Məcidovu özünə inandırıb, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq 26 iyul 2022-ci il tarixdə Masallı rayonun Dəmirçi kənd qəbristanlığının qarşısında 2000 (iki min) manat, 10 avqust 2022-ci il tarixdə Masallı rayonu Sənaye Məhəlləsinin qarşısında isə 2000 (iki min) manat pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs Yaşar Məcidova ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs X5 xidmətdən xaric edilməsi və Masallı rayon X4 rabitə qrupunun kiçik inspektoru vəzifəsini tutmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzasının tətbiq edilməsini istisna etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasınım mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə X5 və onun struktur bölmələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinə daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 11 fevral 2025-ci il tarixdən 24 iyun 2025-ci il tarixədək həbsdə olduğu 4 (dörd) ay 13 (on üç) gün və 24 iyun 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu 3 (üç) ay 27 (iyirmi yeddi) gün, ümumilikdə 8 (səkkiz) ay 10 (on) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi1 ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə X5 və onun struktur bölmələrində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 8 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş əsas cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il müddətə X5 və onun struktur bölmələrində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə çəksin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Masallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Qızılavar kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə X5 və onun struktur bölmələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın icrası Masallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-147/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-147/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver