Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-148/2023 20.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Çaxırlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 məxsus Masallı şəhəri Seybətin küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı dəmir torlarla əhatəyə alınmış xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan yerə dəmir tor və taxta materialından hazırlanmış giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 250 manat dəyərində dişi cinsli, 36 kiloqram ət çəkisi olan qara rəngli və bir baş 250 manat dəyərində erkək cinsli, 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 məxsus Masallı rayonu Öncəqala kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı dəmir torlarla əhatəyə alınmış xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan yerə taxta materialından hazırlanmış giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 200 manat dəyərində erkək cinsli, 12 kiloqram ət çəkisi olan ağ rəngli quzunu və bir baş 300 manat dəyərində dişi cinsli, 25 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunu gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 04 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu Əhmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı dəmir torlarla əhatəyə alınmış xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan yerə taxta materialından hazırlanmış giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 250 manat dəyərində dişi cinsli, 17 kiloqram ət çəkisi olan boz rəngli və bir baş 250 manat dəyərində erkək cinsli, 17 kiloqram ət çəkisi olan ağ rəngli quzuları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu Əhmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı dəmir torlarla əhatəyə alınmış xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan yerə dəmir torların kəsilməsi üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 280 manat dəyərində dişi cinsli, 20 kiloqram ət çəkisi olan qəhvəyi rəngli, bir baş 250 manat dəyərində erkək cinsli, 19 kiloqram ət çəkisi olan boz rəngli və bir baş 220 manat dəyərində erkək cinsli, 14 kiloqram ət çəkisi olan ağ rəngli quzuları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 750 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı tövləyə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 180 manat dəyərində erkək cinsli, 12 kiloqram ət çəkisi olan və bir baş 300 manat dəyərində erkək cinsli, 20 kiloqram ət çəkisi olan quzuları gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxs Mirzəbala Şabıyevə ümumilikdə 480 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus Masallı rayonu Səmidxan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki ətrafı dəmir torlarla əhatəyə alınmış xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan yerə dəmir materialından hazırlanmış giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş 260 manat dəyərində dişi cinsli, 22 kiloqram ət çəkisi olan boz rəngli, bir baş 290 manat dəyərində dişi cinsli, 24 kiloqram ət çəkisi olan ağ rəngli, bir baş 300 manat dəyərində dişi cinsli, 25 kiloqram ət çəkisi olan ağ rəngli və bir baş 350 manat dəyərində erkək cinsli, 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 manat maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, şəxsi təsərrüfatında 30 baş xırdabuynuzlu heyvanları (qoyun) var və həmin heyvanların da alqısatqısı ilə məşğul olur. Bir müddətdir maddi imkanı zəif olduğundan oğurluq edib qazanc əldə etmək istəmişdir. 2023-cü ilin fevral ayının ortalarında taksi fəaliyyətilə məşğul olarkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 evinin yaxınlığından keçəndə həmin həyətdə bir neçə baş qoyunun olmasını görmüşdür. Bu məqsədlə o, həmin həyətə daxil olub oradan oğurluq edə biləcəyini düşünmüş, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində o, idarə etdiyi avtomobil ilə yaşadığı evdən çıxaraq Masallı rayonu Səmidxan kəndi ərzisindən keçən Ələt-Astara magistral yolu üzərindən çəkilmiş körpünün üzərinə gedib körpünün sağ hissəsində aşağıda avtomobilini saxlamışdır. Daha sonra oradan su olmayan kanaldan keçərək piyada hərəkət edib Masallı şəhəri Seybətin küçəsində yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin qarşısına getmiş, həmin vaxt həyətin yaşıl rəngli dəmir darvazasının giriş qapısının açıq olduğunu görüb həyətə daxil olaraq giriş qapıdan sağ hissədə yerləşən ətrafı dəmir torlarla əhatəyə alınmış və içərisində bir neçə baş qoyunun olduğunu görmüşdür. Daha sonra həmin həyətdə olan əl arabasının olduğunu görüb qoyunların saxlanıldığı yerə yaxınlaşmış və həmin yerin də giriş qapısını açaraq içəriyə keçib oradan bir neçə baş qoyunun içərisindən iki baş quzunu seçib yerdən götürdüyü ip vasitəsilə həmin quzuların ayaqlarını bağlamışdır. Bundan sonra həmin quzuları iki dəfəyə əl arabasının yanına aparıb arabanın içinə qoymuş, əl arabasını sürüb idarə etdiyi avtomobilin olduğu yerə getmiş və orada quzuları iki dəfəyə avtomobilin bağacına qoyub əl arabasını da həmin yerdə qoyub avtomobiliylə oradan uzaqlaşmışdır. Bundan sonra oğurluq yolu ilə əldə etdiyi 2 baş quzunu bir başa Cəlilabad rayonu ərzisində yerləşən “Mal bazarı” adlanan yerə aparıb orada bir nəfər tanımadığı şəxsə ümumilikdə 250 manat pul müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi ümumilikdə 250 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı rayonu Öncəqala kəndi ərazisində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən Öncəqala kəndinin girişindən təmxinən 100-120 metr məsafə sonra kənd yolunun sağ hissəsində yerləşən küçəyə daxil olduğu zaman solda yerləşən darvazası açıq vəziyyətdə olan həyətdə bir neçə baş qoyun və quzulardan ibarət xırdabuynuzlu heyvanların olmasını görmüşdür. Həmin vaxt həmin xırdabuynuzlu heyvanların yanında bir nəfər yaşlı qadın olmuş, o, həmin anda oradan rahat oğurluq edə biləcəyini düşünmüş və gecə həmin yerə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Sonra bir sıra işlərini görüb yaşadığı evə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində avtomobiliylə hərəkət edib Ələt-Astara magistral yolunun Öncəqala kəndi ərazisindən keçən hissəsində inşa edilmiş körpünün kənd yoluna birləşən yerində avtomobilini saxlamışdır. Daha sonra avtomobilindən yerə düşüb piyada hərəkət edərək adını sonradan bildiyi Zərərçəkmiş şəxs6 məxsus evə yaxınlaşmış, həmin vaxt evin darvazasından həyətə keçib giriş qapısını açdıqdan sonra həyətdə yerləşən daş hasardan tikilmiş tövləyə yaxınlaşmış və tövlədə bir neçə baş qoyun və quzudan ibarət xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. Həmin tövlənin taxta materialından olan giriş qapısını açıb içəri keçdikdən sonra oradan bir başı quzu və bir başı qoyun olmaqla iki baş xırdabuynuzlu heyvanı sürüb həyətə daxil olduğu yerdən çölə çıxarmışdır. Həmin vaxt küçədə heç bir şəxs olmamışdır. Buna görə də cəld hərəkət edib həmin heyvanları avtomobilinin olduğu yerə aparmışdır. Sonra avtomobilidə olan ipi götürüb heyvanların ayaqlarını bağlamış və həmin heyvanları bir-bir avtomobilinin bağajına qoymuşdur. Bundan sonra həmin xırdabuynuzlu heyvaları avtomobiliylə birbaşa Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan yerə aparıb orada əvvəllər tanımadığı bir nəfər şəxsə ümumilikdə 250 manat pul müqabilində satmışdır. Həmin pulu da ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, təxminən 1 ay əvvəl o, idarə etdiyi VAZ 21074 markalı **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Əhmədli kəndi ərazisində hərəkətdə olarkən aralarında təxminən 1 km məsafə olan iki fərdi yaşayış evinin həyətlərinin ətrafına dəmir tordan hasar çəkilməsini, bir neçə baş qoyunun olmasını görmüş və həmin evlərin həyətinə daxil oub oradan qoyun oğurlayıb sata biləcəyini düşünmüşdür. Bu məqsədlə niyyətini yerinə yetirmək üçün xx.xx.2023-cü il tarixdə sübh saat 04 radələrində o, idarə etdiyi avtomobil ilə Masallı rayonu Əhmədli kəndinə Stanasiya Masallı qəsəbəsi yolu ilə gedərək kəndin girişində əvvəlcədən oğurluq edəcəyi barədə qərara gəldiyi evin yaxınlığına gedib ətrafı müşahidə etdikdən sonra geri qayıdaraq avtomobilini Ələt-Astara magistral yoluna daxil edib körpünün altında saxlamışdır. Daha sonra əvvəlcədən ora avtomobili vasitəsilə apardığı əl arabasını götürüb Masallı rayonu Ləngan kəndi istiqamətindən arayol vasitəsilə Əhmədli kəndinə daxil olmuş və oradan adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 evinin yaxınlığına gedib əvvəlcə evin həyətini və ətrafını müşahidə etməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 evinin həyətində və ətrafında heç bir şəxsin olmadığını tam müəyyənləşdirib əl arabasını küçədə saxlayıb piyada Zərərçəkmiş şəxs1 həyətinə daxil olmuşdur. Həmin vaxt həyətdə olan tövləyə bitişik iki ətrafı dəmir torlarla hasara alınmış və giriş qapısı taxta materialından hazırlanmış yerə qapını açaraq daxil olmuşdur. Orada təxminən 8-10 baş quzunun içərisindən iki baş quzunu çıxarıb sürərək əl arabasını saxladığı yerə aparmış və həmin quzuların ayaqlarını ora əvvəlcədən apardığı ip vasitəsilə bağlayıb iki baş quzunu arabının içərisinə qoymuşdur. Daha sonra həmin əl arabasını sürərək gəldiyi yolla deyil, digər yolla avtomobili saxladığı yerə aparıb iki baş quzunu avtomobilinin bağajına qoymuşdur. Bundan sonra diqqət çəkməmək üçün əl arabasını da təkrar sürərək Ləngan kəndinin girişinə aparıb yolun kənarında saxlamış və geri hərəkət edib avtomobilinə qayıtmışdır. Sonra avtomobili hərəkətə gətirib əks hərəkət zolağıyla hərəkət edərək Ələt-Astara yolunun Stansiya Masallı qəsəbəsi üzərindən keçən körpünün üzərinə gətirib təkrar Ələt- Astara magistral yoluna daxil olmuş və ipək yolu vasitəsilə Salyan rayonu istiqamətində hərəkət etməyə başlamışdır. “Hacıoğlu” restoranını keçdikdən sonra körpünün üzərindən Salyan rayonu ərazisinə daxil olmuş və Salyan rayonu ərazisində yerləşən “Mal bazarı” adlanan yerə getmiş, orada oğurluq yolu ilə əldə etdiyi iki baş quzunu əvvəllər tanımadığı bir nəfər şəxsə ümumilikdə 300 manat pul müqabilində satmışdır. Daha sonra həmin yerdən uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Bundan sonra yenidən oğurluq etmək qərarına gəlib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində yenə də eyni üsulla idarə etdiyi avtomobil vasitəsilə Masallı rayonu Əhmədli kəndi ərazisinə gedərək avtomobilini ipək yolunda saxlayıb avtomobilində ora apardığı əl arabasını götürüb yenə də Ləngan yolunun yaxınlığından Əhmədli kəndi ərazisinə daxil olaraq adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 evinin yaxınlığına getmiş, orada əl arabasını küçədə saxlayıb bir müddət Zərərçəkmiş şəxs2 evini və ətrafı müşahidə etməyə başlamışdır. Heç bir şəxsin olmadığını tam müəyyənləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 həyətinə daxil olmuş və bir tərəfi otlaq sahələrinin olduğu yerdə yerləşən tövləyə yaxınlaşmışdır. Həmin tövlənin ön hissəsi dəmir torlardan hasara alınmış və giriş qapısı taxta materialından olmuşdur. O, tövlənin dəmir torlarını özüylə ora apardığı kəlbətin vasitəsilə kəsib içəriyə daxil olmuş və orada təxminən 10-15 baş qoyunun içərisindən 3 baş ana qoyunu seçib həmin qoyunları iki dəfəyə sürərək küçədə saxladığı əl arabasının yanına aparıb həmin araba vasitəsilə avtomobilinin yanına gətirib həmin qoyunları avtomobilinin bağajına qoymuşdur. Bundan sonra yenidən avtomobiliylə hərəkət edib ipək yolu vasitəsilə Cəlilabad rayonu ərazisində yerləşən “Mal bazarı” adlanan yerə getmişdir. Orada olarkən əvvəllər tanımadığı bir nəfər şəxsə oğurluq yolu ilə əldə etdiyi 3 baş qoyunun birini 140 manat, birini 130 manat və digərini 180 manat pul müqabilində, yəni ümumilikdə 450 manat pul müqabilində satmışdır. Həmin şəxsi əvvəllər tanımamış və həmin şəxsin onun ona satdığı 3 baş qoyunu oğurluq yolu ilə əldə etməyindən heç bir məlumatı olmamışdır. O, oradan kənarlaşdıqdan sonra yaşadığı evə geri qayıtmışdır. Hər iki oğurluq cinayət əməlini törətməyi nəticəsində ümumilikdə 750 manat pul qazanc əldə etmiş, həmin pulu ayrı-ayrı vaxtlarda öz şəxsi istifadəsi üçün xərcləmişdir. O, ara bir idarə etdiyi avtomobil ilə taksi fəaliyyətilə də məşğul olur. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Seybətin küçəsində tanımadığı şəxs ona yaxınlaşıb onu kiçik Səmidxan kəndində yerləşən fərdi yaşayış evinə aparmağını xahiş etmişdir. O da həmin şəxslə 5 manat pul müqabilində razılaşıb onu kiçik Səmidxan kəndində dediyi istiqamətdə yaşadığı evə aparmışdır. Kiçik Səmidxan kəndi ərazisində avtomobili ilə hərəkətdə olarkən kənd yolunun üzü Ələt-Astara magistral yolu üzərindən çəkilmiş körpü istiqamətində sağ hissəsində yerləşən ətrafı dəmir torlarla əhatə olunmuş fərdi yaşayış evinin olmasını görmüş. Həmin evin həyətində bir xeyli qoyun olmuşdur. O da həmin yerdən oğurluq edib qazanc əldə edə biləcəyini düşünmüşdür. Həmin şəxsi avtomobilindən düşürdükdən sonra yaşadığı evə geri qayıtmış, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi avtomobil ilə Masallı rayonu Kiçik Səmidxan kəndi ərazisinə adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus evin yaxınlığına getmişdir. Orada Ələt-Astara magistral yoluna daxil olaraq Səmidxan kəndi üzərindən çəkilmiş körpünün altında avtomobilini saxlamış, daha sonra piyada hərəkət edib Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığına gedərək evin həyətinin girişi qapısı olmadığından rahat şəkildə həyətə daxil olmuşdur. Həyətin girişində bir neçə dəqiqə gözləyib həyətdə heç bir şəxsin olmadığını tam müəyyənləşdirdikdən sonra həyətdə olan ətrafı dəmir torlarla əhatələnmiş qəhələ yaxınlaşmış və həmin qəhəlin dəmir torlardan hörülmüş giriş qapısını açaraq orada olan təxminən 70-80 baş qoyunun içərisindən dörd baş qoyunu seçib qoyunların ayaqlarını özüylə ora apardığı ip vasitəsilə bağlayaraq qəhəlin giriş qapısından çöldə olan əl arabasına iki dəfəyə yığıb həmin qoyunları ipək yolunun kənarından çəkilmiş dəmir torların yanına aparıb yerə qoymuşdur. Sonra həmin vaxt ipək yolunun kənarına çəkilmiş dəmir torun kəsik vəziyyətdə olduğunu görmüş, həmin yerdən keçib avtomobilinə yaxınlaşmış və avtomobilini işə saldığı zaman kənardan ona doğru avtomobil yaxınlaşdığını görüb həmin avtomobildə polis əməkdaşları olduqlarını zənn edərək avtomobiliylə oradan qaçıb uzaqlaşmışdır. Həmin qoyunları avtomobilinə qoyub apara bilməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanının böyük bir qismini ödəmişdir. Hazırda dəymiş ziyanlarla bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 100 manat, Zərərçəkmiş şəxs3 350 manat və Zərərçəkmiş şəxs1 isə 200 manat məbləğində ödənilməmiş ziyan qalmış, həmin ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə aralarında razılığa gəlmişlər, onlar bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişlər və qısa zaman ərzində həmin ziyanı ödəyəcəkdir. Eləcədə himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmamasını, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, ona məxsus Masallı rayonu Əhmədli kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin həyətində də tövlə vardır. Havalar isti olduğundan həmin tövlənin ön hissəsini dəmir torlarla əhatəyə almışdır. Mal-qara təsərrüfatı ilə məşğul olur və özünə məxsus 10 baş xırda buynuzlu heyvanı (qoyun) vardır. Xırda buynuzlu heyvanlarını tövlənin ön hissəsinə çəkib əhatəyə aldığı dəmir torların içərisində saxlayır. O, xırdabuynuzlu heyvanlarını öz həyətində otarır və hər hansı bir otlaq sahəsinə aparmır və hər axşam da qoyunlarını sayıb yerlərinə salır. xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində qoyunlarına arpa vermək üçün qoyunların olduğu yerə getdiyi zaman 10 baş qoyunundan 2 başının yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Buna görə də dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək müraciət etmişdir. Naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ona məxsus quzulardan biri dişi cinsli, boz rəngli, ikincisi isə erkək cinsli, ağ rəngli olmuşlar. İbtidai istintaq zamanı baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymiş olduğu qeyd olunmuş olsa da, əslində ona dəymiş ziyan 700 manat olmuşdur. Hazırda ona dəymiş ziyandan 200 manatı ödənilməmişdir. Lakin təqsirləndirilən şəxslə həmin məbləğin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmdən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, ona məxsus Masallı rayonu Səmidxan kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin həyətində də tövlə vardır. Havalar isti olduğundan həmin tövlənin ön hissəsini dəmir torlarla əhatəyə almışdır. Mal-qara təsərrüfatı ilə məşğul olur və özünə məxsus 120 baş xırda buynuzlu heyvanı (qoyun) vardır. Xırda buynuzlu heyvanlarını tövlənin ön hissəsinə çəkib əhatəyə aldığı dəmir torların içərisində saxlayır. Hər gün səhər saat 07 radələrində qoyunlarını yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə aparıb saat 11 radələrində yenidən geri gətirir. Daha sonra istirahətini edir və saat 12 radələrində yenidən həmin otlaq sahəsinə aparıb axşam saat 19 radələrində geri gətirir. Hər gün axşam saatlarında qoyunlarını sayıb yerlərinə salmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında işləri çox olduğundan qoyunlarını saymayıb öz yerlərinə salmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində qoyunlarını sayıb otlaq sahəsinə aparmaq istədiyi zaman onlardan 4 başının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt 4 baş qoyununun naməlum şəraitdə itməsi qənaətinə gələrək otlaq sahəsini axtarmağa başlamış və bir nəticə əldə etmədiyi üçün xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Daha sonra həmin gün yenidən qoyunlarını axtarmağa başlamış və Ələt-Astara magistral yolunun Səmidxan kəndi ərazisindən keçən hissəsində inşa edilmiş körpünün yaxınlığına getdiyi zaman orada 4 baş qoyununun vəhşi heyvanlar tərəfindən parçalanaraq yeyildiyini və ayaqlarının bir-birinə iplə bağlanmış vəziyyətdə olduqlarını görmüş və həmin vaxt ona məlum olmuşdur ki, 4 baş qoyunları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Masallı RPŞ-yə yaxınlaşıb izahat verdiyi zaman 4 baş qoyunlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini göstərmişdir. Həmin 4 baş qoyunlarının bir başı 260 manat dəyərində dişi cinsli, 22 kiloqram ət çəkisi olan boz rəngli, bir başı 290 manat dəyərində dişi cinsli, 24 kiloqram ət çəkisi olan ağ rəngli, bir başı 300 manat dəyərində dişi cinsli, 25 kiloqram ət çəkisi olan ağ rəngli və bir başı 350 manat dəyərində erkək cinsli, 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Sonradan ona dəymiş maddi ziyanın 850 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ödənilməmiş qalan 350 manatla bağlı ilə təqsirləndirilən şəxslə aralarında razılığa gəlmişlər. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmdən xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın 850 manatının ödənildiyini, qalan məbləğin ödənilməsi ilə bağlı isə təqsirləndirilən şəxslə aralarında razılıq əldə olunduğunu qeyd etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, şəxsi təsərrüfatında olan xırdabuynuzlu və iribuynuzlu heyvanlar ona məxsusdur. Oğlu Rəhim isə ona həmin heyvanları saxlamağına köməklik edir. 10 may 2023-cü il tarixdə, saat 06 radələrində oğlu Rəhim ona tövlədən gəldiyini, 3 baş xırdabuynuzlu heyvanların tövlədən oğurlandığını bildirmişdir. Sonra bu barədə polisə məlumat vermişlər. Həmin gün oğlu Rəhim Göytəpə PB-nin əməkdaşları ilə birlikdə oğurlanmış heyvanlarını axtarmaqdan ötrü Salyan rayonunda yerləşən heyvan bazarına getmişlər. Rəhim də heyvanı tanıyar deyə onlarla getmişdir. Onlar Göytəpə şəhərinə qayıtdıqdan sonra oğurlanmış xırdabuynuzlu heyvanlarından birini tapdıqlarını görmüşdür. Həmin heyvan onlara təhvil verilmişdir. Sonra oğluyla birlikdə tövlədəki heyvanlara nəzər saldıqda xırdabuynuzlu heyvanlardan birinin öldüyünü görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, reallıqda onun 3 baş deyil, 2 baş xırdabuynuzlu heyvanı oğurlanmışdır. Çünki, o, oğurluq baş verdiyini bildikdə heyvanları tövlənin çölündə saymışdır. 3 baş xırdabuynuzlu heyvanın əksik gəldiyini gördüyü üçün şikayət edərkən 3 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın böyük bir qismi ödənilmiş, ödənilməmiş qalan ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında razılığa gəlmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim edir və ərizəsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda ona dəymiş ziyanın 300 manatı ödənilmiş, qalan dəymiş zərərin ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Ona qarşı şikayəti yoxdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ona məxsus Masallı rayonu Əhmədli kəndində yerləşən bir mərtəbəli kürsülü fərdi yaşayış evi vardır. Həmin evin həyətində də tövlə vardır. Havalar isti olduğundan həmin tövlənin ön hissəsini dəmir torlarla əhatəyə almışdır. Mal-qara təsərrüfatı ilə məşğul olur və özünə məxsus 20 baş xırda buynuzlu heyvanı (qoyun) vardır. Xırda buynuzlu heyvanlarını tövlənin ön hissəsinə çəkib əhatəyə aldığı dəmir torların içərisində saxlayır. Hər gün səhər saat 06 radələrində qoyunlarını yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə aparıb saat 10 radələrində yenidən geri gətirmişdir. Daha sonra istirahətini etmiş və saat 11 radələrində yenidən həmin otlaq sahəsinə aparıb axşam saat 19 radələrində geri qayıtmışdır. Hər gün axşam saatlarında qoyunlarını sayıb yerlərinə salmışdır. xx.xx.2023-cü il tarixdə həmişəki kimi qoyunlarını otlaq sahəsinə aparıb axşam saat 19 radələrində geri gətirmiş və saylarının 20 baş olduğunu dəqiqləşdirdikdən sonra yerlərinə salmışdır. xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində yuxudan ayılıb qoyunlarını otlaq sahəsinə aparmaq üçün olduqları yerə getdiyi zaman qoyunların olduğu yerin dəmir torlarının kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt qoyunlarını saydığı zaman onların içərisindən bir baş dişi cinsli, 20 kiloqram ət çəkisi olan qəhvəyi rəngli quzunun, bir baş erkək cinsli 19 kiloqram ət çəkisi olan boz rəngli və bir baş erkək cinsli 14 kiloqram ət çəkisi olan ağ rəngli quzularının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra saat 05:49-da DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək 3 baş qoyununun oğurlanması barədə məlumat vermiş, daha sonra hadisə yerinə Masallı RPŞ-nin əməkdaşları gələrək ərizəsini alıb hadisə yerini müayinə etdikdən sonra çıxıb getmişlər. Hazır ki, bazar qiyməti ilə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış bir baş dişi cinsli, 20 kiloqram ət çəkisi olan qəhvəyi rəngli quzunu 280 manat, bir baş erkək cinsli 19 kiloqram ət çəkisi olan boz rəngli quzunu 250 manat və bir baş erkək cinsli 14 kiloqram ət çəkisi olan ağ rəngli quzunu 220 manat dəyərində qiymətləndirir. Belə ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus Masallı şəhəri Seybətin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin həyətində də ətrafı dəmir torlardan əhatəyə alınmış xırdabuynuzlu heyvanlar saxlamaq üçün nəzərdə tutduğu yer vardır. Həmin yerdə özünə məxsus 16 baş xırdabuynuzlu heyvan saxlayır. xx.xx.2023cü il tarixdə axşam saatlarında 16 baş içərisində qoyun və quzulardan ibarət xırdabuynuzlu heyvanlarını öz yerlərinə salmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində xırdabuynuzlu heyvanlar saxlamaq üçün nəzərdə tutduğu yerə getdiyi zaman giriş qapısının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra qoyun və quzularını saydığı zaman içərilərindən 2 baş qoyununun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt 2 baş qoyununun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması qənaətinə gəlmişdir. Lakin, bir sıra işləri olduğundan və oğurluq edən şəxsləri özü müəyyən etmək məqsədilə hər hansı bir orqana və təşkilata şikayət etməmiş, uzun müddət keçməsinə baxmayaraq oğurluq hadisəsini törətmiş şəxs və ya şəxsləri müəyyən edə bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Ona məxsus bir baş 250 manat dəyərində dişi cinsli, 36 kiloqram ət çəkisi olan qara rəngli və bir baş 250 manat dəyərində erkək cinsli, 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, Şəmistana qarşı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək iş üzrə qanuni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus Masallı rayonu Öncəqala kəndi ərazisində yerləşən fərdi yaşayış evi vardır. Həmin evin həyətində də ona məxsus tövlə vardır. Həmin tövlədə özünə məxsus 15 baş xırdabuynuzlu heyvan saxlayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında xırdabuynuzlu heyvanlarını sayıb tövləsinə salmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində yuxudan ayılıb xırdabuynuzlu heyvanlarını otlamaları üçün həyətinə buraxmaq istədiyi zaman saylarının əksik olduğunu hiss etmiş və buna görə onları saydığı zaman bir baş quzunun və bir baş qoyununun yerində olmadığını görmüşdür. Əvvəlcə həmin heyvaların olduqları yerdən çıxıb harasa getmələrini zənn edərək həyətə nəzər yetirməyə başlamış, lakin, tapa bilmədiyindən oğurlanmaları qənaətinə gəlmişdir. O, yaşlıdır və mobil telefondan da istifdə etmir. Həmçinin yaşadığı evdə tək yaşadığından bu barədə heç bir orqana və təşkilata şikayət etməmiş, düşünmüşdür ki, kiminsə ehtiyacı olub və ona məxsus bir baş quzunu və bir baş qoyunu oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Köhnə Bazar adlanan əraziyə yaşadığı ev üçün ərzaq almağa getdiyi zaman Masallı rayon Polis Şöbəsinə yaxınlaşıb ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Buna görə də həmin tarixdə şikayət etmişdir. Ona məxsus bir baş 200 manat dəyərində erkək cinsli, 12 kiloqram ət çəkisi olan ağ rəngli quzu və bir baş 300 manat dəyərində dişi cinsli, 25 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğurluq hadisəsinin törədilməsi nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus 3 baş qoyun oğurlanmışdır. Sonradan müəyyən olunmuşdur ki, oğurluq hadisəsini Masallı rayonu, Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək 2 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Onun iki baş xırdabuynuzlu heyvanını oğurlayan Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus 2 baş quzu oğurlanmışdır. Sonradan müəyyən olunmuşdur ki, oğurluq hadisəsini Masallı rayonu, Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək 2 baş qoyununun oğurlanması barədə məlumat vermişdir. Heyvanlarını oğurlayan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 13 iyun 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, qeyd olunmuş bir baş dişi cinsli, 36 kiloqram ət çəkisi olan qara rəngli qoyunun qiyməti qiyməti 250 manat, bir baş erkək cinsli, 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 250 manat, bir baş dişi cinsli, 17 kiloqram ət çəkisi olan boz rəngli quzunun qiyməti 238 manat, bir baş erkək cinsli, 17 kiloqram ət çəkisi olan ağ rəngli quzunun qiyməti 238 manat, bir baş dişi cinsli, 20 kiloqram ət çəkisi olan qəhvəyi rəngli quzunun qiyməti 280 manat, bir baş erkək cinsli, 19 kiloqram ət çəkisi olan boz rəngli quzunun qiyməti 266 manat, bir baş erkək cinsli, 14 kiloqram ət çəkisi olan ağ rəngli quzunun qiyməti 196 manat, bir baş dişi cinsli, 22 kiloqram ət çəkisi olan boz rəngli qoyunun qiyməti 154 manat, bir baş dişi cinsli, 24 kiloqram ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 168 manat, bir baş dişi cinsli, 25 kiloqram ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 175 manat, bir baş erkək cinsli, 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 210 manat, bir baş erkək cinsli, 12 kiloqram ət çəkisi olan ağ rəngli quzunun qiyməti 168 manat, bir baş dişi cinsli, 25 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 175 manat, bir baş erkək cinsli, 20 kiloqram ət çəkisi olan erkək cinsli quzunun qiyməti 280 manat və bir baş erkək cinsli, 12 kiloqram ət çəkisi olan erkək cinsli quzunun qiyməti 168 manatdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan X5 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qəbzdən görünür ki, atası Zərərçəkmiş şəxs5 məxsus bir baş erkək cinsli quzunu sağlam vəziyyətdə təhvil almışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X6 rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla avradı X3 və oğlu 2022-ci il təvəllüdlü X2 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və ərazidə yaşadığı müddətdə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (zərər çəkmiş şəxslərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanın böyük qismini ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-in Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ******************** hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-148/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-148/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver