Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-149/2024 31.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən açıq otlaq sahəsindən həmkəndlisi, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus bir baş, ağ rəngli, dişi cinsli, ət çəkisi 35 kiloqram, qiyməti 350 manat olan qoyunu, bir baş, qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 30 kiloqram, qiyməti 300 manat olan qoyunu, bir baş, ağ rəngli, erkək cinsli, ət çəkisi 10 kiloqram, qiyməti 160 manat olan quzunu və bir baş, boz rəngli, erkək cinsli, ət çəkisi 9 kiloqram, qiyməti 144 manat olan quzunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 954,0 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, hadisə may ayının 05-də olub. Axşamçağı qoyunları örüşdən evə gətirdiyi zaman qoyunlar biri-birinə qarışmışlar, xəbəri olmayıb. Daha sonra öz qoyunları ilə birlikdə Rauf adlı şəxsə satmışdır. Satdıqdan sonra bilmişdir ki, quzular onun deyil. İki ədəd quzu olmuşdur və həmin quzuların satışından 300 manat məbləğində pul əldə etmişdir. Raufu 5 ildir ki, tanıyır. Əvvəllər də təsərrüfatında olan qoyunları Raufa satmışdır. Rauf onun satdığı iki ədəd quzunun oğurluq olduğunu bilməmiş, ona məxsus olduğunu bilmişdir. Oğurladığı iki baş quzu olmuşdur. Lakin polis rəisinin müavini Əzimov onu döymüş və 9 baş olduğunu demişdir. X7 da onu təpiklə vurmuşdur. Ümumilikdə onu döyən polis əməkdaşları dörd nəfər olmuşdur. O, iki baş quzu oğurladığı halda, polis şöbəsində ona əvvəl 9 baş, sonra isə 4 baş olduğunu demişlər. Həmçinin onu söyüb təhqir etmişlər. Zərərçəkmiş şəxsə 3500 manat pul vermişdir. İki quzunun deyil doqquz qoyunun pulunu vermişdir. Bu barədə heç bir orqana şikayət etməmişdir. Oğurluq etdiyi üçün peşmandır. Dəymiş ziyanı ödəmişdir. Eləcə də, Vətən müharibəsinin iştirakçısıdır, bir çox medalları vardır. Birdə belə səhvə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsində göstərmişdir ki, ikinci Qarabağ müharibəsi iştirakçısı və vetranıdır. Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən ferması vardır və həmin fermada xırda və iri buynuzlu heyvanlar, yəni qoyun, inək, at saxlamaqla ailəsini dolandırır. Onun fermasından təxminən 150-200 aralıda həmkəndlisi Zərərçəkmiş şəxs da ferması vardır və o da fermada qoyun-quzu saxlamaq işi ilə məşğul olur. Fermanın yaxınlığında olan açıq otlaq sahəsində İsrailin qoyunları ilə onun qoyunları çox vaxt bir yerdə gəzib otladıqları üçün tez-tez bir-birilərinə qarışır. xx.xx.2024cü il tarixdə saat 19 radələrində otlaq sahəsindən təsərrüfatında olan 90 baş qoyunlarını fermanın həyətinə gətirmək istəyərkən, Zərərçəkmiş şəxs məxsus ağ rəngli, dişi cinsli, ət çəkisi təxminən 35 kq olan bir baş qoyunun, qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi təxminən 30 kq olan yenə bir baş qoyunun, ağ rəngli, erkək cinli, ət çəkisi təxminən 10 kq olan bir baş quzunun və boz rəngli, erkək cinsli, ət çəkisi təxminən 9 kq olan yenə bir baş quzunun onun qoyun sürüsünə qoşulduğunu görmüşdür. Pula ehtiyacı olduğundan həmin dörd baş xırdabuynuzlu heyvanları oğurlayıb satmaq qərarına gəlmiş və bu barədə İsrailə heç bir məlumat vermədən onları özünün qoyun sürüsü ilə açıq otlaq sahəsindən fermanın həyətinə gətirmişdir. İki baş qoyunu və iki baş quzunu fermanın həyətinə gətirdikdən sonra satmaq üçün həmin günü saat 21 radələrində əvvəllər ondan şəxsi təsərrüfatında olan qoyun-quzunu dəfələrlə alıb aparmış Masallı rayonu Alışanlı kənd sakini olan Şahid zəng edib ona şəxsi təsərrüfatında olan dörd baş qoyunu satmaq istədiyini demişdir. Təxminən yarım saatdan sonra Şahid tək özünə məxsus avtomobillə Qızılağac kəndində yerləşən fermaya gəlmişdir. Rauf həmin iki baş qoyuna və iki baş quzuya baxaraq hansı qiymətə satmaq istədiyini soruşmuşdur. Raufa qoyunların hər birini 350 manata, quzuların birini isə 200 manata olmaqla ümumilikdə 1100 manata satmaq istədiyini demişdir. Rauf 1100 manatın çox baha olduğunu və həmin dörd baş xırdabuynuzlu heyvanları ümumilikdə 900 manata almaq istədiyini bildirmişdir. O, Şahidla razılaşaraq İsrailə məxsus iki baş qoyunu və iki baş quzunu öz əmlakı kimi ümumilikdə 900 manat pulun müqabilində satmışdır. Qoyun-quzuları Raufa satan zaman onların İsrailə məxsus olduğunu bildirməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Yeddioymaq kəndində yerləşən yaşadığı evdə olduğu zaman Şahid zəng etdiyini görmüşdür. Telefonda danışıq zamanı Rauf ona satdığı dörd baş qoyun-quzunun Zərərçəkmiş şəxs məxsus olduğunu, həmin şəxsin quzularını gəlib həyətindən apardığını və bu barədə görüşüb söhbət etmək istədiyini demişdir. O, Raufa qoyun-quzuların özünə məxsus olduğunu desə də, Rauf buna inanmamış və birlikdə Viləş kəndində görüşmüşlər. Həmin vaxtı orada Zərərçəkmiş şəxs olmuşdur. İsrail ona Raufa satdığı dörd baş qoyun-quzunun ona məxsus olduğunu bildirsə də, həmin vaxtı qorxduğu üçün qoyun-quzunun ona məxsus olmasını etiraf etməmişdir. Bundan qısa müddət sonra polis əməkdaşları Viləş kəndinə gələrək onu Masallı polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində Şahid satdığı iki baş qoyunun və iki baş quzunun İsrailə məxsus olduğunu və oğurlayıb satdığını etiraf etmişdir. Zərərçəkmiş şəxs əvvəllər həmkəndlisi kimi tanımış, onunla münasibətləri hər zaman yaxşı olmuş, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, qonşu kənddəndir. Eləcə də təqsirləndirilən şəxslə təsərrüfatları qonşudur. Təqsirləndirilən şəxs borc üçün gəlmiş borc vermişdir. Qoyunları xəstələnmiş müalicə etmişdir. Pis qonşu olmamışdır. 05 may 2024-cü il tarixdə fermasında qoyunlarına iynə vurmuşdur. Ruslan ona məxsus qoyunlarını gətirib həyətinə salmış, təxminən axşam saat səkkizin yarısı olmuşdur və arvadına “bacı qoyunları sal içəri çölə çıxarlar” demişdir. Avradı da ona Ruslanın qoyunları gətirdiyini və içəri salmasını dediyini demişdir. Dəfələrlə qoyunları oğurlanmış, bir dəfə də olsun dinməmişdir. Ruslan qoyunları gətirdiyi günün səhəri qoyunlarını örüşə aparan zaman 4 baş qoyunun olmadığını görmüşdür. İtdiyini zənn edərək çölü-düzü axtarmağa başlamış, lakin tapa bilməmiş və yaşadığı ünvana qayıtmışdır. Sonradan Ruslanın rəhmətlik atası gəlmiş və ona “İsrail Ruslan qoyunlarımı oğurlayıb satıb” demişdir. O da, cavabında “Eyvaz əmi deyəsən mənimdə 4 baş qoyun-quzumu oğurlayıb” demişdir. Daha sonra atası çıxıb getmişdir. Raufu tanıyır, Rauf müxtəlif şəxslərdən qoyun-quzu alıb satır. O da, qoyun quzu alıb-satır, lakin mal almağa gündüz günorta vaxtı gedir, daha gecə vaxtı yox. Rauf isə axşam saat doqquza qalmış gəlib Ruslan gilin həyətinə qoyun-quzu almışdır. O, özünə məxsus qoyun-quzunun seçilməsi üçün malların belinə sarı rəngli boya ilə rəngləmişdir. Ruslan ondan oğurlamış olduğu qoyun-quzunun belinin yununu qırxaraq Raufa satmışdır. Bu isə artıq onu göstərir ki, bu qoyun-quzular oğurluqdur. Lakin buna baxmayaraq Rauf həmin malları almışdır. Raufa sual vermişdir ki, qırxılmış quzuları necə alırsan. Rauf isə cavabında müxtəlif sözlər deyərək onu yola vermişdir. Həmin gün Rauf Ruslana zəng vuraraq demişdir ki, quzuları qaytarır. O, Rauf gilə gedərək quzularını orada tapıb maşına qoyaraq gətirmişdir. Sonradan onlar onun evinə hücum çəkib “var-yoxunu” söyüb onu təhqir etmişlər. Onu ölümlə hədələyir. O da, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq evinə hücum olunması ilə bağlı məlumat vermişdir. Lakin sonradan müxtəlif şəxslərin xahişinə görə o, şikayətini geri götürmüşdür. Ona dəymiş ziyan ödənilmişdir. Lakin təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir. Çünki bu halların təkrarlanmayacağına təminat verə biləcək bir “ağsaqqalı” yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən iki ildir mal-qara alveri ilə məşğul olur, əsasən də qoyun-quzu alıb-satır. Masallı rayonu Yeddioymaq kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Masallı rayonu Qızılağac kəndi ərazisində yerləşən fermalarından dəfələrlə qoyun-quzu alıb satdığı üçün həmin şəxsləri əvvəllər tanımış və onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı kənddə olduğu zaman Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək şəxsi təsərrüfatında olan özünə məxsus dörd baş qoyunu satmaq istədiyini və həmin qoyunlara gəlib baxmağını demişdir. Bundan qısa müddət sonra tək özünə məxsus avtomobillə Qızılağac kəndində yerləşən Ruslanın fermasının həyətinə getmişdir. Orada Ruslan ona iki baş qoyunu və iki baş quzunu təqdim edərək özünə aid olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. O, həmin iki baş qoyuna və iki baş quzuya baxıb onların ağ rəngli, dişi cinsli, ət çəkisi təxminən 35 kq olan bir baş qoyun, qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi təxminən 30 kq olan yenə bir baş qoyun, ağ rəngli, erkək cinli, ət çəkisi təxminən 10 kq olan bir baş quzu və boz rəngli, erkək cinsli, ət çəkisi təxminən 9 kq olan yenə bir baş quzu olduğunu görmüşdür və Ruslandan onları hansı qiymətə satmaq istədiyini soruşmuşdur. Ruslan ona qoyunların hər birini 350 manata, quzuların hər birini isə 200 manata olmaqla ümumilikdə 1100 manata satmaq istədiyini demişdir. Ruslana 1100 manatın çox baha olduğunu və həmin dörd baş xırdabuynuzlu heyvanları ümumilikdə 900 manata almaq istədiyini bildirmişdir. Ruslan onunla razılaşmışdır və o həmin 4 baş qoyun-quzunu 900 manat pulun müqabilində Ruslandan alaraq Alışanlı kəndində yerləşən evinin həyətinə gətirmişdir. Təqsirləndirilən şəxs aldığı iki baş qoyunu xx.xx.2024-cü il tarixdə Masallı rayonunda yerləşən mal-qara bazarında tanımadığı şəxsə 50 manat qazancına satmışdır, iki baş quzunu isə bir az qulluq edib kökəltdikdən sonra satmaq məqsədilə təsərrüfatında olan digər qoyunlarla birlikdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib Təqsirləndirilən şəxs sonuncu dəfə hansı vaxt qoyun aldığını soruşmuşdur. İsrailə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs iki baş qoyun və iki baş quzu olmaqla ümumilikdə dörd baş xırdabuynuzlu heyvan aldığını bildirmişdir. Bundan sonra telefondan İsrail ona təsərrüfatında olan iki baş qoyunun və iki baş quzunun dörd gündür yoxa çıxdığını, onların Ruslan tərəfindən oğurlanıb satıldığına şübhələndiyini və Ruslandan aldığı həmin dörd baş qoyun-quzuya gəlib baxmaq istədiyini demişdir. O, İsrailə gəlib baxmağına heç bir etirazının olmadığını, lakin Ruslandan aldığı iki baş qoyunu bazarda tanımadığı şəxsə satdığını, iki baş quzunun isə hazırda həyətində olan digər qoyunlarla birlikdə saxladığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin günü Alışanlı kəndinə gəlib həyətyanı sahəsində olan qoyunlara baxmışdır. Qoyunlara baxan zaman İsrail orada olan ağ rəngli, erkək cinli, ət çəkisi 10 kq olan bir baş və boz rəngli, erkək cinsli, ət çəkisi 9 kq olan yenə bir baş quzunun onun olduğunu və Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq satıldığını demişdir. Həmin vaxtı o, İsrailə Təqsirləndirilən şəxs dörd baş qoyun-quzu alan zaman onların oğurluq olduğunu demədiyini, öz əmlakı kimi satdığını bildirmişdir. İsrail iki baş quzunun onun olduğu üçün qaytarmağını xahiş etmişdir. O, quzuları qaytarmağına etiraz etməmiş, lakin birlikdə fermaya gedib orada Ruslanla görüşüb bunu aydınlaşdırmaq istədiyini bildirmişdir. Bundan sonra həmin iki baş quzunu götürüb İsraillə birlikdə Qızılağac kəndi ərazisində yerləşən fermaya getmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı özünə məxsus fermada olmadığı üçün telefonla ona zəng edib harada olduğunu və xx.xx.2024-cü il tarixdə satdığı iki baş qoyunun və iki baş quzunun oğurluq olduğunu bildirmişdir. Ruslan telefonda ona Yeddioymaq kəndində yerləşən yaşadığı evdə olduğunu və satdığı qoyun-quzunun özünə məxsus olduğunu demişdir. Ruslana dörd baş qoyun-quzunun kimə məxsus olduğunu müəyyən etmək üçün üzbəüz görüşüb birlikdə söhbət etməyi təklif etmişdir. Bundan sonra həmin günü saat təxminən 14 radələrində üçü birlikdə Masallı rayonu Viləş kəndi ərazisində görüşmüşdür. X8 Ağayevə xx.xx.2024-cü il tarixdə satdığı iki baş qoyunun və iki baş quzunun onun olduğunu, qoyunlarının içindən oğurlayıb satdığını, iki baş quzunu görüb tanıdığını və götürüb fermasına gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dörd baş qoyun-quzunu ona satan zaman onların oğurluq olduğunu bildirməmiş, əks təqdirdə ondan qoyunları almazmış və bu barədə özü polisə məlumat verərmiş. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünü ki, Təqsirləndirilən şəxs ifadəsində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus iki baş qoyun və iki baş quzu olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvanı necə oğurlamasını əyani formada göstərməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus qoyun sürüsünü otlaq sahəsindən fermasının həyətinə tək gətirən zaman Zərərçəkmiş şəxs məxsus ağ rəngli dişi cinsli ət çəkisi 35 kq olan bir baş qoyununu, qəhvəyi rəngli dişi cinsli ət çəkisi 30 kq olan bir baş qoyununu, ağ rəngli erkək cinsli ət çəkisi 10 kq olan bir baş quzunu və boz rəngli erkək cinsli ət çəkisi 9 kq olan yenə bir baş quzusunu ona məxsus qoyun sürüsünə qoşulduğunu gördüyünü, pula ehtiyacı olduğu üçün həmin qoyunları oğurlayıb satmaq istədiyini, buna görə də, qoyunları otlaq sahəsindən öz fermasının həyətinə gətirdiyini, həmin günü əvvəllər tanıdığı Alışanlı kənd sakini Şahid oğurladığı dörd baş qoyunu 900 manat pula satdığını, ona oğurluq olduğunu demədiyini bildirmişdir. Cinayət işində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 10 iyun 2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, qeyd olunmuş bir baş, ağ rəngli, dişi cinsli, ət çəkisi 35 kiloqram olan qoyunun qiyməti 350 manat, bir baş qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 30 kiloqram olan qoyunun qiyməti 300 manat, bir baş, ağ rəngli, erkək cinsli, ət çəkisi 10 kiloqram olan quzunun qiyməti 160 manat və bir baş, boz rəngli, erkək cinsli, ət çəkisi 9 kiloqram olan quzunun qiyməti 144 manatdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan götürülmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs olan iki baş quzunun iş üzrə sübut əhəmiyyətli olduğunu nəzərə alıb ondan götürülmüşdür. Cinayət işində olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ağ rəngli, erkək cinsli, ət çəkisi 10 kiloqram olan bir baş və boz rəngli, erkək cinsli, ət çəkisi 9 kiloqram olan bir baş olmaqla ümumilikdə iki baş quzu iş üzrə maddi sübut kimi tanınmış və istintaq yekunlaşanadək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu, birinci Yeddioymaq kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və ərazidə yaşadığı müddətdə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, ona dəymiş 954 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan 107502 saylı vəsiqənin sürətindən görünür ki, Ağayev X3 Müharibəsi veteranıdır, vəsiqə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, Vətən Müharibəsinin iştirakçısı olmasını, müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-in Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ******************** hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-149/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-149/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver