Məhkəmə qərarları › İş №1(050)-15/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-15/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-15/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı)-Zərərçəkmiş şəxs, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlıgı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1978-ci ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlıgı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan, xadimə kimi işlədiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan saxlanc yeri hesab edilən dəmir seyfə qanunsuz daxil olub sonuncuya məxsus 888 əyar, 13,2 qram çəkidə 1 ədədinin qiyməti 1400 manat olmaqla ümumi dəyəri 14000 manat olan 10 ədəd 15-lik qızıl sikkə, 888 əyar, 8,8 qram çəkidə 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 10000 manat olan 10 ədəd 10-luq qızıl sikkə, 888 əyar, 4,4 qram çəkidə 1 ədədinin qiyməti 500 manat olmaqla ümumi dəyəri 1500 manat olan 3 ədəd 5-lik qızıl sikkələri gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 25.500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan, xadimə kimi işlədiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan saxlanc yeri hesab edilən dəmir seyfə qanunsuz daxil olub sonuncuya məxsus 888 əyar, 13,2 qram çəkidə 1 ədədinin qiyməti 1400 manat olmaqla ümumi dəyəri 12600 manat olan 9 ədəd 15-lik qızıl sikkə, 888 əyar, 8,8 qram çəkidə 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 10000 manat olan 10 ədəd 10-luq qızıl sikkələri, hər birində orta qaşı ağ rəngli sapfir qaşı olan, kənarlarında 12 ədəd kiçik brilyant qaşlar olan, əyarı 750, çəkisi 25 qram, ümumi dəyəri 3000 manat olan 1 ədəd qızıl sırğa-üzük dəstini və hər birində orta qaşı mavi rəngli zifir qaşı olan, kənarlarında 12 ədəd kiçik brilyant qaşlar olan, əyarı 750, çəkisi 33 qram, ümumi dəyəri 5000 manat olan 1 ədəd qızıl sırğa-üzük dəstini gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 30.600 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan, xadimə kimi işlədiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan saxlanc yeri hesab edilən dəmir seyfə qanunsuz daxil olub sonuncuya məxsus 888 əyar, 13,2 qram çəkidə 1 ədədinin qiyməti 1400 manat olmaqla ümumi dəyəri 12600 manat olan 9 ədəd 15-lik qızıl sikkə, 888 əyar, 8,8 qram çəkidə 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 6000 manat olan 6 ədəd 10-luq qızıl sikkələri gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 18.600 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə ələ alma, sövdələşmə, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitinə və digər əmlaka sahiblik, istifadə və sərəncam verməyi qabaqcadan vəd vermiş, sonuncu xadimə kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan saxlanc yeri hesab edilən dəmir seyfə qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus 888 əyar, 13,2 qram çəkidə 1 ədədinin qiyməti 1400 manat olmaqla ümumi dəyəri 12600 manat olan 9 ədəd 15-lik qızıl sikkə, 888 əyar, 8,8 qram çəkidə 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 6000 manat olan 6 ədəd 10-luq qızıl sikkələri gizli yolla talamaqla oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 18.600 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 mülki iddianı qəbul edərək və ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin ortalarından X11 şəhəri, Dadva-1 küçəsi ev 12 ünvanında yerləşən evində xadimə işləmişdir. Həmin evdə xadimə işlədiyi vaxtlarda həyətdə tikili olan bir mərtəbəli evdə 3 azyaşlı uşağı ilə yaşamışdır. Zərərçəkmiş şəxs evində yaşadığı müddətdə sonuncunun evində işlədiyi üçün gün ərzində rahat şəkildə evə girib çıxa bilmişdir. O, bir neçə dəfə Qadirin otağında təmizlik edən zaman seyfdə qızıl olmasını görmüş, lakin oğurluq etmək niyyəti olmasa da, sonradan maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 30 may 2023cü il tarixdə Zərərçəkmiş şəxs evdə olmadığı vaxt saat 10 radələrində yataq otağına daxil olmuş və seyfdə sayını dəqiq xatırlamadığı sayda qızıl sikkələrin və brilyant qaşlı qızıl sırğa-üzük dəstlərinin olduğunu görüb 10 ədəd 15-lik, 10 ədəd 10-luq və 3 ədəd 5-lik qızıl sikkələri götürüb cibinə qoymuşdur. Qadirin yataq otağında olan seyf həmişə kilidli olmuş, lakin Qadir çox vaxt kilidi yataq otağında olan yastığın altına qoymuşdur. O, həmin açardan istifadə edərək seyfi açmışdır. O, həmin vaxt Qadir qızılların oğurlanmasından şübhələnər deyə qorxduğu üçün oğurladığı qızılları bir müddət özündə saxlamış və Sərçuvar kəndində yerləşən ata evinin həyətdəki tövlənin içərisində dəmir və taxtaların altında sellofanda gizlətmişdir. Həmin evdə anası Asya tək yaşamışdır. O, anasına bu barədə heç bir söz deməmişdir. Sonra Qadirdən icazə alaraq Bakı şəhərinə getmiş və oğurladığı qızıl sikkələrdən 5 ədəd 15-lik və 5 ədəd 10-luq qızıl sikkələri satmış və əvəzində 6000 manat pul almışdır. Sonra geri Masallı rayonuna qayıtmışdır. Masallı rayonunda olan zaman həmin 6000 manat pulun böyük hissəsini təxminən 15 gün ərzində xərcləmişdir. O, yenidən oğurluq etmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs evdə olmadığı vaxt yenidən yataq otağına daxil olaraq seyfdə olan dəri pul qabını götürüb baxdıqda, hələ də orada qızıllar olduğunu görmüş və şübhə çəkməsin deyə qızılları sayıb 9 ədəd 15-lik, 10 ədəd 10-luq qızıl sikkələri və 2 ədəd brilyant qaşlı qızıl üzük və 4 ədəd brilyant qaşlı qızıl sırğaları götürmüşdür. Həmin əşyaları götürən zaman onları sataraq böyük məbləğdə pul əldə etməyi və həmin pulla da ev almağı düşünmüşdür. O, ikinci dəfə də götürdüyü qızılların hamısını bir neçə gün özündə saxlamış, sonra həmin qızılları yenidən özü ilə birlikdə Bakı şəhərinə aparmışdır. Bakı şəhərinə getdiyi zaman o, yenidən 28 may metrosu tərəfdə olan qızıl dükanlarına getmişdir. O, bu dəfə ayrı-ayrı dükanlarda həmin qızıllardan 5 ədəd 15-lik, 5 ədəd 10-luq, 1 ədəd brilyant qaşlı qızıl üzük və 2 ədəd brilyant qaşlı qızıl sırğaları sataraq qarşılığında təxminən 8000 manat pul əldə etmişdir. Qalan qızılları isə Masallı rayonuna qayıdan zaman Sərçuvar kəndində yerləşən evinə aparıb eyni yerdə gizlətmişdir. O, əldə etdiyi 8000 manat pulu isə özündə saxlamış və bir neçə həftə ev almaqla bağlı maraqlanmışdır. Hətta bir dəfə qardaşı Anarın evində olan zaman o, qardaşından yaxın yerlərdə qızıl alan lombard yerləri olub-olmadığını soruşduqda, Anar ona “bəli var, bazar tərəfdədi” demişdir. Daha sonra o, onu anasının yanına bir neçə dəfə aparıb gətirən həmkəndlisi Təqsirləndirilən şəxs2la tanış olmuş və qeyri-rəsmi ər arvad münasibəti qurmuşdur. O, Fizuliyə Qadirin evindən əvvəllər etdiyi oğurluqlar barədə heç bir söz danışmamışdır. Fizuliyə bir neçə dəfə ev almaq istədiyini demiş, Fizuli də həmin vaxtlar VAZ-2106 markalı avtomobil sürmüş, ona təzə maşın almaq istədiyini demişdir. Onlar bir dəfə maşında olan zaman Fizuliyə Zərərçəkmiş şəxs barədə danışmış və ona “Qadirin evində qızıllar çoxdu” demiş, Fizuli də ona “çoxdusa bir az götür, heç xəbərləri olmaz, satıb təzə maşın alım” demişdir. O, Fizuliyə əvvəl yox desə də, sonradan Fizulinin təkidləri ilə yenidən oğurluq etməyə qərar vermişdir. Bu dəfə 14 iyul 2023-cü il tarixdə saat 11 radələrində yenidən Zərərçəkmiş şəxs yataq otağına daxil olmuş və orada olan seyfdən 9 ədəd 15-lik və 6 ədəd 10-luq qızıl sikkələri götürmüş və barədə Fizuliyə demiş, Fizuli də əvvəlcə qızılları gizlətməsini, əgər nəsə hiss olunmasa ondan sonra aparıb satacaqlarını demişdir. Beləcə qızıllar uzun müddət onda qalmışdır. O, Fizuli ilə bu müddət ərzində dəfələrlə görüşmüş və Fizuli hər dəfə ona qızılları o dediyi vaxtda aparıb satmağı demişdir. 08 sentyabr 2023-cü il tarixdə Fizuli ilə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedən zaman o, Fizuliyə Lökbatan qəsəbəsində bazarın yanında Lombardda qızılları satmağı təklif etmiş, Fizuli də maşını həmin yerə sürmüş və onlar ikisi Lombarda daxil olmuşlar. O, qızılları orada işləyən saqqallı bir oğlana təqdim etmişdir. Həmin oğlan qızıllara baxmış və ala biləcəyini dedikdə, o, lombarda 4 ədəd 15-lik və 6 ədəd 10-luq qızıl sikkə satmışdır. Həmin satıcı da ona aldığı qızılların qarşılığında ümumilikdə 9800 manat pul vermiş, pulu Fizuli alıb saymışdır. Həmin vaxt Fizuli öz vəsiqəsini, o da öz vəsiqəsini oğlana təqdim etmişdir. Oğlan hansı vəsiqə ilə qeydiyyat aparmasını dəqiq bilməmiş, lakin 9800 manat pulu Fizuli özü almış və sayıb şalvarının cibinə qoyaraq çıxmışdır. Sonra onlar geri qayıtmışlar. Masallı rayonunda olan zaman Fizuli ona 2500 manat pul qaytarmış və ona lazım olanda burdan göndərməyini istəmişdir. Həmin vaxtdan təxminən 10 gün keçməmiş Fizuli Bakı şəhərində maşın almaq istədiyini və 2500 manat pulun lazım olduğunu dedikdə, o Fizulinin istəyi ilə xatırlamadığı kart nömrəsinə aparat vasitəsilə 2500 manat pul göndərmişdir. O, həmin evdən oğurluq edən zaman tək olmuş və ona heç kim kömək etməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində üç nəfər azyaşlı uşağının olmasını, hazırda hamilə olmasını, ilk dəfə olaraq cinayər məsuliyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın çox hissəsinin ödənildiyini, mülki iddianın həcmini azaltmasını, sonuncunun ona qarşı şikayətinin olmamasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, mülki iddianın təmin edilməsini və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, X4 adını eşitmiş, lakin onunla yaxın münasibəti olmamışdır. Qadirin evində xadimə işləyən Nərmin adlı qadın onunla həmkəndlidir. O, Nərmini bir neçə dəfə Sərçüvar kəndinə özünə məxsus olan taksi ilə aparıb gətirərkən tanış olmuş və aralarında təxminən 2023-cü ilin iyun ayının sonlarından qeyri rəsmi ər arvad münasibəti yaranmışdır. 2023-cü ilin sentyabr ayının 8-də Nərmin ondan Bakı şəhərində Lökbatana aparmasını xahiş etmişdir. O, Nərminə Masallı şəhərində Lambard məntəqələrinin olmasını demiş, lakin Nərmin ona “həmin adam tanışdır, o məndən qızılları baha alır” demişdir. O, əvvəlcə Nərminə yox desə də, sonradan Nərmin onu Bakı şəhərinə aparıb gətirmək ötrü 200 manat pul verəcəyini dediyi üçün razılaşmışdır. O, həmin gün Bakı şəhərinə Lökbatan qəsəbəsinə getmiş və Nərmin göstərdiyi Lombarda girmişlər. Lombardda olan zaman Nərmin orada işləyən oğlanla bir qədər səmimi söhbət etmiş və o, öz vəsiqəsini Lombardda işləyən oğlana təqdim etmiş, Nərmin də 10-luq və 15-lik qızıl sikkələr çıxardıb vermişdir. Həmin vaxt Nərmin ona 4 ədəd 15-lik və 6 ədəd 10-luq qızıl sikkə vermişdir. O da həmin qızıl sikkələri öz adından satmış və əvəzində 9800 manat pul almışdır. O, həmin 9800 manat pulu sayıb öz cibinə qoymuşdur. Onlar həmin vaxt orada olan zaman Nərmin işçiyə “siz o dəfə mən gələndə qızıllara görə daha çox pul demişdiniz, indi isə az verirsiniz” demişdir. Bundan başqa Nərmin ona “məni burda qardaşlarım görər edər, narahatam, tez qayıdaq” demişdir. Onlar oradan Masallı rayonuna qayıtmışlar. Masallı rayonuna gələn zaman o, 9800 manat pulun hamısını maşında Nərminə qaytarmışdır. Onlar maşında söhbət edən zaman Nərmindən həmin qızılları haradan əldə etməsini soruşduqda, sonuncu ona həmin satdığı qızılları Qadirin evindən oğurladığını bildirmişdir. O əvvəlcə Nərmini danlamış, lakin Nərmin onun sözlərindən sonra onu hədələməyə başlayaraq “sən kiməsə bir söz desən, səni də özümlə aparacam, səni şərləyəcəm” demişdir. O da bundan qorxduğu üçün bir söz deməmişdir. Bir müddət sonra o, özünə məxsus olan VAZ-2106 markalı, **-CA-*** d.q.nişanlı avtomobili 4000 manata satmış və yeni maşın almaq üçün Nərmindən pul istəmişdir. Çünki, o, Nərminə qızılları satmamışdan qabaq “təzə maşın almaq istəyirəm, amma ola bilsin ki, 2500 manat miqdarda pulum çatmasın” demişdir. Nərmin də ona “sənə maşın almaq üçün pul lazım olsa mən verərəm” demişdir. Bu səbəbdən o, Nərmindən pul istəmiş və Nərmində oğurladığı qızılları satıb əldə etdiyi pul olduğun bilmişdir. Nərmin də o, Sumqayıtda olan zaman ona şifahi dediyi kart hesabına 2500 manat pul göndərmişdir. O, da həmin puldan əlavə qohumu olan Ceyhun adlı şəxsdən də 4000 manat pul almışdır. Həmin vaxt o, özü üçün 12500 manata Mercedes-Benz E220 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Masallı rayonuna qayıtdıqdan sonra üstündə artıq pul qaldığı üçün Nərminin 2500 manatını geri qaytarmışdır. Daha sonra o, Nərmindən uzaqlaşmağa başlamışdır. X12 evindən oğurluq etməsi barədə əvvəlcədən xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs1 həmin evdən dəqiq olaraq hansı əşyaları oğurlamasını bilmir. O, Təqsirləndirilən şəxs1 öz maşını ilə Lökbatan qəsəbəsinə aparmış və Lombardda qızılların satışı zamanı öz vəsiqəsini işçiyə təqdim etmişdir. Bundan sonra qızılların qarşılığında 9800 manat pulu alıb sayaraq öz cibinə qoymuşdur. Nərminin qızılları oğurladıqdan sonra satmaqda Nərminə köməklik edəcəyi barədə heç bir vəd verməmişdir. Nərminin bu barədə dedikləri yalandır. Nərmin həmin vaxt qızılların nənəsindən qalma olmasını demişdir. O da, Nərminin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün öz vəsiqəsini təqdim edib qızılları satmaqda köməklik etmişdir. Buna görə də, özünü qismən təqsirli bilir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ilk dəfə olaraq cinayər məsuliyətinə cəlb edilməsini, ona elan olunan ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş 18.600 manat məbləğində pulun qardaşları tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, habelə yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə o, arvadı X3 ilə birlikdə yaşayır. O, 01 iyul 2023-cü il tarixdə o, evinin yataq otağında olan dəmir seyfə qoyduğu qara rəngli pul kisəsinə baxarkən ona məxsus 38 ədəd 15-lik, 36 ədəd 10-luq, 6 ədəd 5-lik qızıl sikkələrdən, 2 ədəd birliyant qaşlı qızıl üzük və 4 ədəd brilyant qaşlı qızıl sırğalardan 19 ədəd 15-lik, 20 ədəd 10-luq, 3 ədəd 5-lik qızıl sikkələrin, 2 ədəd birliyant qaşlı qızıl üzük və 4 ədəd brilyant qaşlı qızıl sırğaların oğurlandığı ona məlum olmuşdur. O, həmin vaxt evində oğurluq edən şəxsin kim olduğunu dəqiq bilməmiş və həmin pul kisəsini yenidən seyfə qoyaraq evdən çıxıb getmişdir. Onun evində həmin vaxt Təqsirləndirilən şəxs1 xadimə işləmişdir. 13 iyul 2023-cü il tarixdə o, arvadı ilə birlikdə Bakı şəhərinə övladlarının yanına getmişdir. 15 iyul 2023-cü il tarixdə isə o, tək Masallı rayonuna qayıtmış və evə getmişdir. O, evə daxil olduqdan sonra yataq otağında olan dəmir kilidli seyfə yenidən baxmış və seyfin içində olan dəri pul qabını götürmüşdür. Bu dəfə həmin dəri pul qabında sayıb qoyduğu 19 ədəd 15-lik, 16 ədəd 10-luq, 3 ədəd 5-lik qızıl sikkələrdən 9 ədəd 15-lik və 6 ədəd 10-luq qızıl sikkələrin oğurlanmasını görmüşdür. Artıq həmin vaxt ona evindən oğrluq edən adamın Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Çünki o, həyat yoldaşı ilə Bakıda olan zaman evində tək Təqsirləndirilən şəxs1 qalmışdır. Onun evindəki seyfin içindəki dəri pul qabından 28 ədəd 15-lik qızıl sikkə, 26 ədəd 10-luq qızıl sikkə, 3 ədəd 5-lik, 2 ədəd brilyant qaşlı qızıl üzük, 4 ədəd brilyant qaşlı qızıl sırğalar oğurlanmışdır. O, təxminən 2 aydan sonra Masallı RPŞ-yə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs1 yazığı gəldiyi üçün Nərminin məsuliyyətini ağırlaşdırmaq istəməmişdir. O, Nərminin həbsdə olduğu müddət ərzində onun evindən oğurladığı bütün qızılları geri qaytaracağını düşünmüş, lakin Nərminin həqiqətən cinayətkar bir insan olmasını anlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 74700 manat maddi ziyan dəymişdir. Ona məxsus oğurlanmış əmlaka hər biri 1400 manat olmaqla ümumilikdə 39200 manat dəyərində 28 ədəd 15-lik qızıl sikkə, hər biri 1000 manat dəyərində olmala ümumilikdə 26000 manat dəyərində 26 ədəd 10-luq qızıl sikkə, hər biri 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində 3 ədəd 5-lik qıızl sikkə və ümumi dəyəri 3000 manat olan 1 ədəd ağ rəngli brilyant qaşlı qızıl sırğa-üzük dəsti və ümumi dəyəri 5000 manat olan 1 ədəd mavi rəngli brilyant qaşlı qızıl-sırğa üzük dəsti aiddir. O həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı oğurlanmış əşyalardan 36.100 manatlıq qaytarılmış, 3000 manat Təqsirləndirilən şəxs1 qardaşı tərəfindən ödənilmiş, 1500 manat məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs2 qardaşları tərəfindən də 9300 manat ibtidai istintaq zamanı, 9300 manat da məhkəmə istintaqı zamanı ödənilmişdir. Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə ərizələr təqdim edərək ona vurulmuş ziyandan 18.600 manatın Təqsirləndirilən şəxs2 qardaşları tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs2 qarşı şikayəti, tələbi və iddiası olmadığını, Təqsirləndirilən şəxs1 tərəfindən isə ziyanın bir qismi ödənilsə də, ödənilməmiş 15.500 manat iddia tələbini azaldaraq 10.000 manat tələb etdiyini, eyni zamanda Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olmadığını qeyd edib, mülki iddiasının təmin edilərək Təqsirləndirilən şəxs1 10.000 manat pulun onun xeyrinə tutulmasını və barələrində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən (arayış) görünür ki, qeyd olunan 3 ədəd rus çarı Nikolayın şərəfinə buraxılmış, üzərində 5 rubl yazılmış, xalq arasında “beşlik” kimi tanınan çəkisi 4,4 qram, əyarı 888 olan qızıl sikkənin 1 ədədinin qiyməti 500 manat olmaqla, ümumi dəyəri 1500 manat, 26 ədəd rus çarı Nikolayın şərəfinə buraxılmış, üzərində 10 rubl yazılmış, xalq arasında “onluq” kimi tanınan çəkisi 8,8 qram, əyarı 888 olan qızıl sikkənin 1 ədədinin qiyməti 1000 manat olmaqla, ümumi dəyəri 26000 manat, 28 ədəd rus çarı Nikolayın şərəfinə buraxılmış, üzərində 15 rubl yazılmış, xalq arasında “on beşlik” kimi tanınan çəkisi 13,2 qram, əyarı 888 olan qızıl sikkənin 1 ədədinin qiyməti 1400 manat olmaqla, ümumi dəyəri 39200 manat, təqdim olunan hər birində orta qaşı mavi rəngli zifir qaşı olan, kənarlarında 12 ədəd kiçik brilyant qaşlar olan, əyarı 750, çəkisi 33 qram olan 1 ədəd qızıl sırğaüzük dəstinin( 1 ədəd üzük və 2 ədəd sırğa) qiyməti 5000 manat, qeyd olunan hər birində orta qaşı ağ rəngli sapfir qaşı olan, kənarlarında 12 ədəd kiçik brilyant qaşlar olan, əyarı 750, çəkisi 25 qram olan 1 ədəd qızıl sırğa-üzük dəstinin (1 ədəd üzük və 2 ədəd sırğa) qiyməti 3000 manat, qeyd olunan əşyaların qiymətləri orta bazarda tələb və təklifə uyğun olaraq müəyyənləşdiyindən qeyd olunan qiymətlər dəyişə bilər. İş materiallarından görünür ki, 14 ədəd 15-lik, 10 ədəd 10-luq və 3 ədəd 5 lik qızıl sikkələr, 1 ədəd brilyant qaşlı qızıl üzük və 2 ədəd brilyant qaşlı qızıl sırğalar maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı qismən ödəmiş, Təqsirləndirilən şəxs2 isə ona vurduğu ziyanı tam ödəmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 465 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X1 birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 462 saylı arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı uşaqları vardır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 88 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Sabunçu tibb mərkəzi Publik-hüquqi şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli USM protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 20 həftəlik canlı hamiləlik müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 oktyabr 2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 4(050)-102/2023 saylı qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 4(050)-103/2023 saylı qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 1(050)-264/2023 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmiş və barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hamilə olmasını Azərbaycan Respublikası CM-in 59.1.3-cü maddəsinə əsasən, himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək həbsdə saxlanılmışlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübutun olan 14 ədəd 15-lik, 10 ədəd 10-luq və 3 ədəd 5 lik qızıl sikkələrin, 1 ədəd brilyant qaşlı qızıl üzüyün və 2 ədəd brilyant qaşlı qızıl sırğaların Zərərçəkmiş şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 oğlundan cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 15.500 manat tutulalaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək iddianın həcmini azaldıb cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10.000 manat Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 mülki iddianı qəbul edərək, borclu qaldığı məbləğin təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs1 10.000 manat və ödənilmiş dövlət rüsumunun məbləği 137 manat, cəmi 10.137 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 oktyabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun məbləği 137 (bir yüz otuz yeddi) manat, cəmi 10.137 (on min yüz otuz yeddi) manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Hakim Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar