Məhkəmə qərarları › İş №1(050)-151/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-151/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-151/2024 26.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının şəkilməmiş qalan 01 ay 28 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərədə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 iyun 2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 08 iyun 2024-cü il tarixdə saat 20 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,348 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əsasən şüşə adı ilə tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, 2023-cü ildə narkotik və psixotrop maddələrdən istifadə etdiyinə görə Masallı rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və daha sonra cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmişdir. O, həbsdən azad olunduqdan sonra yenidən psixotrop maddələrdən istifadə etmək istəmişdir. Belə ki, 08 iyun 2024-cü il tarixdə saat 16 radələrində özü üçün metamfetamin almaq məqsədilə Cəlilabad rayonunun Göytəpə kəndinə getmişdir. Həmin kənddə narkotik və psixotrop maddə satdığını bildiyi şəxsin olduğu yerə getmişdir. Həmin şəxs Göytəpə şəhərində bazar ətrafında olmuş və hər gün bir neçə dəfə bazar ətrafında həmin şəxsi görmək mümkün olmuşdur. O, həmin şəxsin adının nə olmasını və dəqiq harada qalmasını bilməmişdir. Lakin o, həmin şəxsi üzdən tanımışdır. O, bazar ətrafında bir qədər gəzdikdən sonra həmin şəxslə rastlaşmış və söhbət etməyə başlamışdır. O, həmin şəxsdən özü üçün 20 manat dəyərində metamfetamin istəmişdir. Həmin şəxs ona cibində hazır bükümdə olan 20 manat dəyərində metamfetamini vermişdir. O da həmin şəxsə 20 manat pul vermişdir. Bundan sonra o, oradan uzaqlaşmış və yoldan keçən avtomobillərin biri ilə Masallı rayonuna qayıtmışdır. O, Masallı rayon mərkəzində bir qədər gəzdikdən sonra Masallı şəhəri, H.Əliyev prospektində mərkəzi poçtun bir neçə yüz metr uzaqlığında olarkən tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib, özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və birlikdə Masallı RPŞ-yə gəlmişlər. O, Masallı RPŞdə xidməti otaqların birində olarkən özünü X4 kimi təqdim edən şəxs ona hansı şübhə ilə bağlı gətirildiyi və hüquq və vəzifələri izah etmiş, bununla bağlı ona bildiriş təqdim etmişdir. Daha sonra o, ərizə ilə müraciət edib vəkillə təmin olunmağını xahiş etmişdir. Bundan sonra seçimi əsasında ona Masallı rayon vəkil bürosundan Müdafiəçi təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı ona üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxardıb təqdim etmişdir. Bundan əlavə o, bir ədəd alışqan və üç ədəd bir manatlıq pul əskinazı da təqdim etmişdir. Təhqiqatçı onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirmiş və içərisində ağ rəngli kristallardan ibarət maddələr olması aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq o, həmin bükülüdə olan metamfetamini 08 iyun 2024-cü il tarixində saat 16 radələrində Cəlilabad rayonu, Göytəpə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pul qarşılığında aldığını və üzərində gəzdirməkdə məqsədinin özü üçün istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi metamfetamin bir ədəd şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,47 qram olması məlum olmuşdur. Bundan sonra təhqiqatçı həmin metamfetamini şəffaf sellofan bükülü ilə ağ rəngli kağız zərfə qoymuş və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. O, sonda müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq və psixi təsirə məruz qalmadığını bildirmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. O, daha sonra ekspertiza rəyində üzərindən aşkar edilmiş olan metamfetaminin təmiz çəkisinin 0,348 qram olmasını bilmiş və həmin ekspertiza rəyi ilə razı olmuşdur. O, psixotrop maddə əldə etməsi barədə heç kimə bir söz deməmişdir. Buna görə də üzərində psixotrop maddə olan metamfetamini əldə etməyindən və üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. O, uzun müddət psixotrop maddələrdən istifadə etmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. o, psixotrop maddə aldığı həmin şəxsin adının dəqiq nə olmasını və dəqiq olaraq hansı ünvanda yaşamasını bilməmişdir. O, həmin şüşə deyə bildiyi metamfetamindən heç kimə pay verməmiş və də satmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 08 iyun 2024-cü il tarixdə Masallı rayonu, Banbaşı kəndində qediyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra müvafiq əmr əsasında əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri kimi o, təyin edilmiş, üzvləri isə Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Masallı RPŞ-in təhqiqatçısı Vasif Ağazadə təyin edilmişlər. Təqsirləndirilən şəxs cinayətkar əməlinin ifşa edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində mərkəzi poçtun bir neçə yüz metr yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs əvvəlcə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını və bununla bağlı Masallı RPŞ-yə getməli olduğumuzu bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş və onlarla birlikdə Masallı RPŞ-in inzibati binasına gəlmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində olarkən X4 Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah etmişdir. Bundan sonra Mirsamid öz vəkili olmadığını və dövlət hesabına vəkillə təmin olunmaq istədiyini demişdir. Təhqiqatçı tərəfindən Mirsamidə Masallı rayonunda xidmət göstərən vəkillərin siyahını təqdim edilmişdir. Təqsirləndirilən şəxs öz istəyi və seçimi əsasında dövlət hesabına Müdafiəçi qismində təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan etmişdir. Sonra isə təhqiqatçı Mirsamidə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan büküm, sağ yan cibindən isə bir ədəd alışqan və 3 ədəd 1 manatlıq pul əskinazı çıxardıb təqdim etmişdir. Təhqiqatçı Mirsamidin təqdim etdiyi həmin şəffaf sellofan bükümdə nə olmasını soruşmuşdur. Mirsamid isə cavabında metamfetamindir demişdir. Təhqiqatçı tərəfindən həmin bir ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümdə olan psixotrop maddəni Cəlilabad rayonu, Göytəpə qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul qarşılığında almasını və üzərində öz şəxsi istifadəsi üçün saxladığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. X4 Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamini bir ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,47 qram olması aşkar edilmişdir. Bundan sonra təhqiqatçı həmin metamfetamini bükülü halında ağ rəngli kağız zərfə qoyaraq üzərini möhürləyib qablaşdırmışdır. Daha sonra həmin ağ rəngli kağız zərfin iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd alışqan və 3 ədəd bir manatlıq pul əskinazları özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunduğunu, gətirilən zaman ona qarşı zorakılıq və ya qanunsuz rəftar edilmədiyini bildirmişdir. Həmçinin Müdafiəçi tərəfindən bir daha həmin bükümdə olan psixotrop maddə ilə bağlı suallar verilmişdir. Təqsirləndirilən şəxs bir daha təqdim etdiyi bir ədəd sellofan bükümdə olan metamfetaminin özünə məxsus olmasını, heç bir şikayətinin və etirazının olmadığını, polis əməkdaşları tərəfindən heç bir təsirə məruz qalmadığını demişdir. Sonda təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞ-nə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir ədəd sellofan bükülüdəki psixotrop maddə metamfetamin bükülü ilə birlikdə çəkildiyi üçün çəkisi 0,47 qram olması müəyyən edilmişdir. Lakin, ekspertiza tədqiqatı zamanı həmin psixotrop maddə metamfetamin təmiz halda çəkilmiş və təmiz çəkisi 0,348 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxardıb təqdim təqdim etmiş, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 08 iyun 2024-cü il tarixində saat 16 radələrində Cəlilabad rayonu, Göytəpə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat aldığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş fiziki-kimyəvi ekspertizasının 09 iyun 2024-cü il tarixli, 19/482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,348 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” Siyahısına daxildir. (Siyahı İ). Metamfetaminin təmiz çəkisi 0,348 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,298 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN, qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 0,298 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-116/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 28 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X2 rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, atası və anası ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən şəxsin axtarışın keçirilməsini, üzərindən narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokol, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi -0,348 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayətlər törətməsini), o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 21:45-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,298 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 08 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,298 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar