Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-152/2023 07.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Masallı rayonu, Hacıtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı rayonu, Qızılağac kəndində yerləşən kürəkəni Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin həyətində kürəkəni Zərərçəkmiş şəxs qızı Lamiyə Əliyevanı mütəmadi olaraq narahat etməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol ayağına araşdırmaya məlum olmayan dəmir parçası ilə qəsdən vuraraq sonuncuya sol ayağın yumşaq toxumlaraının əzilib şişkinləşməsi və sol ayağın sıyrığı və geniş qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qızı Lamiyə Əliyeva təxminən 8 il əvvəl Masalllı rayonu, Qızılağac kənd sakini Zərərçəkmiş şəxs ilə evlənmiş və 2 övladları var. X7 evlilik müddətində əri Zərərçəkmiş şəxslə narazılıqları olmuş, dəfələrlə qızı Lamiyə Əliyevanı oradan çıxararaq öz evinə gətirmiş və orada qalmışdır. Lakin sonradan qohumları vasitəsilə Zərərçəkmiş şəxslə barışmışdır. Buna baxmayaraq, yenə də Zərərçəkmiş şəxs ailədə narazılıq yaratmış, qızını nalayiq ifadələrlə təhqir etmişdir. Qızı da ona müraciət etmiş və onu bu evdən aparmağını istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində əri ilə aralarında yaranmış mübahisə səbəbindən qızı Şahid1 aparmaq üçün Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Qızılağac kənd ərazisində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Bu zaman evdə Şahid1 və onun əri Zərərçəkmiş şəxs olmuşdur. Onların həyətinə girmiş və qızını aparacağını Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs əvvəlcə ona apara bilməyəcəyini bildirmişdir. Daha sonra onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Onun nalayiq ifadələrinə heç bir cavab verməmişdir. Zərərçəkmiş şəxs isə nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Bundan sora əsəbiləşərk yerdə olan dəmir parçası ilə onun sol ayaq nahiyəsinə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs ona qarşılıq verməmiş və Zərərçəkmiş şəxs vurduqdan sonra oradan uzaqlaşaraq evə getmişdir. Bundan sonra evdə olan qızı Şahid1 və nəvəsi Leyla Quliyevanı oradan götürərək öz evinə aparmaq üçün avtomobilinə minmişdir. Balaca nəvəsi İltimas Quliyevi də aparmaq istəsə də, İltimas getməkdən imtina etmişdir. Buna görə öz avtomobili ilə oradan uzaqlaşmışdır. Törətdiyi əməlindən peşman olmasını, ərinin qızını döyməsi səbəbindən hazırki cinayət əməlini törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 ilə təxminən 8 ildir evlidir. Lamiyə ilə birgə nikahdan 2 övladı var. Şahid1 ilə aralarında evlilik müddətində ailə daxili münaqişələri olmuşdur. Buna görə də qaynatası Təqsirləndirilən şəxs onun ailə daxili işlərinə qarışmışdır. Əliyev X4 Quliyevanın Bakı şəhərində qalmasını istəmiş və buna görə arvadı ilə aralarına münaqişə yaranmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs bu barədə iradlar bildirmişdir. Lakin o, bu iradlara əhəmiyyət verməyərək, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu barədə əvvəllər də Masallı RPŞ-də araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs təkcə onu deyil, 7 yaşlı oğlu İltimas Quliyevi də nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə evdə namaz qılan zaman arvadı Şahid1 uşağa acıqlanmağını eşitmişdir. Namazdan sonra arvadına uşağa acıqlanmamasını bildirmişdir. Bundan sonra evdən çıxaraq kənd ərazisinə getmişdir. Buna görə də Səlimbəy əvvəlcə onu tapmaq üçün evinə getmiş, daha sonra bibisinin ünvanına getmişdir. Lakin onu orada tapa bilməmişdir. Həmin vaxt onu tapa bilmədiyi üçün nalayiq ifadələr işlətmişdir. Həmin gün saat 16 radələrində evə gələn zaman evin yaxınlığında Təqsirləndirilən şəxs öz idarə etdiyi avtomobili onun üzərinə sürmüşdür. O, kənara çəkilmiş buna görə də onu avtomobillə vura bilməmişdir. Daha sonra evinə gəlmişdir. Təqsirləndirilən şəxs də onun arxası ilə ünvanına gəlmişdir. O, öz avtomobilində direl götürərək onun üstünə hücum etmişdir. Əlində olan direllə onun sol ayağına vuraraq xəsarət yetirmişdir. Lakin o, müvazinətini saxlayaraq yerə yıxılmamışdır. Bundan sonra onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, isə heç bir cavab qaytarmamışdır. Bundan sonra yoldaşı Şahid1 və qızı 4 yaşlı Leyla Quliyevanı götürərək oranı tərk etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, təqsirləndirilən şəxsə qanuni cəzasının verilməsini xahiş etdi. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə təxminən 8 ildir evlidir. Birgə nikahdan 2 övladı vardır. Asimlə evlilik müddətində aralarında narazılıqları olmuş, dəfələrlə bu barədə araşdırma aparılmışdır. Lakin sonradan qohumların vasitəsilə Zərərçəkmiş şəxslə barışmışdır. Buna baxmayaraq yenə də Zərərçəkmiş şəxs ailədə narazılıq yaratmış, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu barədə atasına müraciət etmişdir və onu evdən aparmasını istəmişdir. Əvvəllər də Masallı RPŞ-də araşdırmaları olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Asimlə evində mübahisələri yaranmış, bu səəbdən atasına xəbər göndərmiş, atası Səlimbəy Ağayev onu aparmaq üçün yaşadığı Masallı rayonu, Qızılağac kənd ərazisində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs əvvəlcə atasının onu apara bilməyəcəyini bildirmiş, daha sonra atasını nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Atası Asimin nalayiq ifadələrinə heç bir cavab verməmişdir. Zərərçəkmiş şəxs isə nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Bundan sora atası Təqsirləndirilən şəxs əsəbiləşərək yerdə olan dəmir parçası ilə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşılıq verməmiş və atası Asimi vurduqdan sonra evə gəlmiş, onu və qızı Leyla Quliyevanı götürərək evinə aparmaq üçün avtomobilinə mindirmişdir. Şahid qismində ifadə vermiş Şahid2 təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla münaqişə və ədavətinin olmamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmişdir. Ondan Zərərçəkmiş şəxs harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs Asimin kafedə ola biləcəyini və yerini dəqiq bilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhqir etməsinin səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs qızını incitdiyini və Asimi döyəcəyini bildirmişdir. O, isə Səlimbəyə sakit olmasını, belə etməməsini bildirmiş, lakin Səlimbəy onun sözünə qulaq asmamışdır. Nə qədər məsləhət versə də nəticəsi olmamışdır. Səlimbəy idarə etdiyi avtomobilə minərək oradan uzaqlaşmışdır. Təxminən 2 saat sonra qaynı oğlu Zərərçəkmiş şəxslə kənd ərazisində qarşılaşmışdır. Asimin axsayaraq yeriməsini görmüşdür. Bunun səbəbini ondan soruşmuşdur. Asim ona bugün qaynatası Təqsirləndirilən şəxs tərəfindən dəmir parçası ilə döyülməsini, arvadı və qızını aparmasını bildirmişdir. Həmçinin bu barədə DİN-in 102 xidmətinə müraciət etməsini demişdir. O, da 2 saat əvvəl olan hadisələri danışmışdır. Şahid qismində ifadə vermiş Şahid3 təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımasını və onunla münaqişə və ədavətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaynatası kimi tanımış və bir neçə dəfə Zərərçəkmiş şəxs evində gömüşdür. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində yerləşən çayxanada olmuşdur. Bu zaman dostu Zərərçəkmiş şəxs ora gəlmişdir və onunla qarşılaşmışdır. Zərərçəkmiş şəxs axsayaraq yeriməsini görmüşdür. Bunun səbəbini ondan soruşmuşdur. Ona bugün 2 saat əvvəl qaynatası Təqsirləndirilən şəxs tərəfindən dəmir parçası ilə döyülməsini, arvadı və qızını aparmasını bildirmişdir. Həmçinin bu barədə DİN-in 102 xidmətinə müraciət etməsini demişdir. Ona Təqsirləndirilən şəxs öz idarə etdiyi avtomobillə onun üzərinə sürməsini və onu qorxutmasını bildirmişdir. Həmin vaxt orada olmasa da bunu Zərərçəkmiş şəxs ona sonradan demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 06 iyun 2023-cü il tarixli, 515 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ayağın yumşaq toxumlaraınm əzilib şişkinləşməsi və sol ayağın sıyrığı və geniş qançırı kimi müəyyən olundu, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 05.06 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Xırmnandalı kəndində qeydiyyatda olmaqla arvadı 1976-cı il təvəllüdlü X3, oğlu 2007-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində İƏDÜ nümayəndəliyinə hüquqpozmalara dair məlumat daxil olmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması onun özünün səmimi etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 260 (iki yüz altmış) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-152/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-152/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver