Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-154/2023 19.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Masallı rayonu Şatıroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər körpə uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Şatıroba kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun Mollaoba kəndinə düşən hissəsində yolun kənarında olan böyürtkən kollarının arasında torpaqda qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 14 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 06 may 2023-cü il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun Mollaoba kəndinə düşən hissəsində yolun kənarında olan böyürtkən kollarının arasına baxış keçirilərkən oradan ümumi təmiz çəkisi 7,180 qram olan 14 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayının ortalarında Masallı rayonu Şatıroba kəndində yaşadığı küçənin yaxınlığında piyada hərəkət edərkən yerdə kibrit qutusu görmüş və həmin kibrit qutusunu götürüb içərisinə baxdıqda kibrit qutusunun içərisində çətənə bitkisinə aid toxumların olmasını görmüşdür. Tapdığı kibrit qutusunu evə gətirmişdir. Evə gəldikdən sonra həmin qutunu heç kimə məlumat vermədən öz üzərində saxlamışdır. Maddi imkanı çox aşağı olduğundan və narkotik vasitə olan qurudulmuş marixuana əldə edə bilmədiyindən həmin çətənə bitkisinin toxumlarını öz istifadəsi üçün əkib becərmək qərarına gəlmişdir. Bundan sonra həmin toxumları əkmək üçün gizli yer axtarmağa başlamışdır. Bu minvalla Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun Mollaoba kəndinə düşən hissəsində böyürtkən kollarına rast gəlmişdir. Həmin vaxt həmin kolların arasında əldə etdiyi toxumları əkib qulluq etmək qərarına gəlmişdir. Bundan bir gün sonra yaşadığı evdən özü ilə bel gətirərək həmin böyürtkən kollarının arasında bir qədər təmizlik işləri aparmış və çətənə kollarını əkmək üçün orada münbit şərait yaratdıqdan sonra evə qayıtmışdır. Bundan sonra 2023-cü ilin aprel ayının 18-də səhər tezdən həmin yerə gedərək kibrit qutusunun içərisində olan 14 ədəd çətənə toxumunu torpağa əkib su tökərək oradan uzaqlaşmışdır. Demək olar ki, hər gün sübh saatlarında toxumları əkdiyi yerə gələrək onların kökünə su, şirin çay və gübrə verərək qulluğunu davam etdirmişdir. Təxminən 10 gün sonra həmin bitkilər torpaqdan çıxmağa başlamışdır. Ümumilikdə həmin yerdə 14 ədəd çətənə bitkisi, şitili yetişdirməyə başlamışdır. Məqsədi həmin bitkilərə aqrotexniki qayadada qulluq göstərərək yetişdirdikdən sonra onları toplamaq və qurutduqdan sonra öz şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu Şatıroba kəndi ərazisində piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik maddələri üzərində gəzdirməkdə, istifadə etməkdə və qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Masallı RPŞ-nin Boradigah PB-nə getməyini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və şifahi sorğu zamanı o polis əməkdaşlarına üzərində narkotik vasitə olmamasını, lakin Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun kənarında olan böyürtkən kollarının arasında 14 ədəd çətənə bitkiləri əkdiyini bildirmişdir. Polis əməkdaşları ilə Boradigah polis bölməsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü X8 kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilib hüquq və vəzifləri ona izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başladıqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirib Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun Mollaoba kəndinə düşən hissəsində böyürtkən kollarının arasında 14 ədəd çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra çağırılan iki nəfər hal şahidlərinin, mütəxəssisin, onun və digər proses iştirakçılarının iştirakı ilə çətənə kollarını əkdiyi yeri təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi yerə baxış keçirilməyə başlanılmışdır. Keçirilən baxış zamanı polis əməkdaşları böyürtkən kollarının arasında torpağa əkdiyi və aqrotexniki qaydada qulluq etdiyi ümumilikdə 14 ədəd çətənə bitkisini aşkar etmişlər. Polis əməkdaşları ona həmin bitkilərin əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik təbiətli çətənə koluna bənzər bitkilər olmasını bildirmişlər. Baxışda iştirak etmiş mütəxəssis isə həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən torpaqda əkilmiş və qulluq edilmiş ümumilikdə 14 ədəd həmin çətənə kolları torpaqdan çıxarılaraq yerə sərilmiş və təhqiqatçı tərəfindən çətənə bitkilərinin uzunluqları ölçülmüşdür. Bitkilərin ən kiçiyinin uzunluğunun 22 sm, ən böyüyünün uzunluğunun isə 33 sm olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər qablaşdırılmışdır. Hazırda əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, himayəsində iki körpə olmaqla iki nəfər uşağının və yaşlı xəstə anasının olmasını, üçüncü dərəcə əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı rayon X5 PB-nin əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixdə Masallı rayon Şatıroba kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və Masallı rayonu Mollaoba kəndi ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi X8dən, Boradigah PB-nin sahə polis nəfərləri Şahid3 və Şahid2 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Şatıroba kəndi ərazisində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində, üzərində saxlamasında həmçinin narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, üzərində narkotik vasitə olmamasını, lakin təxminən 15-20 gün əvvəl Masallı rayonu Mollaoba kəndi ərazisində çətənə kolları əkib becərməsini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı rayon X5 PB-nə dəvət edilmiş və o, onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon X5 PB-nə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs X8nin xidməti otağına dəvət etmişlər. X8 Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlayıb şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmamasını bildirib, 15 gün əvvəl Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir birindən ayıran yolun kənarında böyürtkən kollarının arasında narkotik tərkibli çətənə kolları əkdiyini etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin onun üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı bu barədə protokol tərtib etmiş və protokolun doğruluğu tərəflərindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 14 ədəd çətənə kollarını əkdiyi yerə keçirilməli olan baxışda iştirak etmək üçün iki nəfər vətəndaş Masallı rayonu Qəzvinoba kənd sakini Şahid6 və Masallı rayonu Türkoba kənd bələdiyyəsinin sədri Şahid5 hal şahidi kimi, o cümlədən aqronom mütəxəssis kimi Şahid4 dəvət olunmuşdur. Bundan sonra proses iştirtakçıları ilə birlikdə Təqsirləndirilən şəxs təqdim etdiyi çətənə kollarını əkdiyi yerə baxış keçirmək üçün getmişlər. Qeyd edilən yerə çatdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi Masallı rayonu Mollaoba kəndi ilə Türkoba kəndlərini bir-birindən ayıran yolun Mollaoba kəndinə düşən hissəsində böyürtkən kollarının arasında əkilmiş çətənə kollarına baxış keçirilməyə başlanılmışdır. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Masallı rayonu Mollaoba kəndində yolun kənarında böyürtkən kollarının arasında torpağa əkdiyi ümumilikdə 14 ədəd çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak etmiş mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra torpaqda əkilmiş və qulluq edilmiş ümumilikdə 14 ədəd həmin çətənə kolları tərəflərindən torpaqdan çıxarılaraq yerə sərilmişdir. Təhqiqatçı tərəfindən həmin çətənə bitkilərinin uzunluqları ölçülmüşdür. Bitkilərin ən kiçiyinin uzunluğunun 22 sm və ən böyüyünün uzunluğunun 33 sm olması müəyyən edilmişdir. Həmin bitkilər elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 22 qram olması müəyyən edilmişdir. Lakin ekspert tərəfindən tədqiqa aparılarkən həmin bitkilərin ümumi çəkisinin 7.180 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər X8 tərəfindən qablaşdırılaraq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. O, da digər proses iştirakçıları ilə birlikdə həmin protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-dən ona zəng olunaraq Masallı rayonu Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Masallı rayonu Mollaoba kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu üçün onun təqdim edəcəyi yerə baxış keçiriləcəyini bildirib, onun da orada mütəxəssis kimi iştirak etməyi üçün dəvət etmişlər. Həmin tarixdə saat 15 radələrində polis əməkdaşları, hal şahidləri kimi dəvət olunmuş Şahid5 və Şahid6, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçila birlikdə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarını təqdim edəcəyi yerə getmişlər. Masallı rayonu Türkoba kəndi ilə Mollaoba kəndini bir birindən ayıran yolun Mollaoba kəndi ərazisinə düşən hissəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs həmin ərazidə yabanı halda bitmiş böyürtkən kollarını göstərərək çətənə kollarını həmin böyürtkən kollarının arasında əkdiyini bildirmişdir. Bundan sonra X8 tərəfindən proses iştirakçılarına hüquq və vəzifələri izah edilərək Təqsirləndirilən şəxs təqdim etdiyi yerə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən torpağa əkilmiş halda ümumlikdə 14 ədəd çətənə kolları aşkar olunmuşdur. Kollara baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik tərkibli həmin çətənə kolları polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs özünün iştirakı ilə diblərindən çıxarılaraq yerə sərilmişdir. Həmin çətənə kollarının kəskin iyli olması, ən böyüyünün uzunluğunun 33 santimetr, ən kiçiyinin uzunluğunun isə 22 santimetr olması müəyyən edilmişdir. Həmin bitkilər elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 22 qram olması müəyyən edilmişdir. Lakin ekspert tərəfindən tədqiqa aparılarkən həmin bitkilərin ümumi çəkisinin 7.180 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kollar təhqiqatçı tərəfindən zərfləşdirilib möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmışdır. Daha sonra o aşkar edilmiş çətənə kollarının həqiqətən də narkotik tərkibli bitkilər olması barədə müvafiq rəy tərtib etmiş və onun iştirakı ilə zəruri sənədləşmə işləri aparılaraq baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolu imzalamaqla təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları ona zəng edərək Masallı rayonu Türkoba inzibati ərazi dairəsinə daxil olan Şatıroba kənd sakini Təqsirləndirilən şəxs Masallı rayonu Mollaoba kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu üçün onun təqdim edəcəyi yerə baxış keçiriləcəyini bildirib, onun da orada hal şahidi kimi iştirak etməyi üçün dəvət etmişlər. Həmin tarixdə saat 15 radələrində polis əməkdaşları və digər proses iştirtakçıları ilə birlikdə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarını təqdim edəcəyi yerə getmişlər. Masallı rayonu Türkoba kəndi ilə Mollaoba kəndini bir birindən ayıran yolun Mollaoba kəndi ərazisinə düşən hissəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs həmin ərazidə yabanı halda bitmiş böyürtkən kollarını göstərərək çətənə kollarını həmin böyürtkən kollarının arasında əkdiyini bildirmişdir. Bundan sonra X8 tərəfindən proses iştirakçılarına hüquq və vəzifələri izah edilərək Təqsirləndirilən şəxs təqdim etdiyi yerə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən torpağa əkilmiş halda ümumlikdə 14 ədəd çətənə kolları aşkar olunmuşdur. Baxışda iştirak etmiş aqronom mütəxəssis Şahid4 kollara baxış keçirərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılmasını bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli həmin çətənə kolları polis əməkdaşlarının, hal şahidlərinin, mütəxəssisin, Təqsirləndirilən şəxs özünün və müdafiəçisi Müdafiəçi iştirakı ilə diblərindən çıxarılaraq yerə sərilmişdir. Təhqiqatçı tərəfindən ilk öncə həmin çətənə kollarının uzunluqları ölçülmüşdür. Bu zaman çətənə kollarının ən böyüyünün uzunluğunun 33 santimetr, ən kiçiyinin uzunluğunun isə 22 santimetr olması müəyyən edilmişdir. Həmin bitkilər elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 22 qram olması müəyyən edilmişdir. Lakin ekspert tərəfindən tədqiqat aparılarkən həmin bitkilərin ümumi çəkisinin 7.180 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kollar təhqiqatçı tərəfindən zərfləşdirilib möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolu imzalamaqla təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Məhkəmə-bioloji” eskpertizasının 07 may 2023-cü il tarixli, 19/520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs Masallı rayonu Mollaoba kənd ərazisində əkdiyi 14 ədəd çətənə kolu....” sözlər və imzalar olan zərfin içərisində, ümumi sayı 14 (on dörd) ədəd, ümumi təmiz çəkisi-7,180 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir (çətənə bitkilərinin təmiz çəkisi 7,180 qram, cəmi tədqiqata istifadə olundu-0,7 qram, (hər obyektdən 0,05 qram) qalıq-6,480 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 08 may 2023-cü il tarixli 522 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi ******** nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəzərov X7 rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan müvafiq doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 12 dekabr 2021-ci il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində və X2 21 fevral 2023cü il tarixdə Masallı şəhərində doğulmuşlar, ataları Təqsirləndirilən şəxs, anaları isə X4r. İş materiallarında olan əlillik haqqında arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ dirsək oynağında sümüklərin sınığından sonrakı qalıq əlamətləri, bazu sümüyünün defekti ilə, dol dirsək oynağında artro-artrozu, sağ bud çanaq oynağının postravmatik artriti diaqnozu ilə İİİ dərəcəli əlildir, əlillik müddətsizdir və o, əlil olması ilə əlaqədar 150 manat sosial müavinət alır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər körpə uşağının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlinə görə peşman olmasını, əməlini səmimi etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, İİİ dərəcəli əlil olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 08 may 2023-cü il tarixli 522 saylı rəyində Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi ******** nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilmədiyi qeyd edilmişdir. Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik üzrə İİİ dərəcəli əlildir və bununla bağlı 150 manat sosial müavinət alır. Odur ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri kimi 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.480 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işində olan 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlanıldığı 06 may 2023-cü il tarixindən 08 may 2023-cü il tarixədək olan 02 (iki gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 6.480 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işində olan 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-154/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-154/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver