Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-154/2024 30.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Masallı rayonu Qızılavar kəndi ərazisində yerləşən açıq otlaq sahəsindən həmkəndlisi, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus bir baş, tünd qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 140 kiloqram, qiyməti 2000 manat olan inəyi gizli yolla talayıb, oğurlamaqla Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, baldızının toy məclisinin dəvətnamələrini qohumlara paylaması üçün Bakı şəhərindən valideynlərinin yaşadığı Masallı rayonu, Qızılavar kəndinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 23 radələrində o, Qızılavar kəndi ərazisində yerləşən mağazadan 2 ədəd “Go” adlı spirtli içki alıb içmişdir. İçdiyi içki onu sərxoş etmiş və o, Qızılavar kəndi ərazisində piyada gəzişərək hava almaq qərarına gəlmişdir. Evinə gedən yolun kənarında, yəni otlaq sahəsində 1 baş, tünd qəhvəyi rəngli inəyin otlamasını görmüşdür. Ətrafa nəzər salmış və kimsənin olmadığına əmin olmuşdur. Pula ehtiyacı olduğundan o, həmin heyvanı oğurlayıb sataraq, pul əldə etmək qərarına gəlmişdir. Bir müddət orada gözləmiş, saat təxminən 01 radələrində o, heyvanın boynuna asılmış ipi tutaraq, heyvanı sürüb otlaq sahəsi ilə Qızılavar kəndi ərazisində yerləşən avtomobil yolunun yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin yanına gətirmişdir. Bir qədər də orada gözləmişdir. Orada əvvəllər tanımadığı bir nəfər şəxsin “Qazel” markalı yük avtomobili ilə gəlib dayanmasını görmüşdür. Həmin şəxsə yaxınlaşmış və bildirmişdir ki, heyvan onun özünə məxsusdur və satmaq üçün mal bazarına aparmaq istəyir. Qazel markalı avtomobilin sürücüsü ona heyvanı mal bazarına 30 manata aparacağını söyləmiş, o, razılaşdıqdan sonra onlar heyvanı yük avtomobilinə qaldırmış və həmin sürücü maşını mal bazarına sürmüşdür. Mal bazarına çatdıqdan sonra o, heyvanı Qazel markalı avtomobilin arxa yük yerindən yerə düşürmüşdür. Digər satıcılar kimi o, da heyvanı satması barədə sözlə elan vermişdir. O, heyvanı 500 manat qiymətində satdığını demiş, səhər saatlarında polis əməkdaşları ona yaxınlaşmış və onun oğurluq əməlini törətməkdə şübhəli olduğunu bildirmişlər. Lakin o, həmin vaxt qorxduğu və məsuliyyətdən azad olmaq üçün 1 baş inəyi oğurlamadığını, həmin heyvanın xalasına məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Masallı RPŞ-yə dəvət etdikdə o, əsəbləşmiş və ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları onu Masallı RPŞ-yə gətirmiş və onun barəsində Masallı rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs seçilmişdir. Etdiyi oğurluq əməlini etiraf edir və əməlindən peşmandır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavəti olmamışdır. Oğurladığı 1 baş inəyi zərərkçəkmiş şəxs Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən ibtidai istintaq dövründə qaytarılaraq cinayət işi üzrə dəymiş maddi ziyan tam şəkildə ödənmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evin həyətində özünə məxsus mal-qara təsərrüfatı vardır. Həmin təsərrüfatına iribuynuzlu heyvanlar daxildir. 3 baş iribuynuzlu heyvanı olmuş və həmin iribuynuzlu heyvanlardan 2 baş heyvanını maddi ehtiyacları üçün satmışdır. 1 baş inəyini isə yaşadığı kənd ərazisində yerləşən, yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan otlaq sahəsinə otlaması üçün buraxmışdır. Hər gün səhər saatlarında 1 baş inəyini otlaq sahəsinə ötürür və otlaq sahəsi evinə yaxın olduğundan axşam saatlarında gedib heyvanı evin həyətinə gətirirmiş. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, yenidən 1 baş inəyini həmin otlaq sahəsinə buraxmışdır. Həmin gün axşam saat təxminən 00:30 radələrində o, heyvanı gətirmək üçün otlaq sahəsinə getmişdir və 1 baş iribuynuzlu heyvanının orada olmadığını görmüşdür. Otlaq sahəsində bir qədər heyvanı axtarsa da, lakin tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında isə ona məxsus 1 baş inəyinin oğurlanmasına əmin olduqdan sonra isə Masallı RPŞ-yə gələrək, bu barədə şikayət ərizəsi yazmışdır. Ona məxsus 1 baş inəyi, dişi cinsli, 7 illik, tünd qəhvəyi rəngli, çəkisi 140 kiloqram olmuş və heyvanın ümumi dəyəri 2000 manat təşkil etmişdir. Ona ümumilikdə 2000 manat maddi zərər dəymişdir. Ona məxsus 1 baş inəyini oğurlayan Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 ilə birlikdə Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən mal bazarında xidmətdə olduqları zaman əvvəllər tanımadığı, şəxsiyyəti onlara sonradan məlum olan Masallı rayonu, Qızılavar kənd sakini Təqsirləndirilən şəxs 500 manat dəyərində 1 baş inəyi satması barədə ucadan dediyi səsi eşitmişlər. Onlar həmin heyvanın satış qiymətinin həddən artıq ucuz olduğunu düşünmüş və Təqsirləndirilən şəxs həmin 1 baş inəyi oğurlamasından şübhələnərək, ona yaxınlaşmışlar. Əvvəlcə onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və satdığı heyvanın kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs bir qədər özünü itirmiş və müxtəlif bəhanələr gətirərək, 1 baş inəyin xalasına məxsus olduğunu, satmaq üçün bazara gətirməsini bildirmişdir. Onlar həmin heyvanın oğurlaması ilə bağlı şübhəli olmasını izah edib, Kamili Masallı RPŞ-yə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onlarla mübahisə etməyə, ucadan küçə söyüşləri söyməyə başlamışdır. Onlar Kamili dəfələrlə nizamintizama dəvət etsələr də, Təqsirləndirilən şəxs onların qanuni tələbinə məhəl qoymayaraq, öz qanunsuz əməlini davam etdirmişdir. Onlar da Təqsirləndirilən şəxs 1 baş iribuynuzlu heyvanla birlikdə Masallı RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tədbir görülmüş və Masallı rayon məhkəməsinn qərarı ilə 15 gün müddətinə inzibati həbs verilmişdir. Daha sonra məlum olmuşdur ki, Masallı rayonu, Qızılavar kənd sakini Təqsirləndirilən şəxs sonradan törətdiyi oğurluq əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 Füzuli oğlu və Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şükürov X3 RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun “Qazel” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır və həmin avtomobili ilə yük daşıyaraq, pul qazanır. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində tanışı Rəqib adlı şəxslə Qızılavar kəndi ərazisində oturub çay içmiş və bir qədər də nərd oynamışlar. Getməyə hazırlaşırmışlar ki, əvvəllər tanımadığı bir nəfər şəxs onlara yaxınlaşmış və “Qazel” markalı avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Fəttah, avtomobilin ona məxsus olmasını demişdir, həmin şəxs adının Kamil olduğunu demiş və ondan özünə məxsus 1 baş inəyini mal bazarına aparmasını xahiş etmişdir. Onlar yol pulunu 30 manat olaraq razılaşmışlar. Onlar inəyi maşına mindirmişlər. O, Kamili Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən mal bazarına aparmışdır. Həmin vaxt onunla birlikdə tanışı Şahid5 da olmuşdur. Onlar bazara çatan kimi heyvanı maşından bazara düşürmüşlər və Kamil adlı şəxs inəyi satması barədə elan verməyə başlamışdır. Kamil heyvanı biraz sonra 500 manata satmasını bildirdikdə onlar Kamildən şübhələnmiş və inəyin oğurluq olması ehtimalına gəlmişlər. Elə bu vaxt polis əməkdaşları Kamil adlı şəxsə yaxınlaşmış və Təqsirləndirilən şəxs Masallı RPŞ-yə gətirmişlər. Həmçinin o, da oğurlanmış 1 baş heyvanı maşınına mindirib Masallı RPŞ-yə gətirib, təhvil vermişdir. O, Təqsirləndirilən şəxs tanımamış və əvvəllər heç bir ədavəti olmamışdır. Həmin heyvanın oğurluq olmasını nə o, nə də ki, tanışı Rəqib bilməmişlər. Çünki Təqsirləndirilən şəxs onlara heyvanın özünə məxsus olmasını və satmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayonu, Ərkivan qəsəbə sakini Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə Masallı rayonu Qızılavar kəndi ərazisində yerləşən açıq otlaq sahəsində edilmiş və həmin otlaq sahəsinə daxil olmaq üçün hər hansı maneə yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus bir baş inəyi Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurladığını hadisə yerində əyani göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “Qazel” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan, tünd qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 140 kq olan bir baş inək Şahid4 götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus tünd qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 140 kq olan bir baş inək xx.xx.2024-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq həmin tarixdə saxlanılmasından ötrü Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Qızılavar kənd sakini Zərərçəkmiş şəxs məxsus 1(bir) baş inək Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saatlarında oğurlanmış və həmin tarixdə Masallı rayonu, Ərkivan qəsəbə sakini Şahid4 məxsus “Qazel” markalı avtomobil ilə Kosakül kəndi ərazisində yerləşən mal bazarına satmaq üçün aparılmışdır. Təqsirləndirilən şəxs Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən mal bazarında oğurluqda şübhəli bilindiyinə görə saxlanılaraq, RPŞ-yə gətirilmişdir. Lənkəran Şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2258 saylı arayışdan görünür ki, Hüseynov X2 xəstəxanasında qeydiyyatda deyil. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılavar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təqdim olunmuş bir baş tün qəhvəyi rəngli, 140 kq ət çəkisi olan dişi cinsli inəyin 1 kiloqramın qiyməti 14 manat omaqla cəmi 1960 manatdır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəl və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək, onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış 2000 manat dəyərində tünd qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 140 kq olan bir baş inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********,M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES************ ******** hesabına köçürülməlidir. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə maddi sübüt kimi tanınmış 2000 manat dəyərində tünd qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 140 kq olan bir baş inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********,M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES************ ******** hesabına köçürülsün. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-154/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-154/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver