Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-156/2023 31.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Masalllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixıli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya tətbiq edilməklə, həmin Qərarın 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində olan narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisində davam etdirilməsi və tamamlanması qərara alınmış, xx.xx.2021-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri, S.Məmmədov küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 450,0 qram təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, S.Məmmədov küçəsi, ev 28-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı Masallı RPŞ-nin NMQ-nın sabiq əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri olaraq Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7, ondan və qrup rəhbəri kimi əməliyyat müvəkkili Şahid1 iştiraklarından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əməliyyat müvəkkili Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olubolmamasını soruşduqları zaman Təqsirləndirilən şəxs heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib X6un xidməti otağına gətirdikdən sonra X6 Təqsirləndirilən şəxs tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Həmin vaxt Elşad Məmmədov ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil bürosunun vəkili X3 İbrahimovun müdafiəçisi kimi dəvət olunmuşdur. X6 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Şəxsiaxtarışa başlayan zaman X6 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, iştirakçılara təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç tərəfindən içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təhqiqatçıya təqdim edərək təqdim etdiyi torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu, həmin qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında Masallı rayonu ərazisindən keçən Viləş çayının kənarından yığaraq yaşadığı evdə qurutduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt təhqiqatçı E.Məmmədov Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan torbanının içərisində olan qurudulmuş marixuanaya baxdıqdan sonra həmin qurudulmuş marixuananı sellofan torbayla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 462,0 qram olmasını müəyyən etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin içərisində qurudulmuş marixuana olan sellofan bükülü zərfin içərisinə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına təhqiqatçı şəxsi-axtarış keçirsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. X6 şəxsi-axtarış keçirilməsi barədə protokol tərtib etmişi və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs Masallı şəhər sakini kimi tanımış, Təqsirləndirilən şəxsla heç bir ədavətivə düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, üzərində axtarış aparıldıqda ona qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə qurudulmuş marixuana sellofanla birlikdə tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı Masallı rayonu ərazisindən keçən Viləş çayının kənarından yığaraq yaşadığı evdə qurutduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəçisidir. Lakin aşkar olunmuş narkotik vasitə ona məxsus deyildir. Həmin narkotik vasitədən xəbəri olmamışdır. İstintaq materiallarında olan video çəkiliş zaman üzərindən çıxan narkotik vasitə ona məxsus deyildir. Şahidlər yalan danışırlar. Polis şöbəsinə gətirildiyi zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Həmçinin, videoçəkiliş zamanı üzərindən götürülmüş narkotik vasitə marixuana yaş vəziyyətdə olmuşdur. Viləş çayının kənarında narkotik vasitə yığmamış, üzərində hər hansı narkotik vasitə olan bağlama olmamışdır. Hansı ki, həmin bağlama ona polis əməkdaşları tərəfindən videoçəkilişdən qabaq təqdim edilmiş, əməlini videoçəkiliş zamanı etiraf etməyəcəyi halda daha ağır ittihamla cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Məcbur olaraq videoçəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını, Viləş çayının kənarından yığaraq qurudub üzərində saxlaması barədə yalan ifadə vermişdir. Sadəcə narkotik vasitənin istifadəçisidir. Sonda Təqsirləndirilən şəxs göstərilənlərin nəzərə alıb məhkəmədən ədalət qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun muddətdir ki, narkotik vasitələr qəbul edir. Əsasən qurudulmuş marixuana istifadə edir. Heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə qanunsuz olaraq narkotik vasitə istifadə ediyiüçün Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” elan edilməsi haqqında Qərarının 2.4-cü bəndində əzasən cəzasının çəkilməmiş hissəsindən azad edilib 2021-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. Lakin o, azadlığa çıxdıqdan sonra da qanusnuz olaraq narkotik vasitə istifadə etməyə davam etmişdir. 2022-ci ilin iyul ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə səhər saatlarında balıq tutmaq məqsədi ilə özünə məxsus tilovunu götürüb yaşadığı evdən çıxaraq Viləş çayının Masallı rayonu, Musaküçə kəndinin yaxınlığından axan hissəsinə getmişdir. Çayın ətrafında balıq tutmaq üçün uyğun yer axtaran zaman yabanı halda bitmiş bir-birilərindən 10-15 sm aralıda və hündürlükləri təxminən 1 metr olan çoxlu sayda yaş çətənə bitkilərinin kollarını görmüşdür. Narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğundan həmin yabanı halda bitmiş çətənə bitkilərinin yarpaq hissələrini yığıb şəxsi istifadəsi üçün yaşadığı evə gətirmək qərarına gəlmişdir. Bu məqsədlə balıq tutmaq fikrindən daşınaraq yaş halda olan yabanı şəkildə bitmiş çətənə bitkilərinin yarpaq hissələrini bir-bir yığaraq əvvəlcədən özü ilə götürdüyü şəffaf sellofan torbanın içinə yığmışdır. Daha sonra heç kimin bilməməsi üçün həmin çətənə bitkilərinin kollarını əli ilə bir-bir dartıb yerindən çıxardaraq çaya atmışdır. Daha sonra çətənə bitkisinin yarpaqlarını yığdığı həmin sellofan torbanı əynində olan köynəyinin altında gizlədərək piyada yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində heç kimin diqqətini cəlb etməyən yerdə köynəyinin altında gizlətdiyi sellofan torbanı çıxardıb içərisindəki yaş vəziyyətdə olan çətənə bitkilərini qurutmaq məqsədilə yerə sərib ətrafına kol-kos yığmışdır. Təxminən bir həftə müddətində həmin yarpaqları quradaraq təkrar şəffaf rəngli sellofanın içinə yığaraq çəkisini bilmək üçün evdən tapdığı tərəzidə çəkmiş və həmin qurudulmuş marixuananın çəkisinin 490,0 qram olduğunu müəyyən etmişdir. Həmin qurudulmuş marixuanadan bir az istifadə etdikdən sonra qalanını şəffaf rəngli sellofan torbanın içində digər vaxtlarda şəxsi istifadəsi üçün saxlamaqdan ötrü özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlətmişdir. Bundan sonra arabir bədənində ağrılar olanda ailə üzvləri evdə olmayan vaxt həmin qurudulmuş marixuanadan biraz götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə sellofan torbada gizlətdiyi özünə məxsus qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən müəyyən edilə biləcəyindən ehtiyat etdiyi üçün həmin qurudulmuş marixuananı oradan götürüb yaşadığı evin yaxınlığında başqa bir yerdə gizlətmək və elə həmin yerdə də biraz istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü saat 18 radələrində həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlətdiyi özünə məxsus içərisində təxminən 450 qram qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan torbanı götürüb əynindəki qara rəngli gödəkçənin sol iç hissəsinə yerləşdirərək yaşadığı S.Məmmədov küçəsinə çıxıb oradan yaxınlıqda olan H.Əliyev prospektinə piyada hərəkət edib üzərində olan qurudulmuş marixuananı gizlətməyə uyğun yer axtaran zaman iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, ona qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb ona polis şöbəsində üzərinə baxış keçirilməsindən ötrü birlikdə Masallı Rayon Polis şöbəsinə getməli olduğunu demişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞnin TB-nin təhqiqatçısı Elşad Məmmədov kimi təqdim etmişdir. Sonra X6 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Sonra təhqiqatçısı E.Məmmədov üzərində şəxsiaxtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı E.Məmmədov ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim edərək təqdim etdiyi torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında Masallı rayonu ərazisindən keçən Viləş çayının kənarından yığaraq yaşadığı evdə qurutduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt təhqiqatçı E.Məmmədov təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan torbanının içərisində olan qurudulmuş marixuanaya baxdıqdan sonra həmin qurudulmuş marixuananı sellofan torbayla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 462,0 qram olduğunu müəyyən etmişdir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana kağız zərfə qoyularaq qablaşdırımış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı E.Məmmədov üzərində həyata keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-yə dəvət edən zaman və ya üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Narkotik vasitə qurudulmuş marixuananı bədənində ağrılar olduğu üçün istifadə edir. O, şəxsi istifadəsi üçün qurudulmuş marixuananı əvvəllər əsasən Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxslərdən almışdır. Narkotik aludəçisidir. Satışı ilə məşğul olmur. Üzərində qurudulmuş marixuana olmasından və həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxlamağından heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş (ifadəsi elan olunmuş) şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmış, baxış zamanı Zaur İbraimovun əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim edərək təqdim etdiyi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında Masallı rayonu ərazisindən keçən Viləş çayının kənarından yığaraq yaşadığı evdə qurutduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi müəyyən edildi. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 19/515 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd torbada təmiz çəkisi: - 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 450,0 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 449,95 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 513 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 450,0 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 449,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılmaqdadır. Üzərinə keçirilmiş şəxsi-axtarış və götürmə istintaq hərəkətinin aparılmasının video görüntülərini yaddaşında saxlayan 01 ədəd DVD disk iş üçün sübut həmiyyəti daşıdığından cinayət işin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masalllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya tətbiq edilməklə, həmin Qərarın 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan narkomaniyadan məcburi müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, 3-16-17/20/2 1298 2023 saylı məlumatından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, və X10 xx.xx.2021-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, S.Məmmədov küçəsi, ev 28-də qeydiyyatda olmaqla arvadı xx.xx.1973-cü il təvəllüdlü X2 və oğlu xx.xx.2005-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır, o, Masallı şəhər ərazisində yaşadığı müddətdə özünü intizamsız aparmış, cəmiyyətdə davranış qaydalarına əməl etməmişdir. O, narkotik maddə aludəçisidir və cəmiyyətə yaraşmayan hüquqa zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs mənfi xrakterizə olunur. Onun barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini əks etdirən video çəkiliş aparılması barədə CD-dən, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya tətbiq edilməklə, həmin Qərarın 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində olan narkomaniyadan məcburi müalicəsi Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisində davam etdirilməsi və tamamlanması qərara alınmış, xx.xx.2021-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilsə də, barəsində narkomaniyadan məcburi müalicəsi ləğv edilmədiyindən onun məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydda götürülməmişdir. Onun əməlində cinayətin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndində göstərilir ki, bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər həbsdən azad olunurlar. Həmin Qərarın 36-cı bəndində göstərilir ki, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 may 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 31 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 513 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və və ekspert tədqiqatından sonra qalıq çəkisi 449,95 qram narkotk vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 04 may 2023-cü il tarixdən 06 may 2023cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 31 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 449,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış ) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-156/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-156/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver