Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-156/2024 08.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi , Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla Masallı şəhəri Dadva küçəsində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə, saat 23 radələrində Masallı şəhəri, Dadva küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyindən şübhələndiyi üçün aralarında qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı, əlləri ilə Zərərçəkmiş şəxs boğazından yapışıb sıxmış, sonra qəsdən divara vurub yerə yıxaraq sonuncuya “sağ və sol said, sağ bud və sol diz nahiyyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı, boyunun sağ və sol yan hissəsinin qançırları” diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır cinayətlər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məcləsinin xx.xx.2003-cü il tarixli Amnsitiya qərarına əsasən cəzadan edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 12 iyun 2024-cü il tarixli, 525 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol said, sağ bud və sol diz nahiyəsinin yumşaq toxumasının əzilib şişkinləşməsi və geni qançırı, boynun sağ və sol yan hissəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 11 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallaırnda olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əhmədov X3 rayonu, Qızılağac kəndində qeydiyyatda olsa da, Masallı şəhərində yaşayır. Ərazidə yaşadığı müddətdə qonşuları və dostları ilə mehriban olmuşdur. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şiufahi şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs imzası ilə təsdiq edilərək məhkəməyə təqdim etdiyi 08 iyul 2024-cü il tarixli ərizədə göstərilir ki, “həyat yoldaşım Təqsirləndirilən şəxs ilə aramızda mübahisə olduğu üçün onun barəsində cinayət işi məhkəməyə verilmişdir. Lakin, hazırda biz barışmışıq, cinayət işi üzrə mənə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışam, ona qarşı şikayət və tələbim yoxdur. Ona görə də xahiş edirəm, barışmağımızı nəzərə alıb Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verəsiniz”. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilərək məhkəməyə təqdim etdiyi 08 iyul 2024-cü il tarixli ərizədə göstərilir ki, “xx.xx.2024-cü il tarixdə mən həyat yoldaşım Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində dalaşmışdım. Hal hazırda səhvimi başa düşürəm, həyat yoldaşımla barışmışam, vurulan ziyanı ödəmişəm, özümü təqsirli bilirəm, hərəkətimdən peşmanam. Barışmağımızı nəzər alıb mənim barəmdə işin icraatına xitam verəsiniz.” Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş zərərin aradan qalxdığına dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-156/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-156/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver