Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-157/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1974-cü ildə Cəlilabad rayonu, Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri, H.Əliyev prospekti bina 48, mənzil 18-də yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1975-ci ildə Laçın rayonu, Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü madəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş tutulduğu günədək 02 il 03 ay 06 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, hazırda cəza çəkən, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, H.Əliyev prospekti bina 32, mənzil 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-cü ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3cü maddələrinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən, barəsində həbs qətimkan tədbiri seçilməklə 21 aprel 2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyriyaşayış binasının birinci mərtəbəsinə qanunsuz daxil olaraq oradakı sütunun yanından 1 ədədinin qiyməti 700 manat olmaqla, 3 ədədinin qiyməti 2100 manat təşkil edən Türkiyə istehsalı, “Altan” markalı alüminium qapı, 1 ədəd 700 manat dəyərində, Türkiyə istehsalı, “Altan” markalı alüminium pəncərə və 200 manat dəyərində, uzunluğu 50 metr olan mis materialdan olan kabeli gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən 1 ədəd, 100 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə aid “stupciya” adlanan ehtiyat hissəsini və iki ədəd, hər biri 600 manat dəyərində, “Kamaz” markalı yük avtomobilinə aid “difer” adlanan ehtiyat hissəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində əvvəllər tanıdığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən bir ədəd, 100 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə aid “stupciya” adlanan ehtiyat hissəsini və iki ədəd, hər biri 600 manat dəyərində, “Kamaz” markalı yük avtomobilinə aid “difer” adlanan ehtiyat hissəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən 1 ədəd, 100 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə aid “stupciya” adlanan ehtiyat hissəsini və iki ədəd, hər biri 600 manat dəyərində, “Kamaz” markalı yük avtomobilinə aid “difer” adlanan ehtiyat hissəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman yolun kənarında olan qeyri-yaşayış binasının dəmirdən olan qapısına söykənmiş torbanın içərisində alüminiumdan olan qapı-pəncərə materiallarının olduğunu görmüşdür. Maddi vəziyyətində çətinliklər olduğundan həmin alüminiumdan olan qapı-pəncərə materiallarını oğurlamaq qərarına gəlmişdir. Bundan sonra ətrafda heç kimin olmadığına əmin olub həmin qeyri-yaşayış binasının qapısına söykənmiş torbanı içərisindəki alüminiumdan olan qapı-pəncərə materialları ilə birlikdə götürmüşdür. Daha sonra o, həmin alüminiumdan olan qapı-pəncərə materiallarını satmaq qərarına gəlmiş və elə həmin vaxt Masallı şəhəri, H.Əliyev prospektində bir nəfər tanımadığı şəxsin motosikletlə gəldiyini görmüşdür. O, güman etmişdir ki, həmin motosikletin sahibi dəmir alğı-satqısı ilə məşğul olur. Buna görə də əli ilə işarə edib həmin motosikleti saxlatdırmışdır. Həmin motosikleti idarə edən şəxs orta yaşlarında kişi cinsinə mənsub şəxs olmuşdur. O, həmin şəxslə salamlaşdıqdan sonra ondan dəmir alğı-satqısı ilə məşğul olub-olmadığını soruşmuşdur. Həmin şəxs müəyyən vaxtlarda məşğul olduğunu bildirmişdir. O, həmin şəxsdən alüminium materialının 1 kiloqramının hansı qiymətə olduğunu soruşuzan zaman həmin şəxs də alüminium materialının 1 kiloqramının 2 manat olduğunu bildirmişdir. O, da həmin şəxsə satılıq alüminiumdan olan qapı-pəncərə materiallarımın olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə əlində olan torbanı vermişdir. Həmin şəxs torbaya baxan zaman həmin torbada alüminiumdan olan qapı-pəncərə materiallarından başqa təxmini uzunluğu 7 metr olan mis naqilin də olduğunu bildirmişdir. O, həmin torbanı oğurlayanda içərisində alüminiumdan olan qapı-pəncərə materiallarını görsə də, mis naqilin olduğuna fikir verməmişdir. O, həmin şəxsdən mis naqili ona verməsini istəmiş, həmin tanımadığı şəxs torbanın içərisindən mis naqili çıxarıb ona vermişdir. Bundan sonra o, həmin şəxsdən mis naqilin 1 kiloqramının hansı qiymətə olduğunu soruşmuşdur. Həmin şəxs mis naqilin 1 kiloqramının qiymətinin 8 manat olduğunu bildirmişdir. Həmin şəxs ona 10 manat pul verib mis naqili almışdır. Lakin çox pulu olmadığı üçün onda olan alüminiumdan olan qapıpəncərə materiallarını ala bilməyəcəyini, buna baxmayaraq onu həmin materialları sata biləcəyi Masallı şəhəri ərazisində olan inşaat bazarında yerləşən metal qəbulu məntəqəsinə apara biləcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxslə birlikdə motosikletlə inşaat bazarına getmişdir. Həmin şəxs inşaat bazarında əvvəllər tanımadığı bir nəfər şəxsə məxsus metal qəbulu məntəqəsininin olduğu yeri göstərdikdən sonra o, içərisində alüminiumdan olan qapı-pəncərə materialları olan torba ilə birlikdə miotosikletindən enmişdir. Həmin şəxs onunla sağollaşıb motosikleti ilə yanından uzaqlaşıb getmişdir. O, daha sonra orada olan metal qəbulu məntəqəsinə getmiş və həmin vaxt orada olan əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb salam verdikdən sonra alüminium materialları satdığını bildirib əlində olan tortbanı göstərmişdir. Həmin şəxs kisəyə baxmaq istəmiş və kisəyə baxan zaman içərisində sökülmüş vəziyyətdə olan alüminium qapı-pəncərə materiallarının olduğunu görmüşdür. Həmin şəxs alüminium qapıpəncərə materiallarının ona məxsus olub-olmadığını soruşmuş və o, həmin alüminium qapı-pəncərə materiallarının özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini, şəxsiyyət vəsiqəsinn şəklini mobil telefeonu ilə çəkdikdən sonra həmin alüminium qapı-pəncərə materiallarını alacağını bildirmişdir. O, da şəxsiyyətini təsdiq edən sənədi həmin şəxsə təqdim etmişdir. Həmin şəxs yanında olan dəftərə şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd etmiş və sənədini ona qaytarmışdır. Bundan sonra həmin şəxs onun təqdim etdiyi torbada olan alüminium qapı-pəncərə materiallarını elektron tərəzidə çəkmişdir. O, həmin vaxt alüminium materiallarının çəkisinin nə qədər olduğunu xatırlamasa da, həmin şəxsin onların müqabilində ona 110 manat pul vermişdir. O, pulu aldıqdan sonra həmin şəxslə sağollaşıb öz evinə çıxıb getmişdir. Daha sonra həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasından oğurluq etdiyini heç kim bilməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Masallı şəhər ərazisində olan zaman Masallı RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus qeyri-yaşayış binasından oğurluq etməkdə şübhəli olduğunu bildirərək, onu Masallı RPŞ-yə dəvət etmişlər. O, həmin vaxt polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə gəlmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 məxsus qeyriyaşayış binasının qarşısından oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus qeyri-yaşayış binasından oğurluq etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus qeyri-yaşayış binasına qanunsuz daxil olmamışdır. Onun oğurladığı alüminium qapı-pəncərə materialları ilə mis naqil həmin binanın içərisində olmamışdır. Həmin materiallar binanın dəmirdən olan qapısına söykənmiş torbanın içərisində olmuşdur. O, həmin materilları torba ilə birlikdə oğurlamışdır. xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, o, həmin hadisədən sonra təkrarən oğurluq etmişdir. Belə ki, xx.xx.2023cü il tarixdə axşam radələrində yaşadığı məhəllədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la söhbət edərkən Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən obyektdə köhnə avtomobil ehtiyat hissələri olmasını və həmin hissələri oğurlayıb sata biləcəklərini bildirmişdir. Onun da pula ehtiyacı olduğundan Anarın etdiyi təkliflə razılaşmışdır. Anar tanışı İslamın obyektində səhər 08 radələrində heç kimin olmadığını və buna görə də niyyətlərini xx.xx.2023-cü il tarixdə, 08 radələrində həyata keçirəcəklərini, həmin vaxtda məhəllədə görüşüb oradan gedəcəklərini bildirmişdir. O və Təqsirləndirilən şəxs3 Anarla razılaşmış və Anarın dediyi tarixdə yaşadıqları Masallı şəhəri, H.Əliyev prospektində əvvəlcədən etdikləri razılığa əsasən görüşüb yola çıxmışlar. Yolda Anar yoldan keçən tanımadığı şəxsə məxsus “VAZ 2106” markalı, açıq mavi rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi sürücüsünə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin avtomobilə əyləşmişlər və Anar əvvəllər tanımadığı sürücüdən avtomobili Zərərçəkmiş şəxs2 obyektinə sürməsini xahiş etmişdir. Yolda olan zaman Anar sürücüyə İslamın tanışı olduğunu, ona köhnə ehtiyat hissəsi bağışladığını və həmin ehtiyyat hissəsini onun obyektindən götürmək lazım gəldiyini bildirərək sürücüyə yolu başa saldıqdan sonra həmin şəxs avtomobili İslamın obyektinə sürmüşdür. Oraya çatdıqdan sonra o, Anar və Ülvi avtombildən yerə enmişlər. Həmin vaxt o, Anarın dediyinə görə obyektdə heç kimin olmadığını qabaqcadan bilsə də, taksi sürücüsünü inandırmaq üçün obyektin həyətinə doğru irəliləyib, daha sonra Anargilin yanına qayıdıb guya gözətçiyə məlumat verdiyini və ehtiyat hissələrini götürə biləcəklərini demişdir. Bundan sonra Anar obyektin qonşuluğunda olan tanımadığı şəxsə məxsus həyətyanı sahənin daş hasarının kənarına yığılmış çoxlu sayda köhnə ehtiyat hissələrinin içərisində olan “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini gördüyünü bildirmişdir. Həmin vaxt o, Anar və Ülvi köməkləşib həmin ehtiyat hissələrini taksinin arxa yük yerinə yığmışlar. Daha sonra taksiyə əyləşib sürücüdən avtomobili Masallı rayonu, Bədəlan kəndi istiqamətinə sürməsini istəmişlər. Bundan sonra tanımadıqları taksi sürücüsü avtomobili həmin istiqamətə sürmüşdür. Masallı rayonu, Ərkivan qəsəbəsi ilə Boradigah qəsəbəsi arasında olan avtomobil yolunun Kolatan kəndi istiqamətindən keçən hissəsində Anar yolun kənarında taksi sürücüsündən avtomobili saxlamasını istəmişdir. Həmin vaxt orada metal qəbulu məntəqəsinin olmasını və giriş qapısının bağlı olduğunu görmüşlər. Lakin, Anar orada olan əvvəllər tanımadığı bir nəfər şəxsə satmaq üçün dəmir gətirdiyini dedikdən sonra həmin şəxs metal qəbulu yerini işlədən şəxsə zəng edib onların gəldiyini demişdir. Bir müddət sonra yanılarına bir nəfər şəxs gəlmişdir. O, orada həmin şəxsin Masallı rayonu, Bədəlan kənd sakini Qadir adlı şəxs olduğunu bilmişdir. Həmin vaxt Qadir metalın harada olduğunu soruşduqda Anar ehtiyat hissələrinin avtomobilin yük yerində olduğunu demişdir. Bundan sonra o, Anar və Ülvi köməkləşib avtomobilin yük yerindən “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini götürüb Qadirin metal qəbulu sexinin qarşısında yerə qoymuşlar. Daha sonra Qadir həmin ehtiyat hissələrini götürüb bir-bir böyük tərəzinin üzərinə qoyub çəkmişdir. Həmin vaxt ehtiyat hissələrinin ümumi çəkisinin təxminən 200 kq olduğunu bilmişlər. Qadir həmin ehtiyat hissələrinin müqabilində Anara 255 manat pul verdi. Bundan sonra onlar Qadirlə sağollaşıb birlikdə taksi ilə Masallı şəhərinə qayıtmışlar. Masallı şəhərinə qayıtdıqdan sonra Anar əldə etdikləri puldan taksinin pulunu verib, hər birinə 70 manat olmaqla ona və Ülviyə pul vermişdir. O, daha sonra yaşadığı evə getmişdir. Həmin 70 manat pulu öz ehtiyaclarına xərcləmişdir. O, Anar və Ülvi ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus açıq sahəlikdə yerləşən obyektdən qeyd etdiyi “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsindən başqa heç bir əşya oğurlamamışdır. Zərərçəkmiş şəxs2 məxsus ehtiyat hissələrini oğurlayan zaman istifadə etdikləri nəqliyyat vasitəsinin sürücüsü və oğurladıqları ehtiyat hissələrini satdıqları Masallı rayonu, Bədəlan kənd sakini Şahid3 həmin əşyaları oğurladıqlarını bilməmişlər. Çünki, Təqsirləndirilən şəxs2 taksi sürücüsünə İslam Zeylalovun həmin ehtiyat hissələrini ona bağışladığını demiş və həmçinin Şahid3 də ehtiyat hissələrinin özünə məxsus olduğunu bildirmişdir. O, Anar və Ülvi ilə birlikdə qeyd etdiyi oğurluq hadisəsindən başqa heç bir yerdən oğurluq etməmişdir. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, bildirib barəsində həbslə əlaqədar olmayan ədalətli və yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, əvvəllər Masallı şəhərində yerləşən “İnşaat bazarında” inşaat materiallarının satışı ilə məşğul olmuşdur. Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 Masallı şəhəri, Digah küçəsində onun əvvəllər işlədiyi inşaat bazarının yaxınlığında işlənmiş yük avtomobil ehtiyat hissələri satdığı obyektinin olduğunu bilmişdir. Həmin obyektin ətrafı açıq ərazisinin olduğundan və çox vaxt nəzarətsiz olduğundan məlumatı olmuşdur. O, bu səbəbdən xx.xx.2023-cü il tarixdə axşam radələrində tanışları Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə razılaşıb həmin obyektdən köhnə avtomobil ehtiyat hissələri oğurlayıb satmaq barədə razılığa gəlmişdir. O, İslamın obyektində səhər 08 radələrində heç kimin olmadığını bildiyi üçün xx.xx.2023-cü il tarixdə, 08 radələrində yaşadığı Masallı şəhəri, H.Əliyev prospektində əvvəlcədən etdikləri razılığa əsasən Ülvi və Azərlə görüşüb birlikdə yoldan keçən tanımadığı şəxsə məxsus “VAZ 2106” markalı, açıq mavi rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi sürücüsünə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin avtomobilə əyləşib əvvəllər tanımadığı sürücüdən avtomobili Zərərçəkmiş şəxs2 obyektinə sürməsini xahiş etmişdir. Yolda olan zaman sürücüyə İslamın tanışı olduğunu, ona köhnə ehtiyat hissəsi bağışladığını və həmin ehtiyat hissələrini İslamın obyektindən götürmək lazım gəldiyini bildirmişdir. Həmin vaxt sürücüyə yolu başa saldıqdan sonra sürücü avtomobili İslamın obyektinə sürmüşdür. Oraya çatdıqdan sonra o, Ülvi və Azər avtomobildən yerə enmişlər. Həmin vaxt Azər obyektdə heç kimin olmadığını bilsə də, taksi sürücüsünü inandırmaq üçün obyektin həyətinə doğru irəliləyib, daha sonra onların yanına qayıdıb gözətçiyə məlumat verdiyini və ehtiyat hissələrini götürə biləcəklərini demişdir. Bundan sonra o, obyektin qonşuluğunda olan tanımadığı şəxsə məxsus həyətyanı sahənin daş hasarının kənarına yığılmış çoxlu sayda köhnə ehtiyat hissələrinin içərisində olan “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini görmüşdür. Həmin vaxt o, Azər və Ülvi ilə köməkləşib həmin ehtiyat hissələrini taksinin arxa yük yerinə yığmışdır. Daha sonra taksiyə əyləşib avtomobili Masallı rayonu, Bədəlan kəndi istiqamətinə sürməsini istəmişdir. Bundan sonra tanımadığı taksi sürücüsü avtomobili həmin istiqamətə sürmüşdür. Masallı rayonu, Ərkivan qəsəbəsi ilə Boradigah qəsəbəsi arasında olan avtomobil yolunun Kolatan kəndi ərazisindən keçən hissəsində yolun kənarında metal qəbulu məntəqəsinin olduğunu görüb taksi sürücüsündən orada avtomobili saxlamasını istəmişdir. Həmin vaxt oraya çatdıqdan sonra metal qəbulu yerinin bağlı olduğunu görmüşlər. Lakin orada olan əvvəllər tanımadığı bir nəfər şəxsə satmaq üçün dəmir gətirdiyini dedikdən sonra həmin şəxs metal qəbulu yerini işlədən şəxsə zəng edib onların gəldiyini demişdir. Bir müddət sonra onların yanına bir nəfər şəxs gəlmişdir. O, həmin vaxt həmin şəxsin əvvəllər tanıdığı Masallı rayonu, Bədəlan kənd sakini Qadir adlı şəxs olduğunu bilmiçdiur. Qadir onu əvvəllər tanıdığı üçün Qadirə köhnə avtomobil ehtiyat hissəsi olan metal satdığını demişdir. Həmin vaxt Qadir metalın harda olduğunu soruşduqda o, ehtiyat hissələrinin avtomobilin yük yerində olduğunu bildirmişdir. Bundan sonra o, Ülvi və Azər köməkləşib avtomobilin yük yerindən “Kamaz” markalı, yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini götürüb Qadirin metal qəbulu sexinin qarşısında yerə qoymuşlar. Daha sonra Qadir həmin ehtiyat hissələrini götürüb bir-bir böyük tərəzinin üzərinə qoyub çəkmişdir. Həmin vaxt ehtiyat hissələrinin ümumi çəkisinin təxminən 200 kq olduğunu bilmişdir. O, həmin ehtiyat hissələrinin müqabilində ona 255 manat pul vermişdir. Bundan sonra o, Qadirlə sağollaşıb Ülvi və Azərlə birlikdə taksi ilə Masallı şəhərinə qayıtmışdır. Masallı şəhərinə qayıtdıqdan sonra əldə etdikləri puldan taksinin pulunu verib, Ülvi və Azərin hər birinə 70 manat pul vermişdir. O, daha sonra yaşadıqları evə getmişdir. Zərərçəkmiş şəxs2 məxsus oğurluq yolu ilə əldə etdikləri ehtiyat hissələrini satmaqla əldə etdikləri qazancı öz ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 4 azyaşlı uşağının olmasını, şəhid qardaşı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirib, barəsində həbslə əlaqədar olmayan ədalətli və yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Lakin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyır. Həmin şəxslər onunla eyni məhəllədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə axşam radələrində yaşadığı məhəllədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la söhbət edərkən Anar Masallı şəhəri, Digah küçəsində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus obyektdə köhnə avtomobil ehtiyat hissələri olmasını və həmin hissələri oğurlayıb sata biləcəklərini bildirmişdir. Onun həmin vaxt pula ehtiyacı olduğundan Anarın etdiyi təkliflə razılaşmışdır. Anar tanışı İslamın obyektində səhər 08 radələrində heç kimin olmadığını və buna görə də niyyətlərini xx.xx.2023-cü il tarixdə, 08 radələrində həyata keçirəcəklərini, həmin vaxtda məhəllədə görüşüb oradan gedəcəklərini bildirmişdir. O və Azər Anarla razılaşmış və Anarın dediyi tarixdə yaşadığı Masallı şəhəri, H.Əliyev prospektində əvvəlcədən etdikləri razılığa əsasən görüşüb yola çıxmışlar. Yolda Anar yoldan keçən tanımadığı şəxsə məxsus “VAZ 2106” markalı, açıq mavi rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi sürücüsünə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin avtomobilə əyləşmmişlər və Anar əvvəllər tanımadığı sürücüsündən avtomobili Zərərçəkmiş şəxs2 obyektinə sürməsini xahiş etmişdir. Yolda olan zaman Anar sürücüyə İslamın tanışı olduğunu, ona köhnə ehtiyat hissəsi bağışladığını və həmin ehtiyyat hissəsini İslamın obyektindən götürmək lazım gəldiyini bildirərək sürücüyə yolu başa saldıqdan sonra həmin şəxs avtomobili İslamın obyektinə sürmüşdür. Oraya çatdıqdan sonra o, Anar və Azər avtombildən yerə enmişlər. Həmin vaxt Azər obyektdə heç kimin olmadığını bilsə də, taksi sürücüsünü inandırmaq üçün obyektin həyətinə doğru irəliləyib, daha sonra onların yanına qayıdıb gözətçiyə məlumat verdiyini və ehtiyat hissələrini götürə biləcəklərini demişdir. Bundan sonra Anar obyektin qonşuluğunda olan tanımadığı şəxsə məxsus həyətyanı sahənin daş hasarının kənarına yığılmış çoxlu sayda köhnə ehtiyat hissələrinin içərisində olan “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini gördüyünü bildirmişdir. Həmin vaxt o, Anar və Azər ilə köməkləşib həmin ehtiyat hissələrini taksinin yük yerinə yığmışlar. Daha sonra taksiyə əyləşib sürücüdən avtomobili Masallı rayonu, Bədəlan kəndi istiqamətinə sürməsini istəmişlər. Bundan sonra tanımadıqları taksi sürücüsü avtomobili həmin istiqamətə sürmüşdür. Masallı rayonu, Ərkivan qəsəbəsi ilə Boradigah qəsəbəsi arasında olan avtomobil yolunun Kolatan kəndi istiqamətindən keçən hissəsində Anar yolun kənarında taksi sürücüsündən avtomobili saxlamasını istəmişdir. Həmin vaxt o, orada metal qəbulu məntəqəsinin olmasını və giriş qapısının bağlı olduğunu görmüşdür. Lakin, Anar orada olan əvvəllər tanımadığı bir nəfər şəxsə satmaq üçün dəmir gətirdiyini dedikdən sonra həmin şəxs metal qəbulu yerini işlədən şəxsə zəng edib onların gəldiyini demişdir. Bir müddət sonra onların yanına bir nəfər şəxs gəlmişdir. O, həmin şəxsin Masallı rayonu, Bədəlan kənd sakini Qadir adlı şəxs olduğunu orada bilmişdir. Həmin vaxt Qadir metalın harda olduğunu soruşduqda Anar ona ehtiyat hissələrinin avtomobilin yük yerində olduğunu demişdir. Bundan sonra o, Anar və Azər köməkləşib avtomobilin yük yerindən “Kamaz” markalı yük avtomobilinin təkərinə aid “stupciya” adlanan ehtiyat hissəsini və 2 ədəd güc ötürücü qurğu olan “difer” adlanan ehtiyat hissəsini götürüb Qadirin metal qəbulu sexinin qarşısında yerə qoymuşlar. Daha sonra Qadir həmin ehtiyat hissələrini götürüb bir-bir böyük tərəzinin üzərinə qoyub çəkmişdir. Həmin vaxt ehtiyat hissələrinin ümumi çəkisinin təxminən 200 kq olduğunu bilmişlər. O, həmin ehtiyat hissələrinin müqabilində Anara 255 manat pul vermişdir. Bundan sonra onlar Qadirlə sağollaşıb birlikdə taksi ilə Masallı şəhərinə qayıtmışlar. Masallı şəhərinə qayıtdıqdan sonra Anar əldə etdikləri puldan taksinin pulunu verib, hər birinə 70 manat olmaqla ona və Azərə pul vermişdir. O, daha sonra yaşadığı evə getmişdir. Həmin 70 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olmasını, başqa cinayət əməlinə görə hazırda azadlıqdan məhrum etmə cəzasını çəkdiyini bildirib, barəsində ədalətli və yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (qismən), Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Masallı şəhəri ərazisində obyektləri var. Həmin obyektləri icarəyə verir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Masallı şəhəri, H.Əliyev prospektində ona məxsus beş mərtəbəli qeyri-yaşayış binası yerləşir. Həmin qeyri-yaşayış binasında təmir işləri getdiyi üçün orada başqa heç kim olmur. Lakin həmin yerə mütəmadi olaraq sürücüsü Şahid1 nəzarət edir. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində fərdi yaşayış evində olan zaman Şahid1 ona mobil telefonla zəng edərək Masallı şəhər, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının birinci mərtəbəsindəki beton sütunun yanından 3 ədəd alüminium qapının, 1ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis naqilin oğurlanması barədə məlumat vermişdir. O, dərhal avtomobili ilə Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasına getmiş və həmin binanın birinci mərtəbəsinə daxil olmuşdur. Həmin vaxt Şahid1 orada olmuşdur. O, Şahid1la görüşdükdən sonra beton sütunun yanına gəlmiş və həqiqətən də orada olan 3 ədəd alüminium qapının, 1 ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis naqilin yerində olmadığını görmüşdür. Həmin 3 ədəd alüminium qapı, 1ədəd alüminium pəncərə və uzunluğu 50 metr olan mis naqil qeyri-yaşayış binasının arxa tərəfindəki alüminium pəncərənin açılması yolu ilə oğurlanmışdır. 3 ədəd alüminium qapı, 1 ədəd alüminium pəncərə hazır vəziyyətdə olmuşdur. O, bundan sonra Masallı RPŞ-yə gələrək baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, ona məxsus oğurlanmış alüminium qapının 1 ədədinin qiyməti 700 manat olmaqla 3 ədədi 2100 manat, 1ədəd alüminium pəncərinin qiyməti 700 manat və uzunluğu 50 metr olan mis naqilin qiyməti isə 200 manat təşkil etmişdir. Ona məxsus qeyri-yaşayış binasından oğurlanmış alüminium qapıların hər biri 90X220 sm ölçüdə və alüminium pəncərə isə 120X140 sm ölçüdə olmaqla Türkiyə istehsalı, “Altan” markasına məxsus olmuşdur. Sonda Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus oğurlnamış 3 ədəd qapı, 1 ədəd pəncərə və elektrik kabelinə görə ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1la barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu, Digah küçəsindən keçən hissəsində yerləşən işlənmiş yük avtomobil ehtiyat hissələri satdığı obyekti vardır. xx.xx.2023-cü il tarixdə, 09 radələrində həmin obyektinə getdiyi zaman obyektdə satıcı işləyən Ərzulla ona bildirmişdir ki, obyetkdə olan “Kamaz” markalı yük avtomaşınına aid “stupciya” adlanan ehtiyat hissə yoxdur. Bir qədər sonra “Boli” adı ilə tanıdığı şəxs ona zəng edib, Masallı rayonu, Kolatan kəndi ərazisində yerləşən metal qəbulu sexində yük avtomaşınlarına aid 2 ədəd güc ötürücü qurğu olan ehtiyat hissələri “difer” və bir ədəd “stupciya” adlanan ehtiyat hissə olduğunu, həmin ehtiyat hissələrinin ona məxsus olduğunu düşündüyünü bildirmişdir. O, “Boli” yə, hazırda vaxtı olmadığını, günorta saatlarında gəlib həmin ehtiyat hissələrinə baxacağını bildirmişdir. Bu zaman obyektinə müştəri gəlmiş və həmin müştəri ondan kamaz markalı avtomaşına aid güc ötürücü qurğu almaq istədiyini bildirmişdir. O, müştəriyə malı gətirib göstərmək üçün həmin ehtiyat hissələrinin olduğu yerə getdikdə orada olan 2 ədəd güc ötürücü qurğu diferin və bir ədəd “stupciya” adlanan ehtiyat hissəsinin yerində olmadığını aşkar etmişdir. O, dərhal Bəşir adlı tanışının avtomaşınına sərnişin kimi əyləşib tanışı “Boli” ilə əlaqə saxlayıb Masallı rayonu, Kolatan kəndində metal qəbulu sexinə getmişdir. Bu zaman orada olan 2 ədəd güc ötürücü qurğu diferin və bir ədəd “stupciya” adlanan ehtiyat hissələrinin ona məxsus olmasını müəyyən etmişdir.Tanışı “Boli” onun yanında metal qəbulu sexinin sahibi ilə danışıb harada olmasını soruşmuş, həmin şəxs onlara Masallı rayonu, Qızılavar kəndində yerləşən metal qəbulu sexində olduğunu bildirmişdir. O, Bəşirin avtomobili ilə həmin metal qəbulu sexinin olduğu yerə getmişdir. O, metal qəbulu sexinin sahibindən sözügedən ehtiyat hissələrini ona kimin satmasını soruşduqda, həmin şəxs ona həmin ehtiyat hissələrini Təqsirləndirilən şəxs2 adlı şəxsin satmasını bildirmişdir. O, həmin şəxsə ehtiyat hissələrinin ona məxsus olmasını deyib onun icazəsi olmadan ehtiyat hissələrinə toxunmamasını xahiş etmişdir. Sonra da, Masallı RPŞ-yə gəlib bu barədə şikayət etmişdir. Ona məxsus 2 ədəd “Kamaz” markalı yük avtomobilinə aid ehtiyat hissəsi olan güc ötürücü qurğu “difer” və bir ədəd “stupciya” ehtiyat hissəsi Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobil ehtiyat hissələri satdığı obyektimin ətrafı açıq olan həyətindən oğurlanmışdır. Ona məxsus oğurlanmış 2 ədəd “Kamaz” markalı yük avtomobilinə aid ehtiyat hissəsi olan güc ötürücü qurğu diferin hər biri 600 manat və bir ədəd stupciya isə 100 manat dəyərində olmuşdur. Həmin ehtiyat hissələrinin oğurlanması nəticəsində ona ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 1300 manat dəyərində əşyaların tam şəkildə geri qaytarılmaqla dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərin heç birinə qarşı şikayət və tələbinin olmadığını, onları bağışladığını nəzərə alıb barələrində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 sürücüsü işləyir, həmçinin Zərərçəkmiş şəxs1 Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasına mütəmadi olaraq nəzarət edir. Həmin qeyri-yaşayış binası tam təmir olunmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində həmin qeyri-yaşayış binasını yoxlamağa getmişdir. Həmin vaxtı qeyri-yaşayış binasına daxil olmuş və içərini gəzməyə başlamışdır. Bu zaman birinci mərtəbədə olan beton sütünün yanındakı 3 ədəd alüminium qapının, 1ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis naqilin yerində olmadığını görmüşdür. Bu zaman o, ətrafı yoxlamağa başlamış və qeyri-yaşayış binasının birinci mərtəbəsindəki alüminium pəncərənin açıq olduğunu görmüşdür. O, bu zaman həmin əşyaların pəncərədən daxil olunmaqla oğurlandığına əmin olmuşdur. Dərhal mobil telefonu ilə Zərərçəkmiş şəxs1 zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 qeyri-yaşayış binasına gəlmişdir. O, Zərərçəkmiş şəxs1 ilə görüşmüş və Zərərçəkmiş şəxs1 beton sütünün yanına gəldikdə o, da, 3 ədəd alüminium qapının, 1ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis naqilin oğurlanmasını görmüşdür. Zərərçəkmiş şəxs1 Masallı RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra qeyri-yaşayış binasından Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə oğurluq etdiyini bilmişdir. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı şəhər ərazisindəki İnşaat materialları bazarında yerləşən metal qəbulu məntəqəsini işlədir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. xx.xx.2023cü il tarixdə səhər saat təxminən 14 radələrində Masallı şəhərində yerləşən metal qəbulu məntəqəsində olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 onun yanına gəlmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 yanında ağzı bağlı olan kisənin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 onunla salamlaşdıqdan sonra satılıq alüminium materiallarının olduğunu bildirmişdir. O, da kisəyə baxmaq istəmişdir. Bundan sonra bıçaqla kisəni açmışdır. Həmin vaxtı kisənin içərisində sökülmüş vəziyyətdə olan alüminium qapı-pəncərə materiallarının olduğunu görmüşdür. Həmin alüminium qapıpəncərə materialları təzə olmuş və o, Təqsirləndirilən şəxs1 həmin alüminium qapıpəncərə materiallarının ona məxsus olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 da həmin alüminium qapı-pəncərə materiallarının özünə məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədini ona təqdim etdikdən və şəklini çəkdikdən sonra həmin alüminium qapı-pəncərə materiallarını alacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 da şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsində olan məlumatları öz şəxsi dəftərinə qeyd etmiş, həmçinin Təqsirləndirilən şəxs1 öz razılığı ilə şəxsiyyət vəsiqəsinin fotoşəklini mobil telefonunun kamerası ilə çəkmiş, daha sonra Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədi özünə qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kisədə olan alüminium qapı-pəncərə materiallarını elektron tərəzidə çəkmişdir. Həmin alüminium qapıpəncərə materiallarının çəkisini dəqiq xatırlasa da, o, həmin materilların müqabilində Təqsirləndirilən şəxs1 110 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 da həmin 110 manat pulu götürüb getmişdir. Daha sonra Masallı RPŞ-nin əməkdaşları onun iş yerinə gəlmişlər və onda oğurluq alüminium qapı-pəncərə materiallarının olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 ona satdığı alüminium qapı-pəncərə materiallarının oğurluq olmasından şübhələnmiş və bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları da həmin alüminium qapı-pəncərə materiallarının Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 ona satdığı alüminium qapı-pəncərə materiallarının oğurluq olmasından məlumatı olmamış və Təqsirləndirilən şəxs1 həmin alüminium qapı-pəncərə materiallarını oğurluq yolu ilə əldə etməsi barədə ona heç bir xəbər verməmişdir. O, həmin alüminium qapı-pəncərə materiallarını istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əlindəki kisədə ancaq alüminium qapı-pəncərə materialları olmuş, həmin kisədə mis naqil olmamışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs1 satdığı alüminium qapı-pəncərə materialların Azərin özünə məxsus olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona aid məlumatları qeyd etdmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyi üçün o, alüminium qapı-pəncərə materialların Azərə aid olmasına inanmış və bu səbəbdən bir neçə gün sonra Azərin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonundan silmişdir. Həmçinin, qeydiyyat apardığı dəftərin də hazırda harada olduğunu bilmədiyi üçün dəftəri istintaqa təqdim edə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Onun yaşadığı ev Masallı rayonu, Bədəlan kəndində Masallı-Boradigah avtomobil yolunun kənarında yerləşir. O, özünə məxsus motosikletlə dəmir və dighər metalları ucuz qiymətə alıb metal qəbulu sexlərinə baha qiymətə satır. O, adətən yaşadığı kənd yolunda olan metal qəbulu sexində fəaliyyə göstərir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmkəndlisi Zaman adlı şəxs ona zəng edib metal qəbulu sexinə bir nəfər şəxsin gəldiyini dedikdən o, sexə getmişdir. Həmin vaxt gələn şəxsin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Anar onunla salamlaşıb satmaq üçün dəmir metal gətirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanında iki nəfər tanımadığı şəxs də olmuşdur. O, Anardan metalın harada olduğunu soruşan zaman Anar yolun kənarında metal qəbulu sexinin qarşısında dayanmış “VAZ2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili göstərib metalların köhnə yük maşınına aid ehtiyat hissələri olduğunu və həmin avtomobilin yük yerində olduğunu bildirmişdir. O, Anara həmin ehtiyat hissələrini tərəzidə çəkmək lazım gəldiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 yanında olan iki nəfər onun həmin tanımadığı şəxslə birlikdə köməkləşib avtomobilin yük yerindən iki ədəd “Kamaz” markalı yük avtomobilən aid difer və bir ədəd stupçiya adlanan ehtiyat hissələrini bir-bir yerə qoymuşdur. Daha sonra o, tərəzini gətirmiş və həmin dəmirləri birlikdə tərəzidə çəkib çəkisinin təxminən 200 kq olmasını bildirmişdir. O, ümumilikdə Anara 255 manat pul vermişdir. O, yük avtomaşınına aid dəmirləri satmaq üçün həmkəndlisi Rəşada bu barədə demişdir. Həmin tarixdə günorta saatlarında Rəşad ona zəng edib bildirmişdir ki, həmin yük avtomaşınına aid dəmir İslam adlı şəxsə məxsusdur. Sonra İslam onun yanına gəlib dəmirləri ona kimin satmasını soruşmuş, həmin vaxt İslama dəmirləri Anardan aldığını demişdir. İslam həmin vaxt ona aid olan ehtiyat hissələrini heç kimə satmamasını xahiş etmişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs2 yanında olan iki nəfərlə həmin ehtiyat hissələrini İslama məxsus obyektdən oğurlamışdır. O, həmin ehtiyat hissələrini istintaqa təqdim etmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək ona məxsus ümumi dəyəri 3000 manat təşkil edən 3 ədəd alüminium qapının, 1 ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis kabelin Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri- yaşayış obyektinin içərisindən oğurlandığını bildirmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 3000 manat təşkil edən 3 ədəd alüminium qapının, 1 ədəd alüminium pəncərənin və uzunluğu 50 metr olan mis kabelin Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış obyektinin içərisindən oğurlandığını bildirmişdir. xx.xx.2023-cü il tarxli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərii həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 3 ədəd alüminium qapının, 1 ədəd alüminium pəncərənin və uzunluğu 7 metr olan mis kabelin olduğu torbanı Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının giriş qapısına söykəndiyi yerdən oğruladığı yeri təqdim etməklə ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarxli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında gəldikləri razılığa əsasən Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən “Kamaz” markalı yük avtomobilinə aid iki ədəd difer və bir ədəd stupciya ehtiyat hissələrini oğurladıqları yeri təqdim etməklə ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarxli ifadənin yerində yoxlanılması haqqında protokoldan iş üzrə Təqsirləndirilən şəxs2 Ayadın oğlunun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən “Kamaz” markalı yük avtomobilinə aid iki ədəd difer və bir ədəd stupciya ehtiyat hissələrini Təqsirləndirilən şəxs1 Firdun oğlu və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurladıqları yeri təqdim etməklə ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarxli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq həyətindən “Kamaz” markalı yük avtomobilinə aid iki ədəd difer və bir ədəd stupciya ehtiyat hissələrini Təqsirləndirilən şəxs1 Firdun və oğlu Təqsirləndirilən şəxs2 Ayadın oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurladıqları yeri təqdim etməklə ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Hadisə yerinə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, oğurluq hadisəsi Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 82-də qeydiyyatda olmaqla Masallı şəhəri, H.Əliyev prospekti, ev 200-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasında baş vermiş, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Hadisə yerinə keçirilmiş xx.xx.2023-cü baxış protokolundan görünür ki, oğurluq hadisəsi Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 58-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən işlənmiş yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektinin açıq həyətində baş vermiş, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş və fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Masallı rayonu, Təzəkənd kənd sakini Şahid2 tərəfindən təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 3 ədəd alüminium qapını və 1 ədəd alüminium pəncərə materialları qəbul edilmiş qərar və protokol əsasında götürülməklə baxış keçirilmiş və maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Masallı rayonu, Bədəlan kənd sakini Şahid3 tərəfindən təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus iki ədəd “Kamaz” markalı yük avtomobilinə aid “difer” adlanan və bir ədəd “stupciya” adlanan ehtiyat hissələri tərəfimdən qəbul edilmiş qərar və protokol əsasında götürülməklə baxış keçirilmiş və maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılmışdır. "xxxx" MMC-nin 03 mart 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakı nəticəyə gəlinmişdir:
1. Qeyd olunmuş 3 ədəd Türkiyə istehsalı, 90x220 sm ölçüdə “Altan” markalı alüminium qapının bir ədədinin qiyməti 240 manat olmaqla cəmi 720 manatdır.
2. Qeyd olunmuş 1 ədəd Türkiyə istehsalı, 120x140 sm ölçüdə “Altan” markalı alüminium pəncərənin qiyməti 230 manatdır.
3. Qeyd olunmuş 50 metr uzunluğunda mis materialdan olan kabelin 1 metrinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 100 manatdır.
4. Qeyd olunmuş 1 ədəd “Kamaz” markalı yük avtomobilinin hərəkət hssəsinə aid “stupciya” adlanan ehtiyat hissəsinin qiyməti 100 manatdır.
5. Qeyd olunmuş 2 ədəd “Kamaz” markalı yük avtomobilinin əkət hisəsinə aid “difer” adlanan ehtiyat hissəsinin bir ədədinin qimyəti 250 manat olmaqla cəmi qiyməti 500 manatdır. Qeyd: Qeyd olunmuş ev əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymət dəyişə bilər. Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədə göstərilir ki, Cavadov X7 şəhəri, H.Əliyev prospekti, ev 48, mənzil 18-də qeydiyyatda olmaqla arvadı - xx.xx.1978-ci il təvəllüdlü X3, oğlu xx.xx.1997-ci il təvəllüdlü X13 və oğlu -xx.xx.2005-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır, ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənlkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 il 6 ay 17 gün hissəsi və 1100 manat cərimə cəzaları hazırki hökmlə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1100 manat cərimə cəzası saxlanılmış, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə CM-nin 177.3.3-cü maddəsi CM-nin 177.2.3-cü maddəsinə tövsif edilməklə üzərində qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1100 manat cərimə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilməklə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə cəza 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1100 manat təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 1100 manat məbləğində cərimə cəzasını tam şəkildə ödədiyi üçün barəsində olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatından çıxarılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inziabti ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyun 2023-cü arayış və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1985-ci il təvəllüdlü X9, qızı - xx.xx.2009-cu il təvəllüdlü X14, qızı - xx.xx.2019-cu il təvəllüdlü X10, oğlu - xx.xx.2021-ci il təvəllüdlü X2 ibarət ailə tərkibdən Masallı şəhəri, H.Əliyev prospektində yaşayır. Kərimov X12 şəhər ərazisində yaşadığı müddətdə əvvəllər özünü intizamlı və səmimi aparmışdır. Lakin son zamanlar cəmiyyətdə davranış qaydalarına əməl etməmiş və hüquqa zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs2 barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X15 və xx.xx.2021-ci il təvəllüdlü X11 adlı övladları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü madəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi 01 iyun 2023-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə qeydiyyatda alınmışdır. Hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə (tutulduğu günə qədər) çəkilməmiş hissəsi 02 il 03 ay 06 gün təşkil edir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədə göstərilir ki, Hüseynov X8 rayonu qeydiyyatda olmaqla arvadı xx.xx.1999-cu il təvəllüdlü X5, qızı xx.xx.2017-ci il təvəllüdlü X6 və oğlu - xx.xx.2018-ci il təvəllüdlü X1 ibarət ailə tərkibdən Masallı şəhəri, Ə.Ələkbərov küçəsində yaşayır. Təqsirləndirilən şəxs3 Masallı şəhər ərazisində yaşadığı müddətdə ərazidə davranış qaydalarına əməl etməmiş və hüquqazidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs3 mənfi xrakterizə olunur. Təqsirləndirilən şəxs3 barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış xx.xx.2023-cü ərizədən görünür ki, ona məxsus oğurlanmış 3 ədəd qapı, 1 ədəd pəncərə və elektrik kabelinə görə ona dəymiş maddi ziyanın tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs1la barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus 1300 manat dəyərində əşyalar tam şəkildə geri qaytarılmaqla dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslərin heç birinə qarşı qarşı şikayət və tələbi yoxdur, onları bağışladığını nəzərə alıb barələrində yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafı (Təqsirləndirilən şəxs1 qismən etirafı), zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə onlara elan olunmuş ittihamlar üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyi hissəyə münasibətdə bildirir ki, məhkəmə istintaqı zamanı onun Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının birinci mərtəbəsinə qanunsuz daxil olaraq oradakı sütunun yanından 1 ədədinin qiyməti 700 manat olmaqla, 3 ədədinin qiyməti 2100 manat təşkil edən Türkiyə istehsalı, “Altan” markalı alüminium qapı, 1 ədəd 700 manat dəyərində, Türkiyə istehsalı, “Altan” markalı alüminium pəncərə və 200 manat dəyərində, uzunluğu 50 metr olan mis materialdan olan kabeli gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittihamı qəbul etməməsi onun hüququdur, ittihamı həmin hissədə qəbul etməməsi onun məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri əsasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 Furidin oğlunun əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs1 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Kərimov X12 Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli hökmünə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmadan islah olunmayaraq, yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir. Bu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş maddənin sanksiyası həddində müəyyən müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə ona hökmlərin məcmusu ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1. və 68.1.1-1.-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(050)-93/2023 saylı hökmü ilə müəyyən olunmuşdur ki, o, özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı rayon Mənzil Kommunal Təsərrüat Birliyinin balansında olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı şəhər Heydər Əliyev adına Mərkəzi Parkının yaxınlığında yerləşən elektrik dirəklərinə birləşdirilmiş elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş bir metrinin qiyməti 4.55 manat olmaqla cəmi qiyməti 1001 manat təşkil edən 220 metr uzunluğunda 6 mm x 4mm ölçüdə mis elektrik naqillərini gizli yolla talayıb oğurlamaqla, Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ümumilikdə 1001 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmaqdan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 10 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan iç tərəfindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi -450 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs3 məhkum olunmasına dair ittiham hökmü çıxarılmazdan əvvəl xx.xx.2023-cü il tarixdə yenidən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1. və 16.3.-cü maddələrinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1.-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2.-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5.-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs3 eyni növ cinayəti yenidən törətmişdir. Bu halda məhkəmə hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs3 Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(050)-93/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 21 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut olan 3 ədəd qapı və 1 ədəd pəncərəyə aid alüminium materiallar zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və “Kamaz” markalı yük avtomobilinə aid 1 ədəd “stupsiya” adlanan və 2 ədəd “difer” adlanan ehtiyat hissələri Zərərçəkmiş şəxs2 qaytarılması nəzəzə alınmalıdır. İş üzrə 4300 (dörd min üç yüz) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 06 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 il 01 ay 18 gün muddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 02 (iki) müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(050)-93/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(050)-93/2023 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 3 ədəd qapı və 1 ədəd pəncərəyə aid alüminium materiallar zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və “Kamaz” markalı yük avtomobilinə aid 1 ədəd “stupsiya” adlanan və 2 ədəd “difer” adlanan ehtiyat hissələri Zərərçəkmiş şəxs2 qaytarılması nəzəzə alınsın. İş üzrə 4300 (dörd min üç yüz) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 m**********701) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxslər hökmün surətini aldıqları) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Ceyhun Quliyev