Məhkəmə qərarları › İş №1(050)-159/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-159/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-159/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 şəxsin nümayəndəsi Nümayəndə2, Müdafiəçilər Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxx 1971-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, Baki şəhəri, Nərimanov rayonu, X99 küçəsi, 933-cü məhəllə, ev 16, mənzil 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri, 31 avqust 1971-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləmiş, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 Şəxsin 2 saylı X8 direktorunun müavini vəzifəsində işləyən, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.4,308.1, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 01 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən qeyd olunan dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, vəzifə və funksiyalarına uyğun olaraq işinin təşkil edilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, şöbənin sektorlarının və ayrı-ayrı işçilərin iş planının təsdiq edilməsi və onların həyata keçirilməsinə nəzarət edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi işinin təşkil edilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiyaların maliyyə təminatı və ödənişinə nəzarət üzrə tədbirlərin yerinə yetirilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünün təsdiq edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişlərin təyin olunması üçün müraciət edən vətəndaşların pensiya, müavinət, sosial yardım və digər ödənişlərlə təmin olunması məsələlərinə baxılması və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 07 ayı, 1990-cı ilin 03 ayı, 1991-ci ilin 04 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 05 ayı, 1994-cü ilin 06 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumilikdə 48 ay, yəni 04 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almasına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 08 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017-ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 08 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X77 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 06 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqdan sonra 08 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 08 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 05 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilikdə 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 06 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 02 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 02 ayı, 1988-ci ilin 02 ayı, 1990-cı ilin 04 ayı, 1991-ci ilin 02 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 03 ayı, 1994-cü ilin 07 ayı, 1995-ci ilin 09 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 09 ayı, ümumilikdə 62 ay, yəni 05 il 02 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 il 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 01 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Natıq Sadıqovun imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X49 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988-ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 04 ayı, 1990-cı ilin 07 ayı, 1992-ci ilin 01 ayı, 1993-cü ilin 02 ayı, 1994-cü ilin 05 ayı da daxil olmaqla ümumilikdə 03 il, 07 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə Sənubər Nuriyevanın sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 07 il sosial sığorta stajı olduğu halda 1988-ci və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 07 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 04 il 10 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 01 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 07 il 04 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 09 il 02 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 06 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 08 il 08 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 09 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 09 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Natiq Hüseynovun imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 07 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 15 aprel tarixli 643 nömrəli “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1039İİQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə təkrarən talamaq məqsədilə özü, həmin şöbənin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləyən Şahid1, həmin sektorun baş məsləhətçisi vəzifəsində işləyən Şahid2 və həmin sektorun məsləhətçisi vəzifəsində işləyən X50 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verildiyi halda, işləyən şəxslərə və ya həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən müvafiq hüququn yarandığı halda əvvəlki 3 il üçün ödənilmə barədə qərar qəbul edilən vaxt təyinatın aparıldığı dövrü əhatə edən zaman zərfində həmin şəxslərin işləmələrini nəzərə almadan təyinat apararaq, o cümlədən, X78 xx.xx.2016xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 359 nömrəli xx.xx.2018-ci il tarixli “sosial müavinətin təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2017-ci il tarix əvəzinə xx.xx.2016-cı il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2017-ci il tarixədək Dilrubə Ağayevaya 712,44 manat, eyni niyyətlə, X106 xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 14 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci tarixdən xx.xx.2018-ci il tarixədək Rəna Həsənovaya 38,93 manat, eyni niyyətlə, X31 xx.xx.2008-xx.xx.2018-ci il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 128 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2017-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2018-ci il tarixədək Nəzakət Bəndalıyevaya 1.582,35 manat, eyni niyyətlə, X38 xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Masallı İsti-Su Sanatoriyası ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 124 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Fazilə Allahyarovaya 80,06 manat, eyni niyyətlə, X91 xx.xx.2015-xx.xx.2019-cu il tarixlərdə “ATİLLA” X148 Birliyi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 241 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Nayidə Əliyevaya 484,33 manat, eyni niyyətlə, X39 xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 448 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Təhminə Məhərrəmovaya 31,28 manat, eyni niyyətlə, Şahid14 Rahib qızı xx.xx.1997-xx.xx.2019-cu il tarixlərdə Masallı Rayon Təhsil Şöbəsi ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 560 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2019-cu il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2019-cu il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 203 manat, eyni niyyətlə, X25 xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 763 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Məhbubə İbrahimovaya 606,66 manat olmaqla, qeyd edilən qaydada 8 sosial müavinət işi üzrə, cəmi 3.739,05 manat (üç min yeddi yüz otuz doqquz manat beş qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə işləyən şəxslərin özlərinə münasibətdə sosial müavinət təyinatı aparılmamalı olduğu halda müvafiq təyinat apararaq, o cümlədən, X92 xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 337 nömrəli, xx.xx.2019-cu il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2018-ci il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavidan Nəzərova 197,20 manat, eyni niyyətlə, X20 xx.xx.2015-dən Məhkəmə Tibbi Ekspertiza və X75 ilə bağlanmış əmək müqaviləsi əsasında işlədiyi halda şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 914 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni xx.xx.2019-cu il tarix əvəzinə xx.xx.2018-ci il tarixin daxil edilməsinə, həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şəlalə Eynullayevaya 348,77 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə 545,97 manat (beş yüz qırx beş manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq həmin Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edildiyi halda müvafiq təyinat apararaq, o cümlədən, İİ dərəcə əlilliyə görə sosial müavinət üzrə Dadaşov Afətdin Sabir oğluna şöbənin əməkdaşı Şaiq Muxtarlı tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 403 nömrəli, xx.xx.2017-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara biləbilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2017-ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2014-cü il tarixdən deyil, xx.xx.2014-cü il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu və Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 imzası ilə təsdiq edilərək həmin müddət üzrə Afətdin Dadaşova 89,27 manat, eyni niyyətlə, X51 şöbənin əməkdaşı Şahid2 tərəfindən qanunun tələblərinə zidd olaraq müvafiq hesablama aparıldıqdan sonra rəsmi sənəd hesab edilən 332 nömrəli, xx.xx.2018-ci il tarixli “sosial müavinət təyin edilməsi haqqında” qərara bilə-bilə yalan məlumatların, yəni vətəndaş ərizəni xx.xx.2018ci il tarixdə verdiyinə görə əvvəlki 3 il, yəni xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2010-cu il tarixdən təyinatın aparılması barədə məlumatların daxil edilməsinə nail olub həmin qərarın sonuncu, Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 və özünün imzası ilə təsdiq edilərək həmin müddət üzrə Suliddin Alışova 2.318,51 manat olmaqla, qeyd edilən qaydada 2 sosial müavinət işi üzrə cəmi 2.407,78 manat (iki min dörd yüz yeddi manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4-cü maddəsində göstərilmiş şöbənin ünvanlı sosial yardım üzrə işçisinin “Ailənin maddi-məişət şəraitinin müayinəsi”nin (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter vasitəsilə həyata keçirilməsi və nəticələrinin gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində X117 və X125 (VEMTAS) ötürməsi barədə olan tələblərinə əməl edilməyərək Masallı rayonu Gəyəçöl kənd sakini X93 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 19 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə Sosial Yardım və müavinət sektorunun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək İradə Rəhimlinin adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 227,01 manat olmaqla, ümumilikdə 681,03 manat məbləğində pul vəsaitinin İradə Rəhimlinin özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, X40 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində əri barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 04 may 2018-ci il tarixli “Ailənin maddiməişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun əri ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Rufanə Hüseynovanın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 94,36 manat olmaqla, ümumilikdə 2.075,92 manat məbləğində pul vəsaitinin Rufanə Hüseynovanın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, eyni niyyətlə, Şahid13 tərəfindən Ünvanlı Sosial Yardım üçün müraciət edilən zaman müvafiq ərizə-bəyannamədə ailə üzvü qismində atası və anası barədə məlumatların yerləşdirilməməsi ilə əlaqədar müvafiq Qaydalara 4 nömrəli əlavə olan 13 dekabr 2019-cu il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədi”ndə sonuncunun atası və anası ilə birlikdə yaşaması barədə sektorun işçisi tərəfindən qeydlər edilməsinə baxmayaraq, müvafiq rəsmi informasiya resursu olan VEMTAS proqramına Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 tərəfindən daxil olunub bilə-bilə yalan məlumatların, yəni həmin şəxsin məişət şəraitinin yoxlanılması zamanı aşkar edilmiş faktlarla vətəndaşın müvafiq proqrama daxil etdiyi məlumatların düzgün olmasını bildirən “uyğundur” düyməsinin sonuncunun adına rəsmiləşdirilmiş elektron imza ilə təsdiq edilərək Şahid13 adına rəsmiləşdirilmiş müvafiq bank kartına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay köçürülmüş 227,42 manat olmaqla, ümumilikdə 454,84 manat məbləğində pul vəsaitinin Şahid13 özü tərəfindən çıxarılaraq onun şəxsi ehtiyaclarına sərf edilməsi ilə qeyd edilən qaydada 3 ünvanlı sosial yardım işi üzrə cəmi 3.211,79 manat (üç min iki yüz on bir manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 9.904,59 manat (doqquz min doqquz yüz dörd manat əlli doqquz qəpik) məbləğində pul vəsaitini Şahid1, Şahid2 və X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən talamış, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, Şahid1, Şahid2 və X94 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin və informasiya resurslarının məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun-iyul aylarında müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Təqsirləndirilən şəxs2 və Şahid5 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Təqsirləndirilən şəxs2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar X73 müdiri Təqsirləndirilən şəxs2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin iyun-iyul aylarında müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmamasına baxmayaraq məhkəmə orqanı tərəfindən həmin iş yerinin təsdiq olunacağı təqdirdə həmin məhkəmə qərarı ilə kifayətlənilməklə və apelyasiya şikayəti verilməyərək əmək pensiyasının təyin edilməsinə dair elə həmin zaman kəsimlərində, yəni 2017-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən qaydada özünə müraciəti ilə əlaqədar sonuncu ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə əlaqədar üçüncü şəxslər olan Təqsirləndirilən şəxs2 və Şahid6 üçün qanunsuz üstünlük əldə etmək, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və X73 müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu X73 müdiri Təqsirləndirilən şəxs2 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki manat otuz altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X14 övladları X32 və X26 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə başçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 nömrəli sərəncamı ilə Süleyman Abdullayev və İbrahim Abdullayevin qəyyumluğuna verildiyi X79 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir qəpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X2, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən vaxt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə təkrarən daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri vəzifəsinə təyin edilməklə 24 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli, 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sektorun fəaliyyətinin təşkil edilməsi və sektora rəhbərlik edilməsi, pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs qismində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli, 54- İİİQ nömrəli Azərbaycan Respublikası Qanunu, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı və vəzifə təlimatının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olan sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edilməli olması, həmçinin, həmin Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilməli olması barədə olan imperativ normaların tələblərini pozmaqla təyinat apararaq, o cümlədən Şahid12 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 07 ayı, 1990-cı ilin 03 ayı, 1991-ci ilin 04 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 05 ayı, 1994-cü ilin 06 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı, ümumilikdə 48 ay, yəni 04 ili əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı almasına dair qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid12 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 11 il 08 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 19 may 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 19 may 2017-ci il tarixli, 476 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid12 15 il 08 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat, eyni niyyətlə, X77 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 25 il sosial sığorta stajının mövcudluğu tələb olunduğu halda sonuncunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də və həmin QSC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi illər üzrə Mehman Nəzərova əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə dəqiqləşdirmə aparılmadan faktiki olaraq vətəndaşın 16 il 06 ay sosial sığorta stajı olduğu halda yuxarıda göstərilən illər də hesablandıqdan sonra 08 sentyabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 08 sentyabr 2017-ci il tarixli, 524 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Mehman Nəzərovun 27 il 05 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Mehman Nəzərova ümumilikdə 7.531,01 manat, eyni niyyətlə, Şahid10 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işində olan 14 may 2018-ci il tarixli, 06 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlinə əsasən Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 02 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 02 ayı, 1988-ci ilin 02 ayı, 1990-cı ilin 04 ayı, 1991-ci ilin 02 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 03 ayı, 1994-cü ilin 07 ayı, 1995-ci ilin 09 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 09 ayı, ümumilikdə 62 ay, yəni 05 il 02 ayı əhatə edən zaman kəsimlərində faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman dövrlərində əmək haqqı almasını, dolayısı ilə Şahid10 sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 16 il 11 ay sosial sığorta stajı olduğu halda, tələb olunan 14 il sosial sığorta stajının tamamlanmasına baxmayaraq sözügedən 16 il 11 ay üzrə hesablanan pensiya kapitalının təyinat üçün əsas verməməsinə baxmayaraq yuxarıda göstərilən illər üzrə müvafiq aylar da hesablandıqdan sonra 25 may 2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 may 2018-ci il tarixli, 232 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid10 22 il 01 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2018-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, eyni niyyətlə, X49 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işində olan 24 may 2018-ci il tarixli, 373/1 nömrəli Masallı Rayon Dövlət Arxivinin arayışına əsasən sonuncunun “Krupskaya” adına sovxozda işlədiyi 1988-ilin ilk ayından 1989-cu ilin son ayı da daxil olmaqla bütövlükdə, eyni zamanda 1987-ci ilin 04 ayı, 1990-cı ilin 07 ayı, 1992-ci ilin 01 ayı, 1993-cü ilin 02 ayı, 1994-cü ilin 05 ayı da daxil olmaqla ümumilikdə 03 il, 07 ayı əhatə edən dövrdə faktiki olaraq əmək haqqı alması barədə qeydlər olmamasına və ya həmin şəxsin zəruri olan zaman kəsimində əmək haqqı almasını, dolayısı ilə Sənubər Nuriyevanın sosial sığorta stajını təsdiq edən hər hansı bir sənədin olmamasına baxmayaraq faktiki olaraq vətəndaşın 07 il sosial sığorta stajı olduğu halda 1988 və 1989-cu illər bütövlükdə, eyni zamanda yuxarıda göstərilmiş digər illər üzrə aylar da əsassız olaraq hesablandıqdan sonra 25 yanvar 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 25 yanvar 2019-cu il tarixli, 442 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Sənubər Nuriyevanın 10 il 07 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2015-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Sənubər Nuriyevaya ümumilikdə 3.781,63 manat olmaqla, qeyd edilən qaydada 4 pensiya işi üzrə ümumilikdə 20.020,4 manat (iyirmi min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməklə həmin şəxslər tərəfindən nağdlaşdırılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə Şahid8 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21-ci bölməsinin 2-ci bəndinə əsasən doklarda gəmilərin rənglənməsi və sıyrılması ilə məşğul olan rəngsaz işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid8 “Kaspneftqazflot” gəmiçiliyində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “malyar” vəzifəsində işlədiyi 04 il 10 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 11 il 01 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 21 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 21 aprel 2017-ci il tarixli, 340 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid8 15 il 11 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, həmçinin, eyni niyyətlə Şahid9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu halda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu bölməsinə əsasən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində tikinti və quraşdırma işləri üzrə usta və ya iş icraçısı vəzifəsində işlənilən dövrün güzəştli şərtlərlə staj kimi hesablanmalı olmasına baxmayaraq Şahid9 “Azselstroymexanizasiya” trestində xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək usta vəzifəsində işlədiyi 07 il 04 ayı əhatə edən dövr də nəzərə alınmaqla faktiki olaraq sonuncunun 09 il 02 ay güzəştli sığorta stajı olduğu halda yuxarıda göstərilən illər üzrə də hesablama aparıldıqdan sonra 14 aprel 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 14 aprel 2017-ci il tarixli, 317 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara bilə-bilə yalan, yəni Şahid9 16 il 06 ay güzəştli sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, eyni niyyətlə, Şahid7 Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və Şahid7 faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 08 il 08 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni Şahid7 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 09 iyun 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 09 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində vahid tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş və İİ dərəcə əlilliyi müəyyən edilmiş Masallı rayonu, Sərçuvar kənd sakini Şahid5, sonuncunun tanışları Şahid3 və Şahid4 həmin şəxslərlə 2017-ci ilin iyun-iyul aylarında işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid5 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydlərin olmasının zəruriliyi, həmçinin Şahid5 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəfindən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Təqsirləndirilən şəxs1 müvafiq müəssisə tərəfindən Şahid5 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləməsi faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid5 tanışları cinayətdən xəbərsiz Şahid3 və Şahid4 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla istəyib, həmin tarixdə və yerdə Şahid3 və Şahid4 maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid5 İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 04 ay müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid5 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid5 12 il 11 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 7.928,74 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 7.928,74 manat (yeddi min doqquz yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfuz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 və sonuncunun tanışı Şahid3 sonuncu ilə 2017-ci ilin iyun-iyul aylarında işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağındakı görüşləri zamanı Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Lənkəran Təmir Tikinti sahəsində əmək haqqı alması, dolayısı ilə həmin müəssisənin sonuncuya görə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə arxiv məlumatlarının olmaması, gələcəkdə Şahid6 həmin müəssisədə işləməsi faktını təsdiq edən rayon məhkəməsinin qətnaməsinin olacağı təqdirdə belə bu barədə ərazi aidiyyəti üzrə İnzibati İqtisad məhkəməsinin qətnamə çıxarmalı olması və sonuncu məhkəmənin müvafiq qətnaməsində pensiya təyinatı barədə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin üzərinə öhdəlik qoyulması haqqında qeydlərin olmasının zəruriliyi, həmçinin Şahid6 müvafiq müəssisədə işləməsi faktının birinci instansiya məhkəməsi tərəfindən müəyyən ediləcəyi halda belə işlədiyi Şöbənin rəhbərliyi tərəfindən apelyasiya şikayəti verilərək həmin məhkəmə qətnaməsinin ləğvi məsələsinin qaldırıla biləcəyi barədə məlumat verməklə DSMF-nin Masallı Rayon Şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində işləməsi ilə əlaqədar həmin Şöbənin rəhbəri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Şöbənin rəisi olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən şəxs olan Təqsirləndirilən şəxs1 müvafiq müəssisə tərəfindən Şahid6 üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə baxmayaraq müəssisənin yerləşdiyi yer üzrə ərazi aidiyyəti olan Lənkəran rayon məhkəməsinin vətəndaşın işləməsi faktını təsdiq edən qətnaməsi ilə kifayətlənilməklə apelyasiya şikayətinin verilməməsi və pensiya təyinatının həyata keçirilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun üçün Şahid6 cinayətdən xəbərsiz Şahid3 vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2017-ci ilin iyun-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla təkrarən istəyib, həmin tarixdə və yerdə Şahid3 maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla təkrarən alaraq şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar olunmuş pul vəsaitini qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamaq məqsədilə özü və Şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 bilavasitə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Şahid6 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il müddətində sosial sığorta stajı tələb olunduğu halda sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti sahəsində işlədiyi illər üzrə Şahid6 əmək haqqının verilməsi, dolayısı ilə sonuncuya görə müvafiq müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı bir rəsmi sənəd olmamasına baxmayaraq yuxarıda göstərilən illər tam olaraq hesablandıqdan sonra 15 dekabr 2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara bilə-bilə yalan, yəni Şahid6 26 il 10 ay sosial sığorta stajının olması barədə məlumatların daxil edilməsinə, həmin qərarın özü və qabaqcadan əlbir olduğu Şöbə müdiri Təqsirləndirilən şəxs1 imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 adına rəsmiləşdirilmiş plastik kart hesabına ümumilikdə 6.372,36 manat köçürülməsi və sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş 6.372,36 manat (altı min üç yüz yetmiş iki manat otuz altı qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, Təqsirləndirilən şəxs1 əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini istəməklə alaraq təkrarən nüfuz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X14 övladları X32 və X26 görə həmin uşaqların atası Şahid11 24 noyabr 2017-ci il tarixli, 848 nömrəli qərara əsasən ailə başçısını itirməyə görə sosial müavinət təyin edildiyi halda Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 nömrəli sərəncamı ilə Süleyman Abdullayev və İbrahim Abdullayevin qəyyumluğuna verildiyi X79 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edərək sonuncunun adına rəsmiləşdirilmiş plastik kart hesabına 5.081,71 manat (beş min səksən bir manat yetmiş bir qəpik) məbləğində pul vəsaitinin ödənilməsi və həmin miqdarda pul vəsaitinin sonuncu tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar təkrarən üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş X2, 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiya təyin edilən vaxt müvafiq hesablanma zamanı təyinatı xx.xx.2016-cı il tarixdən hesablanılması ilə həmin dövrlərdə aldığı sosial müavinət məbləğinin tutulmasını həyata keçirməli olduğu halda bunu etməyərək nəticədə Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş plastik kart hesabına 2.338 (iki min üç yüz otuz səkkiz manat) məbləğində pul vəsaitinin artıq ödənilməsini həyata keçirməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1995-ci ilin avqust ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. 16 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2016cı ilin avqust ayında Nazirliyin struktur qurumlarında olan dəyişikliklərdən sonra yerlərdə olan Əhalinin Sosial Müdafiəsi Mərkəzləri ilə DSMF-nin yerli rayon şöbələri birləşdirilmişdir. Beləliklə, 25 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 01 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləmiş, 01 oktyabr 2019-cu il tarixdən etibarən DSMF-nin Abşeron rayon şöbəsinin müdiri vəzifəsinə təyinatı almışdır. 2020-ci ilin 10 iyun tarixində isə DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 05 iyul 2021-ci il tarixdə könüllü ərizəsi əsasında, səhhəti ilə əlaqədar vəzifədən azad olunmuşdur. Masallı rayon sakinləri X78, X106, X31, X38, X91, X39, Şahid14 Rahib qızı və X11 adlarına rəsmiləşdirilmiş müavinət işlərində olan “sosial müavinət təyin edilməsi haqqında” qərarların, eyni zamanda digər sənədlərin surətləri ibtidai istintaqda dindirilən zaman ona təqdim olunmuşdur. Müvafiq vətəndaşlara münasibətdə işlədikləri dövrlər də əhatə olunmaqla yaşa görə müavinət və ya özləri də nəzərə alınmaqla ailə başçısını itirməyə görə müavinət təyin edilməsi faktları sənədlər əsasında təsdiq olunmuşdur. Vətəndaşlar bəzən qanunu bilməmələrinə və ya işdə maraqlı olduqlarına görə təyinat zamanı işləmələri barədə məlumat verməmişlər. Lakin, şöbə müdiri işlədiyi dövrdə Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 hər bir iş üzrə vətəndaşın işləyib-işləməməsi barədə X47 arayışın alınıb işə əlavə olunmasını tələb etmişdir. Hazırda da hər bir iş üzrə həmin arayışların müavinət işinə əlavə edilməsinin şahidi olmuşdur. Lakin, qeyd edilən səhvlər Sosial Yardım və Müavinət sektorunun əməkdaşlarının səhlənkarlığı, özünün diqqətsizliyi ucbatından əmələ gəlmiş və bu səbəbdən artıq ödəmələr edilmişdir. Həmçinin, sözügedən hər bir iş üzrə “sosial müavinət təyin edilməsi haqqında” qərarlarda “Mərkəzin direktoru” qrafasının qarşısında olan imzalar onun tərəfindən icra olunmuşdur. Doğrudur, həmin vaxt rəhbəri olduğu qurum artıq “Əhalinin Sosial Müdafiəsi Mərkəzi” deyil, “DSMF-nin Masallı rayon şöbəsi” adlanmışdır. Lakin, dəyişikliyə baxmayaraq müəyyən müddət ərzində müvafiq şablon qərarlarda “Mərkəz direktoru” sözləri qalmışdır. Həmçinin, müəyyən etmişdir ki, sözügedən hər bir iş üzrə “sosial müavinət təyin edilməsi haqqında” qərarın üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi” sözləri yazılmış və Azərbaycan Respublikasının Dövlət Gerbi əks olunmuş möhürlə təsdiq edilmişdir. Həmin möhür şöbə müdiri olaraq həmişə onda olmuş və müvafiq sənədlərdə möhürü özü əks etdirmişdir. Masallı rayon sakinləri X40 və X52 həyat yoldaşları ilə bir yerdə yaşamaları, eyni zamanda Şahid13 isə atası və anası ilə birlikdə yaşaması faktı barədə məlumatları müraciət edən zaman “VEMTAS” adlı proqrama daxil etməmələrinə, həmin faktların ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilməsinə baxmayaraq müvafiq şəxslərə Ünvanlı Sosial Yardımın təyinatının həyata keçirilməsi ilə bağlı olan epizod barədə bildirmişdir ki, Ünvanlı Sosial Yardımın təyinatına birbaşa cavabdeh olan şəxs Şöbənin Sosial yardım və müavinət sektorunun müdiri Şahid1 olmuşdur. Həmçinin, sonuncunun müstəqil surətdə adına rəsmiləşdirilmiş “ASAN İMZA” ilə “VEMTAS” proqramına daxil olaraq ÜSY təyinatı və imtinasına dair hərəkət etmək hüququ olmuşdur. İşlərin çoxluğu ilə əlaqədar onun hər bir ÜSY təyinatına nəzarəti həyata keçirmək imkanı olmamışdır. Bu fakt Sosial Yardım və müavinət sektorunun müdiri vəzifəsində işləmiş Şahid1 səhlənkarlığı səbəbindən baş vermişdir. Afətdin Dadaşovun işi üzrə pozuntu işçilərin texniki səhvi ucbatından baş verə bilər. Suliddin Alışova münasibətdə isə həmin təyinat dəqiq yadında deyildir. Ola bilsin ki, sosial müavinətin təyinatından qabaq vətəndaşa hansısa növdə müavinət və ya pensiyanın təyinatı aparılaraq ödənişlər həyata keçirilmiş, sonradan həmin ödəniş dayandırılmış, sözügedən müavinət təyinatı aparılan zaman həmin pul vəsaitlərinin əvəzləşmə yolu ilə ödənilməsini təmin etmək məqsədilə təyinat tarixi üç ildən artıq əvvəlki tarixə qeyd edilmişdir. Hər iki iş üzrə olan təyinat qərarlarında “şöbə müdiri” qrafasının qarşısındakı imza ona məxsusdur və qərarlarda olan möhür onun tərəfindən əks etdirilmişdir. Şahid10 və Şahid12 sürücü işlədiklərinə görə ola bilsin ki, uzun müddətli ezamiyyətdə olduqlarından əmək haqları gəldikləri ay verilmişdir. X77 münasibətdə isə pensiya işində Yasamal rayon şöbəsinin sonuncunun iş stajını təsdiq edən aktına əsaslanıb təyinat aparmışlar. Sənubər Nuriyevaya münasibətdə isə bir söz deyə bilməmişdir. Həqiqətən də arxiv arayışından vətəndaşın 1988-1989-cu il tarixlərdə, eyni zamanda digər illərin müxtəlif aylarında əmək haqqı alması faktı təsdiqini tapmamışdır. O, sosial müdafiə sahəsində xidmətə başladığı ilk illərdən 2016-cı ilin avqust ayınadək Əhalinin Sosial Müdafiəsi Mərkəzində işlədiyindən əsasən sosial müavinət üzrə ixtisaslaşmışdır. Pensiya hissəsi üzrə təcrübəsi azdır. İşlədiyi dövrdə pensiya sektorunun müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs2 isə həmin sahədə təcrübəli əməkdaşdır. İşləməyə başladıqları ilk dövrlərdə Təqsirləndirilən şəxs2 hər hansı bir saxtakarlığa və ya qanunsuzluğa yol verməməsi barədə qəti tapşırıqlarını vermiş və sonuncunun pensiya sahəsində olan təcrübəsinə güvənmişdir. Ona görə də pensiya təyinatları ilə bağlı Təqsirləndirilən şəxs2 şifahi dinlədikdən sonra sonuncuya etibar etdiyindən qərarlara imzasını çəkmişdir. Doğrudur, əmək pensiyasını təyin edən komissiyanın sədri şöbə rəisi olaraq özü olmuşdur. Lakin, bu sahədə təcrübəsi az olduğuna görə hər bir iş üzrə Təqsirləndirilən şəxs2 dediklərini qanunamüvafiq hesab edib sonuncu ilə razılaşmışdır. Yazər Əbilovaya pensiya təyinatından qabaq həmin uşaqlara görə hər hansı bir şəxsin pensiya və ya sosial müavinət alması dəqiqləşdirmə aparılmalı olmuşdur. Yazər Əbilovanın adına rəsmiləşdirilmiş pensiya işinin içərisində olan 14 dekabr 2018-ci il tarixli, 1383 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, həmin arayışda X89 Abdullayev və İbrahim Abdullayev adlı uşaqlara görə sosial müavinət almaması barədə qeydlər vardır. Lakin, pensiya sektoru bununla kifayətlənməməli və həmin uşaqlara görə atalarının sosial müavinət alıb-almamasını da dəqiqləşdirməli idi. Bu birbaşa pensiya sektorunun müdirinin və ya əməkdaşlarının səhlənklarlığından baş vermişdir. Təqsirləndirilən şəxs2 Masallı rayon sakinləri Şahid5 və Şahid6 hər hansı bir məbləğdə pul vəsaitlərini alması barədə heç bir məlumatı olmamışdır. O, Şahid5 və Şahid6 tanımır və həmin şəxslərlə heç vaxt kontaktı olmamışdır. Hər iki şəxs barəsində olan pensiya işlərinə nəzər yetirən zaman müəyyən etmişdir ki, hər iş üzrə vətəndaşın iş stajı məhkəmə qətnaməsinə əsasən təsdiqini tapmışdır. Bu halda şöbə olaraq məhkəmə qərarı əsasında təsdiqini tapmış iş stajına uyğun olaraq təyinat aparmışlar. Hər iki pensiya işi üzrə “əmək pensiyalarının təyin edilməsi haqqında” qərarlarda olan imzalar onun tərəfindən icra edilmiş və həmin qərarlara şöbənin möhürü onun əks etdirilmişdir. Məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi birbaşa onun vəzifəsi olmuşdur. Həmin şikayət hazırlandıqdan sonra onun imzası və şöbənin möhürü ilə təsdiq edilir. Həmin apellyasiya şikayəti pensiya sektorunun müdiri Təqsirləndirilən şəxs2 tərəfindən hazırlanmalı idi. Həmçinin, apellyasiya şikayətinin verilməsi barədə qərara işlədiyi dövrdə pensiya sektorunun müdirinin məsləhətləri əsasında gəlmişdir. Təqsirləndirilən şəxs2 hər hansı bir vətəndaşdan pensiya təyinatına görə pul almasına inanmadığını, sonuncunu düzgün işləyən işçi kimi tanıdığını bildirmişdir. İşlərin çoxluğu olması ilə əlaqədar işlərə daha ciddi nəzarət edə bilmədiyinə görə özünü qismən təqsirli hesab edir. İşçiləri ilə heç bir əl birliyi olmamışdır. Dövlət büdcəsindən vətəndaşlara ödənilən artıq məbləğ həmin vətəndaşlardan tutulur və tutulmaqda davam edir. Ona qarşı olan mülki iddianı qəbul etmir. Məhkəmədən barəsində ədalətli hökm qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.4, 308.1, 312-1.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir, o, qeyd olunan cinayət əməllərini törətməmişdir. Ümumiyyətlə onun əməlində cinayət tərkibi mövcud deyildir. Ona münasibətdə 11 epizod vardır ki, həmin epizodların heç birində onun təqsiri yoxdur. Belə ki, Şahid12 "xxxx" ASC-də işləmiş, xarici ölkələrə tır sürücüsü olmuşdur. Xarici ölkələrdə olduğu üçün hər ay əmək haqqı almamış, 4-5 aydan bir əmək haqqı almışdır. Bununla bağlı arayış verilmişdir. Həmin arayış nazirliyə təqdim olunmuş və onun əsasında pensiya ödənişi olmuşdur. İşə girməsi və çıxması barədə aktlar pensiya işinin içərisində vardır. İş yerindən əmək haqqı sənədləri yoxlanılmış, əmr kitabı olmamış, lakin əmək haqqı cədvəlləri olmuşdur. Həmin sənədlər də hüquqmüəyyənedici sənədlər hesab olunur. Buna görə də pensiya təyinatına verilmişdir. X107 "xxxx" QSC-də işləmiş, işləməsi barədə sənədləri ona təqdim etmiş, məlumatı dəqiqləşdirmək üçün DSMF-nin Yasamal rayon Şöbəsinə sorğu göndərmiş, oradan onlara akt gəlmiş ki, müəssisə fəaliyyət göstərmişdir və oda həmin akta əsasən sənədləri pensiya təyinatı üçün təqdim etmişdir. DSMF-nin Yasamal rayon Şöbəsinin aktı olmasa ona pensiya təyin oluna bilməzdi. Buna görə pensiya təyinatına verilmişdir. Şahid10 "xxxx" ASC-də işləmiş, xarici ölkələrə tir sürücüsü olmuşdur. Hər ay əmək haqqı almamış, 4-5 aydan bir əmək haqqı almışdır. Bununla bağlı arayış verilmiş, həmin arayış nazirliyə təqdim olunmuş və onun əsasında pensiya ödənişi olmuşdur. İşə girməsi və işdən çıxması barədə aktlar pensiya işinin içərisində vardır. Əmək haqqı cədvəlləri olmuş, əmrlər kitabı olmadığı üçün əmr olmamışdır. Qeyd olunan sənədlər pensiya təyin olunması üçün hüquqmüəyyənedici sənədlərdir və qanunvericiliyin tələblərinə uyğun olduğu üçün pensiya təyinatına verilmişdir. X80 “Krupuskaya” sovxozunda işləmiş, əmək kitabçası, işə girmə, çıxma əmrlərini, əmək haqqı cədvəllərini və arxiv arayışını təqdim etmiş, məzuniyyət əmrləri olmuş, sənədlər pensiya təyinatına uyğun olduğu üçün təyinat verilmişdir. Təqdim olunmuş sənədlər qanunvericiliklə pensiya təyin olunması üçün hüquqmüəyyənedici sənədlər olmuşdur. Buna görə pensiya təyinatına verilmişdir. Şahid8 “KaspNeftqazloft” da güzəştli şərtlərlə işləmişdir. Ümumi iş stajı 25 ildən çox olmuşdur. Əmək kitabçası olmuş, kitabçada yazılmışdır ki, üzən dokda motorist işləmiş, güzəştli şərtlərlə işləyənlərin siyahısında həmin iş güzəştli şərtlərlə işlərə aiddir. Üzən heyətdə işləmiş, sahil heyətində işləməmişdir. Lakin hazırda göstərilir ki, guya sahil heyətində işləmiş və buna görə də ona güzəştli şərtlərlə pensiya təyin oluna bilməzdi. Bununla bağlı Türmənistan Respublikasından əmək haqqı arayışları və digər sənədlər gətirilmiş, əmək kitabçasında göstərilmişdir ki, üzən heyətdə (plavoy dokda işləmiş) işləmişdir. Oda əmək kitabçasına və arayışlara əsasən pensiya təyinatı komissiyasına vermişdir. Şahid9 “Azselstroymexanizasiya” trestində 1980-1988-ci illərdə çöl işlərində mühəndis vəzifəsində işləmiş, həmin iş güzəştli şərtlərlə işləyənlərin siyahısında təsdiq olunmuşdur. Masallı Rayon Mərkəzi Xəstəxanasının tikintisində mühəndis kimi işləmiş, güzəştli şərtlər nəzərdə tutulan işdə işlədiyi üçün təqdim etdiyi sənədlərə əsasən təyinata verilmişdir. Həmin şəxsin işləməsinə dair əmək kitabçası və əmək haqqı cədvəlləri olmuşdur. Hazırda da tikintidə işləyir. Dövlət Arxivinə sorğu verilmiş və əmrləri DSMF-yə təqdim olunmuşdur. Oda sənədləri qəbul etmiş və pensiya təyinatına vermişdir. Şahbazov X70 Rayonlararası Yerquruluşu İdarəsində işləmiş, əmək kitabçası təqdim etmiş, güzəştli şərtlərlə işləyənlərin siyahısına əsasən geodoziya mütəxəssis vəzifəsində işləmişdir. İşləməsi barədə Geodoziya İnstitutundan arayış almışdır. 14 ildən çox çöl ölçmə işi var, bu barədə arayış verilmişdir. İdarə tərəfindən Yasamal DSMF-yə məktub göndərmiş və işləməsi barədə akt göndərilmişdir. O, həmin akt əsasında təyinata vermişdir. Dadaşov X30 Tikinti Təmir sahəsində işləmiş, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi əsasında əmək stajı təsdiq olunmuşdur. O, əvvəlcə təqdim etdiyi sənədlərə əsasən pensiya təyin olunmasından imtina vermiş, imtina əsasında məhkəməyə göndərilmişdir. Məhkəmə əmək stajını təsdiq etmiş, bundan sonra oda məhkəmə qərarı əsasında təyinata vermişdir. Apellyasiya şikayəti vermək ümumiyyətlə onun səlahiyyətinə aid deyildir. Eyvazov X71 Tikinti Təmir sahəsində işləmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi əsasında əmək stajı təsdiq olunmuşdur. O, əvvəlcə təqdim olunmuş sənədlərə əsasən pensiya təyin olunmasından imtina vermiş, imtinaya əsasən məhkəməyə göndərilmişdir. Daha sonra məhkəmə əmək stajını təsdiq etmiş, oda məhkəmə qərarı əsasında təyinata vermişdir. Apellyasiya şikayəti vermək ümumiyyətlə onun səlahiyyətinə aid deyildir. Daha sonra həmin stajla bağlı İnzibati Məhkəməyə müraciət olunmuş və iddia təmin olunmuşdur, həmin iddianın təmin olunmasına dair Ali Məhkəmənin yekun qərarı mövcuddur. Buda göstərir ki, həmin şəxsin iş stajı qanunla müəyyən edilmiş qaydada olmuş və düzgün olaraq pensiya təyin olunmuşdur. Şahid11 onun arvadı ölmüş, iki uşağa görə sosial müavinət təyin olunmuş, uşağı xalası qəyyumluğa götürmüş, onlarda əmək pensiyası təyin etmişlər, sosial müavinətlər sektoruna məktub göndərmişlər, məktub verilmiş ki, sosial müavinət almır, oda pensiya təyin olunması üçün təyinata vermişdir. Yəni onun sosial müavinət təyinatından məlumatı olmamışdır. Pensiyadan pul tutulması üçün ərizə olmalıdır, ərizə olmadığı üçün oda tutma verməmişdir. Müavinət sektorunun səhvi olmuşdur. Onun səhvi olmamışdır. O, müavinət təyinatına baxmamışdır. X61 əmək pensiyası təyin olunmuş, tutulma olmamışdır. Vətəndaş ərizə verməmişdir, ona görə tutulma olmamışdır. O, rəsmi olaraq 2016-cı ilin avqust ayından işləmişdir, lakin tutulma xx.xx.2016-cı ildən olmalıdır. O, pensiya təyinatı sektor müdiri işləmiş, sosial və müavinətlərin ona aidiyyəti yoxdur. Həmçinin o, Şahid5 və Şahid6 hər hansı məbləğdə pul tələb etməmiş, onlar pensiya təyin olunması üçün hüquqmüəyyənedici sənədləri ona təqdim etmiş, lakin sənədlərində uyğunsuzluq olduğu üçün pensiya təyin olunmasından imtina olunmuşdur. Bundan sonra məhkəmə qərarı əsasında iş stajı təsdiq olunmuş və daha sonra təyinata verilmişdir. O, onlardan hər hansı pul almamışam, başqa şəxslərin onlardan pul almasından xəbəri yoxdur və heç kimdən pul tələb etməmişdir. Şahid5 və Şahid6 ona pul verməsi ilə bağlı hər hansı sübut yoxdur, onlar idarəyə pensiya təyin olunması üçün müraciət etmiş və pensiya təyinatı sektor müdiri kimi aralarında telefon danışıqları olmuşdur ki, buda yalnız pensiya işi ilə bağlı olmuşdur. Çünki, o, işlədiyi müddət ərzində pensiya işləri ilə bağlı minlərlə şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlamış, pensiya ilə bağlı müraciətlərinə cavab vermişdir. Lakin heç kimdən pul, nemət, imtiyaz və sair özü və ya başqa şəxslər üçün tələb etməmiş və almamışdır.Hazırda tələb olunan mülki iddiadan ödənişlər olunmuş, vətəndaşların hesabına tutulub, buna görə də mülki iddia tələb olunan məbləğdə ola bilməz, yenidən hesablanmalıdır. O, ümumiyyətlə özünü təqsirləndirildiyi heç bir maddə üzrə təqsirli hesab etmir, onun əməlində hər hansı cinayət tərkibi yoxdur. Lakin Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin tərkibi ümumiyyətlə onun əməlində ola bilməzdi, çünki o, Ərzuman Hüseyovun tabeçiliyində işləyən işçi olmuş, ona hər hansı şəkildə təsir etmək imkanı olmamış, belə bir imkanın olması heç sübut olunmamışdır. İttiham sübutlara əsaslanmalıdır, onun Təqsirləndirilən şəxs1 hər hansı qərar qəbul etmək üçün təsir etmək imkanının olmasına dair heç bir sübut mövcud deyildir. Həmçinin, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə ümumiyyətlə onun əməlində cinayət tərkibi yoxdur, o, hər hansı rəsmi sənədə düzəliş etməmiş, ona təqdim olunmuş sənədləri pensiya təyin olunması üçün komissiyaya təqdim etmiş, bundan başqa CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmək müddəti də ötürülmüşdür. Buna görə də həmin hissəyə xitam verilməlidir. Həmçinin 19 ildir ki, DSMF-da işləyir, bu müddət ərzində heç bir pozuntusu olmayıb. 2017-ci ildə pensiya haqqında qanuna dəyişiklik olunduğundan və Masallı rayonunun əhalisinin çox olduğundan həmin il işləri çox olmuşdur. Eləcədə respublikamızda olan idarə-təşkilatlardan və xarici ölklərdən gələn sorğularda olmuşdur həmin sorğularıda vaxtı-vaxtında cavablandırmışlar. Bu səbəbdən də işlərə tam şəkildə nəzarət edə bilməmişdir. Ehtiyatsızlıqdan müəyyən səhvlərə yol verməsi mümkündür. Buna görə özünü qismən təqsirli hesab edir. Mülki iddianı qəbul etmir. Odur ki, əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli Təqsirləndirilən şəxs1 qismən də olsa özlərinin ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.4,308.1, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(050)-159/2023 nömrəli cinayət işi vardır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq nəticəsində Təqsirləndirilən şəxs1 CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.4,308.1, 312-1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmişlər və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün iş məhkəməyə göndərilmişdir. İttiham aktına əsasən, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdardını ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmişdir. Belə ki, təqsirləndirilən şəxslər həmin qanunsuz əməllərlə Şahid12 xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid12 ümumilikdə 5.559,22 manat; X77 xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla M.Nəzərova ümumilikdə 7.531,01 manat, Şahid10 xx.xx.2018-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid10 ümumilikdə 3.148,54 manat, X53 xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla S.Nuriyevaya ümumilikdə 3.781,63 manat, Şahid8 xx.xx.2017-ci il tarixdən yanlış hesablanılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid8 ümumilikdə 9.282,95 manat, Şahid9 xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid9 ümumilikdə 6.921,35 manat, Şahid7 yanlış hesablanılmaqla xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla Şahid7 ümumilikdə 7.557,33 manat, Şahid5 xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid5 ümumilikdə 7.928,74 manat, Şahid6 xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək Şahid6 ümumilikdə 6.372,36 manat, X79 xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərar əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə nail olub Y.Əbilovaya 5.081,71 manat, X41 26 iyul 2019-cu il tarixli, 189 nömrəli qərarla İİ dərəcə əlilliyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yanlış hesablanmasına nail olmaqla K.Əliyevaya 2.338 manat pul vəsaitinin qanunsuz olaraq köçürülməsinə nail olmuşlar. Həmçinin Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri ilə X54 təsdiq edilərək xx.xx.2016-cı il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2017-ci il tarixədək D.Ağayevaya 712,44 manat, X81 yanlış məlumatlarla sosial müavinət təyin edilməsinə nail olub xx.xx.2018-ci tarixdən xx.xx.2018ci il tarixədək R.Həsənovaya 38,93 manat, X21 yanlış olaraq xx.xx.2017-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2018-ci il tarixədək N.Bəndalıyevaya 1.582,35 manat, X27 xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək F.Aİİahyarovaya 80,06 manat, X62 yanlış olaraq xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək N.Əliyevaya 484,33 manat, X39na yanlış olaraq xx.xx.2019-cu il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək T.Məhərrəmovaya 31,28 manat, Şahid14 Rahib qızına yanlış olaraq xx.xx.2019-cu il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 203 manat, X15 yanlış olaraq xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək M.İbrahimovaya 606,66 manat, X63 yanlış olaraq xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək C.Nəzərova 197,20 manat, X12 yanlış olaraq xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edilməsinə nail olub həmin tarixdən xx.xx.2019-cu il tarixədək Ş.Eynullayevaya 348,77 manat, Dadaşov Afətdin Sabir oğluna yanlış məlumatlar daxil etməklə xx.xx.2010cu il tarixdən pensiya təyinatı aparılmasına nail olaraq A.Dadaşova 89,27 manat, X51 yanlış məlumatlar daxil etməklə xx.xx.2014-cü il tarixdən pensiya təyinatı aparılmasına nail olaraq S.Alışova 2.318,51 manat, X64 qanunsuz olaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsinə nail olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 227,01 manat olmaqla İ.Rəhimliyə ümumilikdə 681,03 manat, X28 qanunsuz olaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsinə nail olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 94,36 manat olmaqla, ümumilikdə R.Hüseynovaya ümumilikdə 2.075,92 manat, Şahid13 İsmayıi oğluna qanunsuz olaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsinə nail olmaqla xx.xx.2018-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay köçürülmüş 227,42 manat olmaqla, Şahid13 ümumilikdə 454,84 manat ödənilməsinə nail olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 75.407.43 manat (yetmiş bəs min dörd yüz yeddi manat qırx üç qəpik) təşkil edir. Təqsirləndirilən şəxslərin göstərilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları və istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən də hazırki işə baxılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ilə də müraciət edilmişdir. Ona görə də məhkəmədən mülki iddianı tam təmin edərək vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsini və təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1996-2002-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminatı Xidmətinin Əhalinin Sosial Müdafiəsi Mərkəzində sahə mühasibi vəzifəsində, 2002-2011-ci il tarixlərdə müfəttiş, sonra baş məsləhətçi, 2011- 2019-cu il tarixlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminatı Xidmətinin Əhalinin Sosial X76 rayonu üzrə Ünvanlı Sosial Yardım və Sosial Müavinət sektorunun müdiri vəzifələrində işləmişdir. 01 oktyabr 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsini əvəz etmiş, 01 yanvar 2020-ci il tarixdə könüllü olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. 2016-ci ildən 2019-cu ilin 1 oktyabr tarixinədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Ünvanlı Sosial Yardım və Müavinət Sektorunun müdiri vəzifəsində işlədiyi müddətdə vəzifə təlimatına əsasən əsas vəzifəsi vətəndaşlardan müavinət sənədlərinin qəbulu, vətəndaşların müavinət və ünvanlı sosial yardım təyin olunması üçün zəruri sənədləri vaxtında qəbul etmək, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması sektorun fəaliyyətinə nəzarət etmək və sairdən ibarət olmuşdur. Azərbaycan Respublikasında Ünvanlı Sosial Yardım 2006-cı il tarixdən etibarən təyin olunmağa başlamışdır. ÜSY aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır. 2006-cı ildən 2015-ci il tarixədək ÜSY-nin sənədləşməsi kağız daşıyıcılarda həyata keçirilmişdir. 05 fevral 2016-cı il tarixli Nazirlər Kabinetinin qərarına əsasən X112 və X150 (VEMTAS) yaradılmışdır. Bundan sonra ÜSY üçün vətəndaşların müraciətləri elektronlaşdırılmışdır. Belə ki, vətəndaş ÜSY almaq üçün ilk olaraq yaşadığı ərazi üzrə icra nümayəndəliyindən və ya mənzil istismar sahəsindən ailə tərkibi haqqında arayış almalı, arayış aldıqdan sonra vətəndaş 18 yaşdan yuxarı ailə üzvləri ilə birlikdə notariat kontoruna getməli, həmin kontorda Forma-1 adlanan ərizə formasını təsdiq etdirməlidirlər. Həmin ərizə formasını təsdiq etdirən zaman ailənin 18 yaşdan yuxarı üzvləri tərəfindən təmsilçi seçilir. Bundan sonra vətəndaş həmin ərizə ilə elektron qaydada VEMTAS proqramına müraciət edir. Forma-1 adlanan ərizədə xüsusi nömrə olur və vətəndaş həmin nömrəni, həmçinin şəxsiyyət vəsiqəsinin FİN və seriya nömrəsini daxil etməklə VEMTAS proqramında qeydiyyatdan keçir. Həmin proqrama müraciət edən zaman proqramda vətəndaşın ailə-məişət şəraiti ilə bağlı müvafiq xanalar olur və vətəndaş tərəfindən həmin xanalara məlumatlar daxil edilir. Daxil edilən məlumatlar təmsilçinin və ailə üzvünün iş yeri, mülkiyyətlərində olan pay torpaqları, həmçinin digər əmlakları barədə olur. Sonda vətəndaş tərəfindən həmin məlumatlar elektron qaydada təsdiqlənir. VEMTAS proqramı bütün dövlət orqanlarının müvafiq sistemlərinə inteqrasiya olunmuşdur. Vətəndaş həmin proqramda məlumatlarını təsdiqlədikdən sonra VEMTAS proqramı 15 iş günü müddətində müvafiq dövlət orqanlarına sorğuları göndərməklə cavablar alır. Proqram vətəndaşa ÜSY təyin edilməsini məqbul hesab etdikdən, yəni “emal” prosesindən sonra təyinata uyğun olduğu təqdirdə müvafiq ərizəni yerli rayon şöbələrinə elektron qaydada göndərir. Bundan sonra yerli rayon şöbəsinin Ünvanlı Sosial Yardım və Müavinət sektorunun vəzifəsi ondan ibarətdir ki, müvafiq vətəndaşın yaşayış yerinə gedərək ailənin maddi-məişət vəziyyətini yoxlasın. Ailənin maddi-məişət şəraiti yoxlanılan zaman Ünvanlı Sosial Yardım və Müavinət sektorunun məsləhətçiləri ailənin yaşayış yerinə gedir və 4 nömrəli forma adlandırılan “ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat” sənədini tərtib edirlər. Həmin sənəddə təmsilçinin adı, təmsilçinin yaşadığı ünvan, ailə üzvləri, kommunal xidmətlər üzrə ödənişlər, yardımçı təsərrüfatda olan ev heyvanları və s. barədə olan qrafalar doldurulur. Müvafiq ailənin maddi-məişət şəraitinin yoxlanılması barədə tərtib edilmiş sənəddə olan qeydlərlə vətəndaşın VEMTAS proqramına daxil etdiyi məlumatlar müqayisəli şəkildə yerli şöbənin müdiri və ya şöbə müdirinin tapşırığı əsasında şöbənin digər əməkdaşları tərəfindən yoxlanılır. Məlumatlar düzgün olduğu təqdirdə şöbənin rəisi və ya sonuncunun tapşırığı əsasında şöbənin digər əməkdaşı tərəfindən həmin proqramda “uyğundur” düyməsi vurulur. VEMTAS proqramına daxil olmaq üçün elektron imza tələb olunur. Həmin imza bir şöbənin müdirində, bir də sektor müdiri olaraq onda olmuşdur. Bəzi hallarda şöbə müdiri və ya onun elektron imzası digər əməkdaşa təqdim edilmişdir ki, müvafiq ÜSY-lərə dair yoxladıqları sənədləri təsdiq etsinlər. “Uyğundur” düyməsi vurulduqdan sonra vətəndaşa ÜSY təyin olunması barədə bildiriş formasında ÜSY-nin təyin olunması, ayrılan pul vəsaitinin miqdarı, müvafiq plastik kartı nə vaxt və hansı bankdan təhvil alacağı barədə məlumatları əks etdirən mesaj VEMTAS proqramı tərəfindən vətəndaşa göndərilir. Bunun ardınca vətəndaş tərəfindən plastik kart müvafiq bankdan təhvil götürülür. İşlədiyi dövr ərzində ÜSY 2 (iki) il müddətində təyin edilmişdir. Lakin, hazırda ÜSY 1 (bir) il müddətində təyin edilir. Yerli şöbənin əməkdaşının vətəndaşın ailəsinin maddi-məişət şəraitini yalnız ÜSY təyin edilməmişdən öncə yoxlamaq səlahiyyəti olmuşdur. Sonradan 2 il müddətində ÜSY alınan zaman vətəndaşın yenidən ailəsinin maddi-məişət şəraitinin yoxlanılması kimi bir səlahiyyətləri olmamışdır. Əgər vətəndaşın ailəsinin maddi-məişət şəraitində dəyişiklik olarsa bu barədə 5 iş günü müddətində vətəndaş VEMTAS-a daxil olmalı, ÜSY-ni dayandırmalı və yenidən açılmış ərizə formasında dəyişiklikləri qeyd edərək yenidən müraciət etməlidir. Bu barədə qeydlər 05 fevral 2016-cı il tarixli Nazirlər Kabinetinin 37 saylı qərarında öz əksini tapmışdır. Ailə tərkibinin düzgün göstərilməməsi və ya ailə tərkibində dəyişiklik baş verməsi ilə əlaqədar olan və 21 ÜSY işini (X55 və qeyriləri) əhatə edən epizod üzrə bildirmişdir ki, həmin şəxslərdən bəzilərində ərizə-bəyannamədə təmsilçi tərəfindən ərinin göstərilməməsi müəyyən edilmişdir. Belə ki, Masallı rayonunda bir çox şəxslərin rəsmi nikahları yoxdur. Belə olan halda VEMTAS proqramı həmin şəxsin faktiki ərinin onun ailə üzvü olmasını müəyyən edə bilmir. Həmçinin, vətəndaş notariat ofisinə gedən zaman icra nümayəndəliyindən arayış alır. Həmin vaxt da icra nümayəndəsi rəsmi nikah olmadığına görə qadınların ərinin onun ailə üzvü olmasını müvafiq arayışında göstərmir. Həmçinin, bəzi hallarda ərizə-bəyannamələrdə vətəndaşların qayınatası, qayınanası, atası və ya anasının qeyd edilməməsi müəyyən edilir. Belə ki, ola bilər ki, vətəndaş ÜSY üçün müraciət edən zaman atası və ya anası ilə yaşamamış, lakin, müvafiq yoxlama aparılan zamandan öncə atası və ya anası həmin evə köçmüş, onlarla birlikdə yaşamağa başlamış və vətəndaş bu barədə məlumat verməmişdir. Vətəndaşların yeni övladlarının doğulması faktı da eyni qaydadadır. Əksinə övladların doğulması vətəndaşın xeyrinə olan məsələdir. Belə ki, uşaq doğulduğu təqdirdə hər bir halda vətəndaşa verilən ÜSY məbləği artır. 21 nəfərə artıq ödənilmiş məbləğlər barədə pozuntular vətəndaşların VEMTAS proqramına, eyni zamanda ÜSY təyin olunmamışdan qabaq vətəndaşın evinə ailəsinin maddi-məişət şəraitinin yoxlanılması məqsədilə gedən əməkdaşa düzgün məlumat verməməsi və ya vaxtında məlumat verməməsi nəticəsində baş vermişdir. Vətəndaşlar VEMTAS proqramına müraciət edən zaman yaşadığı ünvanı göstərirlər. ÜSY təyin edilməmişdən qabaq şöbənin əməkdaşları vətəndaşların həmin proqramda göstərdiyi ünvana gedərək ailəsinin maddi-məişət şəraitini yoxlayırlar. Əgər vətəndaş ÜSY təyin olunduqdan sonra yaşayış yerini dəyişirsə bu barədə məlumat verməlidir. Həmin faktlar vətəndaşın məlumat verməməsi səbəbindən yaranmışdır. Yerli rayon şöbəsinin ÜSY təyin olunduqdan sonra ailənin maddi-məişət şəraitinin yoxlanılması barədə səlahiyyətinin olmadığını nəzərə aldıqda onların həmin pozuntunu aşkar etmək kimi bir imkanlarının olmaması qənaətinə gəlmək olar. Yaşa görə sosial müavinət 57 yaşına çatmış, 3 və daha artıq uşağı doğmuş və 8 yaşa qədər tərbiyə etmiş qadınlara, 3-dən az uşağı doğmuş və tərbiyə etmiş, eyni zamanda uşağı olmayan 62 yaşına çatmış qadınlara, həmçinin 67 yaşına çatmış kişilərə müraciət tarixində işləmədikləri və əmək pensiyası hüququ olmadığı təqdirdə təyin edilir. İstənilən sosial müavinət üçün vətəndaş ilkin olaraq şöbəyə ərizə ilə və zəruri sənədlərlə müraciət edir. Vətəndaşların müvafiq ərizə formalarında müavinətin dayandırılmasına səbəb olacaq hallar yarandıqda bu barədə 5 iş günü müddətində məlumat verilməsi barədə öhdəliyinin olması da qeyd edilir. Yaşa görə müavinət təyin edilən zaman vətəndaş qadın olduğu halda vətəndaşın övladlarının olması barədə zəruri sənədlər də işə əlavə edilir. Həmçinin, şöbədaxili olaraq vətəndaşın əmək pensiyası alıb-almaması barədə arayış alınır. Bundan sonra həmin vətəndaşın işləyib-işləməsi barədə Məşğulluq Mərkəzindən müvafiq arayış alınır. Bütün sənədlər əldə edildikdən sonra uyğun olduğu halda vətəndaşa sosial müavinətin təyin olunması haqqında qərar verilir. Həmin qərara Mərkəzin direktoru, müavinət sektorunun müdiri və sosial müavinət üzrə məsləhətçi imza çəkirlər. Yaşa görə sosial müavinət ömürlük təyin olunur. Əgər vətəndaş sonradan hər hansı bir işə daxil olursa, əmək müqaviləsi bağlayırsa və bu barədə şöbəyə məlumat vermirsə onların bu barədə məlumatları ola bilməz. Həmin məsələnin yoxlanılması ilə bağlı heç bir səlahiyyətləri yoxdur. Dadaşov Afətdin Sabir oğluna münasibətdə isə bildirmişdir ki, həmin şəxs hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar yaranmış əlilliyinə görə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Şəxsin əlilliyi isə xx.xx.2014-cü il tarixdə müəyyən edilmişdir. Sosial müavinətlər haqqında qanunun 9.1-ci maddəsinə əsasən sosial müavinət hüququ yarandıqdan sonra müraciət edildikdə maksimum 3 (üç) il əvvəldən hesablama aparılaraq müavinət təyin edilə bilər. Həmin iş üzrə müavinət xx.xx.2014-cü ildən təyin edilə bilərdi. xx.xx.2014-cü ildən təyin edilməsi yenə də sosial müavinət üzrə məsləhətçinin texniki səhvindən olmuşdur. X41 xx.xx.2015-ci il tarixdə İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Ödəniş xx.xx.2017-ci il tarixədək aparılmışdır. xx.xx.2019-cu il tarixdə vətəndaşın müraciətinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya xx.xx.2016-cı ildən təyin edilmişdir. Qeyd edilir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə sosial müavinət tutulmamışdır. Belə olan halda həmin müavinət məbləğinin tutulması üçün sərəncam pensiya sektoru tərəfindən verilməli olmuşdur. X51 xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edilmiş, pensiya hüququ olmadığından xx.xx.2015-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Belə olan halda vətəndaş xx.xx.2018-ci il tarixdə sosial müavinət üçün müraciət etmiş və müavinətin maksimum 3 il əvvəldən təyin edilməsi zəruri olduğu halda sonuncuya sosial müavinət xx.xx.2010-cu il tarixdən təyin edilmişdir. Belə ki, həmin məsələ sosial müavinət üzrə məsləhətçinin səhvindən olmuşdur. Yuxarıda göstərdiyi kimi sosial müavinətin təyin edilməsi haqqında qərarın məzmunu məsləhətçi tərəfindən doldurulur. Doğrudur, həmin qərara o və Mərkəzin direktoru, eyni zamanda baş mühasibi imza çəkmişdir. Özü həmin qərara əsasən sənədləri yoxlamadan, məsləhətçiyə inanaraq imza çəkmişdir. Suliddin Alışovun sosial müavinət işi ona təqdim edilmiş, həmin sənədlərdə olan pozuntular ona ifadə verən zaman məlum olmuşdur. Lakin, həmin vaxt onların heç bir maddi və ya digər maraqları olmamışdır. Səhlənkarlıqları səbəbindən bunu görməmişdir. Ailə başçısını itirməyə görə sosial müavinət valideynlərin biri öldükdə həmin ailədə olan uşaqların sayına uyğun olaraq müavinət təyin edilir. Müavinət alan valideyn işləmədiyi və ailədə 8 yaşına çatmamış uşağın olduğu təqdirdə uşaqların hər biri üçün ayrılan məbləğin daha 1 misli də ödənilir. Valideyn işlədiyi təqdirdə əlavə olaraq alınan müavinətin 1 misli ödənilməməlidir. Bu fakt da yaşa görə sosial müavinət alanlarla eyni qaydada vətəndaşların məlumat verməməsi səbəbindən baş vermişdir. Ailə başçısını itirməyə görə müavinət təyin edilən zaman həmin şəxsin özünün əmək pensiyası alıbalmaması dəqiqləşdirilir. Himayədə olan uşaqlara görə alınan pensiya barədə dəqiqləşdirmə aparılmır. Şahid1 ifadəsinin davamında bildirdi ki, 1 sosial müavinət işi üzrə X51 2.318,51 manat vəsaitin israf edilməsi epizoduna görə vurulmuş ziyan özünün və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinə dair Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə dövlət büdcəsinə tam ödənilərək ziyan aradan qaldırılmış, həmçinin həmin hökmlə 3 ünvanlı sosial yardım işi üzrə X64 681,03 manat, X28 2.075,92 manat, Şahid13 454,84 manat vəsaitin israf edilməsinə dair epizodlar ittihamdan xaric edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan zaman Lənkəran şəhər məhkəməsinə müraciət etmişdir. Həmin vaxt Lənkəran şəhər məhkəməsi onun Lənkəran Təmir Tikinti İdarəsində işləməsi faktını müəyyən etmişdir. Həmin qərarı gətirib DSMF-nin Masallı rayon şöbəsinə təqdim etmişdir. Sənədləri orada olan zaman ona pensiya təyinatı aparılmamışdır. Bundan sonra DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona “sənin işində problemlər var, nə olsun ki, məhkəmə qərarı var, biz Apellyasiya məhkəməsinə müraciət edəcəyik” demişdir. O da Apellyasiya məhkəməsində işinin pozulacağından çəkinmişdir. Lakin, həmin vaxt Təqsirləndirilən şəxs2 özünə pul təklif etməkdən də çəkinmişdir. Belə ki, qonşu kənd sakini Şahid5 da pensiya təyinatı aparılan zaman sənədlərində problem olmasını, Lənkəran rayonu, Qumbaşı kənd sakini X127 Sadıqova verdiyi müəyyən məbləğdə pul vəsaiti qarşılığında həmin məsələ həll edilməsini eşitmişdir. Belə ki, Lənkəran rayonu Qumbaşı kəndi yaşadığı Masallı rayonu Təzəkənd kəndi ilə qonşuluqda yerləşdiyindən İlqar Qafarovla qonşu kənd sakini kimi tanışlığı olmuşdur. 2017-ci ilin yay aylarında Lənkəran rayonu, Qumbaşı kənd orta məktəbinin yanında yerləşən İlqar Qafarovun yaşadığı ev istiqamətində getmişdir. Məktəbə çatan zaman İlqar Qafarovun məktəbin yaxınlığında bir nəfər şəxslə dayandığını görmüşdür. Həmin vaxt İlqar Qafarovla pensiya məsələsinə görə danışmaq üçün sonuncunu kənara çəkmək istəmişdir. Bu zaman isə İlqar Qafarov yanında olan şəxsin qıraq adam olmadığını, həmin şəxsin Şahid3 olduğunu və onun yanında istənilən söhbət edə biləcəklərini bildirmişdir. Bundan sonra İlqar Qafarova pensiya məsələsi ilə bağlı üzləşdiyi çətinlikləri izah etmiş, ona Şahid5 köməklik etmələri barədə məlumatının olmasını demiş və ona köməklik etməsini İlqar Qafarovdan xahiş etmişdir. Həmin vaxt İlqar Qafarov ona Şahid5 işini 1.500 manat pul müqabilində həll etdiklərini, həmin pulu DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun müdiri Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. O isə qarşılığında həmin pula imkanının çatmadığını və 1.000 manat məbləğində pul vəsaitinə gücünün çatdığını bildirmişdir. Danışıq zamanı Şahid3 də söhbətdə iştirak etmiş və sonuncunun da bu məsələlərin içərisində olduğu ona aydın olmuşdur. Təxminən, sabahısı gün 1.000 manat məbləğində pul vəsaitini İlqar Qafarova vermişdir. Həmin vaxt İlqar Qafarov tək olmuş və sonuncu ona “narahat olma, sənin bu pulunu Natiqə verəcəyəm, çalışacağam ki, sənin işini həll edim” demişdir. Bundan müəyyən müddət sonra ona pensiya təyinatı aparılmışdır. Özü birbaşa olaraq DSMF-nin Masallı rayon şöbəsinin hər hansı bir əməkdaşına pul verməmiş, lakin, Təqsirləndirilən şəxs2 rüşvət qismində verilməsi üçün 1.000 manat məbləğində pulu İlqar Qafarova vermiş, bunun nəticəsini də görmüşdür. Belə ki, pul verməzdən əvvəl Təqsirləndirilən şəxs2 onun işinə süni əngəllər törədəcəyini, işi Apelyasiya məhkəməsinə göndərəcəyini demiş, lakin, pul verildikdən sonra Təqsirləndirilən şəxs2 işi Apellyasiya məhkəməsinə göndərməmiş, buna görə də İlqar Qafarova verdiyi 1.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 çatdığına əmin olmuşdur. Şahid6 ifadəsinin davamında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə X138 filialına qarşı xx.xx.2020-ci il tarixdə dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, qərardad ilə müraciəti aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiası təmin edilərək ona xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qurum həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-cil il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 Şəxsin Xüsusi Şərtlərlə X138 filialı tərəfindən onun pensiyası hələ də ödənilmir, həmçinin artıq ödənilmiş vəsaitin geri qaytarılması adı ilə onun tərəfindən geri qaytarılmış 6372,36 manat vəsait ona geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1975-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək isə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda mühəndis vəzifəsində işləmişdir. İşlədiyi illər ərzində həmin idarədə çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirdiyinə görə 14 il müddətində zərərli iş şəraitində işləmiş və buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Bununla əlaqədar 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş və pensiyaya çıxmışdır. 2020-ci ilin əvvəllərində DSMF-nin Masallı rayon şöbəsində aparılan araşdırmadan sonra pensiyası dayandırılmışdır. Həmin dövrdə DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs2 onu idarəyə dəvət edərək güzəştli sosial sığorta stajının olmamasına görə pensiyasının dayandırılması barədə məlumat vermişdir. Lakin, 14 il müddətində ağır iş şəraitində Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda mühəndis vəzifəsində işləmişdir. Pensiya təyinatı zamanı DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşları Lazım Mirzəyevə və Təqsirləndirilən şəxs2 müraciət etmiş, müvafiq sənədləri həmin idarəyə təqdim etdikdən sonra ona ilkin olaraq əmək pensiyası hüququ olmaması barədə məlumat verilmişdir. Həmçinin, ona bu barədə müvafiq sorğular verilməsi barədə məlumat verilmişdir. Təxminən 6 ay sonra ona əmək pensiyasının təyin olunması barədə məlumat verilmişdir. Təyin edilmiş əmək pensiyasının əsassız olması barədə məlumatı olmamışdır. Əgər, əsassız olaraq əmək pensiyası təyin edilmişdirsə bu DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşlarının səhvi nəticəsində baş vermişdir. Həmin pensiyaya görə də əsassız olaraq 7.557,33 manat məbləğində pul vəsaitindən isə DSMFnin Masallı rayon şöbəsindən ünvanlanmış məktub nəticəsində məlumatı olmuşdur. Ona əsassız olaraq köçürülmüş pensiya məbləğindən müəyyən hissəsinin ödənilməsi barədə heç bir məlumatı olmamışdır. Özü heç bir yerə, heç bir məbləğdə pul vəsaiti ödəməmişdir. Təxminən 2-3 ay Təqsirləndirilən şəxs2 onu idarəyə dəvət edərək müvafiq pul vəsaitini ödəməsini tələb etmiş, cavabında isə o həmin pul vəsaitini ödəməyəcəyini, buna görə də müvafiq məhkəmə orqanına müraciət edəcəyini bildirmişdir. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda mühəndis kimi vəzifəsi ərazilərin tədqiqatının həyata keçirilməsi və ərazilərin xəritələrinin çəkilməsindən ibarət olmuşdur. Müvafiq əmrlər əsasında müxtəlif ərazilərə bəzi hallarda 10-15 gün, bəzi hallarda həftələrlə, bəzi hallarda isə 2-3 və ya 6 ay müddətində ezam olunmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilən zaman DSMF-nin Masallı rayon şöbəsinin hər hansı bir vəzifəli şəxsi ondan hər hansı bir miqdarda pul vəsaiti tələb etməmiş, o da hər hansı bir şəxsə pul vəsaiti və ya digər maddi nemət verməmişdir. Təyin edilmiş pensiyanı "xxxx" ASC-nin Masallı rayon şöbəsindən ona verilmiş plastik kart vasitəsilə rayon ərazisində olan bankomatlardan özü nağdlaşdırmış və öz ehtiyaclarına sərf etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 1995-ci ildən 2004-cü ilin dekabr ayınadək Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasibatlıq sektorunda nəzarətçi-mühasib, sonra isə pensiya sektorunda pensiya inspektoru vəzifələrində işləmişdir. 2004-cü ilin dekabr ayından 2006-cı ilin avqust ayınadək Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmışdır. 2008-ci ilin may ayından isə DSMF-nin Masallı rayon şöbəsində yenidən işə başlamışdır. Əvvəllər həmin şöbədə maliyyə sektorunda, sonra isə gəlirlər sektorunda işləmişdir. 2013-cü ilin yanvar ayından isə DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi şöbənin adı dəfələrlə dəyişmişdir. Hazırda həmin İdarə Dövlət Sosial Müdafiə Fondu tabeliyində 2 saylı Lənkəran-Astara Regional Ərazi Filialı adlanır. DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi kimi vəzifə təlimatına əsasən vəzifələri zəruri hallarda pensiya sənədlərinin yoxlanılması, pensiyanın hesablanmasının həyata keçirilməsi, pensiyaların yenidən hesablanması, pensiya işləri üzrə artıq ödəmələrin müəyyən edilməsi və tutulmaların həyata keçirilməsi və sairdən ibarət olmuşdur. Ümumiyyətlə, həmin dövrdə DSMF-nin Masallı rayon şöbəsinin rəhbərliyi tərəfindən rayon ərazisində olan kəndlər və şəhər mərkəzi bölünərək məsləhətçilərə təhkim olunmuşdur. Bu barədə hər hansı əmrin və ya digər rəsmi sənədin olub-olmaması barədə məlumatı olmamışdır. Pensiya işində olan Şahid5 yaşayış yerinin Sərçuvar kəndi olmasına əsasən həmin ərazi ona təhkim edilmiş ərazi olmasını müəyyən etmişdir. Lakin, Şahid5 pensiya işi barədə heç bir məlumatı olmamışdır. Ola bilsin ki, həmin təyinat onun işdə olmayan vaxtda aparılmış və ya işdə olsa belə ona bu barədə məlumat verilməmişdir. Belə ki, Şahid5 adına rəsmiləşdirilmiş müvafiq pensiya işində olan 15 dekabr 2017-ci il tarixli, 636 nömrəli pensiya təyin edilməsi haqqında qərarın arxa tərəfində olan “Hesablamanı apardı, məsləhətçi” qrafasının qarşısında imza yoxdur. Həmçinin, həmin pensiya işi üzrə olan müvafiq sənədlərdə də onun xətti yoxdur. Həmin pensiya işi üzrə hesablamanın kimin tərəfindən aparılması barədə də heç bir məlumatı olmamışdır. Şahid5 İİ dərəcə əlilliyə görə pensiya təyinatı aparılan zaman sonuncudan 1.500 manat məbləğində pul vəsaitinin alınması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, 2009-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2017-ci ilin fevral ayından 2022-ci ilin 25 fevral tarixinədək DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunda məsləhətçi vəzifəsində işləmişdir. DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi kimi vəzifə təlimatına əsasən vəzifələri zəruri hallarda pensiya sənədlərinin yoxlanılması, pensiyanın hesablanmasının həyata keçirilməsi, pensiyaların yenidən hesablanması, pensiya işləri üzrə artıq ödəmələrin müəyyən edilməsi və tutulmaların həyata keçirilməsi və sairdən ibarət olmuşdur. Şahid6 adına tərtib olunmuş pensiya işi dindirilən zaman ona təqdim olunmuşdur. DSMF-nin Masallı rayon şöbəsinin rəhbərliyi tərəfindən rayon ərazisində olan kəndlər və şəhər mərkəzi bölünərək məsləhətçilərə təhkim olunurmuş. Bu barədə hər hansı əmrin və ya digər rəsmi sənədin olub-olmaması barədə məlumatı olmamışdır. Pensiya işində olan Şahid6 yaşayış yerinin Təzəkənd kəndi olmasına əsasən kəndin ona təhkim edilmiş ərazi olmasını müəyyən etmişdir. Lakin, Şahid6 pensiya işi barədə onun heç bir məlumatı olmamışdır. Təyinat aparılan zaman, yəni 2017-ci ilin sonlarında o, dövlət qulluğuna imtahan vermək üçün hazırlaşmışdır. Belə ki, həmin dövrdə müqavilə əsasında işləmişdir və ona görə də dövlət qulluğuna imtahan verməli imiş. Bu səbəbdən həmin dövrdə müəyyən vaxtlarda şöbə rəhbərliyinin qeyri-rəsmi icazəsi əsasında 2017-ci ilin sonları və 2018-ci ilin əvvəllərində bəzi hallarda işə getməmişdir. Ona görə ola bilər ki, həmin təyinat onun işdə olmadığı vaxt həyata keçirilmişdir. Belə ki, Şahid6 adına rəsmiləşdirilmiş müvafiq pensiya işində olan 15 dekabr 2017-ci il tarixli, 629 nömrəli pensiya təyin edilməsi haqqında qərarın arxa tərəfində olan “Hesablamanı apardı, məsləhətçi” qrafasının qarşısında imza yoxdur. Həmçinin, həmin pensiya işi üzrə olan müvafiq sənədlərdə də onun xətti də yoxdur. Həmin pensiya işi üzrə hesablamanın kimin tərəfindən aparılması barədə də heç bir məlumatı olmamışdır. Şahid6 güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılan zaman sonuncudan 1.000 manat məbləğində pul vəsaitinin alınması barədə heç bir məlumatının olmadığını bildirmişdir. 2020-ci ilin fevralmart aylarında audit yoxlaması yekunlaşdıqdan sonra şöbə rəhbərliyinin təklifi ilə könüllülük qaydasında DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşlarının 1 aylıq əmək haqları yığılmış və vurulmuş ziyanın bir hissəsi ödənilmişdir. Yoxlama zamanı audit aparan şəxslərin tələbi əsasında müəyyən qədər pullar da vətəndaşlar tərəfindən ödənilmişdir. Yoxlama gedən zaman, bir gün Təqsirləndirilən şəxs2 onu xidməti otağına dəvət etmiş və həmin vaxt orada Şahid6 da olmuşdur. Təqsirləndirilən şəxs2 ona "Şahid6 pul ödəyəcək, belə məsələlərdən başı çıxmır, onunla "Kapital bank” ASC-nin filialına get, orada pulu ödəməsinə kömək et" demişdir. O da Təqsirləndirilən şəxs2 bu göstərişi əsasında Şahid6la müvafiq bankın filialına getmiş və sonuncu artıq aldığı məbləği ödəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, özünə pensiya düzəltmək istəmiş və bununla bağlı əvvəlcə ondan başqa bir şəxs çox pul istəmişdir. Daha sonra kəndçisi Şabala adlı şəxs ona pensiya düzəldəcəyini dediyi üçün pulu həmin şəxsə vermişdir. Təxminən 6000 manatdan yuxarı pul vermişdir. Şabalada öz növbəsində pulu Qumbaşı kəndindən olan Adəm adlı şəxsə vermiş, həmin şəxsdə pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra pensiyası düzəlmiş və pensiya almışdır. Daha sonra pensiyası staja görə kəsildiyindən Təqsirləndirilən şəxs2 yanına getmiş o da onun pensiyasını dəyişərək əlillik pensiyası etmiş və ona hər ay aldığı pensiyadan Dövlət hesabına 20 manat kəsiləcəyini demiş, o da razılaşmışdır. Yenidən pensiyası kəsilmiş və o, Təqsirləndirilən şəxs2 yanına getmişdir. Onlar bununla bağlı danışmışlar və Təqsirləndirilən şəxs2 ona get əlindən nə gəlir elə demişdir. Bir dəfədə Adəmlə Natiq məllimin iş yerinə getmiş lakin həmin vaxt Natiqlə danışmamış, çünki Adəm və Natiq onu çöldə saxlayaraq iki nəfər otaqda danışmışlar. Bir müddət sonra prokurorluğa çağırılmış və yenidən Təqsirləndirilən şəxs2 işlədiyi yerə getmişdir. Lakin bu dəfə onu yerində tapa bilməmişdir. 5 il müddətində pensiya almışdır. Ona təyin olunmuş pensiyanı onun üçün Adəm adlı şəxs düzəltmişdir, pensiya düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 yanında olmamışdır, pensiyası kəsildikdən sonra Natiqin yanına getmişdir. Daha sonra məhkəmə tərəfindən Şahid5 istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və ifadəsi elan olunduqdan sonra o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, şəkərli diabet xəstəsi kimi pensiya almış, vaxtı tamam olduqdan sonra yenidən sənədlərini göndərmiş, bu dəfə isə ona imtina cavabı gəlmişdir. Bu səbəbdən iş stajı isə problem olduğundan sosial pensiyaya keçirmişlər, sonradan həyat yoldaşı rəhmətə getmiş onun aldığı pensiyasını almış, 3 ay aldıqdan sonra yenidən pensiyası dayanmış və bildirmişlər ki, 65 yaşı tamam olduqdan sonra alacaqdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəbulunda olmamışdır. Sənədləri xəstəxanadan göndərilmiş və ona pensiya təyin edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Sovet qanununa görə 12 il yarım işləmiş şəxslər pensiya almaq hüququna malik olmuşlar. Oda prarav işləmişdir. Bu səbəbdən də ona pensiya təyin olunması üçün DSMF-yə müraciət etmişdir. Müraciətinə baxılmış, hətta müəyyən problemlər olduğu üçün müvafiq sorğular verilmişdir. Sorğulara cavab gəldikdən sonra isə ona pensiya təyin edilmişdir. Lakin müəyyən vaxtdan sonra pensiyası kəsilmişdir. Oda bununla bağlı DSMF-yə müraciət etmiş və ona komissiyanın gəldiyini, onun pensiyasının düzgün təyin olunmadığının aşkarlandığını, onun mexanizasiya idarəsində işlədiyini bildirilmişlər. Düzdür o, mexanizasiya idarəsində işləmişdir. Lakin həmin idarənin 8 prorabı olmuşdur ki, onlardan da biri o, olmuşdur. Onun proravı olaraq inşa edilmiş binaların sırasına Masallı Rayon Mərkəzi xəstəxanası, 1 Nömrəli orta məktəb binası və sairə aiddir, yenidən pensiyaya çıxdığı zaman isə əvvəl almış olduğu pulları çıxmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımamış, Təqsirləndirilən şəxs2 tanımışdır. X60 qohumu Əlibəy adlı şəxsə pensiya təyin olunmasında müəyyən problemlər olmuşdur. Belə ki, pensiya təyin olunmuş lakin stajında müəyyən problemlər olmuşdur. Bununla bağlı İlqar ondan birlikdə Masallıya getməyi xahiş etmişdir. Həmçinin tanışı Rəşad adlı şəxsin tanışının olduğunu və Rəşadın pensiya işləri ilə bağlı müəyyən tanışlarının olduğunu, pensiya işini düzəldə biləcəyini bildirmişdir. Günün birində o, İlqar və Rəşad birlikdə Masallı rayonuna DSMF şöbəsinə gəlmişlər. Rəşad həmin idarədə işləyən müəyyən şəxsləri tanımış, o isə həmin vaxta kimi orada heç kimi tanımamışdır. Orada olduqları zaman İlqar içəri girməmiş onlara çöldə siqaret çəkdiyini onlara girib söhbət etmələrini demişdir. Bundan sonra Rəşadla birlikdə ikisi Təqsirləndirilən şəxs2 otağına daxil olmuşlar və sənədləri vermişlər. Həmçinin Rəşad 1000 manat pulu da Təqsirləndirilən şəxs2 vermişdir ki, Əlibəyin işinə kömək etsin, işi düzəlsin. Daha sonra çıxıb getmişlər. Rəşad pulu birbaşa vermişdir. Ola bilsin ki, Rəşad əvvəlcədən artıq Natiqlə danışmış ki, pulu ona verəndə Natiq nə üçün olduğunu bilmişdir. Çünki girən kimi Rəşad “bir nəfər var səninlə söhbət eləmək istəyir onun sənədlərini gətirmişik” demişdir. Rəşad pulu həmin vaxt kağız bükülünün içərisində vermişdir. Sonradan İlqar ona bir nəfər Yəhya adlı şəxsin olduğunu axşam yaşadığı evə gəldiyini Əlibəylə tanış olduğunu Əlibəyin ona işinin düzəldiyini deyərək onunda işinin düzəldilməsini istədiyini bildirmiş və onunla Masallıya getməsini istəmişdir. Yəhya da işlədiyi zaman ağır işlərdə işləmişdi amma deyəsən yetərli olmamış, sənədlərində çatışmamazlıq olmuşdur. O da İlqarla birlikdə Masallıya Natiq müəllimin yanına gəlmişdir. Natiqə Yəhyanın işi ilə bağlı məlumat vermişlər və stajında nəsə çatışmamazlıq olduğunu bildirmişlər. İlqarla gəldiyi zaman İlqar ona özü ilə 1000 manat pul götürdüyünü və orada verəcəyini demişdir. Sənədləri faylın içinə qoymuş, pulda orda olmuşdur. İlqar həmin faylı masanın üzərinə qoymuşdur. İnsult keçirdiyi üçün istintaq zamanı verdiyi ifadəsini tam olaraq xatırlamır, lakin istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadəsi tədqiq olunaraq elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı rayonu Sərçuvar kənd sakini Şahid5 tanıyır. Həmin şəxsi dostu və həmkəndlisi İlqar Qafarov vasitəsilə tanımışdır. X116 hazırda ölmüşdür. İlqar Qafarov təxminən 2017-ci ilin mart-aprel aylarında özünün qohumu olan Möhübbət Əsgərovun yeznəsi Şahid5 əlilliyə görə pensiya almaq istəməsini bildirmiş və buna görə də köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxt X139 adlı tanışının DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun müdiri Təqsirləndirilən şəxs2 tanıdığını bildirmiş və Rəşad adlı şəxs vasitəsilə Təqsirləndirilən şəxs2la bu barədə danışacağını demişdir. Belə ki, əvvəllər Rəşad adlı şəxs ona “mənim DSMF-nin Masallı rayon şöbəsində Təqsirləndirilən şəxs2 adlı tanışım var və həmin şəxs vasitəsilə pensiya təyinatı işlərini həll edə bilirəm, adam olsa mənə deyərsiz” demişdir. Bundan sonra Rəşad adlı şəxslə birlikdə DSMF-nin Masallı rayon şöbəsinə Təqsirləndirilən şəxs2 yanına getmişdir. Rəşad adlı şəxs Şahid5 məsələsi ilə əlaqədar onun yanında Təqsirləndirilən şəxs2la danışmışdır. Təqsirləndirilən şəxs2 həmin vaxt Rəşad adlı şəxsə və ona “onu adi qaydada həll etmək olmaz, sənədində problem var, iş stajı çatmır, hörmət eləmək lazımdır” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onlara “bu məsələni 1.500 manat müqabilində həll edəcəyəm, həmin pulu gətirin pensiyanı təyin edim” demişdir. Bundan sonra o, Rəşadla Təqsirləndirilən şəxs2 otağından çıxmış və kəndə qayıtmışlar. X140 Təqsirləndirilən şəxs2 1.500 manat məbləğində pul vəsaiti qarşılığında məsələni həll edə biləcəyini bildirmişlər. Təxminən 3-4 gün sonra o, İlqar Qafarovla bir yerdə olan zaman Möhübbət Əsgərov 1.500 manat məbləğində pul vəsaitini gətirib İlqar Qafarova vermişdir. İlqar Qafarov isə pulu onun yanında Rəşad adlı şəxsə vermişdir. Rəşad pulu götürən zaman həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 vermək üçün Rəşadla birlikdə onun getməsi barədə qərara gəlmişlər. Yadında qalan qədər həmin günün sabahısı Rəşad adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs2 işlədiyi DSMF-nin Masallı rayon şöbəsinə getmiş və orada sonuncunun xidməti otağına daxil olmuşlar. Xidməti otaqda olan zaman Rəşad adlı şəxs Təqsirləndirilən şəxs2 1.000 manat məbləğində pul vəsaiti uzadaraq “bu Şahid5 puludur” demişdir. Ardınca Təqsirləndirilən şəxs2 pulu saymış və 1.000 manat olduğunu gördükdə Rəşad adlı şəxsə “bu pul azdır, mən 1.500 manat demişdim, sən isə 1.000 manat gətirmisən” demişdir. Rəşad isə qarşılığında həmin pulun 500 manat məbləğində olan hissəsini xərclədiyini və yaxın günlərdə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 qarşılığında “eybi yoxdur, yaxşı çatdırarsan” demişdir. Bundan sonra Rəşad adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs2 otağından çıxmışlar. Rəşad adlı şəxslə bir neçə gün sonra qarşılaşan zaman sonuncu ona Təqsirləndirilən şəxs2 verməli olduğu 500 manat məbləğində pul vəsaitini verməsi barədə məlumat vermişdir. Sonradan eşitdiyinə görə Şahid5 pensiya təyin olunmuşdur. Sonradan Şahid6 görə də Təqsirləndirilən şəxs2 şəxsən özü 1.000 manat məbləğində pul vermişdir. Belə ki, Şahid5 işini həll etdikdən sonra Təqsirləndirilən şəxs2la münasibətləri yaranmışdır. Bunun ardınca Masallı rayonu, Təzəkənd kənd sakini Şahid6 2017-ci ilin təxminən yay aylarında İlqar Qafarovla Qumbaşı kənd orta məktəbinin yanında söhbət edən zaman ona müraciət edərək pensiya təyinatı ilə bağlı probleminin olduğunu, yenə iş stajının çatmaması ilə bağlı pensiya təyinatı aparılmadığını bildirmişdir. Həmçinin, Şahid6 ona “eşitdim ki, siz Əlibəyin işinə yardım etmisiniz, mənim də işimə yardım edin” demişdir. O isə qarşılığında Şahid6 bu barədə Təqsirləndirilən şəxs2la danışa biləcəyini, Şahid5 işi üçün sonuncunun 1.500 manat pul istədiyini bildirmişdir. Bu zaman Şahid6 ona yalnız 1.000 manat verə biləcəyini bildirmişdir. 2-3 gün sonra Şahid6 gətirib İlqar Qafarova həmin pulu vermişdir. X104 birlikdə DSMF-nin Masallı rayon şöbəsinə getməyi planlaşdırmışlar. İlqar Qafarovla birlikdə DSMF-nin Masallı rayon şöbəsinə getmişlər. X128 birlikdə Masallı rayon şöbəsində Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olmuşlar. Orada özü Təqsirləndirilən şəxs2 müraciət edərək “Natiq müəllim, bir nəfərin də problemi var, Şahid6 da problemini həll elə, 1.000 (bir min) manat pul gətirmişik” demişdir. Təqsirləndirilən şəxs2 ona “bu pul əslində azdır, mənim də “rasxodlarım” var” demişdir. Bu zaman qarşılığında o, Təqsirləndirilən şəxs2 Şahid6 imkanının az olmasını bildirmiş, sonradan Təqsirləndirilən şəxs2 1.000 manat müqabilində razılaşmışdır. Ardınca, İlqar Qafarov elə oradaca ona Şahid6 əvvəlcədən verdiyi 1.000 manat məbləğində pulu vermiş və o da həmin pulu Təqsirləndirilən şəxs2 uzatmışdır. Daha sonra isə sonuncu pulu saymış və stolun üzərində olan sənədlərin arasına qoymuşdur. Bundan sonra İlqar Qafarovla birlikdə otaqdan çıxmışlar. Sonradan Şahid6 pensiya təyinatı aparılmışdır. Şahid5 və Şahid6 başqa hər hansı bir şəxsə görə Təqsirləndirilən şəxs2 müraciət etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, oğluna əmək pensiyası təyin olunmuş, bir il sonra yoxlama zaman əmək pensiyasının qeyri qanuni olduğu müəyyən edilmişdir. Bundan sonra oğluna sosial pensiya təyin edilmişdir. Artıq alınmış vəsaitlər təyin olunmuş sosial pensiyadan çıxılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, adı Ədalət olsa da, hər kəs onu Rəşad adı ilə tanıyır. Məhkəməyə gəlməzdən iki ay öncə Lənkəran rayonunda yerləşən bazarda iş üzrə şahid olan Adəm adlı şəxs onu görüb ona demişdir ki, Masallı Rayon Məhkəməsində cinayət işi gedir onu şahid qismində çağırmışlar. Oda cavabında onunda çağırıldığını, lakin müəyyən səbəblərə görə gedə bilmədiyini teleqram göndərdiyini bildirmişdir. Adəm ona həmin vaxt “biz bir-birimizi tanıyırıq, sən mənim dediyim qaydada hakim qarşısında ifadə verərəsən” demişdir. O, isə Adəmə müəyyən səhvlərə yol vermiş olsa da, nə o, nədəki ailə üzvləri haqsız yerə kimi isə ittiham edib, ona qarşı şər atmamışlar. Hazırda ittiham olunan şəxslərə ümumiyyətlə heç bir məbləğdə pul verməmişdir. Natiq müəllimə pul verməmişdir. Natiq müəllimi bir dəfə DSMF binasının koridurunda görmüşdür. Ondan sonra onu görməmişdir. Şahid5 Adəm vasitəsi ilə tanımışdır. Adəmi isə dostu rəhmətlik İlqar vasitəsi ilə tanımışdır. İlqar ona Adəmə bir işlə bağlı kömək etmək lazım olduğunu demiş, onun DSMF-nin Lənkaran filialında şöbə müdiri işləmiş Rahim müəllimlə münasibətinin yaxşı olduğunu, Rahim müəllimdən ona pensiya işində köməklik üçün xahiş etməsini demişdir. Oda Rahim müəllimlə görüşmüş, ona pensiya işi ilə bağlı Adəmə köməklik etməsini demişdir. Rahim müəllim də ona Adəmin özünün gəlməsini, Adəmi çox yaxşı tanıdığını bildirmişdir. Oda bu barədə Adəmə demiş Adəmdə gedib danışacağını demişdir. Rəhmətlik İlqar ona Adəmə inamının olmadığını, Adəmin bir fikirdə olan insan olmadığını demişdir. Adəm ondan birlikdə Masallıya getməsini xahiş etmiş, oda razılaşmış və birlikdə taksi ilə Masallı rayonuna DSMF-yə gəlmişlər. Adəm ona Natiq müəllimin yanına gedəcəklərini demişdir. Onlar DSMF-nin binasında karidorda Natiq müəllimlə görüşmüşlər. Bu zaman Natiq müəllimə Rahim müəllimin onları göndərdiyini demişlər. Bu vaxt Adəm ona çöldə gözləməsini bir müddət sonra gələcəyini demişdir. Oda DSMF-nin binasının yaxınlığında olan çayxanaya getmiş, Adəm Natiqlə görüşüb danışdıqdan sonra onun yanına gəlmişdir. Adəm gəldikdən sonra Əlibəyin pensiya işini danışdığını bildirmişdir. Nə danışdıqlarını bilmir, çünki həmin vaxt onların yanında olmamışdır. O, Təqsirləndirilən şəxs2 pul verməmiş, Adəm Natiq müəllimə pul vermiş, o, isə çöldə gözləmişdir. Daha sonra məhkəmə tərəfindən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və elan olunduqdan sonra o, ibtidai istintaq zaman vermiş olduğu ifadəsini 2 il öncə verdiyini, həmin vaxtdan sonra iki dəfə insult keçirmişdir, yaddaş pozğunluğu yaşadığını, bu səbəbdən həmin vaxt verdiyi ifadəsini xatırlamadığını bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq olunmaqla elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, adı Ədalət olsa da yaşadığı Lənkəran rayonunda “Rəşad” kimi tanınır və demək olar ki, bütün tanışları ona “Rəşad” adı ilə müraciət edirlər. Lənkəran rayonu, Qumbaşı kəndində yaşayan İlqar Qafarovla dostluq münasibəti olmuşdur. Şahid3 də İlqar Qafarova görə tanımışdır. İlqar Qafarov hazırda ölmüşdür. Təxminən 2017-ci ilin yay aylarında İlqar Qafarov ona müraciət edərək bir nəfər qohumu olan, Masallı rayon sakini Şahid5 adlı şəxsin əlilliyə görə sosial müavinət aldığını, pensiya almaq üçün sosial sığorta stajının olmadığını və bu məsələdə ona köməklik etmək lazım olduğunu bildirmişdir. Bu zaman o, İlqar Qafarova DSMF-nin Lənkəran rayon şöbəsində işləyən Rahim adlı şəxsə müraciət edəcəyini və sonuncu vasitəsilə DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektoru ilə əlaqə quracağını bildirmişdir. Ardınca, həmin vaxtlarda İlqar Qafarovun digər dostu Şahid3lə birlikdə DSMF-nin Lənkəran rayon şöbəsində işləyən Rahim adlı şəxsin xidməti otağına getmişlər. Orada olan zaman sonuncu DSMF-nin Masallı rayon şöbəsinin pensiya sektorunun müdiri Təqsirləndirilən şəxs2 zəng edərək sonuncudan onlara köməklik etməsini xahiş etmişdir. Bunun ardınca növbəti gün İlqar Qafarov və Şahid3lə birlikdə DSMF-nin Masallı rayon şöbəsinə getmiş və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olmuşlar. İlqar Qafarov ürək xəstəliyindən əziyyət çəkdiyinə görə çox da bu məsələlərə qarışmamışdır. Orada olan zaman Təqsirləndirilən şəxs2 xidməti otağında sonuncuya Şahid3lə birlikdə Şahid5 vəziyyəti barədə bildirmişlər. Danışıq zamanı Təqsirləndirilən şəxs2 onlara “Şahid5 əlavə staj yazılmaqla və əlavə illərin pullarını hesablamaq şərti ilə pensiya təyinatı aparılmasını həyata keçirə bilərəm, amma, bunun üçün 1.500 (bir min beş yüz) manat məbləğində pul verməlisiniz” demişdir. Həmçinin, görüş zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəni də ona vermişdir. Sonradan onlar Təqsirləndirilən şəxs2 xidməti otağından çıxmış və onları bayırda gözləyən İlqar Qafarova məbləğ barədə demişlər. Sonuncu həmin məbləğ barədə razılaşmış və sonradan onlarla da ayrılmışlar. Bundan bir neçə gün sonra Şahid3 onun istifadəsində olan mobil nömrəyə zəng edərək “Əlibəygil pulu İlqara veriblər, İlqar da mənə verib, pul məndədir, Təqsirləndirilən şəxs2la danış sabah yanına gedək" demişdir. Ardınca o, Təqsirləndirilən şəxs2 mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib pulun hazır olduğunu və gəlmək istədiklərini bildirmiş və sonuncu razılıq vermişdir. Sabahısı gün Şahid3lə birlikdə DSMF-nin Masallı rayon şöbəsinə Təqsirləndirilən şəxs2 xidməti otağına getmiş və orada olan zaman Şahid3 Təqsirləndirilən şəxs2 əvvəlcədən Şahid5 işinə görə razılaşdıqları 1.500 (bir min beş yüz) manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs2 öz növbəsində pul vəsaitini saymış və qəbul etmişdir. Ardınca isə Təqsirləndirilən şəxs2la görüşüb həmin idarəni tərk etmişlər. Bir neçə gün sonra İlqar Qafarovla birlikdə çayxanada olan zaman sonuncunun mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2la telefon vasitəsilə danışmışdır. X128 Təqsirləndirilən şəxs2 arasında nə isə stajın əlavə yazılması barədə də söhbət olmuşdur. Həmin danışıqda Təqsirləndirilən şəxs2 yenidən əlavə olaraq 300 manat məbləğində pul tələb etmişdir. Bu dəfə isə yenidən İlqar Qafarovla birlikdə Təqsirləndirilən şəxs2 işlədiyi DSMF-nin Masallı rayon şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs2 həmin vaxt işdə olmamış, sonuncunu İlqar Qafarovla birlikdə İdarənin yaxınlığında yerləşən çayxanada gözləmiş, Təqsirləndirilən şəxs2 həmin çayxanaya gəlmiş və orada olan zaman X141 Dadaşovun işinə görə Təqsirləndirilən şəxs2 əlavə olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti vermişdir. Əlavə verilmiş 300 (üç yüz) manat puldan Şahid3 məlumatı olmamışdır. Həmin vaxt İlqar Qafarov həmin məsələnin Şahid3 gizli qalmasını ondan xahiş etmişdir. Hazırda bunun səbəbi hələ də ona məlum deyildir. Bundan sonra o, Şahid5 pensiya təyinatının aparılmasını eşitmişdir. Şahid4, həmçinin, ifadəsində Təqsirləndirilən şəxs2 yalnız Şahid5 görə pul verilən zaman iştirak etdiyini, X104 olan söhbətlərində Şahid3 Masallı rayonu, Təzəkənd kənd sakini olan digər bir şəxsə görə də Təqsirləndirilən şəxs2 pul vəsaiti verməsini eşitdiyini, lakin, bu barədə dəqiq xəbərinin olmadığını, İlqar Qafarovun deməsinə görə Şahid5 işində sonradan onlara hörmət ediləcəyini, özünün həmin işdə xüsusi iştirak etməsinə səbəbin bu olduğunu, amma sonradan onlara hər hansı bir hörmət olunmadığını bildirmişdir. Şahid4 elan olunmuş ifadəsini dinlədikdən sonra bir daha təsdiq edərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin tam doğru olduğunu bildirdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 1973-cü il tarixdə Masallı rayonunda yerləşən tara müəssisəsində başlamışdır. 1978-1980-cı il tarixlərdə hərbi xidmətdə olmuş, 1985-2004-cü illər ərzində X36 Limanında işləmişdir. Həmin dəniz limanında matros və rəngsaz (malyar) vəzifəsində işləmişdir. Bu işlər zərərli iş hesab olunduğuna görə 2017-ci ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. 2020-ci ilin əvvəllərində DSMF-nin Masallı rayon şöbəsində aparılan araşdırmadan sonra pensiyası dayandırılmışdır. Həmin dövrdə DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs2 onu idarəyə dəvət edərək güzəştli sosial sığorta stajının olmamasına görə pensiyanın dayandırılması barədə məlumat vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 verdiyi məlumata əsasən X36 Limanında işlədiyi vəzifələrdən hansısa üzən heyət deyil, sahil heyətinə daxil olduğundan pensiyası yoxlama tərəfindən dayandırılmışdır. Pensiya təyinatı zamanı DSMF-nin Masallı rayon şöbəsinin əməkdaşları Namik Əsədova və Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Müvafiq sənədləri həmin idarəyə təqdim etdikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş əmək pensiyasının əsassız olması barədə məlumatı olmamışdır. Əgər, əsassız olaraq əmək pensiyası təyin edilmişdirsə bu DSMFnin Masallı rayon şöbəsinin əməkdaşlarının səhvidir. Həmin pensiyaya görə də əsassız olaraq 9.282.95 manat məbləğində pul vəsaiti ödənilməsi barədə sonradan pensiya sektorunun müdiri Təqsirləndirilən şəxs2 ona məlumat vermişdir. Bu barədə məlumatı olan vaxt Təqsirləndirilən şəxs2 həmin pulu ödəməyə imkanı olmadığını bildirmişdir. Təxminən 3-4 ay sonra yenidən bu barədə narahat olduğundan DSFM-nin Masallı rayon şöbəsinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona həmin şöbənin əməkdaşlarının pul toplayaraq əvəzinə həmin pulun əsas hissəsinin ödəmələrini və yalnız 155 manat məbləğində borcun qalması barəsində məlumat vermişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilən zaman DSMF-nin Masallı rayon şöbəsinin hər hansı bir vəzifəli şəxsi ondan hər hansı bir miqdarda pul vəsaiti tələb etməmiş, o da hər hansı bir şəxsə pul vəsaiti və ya digər maddi nemət verməmişdir. Təyin edilmiş pensiyanı “Kapital Bank" ASCnin Masallı rayon şöbəsindən ona verilmiş plastik kart vasitəsilə rayon ərazisində olan bankomatlardan özü nağdlaşdırmış və öz ehtiyaclarıa sərf etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, arvadı X33 5 il qabaq ölüşdür. Sonuncu ilə nikahlarından 2 oğlu vardır. Uşaqları saxlaya bilmədiklərinə görə onları arvadının bacısı Yazərə vermişdir. Həmin vaxt DSMF-yə ailə başçısını itirdiyinə görə sosial müavinət almaq üçün müraciət etmiş və təyinat aparılmışdır. Həmçinin, onun məlumatı olmadan Yazərin qəyyumluğunda 2 uşaq olduğuna görə sonuncu DSMF-yə müraciət edərək əmək pensiyası almışdır. Həmin fakt aşkarlandıqdan sonra ona təyin edilmiş sosial müavinət dayandırılmışdır. Artıq ödənilmiş vəsaiti qaytarmağa imkanı olmadığına görə həmin vəsaitin Yazərin əmək pensiyasında tutulmasına qərar vermişlər. Ona sosial müavinət təyin olunması üçün heç kim ondan pul vəsaiti və ya başqa maddi nemət tələb etməmiş, o da heç kimə pul vəsaiti verməmişdir. Ona təyin olunmuş sosial müavinət "xxxx" ASC-nin Masallı rayon filialından aldığı bank kartı vasitəsi ilə müxtəlif bankomatlardan nağdlaşdırmaqla özü almışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xəstəliyi ilə bağlı İİ dərəcə əlilliyə görə 2015-ci il tarixdən əmək pensiyası almışdır. Ona əmək pensiyası təyin olunan zaman sosial sığorta stajının olmaması barədə məlumatı olmamışdır. Özünə pensiya təyin edilən zaman DSMF-nin Masallı rayon şöbəsinin hər hansı bir vəzifəli və ya digər bir şəxs ondan hər hansı bir miqdarda pul vəsaiti tələb etməmiş, o da hər hansı bir şəxsə pul vəsaiti və ya digər maddi nemət verməmişdir. Ümumiyyətlə, sözügedən qurumda heç kimlə tanışlığı və ya qohumluq əlaqəsi olmamışdır. Özünə təsadüf nəticəsində səhvən sosial sığorta stajı olmadığı halda əmək pensiyası təyin edilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid14 Rayıb qızı ifadəsində göstərmişdir ki, Masallı şəhəri, H. Aslanov küçəsində yaşayır. Heç bir yerdə işləmir. Ona sosial müavinət təyin edildikdən sonra İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbində işə düzəlmişdir. Bu barədə DSMF-nin əməkdaşlarına məlumat verməmişdir. Monitorinq aparılan zaman bu fakta görə ona 203 manat artıq ödəmənin olması müəyyən edilən zaman həmin vəsaitin adına təyin edilmiş sosial müavinətdən hissə-hissə tutulması barədə müraciət etmişdir. Ona Sosial Müavinət təyin olunması üçün heç kim ondan pul vəsaiti və ya başqa maddi nemət tələb etməmiş, o da heç kimə pul vəsaiti verməmişdir. Ona təyin olunmuş Sosial Müavinəti "xxxx" ASC-nin Masallı rayon filialından aldığı bank kartı vasitəsi ilə müxtəlif bankomatlardan nağdlaşdırmaqla özü almışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, ona ÜSY təyin olunan zaman atası və anası onunla birlikdə yaşamamışlar. Sonradan atası və anası ilə birlikdə yaşamalı olmuşdur. Monitorinq zamanı bu fakt qeyd edilmişdir. Belə ki, o əvvəllər valideynlərindən ayrı ailəsi ilə birlikdə kirayədə yaşamış, sonradan maddi imkansızlıq səbəbindən aylıq kirayə pulu verə bilmədiyinə görə valideynləri birlikdə yaşamalı olmuşdur. Ona ÜSY təyin olunması üçün heç kim ondan pul vəsaiti və ya başqa maddi nemət tələb etməmiş, o da heç kimə pul vəsaiti verməmişdir. Ona təyin olunmuş Ünvanlı Sosial Yardımı özü "xxxx" ASC-nin Masallı rayon filialından aldığı bank kartı vasitəsi ilə müxtəlif bankomatlardan nağdlaşdırmaqla özü almışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayından Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X129 Filialının Pensiya təminatı şöbəsinin müdiri vəzifəsində işləyir. Əvvəllər isə həmin Şöbədə aparıcı məsləhətçi vəzifəsində işləmişdir. 2020-ci ilin əvvəllərində DSMF-nin Masallı rayon şöbəsində aparılmış audit yoxlaması zamanı həmin rayona ezam olunmuş və həmin idarədə pensiya işlərinin yoxlanılmasını həyata keçirmişdir. İsmayıl X1 işinə münasibətdə bildirmişdir ki, həmin şəxsə xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X90 Xidmət Müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X130 İslahat Komissiyasında işlədiyi dövrdə əmək haqqının ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmədiyindən həmin pensiya ödənişi tərəflərindən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən fəaliyyət dövrləri əksini tapmışdır. Bu halda vətəndaşa imtina verilməli və məhkəməyə müraciət etmək hüququ izah edilməli imiş. Şahid12 münasibətdə isə bildirmişdir ki, həmin şəxsə 1995-1996-cı il tarixlərdə işlədiyi müəssisə tərəfindən əmək haqqının verilməsi barədə cədvəldə qeydiyyat olmamışdır. Belə ki, 1995-ci il ərzində Şahid12 yalnız 2 ay, 1996-cı il tarixdə isə yalnız bir dəfə əmək haqqı ödənişi olmuşdur. Şahid10 da eyni məsələdir. Qeyd edilməlidir ki, Şahid10 adına rəsmiləşdirilmiş əmək haqqı cədvəlində 1994-cü il tarixdə 5 ay, 1995-ci il tarixdə 3 ay, 1996-cı il tarixdə 2 ay, 1997-ci il tarixdə 3 ay əmək haqqı alınması, 1998-ci il tarixdə isə ümumiyyətlə əmək haqqı almaması müəyyən edilmişdir. Lakin, hesablama zaman 1994-cü il tarixdən 1998-ci ilin aprel ayınadək tam olaraq götürülmüşdür. Həmçinin, hər iki pensiya işləri üzrə "X119" ASC-də tərtib edilmiş aktlar arasında da ziddiyyət təşkil edir. Belə ki, Şahid12 üçün tərtib edilmiş həmin aktda əmrlər kitablarının müəyyən edilməməsi qeyd edilsə də, Şahid10 üçün tərtib olunmuş aktda sonuncunun xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi müəyyən edilir. Hər iki pensiya işi üzrə göstərilən aylar sosial sığorta stajından çıxdıqda təyinat aparılması üçün zəruri olan minimum pensiyanın kapitalı toplanılmır. İsmayıl X3 pensiya işinə münasibətdə bildirmişdir ki, sonuncunun da 1988 və 1989-ci il tarixlər üçün əmək haqqı ödənişi barədə hər hansı bir qeyd olmamışdır. Bu şəxs barədə tələb olunan sosial sığorta stajı 10 il 04 ay olduğu halda həmin illər də hesablanmaqla sonuncuya 10 il 07 ay sosial sığorta staji hesablanmışdır. Göstərilən 2 ili, yəni 1988 və 1989-cu illər çıxılsa faktiki staj 8 il 07 ay edir. Bundan əlavə 1990-cı il tarixli əmək haqqı cədvəlində Sənubər Nuriyevaya daha 07 ay əmək haqqı hesablanmaması müəyyən edilmişdir. İsmayıl X13 və Şahid5 aparılmış pensiya təyinatı barədə bildirmişdir ki, hər iki pensiya işi üzrə məhkəmə qərarları olsa da həmin məhkəmə qərarları yalnız faktları müəyyən edir. Müvafiq məhkəmə qərarlarında şöbənin üzərinə pensiya təyinatı aparılması barədə öhdəlik qoyulmamışdır. Yoxlama zamanı Lənkəran DSMF-dən müvafiq müəssisənin 2001, 2002, 2003 və 2004-cü il tarixlərdə heç bir fəaliyyətinin olmaması barədə arayış da alınmışdlr. Lakin, hər iki şəxsə də həmin dövrdə guya ki, Lənkəran Təmir Tikinti İdarələrində işləmələrinə dair staj qeyd olunmuşdur. İsmayıl X10 münasibətdə bildirmişdir ki, həmin şəxsin "xxxx" ASC-də işləməsi barədə məlumat onlarda şübhə yaratmış və bu səbəbdən həmin pensiya işi də ləğv edilmişdir. Şahid16 Şahid9 pensiya işinə münasibətdə bildirmişdir ki, həmin şəxsin əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, yəni, ümumilikdə 07 il 04 ay 12 gün müddətində "Azselstroymexanizasiya" trestində usta kimi işləməsi müəyyən edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə güzəştli şərtlə pensiya hüququ yalnız tikinti ustalarına və tikintidə iş icraçılarına münasibətdə yaranır. Güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ümumi 25 il iş stajı olmalı, həmin iş stajının 12 il 06 ayını həmin güzəştli şərtlə pensiya təyin edilə bilən iş növünə aid olmalıdır. Şahid9 pensiya işində güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi müddəti 16 il 07 ay qeyd olunmuşdur. Həmin müddətdən 07 il, 04 ay 12 gün müddəti çıxdıqda sonuncunun güzəştli şərtlə pensiya hüququ itir. Şahid7 pensiya işində isə sonuncunun 14 il müddətdə tam olaraq çöl şəraitində işləməsi qeyd olunmuşdur. Lakin, bu inandırıcı fakt deyildir. Həmin şəxsin hər ay üzrə çöl şəraitində işlədiyi dövr əsas götürülməli və həmin rəqəm orta illik iş günlərinə bölünməli imiş. Orta illik iş günləri isə 240 gün müəyyən edilir. Bu barədə Nazirlik hər ilin əvvəlində iş təqvimi haqqında məlumatı rəsmi saytında yerləşdirir. Şahid16 Şahid8 münasibətdə bildirmişdir ki, həmin şəxsin əmək kitabçasına əsasən üzən gəmi heyətində 1985-ci ilin yanvar ayından 1988-ci ilin oktyabr ayınadək malyar vəzifəsində işləməsi müəyyən edilmişdir. Lakin, Nazirlər Kabinetinin qərarında isə zərərli şərtlərdə işləyən malyar güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin şəxsin zərərli maddələrlə işləməsi barədə pensiya işində hər hansı bir rəsmi sənəd olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və tədqiq edilmiş, "xxxx" MMC-nin 04 aprel 2022-ci il tarixli AZF/LGL-5349/ 22 nömrəli, "xxxx" MMC-nin 09 mart 2022-ci il tarixli, 4197 nömrəli və 17 mart 2022-ci il tarixli, 4669 nömrəli məktublarına əsasən göndərilmiş 02 ədəd “CD” diskə 20 may 2023-cü il tarixdə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 25 iyun 2017-ci il tarixdən 15 dekabr 2017-ci il tarixədək ümumilikdə 19 dəfə danışıq aparılmışdır. Həmin danışıqlardan 16 ədədində müvafiq zəngin Şahid3 tərəfindən, 3 ədədində isə Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Şahid3 edilən zənglərə baxış zamanı həmin zənglərdən birincisinin xx.xx.2017ci il tarixdə, saat 20:05-də edilərək 34 saniyə, ikincisinin xx.xx.2017-ci il tarixdə saat, 09:51-də edilərək 154 saniyə, üçüncüsünün isə xx.xx.2017-ci il tarixdə, saat 09:56-da edilərək 153 saniyə danışıq aparılması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 21 dəfə danışıq aparılması müəyyən edilmişdir. Həmin danışıqlardan 18 ədədində müvafiq zəngin Şahid4 tərəfindən, 3 ədədində isə Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Şahid4 edilən zənglərə baxış keçirilən zaman həmin zənglərdən birincisinin xx.xx.2017-ci il tarixdə, saat 11:06-da edilərək 12 saniyə, ikincisinin xx.xx.2017-ci il tarixdə, saat 10:26-da edilərək 41 saniyə, üçüncüsünün isə xx.xx.2017-ci il tarixdə, saat 20:02-də edilərək 55 saniyə danışıq aparılması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2017-ci il tarixdə, saat 19:47-də “Natiq müəllim salam. xaiş edirəm sabah pərvizə sənədləri harda qoydu gunuzu deyin biz göturək” məzmununda mesaj yazılması müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 10 dəfə danışıq aparılması müəyyən edilmişdir. Həmin danışıqlardan 8 ədədində müvafiq zəngin Şahid6 tərəfindən, 2 ədədində isə Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Şahid6 edilən zənglərə baxış keçirilən zaman həmin zənglərdən birincisinin xx.xx.2017-ci il tarixdə saat 21:59-da edilərək 78 saniyə, ikincisinin isə xx.xx.2018-ci il tarixdə saat 17:25-də edilərək 18 saniyə danışıq aparılması müəyyən edilmişdir. Bundan əlavə baxış zamanı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 26 yanvar 2022-ci il tarixdə saat 14:13-də zəng edilərək 154 saniyə və 28 yanvar 2022-ci il tarixdə, saat 15:29-da zəng edilərək 19 saniyə danışıq aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrə ilə Şahid5 istifadəsində olmuş mobil nömrə arasında hər hansı bir telefon danışığının aparılmaması müəyyən edilmişdir. Bundan başqa baxış istintaq hərəkəti zamanı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 125 dəfə danışıq aparılması müəyyən edilmişdir. Həmçinin, Şahid3 istifadəsində olan həmin mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2017-ci il tarixdə, saat 09:37-də “Eyvazov yahya qudret og. staj. Dadsov elibey xudasbala o.staj.” məzmununda mesaj yazılması müəyyən edilmişdir. Həmçinin, baxış istintaq hərəkəti zaman Şahid3 istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan mobil telefon nömrəsi arasında 14 noyabr 2017-ci il tarixdən 15 noyabr 2017-ci il tarixədək 5 dəfə, Şabala Səmədovun istifadəsində olan mobil telefon nömrəsi ilə isə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 120 dəfə telefon danışığının aparılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 04 mart 2022-ci il tarixli, **********49 nömrəli məktubuna əsasən Şahid7 çöl ölçmə işləri üzrə 2001-2014-cü il tarixlərdə ezamiyyə əmrlərindən çıxarışlar göndərilmişdir. Həmin çıxarışlara əsasən müəyyən edilmişdir ki, Şahid7 2001-ci ilin sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 20 gün, dekabr ayında 20 gün, 2002-ci ilin yanvar ayında 20 gün, fevral ayında 20 gün, mart ayında 20 gün, aprel ayında 20 gün, may ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 15 gün, dekabr ayında 20 gün, 2003-cü ilin yanvar ayında 15 gün, fevral ayında 15 gün, mart ayında 20 gün, aprel ayında 20 gün, may ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 20 gün, dekabr ayında 20 gün, 2004-cü ilin yanvar ayında 20 gün, mart ayında 20 gün, aprel ayında 20 gün, may ayında 20 gün, iyun ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 20 gün, 2005-ci ilin yanvar ayında 20 gün, fevral ayında 20 gün, mart ayında 20 gün, may ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 20 gün, 2006-cı ilin yanvar ayında 20 gün, aprel ayında 20 gün, may ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 15 gün, noyabr ayında 20 gün, dekabr ayında 20 gün, 2007-ci ilin yanvar ayında 20 gün, fevral ayında 20 gün, mart ayında 20 gün, aprel ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, dekabr ayında 20 gün, 2008-ci ilin yanvar ayında 20 gün, fevral ayında 20 gün, mart ayında 20 gün, aprel ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, noyabr ayında 20 gün, dekabr ayında 20 gün, 2009-cu ilin fevral ayında 20 gün, mart ayında 15 gün, aprel ayında 20 gün, iyun ayında 20 gün, iyul ayında 20 gün, avqust ayında 20 gün, sentyabr ayında 20 gün, oktyabr ayında 20 gün, noyabr ayında 20 gün, debar ayında 15 gün, 2010-cu ilin yanvar ayında 15 gün, fevral ayında 15 gün, aprel ayında 15 gün, iyun ayında 15 gün, iyul ayında 15 gün, avqust ayında 15 gün, sentyabr ayında 15 gün, oktyabr ayında 10 gün, dekabr ayında 10 gün, 2011-ci ilin yanvar ayında 10 gün, mart ayında 10 gün, may ayında 10 gün, iyun ayında 10 gün, iyul ayında 10 gün, avqust ayında 10 gün, oktyabr ayında 10 gün, noyabr ayında 10 gün, dekabr ayında 10 gün, 2012-ci ilin fevral ayında 10 gün, iyun ayında 10 gün, iyul ayında 10 gün, sentyabr ayında 10 gün, oktyabr ayında 10 gün, noyabr ayında 10 gün, dekabr ayında 10 gün, 2013-cü ilin yanvar ayında 10 gün, fevral ayında 10 gün, may ayında 10 gün, iyun ayında 10 gün, avqust ayında 10 gün, sentyabr ayında 10 gün, oktyabr ayında 10 gün, noyabr ayında 10 gün, dekabr ayında 10 gün, 2014-cü ilin yanvar ayında 10 gün, fevral ayında 10 gün, mart ayında 10 gün, aprel ayında 10 gün, may ayında 10 gün, iyun ayında 10 gün, avqust ayında 10 gün, noyabr ayında 10 gün, dekabr ayında 10 gün müddətində çöl ölçmə işləri ilə əlaqədar ezamiyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 Şəxs tərəfindən ibtidai istintaqa təqdim olunmuş 59 ədəd pensiya işinə və pensiyaçıların uçot vərəqələrinə və 05 ədəd sosial müavinət işinə 20 may 2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı - Şahid12 adına rəsmiləşdirilmiş 114251 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid12 xx.xx.2017-ci il tarixli, 476 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 13 il, 04 ay olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 15 il, 08 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 0729757” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid12 xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “X6 Müəssisəsində” sürücü vəzifəsində işləmişdir. Pensiya işində olan 18 may 2017-ci il tarixli, 10 və 10/1 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlində Şahid12 həmin müəssisədə işlədiyi illərdən 1989-cu ilin 07 ayı, 1990-cı ilin 03 ayı, 1991-ci ilin 04 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 05 ayı, 1994-cü ilin 06 ayı, 1995-ci ilin 10 ayı, 1996-cı ilin 11 ayı müddətində əmək haqqı alması barədə qeydlərin olmadığı müəyyən edilmişdir. X42 adına rəsmiləşdirilmiş 948095 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Sənubər Nuriyevaya xx.xx.2019-cu il tarixli, 442 nömrəli qərara əsasən xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 10 il, 04 ay olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 10 il, 07 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 1870698” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Sənubər Nuriyeva xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək “Karl Marks” adına sovxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Krupskaya” adına sovxozda, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək isə “Qasımlı” sovxozunda fəhlə vəzifəsində işləmişdir. Pensiya işində olan Masallı Rayon İcra Hakimiyyətinin Masallı Rayon Dövlət Arxivinin 24 may 2018-ci il tarixli, 373/1 nömrəli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, Sənubər Rzayevanın “Karl Marks” adına sovxozda işlədiyi 1987-ci ilin 04 ayı, “Krupskaya” adına sovxozda işlədiyi 1988 və 1989-cu illər bütövlükdə, 1990-cı ilin 07 ayı, “Qasımlı” adına sovxozda işlədiyi 1992-ci ilin 01 ayı, 1993-cü ilin 02 ayı, 1994-cü ilin 05 ayı ərzində əmək haqqı alması barədə qeydlər olmamışdır. X5 adına rəsmiləşdirilmiş 931580 nömrəli sosial müavinət işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Sənubər Rzayevaya verilən əmək pensiyası dayandırıldıqdan sonra sonuncuya xx.xx.2020-ci il tarixli, 504 nömrəli qərara əsasən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Şahid10 adına rəsmiləşdirilmiş 095823 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid10 xx.xx.2018-ci il tarixli, 232 nömrəli qərara əsasən xx.xx.2018-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 14 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 22 il, 01 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 0724846” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid10 xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “X6 Müəssisəsində” sürücü-ekspeditr vəzifəsində işləmişdir. Pensiya işində olan 14 may 2018-ci il tarixli, 06 nömrəli "xxxx" ASC tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəlində Şahid10 həmin müəssisədə işlədiyi illərdən 1984-cü ilin 02 ayı, 1985-ci ilin 10 ayı, 1986-cı ilin 02 ayı, 1988-ci ilin 02 ayı, 1990-cı ilin 04 ayı, 1991-ci ilin 02 ayı, 1992-ci ilin 02 ayı, 1993-cü ilin 03 ayı, 1994-cü ilin 07 ayı, 1995-ci ilin 09 ayı, 1996-cı ilin 10 ayı, 1997-ci ilin 09 ayı müddətində əmək haqqı alması barədə qeydlərin olmadığı müəyyən edilmişdir. Şahid5 adına rəsmiləşdirilmiş 088018 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid5 xx.xx.2017-ci il tarixli, 636 nömrəli qərara əsasən xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 08 il, 08 ay olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 12 il, 11 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 2674141” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid5 xx.xx.1993-cü il tarixdən 26 dekabr 2005-ci il tarixədək olan dövrdə Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işləmişdir. Həmçinin, işdə olan xx.xx.2017-ci il tarixli, 58/228 nömrəli Şahid5 ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, həmin tarixdə “müvafiq sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı üçün” sonuncuya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Pensiya işində olan Lənkəran rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(049)-6763/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, həmin qətnamə ilə Şahid5 08 yanvar 1993-cü il tarixdən 26 dekabr 2005-ci il tarixədək olan dövrdə Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. Ardınca Şahid5 adına rəsmiləşdirilmiş 931332 nömrəli sosial müavinət işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid5 verilən əmək pensiyası dayandırıldıqdan sonra sonuncuya xx.xx.2020-ci il tarixli, 485 nömrəli qərara əsasən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Şahid6 adına rəsmiləşdirilmiş 076672 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid6 xx.xx.2017-ci il tarixli, 629 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 25 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 26 il, 10 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 1945471” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid6 xx.xx.1997-ci il tarixdən 28 dekabr 2005-ci il tarixədək olan dövrdə Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləmişdir. Həmçinin, işdə olan xx.xx.2017-ci il tarixli, 58/229 nömrəli Şahid6 ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, həmin tarixdə “müvafiq sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı üçün” sonuncuya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Pensiya işində olan Lənkəran rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(049)-6765/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, həmin qətnamə ilə Şahid6 oğlunun 06 yanvar 1997-ci il tarixdən 28 dekabr 2005-ci il tarixədək olan dövrdə Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. X65 adına rəsmiləşdirilmiş 104264 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Mehman Nəzərova xx.xx.2017-ci il tarixli, 524 nömrəli qərara əsasən xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 25 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 27 il, 05 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 0452177” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, X107 xx.xx.1995-ci il tarixdən 01 dekabr 2005-ci il tarixədək olan dövrdə "xxxx" ASC və ya həmin ASC-nin hüquqi varisi olduğu müəssisələrdə zərgər peşəsi üzrə işləmişdir. Müvafiq pensiya işinin içərisində Mehman Nəzərovun "xxxx" ASC və ya həmin ASC-nin hüquqi varisi olduğu müəssisələrdə işlədiyi dövr üzrə əmək haqqı almasını və həmin şəxs barəsində müvafiq müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən hər hansı bir sənədin olmaması müəyyən edilmişdir. Pensiya işinin içərisində yalnız DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən tərtib edilmiş və təsdiq edilmiş akt vardır. Həmin aktda isə yalnız X65 müvafiq müəssisələrdə yuxarıda göstərilən tarixlər üzrə işləməsini təsdiq edən əmrlərin olması barədə məlumatlar qeyd olunmuşdur. Şahid9 adına rəsmiləşdirilmiş 114239 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid9 xx.xx.2017-ci il tarixli, 317 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 25 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 25 il, 04 ay, güzəştli şərtlərlə iş stajı isə 16 il 06 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “AT-İ №” ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid9 xx.xx.1980-ci il tarixdən 12 aprel 1988-ci il tarixədək olan dövrdə “Azselstroymexanizasiya” trestində usta peşəsi üzrə işləmişdir. Ardınca, Şahid9 adına rəsmiləşdirilmiş 948790 nömrəli, yeni pensiya işinə baxış keçirilən zaman müəyyən edilir ki, Şahid9 08 yanvar 2021-ci il tarixli, 149 nömrəli qərara əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Şahid7 adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid7 xx.xx.2017-ci il tarixli, 461 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 25 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 25 il, güzəştli şərtlərlə iş stajı isə 14 il hesablanmışdır. Pensiya işinin içərisində olan “AT-İ №” ******* nömrəli əmək kitabçasına və Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin 24 aprel 2017-ci il tarixli, 040 nömrəli “Sığortaolunanın ümumi iş stajı barədə məlumat” sənədinə əsasən müəyyən edilmişdir ki, Şahid7 xx.xx.2001-ci il tarixdən 17 iyun 2015-ci il tarixədək olan dövrdə “Azdövyerqurlayihə” İnstitutunun Lənkəran rayonlararası yerquruluşu idarəsində mühəndis peşəsi üzrə işləmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və X24 Cəmiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, həmin arayışda Şahid7 2001-ci il tarixdə faktiki fəaliyyət dövrünün 06 ay, 2005-ci il tarix üçün 11 ay, 2010-cu il tarix üçün 09 ay, 2011-ci il tarix üçün 10 ay, 2012-ci il tarix üçün 08 ay, 2014-cü il tarix üçün 10 ay olmasına baxmayaraq həmin illər yuvarlaqlaşdırılmış şəkildə 01 il göstərilmişdir. Şahid8 adına rəsmiləşdirilmiş 101722 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid8 xx.xx.2017-ci il tarixli, 340 nömrəli qərara əsasən xx/xx/2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən sonuncu barəsində tələb olunan sosial sığorta stajı 25 il olmuş və vətəndaşın pensiya təyin edilən dövrə olan faktiki sosial sığorta stajı isə 29 il, 06 ay, güzəştli şərtlərlə iş stajı isə 15 il, 06 ay hesablanmışdır. Pensiya işinin içərisində olan “İT-İ № 0009396” nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, Şahid8 xx.xx.1985ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Kaspneftqazflot” gəmiçiliyində “malyar” peşəsi üzrə işləmişdir. Şahid11 adına rəsmiləşdirilmiş 017438 nömrəli sosial müavinət işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid11 xx.xx.2017-ci il tarixli, 848 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Sosial müavinət işində olan “AZ-İ № 838222” nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X33 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 462 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, Şahid11 ailə üzvləri arvadı, X33 (vəfat edib), oğlu xx.xx.2013-cü il təvəllüdlü X32 və digər oğlu, xx.xx.2016-cı il təvəllüdlü X16 ibarət olmuşdur. Sosial müavinət işində olan DSMF-nin Masallı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 4651 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, Şahid11 həmin dövrdə Masallı rayon şöbəsindən əmək pensiyası almamışdır. Ardınca, qəyyum X66 adına rəsmiləşdirilmiş 036989 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yazər Əbilovaya xx.xx.2018-ci il tarixli, 477 nömrəli qərara əsasən xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 284 nömrəli sərəncamına əsasən müəyyən edilmişdir ki, həmin tarixdə xx.xx.2013cü il təvəllüdlü X32 və xx.xx.2016-cı il təvəllüdlü X7 Əbilovanın qəyyumluğuna verilmişdir. İşdə olan DSMF-nin Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 1383 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, X108 həmin dövrdə Masallı rayon şöbəsindən sosial müavinət almamışdır. X34 adına rəsmiləşdirilmiş 116585 nömrəli sosial müavinət işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Kəmalə Əliyevaya xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin, sosial müavinət işində olan xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, 02 aprel 2018-ci il tarixli və 17 aprel 2019-cu il tarixli sərəncamlara əsasən müəyyən edilmişdir ki, Kəmalə Əliyevaya İİ dərəcə əlilliyə görə sosial müavinətin ödənilməsi ümumilikdə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Ardınca, X34 adına rəsmiləşdirimiş 948405 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Kəmalə Əliyevaya xx.xx.2019-cu il tarixli, 189 nömrəli qərara əsasən xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işinin içərisində olan xx.xx.2019-cu il tarixli, **********0 nömrəli DSMF-nin Masallı rayon şöbəsinin arayışında Kəmalə Əliyevanın DSMF-nin Masallı rayon şöbəsindən İİ dərəcə əlil kimi ayda 130 (bir yüz otuz) manat məbləğində müavinət alması və həmin müavinətin müddətinin xx.xx.2021-ci il tarixədək olması barədə məlumatlar olmuşdur. Bunlara baxmayaraq pensiya təyinatı haqqında qərarda həmin təyinatın xx.xx.2016-cı il tarixdən hesablanması göstərilsə də həmin dövrlərdə vətəndaşın aldığı artıq sosial müavinət məbləğinin tutulması barədə hər hansı bir sərəncamın verilməməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X145 şəxsinin 8 saylı Regional Ərazi Filialı tərəfindən ibtidai istintaqa təqdim olunmuş 46 ədəd Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədlərinə, 81 ədəd sosial müavinət işinə, 2 ədəd pensiya işinə və 09 ədəd akta 04 oktyabr 2021-ci il tarixli baxış protokoluna əsasən baxış keçirilmişdir. Baxış zamanı - İlk olaraq təqdim olunmuş 46 ədəd Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat sənədlərinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X35 Ünvanlı Sosial yardım verilməsi ilə bağlı təyinat aparılmazdan öncə 04 may 2018-ci il tarixdə sonuncunun ailəsinin maddiməişət şəraitinin yoxlanması barədə tərtib edilmiş aktın əlavə məlumatlar bölməsində “həyat yoldaşı ilə rəsmi nikahı yoxdur” sözləri yazılmışdır. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 iyul 2021-ci il tarixli, **********0 nömrəli məktubuna qoşma olaraq göndərilən siyahıda Rufanə Hüseynovanın təqdim etdiyi məlumatlarda həyat yoldaşını göstərmədiyi və 01 aprel 2018-ci il tarixdən təyinat aparılmaqla Şahid1 elektron imzası ilə imzalandığı müəyyən olunmuşdur. X64 Ünvanlı Sosial yardım verilməsi ilə bağlı təyinat aparılmazdan öncə 19 dekabr 2018-ci il tarixdə sonuncunun ailəsinin maddi-məişət şəraitinin yoxlanması barədə tərtib edilmiş aktın ailə üzvləri bölməsində həyat yoldaşının Rəhimli Pərvin olması, həmçinin Azay, Ayaz və Əminə adlı uşaqlarının olması, həmin aktın əlavə məlumatlar bölməsində “Pərvin iş olanda fəhləlik edir, 250 qazanır” sözləri qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 iyul 2021-ci il tarixli, **********0 nömrəli məktubuna qoşma olaraq göndərilən siyahıda Rufanə Hüseynovanın təqdim etdiyi məlumatlarda həyat yoldaşını göstərmədiyi, yalnız X109, X110 və X96 adlı övladlarını ailə üzvü qismində göstərdiyi və 01 noyabr 2019-ci il tarixdən təyinat aparılmaqla Şahid1 elektron imzası ilə imzalandığı müəyyən olunmuşdur. Şahid13 Ünvanlı Sosial yardım verilməsi ilə bağlı təyinat aparılmazdan öncə 13 dekabr 2019-ci il tarixdə sonuncunun ailəsinin maddi-məişət şəraitinin yoxlanması barədə tərtib edilmiş aktın ailə üzvləri bölməsində “Fuqumə-anası, İsmayıl-atası” sözləri, Cəlalə adlı həyat yoldaşının, Hüseyn və Əli adlı övladlarının olması, həmçinin əlavə məlumat bölməsində “evdə 6 nəfər yaşayır” sözləri qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 iyul 2021-ci il tarixli, **********0 nömrəli məktubuna qoşma olaraq göndərilən siyahıda Şahid13 təqdim etdiyi məlumatlarda atasını və anasını göstərmədiyi, yalnız X17 adlı həyat yoldaşını, X67 və X111 adlı övladlarını ailə üzvü qismində göstərdiyi və 01 dekabr 2019-ci il tarixdən təyinat aparılmaqla Şahid1 elektron imzası ilə imzalandığı müəyyən olunmuşdur. X18 adına rəsmiləşdirilmiş 031933 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Nəzakət Bəndalıyevaya xx.xx.2019-cu il tarixli, 128 nömrəli qərarla xx.xx.2017-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan Nəzakət Bəndalıyevanın adına açılmış ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, sonuncu xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək E. Əhədov adına Təzə Alvadı kənd 1 saylı orta məktəbdə xadimə vəzifəsində işləmişdir. Həmçinin, müavinət işinin içərisində olan 09 yanvar 2019-cu il tarixli, 57 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Nəzakət Bəndalıyevanın xx.xx.2018-ci il tarixdən etibarən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. X44 adına rəsmiləşdirilmiş 071006 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Dilrubə Ağayevaya xx.xx.2018-ci il tarixli, 359 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində vətəndaşın müavinətin təyin edildiyi arxa tarixdən təyinat zamanına qədər əmək fəaliyyəti ilə məşğul olub olmamasını müəyyən edən hər hansı bir sənəd aşkar olunmur. Lakin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə "xxxx" MMC-də aşbaz vəzifəsində işləmişdir. X22 adına rəsmiləşdirilmiş 071045 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Təhminə Məhərrəmovaya xx.xx.2019-cu il tarixli, 448 nömrəli qərarla xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan 02 aprel 2019-cu il tarixli, ********** nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Təhminə Məhərrəmovanın xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işləməsi və sonuncu tarixdən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə Masallı Rayon Təhsil Şöbəsinin struktur qurumlarından birində ocaqçı vəzifəsində işləmişdir. X68 adına rəsmiləşdirilmiş ******* nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Rəna Həsənovaya xx.xx.2019-cu il tarixli, 14 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan 07 yanvar 2019-cu il tarixli, 32 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Rəna Həsənovanın xx.xx.2018-ci il tarixdən etibarən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə Masallı Rayon Təhsil Şöbəsinin struktur qurumlarından birində ocaqçı vəzifəsində işləmişdir. X23 adına rəsmiləşdirilmiş 055647 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Fazilə Allahyarovaya xx.xx.2019-cu il tarixli, 124 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan 31 yanvar 2019-cu il tarixli, 161 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Fazilə Allahyarovanın təyinat aparıldığı dövrdə işləmədiyi barədə qeydin olması müəyyən edilir. Lakin, işin içərisində həmin şəxsin müavinətin təyin edildiyi arxa tarixi əhatə edən dövrdə işləməsinin dəqiqləşdirilməsi barədə hər hansı bir rəsmi sənədin olmaması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə “Masallı İsti-Su X19” MMC-də təsərrüfat bölməsinin rəhbəri vəzifəsində işləmişdir. X56 adına rəsmiləşdirilmiş 067657 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Nayidə Əliyevaya xx.xx.2019-cu il tarixli, 241 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan 27 fevral 2019-cu il tarixli, 307 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Nayidə Əliyevanın xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işləməsi, sonuncu tarixdən etibarən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə Atilla X148 Birliyində xadimə vəzifəsində işləmişdir. Şahid14 Rahib qızının adına rəsmiləşdirilmiş 117159 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Şahid14 xx.xx.2019-cu il tarixli, 560 nömrəli qərarla xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan 13 may 2019-cu il tarixli, **********6 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Şahid14 xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işləməsi, sonuncu tarixdən etibarən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə Masallı Rayon Təhsil Şöbəsinin struktur qurumlarından birində katibə vəzifəsində işləmişdir. X11 adına rəsmiləşdirilmiş 117183 nömrəli müavinət işinə baxış keçirilərkən müəyyən edildi ki, Məhbubə İbrahimovaya xx.xx.2019-cu il tarixli, 763 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində olan və təyinat haqqında qərarın qəbul edildiyi vaxtdan 08 (səkkiz) ay əvvəlki tarixdə alınmış 23 noyabr 2018-ci il tarixli, 1173 nömrəli Masallı rayon Məşğulluq Mərkəzinin məktubuna əsasən Məhbubə İbrahimovanın xx.xx.2018-ci il tarixdən etibarən işsiz olması barədə qeydlərin olması müəyyən edilir. Həmçinin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə "xxxx" ASC-də fəhlə vəzifəsində işləmişdir. X57 adına rəsmiləşdirilmiş 056921 nömrəli müavinət işinə baxış keçirilən zaman müəyyən edildi ki, Cavidan Novruzova xx.xx.2019-cu il tarixli, 337 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Masallı rayon Məşğulluq Mərkəzinin 18 mart 2019-cu il tarixli, **********1 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, təyinat aparıldığı dövrdə Cavidan Novruzov işləməmişdir. Lakin, vətəndaşın sosial müavinətin təyin edildiyi arxa tarixi əhatə edən dövrdə işləyibişləməməsini təsdiq edən hər hansı bir sənəd müəyyən edilmir. Lakin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də satıcı vəzifəsində işləmişdir. X9 adına rəsmiləşdirilmiş 901184 nömrəli müavinət işinə baxış keçirilən zaman müəyyən edildi ki, Şəlalə Eynullayevaya xx.xx.2018-ci il tarixli, 914 nömrəli qərarla xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Müavinət işinin içərisində Masallı Rayon məşğulluq Mərkəzinin arayışı müəyyən olunmur. Lakin, işin içərisinə audit aparılan zaman əlavə edilmiş çıxarışdan görünür ki, sonuncu xx.xx.2015-ci il tarixdən Məhkəmə-Tibbi Ekspertiza və X37 sanitar vəzifəsində işləyir. Dadaşov Afətdin Sabir oğlunun adına rəsmiləşdirilmiş 067527 nömrəli müavinət işinə baxış keçirilən zaman müəyyən edildi ki, Afətdin Dadaşova xx.xx.2017-ci il tarixli, 403 nömrəli qərarla İİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. Müəyyən edilir ki, sosial müavinət sonuncuya xx.xx.2014-cü il tarixdən təyin edilmişdir. X34 adına rəsmiləşdirilmiş 116585 nömrəli müavinət işinə baxış keçirilən zaman müəyyən edildi ki, Kəmalə Əliyevaya xx.xx.2015-ci il tarixli, 226 nömrəli qərarla xx.xx.2015-ci il tarixdən İİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. Kəmalə Əliyevanın adına rəsmiləşdirilmiş 948405 nömrəli pensiya işinə baxış keçirilən zaman isə sonuncuya xx.xx.2019-cu il tarixli, 189 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. X45 adına rəsmiləşdirilmiş 040095 nömrəli pensiya işinə baxış keçirilən zaman müəyyən edildi ki, Suliddin Alışova xx.xx.2011-ci il tarixli, 412 nömrəli qərarla xx.xx.2010-ci il tarixdən İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Sonradan sığorta stajı təsdiq olunmadığına görə sonuncunun pensiya işi sosial müavinət sektoruna göndərilmiş və Suliddin Alışova xx.xx.2018-ci il tarixli, 332 nömrəli qərarla xx.xx.2010-cu il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin müdirinin vəzifə təlimatına əsasən müəyyən edilmişdir ki, şöbə müdirinin əsas vəzifələri şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, vəzifə və funksiyalarına uyğun olaraq işinin təşkil edilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, şöbənin sektorlarının və ayrı-ayrı işçilərin iş planının təsdiq edilməsi və onların həyata keçirilməsinə nəzarət edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi işinin təşkil edilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiyaların maliyyə təminatı və ödənişinə nəzarət üzrə tədbirlərin yerinə yetirilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünün təsdiq edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişlərin təyin olunması üçün müraciət edən vətəndaşların pensiya, müavinət, sosial yardım və digər ödənişlərlə təmin olunması məsələlərinə baxılmasından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin Pensiya sektor müdirinin vəzifə təlimatına əsasən müəyyən edilmişdir ki, Pensiya sektorunun müdirinin əsas vəzifələri sektorun fəaliyyətinin təşkil edilməsi və sektora rəhbərlik edilməsi, pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsindən ibarətdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır (hazırda isə o, Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayır) və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından və saxiyyətnamədən görünür ki, Sadıqov X85 rayonu, Təzə Alvadı kəndində yaşayır. Ailə tərkibi həyat yoldaşı xx.xx.1981-ci il təvəllüdlü X82, oğlu, xx.xx.1999-cu il təvəllüdlü X83, digər oğlu xx.xx.2013-cü il təvəllüdlü X97, qızı xx.xx.2002-ci il təvəllüdlü X69 və digər qızı xx.xx.2012-ci il təvəllüdlü X46 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Şahid6 06 yanvar 1997-cü il tarixdən 28 dekabr 2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3351/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şahid6 xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilmiş və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filinalına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2482/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X145 şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 3351/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(050)-726/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2482/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan olan qəbzlərdən görünür ki, Şahid6 artıq alınan pensiyanın geri qaytarılması ilə bağlı 6372.36 manat pulu Masallı Rayon Maliyyə İdarəsinin hesabına ödəmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-6763/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Şahid5 08 yanvar 1993-cü il tarixdən 26 dekabr 2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Gazi Universiteti Tibbi Araşdırma və X4 nəticəsi hsqqında protokoldan (No 900160.2.1104731.HN556389064 2022) görünür ki, Təqsirləndirilən şəxs1 qalxan çənbər bağırsaqdan polipektomiya materialı Tubulyar adenoma, köndələn (transvers) çənbər bağırsaqdan polipektomiya Tubulyar adenoma, köndələn çənbər bağırsağın distalından polipektomiya materialı Tubulyar adenoma 2 ədəd Tubulovilloz adenoma 1 ədəd, splenik fleksuradan polipektomiya materialı Tubulovilloz adenoma 1 ədəd Tubulyar adenoma 1 ədəd, enən çənbər bağırsaqdan polipektomiya materialı Tubulovilloz adenoma 1 ədəd Tubulyar adenoma 1 ədəd, siqmoid çənbər bağırsaqdan polipektomiya materialı hiperplastik polip diaqnozu qoyulmuş və həmin diaqnozla cərrahiyyə əməliyyatı olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.4,308.1, 312-1.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Lakin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 elan olunan ittihamdan, ailə tərkibinin düzgün göstərilməməsi və ya ailə tərkibində dəyişiklik baş verməsi ilə əlaqədar olan 3 ünvanlı sosial yardım işi, X64 681,03 manat, X28 2.075,92 manat, Şahid13 454,84 manat vəsaitin israf olunması epizodları ittihamdan xaric edilməli və ödənilmiş vəsaitlər maddi ziyan kimi qəbul edilməməlidir. Belə ki, qeyd olunan 3 ÜSY işi ƏƏSMN-nin yanında DSMF-nun Masallı rayon şöbəsinin Sosial Yardım və Müavinət sektorunun müdiri vəzifəsində işləmiş Şahid1 və qeyrilərinin Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ittihamdan xaric edilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 1 sosial müavinət işi üzrə X51 2.318,51 manat artıq vəsait ödənilməsi epizodu üzrə ziyanın ƏƏSMN-nin yanında DSMF-nun Masallı rayon şöbəsinin Sosial Yardım və Müavinət sektorunun müdiri vəzifəsində işləmiş Şahid1 və qeyrilərinin Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Masallı rayon məhkəməsinin 1(050)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə dövlət büdcəsinə ödətdirilməsi nəzərə alınmalı və hazırkı iş üzrə istintaq tərəfindən ittiham üzrə verilmiş ümumi israf edilmiş ziyandan çıxarılmalıdır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid6 və Şahid5 əmək pensiyalarının təyin edilməsi epizodları verilmiş ittiham tam əsaslı və qanuni oldugundan ittihamdan xaric edilməməli, lakin 2 pensiya işi üzrə Şahid6 tərəfindən ödənilmiş 6.372,36 manat, Şahid5 hesablanmış 7.928,74 manat məbləğində vəsait artıq ödənilmiş vəsait kimi qəbul edilməməli, Şahid6 tərəfindən ödənilmiş vəsait cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən tam şəkildə Şahid6 geri qaytarılmalı, Şahid5 hesablanmış 7.928,74 manat məbləğində vəsait artıq ödənilmiş vəsait hesab olunmamalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şahid6 müraciəti əsasında Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, 14.11,2017-ci il tarixli qətnaməsi ilə ərizəçi Şahid6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra Şahid6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə X138 filialına qarşı xx.xx.2020-ci il tarixdə dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, qərardad ilə müraciət aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Şahid6 xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh qurum həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Şahid5 “iş stajı faktının müəyyən edilməsi haqqında” ərizə ilə Lənkəran rayon məhkəməsinə müraciət edərək xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işlədiyi illərin iş stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Şahid5 xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə sonradan cavabdeh qurum tərəfindən mübahisələndirilməmişdir. Ona görə də Şahid5 geri tələb olunan 7.928,74 manat məbləğində vəsait tələb edilə bilməz. Habelə, məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən iş üzrə vurulmuş ziyan 75.407,43 manat müəyyən edilsə də, 3 ünvanlı sosial yardım işi üzrə, X64 681,03 manat, X28 2.075,92 manat, Şahid13 454,84 manat, 1 sosial müavinət işi üzrə X51 2.318,51 manat, 2 əmək pensiyası işi üzrə Şahid6 6.372,36 manat, Şahid5 7.928,74 manat ödənilmiş, cəmi 19.831,40 manat məbləğində pul vəsait artıq ödənilmiş, yəni israf edilmiş vəsait kimi nəzərə alınmamalıdır. Bununla da, məhkəmə iş üzrə vurulmuş ziyanın ümumi məbləğinin 55.576,03 manat olmasını müəyyən edir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə düzgün tövsif edildiyindən onlar həmin maddə ilə təqsirli bilinməlidir. Lakin həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, müdafiə tərəfinin razılığı ilə məhkəmə baxışının gedişində xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs1 və Sаdıqov Natiq Salman oğluna qarşı Аzərbаycаn Respublikаsı CM-in 313-cü mаddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçsə də təqsirləndirilən şəxslər Аzərbаycаn Respublikаsı CM-in 313cü mаddəsi üzrə barələrində olan cinayət təqibinə xitam verilməsi ilə bağlı hər hansı bir razılıqları olmamışdır. Şərh edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Sаdıqov Natiq Salman oğluna Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə cəza təyin edilməməlidir. Bundan başqa məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittihama hüquqi qiymət verərək hesab edir ki, həmin maddə CMnin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan ittihamdan xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarının 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Göründüyü kimi hər iki maddənin (CM-in 179.2.3 və 308.1) dispozisiyasında şəxs tərəfindən cinayəti öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi göstərilmişdir. Bu da onu göstərir ki, vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə törətdiyi mənimsəmə və ya israf etmə cinayət əməli CM-nin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş təşkilatla barışığa cəhd etməsini, xəstə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onların cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, onun gələcəkdə müəyyən rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılması qeyri mümkündür və bu səbəbdən də ona əlavə cəza təyin edilməlidir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş zərər görə 75.407,43 manat pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın məbləği 55.576,03 manatdır, vətəndaşlardan tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş məbləğ isə 59.710,69 (əlli doqquz min yeddi yüz on manat, altmış doqquz qəpik) manatdır. Məhkəmə iclası zamanı mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki iddianı qəbul etməyərək mülki iddianın rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstəriləmli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş mülki iddi rədd edilməlidir. Belə ki, ibtidai istintaq zamanı aparılmış araşdırma ilə müəyyən edilmiş cinayət işi üzrə vurulmuş maddi ziyan ümumilikdə 75.407,43 manat (yetmiş beş min dörd yüz yeddi manat qırx üç qəpik) manat təşkil edir, həmin maddi ziyandan 59.710,69 (əlli doqquz min yeddi yüz on manat altmış doqquz qəpik) manat olan hissəsi ödənilmiş, 15.696,74 manat (on beş min altı yüz doxsan altı manat yetmiş dörd qəpik) manat olan hissəsi isə ödənilməmiş qalmışdır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləği 55.576,03 (əlli beş min beş yüz yetmiş altı manat üç qəpik) manatdır. Vətəndaşlardan tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş məbləğ isə 59.710,69 (əlli doqquz min yeddi yüz on manat, altmış doqquz qəpik) manatdır. Bu hal isə onu sübut edir ki, cinayət əməli nəticəsində vurulmuş maddi ziyan artıqlaması ilə ödənilmişdir. Eyni zamanda iş üzrə maddi sübut olan Şahid12 adına rəsmiləşdirilmiş 114251 nömrəli, X65 adına rəsmiləşdirilmiş 104264 nömrəli, Şahid10 adına rəsmiləşdirilmiş 095823 nömrəli, X42 adına rəsmiləşdirilmiş 948095 nömrəli, Şahid8 adına rəsmiləşdirilmiş 101722 nömrəli, Şahid9 adına rəsmiləşdirilmiş 114239 nömrəli, Şahid7 adına rəsmiləşdirilmiş 022704 nömrəli, Şahid5 adına rəsmiləşdirilmiş 088018 nömrəli, Şahid6 adına rəsmiləşdirilmiş 076672 nömrəli, qəyyum X66 adına rəsmiləşdirilmiş 036989 nömrəli, X34 adına rəsmiləşdirimiş 948405 nömrəli pensiya işləri, Şahid11 adına rəsmiləşdirilmiş 017438 nömrəli sosial müavinət işi, 04 oktyabr 2021-ci il tarixli baxış protokoluna əlavə edilmiş X78, X106, X31, X38, X91, X39, Şahid14 Rahib qızı, X25, X92, X20, X84 və Dadaşov Afətdin Sabir oğlunun sosial müavinət işinə aid sənədlərin surətləri, eyni zamanda həmin protokola əlavə edilmiş X40, Şahid13 və X52 “Ailəsinin maddi-məişət şəraitinin yoxlanılması haqqında” aktın surətləri, həmçinin, "xxxx" MMC-nin 04 aprel 2022ci il tarixli AZF/LGL-5349/ 22 nömrəli, "xxxx" MMC-nin 09 mart 2022-ci il tarixli, 4197 nömrəli və 17 mart 2022-ci il tarixli, 4669 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan olunmuş Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan olunmuş Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia rədd edilsin. Şahid6 tutularaq ödətdirilmiş 6.372,36 manat məbləğində vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şahid6 geri qaytarılsın. İş üzrə maddi sübut olan Şahid12 adına rəsmiləşdirilmiş 114251 nömrəli, X65 adına rəsmiləşdirilmiş 104264 nömrəli, Şahid10 adına rəsmiləşdirilmiş 095823 nömrəli, X42 adına rəsmiləşdirilmiş 948095 nömrəli, Şahid8 adına rəsmiləşdirilmiş 101722 nömrəli, Şahid9 adına rəsmiləşdirilmiş 114239 nömrəli, Şahid7 adına rəsmiləşdirilmiş 022704 nömrəli, Şahid5 adına rəsmiləşdirilmiş 088018 nömrəli, Şahid6 adına rəsmiləşdirilmiş 076672 nömrəli, qəyyum X66 adına rəsmiləşdirilmiş 036989 nömrəli, X34 adına rəsmiləşdirimiş 948405 nömrəli pensiya işləri, Şahid11 adına rəsmiləşdirilmiş 017438 nömrəli sosial müavinət işi, 04 oktyabr 2021-ci il tarixli baxış protokoluna əlavə edilmiş X78, X106, X31, X38, X91, X39, Şahid14 Rahib qızı, X25, X92, X20, X84 və Dadaşov Afətdin Sabir oğlunun sosial müavinət işinə aid sənədlərin surətləri, eyni zamanda həmin protokola əlavə edilmiş X40, Şahid13 və X52 “Ailəsinin maddi-məişət şəraitinin yoxlanılması haqqında” aktın surətləri, həmçinin, "xxxx" MMC-nin 04 aprel 2022-ci il tarixli AZF/LGL-5349/ 22 nömrəli, "xxxx" MMC-nin 09 mart 2022-ci il tarixli, 4197 nömrəli və 17 mart 2022-ci il tarixli, 4669 nömrəli məktublarına əsasən göndərilmiş 03 ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına hökmdən apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar