Məhkəmə qərarları › İş №1(050)-159/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-159/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-159/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 Mirmöhsüm oğlunun və Zərərçəkmiş şəxs7 qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-ci ildə Masallı rayonu Böyük Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-223/2024 saylı hökmünə əsasən CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin əvvəllərindən başlayaraq aralarında yaranmış sevgi münasibətlərinin sonuncu tərəfindən sonlandırılmasını qısqanaraq ondan intiqam almaq qərarına gəlib, yaşadığı ünvan 1 ünvanda istifadəsində olan “Redmi 13C” markalı, 23108RN04Y modelli və “Tecno Pova 6 Neo” markalı, “Tecno Lİ6” modelli telefonlardan 09 yanvar 2025-ci il tarixdən 08 fevral 2025-ci tarixədək olan müddətdə qeydiyyatdan keçdiyi mailto:abiyev053@gmail.comElektron ünvan 1, mailto:yaprag6@gmail.%20comElektron ünvan 2,mailto:gbxbdvxgx@gmail.comElektron ünvan 3 adlı elektron poçt hesabları və istintaqa dəqiq məlum olmayan tarix və üsullarla yaratdığı internet informasiya ehtiyatı hesab edilən “Tik-Tok” sosial şəbəkəsində istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə etdiyi @Xacmaz, @Xacmaz884, @Xacmaz121, @Yusif.abdullayev153, @Xacmaz_33, @Asifabdulayev_44 adlı istifadəçi hesablarında Zərərçəkmiş şəxs1 və yaxın qohumları olan bacıları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, qardaşı arvadı Zərərçəkmiş şəxs3, qardaşı qızı Zərərçəkmiş şəxs7, qardaşı Zərərçəkmiş şəxs2 və yaxın dost münasibətində olduğunu güman etdiyi tanışı Zərərçəkmiş şəxs6 məxsus foto şəkillərin və video görüntülərin üzərinə təhqir xarakterli söz, söz birləşmələri və ifadələr yazmış, bu hərəkətləri ilə o, hazırladığı vizual materialları internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edib kütləvi nümayiş etdirməklə paylaşaraq həmin şəxslərə böhtan atmaqla təhqir etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci məddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iki azyaşlı uşaqları ilə birlikdə Masallı rayonu, Böyük Kolatan kəndində yaşayır. Əvvəllər bir müddət ünvan 2 ünvanında Şahid1 ilə birlikdə kirayədə yaşamış, 2025-ci ilin fevral ayının ortalarında isə həmin evdən çıxmışdır. Zərərçəkmiş şəxs1 tanıyır, həmin şəxslə əvvəllər dost olmuşdur. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 qardaşı kimi tanımış, həmin şəxslə əvvəllər hər hansı qərəzli münasibəti olmamış, Zərərçəkmiş şəxs1lə olan münasibəti pozulduqdan sonra Zərərçəkmiş şəxs2lə mütəmadi olaraq yazışmış və Yusifin ona qarşı düzgün hərəkət etməməsini deməklə ona təsir etməsini xahiş etmişdir. Sonralar isə “Tik-Tok” sosial şəbəkəsində açılmış müxtəlif saxta hesablardan Zərərçəkmiş şəxs2 və həmin şəxsin yaxın qohumlarının barəsində təhqir hesab edilən söz, söz birləşmələri və ifadələr paylaşılmış, Zərərçəkmiş şəxs2 həmin paylaşımların onun tərəfindən edilməsini fikirləşdiyi üçün bu mövzuda da həmin şəxslə çox saylı mesajlaşması olmuşdur. Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 arvadı kimi tanımış, həmin şəxslə əvvəllər heç bir tanışlığı, qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1lə münasibətləri pozulduqdan sonra Zərərçəkmiş şəxs3 ilə onun arasında yazı və səsli mesaj şəkilində söhbətlər olmuş, həmin şəxs özünü sanki Zərərçəkmiş şəxs1 arvadı kimi aparmaqla ona qarşı aqresiya göstərmiş, o cümlədən səs yazısı göndərməklə Yusifin onu “fırlatması”, onun bir qadın kimi qürursuz olması kimi sözlər demişdir. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 bacısı kimi tanımış, həmin şəxslə hər hansı münasibəti olmamışdır. Bundan başqa X1 Zərərçəkmiş şəxs1 bacısı kimi tanımış, Zərərçəkmiş şəxs1lə münasibətləri pozulduqdan sonra Zərərçəkmiş şəxs5 ilə onun arasında telefon zəngi və mesajlaşma şəkilində söhbətlər olmuş, həmin söhbətlər zamanı Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 ona qarşı haqsızlıq etməsini, həyatını məhv etməsini demiş, Zərərçəkmiş şəxs5 isə ona Yusifin ondan yaşca çox kiçik olmasını, Zərərçəkmiş şəxs1lə onun arasında hər hansı münasibətin mümkün olmamasını demiş, o da həmin vaxt misal gətirərək peyğəmbərin də özündən yaşca böyük şəxslə evləndiyini demişdir. Zərərçəkmiş şəxs5 ilə aralarında telefon danışıqlarından biri də Zərərçəkmiş şəxs3 anasına zəng edərək onun barəsində düz sözlər danışmaması səbəbindən olmuşdur. Bundan sonra o da Gülnara zəng edərək Ruqayyənin onun barəsində nalayiq formada danışaraq onu rüsvay etdiyini demişdir. Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs2 qızı olmasını və azyaşlı olmasını bilmiş, ancaq sonuncunu heç vaxt görməmişdir. Bundan başqa Qanuni nümayəndə Zərərçəkmiş şəxs1 atası kimi tanımış, həmin şəxslə əvvəllər heç bir tanışlığı olmamış, Zərərçəkmiş şəxs1lə münasibətlərinin pozulmasından sonra həmin şəxsin yaşadığı evə gedərək Yusifin ona 500 manat borclu olmasını demişdir. Zərərçəkmiş şəxs6 müharibə iştirakçısı və həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 dostu kimi tanımış, həmin şəxslə 2025-ci ilin avqust ayında xatırlamadığı tarixdə Masallı şəhəri ərazisində “Greenforest” adlı kafenin həyətində 1 dəfə görüşmüş, Zərərçəkmiş şəxs6 məsələyə ədalətli yanaşacağını fikirləşərək Zərərçəkmiş şəxs1 barəsində şikayətlərini etmişdir. Sonradan bu kimi söhbətlərin fayda verməyəcəyini gördüyü üçün Zərərçəkmiş şəxs1 ona qarşı etdiklərində o, və Zərərçəkmiş şəxs2 də təqsirinin olmasını bildirmiş, görüşü sonlandırmışdır. Bundan başqa 2025-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs2 ilə birlikdə onun barəsində şikayət etmək üçün Masallı RPŞ-nə getdiyini bildikdən sonra, Zərərçəkmiş şəxs6 onun haqlı olduğunu bilməsinə baxmayaraq Asiflə birlikdə hərəkət etməsindən qəzəblənərək həmin şəxsə zəng etmiş və həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1lə olan münasibətinə fikir verməsini, haqsız olan şəxslərə dəstək verməməsini, zərurət olarsa yaşadığı evə gedərək barəsində valideynlərinə də şikayət edəcəyini demişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 şəkillərindən istifadə edilməklə və həmin şəkillərin üzərinə təhqir hesab edilən söz, söz birləşmələri və ifadələr yazılmaqla edilmiş paylaşımların “@Xacmaz884”, @Xacmaz”, “@xacmaz121, @xacmaz_33 adlı saxta “Tik- Tok” hesablarında təxminən 2025-ci ilin əvvəllərindən etibarən, yanvar-fevral aylarında kiminsə paylaşılmasını görmüş, həmçinin həmin paylaşımların edildiyi səhifələrə baxmış, həmin paylaşımlara çox baxış gəlməsini görmüşdür. Bundan başqa @yusif.abdullayev153 və @asifabdulayev_44 adlı saxta “Tik-Tok” hesablarından paylaşımların edilməsini bilsə də, lakin həmin paylaşımların edildiyi vaxt yox, sonradan şəkillərdən görmüşdür. Zərərçəkmiş şəxs2 və həmin şəxsin ailə üzvləri üzərində təhqir olan və Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinə məxsus şəkillərin paylaşılmasında onu təqsirli bildikləri üçün o, paylaşımların edildiyi “xacmaz_33” adlı hesaba mesajlar yazaraq həm başına gətirilənləri danışmış, həm də həmin profili idarə edən şəxsə paylaşımları silməsini demiş, bu minvalla həmin hesabı idarə edən şəxslə onun arasında yazışma olmuş, sonradan yazdığı hesabı bağlamış, həmin yazışmanı isə həmin şəxs “@xacmaz_33” adlı hesabdan paylaşmışdır. İstifadəsində +994 10-396-54-96 və +994 51-834-05-91 saylı mobil telefon nömrələri olmuş, son vaxtlarda 994 51-834-05-91 saylı mobil nömrəni oğlu Aslan Abiyev işlətmişdir. “Tecno Pova 6 Neo” markalı, “Tecno Li6” modelli mobil telefonu Valeh Abiyev 2025-ci ilin yanvar ayının əvvəllərində oğlu Aslan Abiyevə göndərmiş, həmin telefon isə oğlunun istifadəsində olmuşdur. Həmin telefondan əvvəllər keçmiş əri Valeh Abiyevlə danışmaq üçün istifadə etsə də, sonradan həmin şəxslə aralarında davalar olduğu üçün xatırlamadığı vaxtda övladı Aslan Abiyev telefona şifrə təyin etmiş, bundan sonra həmin telefondan istifadə edə bilməmişdir. 2025-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 onun barəsində Masallı RPŞ-nə şikayət etdikdə xx.xx.2025-ci il tarixdə həmin telefon araşdırmaya təqdim edilmişdir. Özü isə 1 ildən çoxdur ki, “Redmi 13C” markalı mobil telefondan istifadə etmişdir. Heç vaxt “@Xacmaz884”, @Xacmaz”, “@Xacmaz121, @Xacmaz_33, @yusif.abdullayev153 və @asifabdulayev_44 adlı “Tik-Tok” hesablarından istifadə etməmiş, “Tecno Pova 6 Neo” markalı “Tecno Li6” modelli telefonda olan “Gmail” tətbiqində aşkar edilmiş mailto:yaprag6@gmail.comElektron ünvan 2, mailto:abiyev53@gmail.comElektron ünvan 4,Elektron ünvan 3 adlı elektron poçt hesablarının kimə məxsus olması, qeyd edilən hesabların həmin telefonda kim tərəfindən açılması və giriş edilməsi, o cümlədən “Tecno Pova 6 Neo” markalı “Tecno Li6” modelli telefonun “Gmail” tətbiqində aşkar edilmişElektron ünvan 3 adlı elektron poçt hesabının “xacmaz” adlı “Tik-tok” hesabı, mailto:yaprag6@gmail.comElektron ünvan 2 adlı elektron poçt hesabının “xaçmaz121” adlı “Tik-Tok” hesabı, mailto:abiyev53@gmail.comElektron ünvan 4 adlı elektron poçt hesabının “yusif.abdullayev153” adlı “Tik-tok” hesabı ilə əlaqəli olması, həmçinin həmin telefonda olan “Tik-Tok” tətbiqində aşkar edilmiş “@yusif.abdullayev153” adlı istifadəçi profilinə kimin daxil olması barədə məlumatı olmamışdır. “Tecno Pova 6 Neo” markalı telefonun “qalereya” tətbiqində aşkar edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Ruqəyya Abdullayeva, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 fotoşəkillərindən hazırlanmış və üzərində təhqir və nalayiq ifadələr yazılmış materialların həmin telefona kim tərəfindən, hansı üsulla yüklənməsindən məlumatı olmamışdır. 02 fevral 2025-ci il və 04 fevral 2025-ci il tarixlərdə hesab sahibinə @xacmaz121 adlı “Tik-Tok” istifadəçisinin həmin sosial şəbəkəyə “Redmi 13C” markalı mobil telefondan giriş edilməsi barədə bildirişin gəlməsi müəyyən edilsə də, lakin bu ona məxsus mobil telefon olmamış, onun telefonu ilə eyni markalı başqa mobil telefon olmuş, həmçinin heç vaxt +994 10-396-54-96 saylı telefon nömrəsini “Tecno Pova 6 Neo” markalı “Tecno Li6” modelli telefona yerləşdirməmişdir. “Tecno Pova 6 Neo” markalı, “Tecno Li6” modelli telefonun “Aİ Qalereya” tətbiqində aşkar edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Ruqəyya Abdullayeva, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 fotoşəkillərindən hazırlanmış və üzərində təhqir və nalayiq ifadələr yazılmış materialların necə həmin telefona yüklənməsi barədə də məlumatı yoxdur. Odur ki, məhkəmədən barəsində bəraaət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-linqvistik və məhkəmə kompütertexniki ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə hər hansı şəxsi və digər, o cümlədən qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs sonradan qaynı Zərərçəkmiş şəxs1 ilə aralarında olan münasibət səbəbindən tanımışdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə onun arasında 2024-cü ilin əvvəllərində, dəqiq xatırlamadığı vaxtlarda “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışıqlar və mesajlaşmalar olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sevdiyini və evlənmək istədiyini ona demiş, o da bunun baş tutmayacağını dediyi üçün aralarında sözlü mübahisə olmuş, Təqsirləndirilən şəxs bir qədər acılamış, Yusifin əslində onunla evlənmək niyyətinin olmamasını, onu “fırlatmasını” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla qərəzli münasibətə düşmüşdür. Təqsirləndirilən şəxs ilə sərt şəkildə danışmasının səbəbi əri Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hərəkətlərinə əsəbiləşdiyi vaxtda vəziyyətinin pisləşməsi olmuşdur. Qeyd edilən hadisələrdən bir müddət sonra Təqsirləndirilən şəxs qayınatası Qanuni nümayəndə yaşadığı evə gedərək Zərərçəkmiş şəxs1 ona 500 manat borclu olmasını demiş, həmin vaxt qayınatası pulu özünün verəcəyini desə də, Təqsirləndirilən şəxs həmin pulun bilavasitə Yusif tərəfindən verilməsini tələb etmiş, daha sonra isə konkret şəkildə Yusifi sevdiyini, ondan əl çəkməyəcəyini demiş, qayınatası Təqsirləndirilən şəxs bunun alınmayacağını bildirdikdə isə Təqsirləndirilən şəxs onları biabır edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hətta Zərərçəkmiş şəxs1 onu zorlaması barədə yalan şikayətlər etmiş, həmin fakt təsdiqini tapmamışdır. Qeyd edilən şikayətlərin edildiyi vaxtlarda baldızı Zərərçəkmiş şəxs5 qayınatası Əfqan Bədəlov da Qanuni nümayəndələ birlikdə Masallı RPŞ-nə getmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs ilə həmin şəxs arasında sözlü mübahisə olduğu üçün Təqsirləndirilən şəxs onunla da qərəzli münasibətə düşmüş, onun barəsində də “Tik-Tok” sosial şəbəkəsində saxta istifadəçi adlarla paylaşımlar edərək onu təhqir etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə aralarında olan sevgi münasibətlərinin başa çatmasından sonra, həmin münasibətlərin başa çatmasında təqsirkar kimi onu və ailə üzvlərini görmüş, buna görə də əri Zərərçəkmiş şəxs2, baldızları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, qaynı Zərərçəkmiş şəxs1 və azyaşlı qızı Zərərçəkmiş şəxs7 şəkillərindən istifadə etməklə həmin şəkillərin üzərinə təhqiredici sözlər yazaraq “Tik-Tok” sosial şəbəkəsində açdığı @xacmaz, @xacmaz884, @xacmaz121, @xacmaz33, @yusif.abdullayev153, @asifabdullayev_044 adlı hesablardan hamı tərəfindən görülməsi mümkün olan şəkildə paylaşmış, o da özünə məxsus “Tik-Tok” hesabından həmin hesablara baxış edərkən həmin paylaşımlara xeyli sayda baxışın gəlməsini görmüşdür. Özü və ailə üzvləri barəsində edilmiş paylaşımlar birbaşa şəkildə Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Belə ki, ailə üzvlərinin Təqsirləndirilən şəxs başqa hər hansı şəxslə qərəzli münasibəti olmamış, qeyd edilən paylaşımlara yazılmış yazılardakı qrammatik səhvlər Təqsirləndirilən şəxs tərəfindən yazılan yazılarda olan qrammatik səhvlərə bənzəmiş, bundan başqa Təqsirləndirilən şəxs göndərdiyi səs yazısı da sonradan paylaşılmış təhqiredici paylaşımlarda istifadə edilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə 2022-ci ilin yay aylarından etibarən Masallı şəhərində yerləşən “Köhnə Bazar”-da işləmiş və əvvəlcə həmin şəxslə tanış kimi münasibətləri olmuşdur. Sonradan Təqsirləndirilən şəxs xahişi əsasında həmin şəxsi özünə məxsus avtomobillə müxtəlif yerlərə aparmış, həmin vaxtlarda münasibətləri səmimiləşmiş, qeyd edilən vaxtdan təxminən 5-6 ay sonra Təqsirləndirilən şəxs xoşu gəldiyi üçün ona sevgi münasibətlərinə başlamağı təklif etmiş və aralarında sevgi münasibətləri olmuşdur. 2023-cü ilin avqust-sentyabr aylarında, dəqiq xatırlamadığı tarixdə olan görüşlərdən birində Təqsirləndirilən şəxs istəyi ilə ona məxsus avtomobildə cinsi əlaqədə olmuş, bundan sonrakı vaxtlarda da, Təqsirləndirilən şəxs razılığı ilə bir neçə dəfə müxtəlif yerlərdə cinsi əlaqədə olmuşlar. Sonradan, 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs özünü onun arvadı kimi aparmağa başladığı, qısqanclıq etdiyi, o cümlədən nikaha girməsini tələb etdiyi üçün aralarında mübahisələr olmuş, Təqsirləndirilən şəxs ayrılmağa cəhd etsə də, Təqsirləndirilən şəxs onun şəkillərinin üzərinə nalayiq ifadələr və böhtanlar yazaraq “Tik-Tok” sosial şəbəkəsində paylaşmış, həmin paylaşımların görüntüsünü çəkərək ona göndərmişdir. O, rüsvay olmaq istəmədiyi üçün Nəfəsdən etdiyi paylaşımları silməsini xahiş etmiş və həmin şəxslə münasibətəri məcburi şəkildə davam etdirmişdir. Bir müddət belə davam etdikdən sonra 06 oktyabr 2023-cü il tarixdə işlədiyi bazarda yanğın hadisəsi baş vermiş və işlədiyi sex yanmışdır. Bu səbəbdən Bakı şəhərinə uzaq qohumunun dəvəti ilə gedərək orada işləmək istəmiş, lakin Nəfəs buna da qarşı çıxaraq onun əvvəlcə Bakı şəhərinə getməməsini, sonra isə onu da özü ilə aparmasını tələb etmişdir. O, isə Nəfəsə onu apara bilməyəcəyimi bildirmiş, Nəfəs yenə də “Tik-Tok” sosial şəbəkəsində onun şəkillərini paylaşaraq “bu şəxsi tanıyanlar, olduğu yeri bilənlər konumunu mənə atsın” məzmunlu sözlər yazmışdır. Onun bu paylaşımlarından xəbərdar olduqdan sonra məcbur qalıb yenidən Təqsirləndirilən şəxs ilə danışmış və münasibəti davam etdirmişdir. Sonradan o, yenidən Təqsirləndirilən şəxs ilə əlaqəni kəsmək istəmiş, lakin Təqsirləndirilən şəxs ondan əl çəkməmiş, telefon vasitəsi ilə söyüşlər söymüş, əlaqəni kəsəcəyi təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. 2024-cü ilin fevral ayında o, Bakı şəhərində yaşamağa başlamış və Nəfəsdən ayrılmaq üçün guya ailə üzvlərinin və qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə onun arasında olacaq evliliyin əleyhinə olmasını, bu səbəbdən ayrılmalı olduqlarını deməklə münasibəti konkret olaraq sonlandırmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 və başqa ailə üzvlərinə mesajlar yazaraq aralarında olacaq evliliyə qarşı çıxmamağı xahiş etmiş, həmçinin yaşadıqları evə gedərək atası Qanuni nümayəndə onu istədiyini, ondan əl çəkməyəcəyini demişdir. Lakin, Təqsirləndirilən şəxs onun ailə üzvlərindən mənfi cavab aldığı üçün, habelə münasibətin yenidən düzəlməyəcəyini başa düşdüyü üçün guya onun tərəfindən zorlanmasına dair yalan şikayətlər etmiş, ancaq aralarında olmuş bütün cinsi əlaqələr Nəfəsin razılığı ilə olduğundan həmin şikayətlərin nəticəsi olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə onun, qardaşı Zərərçəkmiş şəxs2, bacıları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, qardaşının arvadı Zərərçəkmiş şəxs3, qardaşının qızı Zərərçəkmiş şəxs7 şəkillərinin üzərinə təhqir yazmaqla “Tik-Tok” sosial şəbəkəsində yaratdığı @xacmaz, @xacmaz_33, @xacmaz049, @xacmaz884, @xacmaz121, @yusif.abdullayev153, @asifabdullayev_44 adlı hesablardan hər kəs tərəfindən görülə biləcək formada paylaşmışdır. Təqsirləndirilən şəxs paylaşımların onun tərəfindən edilməsini dediyi vaxtlarda, Nəfəs bunu qəti şəkildə inkar etmiş, hətta “Xacmaz” adlı hesabla yazışaraq həmin yazışmanın ekran videogörüntüsünü ona göndərmişdir. Sonradan isə bunların qurama olduğunu başa düşmüşdür. Belə ki, bir neçə dəfə tanımadığı şəxslər ona zəng edərək Nəfəsin özünü öldürməyə cəhd etdiyini, həmçinin Nəfəsin itkin düşdüyünü demiş, o, bunların yalan olduğunu, bu yolla Nəfəsin yenidən onunla barışmağa çalışdığını başa düşmüş, bundan sonra həmin şəxsin göndərdiyi “xacmaz” adlı səhifə ilə aparılan yazışmaların da qurama olduğunu anlamışdır. Təqsirləndirilən şəxs niyyəti onunla evlənmək olmuş, buna görə də o, yalandan ailə üzvlərinin bu evliliyə razı olmadığını Təqsirləndirilən şəxs demiş, Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə əlaqə saxlayaraq bu evliliyə qarşı çıxmamalarını istəmiş, ailə üzvləri isə Təqsirləndirilən şəxs həqiqətən də etiraz etdikləri üçün həmin şəxs qisas almaq qərarına gələrək bu paylaşımları etmişdir. Bir dəfə yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs kirayə yaşadığı evə getmiş, onun gələcəyi barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumatı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs övladları da evdə, digər otaqda olmuş, Nəfəs ona “Redmi13C” markalı mobil telefonu vermiş, o, həmin telefona baxmış, lakin heç nə aşkar etməmiş, buna baxmayaraq həmin paylaşımların onun tərəfindən edilməsini bilməsi barədə özünə deyərək oradan getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6lə onun arasında dostluq münasibətlərinin olmasını fikirləşmiş, onunla Təqsirləndirilən şəxs arasında olan münasibətlərin pozulmasında Zərərçəkmiş şəxs6 də təqsirinin olmasını demişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə hər hansı şəxsi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs sonralar qardaşı Zərərçəkmiş şəxs1lə olan münasibəti səbəbindən tanımışdır. 2024-cü ilin əvvəllərində qardaşı Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs barəsində məlumat verərək həmin şəxslə aralarında tanışlıq, sevgi münasibətlərinin olmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs ayrılmaq istədiyini, Təqsirləndirilən şəxs isə ondan əl çəkmədiyini demişdir. Bundan bir neçə gün sonra onun “Whatsapp” mobil tətbiqinə mesaj gəlmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin danışıqlar zamanı Nəfəs qardaşı Yusiflə aralarında sevgi münasibətləri olmasını bildirmiş, lakin Yusifin ondan ayrılmaq istədiyini demiş, Yusifdən əl çəkməyəcəyini və onunla evlənəcəyini, Yusifdən ayrılmayacağını bildirmişdir. Bundan sonra həmin şəxs ona Yusifi sevdiyini deyərək Yusifin ayrılmaması üçün qardaşına təsir etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs Yusiflə aralarında olan yaş fərqinin çox olmasını deyərək bu məsələnin baş tutmayacağını bildirmiş, daha sonra həmin məsələlərə qarışmamışdır. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 ilə də onunla danışdığı məzmunda söhbətlər aparmış, lakin Ruqayyə Nəfəsə daha acı şəkildə səsli mesaj göndərməklə cavab verərək Zərərçəkmiş şəxs1 onunla sadəcə olaraq xoş vaxt keçirməsini, “fırlatmasını” demiş, sonradan həmin səs yazısı Təqsirləndirilən şəxs tərəfindən “Tik-Tok” hesabında da paylaşılmışdır. Təqsirləndirilən şəxs daha sonra “Xacmaz121”, “xacmaz_33”, “Xacmaz884”, “Yusif.abdullayev153”, “Asifabdullayev_44” adlı hesablardan onun, o cümlədən qardaşları Yusif və Asifin, Asifin arvadı Ruqayənin, Asifin qızı Zeynəbin, bacısı Ayselin də şəkilini paylaşaraq həmin şəkilin üzərində təhqir hesab edilən söz və söz birləşmələri yazmış, həmin paylaşımlar kütləvi nümayiş etdirildiyi üçün çox sayda şəxs və onun tərəfindən görülmüşdür. Belə ki, o “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus “Tural604” adlı hesabdan həmin hesablara baxdıqda o və ailə üzvlərinə məxsus şəkillərin ictimai şəkildə, hər bir şəxs tərəfindən görülməsi mümkün olan şəkildə paylaşılmasını görmüşdür. Qeyd edilən paylaşımlar Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs qardaşı Yusiflə aralarında olan sevgi münasibətlərinin evliliklə yekunlaşmasını istədiyi halda qardaşı Zərərçəkmiş şəxs1 həmin şəxslə evlilik niyyəti olmamış, buna görə də ondan ayrılmışdır. Təqsirləndirilən şəxs ayrılıqda ailə üzvlərinin təsirinin olduğunu fikirləşdiyi üçün əvvəlcə demək olar ki, hər bir ailə üzvünə mesajlar yazaraq Yusiflə onun arasında olacaq evliliyə qarşı çıxmamasını istəmiş, lakin istədiyi kimi olmadığında görə qisas almaq məqsədi ilə bu kimi paylaşımlar etmişdir. Özünün və ailə üzvlərinin Təqsirləndirilən şəxs başqa hər hansı şəxslə qərəzli münasibəti olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ondan ayrılmasından sonrakı ilk vaxtlarda atası Qanuni nümayəndə yaşadığı evə gələrək Yusifin ona borclu olmasını demiş, Yusifin onunla görüşməsini tələb etmişdir. Bundan sonra Qanuni nümayəndə həmin şəxsə həmin pulu özü qaytaracağını desə də, Təqsirləndirilən şəxs bunu qəbul etməmiş, pulun Yusif tərəfindən qaytarılmasını tələb etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən həmin evə gələrək birbaşa şəkildə Yusifi sevdiyini, ondan əl çəkməyəcəyini demişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs +994 51 834 05 91 saylı telefon nömrəsindən ona zəng edərək Ruqayyənin onun anasına zəng edərək rüsvay etdiyini demiş, buna görə də bunun heyfini çıxacağını və onları da rüsvay edəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı şəxsi tanışlığı və qərəzli münasibəti olmamışdır. Həmin şəxsi qardaşı Zərərçəkmiş şəxs1lə olan münasibəti səbəbindən tanımışdır. Belə ki, qardaşı Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında bir müddət sevgi münasibətləri olmuş, sonradan onlar ayrılmışlar. Bu barədə gəlinləri Ruqayə Abdullayeva və bacısı Zərərçəkmiş şəxs5 ondan daha əvvəl xəbər tutmuş, Təqsirləndirilən şəxs həmin şəxslərlə yazışmış, Yusifi ondan ayrılmaması üçün razı salmalarını xahiş etmişdir. O, qeyd edilənlər barədə yalnız 2024-cü ilin iyul ayında, Təqsirləndirilən şəxs atasının yaşadığı evə gəlməsi və Yusifi sevdiyini bildirməklə ondan əl çəkməyəcəyini dedikdən sonra məlumatı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs “Tik- Tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs1 şəkillərini paylaşaraq barəsində nalayiq idafələr yazmış, daha sonra guya Zərərçəkmiş şəxs1 tərəfindən zorlanması barədə yalan şikayətlər etmişdir. O, bu yolla qardaşı Yusifin ayrılmasının qarşısını almağa çalışmış, lakin uğursuz olduğunu gördüyü üçün onun və ailə üzvlərinin şəkillərini əldə edərək, həmin şəkillərin üzərinə nalayiq ifadələr yazaraq “Tik-Tok” sosial şəbəkəsində olan “Xacmaz”, “Xacmaz884”, “Xacmaz121”, “Yusif.abdullayev153”, “Xacmaz33”, “Asifabdullayev_44” adlı hesablardan paylaşmışdır. Bundan başqa həmin şəxs bacısı Zərərçəkmiş şəxs5 qayınatası Əfqan Bədəlovun da üzərinə təhqir yazılmış şəkillərini paylaşmış, həmin şəxs buna görə məhkəməyə şikayət etmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanaraq onun barəsində hökm çıxmışdır. Təqsirləndirilən şəxs ilə heç vaxt telefonla danışmamış, mesajlaşmamışdır. Həmin şəxslə bacısı Gülnar və gəlinləri Ruqayyə danışmış və mesajlaşmışdır. Təqsirləndirilən şəxs bir dəfə Gülnara xx.xx.2024-cü il tarixdə zəng edərək Ruqayyənin onun anasına zəng edərək onu rüsvay etdiyini demiş, buna görə də onları da rüsvay edəcəyini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ayrıldığı vaxt ailə üzvlərinin evliliyə razı olmadığını bəhanə kimi göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs bu paylaşımları edərək o və ailə üzvlərindən qisas almaq istəmiş, həmin nalayiq və təhqir hesab edilən sözlər yazılmış, paylaşımlar “Xacmaz”, “Xacmaz884”, “Xacmaz121”, “Yusif.abdullayev153”, “Xacmaz33”, “Asifabdullayev_44” alı “Tik-Tok” hesablarından edilmiş, sonradan həmin paylaşımların və hesabların bəziləri silinmişdir. O, və ailə üzvləri barəsində edilən paylaşımlar barədə “Xacmaz”, “Xacmaz884”, “Xacmaz121”, “Yusif.abdullayev153”, “Xacmaz33”, “Asifabdullayev_44” alı “Tik-Tok” hesablarından Zərərçəkmiş şəxs5 məxsus “Tural604” adlı hesaba baxış etmiş, buna görə də həmin hesablarda edilən paylaşımlar bacısı tərəfində görülmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 özünün, onun və digər şəxslərin şəkillərinin nalayiq formada paylaşılmasını demişdir. Sonradan o da həmin profillərə girərək edilən paylaşımların hamı tərəfindən görülə biləcək şəkildə, kütləvi nümayiş etdirilməsini, həmin paylaşımlara çox sayda baxış gəlməsini görmüşdür. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs ilə barışmadıqları üçün barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs7 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı şəxsi tanışlığı və qərəzli münasibəti olmamışdır. Belə ki, həmin şəxsi bir dəfə yaşadığı evin ətrafında görmüş, həmin vaxt Nəfəs yolu azdığını demiş, o da Təqsirləndirilən şəxs yolu izah etmişdir. Sonradan, 07 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək Zərərçəkmiş şəxs1 ona 500 manat məbləğində pul borcunun olmasını demiş, o da Yusifin borclu olduğu 500 manatı özünün verəcəyimi bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin pulun bilavasitə Yusif tərəfindən verilməsini demiş və buna görə narazılıq olmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs ilə bir qədər danışmış, bu vaxt, Təqsirləndirilən şəxs ilə övladı Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olması, daha sonra isə həmin münasibətlərin başa çatması ona məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təkidlə Yusifi istədiyini, Yusifdən əl çəkməyəcəyini demiş, o da Nəfəsin bu dediklərinə əsasən Yusiflə onun münasibətinin baş tutmayacağını, özünü yormamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları biabır edəcəyini deyərək oradan getmişdir. Bu hadisədən sonra oğlu Yusiflə məsələnin mahiyyəti barədə danışmış, Yusif ona hər şeyi danışmış, həmçinin Təqsirləndirilən şəxs onun şəkillərini saxta istifadəçi adlarından istifadə edərək “Tik-Tok” sosial şəbəkəsində paylaşmasını demişdir. Qeyd edilən hadisələrdən bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən “Tik-Tok” sosial şəbəkəsində olan “Xacmaz”, “Xacmaz884”, “Xacmaz121”, “Yusif.abdullayev153”, “Xacmaz33”, “Asifabdullayev_44” adlı hesablardan övladları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, gəlini Zərərçəkmiş şəxs3, nəvəsi Zərərçəkmiş şəxs7 şəkillərindən istifadə edilməklə həmin şəkillərin üzərində nalayiq ifadələr və təhqirlər yazılmaqla paylaşım edilmişdir. O və ailə üzvləri dəfələrlə həmin hesabları idarə edən şəxsə yazaraq paylaşımları silməsini tələb etsə də, həmin şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 rəsmi nikaha daxil olmadığı müddətdə davam edəcəyini və onları rüsvay edəcəyini bildirmişdir. Qeyd edilən paylaşımlar barədə ona övladları, daha çox isə Zərərçəkmiş şəxs2 məlumat vermiş, o da özünə məxsus “Tik-Tok” hesabına giriş etməklə həmin paylaşımların edildiyi səhifələrə baxmış və həmin paylaşımları bilavasitə görmüşdür. Həmin vaxt qeyd edilən paylaşımlar hər kəs tərəfindən görülməsi mümkün olan şəkildə edilmiş, həmin paylaşımlara çox sayda baxış sayı gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər də bu kimi hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qızı Aysel Bədəlovanın qayınatası X11 ilə qərəzli münasibətə düşərək həmin şəxsin şəkillərinin üzərinə təhqir yazmaqla “Tik-Tok” sosial şəbəkəsində paylaşmışdır. Belə ki, X16 Həsənovanın Zərərçəkmiş şəxs1 barəsində etdiyi şikayətlər səbəbindən onunla birlikdə Masallı RPŞ-nə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuş, nalayiq formada danışdığı üçün Əfqan Bədəlov ona irad bildirmiş və həmin şəxslər arasında sözlü mübahisə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Əfqan Bədəlovla qərəzli münasibətə düşmüş, onun barəsində rüsvayedici paylaşımlar etmişdir. Buna görə də X13 rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığı üçün barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, “Vətən” müharibəsinin iştirakçısı olmuş, Zərərçəkmiş şəxs2 da həmin müharibədə iştirak etmiş, müharibədən sonra həmin şəxslə şəxsi münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs1 Mirmövsüm oğlunu da həmin şəxsin qardaşı kimi tanımış, lakin həmin şəxslə hər hansı şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə hər hansı şəxsi münasibəti, qərəz və düşmənçiliyi olmamışdır. Dəqiq tarixi xatırlamasa da, 2024-cü ilin avqust ayında Masallı “ASAN” xidmət mərkəzinin yaxınlığında yerləşən restoranda olduğu vaxt görmədiyi və tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşmış, özünü təqdim edərək onunla söhbət etmək istədiyini bildirmişdir. Daha sonra həmin şəxs Zərərçəkmiş şəxs1lə sevgi münasibətlərinin olmasını, həmin münasibətlərin bir müddət əvvəl pozulmasını demiş, bir qədər bu mövzuda danışdıqdan sonra Zərərçəkmiş şəxs1lə olan sevgi münasibətlərinin pozulmasında onun da təqsirinin olmasını bildirmişdir. O, isə Zərərçəkmiş şəxs1lə hər hansı münasibətinin olmamasını deməklə məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs2 də oraya çağırmış, sonuncu da həmin yerə gəlmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1lə olan sevgi münasibətləri və ayrılmaları barədə danışmış, həmin vaxt olan söhbətlərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə ayrılmaq, münasibətlərinin yekunlaşmasını istəmədiyi ona aydın olmuşdur. Bir qədər qeyd edilən məzmunda söhbətlər getdikdən sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs1lə aralarında olan münasibətin bitməsində Zərərçəkmiş şəxs2 və onun təqsirinin olmasını demiş, o, isə məsələyə qarışmaq istəmədiyi üçün Təqsirləndirilən şəxs bir daha onu narahat etməməsini, ümumiyyətlə barəsində söhbət gedən məsələdən xəbərdar olmadığını, məsələnin də ona aidiyyəti olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs oranı tərk etmiş, bir daha həmin şəxsi görməmişdir. Qeyd edilən görüşdən bir neçə ay sonra Zərərçəkmiş şəxs2 ona müraciət edərək özünün və ailə üzvlərinin şəkillərinin üzərinə təhqir yazılmış formada “Tik-Tok” sosial şəbəkəsində yaradılmış saxta istifadəçi adları olan hesablardan paylaşılmasını bildirmiş, artıq bundan bezdiyini demişdir. Zərərçəkmiş şəxs2 müharibədə iştirak etdiyi vaxt aldığı travmadan sonra danışıq qabiliyyətini tamamilə itirmiş və yalnız yazı yazmaqla və əl işarələri ilə fikrini ifadə edə bilir. Buna görə də qeyd edilənləri nəzərə alaraq Zərərçəkmiş şəxs2lə birlikdə tədbir görülməsi üçün Masallı RPŞnə getmiş, həmin gün axşam saatlarında onun istifadəsində olan “genc_qaziler_ib_masalli” adlı “Tik-Tok” hesabına “xacmaz 121” və “xaçmaz33” adlı istifadəçidən mesaj gəlmişdir. Həmin mesajı yazan şəxs onu tanıdığını bildirməklə Zərərçəkmiş şəxs1lə olan münasibətlərini sonlandırmağı, əks təqdirdə isə bunun ona baha başa gələcəyini bildirmişdir. O, həmin şəxsdən kim olmasını soruşmuş, həmin şəxs isə Təqsirləndirilən şəxs tanışı olmasını bildirmişdir. O, isə Zərərçəkmiş şəxs1lə aralarında olan məsələni özlərinin həll etməsini, həmin şəxsin yaxın qohumları barəsində olan paylaşımların düzgün olmamasını demiş, növbəti gün isə həmin səhifədən özünün şəkilinin üzərində nalayiq ifadələr yazılmış paylaşımlar edilməsini görmüşdür. Zərərçəkmiş şəxs2lə birlikdə Masallı RPŞ-nə getməsindən bir müddət sonra Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə +994 10 396-54-96 saylı telefon nömrəsindən zəng edərək ona Zərərçəkmiş şəxs2 təsir etməyi dayandırmasını, zərurət olduğu təqdirdə yaşadığı evə gedərək barəsində valideynlərinə də şikayət bildirəcəyini, Zərərçəkmiş şəxs2lə münasibətlərinə fikir verməməsini demiş, o, əsəbiləşərək zəngi sonlandırmış, Təqsirləndirilən şəxs bundan sonra dəfələrlə zəng etsə də, zəngləri cavablandırmamışdır. Barəsində edilmiş paylaşımların Təqsirləndirilən şəxs tərəfindən edilməsindən əmindir. Belə ki, hər hansı şəxslə hər hansı qərəzli münasibəti yoxdur. Bundan başqa barəsində edilmiş təhqir dolu paylaşım birbaşa şəkildə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə bağlı məsələ ilə əlaqədar olmuşdur. Çünki, Zərərçəkmiş şəxs2lə birlikdə Masallı RPŞ-nə getməsindən bir müddət sonra, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə +994 10 396-54-96 saylı telefon nömrəsindən zəng edərək Zərərçəkmiş şəxs2 təsir etməyi dayandırmasını, Zərərçəkmiş şəxs2lə münasibətlərinə fikir verməsini demiş, daha sonra isə istifadəsində olan “genc_qaziler_ib_masallı” adlı “Tik-Tok” hesabının ekran şəkili (screenshot) çəkilməklə həmin şəkilin üzərinə, o cümlədən bilavasitə özünün şəkilinin üzərinə həmin məsələ ilə əlaqədar nalayiq və təhqir dolu sözlər yazılmaqla “Xacmaz_33” və “Xacmaz121” adlı “Tik- Tok” hesabından paylaşılmışdır. Qeyd edilən hadisələr ardıcıl şəkildə olmuş, buna görə də həmin hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən edilməsindən əmin olmuşdur. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 danışıq (nitq) qabiliyyətini itirdiyi üçün məhkəmə iclası zamanı yazılı olaraq qeyd etmişdir ki, o, cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadığı üçün barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vətən” müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar zamanı xəsarət alaraq danışıq qabiliyyətini itirmişdir. Buna baxmayaraq baş verən hadisələri tam şəkildə dərk edir və kağıza yazmaqla fikirlərini tam şəkildə ifadə edə bilir. Təqsirləndirilən şəxs əvvəllər qardaşı Zərərçəkmiş şəxs1 tanışı kimi tanısa da, həmin şəxslə hər hansı münasibəti olmamışdır. 2024-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs Rəşad qızı ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesaj yazaraq Zərərçəkmiş şəxs1 ondan ayrıldığını, Yusifin harada olmasını deməsini istəmiş, o, isə Yusifin harada olmasını bilmədiyini, o cümlədən həmin şəxsə onunla Yusif arasında olan məsələlərə qarışmaq istəmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq ona mesajlar yazmış, Yusiflə barışmasına kömək etməsini xahiş etmişdir. Lakin o, həmin məsələlərə qarışmamış, Yusifdən də nə baş verməsini maraqlanmamışdır. Sonradan ona məlum olmuşdur ki, Yusiflə Nəfəs arasında sevgi münasibətləri olmuş, həmin şəxslər 2-3 il müddətində bu münasibətləri davam etdirmişlər. Daha sonra qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ayrılmaq üçün bəhanə kimi guya onun həmin şəxslər arasında olan münasibətin əleyhinə olmasını, buna görə də Nəfəslə evlənə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs mütəmadi olaraq ona yazaraq görüşməyi və məsələni həll etməyi, Yusiflə onlar arasında evlilik olmasına qarşı çıxmamasını xahiş etmişdir. Hadisələr bu formada bir neçə ay davam etdikdən sonra Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs1 onunla zorla cinsi əlaqədə olması barədə şikayətlər vermiş, lakin belə bir hadisə olmadığı üçün fakt təsdiqini tapmamışdır. Bundan sonra yalan şikayətlərinin nəticə vermədiyini görən Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsində saxta adlarla yaratdığı “asifabdulayev_44”, “xacmaz”, ”Xaçmaz_33”, “Xaçmaz121”, “xacmaz049”, “xaçmaz2984”, “Yusif.abdullayev153”adlı hesablardan onun, arvadı Zərərçəkmiş şəxs3, bacıları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, qardaşı Zərərçəkmiş şəxs1 və azyaşlı övladı Zərərçəkmiş şəxs7 şəkillərindən istifadə etməklə həmin şəkillərin üzərinə təhqir olan söz və söz birləşmələri yazaraq hər kəsə açıq formada və kütləvi nümayiş edilən formada paylaşmışdır. O, həmin hesablara mesajlar yazmaqla kimliyini soruşmuş, o cümlədən həmin paylaşımları silməsini tələb etmiş, lakin həmin şəxs özünü Təqsirləndirilən şəxs yaxını olan şəxs kimi təqdim etməklə, paylaşımların silinməsi üçün şərt olaraq Nəfəs və Yusifin evlənməsini, həmin şəxslərin rəsmi nikaha daxil olmalarını tələb etmişdir. Bundan başqa 2024-cü ilin noyabr ayında yaxın qohumları barəsində paylaşımlar edilməsindən sonra paylaşımların Təqsirləndirilən şəxs tərəfindən edilib-edilməməsini dəqiqləşdirmək məqsədi ilə həmkəndlisi Şahid2 Təqsirləndirilən şəxs yazaraq özünü başqa şəxs kimi təqdim etməklə həmin şəxsdən etiraf almasını xahiş etmiş, həmin vaxtlarda Şahid2 Təqsirləndirilən şəxs ilə danışdığını, Nəfəsin qeyd edilən paylaşımları etdiyini demişdir. Sonradan Təqsirləndirilən şəxs Şahid2 onun xahişi əsasında yazmasını bilmiş və həmin paylaşımların Sahib tərəfindən edilməsini demişdir. Bu yolla həmin paylaşımların Təqsirləndirilən şəxs tərəfindən edildiyini sübut edə bilməyəcəyini fikirləşdiyi üçün Sahibdən məsələni yekunlaşdırmasını, daha Təqsirləndirilən şəxs yazmamasını istəmişdir. Özü və qohumları barədə edilmiş paylaşımlar Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən paylaşımlar edilməklə həmin şəxs Zərərçəkmiş şəxs1 ondan ayrılmasının qarşısını almağa cəhd etmiş, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ondan ayrılmasında ailə üzvlərinin təqsiri olduğunu fikirləşərək bu formada qisas almaq istəmişdir. Bundan başqa o, və Təqsirləndirilən şəxs arasında dəfələrlə yazışmalar olmuş, həmin yazılarla paylaşımların üzərində olan yazı formalarını müqayisə etdikdə həmin yazılarda olan qrammatik səhvlərin paylaşımlarda da təkrarlandığını görmüşdür. Bundan başqa həmin hesablardan bacısı Zərərçəkmiş şəxs5 şəkilindən istifadə edilməklə paylaşılan videoda arvadı Ruqayyənin Təqsirləndirilən şəxs göndərdiyi səs yazısından istifadə edilmişdir. Zərərçəkmiş şəxs6lə Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı şəxsi münasibət və tanışlıq olmamış, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında dostu Zərərçəkmiş şəxs6lə kafedə görüşərək onunla söhbət etmiş, daha sonra Bəxtiyar onu da çağırmış, o da söhbətdə iştirak etmişdir. Həmin vaxt Nəfəs onlara Yusifin ondan ayrılmasında səbəbkar olmalarını demişdir. Bundan başqa 2025-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs6lə birlikdə paylaşımların qarşısının alınmasına köməklik edilməsi üçün Masallı RPŞ-nə getmiş, həmin gün, axşam saatlarında Zərərçəkmiş şəxs6 “xacmaz121” və “xaçmaz33” adlı istifadəçilərdən mesaj gəlmiş, həmin şəxs Zərərçəkmiş şəxs6 məsələlərə qarışmamasını tələb etmiş, əks təqdirdə onun üçün pis olacağını bildirilmişdir. Bundan sonra həmin profillərdən Zərərçəkmiş şəxs6 şəkillərindən istifadə edilməklə hədə-qorxu və təhqir hesab edilən sözlər yazılmış şəkillər paylaşılmışdır. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin noyabr ayının əvvəllərindən tanımışdır. Belə ki, həmin şəxsin övladı Aslan Abıyev onun dərs tədris etdiyi sinfin şagirdi olmuş, Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəlcə müəllim-valideyn münasibətləri olmuş, daha sonra isə, təxminən 2024-cü ilin noyabr sonlarından 2025-ci ilin fevral ayınadək Təqsirləndirilən şəxs, övladları Aslan Abıyev və Zeynəb Abıyeva ilə birlikdə kirayəyə götürülmüş evdə yaşamışlar. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı vaxtlarda həmin şəxsin əvvəllər Zərərçəkmiş şəxs1 adlı şəxslə sevgi münasibətləri olmasını, sonradan isə həmin münasibətlərin qeyri-stabil davam etməsini bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 mütəmadi olaraq Təqsirləndirilən şəxs uzaqlaşmağa çalışmış, o cümlədən Təqsirləndirilən şəxs telefon zənglərinə və mesajlarına cavab verməmişdir. Qeyd edilən vəziyyət səbəbindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında tez-tez mübahisələr baş vermiş, Zərərçəkmiş şəxs1 Nəfəsə ondan əl çəkməsini, əks təqdirdə özünə xəsarət yetirəcəyini, artıq onu bezdirdiyini bildirsə də, Təqsirləndirilən şəxs həmin şəxsdən əl çəkməmiş, Zərərçəkmiş şəxs1 zəng etməsi üçün hətta danışıq kartı (kontur) belə göndərmişdir. Bu barədə Təqsirləndirilən şəxs ilə bir başa söhbəti olmasa da, həmin evdə yaşadığı vaxtlarda baş vermiş hadisələr və həmin şəxslər arasında olan telefon danışıqlarına əsasən bu nəticəyə gəlmişdir. “Tecno Pova 6 Neo” markalı telefon daimi olaraq yaşadıqları evdə olmuş, Aslan Abiyev həmin telefonu məktəbə aparmamışdır. Həmin telefondan bəzən Aslan Abiyev, bəzən isə Təqsirləndirilən şəxs istifadə etmişdir. Belə ki, Aslan Abiyevin həmin telefonla oyun oynamasını, Təqsirləndirilən şəxs da həmin telefondan istifadə etməsini, Təqsirləndirilən şəxs tərəfindən həmin telefona tez-tez sim kartların salınıb-çıxarılmasını da görmüşdür. Əvvəllər izahatının alınması vaxtı həyəcanlı olduğu üçün Təqsirləndirilən şəxs həmin telefonla “Tik-Tok” sosial şəbəkəsinə girməsini, Yusif və həmin şəxsin ailə üzvlərinə məxsus şəkillərin üzərində nalayiq ifadələr yazılmış paylaşımlara baxmasını gördüyünü göstərmişdir. Lakin Təqsirləndirilən şəxs Yusif və həmin şəxsin ailə üzvlərinə məxsus şəkillərin üzərində nalayiq ifadələr yazılmış paylaşımlara baxmasını görsə də, həmin vaxt “Tecno Pova 6 Neo” markalı telefondan istifadə edilib-edilməməsini xatırlamamışdır. Belə ki, Təqsirləndirilən şəxs “Redmi” markalı telefonu da olmuş və həmin şəxs hər iki telefondan da istifadə etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq hansısa videolara baxdığını gördüyü, həmin videolarda təhqir hesab edilən sözlərin deyilməsini eşitdiyi üçün Nəfəsdən məsələnin nə olmasını soruşmuş, Təqsirləndirilən şəxs onun istifadəsində olan “Honor x9b” markalı telefonda quraşdırılmış “Tik-Tok” tətbiqindəki hesabdan axtarış verib “Xaçmaz” adlı səhifəyə girərək orada paylaşılmış videoları göstərmişdir. Bundan sonra həmin şəxs qeyd edilən səhifədə edilmiş paylaşımları tək-tək göstərərək paylaşımlarda şəkilləri olan şəxsləri ona tanıtmış, Nəfəsin dediklərindən həmin paylaşımlarda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Asifin arvadı Zərərçəkmiş şəxs3 şəkilləri olması məlum olmuşdur. Bundan sonra o, həmin şəxsləri zahirən tanımışdır. Həmin səhifə hər kəsə açıq statusda olmuş və istənilən şəxsin həmin paylaşımları görmək imkanı olmuş, qeyd edilən “Tik-Tok” hesabında edilmiş paylaşımlara xeyli sayda baxış sayı da gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin “xacmaz” adlı hesaba girilərək orada edilmiş paylaşımların ona göstərilməsindən sonra ona məxsus “Tik-Tok” hesabına “xacmaz” adlı səhifədən dostluqlar gəlməyə başlamış, o, həmin təklifləri hər dəfə rədd etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində “Tik-tok” sosial şəbəkəsində olduğu vaxt “xacmaz” adlı səhifədən ona dostluq təklifi gəlmiş, o, həmin təklifi rədd etsə də, yenidən həmin təklif bir neçə dəfə göndərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da onun olduğu otaqda olmuş və “Tik-Tok” sosial şəbəkəsində gəzişmişdir. Buna görə də həmin səhifənin Təqsirləndirilən şəxs tərəfindən istifadə edilməsini fikirləşərək həmin səhifənin ona aid olub-olmaması barədə Nəfəsə sual vermiş, lakin Nəfəs həmin səhifənin onun tərəfindən idarə edilmədiyini bildirmiş, buna baxmayaraq o, həmin səhifədə olan paylaşımların üzərində yazılmış sözlərin Təqsirləndirilən şəxs tərəfindən yazılmasını bilmiş və bu barədə Nəfəsə də demişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs “Tik-tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 şəkillərinin üzərində nalayiq sözlər yazılmış videolara baxmasını görmüş, bundan sonra Nəfəsə irad bildirmiş və etdiklərinin doğru olmadığını demişdir. Nəfəs həmin paylaşımların onun tərəfindən paylaşılmasını inkar etsə də, həmin vaxt gülümsəmişdir. Bundan sonra o, həmin yazıların Təqsirləndirilən şəxs tərəfindən yazılan yazılara bənzəməsi, həmin şəxsin adi mesajlaşmalar zamanı yazdığı sözlərlə eyni qrammatik yazılış formasında olması və eyni qrammatik səhvlərə yol verilməsi, habelə Təqsirləndirilən şəxs hərəkətləri səbəbindən qeyd edilən paylaşımların həmin şəxs tərəfindən edilməsindən şübhələnmişdir. “Tik-Tok” sosial şəbəkəsində saxta istifadəçi adları ilə yaradılmış səhifələrdən Zərərçəkmiş şəxs2 və həmin şəxsin ailə üzvlərinə məxsus şəkillərdən istifadə edilməklə üzərində təhqir və digər bu kimi söz birləşmələri yazılmış paylaşımlar qətiyyən onun tərəfindən paylaşılmamışdır. Aslan Abiyev “Tecno Pova 6 Neo” markalı mobil telefonun anası Təqsirləndirilən şəxs tərəfindən istifadə edilməməsini göstərsə də, bu həqiqətə uyğun deyildir. Belə ki, Aslan Abıyev sakit təbiətli və tərbiyəli uşaqdır. Buna görə də anası Təqsirləndirilən şəxs hər hansı formada məsuliyyətə cəlb edilməsindən qorxduğu üçün onu qorumaq məqsədi ilə həmin telefonun anası tərəfindən istifadə edilməsini göstərməsi mümkündür. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə hər hansı münasibəti olmamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs2 2024-cü ilin noyabr ayında, dəqiq tarixi xatırlamadığı vaxt ona müraciət edərək özü və ailə üzvləri barəsində “Tik-Tok” sosial şəbəkəsində təhqir olan paylaşımlar edilməsini demiş və Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Həmin şəxs əvvəlcə ondan həmin hesabların bağlanmasına köməklik etməsini xahiş etmiş, buna görə də “haq_yolunda 313” adlı hesabı şikayət etməklə bağlatdırmış, hesabı bağlatdırdıqdan sonra Zərərçəkmiş şəxs2 sevinərək ona 150 manat məbləğində pulu hədiyyə kimi vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dilə tutmaqla və həmin şəxslə başqa şəxsin adı ilə danışmaqla etiraf alması barədə Zərərçəkmiş şəxs2lə razılaşmış, bir neçə gün sonra birbaşa şəkildə Təqsirləndirilən şəxs məxsus +994 51 834- 05-91 saylı telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi ilə zəng etmişdir. Həmin vaxt telefonu Təqsirləndirilən şəxs açsa da, lakin özünü başqa şəxs kimi, yəni Təqsirləndirilən şəxs rəfiqəsi kimi təqdim etmiş, o da özünü Elşən adı ilə təqdim edərək həmin şəxslə bir qədər söhbət etmişdir. Bir qədər söhbət etdikdən sonra həmin şəxsə Zərərçəkmiş şəxs2 və həmin şəxsin yaxın qohumları barəsində olan paylaşımları silməsini, Zərərçəkmiş şəxs2 ona pul verdiyini, həmin paylaşımları onsuz da, şikayət edərək sildirəcəyini demiş, daha sonra isə həmin şəxslə bir qədər səmimi münasibət yaranmış və onunla br neçə dəfə telefonla söhbət etmişdir. Söhbətlərdən birində həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını etiraf etmiş, o cümlədən paylaşımların özü tərəfindən edilməsini, onlardan əl çəkməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ilə bu məzmunlarda söhbət aparmağının səbəbi həmin şəxs barəsində fakt əldə edərək Zərərçəkmiş şəxs2 təqdim etmək olmuşdur. O, Nəfəsə özünü yaxın göstərmək məqsədi ilə etdiyi paylaşımları sildirmək üçün Zərərçəkmiş şəxs2 pul aldığını demiş, həmin puldan ona da pay verəcəyini, lakin bunun üçün paylaşımları silməsini bildirmişdir. Bunu etməkdə məqsədi isə həmin paylaşımların onun tərəfindən edilib-edilməməsini dəqiqləşdirmək olmuşdur. Bundan sonra Nəfəs həmin paylaşımları bir müddətlik silmişdir. Nəfəsin həmin hesabları hansı üsulla açmasını müəyyən etmək məqsədi ilə ona telefon nömrəsi ilə hesabının müəyyən edilə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq ona “Tik-Tok” hesablarını “gmail” vasitəsi ilə açdığını, bu üsulla ifşa edilə bilməyəcəyini demişdir. Bu məlumatları əldə etdikdən sonra hər birini Zərərçəkmiş şəxs2 bildirsə də, Zərərçəkmiş şəxs2lə onun arasında olan razılaşma Təqsirləndirilən şəxs tərəfindən bilindikdən sonra sonuncu onun əsl kimliyini bilmiş və Zərərçəkmiş şəxs2, o cümlədən həmin şəxsin qohumları barəsində edilmiş nalayiq paylaşımların onun tərəfindən edilməsinə dair ona böhtan atmış, hər yerdə paylaşımların guya onun tərəfindən edilməsi barədə danışmağa, onu məhkəməyə verərək təzminat alacağı ilə hədələməyə başlamışdır. Zərərçəkmiş şəxs2 və həmin şəxsin ailə üzvləri barəsində edilmiş paylaşımlar “xacmaz_33”, “xacmaz_121” və “haq_yolunda313” adlı hesablardan edilmişdir. Həmin paylaşımlar kütləvi nümayiş etdirilməklə paylaşılmış, həmin paylaşımlara çox sayda baxış edilmişdir. Elşən adı ilə təqdim edərək Təqsirləndirilən şəxs ilə danışdığı vaxtlarda həmin şəxs əvvəlcə özünü ona Nəfəsin rəfiqəsi kimi təqdim edərək Nəfəsin heyifini çıxmaq üçün həmin paylaşımları etdiyini demiş, sonrakı danışıqlarda isə Nəfəs özünün əsl kimliyini etiraf etmiş və paylaşımların onun tərəfindən edilməsini bildirmişdir. Həmin vaxt Nəfəs onun əsl kimliyini bilməmiş və onun Elşən olduğunu zənn etmişdir. Həmin telefon danışıqları zamanı Nəfəs Zərərçəkmiş şəxs1lə bir birlərini sevdiklərini, lakin həmin şəxsin ailə üzvlərinin onun adını pis çıxardığını və Zərərçəkmiş şəxs1lə evliliyinə mane olduqları üçün Zərərçəkmiş şəxs2 və həmin şəxsin yaxın qohumları barəsində paylaşımlar edərək qisas aldığını demişdir. İş materiallarında olan mobil telefona baxış keçrilməsi haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən telefonun markası “Tecno Pova 6 Neo” adlanır. Baxış zamanı telefonda olan “Gmail” adlı tətbiq açıldı. Həmin tətbiq açıldıqdan sonra tətbiq vasitəsi ilə mailto:Abiyev051@gmail.comElektron ünvan 6, mailto:yaprag6@gmail.comElektron ünvan 2, mailto:abiyev054@gmail.comElektron ünvan 7, mailto:abiyev53@gmail.comElektron ünvan 4, mailto:aslanabiyev050@gmail.comElektron ünvan 8, mailto:jetonhah@gmail.comElektron ünvan 9, mailto:hzjxxbxbs@gmail.comElektron ünvan 10, mailto:dbnd9747@gmail.comElektron ünvan 11, mailto:abiyev0511@gmail.comElektron ünvan 12,Elektron ünvan 3 adlı elektoron poçt hesablarına giriş edilməsi müəyyən edildi. Həmin elektron poçt hesablarına baxış keçirilərkənElektron ünvan 3 adlı elektron poçt hesabının xx.xx.2025-ci il tarixdə, saat 16:50 dəqiqədə yaradılması, həmin hesab vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “xacmaz” (@xacmaz049) adlı “Tik-tok” hesabın qeydiyyatdan keçirilməsi, mailto:yaprag6@gmail.comElektron ünvan 2 adlı elektron poçt hesabının xx.xx.2025-ci il tarixdə, saat 14:44-də “Redmi 13C” markalı mobil telefonla yaradılması, həmin hesabda istifadə edilməklə həmin tarixdə, saat 20:05 dəqiqədə “@xaçmaz121” adlı “Tik-Tok” hesabının yaradılması və həmin hesaba xx.xx.2025-ci il tarixdə, saat 13:26 dəqiqədə “Tecno Pova 6 Neo” markalı mobil telefondan giriş edilməsi, mailto:abiyev53@gmail.comElektron ünvan 4 adlı elektron poçt hesabının xx.xx.2025-ci il tarixdə, saat 23:03 dəqiqədə “Redmi 13C” markalı mobil telefonla yaradılması, həmin hesabdan istifadə edilməklə isə xx.xx.2025-ci il tarixdə saat 19:57 dəqiqədə “Zərərçəkmiş şəxs1” (@yusif.abdullayev153) adlı “Tik-tok” hesabının yaradılması, habelə mailto:aslanabiyev050@gmail.comElektron ünvan 8 adlı elektron poçt hesabının isə “Nəfəs” adlı şəxsə məxsus “telegram” tətbiqində olan hesabla əlaqəli olması müəyyən edildi. Digər elektron poçt hesablarına baxış keçirilərkən araşdırma üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilmədi. Bundan başqa telefonun zəng tarixçəsinə baxış keçirilərək telefonun zəng tarixçəsində “Yusif” adı ilə qeyd edilmiş +994 51 879 62 64 və +994 51 879 64 62 nömrəli mobil telefon nömrələrinə xx.xx.2025-ci il tarixdə, ardıcıl olaraq saat 13:42, 13:42, 13:46 və 13:47 dəqiqədə zənglərin edilməsi, lakin həmin zənglərin cavabsız olması görünür. Baxış zamanı həmçinin telefonda olan “Aİ qalereya” adlı tətbiqə giriş edildikdə həmin tətbiqdə müxtəlif qovluqlarda müxtəlif məxmunlu faylların olması müəyyən edilir. Həmin tətbiqin “bütün fotolar” adlı bölməsinə daxil olduqdan sonra şəkillərdən düzəldilmiş və üzərində müxtəlif məzmunlu, mahiyyəti etibari ilə təhqir və nalayiq ifadə hesab edilən sözlər yazılmış videofayllar vardır. Həmin video fayllara tək-tək baxış keçirildikdə qeyd edilən video faylların Asif Adbullayev və həmin şəxsin qohumları olan şəxslərin fotoşəkillərindən istifadə edilərək düzəldilməsi, o cümlədən həmin videofaylların üzərində nalayiq ifadələrin yazılması müəyyən edilir. Qeyd edilən video fayllarından birində körpə uşağın olması və həmin faylın üzərində nalayiq və təhqir xarakterli sözlərin yazılması görünür. Qeyd edilən şəkillə eyinilik təşkil edən şəkilin “Tik-Tok” sosial şəbəkəsinin intefeysinə bənzər tətbiqdə paylaşılması müəyyən edilir. Qeyd edilən materiallara baxış keçirilərkən üzərində təhqir və nalayiq ifadələr yazılmış materialların xx.xx.2025-ci il tarixdə, saat 15:23-dəqiqədən, həmin tarixdə saat 22:14 dəqiqəyədək, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 07:53-dəqiqədən həmin tarixdə 09:04-dəqiqəyədək olan müddət ərzində müxtəlif saat və dəqiqələrdə telefonda tərtib edilməsi (telefona yüklənməsi), habelə telefonda olan xx.xx.2025-ci il tarixdə, saat 17:36 dəqiqə və həmin tarixdə, saat 17:49 dəqiqədə çəkilmiş ekran görüntülərinin (screenshot) həmin telefonda çəkilməsi, sonuncu ekran görüntüsündə isə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 şəkilləri olan materiallara başqa istifadəçilər tərəfindən bəyənmə və rəy bildirilməsi, “İbrahim Məmmədov” adlı istifadəçinin “bu adiyyatı qurumlar hara baxış körpə uşaqın şəkilli bele paylaşılır”, “Djsjshbd Hejdjdhd” adlı istifadəçinin isə “necede insanlar irənc olublar körpə balaların günahları nedir bu uşaqların ahi sizinlə bilsin” sözlərinin yazılması müəyyən edilir. Bundan başqa baxış zamanı telefonda olan “Tik-Tok” mobil tətbiqinə giriş edildi. Bu vaxt tətbiqdə “xbxbs.hzjx”, “abiyevdi_44”, “Yusif.abdullayev153”, “jeton.yigan.31”, “gmmgelsa”, “aftwolf”, “zehra_5421” adlı “Tik-tok” hesablarına giriş edilməsi görünür. Həmin hesablara giriş edildikdə “xbxbs.hzjx”, “abiyevdi_44”, “jeton.yigan.31”, “gmmgelsa”, “aftwolf”, “zehra_5421” adlı “Tik-Tok” hesablarından araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı paylaşımın edilməməsi müəyyən edilir. Bundan başqa həmin telefonda quraşdırılılmış “Tik-Tok” mobil tətbiqindən giriş edilmiş “Yusif.abdullayev153” adlı səhifəyə daxil olduqda həmin səhifədən telefonun daxili yaddaşında olan videofayllarla eynilik təşkil edən və Asif Abullayev, habelə həmin şəxsin qohumlarına məxsus şəkillərin üzərinə təhqir və nalayiq ifadə hesab edilən yazılar yazılmaqla paylaşılan paylaşımların edilməsi müəyyən edilir. İş materiallarında olan mobil telefona baxış keçrilməsi haqqında 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən telefon “Redmi 13C” markalı mobil telefondur. Mobil telefonun ön hissəsi (ekran) qara rəngli, arxa hissəsi isə göy-boz rəngli (xameleon) rənglidir. Telefonun arxa hissəsində 2 ədəd böyük ölçülü kamera çıxıntısı, ”50MP”,” Aİ camera”, “Redmi” “Made in Chine”, ”Model 23108RN04Y”, ”Xiaomi Communications”, ”Powered by Redmi2 kimi sözlər yazılmışdır. Telefon işlək vəziyyətdədir. Telefonun giriş şifrəsi “1990-dır. Telefonun zəng hissəsində #06# kodu yığıldıqdan sonra telefonda 2 ədəd İMEİ kodu olması, həmin İMEİ kodların İMEİ 1:**********38488, İMEİ 2:**********38496 olması müəyyən edilir. Telefonda quraşdırılmış “Tik- Tok” mobil tətbiqinə baxış keçirildi. Həmin tətbiqdə @llah197, @nefes.a.7 adlı hesabların olması görünür. Qeyd edilən hesablardan edilmiş paylaşımlarda araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. Bundan başqa “Redmi 13C” markalı mobil telefonda olan digər tədbiqlərə baxış keçrildi, hər hansı əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Şəkillər çəkilərək protokola əlavə edildi. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 4/326 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən “Tik-tok” sosial şəbəkəsində @xaçmaz, @xaçmaz884, @xaçmaz121, @yusif.abdullayev153, @genc_qazilər_ib_masallı, @xaçmaz 33, @asifabdullayev_044 hesablarında Zərərçəkmiş şəxs4, X2, X4, Zərərçəkmiş şəxs7, X3, Zərərçəkmiş şəxs2 Mirmöhsüm oğluna və Zərərçəkmiş şəxs6 məxsus fotoşəkillərin və videogörüntülərin üzərinə yazılan söz, söz birləşmələri və ifadələr təhqir xarakterlidir. Materialdakı təhqir xarakterli məlumatlar rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2025-ci il tarixli 5/420 saylı rəyindən görünür ki, təqdim edilmiş obyektin sensor ekran və “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “TECNO POVA 6 Neo” markalı”TECNO Lİ6” modelli “**********84241,**********84258”İMEİ kodlu mobil smartfon olması müəyyən edildi. Təqdim edilmiş “TECNO POVA 6Neo” markalı TECNO Lİ6” modelli mobil smartfonun yaddaşında toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar “Telegram”, Tikt-tok sosial şəbəkəsində aparılmış yazışmalar və s.) müəyyən olundu həmin müəyyən olunmuş məlumatlar xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan mobil cihaz yaddaşında “/Fayl Meneceri/Zip fayllar/Tik-tok _Data_**********.zip/Tik-Tok” ünvanında yerləşən Tik_Data_**********.zip” faylı daxilində “Tiktok”hesabı ilə istifadəçi tərəfindən qeyd olunmuş şərhlər, aparılmış yazışmalar, paylaşılmış postlar, hesaba dair sazlama və ayarlar, icra olunmuş bəyənmələr, məkan kordinatlar, canlı yayımlar və alış -verişə dair rəqəmsal qeydlər özündə əks “Comments” “Direct Messages”, “İncome-Wallet”, “Likes and Favorites”, “Location Reviews”, Posts”, “Profile and Setting”, “Tiktok Live”, “Tiktok Shop” və “Your Activitiy” adlı alt münyular aşkar olundu. Aşkar olunmuş “Your Activty” alt menyusu daxilində olan “Login History.txt” faylına baxış zamanı “Tiktok” sosial şəbəkəsinə aid istifadəçi girişi məlumatlarında tədqiq olunan mobil cihazla yanaşı, ”Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş ”Xiaomi Redmi 13 C” markalı ”21108RN04Y” modelli mobil cihazdan giriş olmasına dair rəqəmsal qeydlər müəyyən olundu. Mobil cihazın yaddaşında aparılmış bərpa prosesi nəticəsində “Fayl Meneceri / zip fayllar” tiktok_Data_**********. Zıp /Tiktok/ direcdtMesaggens.txt/”alt menyuda yerləşən “yusif.abdullayev 153” və “xaçmaz 121” adlı “Tiktok” hesablar arasında aparılmış tam oxunması mümkün olmayan yazışma bərpa edilərək, ”Ekspertiza 5-420” adlı qovluq daxilində xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Əldə olunmuş videofaylların metadatlarına əsasən qeyd olunan videofaylların ilkin olaraq yaradıldığı cihaza dair rəqəmsal qeydlər (“videoDevic”:””,) aşkar olunmamışdır. Metadatların təhlilinə əsasən, video fayllar hal-hazırda “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş “TECNO Lİ6”adlı cihazda yerləşsə də, bu cihazla çəkilməyibdir. (“isRecord”:0 və appRecord”:”0”) və videolar başqa bir cihazdan və ya mənbədən (USB,Bluetooth,Whatsapp,Drive və s. vasitəsilə) bu telefona köçrülüb, redaktə olunub(“isCropped”:1) və TikTok (com.zhiliaoapp.musically) tətbiqinə daxil edilibdir. Tədqiq olunan mobil cihaz yaddaşında aparılmış bərpa prosesi nəticəsində əldə olunmuş rəqəmsal qeydlər nəticəsində mobil cihaz yaddaşında “Tiktok” sosial şəbəkəsi üzərində “aftwolf”, “jeton.yigan.31”, “gmmgelsa”, “abiyevdi_44”, “xbxbs.hzjx”, “yusif.abdullayev153” və “zehra_5421” adlı istifadəçi hesablarının istifadə olunmasına dair rəqəmsal izlər aşkar olundu. Əldə olunmuş rəqəmsal qeydlərə əsasən “aftwolf” adlı istifadəçi hesabına xx.xx.2025-ci ildə, ”jeton.yigan.31” adlı hesaba xx.xx.2025-ci ildə, ”gmmgelsa”adlı hesaba xx.xx.2023-cü ildə, ”abiyevdi_44” adlı hesaba xx.xx.2025-ci ildə, “xbxbs.hzjx” adlı hesaba xx.xx.2025-ci ildə, yusif.abdullayev153”adlı hesaba xx.xx.2025-ci ildə və “zehra_54212 adlı hesaba xx.xx.2025-ci ildə ilki giriş olunmasına dair rəqəmsal qeydlər müəyyən olundu. Tədqiqat zamanı mobil cihaz yaddaşında “TiktTok” sosial şəbəkəsində aid cari istifadəçi hesabının “yusif.abdullayev153” olması müəyənləşdirildi. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 345 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı iki nəfər azyaşlı uşağları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(050)-223/2025 saylı hökmündən və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2025-ci il tarixli, 2-811/25-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasını çəkdiyi üçün Masallı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti azyaşlı şəxsə qarşı törətməsi CM-in 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar