Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-16/2024 10.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1974-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-73/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən bir ədəd odlu silahı və bir ədəd istifadəyə yararlı patronu qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamaqla gəzdirmiş, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi və yaşadığı evdə oldu silah saxlamasında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,270 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalarda və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulan, istifadə və atəş üçün yararlı döyüş sursatı olan patron, həmin tarixdə saat 19 radələrində əməliyyataxtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan paltar dolabının içərisindən 01 ədəd nömrəsi silinmiş, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah olan TOZ-8 modelli ov tüfəngi aşkar edilib götürülüşmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhərindən yaşadığı Masallı rayonuna qayıdarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində piyada hərəkət edən zaman yolun kənarında ağ rəngli kisəyə bükülmüş təxminən 1,5 metr uzunluğunda bir əşya onun diqqətini çəkmişdir. O, kisənin olduğu yerə yaxınlaşıb onu əlinə götürmüş və kisə yapışqanlı lentlə sarıldığı üçün yapışqanlı lenti bir qədər açıb kisənin içərisinə baxan zaman kisədə tüfəngə oxşayan silahın olduğunu görmüşdür. O, həmin silaha nəzər yetirəndə silahın patron yuvasında bir ədəd patronun olmasını görmüş və həmin patronu oradan çıxarmışdır. Daha sonra həmin patronu cibində olan boş siqaret qutusunun içərisinə qoymuşdur. Sonra silahı yenidən kisəyə qoyub yapışqanlı sarımışdır. O, həmin silahı özü ilə götürüb yaşadığı evə aparmaq və daha sonra polisə təhvil vermək niyyətində olmuşdur. Həmin gün “Lökbatan dairəsi” adlanan yerdən tanımadığı şəxsə məxsus avtomobillə yaşadığı Masallı rayonu, Boradigah qəsəbəsinə qayıtmış və birbaşa yaşadığı evə getmişdir. Həmin silah bükülmüş kisəni yaşadığı evdə yataq otağında olan paltar dolabına qoymuş, silaha aid patron isə əynində olan gödəkçənin sağ yan cibində olan siqaret qutusunun içərisində qalmışdır. xx.xx.2023-cü il tarixdə bədənində güclü ağrılar olduğundan narkotik vasitə almaq məqsədi ilə Lənkəran şəhərinə getmiş, orada “Ləvəngi dairəsi” adlanan yerdə əvvəllər tanımadığı şəxsdən narkotik vasitə heroin alaraq əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyub tanımadığı şəxsə məxsus avtomobil ilə Masallı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Masallı RPŞnin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə getmiş, orada təhqiqatçı şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Sonra hüquqlarının müdafiəsi üçün Masallı rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində heroin olan bir ədəd gümüşü rəngli sellofan bükümü, gödəkçəsinin sağ yan cibindən bir ədəd patron olan bir ədəd üzərində “KENT” sözləri yazılmış siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı həmçinin yaşadığı ünvanda bir ədəd odlu silah olduğunu və üzərindən aşkar edilərək götürülmüş bir ədəd patronu həmin silahla birlikdə təxminən 15 gün əvvəl Bakı şəhərindən tapdığını və yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd patron zərfə qoyularaq qablaşdırımışdır. Sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinə getmişlər. Orada onun razılığı ilə fərdi yaşayış evinə baxış keçirilmiş və o, yaşadığı evə daxil olaraq evin yataq otağında yerləşən paltar dolabının içərisində saxladığı bir ədəd TOZ-8 markalı silahı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd TOZ-8 markalı silah baş təhqiqatçı tərəfindən kisə ilə birlikdə götürülülərək qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-balistik ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə odlu silah saxlamaqda şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə şöbə rəisinin əmri ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində piyada hərəkətdə olmasını görüb polis əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə odlu silah saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmək üçün şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində baş təhqiqatçı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edilib bu barədə yazılı bildiriş verilmişdir. Sonra Təqsirləndirilən şəxs hüquqlqrının müdafiəsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Xalid Qurbanov video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Baş təhqiqatçı Xalid Qurbanov şəxsi-axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli sellofan bükümü və əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “KENT” sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 25 manata aldığını, özü qəbul etmək məqsədi ilə üzərində daşıdığını, yaşadığı ünvanda bir ədəd odlu silah olduğunu, üzərindən aşkar edilərək götürülmüş bir ədəd patronu həmin silahla birlikdə təxminən 15 gün əvvəl Bakı şəhərindən tapdığını və yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd patron zərflərə qoyularaq qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Orada Təqsirləndirilən şəxs icazəsi ilə fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı sonuncu evin yataq otağında yerləşən paltar dolabının içərisində saxladığı bir ədəd TOZ-8 markalı silahı təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən içərisində olduğu kisə ilə birlikdə bir ədəd silah qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş başqa hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan video disklərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X6 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sonuncu əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli sellofan bükümü və əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “KENT” sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim edərək, gümüşü rəngli kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 25 manata aldığını, özü qəbul etmək məqsədi ilə üzərində daşıdığını, yaşadığı ünvanda bir ədəd odlu silah olduğunu, üzərindən aşkar edilərək götürülmüş bir ədəd patronu həmin silahla birlikdə təxminən 15 gün əvvəl Bakı şəhərindən tapdığını və yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,4 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmışdır. Sonra aşkar olunan 01 ədəd patron da zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hançı əşya əşkar edilməmişdir. Daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən paltar dolabının içərisində saxladığı bir ədəd TOZ-8 markalı silahı təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən içərisində olduğu kisə ilə birlikdə bir ədəd silah qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)- 120/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 14 noyabr 2023-cü il tarixli 19/1006 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 0,270 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəksi-0,270 qr., tədqiqata sərf olundu-0,05 qr, qalıq-0,220 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X2 dair 16 noyabr 2023-cü il tarixli 1053 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respubllikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 15 noyabr 2023-cü il tarixli, 23/859 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-73/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məhburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,220 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd N-si silinmiş silah, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngi və 1 ədəd patron xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,220 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan 01 ədəd N-si silinmiş silah, Tula silah zavodunda 1955ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngi və 1 ədəd patron xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-16/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-16/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver