Məhkəmə qərarları › İş №1(050)-163/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-163/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-163/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1993-cü il tarixdə Masallı rayon, Təzəkənd kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X8 Kilinikası”nın təcili-tibbi yardım sürücüsü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində BD400582 BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında AB № 797764 nömrəli qeydiyyat şəhadətnaməsi ilə verilmiş etibarnamə ilə “X5” Masallı rayon filialına məxsus “Mercedes Benz xüsusi təcili yardım” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ələt-Astara şosessinin Masallı şəhəri ərazisindən keçən Masallı şəhəri, Heydər Əliyev prospekti ilə Bakı prospektini birləşdirən, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən, yəni yaşayış məntəqəsi daxilində avtomobili 60 km/saatdan artıq sürətlə idarə etməməli olduğu halda 70 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci issəsinin tələblərini pozmaqla, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğu halda, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etmədən hərəkətini davam etdirib Masallı şəhəri istiqamətində hərəkətdə olan rayonun Xıl kənd sakini X1 hüququnu təsdiq sənəd əsasında və etibarnamə ilə idarə etdiyi “X12 yük” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxdığından avtomobillər arasında toqquşma baş verməsinə və idarə etdiyi avtomobildə sərnişin qismində olan Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs sol qamış və sol incik sümüyünün orta 3/1-nin qəlpəli yerdəyişmiş sınıqları, 5-ci boyun fəqərəsinin qövsünün xətti sınığı və 2-ci, 3-cü və 4-cü bel fəqərəsinin sağ çıxıntılarının yerini dəyişən sınığı kimi, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Masallı rayon bioloji təbabət klinikası”nda təcili-tibbi yardım sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə həkim Şahid və tibb bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Lənkəran RMX-dan xəstə götürərək Bakı şəhərində yerləşən “Kəpəz” hospitalına aparmaları barədə təlimat almışdır. Saat təxminən 13 radələrində onlar Lənkəran RMX-na çatmışlar. Oradan Lənkəran şəhər sakini X2 götürmüşlər. Eşitdiyinə görə həmin xəstənin ürək çatışmazlığı xəstəliyi olmuşdur. Həmin xəstənin qızı Zəminə də onlarla gəlmişdir. Yolda gələrkən həkim Şahid ona demişdir ki, xəstəyə oksigen balonu lazımdır və maşında olan balon azlıq etdiyindən Masallı rayon X6 dönüb oksigen balonu götürmək istəmişlər. Onlar X6 gəlmişlər. Oradan oksigen balonunu götürərək Bakı şəhərinə yola düşmüşlər. Masallı rayon, Musaküçə kəndi ərazisində yerləşən “Musaküçə dairəsi” adlanan yerə çatarkən xəstəni Bakı şəhərinə təcili çatdırmaq lazım olduğundan operativ nəqliyyat vasitəsinə məxsus səs siqnallarından istifadə etmişdir ki, yolda hərəkətdə olan digər nəqliyyat vasitələri ona yol versin. Bu zaman Musaküçə kəndi istiqamətindən gələn “X13 yük” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi təcili-tibbi yardım avtomobilini sağ orta tərəfdən vuraraq aşırmışdır. Nəticədə o, tibb bacısı Zərərçəkmiş şəxs, həkim Şahid, Bakı şəhərinə apardıqları Lənkəran şəhər sakini Firəngiz Qurbanova və qızı Zəminə Qurbanova xəsarət almışlar. Oraya toplaşan tanımadığı şəxslər onları Masallı rayon X6 aparmışlar. Orada həkimlər onlara ilkin-tibbi yardım göstərmişlər. Sonra onlara məlum olmuşdur ki, hadisə zamanı onların avtomobilində olan Firəngiz Qurbanova bioloji təbabət klinikasında olarkən ölmüşdür. Firəngiz Qasımovanın ölümü onun törətmiş olduğu avtoqəza ilə əlaqəli olmamışdır. Hadisədən sonra o, sağ olmuş, “Masallı rayon bioloji təbabət klinikası”nda ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Tibb bacısı Zərərçəkmiş şəxs isə sol qamış və sol incik sümüyünün orta 3/1-nin qəlpəli yerdəyişmiş sınıqları, 5-ci boyun fəqərəsinin qövsünün xətti sınığı və 2-ci, 3-cü və 4-cü bel fəqərəsinin sağ çıxıntılarının yerini dəyişən sınığı xəsarətini almışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyanı tam ödəmişdir, odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Masallı Rayon Bioloji Təbabət Klinikası”nda tibb bacısı işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində o, həkim Əşrəf və təcili tibbi yardım sürücüsü Təqsirləndirilən şəxsla birlikdə X2 Lənkəran RMX-dan götürmüşlər. Lakin təcili tibbi avtomobilində olan oksigen balonunda oksigen az olduğundan Masallı X6 dönüb oradan balon götürmək istəmişlər. Bioloji Təbabət klinikasından balonu götürüb Bakı şəhərinə yola düşmüşlər. O və Əşrəf avtomobilin arxa tərəfində xəstənin yanında oturmuşlar. Bioloji Təbabət klinikasından çıxdıqdan təxminən 3-5 dəqiqə sonra qəflətən avtomobilə zərbə dəyməsini və nəticədə avtomobilin aşmasını görmüşlər. Avtomobilin aşması nəticəsində avtomobilin arxa qapıları açılmış və Şahid avtomobildən yola düşmüşdür. O, isə avtomobilin salonunun müxtəlif hissələrinə dəyərək bədənimin müxtəlif nahiyələrindən xəsarət almışdır. Daha sonra sol ayağında kəskin ağrılar hiss etmiş və ayağını tərpədə bilməmişdir. Az sonra hadisə yerinə təcili-tibbi yardım gələrək onları xəstəxanaya aparmışlar. Orada həkimlər onlara ilkin-tibbi yardım göstərmişdir. Hadisə nəticəsində sol qamış və sol incik sümüyünün orta 3/1-nin qəlpəli yerdəyişmiş sınıqları, 5ci boyun fəqərəsinin qövsünün xətti sınığı və 2-ci, 3-cü və 4-cü bel fəqərəsinin sağ çıxıntılarının yerini dəyişən sınığı xəsarətini almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyanı tam ödənilmişdir, odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs cinayət işinə xitam verilməsi barədə ərizəsini məhkəmə istintaqında təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Masallı Rayon Bioloji Təbabət Klinikasında təcili-tibbi yardım həkimi işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində o, tibb bacısı Zərərçəkmiş şəxs və təcili tibbi yardım sürücüsü Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə X2 Bakı şəhərində yerləşən “Kəpəz” hospitalına təcili aparmaq üçün, onu Lənkəran RMX-dan götürmüşlər. X6 aid təcili tibbi yardım avtomobilini Masallı rayon, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etmişdir. Təcili tibbi avtomobilində olan oksigen balonunda oksigen az olduğundan Masallı X6 dönüb oradan balon götürmək istəmişlər. Bioloji Təbabət klinikasından balonu götürüb Bakı şəhərinə yola düşmüşlər. O və Əşrəf avtomobilin arxa tərəfində xəstənin yanında oturmuşlar. Bioloji Təbabət klinikasından çıxdıqdan təxminən 3-5 dəqiqə sonra qəflətən avtomobilə zərbə dəyməsini və nəticədə avtomobilin aşmasını görmüşlər. Avtomobilin aşması nəticəsində avtomobilin arxa qapıları açılmış və o, avtomobildən yola düşmüşdür. Düşdükdən sonra o, bədəninin müxtəlif nahiyələrindən xəsarət almış və çətinliklə ayağa qalxıb yolun kənarında oturmuşdur. Daha sonra o, X6 zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə təcili-tibbi yardım gələrək onları xəstəxanaya aparmışlar. Orada həkimlər onlara ilkin-tibbi yardım göstərmişdir. Masallı rayon Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 13 iyun 2023-cu il tarixli, 540 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs, sol qamış və sol incik sümüyünün orta 3/1-nin qəlpəli yerdəyişmiş sınıqları, 5-ci boyun fəqərəsinin qövsünün xətti sınığı və 2-ci, 3-cü və 4-cü bel fəqərəsinin sağ çıxıntılarının yerini dəyişən sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 17 may 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 21 iyun 2023-cü il tarixli, 8/1605 saylı rəyindən görünür ki, 1a.2a. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “X12” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -1b.2b. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Benz” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü S.Z.X10 marjkalı təcili-tibbi yardım avtomobilini yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-165/2-5156/2023 nömrəli məktubuna əsasən Masallı rayon, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə BD-400582 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxsin (cinayət əməli törətmiş şəxsin, şikayətçinin və şahidin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin təqdim məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti, iddia və ya tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 263.1. və ya 263.1.-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2.-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş ziyanın tamamilə ödənilməsi və onların cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsinin qeyd hissəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işinə üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “bаşqа yеrə gеtməməк hаqqındа iltizаm” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “bаşqа yеrə gеtməməк hаqqındа iltizаm”qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar