Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-163/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-cı maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 il 05 ay 27 gün müddət azadlıqdan məhrumetmə cəzası hesablanmış və CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirmək yolu ilə qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-59/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və 20 iyun 2024-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə mərhum nənəsi X2 məxsus Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpaqda qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 07 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 20 iyun 2024cü il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayonu Xıl kəndi ərazisində yerləşən mərhum nənəsi X2 məxsus evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan ümumi təmiz çəkisi 150,0 qram olan 07 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə məhkum olunmuşur. Uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin aprel ayının ortalarında Masallı rayonu Xıl kəndində yaşadığı küçənin yaxınlığında piyada hərəkət edərkən yerdə kibrit qutusu görmüş və həmin kibrit qutusunu götürüb içərisində baxdıqda kibrit qutusunun içərisində çətənə bitkisinə aid toxumların olmasını görmüşdür. Maddi imkanı çox aşağı olduğundan və narkotik vasitə olan qurudulmuş marixuana əldə edə bilmədiyindən həmin çətənə bitkisinin toxumlarını öz istifadəsi üçün əkib becərmək qərarına gəlmişdir.Həmin toxumları vəfat etmiş ata nənəsi X1 həyətində əkmişdir. Bundan sonra həmin toxumları əkmək üçün nənəsinə məxsus evin həyətində münbit şərait yaratmağa başlamış və 2024cü ilin aprel ayının ortalarında kibrit qutusunun içərisində olan çətənə toxumunu mərhum nənəsinə məxsus fərdi yaşayış evinin həyətində torpağa əkib diblərinə su tökərək onlara qulluq etməyə başlamış və 07 ədəd çətənə kolu yetişmişdir. xx.xx.2024-cü il tarixdə telefonu xarab olduğu üçün usta yanına getmiş, qayıdarkən "xxxx" ASC-nin qarşısında dayanıb taksi gözləyən zaman içərisində üç nəfər polis əməkdaşı olan qara rəngli avtomobili yanında saxlayaraq onu maşına mindirib Rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu bir otağa salıb döymüşlər, ona sual vermişlər ki, malı neynəmisən?. O, da üzərində hər hansı “malın” olmadığını bildirmişdir. Daha sonra onun üzərində axtarış aparılmış, qanunla qadağan olunmuş əşya, maddə və predmet aşkar olunmamışdır. Daha sonra cinayət axtarış şöbəsinin rəisi Nəsimi müəllim otağa daxil olmuşdur. Ondan “malı” neynədiyini və kimdən götürdüyünü soruşmuş, cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etmir. Bundan sonra onu Nəsimi müəllimin otağına gətirmişlər, ona qarşı nalayiq ifadələr işlədilərək qarşısına içərisində metamfetamin olan selofan atılaraq üzərinə qoyacaqlarını bildirmişlər. O, yalnız narkotik vasitə qurudulmuş marixuna istifadə etdiyini, 9 aydır ki, digər zərərli maddələrdən (kakos, şüşə) istifadə etmədiyini, lazımdırsa buna görə ekspertizadan keçməyə hazır olduğunu bildirmişdir. Nəsimi müəllimin onun yanında telefon vasitəsi ilə tanımadığı şəxslərlə videogörüntü ilə əlaqə saxlamışdır. Videogörüntüdə həmin şəxslərin onun nənəsinin həyətində axtarış apardığını görmüşdür. Həmin tanımadığı şəxslər evin həyətinə baxan zaman həyətdə narkotik tərkibli bitki çətənə kolu aşkar etmişlər. Bundan sonra onu polis şöbəsindən nənəsinin evinə aparmışlar. Nənəsinin həyətinə baxış keçirilən zaman ümumilikdə 07 ədəd həmin çətənə kolları torpaqdan çıxarılaraq yerə sərilmiş və təhqiqatçı tərəfindən həmin bitkilərin uzunluqları ölçülmüşdür. Bitkilərin ən kiçiyinin uzunluğunun 80 sm və ən böyüyünün uzunluğunun 90 sm olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin bitkiləri ümumilikdə elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 275 qram olması müəyyən edilmişdir.Ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, səhv hərəkətə yol verdiyini başa düşür. Aşkar olunan həmin 07 ədəd çətənə kollarını o özü əkmişdir. Himayəsində 2 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, istifadə etməsi, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyani sahəsində əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi Şahid1, qrup üzvləri kimi X13dan və ondan ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində yerləşən "xxxx" ASC-nin yaxınlığında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələri qanunsuz üzərində saxlamasında, istifadəsində, eləcədə Masallı rayonu Xıl kəndində yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduqlarını bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını, fərdi yaşayış evinin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olub-olmamasını soruşduqları zaman o, üzərində narkotik vasitə olmamasını, lakin Masallı rayonu Xıl kəndində yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsində narkotik tərkibli çətənə kolları əkib becərməsini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş və o onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs X13un xidməti otağına dəvət etmişlər. X13 Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamış. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən bir ədəd samsung markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoyub üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predment olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Lakin onun üzərindən istifadəsi qanunla qadağan edilmiş hər hansı bir başqa şübhəli əşya predmentə rast gəlinməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung markalı mobil telefon zərfləşdirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evlərinin həyətyani sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsini bildirmişdir. Şəxsi axtarış qurtardıqdan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin davamı olaraq proses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi, sonradan mərhum nənəsi X2 məxsus olmasını bildikləri fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirmək üçün getmişlər. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə proses iştirakçılarının o, cümlədən mütəxəssis qismində dəvət edilmiş Şahid3 iştirakları ilə çətənə bitkilərini əkdiyi həyətyani sahəyə baxış keçirilməyə başlanılmışdır. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs mərhum nənəsi X2 məxsus fərdi yaşayış evinin həyətyani sahəsinin dəmir şiferlə bağlanmış hasarının kənarında torpağa əkdiyi və aqrotexniki qaydada qulluq etdiyi ümumilikdə 07 ədəd çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak etmiş mütəxəssis Şahid3 həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi ümumilikdə 07 ədəd çətənə kolları təhqiqatçı tərəfindən torpaqdan çıxarılaraq yerə sərilmiş və həmin bitkilərin uzunluqları ölçülmüşdür. Bitkilərin ən kiçiyinin uzunluğunun 80 sm və ən böyüyünün uzunluğunun 90 sm olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin bitkiləri ümumilikdə elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 275 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-dən ona zəng olunaraq Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu üçün onun təqdim edəcəyi yerə baxış keçiriləcəyini bildirib, onun da orada mütəxəssis kimi iştirak etməyi üçün dəvət etmişlər. Həmin tarixdə saat 17 radələrində polis əməkdaşları, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçilə birlikdə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarını təqdim edəcəyi Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi yerə getmişlər. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə proses iştirakçılarının iştirakları ilə çətənə bitkilərini əkdiyi həyətyani sahəyə baxış keçirilməyə başlanılmışdır. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyani sahəsinin dəmir şiferlə bağlanmış hasarının kənarında torpağa əkdiyi və aqrotexniki qaydada qulluq etdiyi ümumilikdə 07 ədəd çətənə bitkisi aşkar edilmişdir. Kollara baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi ümumilikdə 07 ədəd çətənə kolları təhqiqatçı tərəfindən torpaqdan çıxarılaraq yerə sərilmiş və həmin bitkilərin uzunluqları ölçülmüşdür. Bitkilərin ən kiçiyinin uzunluğunun 80 sm və ən böyüyünün uzunluğunun 90 sm olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin bitkiləri ümumilikdə elektron tərəzidə çəkmiş və bitkilərin ümumi çəkisinin 275 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürləndikdən sonra zərfin üzəri tərəflərindən imzalanmışdır. Daha sonra o aşkar edilmiş çətənə kollarının həqiqətən də narkotik tərkibli bitkilər olması, onlara aqrotexniki qaydada qulluq edilməsi barədə müvafiq rəy tərtib etmişdir. Onun iştirakı ilə zəruri sənədləşmə işləri aparılaraq baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolu imzalamaqla təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 iyun 2024cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/503 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətindən aşkar edilərək götrülmüş narkotik vasitə olan çətənə koluna bənzər bitkilər 7 ədəd....” sözlər və imzalar olan zərfin içərisində, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi 150,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olumuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkisinin ümumi təmiz çəkisi 0,150 qram, cəmi tədqiqata sərf olundu 0,07 qram, (hər.ob.-0,1 qr) qalıq 149,3 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 530 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən əkilmiş və keçirilmiş baxış zamanı 07 ədəd olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 149,3 qram qalmış çətənə (kannabis) bitkiləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerinə təhvil verilmişdir. Masallı rayonu Bitki mühafizə və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisinin xx.xx.2024-cü il tarixli mütəxəssis (aqronom) rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində torpağa əkilmiş 07 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Sorğu əsasında alınmış əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında Masallı rayonu Xıl kəndində mərhum nənəsi X2 məxsus fərdi yaşayış evinin həyətyani sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan ümumilikdə 07 ədəd çətənə bitkilərini şəxsi istifadəsi məqsədi ilə əkmiş, həmin bitkilərə qulluq etməklə onları kultivasiya etmişdir. Özünün deməsinə görə həmin bitkilərin toxumlarını yaşadığı kənd ərazisində piyada hərəkətdə olarkən yolun kənarından kibrit qutusunun içərisində tapmışdır. Bu istiqamətdə əməliyyat tədbirləri keçirilsə də əlavə hər hansı bir dəlil sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitələrdən istifadə edir və dəfələrlə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. X7 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı maddə, predmet və əşya aşkar olunmaması, təhqiqatçının şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evlərinin həyətyani sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsini bildirməsi müəyyən olunur. xx.xx.2024-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Masallı rayonu Xıl kəndində çəpərə alınmış həyətə daxil olduqdan 20 metr irəlilədikdə dəmir çəpərin yanında Təqsirləndirilən şəxs 7 ədəd əkdiyi çətənə kollarını təqdim edərək həmin kolları öz istifadəsi üçün əkdiyini və həmin toxumların çoxdandır ki, özündə olmasını bildirmişdir. Təqdim olunmuş çətənə kollarına bənzər bitkilər çıxarılmış, 1-ci kol 90 sm, 2-ci kol 85 sm, 3-cü kol 87 sm, 4-cü 81 sm, 5-ci kol 80 sm, 6-cı kol 84 sm, 7-ci kol isə 80 sm olmaqla ümumilikdə 275 (iki yüz yetmiş beş) qram təşkil etmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilmiş çətənə kollarına bənzər bitkilər iştirakçıların, müdafiəçinin və aqranomun iştirakı ilə götürülüb zərfə qoyulmuş və DİN-nin 90 saylı möhürü ilə möhürlənərək üzərinə imzalar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətinin digər yerlərinə baxış keçirilmiş, baxış zamanı əlavə olaraq saxlanılması qanunla qadağan olunmuş hər hansı maddə, əşya və predmet aşkar edilməmişdir. Masallı Rayon Mərkəzi X9 Şəxsin 02 iyul 2024-cü il tarixli, 18-1-60/2-1058/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2455 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatriya xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, işə əlavə edilmiş hökmün surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, 2-1624/24-62-16 saylı məktubundan görünür ki, Abasov X8 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69-cu maddəsi nəzərə alınmaqla qəti olaraq cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 68.1.1-1 və 67-ci maddələri nəzərə alınmaqla qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abasov X8 rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayır. X4, oğlu xx.xx.2011-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2013-cü il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, ata nənəsi məhrum X2 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 07 ədəd narkotik tərkibli çətənə kollarının aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Plenum qəarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilsə də, məhkəmə istintaqında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə aparıldıqdan sonra otağa salınb döyülməsi, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi barədə göstərdiyi hallara tənqidi yanaşır və həmin ifadəyə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması üçün özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə onun döyülməsi və ya digər amansız rəftara məruz qalmasını bildirməsi hissəsini mümkün sübut növü kimi qəbul etmir. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə baxış keçirilməsi və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahid ifadələri, ekspertiza rəyləri, habelə təqsirləndirilən şəxsin barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-59/2024 nömrəli məhkəmə iclasında Təqsirləndirilən şəxs aşkar olunan çətənə kollarını səhv edib əkdiyini, hadisə yerini özünün təqdim etməsini, şəxsi istifadəsi üçün özünün əkməsini, bundan başqa məhkəmə istintaqında ifadə verərəkən sonda məhkəmədən himayəsində iki nəfər azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etməsi onu göstərir ki, Təqsirləndirilən şəxs döyülməsi və ya amansız rəftara məruz qalması tam təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmağa, özünü müdafiə etməyə yönəlmiş hərəkərtləridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi barədə iddiası özü və müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamış, həmçinin barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət və təqdimata baxılarkən həmin iddia məhkəmə qarşısında da qaldırılmamış, hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu səsəbdən də, məhkəmə istintaqında heç bir dəlillə möhkəmləndirilməyən döyülməsini bildirməsinə dair iddiası özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal kimi nəzərə alına bilməz. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 21-ci bəndinə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda tərkibində narkotik maddə olan çətənə növlü bitkilərin xeyli miqdar (hissə) daxil olmaqla, aşağı həddi-3 ədəd (6 hissə) təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs mərhum nənəsi X2 məxsus Masallı rayonu, Xıl kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 07 ədəd miqdarında çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan tələbnamədən, hökmün surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, 2-1624/24-62-16 saylı məktubundan görünür ki, Abasov X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 67-ci maddələri nəzərə alınmaqla qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda ona CM-in 65.2ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərə alına bilən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1.-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsaəsn məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Fıramiz oğlu oğlu əvvəllər bir neçə dəfə narkotik cinayətlərinə məhkum olunmuş şəxsdir, sonuncu məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən az ağır cinayət törətmişdir. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2. və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 149,3 qram olmuş narkotik təbiətli 07 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan 2 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın və cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut- Masallı rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 149,3 qram olmuş narkotik təbiətli 07 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 2 ədəd CD disklər iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-163/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-163/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver