Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-165/2024 04.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 15 gün hissəsi 01 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 20 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-58/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini 15 manat pul müqabilində qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitəni qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 20 iyun 2024-cü il tarixdə, saat 03 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Şərəfə kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi -0,615 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o xx.xx.2024-cü il tarixdə cəzasının çəkilməmiş 01 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən tutulanadək narkotik vasitə istifadə etməmişdir. Belə ki, o Masallı rayonu, Şərəfə kəndində yerləşən kafedə dostu Hicran və onun əmisi oğlu Turqutla birlikdə əyləşib pivə içmişlər. Dostu Hicranı kafeyə özü dəvət etmiş, Turqutu isə kafeyə sonradan dostu Hicran onu evə aparmaq üçün taksi sürücüsü kimi dəvət etmişdir. Turqutla birlikdə kafedən çıxanda o, maşınında dərman olduğunu həmin dərmanı evlərinə verəcəyini daha sonra onu ünvanına aparacağını bildirmişdir. O, da buna etiraz etməyərək Turqutla birlikdə Turqutun idarə etdiyi maşınına əyləşərək yola düşmüşlər. Turqutun yaşadığı evin küçələrinə çatdıqda əməliyyatçıların arxalarınca düşdüyünü görüb Turqut maşını həyətlərində saxlayıb evinə qaçmışdır. Əməliyyatçılar onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları Turqutu saxlamamışlar, çünki atası Təhmasib oğlunu evin içərisinə salaraq polislərin onu saxlamalarına mane olmuşdur. Onu saxlayan 4 nəfər polis əməkdaşları olmuş, ikisi qolundan tutaraq maşına sıxmış, Elvin adlı əməliyyatçı əlini onun ciblərinə salaraq bir büküm çıxarmış və “bu sənindir” deyə bildirmişdir. Lakin onun üzərində həmin vaxt hər hansı qanunla qadağan edilmiş əşya, maddə və predmet olmamışdır. Əməliyyatçılar tərəfindən üzərinə qoyulmuşdur. Polis şöbəsində etirafedici ifadə verməsinə səbəb fiziki zorakılığa məruz qalması olmuşdur. Polis şöbəsində onu kürəyi üstə yerə yıxmışlar və bədənin müxtəlif hissələrinə təpiklə zərbələr endirmişlər. Bakı istintaq təcridxanasına təhvil verilərkən bədənində xəsarət aşkar olunmuş, həmin xəsarətin səbəbinin aydınlaşdırılması üçün prokurorluğa məlumat verilmişdir. Xəsarətlə bağlı izahatını almış müstəntiq onun izahatında yıxıldığını şikayət və tələbinin olmadığını qeyd etməsini bildirmiş, o da onun dediklərini qeyd etmişdir. Fiziki zorakılıq nəticəsində etirafedici ifadə verməyə məcbur edilməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda məhkəmədən himayəsində uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə olan metamfetamin qəbul edir. Narkotik vasitə və ya psixotrop maddələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. Əvvəllər törətdiyi oğurluq əməlinə görə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saat təxminən 11 radələrində bədənində ağrılar yaranmağa başladığından psixotrop maddə almaq qərarına gəlmişdir. Bunun üçün o, Lənkəran rayonu ərazisinə getməli olmuşdur. Çünki əvvəllər də bir neçə dəfə Lənkəran rayonu ərazisindən tanımadığı şəxsdən narkotik vasitə almışdır. Həmin gün günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən “Seybətin dairəsi” adlanan yerə gəlmiş və orada Lənkəran rayonu istiqamətinə gedən bir neçə avtomobilə əl etmişdir. “Vaz 2107” markalı avtomobil onun yanında saxlamış və hara getdiyini soruşmuşdur. O, Lənkəran rayonu Qumbaşı kəndinə gedəcəyini demiş və avtomobilə əyləşmişdir. Qumbaşı kəndi ərazisinə çatdıqda o, həmin şəxsdən avtomobilini saxlamasını xahiş etmiş və daha sonra avtomobildən yerə düşmüşdür. Saat artıq 12 radələri olmuşdur. Bir qədər qarşıya getmişdir ki, yolun kənarında əvvəllər tanımadığı, zahirən narkotik vasitə aludəçisinə oxşatdığı bir nəfər şəxsin dayanmasını görüb ona yaxınlaşmışdır. Həmin şəxsə ona narkotik vasitə lazım olduğunu bildirmişdir. O, isə ona üzərində hazırda “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu demişdir. O, həmin şəxslə 1 bükümdə olan metamfetamini 15 manata razılaşmış və həmin pulu verərək, metamfetamini götürüb tanımadığı avtomobil sürücüsü ilə Masallı rayonu ərazisinə qayıtmışdır. Həmin bükümdə olan psixotrop maddə metamfetamini qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, şərait olan kimi istifadə etsin. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat artıq 03 radələrində yaşadığı evdən çıxıb piyada gəzəgəzə Şərəfə kəndi ərazisinə getmişdir ki, orada əlverişli şərait tapıb üzərində olan psixotrop maddə metamfetamini istifadə etsin. Şərəfə kəndi ərazisində piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-in polis əməkdaşları Nüsrət və Elvin adlı şəxs olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞyə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin 2 nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞnin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. X1suz olaraq üzərində narkotik vasitənin qanunsuz istifadəsində və üzərində daşınmasında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X8 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən ona məxsus 1 ədəd alışqanı və qara rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təhqiqatçı tərəfindən ona həmin psixotrop maddə metamfetamini nə vaxt, haradan, kimdən aldığı və hansı məqsədlə üzərində gəzdirməsi barədə suallar verilmişdir. O, suallara cavab olaraq, psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saat 12 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manat aldığını və üzərində şəxsi istifadə məqsədilə daşımasını bildirmişdir. Sonra X8 tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 0,80 qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş, ona məxsus olan 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. 1 ədəd alışqan isə iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-yə dəvət etdikləri zaman və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X11 ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə Masallı rayonu, Səmidxan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X7 və onun üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Masallı rayonu, Şərəfə kəndində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən onun və polis nəfəri Şahid2 iştirakı ilə saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında X8un xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd alışqanı və sağ yan cibindən 1 ədəd qara rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxsdən 15 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,80 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. 1 ədəd alışqan isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 X6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs ilə çəzaçəkmə müəssisəsində çəza çəkdiyi dövrdə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Rauf və əmisi oğlu Hicran çayxanada birlikdə olan zaman ona zəng edib olduqları yerə çağırmışlar. O, da onların olduğu Şərəfə kəndində yerləşən çay evinə getmişdir. Birlikdə əyləşib çay içdikdən sonra aralarında belə razılaşma olmuşdur ki, Raufu gecə olduğuna görə onu maşını ilə evlərinə aparacaqdır. Çay evində olan zaman evdən ona zəng gəlmiş anasına dərman alıb evə gətirməsini bildirmişlər. O, həmin vaxt Rauf və Hicrana dərman almaq üçün aptekə getdiyini, gələndə Raufu götürüb evlərinə aparacağını bildirmişdir. O, aptekə gedib tabletka və iynə aldıqdan sonra gəlib çay evindən Raufu götürərək maşınla evlərinə doğru hərəkət etmişlər. Şərəfə kəndində yerləşən küçələrində olan zaman ağ hundai markalı nəqliyyat vasitəsinin onların arxasınca gəldiyini görmüşdür. Maşının evlərinin qapısının yanında saxlamış, arxalarınca gələn ağ maşın da evlərinin yanında saxlamış və 4 nəfər polis əməkdaşları mülki geyimdə maşından düşərək “Raufda narkotik var”, “Turqutun üzərində narkotik var” deyib onların hər ikisinin qolundan tutmuş aparmaq istəmişlər. Həmin vaxt atası Təhmasib həyətə düşüb əməliyyatçılara irad bildirdikdən sonra onu buraxsalar da Raufu aparmışlar. Bundan başqa həyətlərində olan 4 nəfər əməliyyatçılardan birini o daha əvvəl tanımışdır. Ümumiyyətlə o, polis şöbəsində olan əməliyyat işçilərinin hamısını tanıyır. Belə ki, əvvəllər onu da şərləyib işgəncəyə məruz qoyaraq, üzərinə narkotik vasitə qoymuşlar. Onun maşınında narkotik vasitə olmaya-olmaya onu şərləyib maşınından narkotik vasitə çıxarmışlar. Eləcə də hansı qanunda yazılıb ki, polis əməkdaşı mülki geyimdə əməliyyat keçirə bilər. Onların hansı səbəbdən qanunsuz olaraq həyətlərinə girmişlər. Bundan başqa onunla Raufun ifadəsində bir sıra zidiyyətlərin olması barədə sualı cavablandırarkən Raufun ola bilər ki, həyəcanlı olması səbəbindən olsun. O, əmindir ki, Rauf saxlanılarkən üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və maddə olmamış, polislər tərəfindən işcəngəyə məruz qalaraq üzərinə qoyulmuş və etirafedici ifadə vermişdir. Qeyd etdiklərinə əmin olmağına səbəb özü də polislər tərəfindən işcəngəyə məruz qalaraq, şərlənib üzərinə narkotik vasitə qoyulması olmuşdur. Polis tərəfindən məruz qaldığı qeyri-insani rəftar barəsində heç bir yerə müraciət etməmiş, eləcə də Masallı Rayon Məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması ilə əlaqədar ittihamedici hökm çıxarılsa da o, həmin hökmdən narazı olmadığı üçün şikayət verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 11-12 radələrində Şahid3 zəng edərək anası üçün tabletka dərmanı almasını tapşırmışdır. Həmin gün gecə saatlarında iki maşının həyətə girdiyini görmüş, maşınlardan biri oğluna məxsus olmuş digər maşının isə sonradan polis əməkdaşlarına məxsus olmasını bilmişdir. Həyətlərində olan zaman polis əməkdaşları tanımadığı bir şəxslə boğuşduğunu görmüşdür. O, polis əməkdaşlarına nə üçün belə etdiklərini soruşduqda onlar heç bir şey etmədiklərini bildirmişlər. Daha sonra həyətlərindən oğlu ilə gələn bir nəfəri maşınlarına mindirib aparmışlar. Həmin adamın kim olduğunu bilmir, oğlundan soruşduqda ona bildirmişdir ki, yolda gələndə ona əl etmiş, ona görə maşınına mindirmişdir. Bundan başqa o məhkəməyə sual verir ki, mülki geyimdə olan polis əməkdaşı qanunsuz olaraq nə səbəbə həyətinə daxil olmuşdur?. O bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Şahid4 sualları cavablandırarkən əvvələcə Turqutu evdən dərman üçün göndərdiyini, daha sonra bir yerdə yaşamadıqlarını, oğlunu danışdırmadığını telefonu anasına verib dərman tapşırdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 20 iyun 2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 03:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 01 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükülünü təqdim etməsi və həmin bükülüdə olan maddənin metamfetamin olmasını, şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə 15 manat müqabilində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən almasını, onu saxlayaraq polis şöbəsinə gətirən şəxslərin Şahid1 və E.Əkbərli olmasını onlara qarşı heç bir etirazının olmadığını bildirməsi müəyyən olunur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/502 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,615 qram olan ağ rəngli kristallardan ibarət maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,615 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,565 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 539 nömrəli rəyindən görünür ki, stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab ediməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,565 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın video çəkilişinin əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq, psixotrop maddə metamfetamin saxlanılması üçün RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Səmidxan kəndi yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi -0,615 qram təşkil edən psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğu üçün şəxsi istifadəsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manat pulun müqabilində alıb üzərində saxlamışdır. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin onu görə bilən şəxslərin dairəsi barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Masallı Rayon Mərkəzi X9 Şəxsin 02 iyul 2024-cü il tarixli, 18-1-60/2-1059/2024 saylı məktubundan görünür ki, Əliyev X3 psixo-nevroloji və narkoloji kabinetində qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2345 saylı arayışdan görünür ki, Əliyev X5 xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 15 gün hissəsi 01 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X13 rayonu, İ Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayır. Oğlu xx.xx.2006-ci il təvəllüdlü X12 və qızı xx.xx.2008-ci il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Bakı İstintaq Təcridxanasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Masallı RPŞ-nin hesabında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:25 radələrində müəssisənin tibbsanitar hissəsində müayinədən keçirilən zaman sağ kürək və sağ bazunun arxa tərəfində sarımtıl rəngli qançır izləri aşkar olunmuşdur. Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4288/2024 saylı xüsusi məlumatdan və 17/40/2-4288/2024 saylı məlumatdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Masallı RPŞ-nin hesabında olan həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:25 radələrində müəssisənin tibbsanitar hissəsində müayinədən keçirilən zaman sağ kürək və sağ bazunun arxa tərəfində sarımtıl rəngli qançır izləri aşkar olması ilə bağlı müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə və Masallı rayon prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin materiallarında olan 24 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı Bakı istintaq təcridxanasının məlumatı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırılmış və toplanmış material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bəhs edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında 20 iyun 2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşlarının keçdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilməsini, şəxsi axtarış zamanı ondan qanunsuz olaraq saxladığı psixotrop maddə aşkar edilərək götürülməsini, fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmasını, 21 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsini, BİT-də bədəninə baxış zamanı xəsarətlər aşkar edilməsini, saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmadığını və xəsarət almadığını, hazırda heç bir şikayət və tələbinin olmamasını, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini göstərmişdir. Həmçinin qeyd olunan araşdırma zamanı Təqsirləndirilən şəxs Əİisa oğlu ərizə ilə müraciət edərək məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini, şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-58/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində aşkar olunan psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manata almasını, şəxsi axtarış zamanı və sonrasında ona qarşı işgəncə və ləyaqəti alçaldan hərəkətlərə yol verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Plenum qəarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəyə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması, özünü müdafiə xarakter daşıması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahid ifadələri, ekspertiza rəyləri, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda bədəni üzərindəki xəsarətlə bağlı dindirlən zaman izahatında saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmaması, xəsarət almaması, heç bir şikayət tələbinin olmaması, məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etməsini bildirməsi, habelə təqsirləndirilən şəxsin barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-58/2024 nömrəli qərarına əsasən məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olması, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 15 manata alması, şəxsi axtarış zamanı və sonrasında ona qarşı işgəncə və ləyaqəti alçaldan xarakterli hərəkətlərə yol verilməməsini bildirməsi onu göstərir ki, Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi tam təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmağa, özünü müdafiə etməyə yönəlmiş hərəkərtləri kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsini fiziki və ya psixi zorakılığın təsiri ilə verməsi barədə iddiası, özü və müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamış, həmçinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda üzərindəki xəsarətlə bağlı dindirlən zaman izahatında saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmaması, xəsarət almaması, heç bir şikayət tələbinin olmaması, məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etməsinin bildirməsi, eləcə də barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət və təqdimata baxılarkən qeyd olunan iddia məhkəmə qarşısında da qaldırılmamış, əksinə olaraq o, psixotrop maddənin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə etməsini, ona qarşı işgəncə və ləyaqəti alçaldan xarakterli hərəkətlərə yol verilməməsini bildirmiş, iddia üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilsə də, təqsirləndirilən şəxs və yaxud onun müdafiəçisi həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmiş, mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal kimi qəbul etmir. Ona görə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiklərinin həqiqəti əks etdirdiyi, cinayət işinin materiallarında olmaqla digər sübutlarla üst-üstə düşdüyü və biri digərini tamamladığı nəticəsinə gəldiyindən, məhkəmə həmin ifadələrdə, həmçinin video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı verilən sualları cavablandırarkən qeyd edilənləri həqiqəti əks etdirən əsaslı sübut növü kimi qəbul edərək Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Bundan başqa məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrinə münasibətdə onu qeyd edir ki, şahidlərdən Şahid3 əvvəllər narkotik vasitəni üzərində saxlamaqla daşıması cinayətinə görə məhkum olunmuş şəxsdir. O, məhkəmədə əlavə şahid qismində dindirilərkən polis əməkdaşlarına qarşı qərəzli olmasını açıq-aşkar nümayiş göstərmişdir. Belə ki, ifadəsində hər dəfə əvvəllər tutulduğu narkotik cinayətinə görə polis əməkdaşları tərəfində fiziki zorakılığa məruz qalmasını, şərlənərək üzərinə narkotik vasitə qoyulduğunu buna görədə Raufun da eyni aqibətlə üzləşdiyinə əmin olduğunu bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı verilmiş sualları cavablandırarkən Şahid3 polis tərəfindən ona olunan qanunsuz hərəkətlərindən aidyyəti orqanlara şikayət etmədiyini, barəsində məhkəmə tərəfindən çıxarılmış ittiham hökmü ilə azadlıqdan məhrumetmə cəzası verildiyi üçün apellyasiya qaydasında şikayət verməməsini qeyd etməsi onun hazırki iş üzrə obyektiv ifadə vermədiyini göstərir. Habelə Təqsirləndirilən şəxs ilə Şahid3 tutulan zaman baş vermiş hadisəni fərqli formada təsvir etmişlər. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman ifadəsində polislərin Şahid3 həyətində onu tutub saxladığını, Turqutun isə qaçıb evlərində gizləndiyini bildirsə də, həmin epizodu Şahid3 və atası Şahid4 fərqli formada təsvir edərək bildirmişlər ki, polislər Rauf və Turqutu həyətdə tutub saxlamiş, Şahid4 iradından sonra polislər Turqutu buraxıb Təqsirləndirilən şəxs aparmışlar. Əlavə şahid qismində dindirilmiş Şahid4 dindirlən zaman qeyri-səmimi ifadə vermiş, o əvvələcə oğluna zəng edərək anası üçün dərman almasını tapşırdığını, həyətlərində polis əməkdaşları tərəfindən bir şəxsin aparıldıqdan sonra oğlu Turqutdan aparılan şəxsin kim olduğunu soruşduqda Turqutun həmin şəxsi yolda əl etdiyi üçün götürdüyünü bildirsə də, daha sonra o, məhkəmə istintaqında verilmiş sualları cavablandırarkən sorğu-sual zamanı oğlu ilə danışdırmadığını, ayrı-ayrı evlərdə yaşadıqlarını bildirmişdir. Beləliklə məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinin obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir və həmin ifadələri sübut növü kimi rədd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, üzərinə şəxsi axtarış və götürmə keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,615 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Əliyev X13 Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 15 gün hissəsi 01 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatsa da məhkumluğu ödənilməmişdir. CM-in 18.4-cü maddəsinə əsaən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. CM-in 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3-cü maddəsinin tələbinə görə aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; CM-in 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Göründüyü kimi Əliyev X13 Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 15 gün hissəsi 01 il 02 ay 22 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, ona hazırkı iş üzrə CM-in 18.4.4-cü maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsaəsn məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət əməlləri törətməsinə görə məhkum olunmuş şəxsdir, sonuncu məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən az ağır cinayət törətmişdir. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2. və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,565 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntü olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların qəbulundan yaranan asılılıq sindromu” toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut-Masallı rayon polis şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-0,565 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-165/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-165/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver