Məhkəmə qərarları › İş №1(050)-168/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-168/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-168/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1982-ci il tarixdə Masallı rayonu Köçəkli kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən əldə etdiyi çətənə toxumlarını 2023-cü ilin mart ayında Masallı rayonu Köçəkli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyatyanı sahəsində əkmiş, göstərilən toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 09 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 25 may 2023cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Masallı rayonu Köçəkli kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən torpaq səthində yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunan 09 ədəd, ümumi təmiz çəkisi-100,0 qram təşkil edən narkotik təbiətli yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1.-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğundan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Qurudulmuş marixuana tapmaqda çətinlik çəkdiyindən çətənə bitkisi toxumu əldə edib əkərək, yaşadığı evin həyətyanı sahəsində əkib-becərdikdən sonra öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayının əvvəllərində çətənə bitkisi toxumu almaq məqsədi ilə Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Orada xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxsi görüb ona yaxınlaşmış və əkib-becərməyi üçün ona çətənə bitkisi toxumu tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, özündə çətənə bitkisi toxumları olduğunu, istəsə ona sata biləcəyini bildirmişdir. Həmin şəxsə 10 manat pul müqabilində çətənə bitkisi toxumları alaraq həmin ərazidən uzaqlaşmışdır. 2023-ci ilin mart ayının əvvəllərində çətənə bitkisi toxumlarını fərdi yaşayış evimin həyətyanı sahəsində yabanı şəkildə bitən yulğun ağaclarının arasında torpaq səthdə əkmişdir. Təxminən 10-15 gün sonra həmin bitkilər torpaqdan çıxmağa başlamışdır. O, həmin vaxt torpaq səthdə 09 ədəd çətənə bitkisinin cürərdiyini görmüşdür. Məqsədi həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərərək yetişdirdikdən sonra onları toplamaq və qurutduqdan sonra öz şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. 25 may 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olduğu zaman yaşadığı evin kənarında mülki geyimdə olan şəxslərin və 2 nəfər polis formasında olan şəxsin yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona tərəf yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişilər. Onlardan polis geyimində olan, özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim edən şəxs ona yaşadığı evin həyətində qanunsuz olaraq narktoik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğundan yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yarandığını bildirmiş və bu barədə qəbul olunmuş qərarla onu tanış etmişdir. Həmin vaxtı polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmələrinə heç bir etiraz etmədiyini yazılı ərizə ilə bildirmişdir.Bundan sonra polis əməkdaşları, mütəxəssis aqronom və hal şahidləri qismində dəvət edilmiş şəxslərin iştirakları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Bu zaman polis əməkdaşları həyətyanı sahədə yerləşən yulğun ağaclarının arasında əkdiyi narkotik tərkibli çətənə bitkilərini aşkar etmişər. O, polis əməkdaşlarına həmin bitkiləri öz istifadəsi üçün kultivasiya etdiyini bildirmişdir. Daha sonra həmin 09 ədəd çətənə bitkilərinin uzunluğu RPŞ-nin baş təhqiqatçısı tərəfindən ölçülmüş və bitkilər elektron tərəzidə çəkilmişdir. Həmin vaxt onların ümumi çəkiləri 185 qram olmuşdur. Tədqiqatçı tərəfindən bir sıra istintaq hərəkətləri edildikdən sonra o, polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə getmişdir. RPŞ-də baş təhqiqatçsı Xalid Qurbanovun xidməti otağına gətirildikdən sonra baş təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əkilib-becərilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunaraq bu barədə yazılı bildiriş təqdim edilmişdir. Daha sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsiaxtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Lakin o, yaşadığı evin həyətindən aşkar edilmiş 09 ədəd narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Şəxsi-axtarış barədə protokol tərtib olunmuş və iştirakçılarla birlikdə tərəfindən həm in protokol imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayonu Köçəkli kəndində yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 09 ədəd çətənə bitkilərini 2023-cü ilin mart ayının əvvələrində bədənində ağrılar olduğuna görə, həmin ağrıları sakitləşdirmək məqsədi ilə gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə əkmişdir. Həmin çətənə bitkiləri ona məxsusdur. Polis əməkdaşları həyətyanı sahəsində baxış aparılarkən, RPŞ-nə dəvət etdikləri zaman və üzərinə şəxsiaxtarış keçirilən vaxt ona qarşı heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Masallı rayonu Köçəkli kəndində yaşadığı evin həyətyanı sahəsində 09 ədəd çətənə bitkisi əkməsindən və onlara aqrotexniki qayadada qulluq göstərməsindən heç kəsin xəbəri olmamışdır. Ailə üzvlərinə bununla bağlı heç bir məlumat verməmiş, onların narkotiklə bağlı heç bir məlumatı olmamışdır. Buna görə də onlar əkdiyi çətənə kolları ilə bağlı ondan heç bir söz soruşmamışlar. Həmin çətənə bitkilərini bədənində olan ağrıları sakitləşdirmək üçün gələcəkdə istifadə etmək məqsədi ilə əkmişdir. Heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən səmimi peşmandır, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat-təhqiqat qrupunun üzvləri ilə, yəni RPŞ-nin TB-nin baş təhqiqatçısı X13, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, həmçinin mütəxəssis kimi əvvəlcədən dəvət olunan Şahid4 ilə birlikdə X12 rayonu Köçəkli kəndində yerləşən həyətyanı sahəsinə daxil olmuşlar. Həmin vaxt hal şahidi kimi Masallı RİHB-nin Masallı rayonu Həsənli kənd inzibati ərazisi nümayəndəsinin müavini Şahid5 və Həsənli bələdiyyəsinin üzvü Şahid6 dəvət olunmuşlar.Onlar həyətyanı sahəyə yaxınlaşan zaman həyətdə olan Təqsirləndirilən şəxs görüb özlərini təqdim edərək həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə məlumat aldıqlarını və bu səbəbdən qəbul edilmiş qərar əsasında həyətyanı sahəsinə baxış keçirəcələrini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs könüllü şəkildə həyətyanı sahəsinə baxış keçirmələrinə icazə verməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman həyətyanı sahədə yerləşən yulğun ağaclarının arasında torpaq səthdə 09 ədəd narkotik tərkibli çətənə bitkiləri əkildiyinin şahidi olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədə yerləşən yulğun ağaclarının arasında torpaq səthdə 09 ədəd narkotik tərkibli çətənə bitkiləri onlar tərəfindən şkar olunmuşdur. Aşkar etdikləri 09 ədəd çətənə bitkiləri mütəxəssislə birlikdə tərəflərindən torpaqdan çıxarılaraq fotoşəkilləri çəkilmişdir. Həyətin digər yerlərinə baxış keçirilən zaman istifadəsi və əkilib-becərilməsi qanunla qadağan edilmiş hər hansı bir əlavə predmet və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü əkdiyini, aqrotexniki qulluq etdiyini və şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Bitkilərə baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Daha sonra həmin bitkilərin uzunluğu RPŞ-nin baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən ölçülmuş, həmin bitkilərin hündürlüklərinin 21-107 sm aralıqlarında olması müəyyən edilmişdir. Daha sonra həmin bitkilər baş təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin 09 ədəd çətənə bitkiləri xüsusi qaydada qablaşdırıldıqdan sonra DİN-nin 90 saylı möhrü ilə möhürlənmişdir. Baş təhqiqatçı tərəfindən keçirilmiş baxış barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonraTəqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət olunmuş və baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağında şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edildikdən sonra müdafiəçi qismində Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi-axtarışkeçirilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı hər hansı maddə, predmet və ya əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və istifadəsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Daha sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına şəxsi-axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Şəxsi-axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi-axtarış keçirilməsi barədə baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər heç bir münasibəti, o cümlədən ədavəti və düşmənçiliyi olmamışdır.Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman, həmçinin RPŞ-nə dəvət olunan zaman və orada üzərinə şəxsi-axtarış aparılan zaman ona qarşı ər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkibyetişdirməkdə məqsədi gələcəkdə ondan şəxsi istifadəsi üçün qəbul etmək olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı əldə etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Masallı RİHB-nin Həsənli kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı rayonu Həsənli kənd bələdiyyəsinin üzvü Şahid6 ilə birlikdə həmin gün Köçəkli kəndinin ərazisində müəyyən işlər görəcəkləri üçün Köçəkli kənd qəbiristanlığının yaxınlığında görüşmüşlər. Həmin vaxt oraya Masallı RPŞ-in polis əməkdaşları gələrək özlərini təqdim edib ona Masallı rayonu Köçəkli kənd sakini Təqsirləndirilən şəxs öz fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-yetişdirməkdə şübhəli olduğunu, bu səbəbdən onun həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar mənim hal şahidi qismində iştirak etməyimi xahiş etdilər. Bundan başqa polis əməkdaşları Şahid6 da həmin baxışda hal şahidi qismində iştirak etməsini xahiş etdilər. Onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə getmişlər. Orada özünü rayon polis şöbəsinin baş təhqiqatçısı kimi təqdim edən Xalid Qurbanov tərəfindən ona və Şahid6 hüquq və vəzifələrimiz izah edildi. Bundan sonra baş təhqiqatçı X21 Mirzəyevə fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitki əkib yetişdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirdi. Təqsirləndirilən şəxs könüllü şəkildə yazılı ərizə ilə müraciət edərək həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Bundan sonra əvvəlcədən dəvət olunmuş mütəxəssisin, polis əməkdaşlarının və onların iştirakları Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirən zaman həyətyanı sahədə yerləşən yulğun ağaclarının arasında 09 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin bitkiləri öz istifadəsi üçün kultivasiya etdiyini bildirdi. Daha sonra həmin 09 ədəd çətənə bitkiləri diblərindən çıxarılaraq fotoşəkilləri çəkildi. Bundan sonra həmin bitkilərin uzunluğu RPŞ-nin baş təhqiqatçısı tərəfindən ölçüldü və bitkilər elektron tərəzidə çəkildi. Həmin bitkilərin hündürlüklərinin 21-107 sm aralıqlarında olması, ümumi çəkilərinin 185 qram təşkil etməsi müəyyən edildi. Daha sonra aşkar edilmiş 09 ədəd çətənə bitkiləri bağlamaya qoyulub qablaşdırıldı və üzəri Masallı RPŞ-nə məxsus möhürlə möhürləndi. Zərfin üzəri tərəfimizdən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evimin həyətyanı sahəsinin digər yerlərinə bizim iştirakımızla baxış keçirildi. Həyətin digər yerlərinə baxış keçirilən zaman istifadəsi və əkilib-becərilməsi qanunla qadağan edilmiş hər hansı bir əlavə predmet və ya əşya aşkar olunmadı. Aşkar edilmiş narkotik tərkibli həmin çətənə bitkiləri polis əməkdaşları, mütəxəssis və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılıb möhürləndi və üzəri tərəfimizdən imzalandı. Baş təhqiqatçı Xalid Qurbanov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edildi və bizim tərəfimizdən imzalandı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X8 ifadəsindən göstərmişdir ki, Masallı rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin aparıcı aqronomu vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-dən ona zəng olunaraq Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Köçəkli kəndində yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu, onun evinin həyətyanı sahəsinə baxış keçiriləcəyi və onun da orada mütəxəssis kimi iştirak etməyi üçün dəvət etmişlər. Həmin tarixdə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Masallı rayonu Köçəkli kəndində yerləşən həyətyanı sahəsinə daxil olmuşlar. Həmin vaxt hal şahidləri qismində Masallı RİHB-nin Masallı rayonu Həsənli kənd ərazisi icra nümayəndəsinin müavini Şahid5 və Masallı rayonu Həsənli kənd bələdiyyəsinin üzvü Şahid6 da dəvət olunmuşlar. Həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman həyətyanı sahədə yerləşən yulğun ağaclarının arasında 09 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin bitkiləri öz istifadəsi üçün kultivasiya etdiyini bildirmişdir. Daha sonra həmin 09 ədəd çətənə bitkiləri diblərindən çıxarılaraq fotoşəkilləri çəkilmişdir. Bundan sonra həmin bitkilərin uzunluğu RPŞ-nin baş təhqiqatçısı tərəfindən ölçülmüş və bitkilər elektron tərəzidə çəkilmişdir. Həmin bitkilərin hündürlüklərinin 21-107 sm aralıqlarında olması, ümumi çəkilərinin 185 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş 09 ədəd çətənə bitkiləri qablaşdırılmış və üzəri Masallı RPŞ-nə məxsus möhürlə möhürlənmişdir. Zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinin digər yerlərinə onların iştirakı ilə baxış keçirilmişdir. Həyətin digər yerlərinə baxış keçirilən zaman istifadəsi və əkilib-becərilməsi qanunla qadağan edilmiş hər hansı bir əlavə predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra o, aşkar edilmiş çətənə bitkilərinin həqiqətən də narkotik tərkibli bitkilər olması barədə müvafiq rəy tərtib etmişdir. Daha sonra onun iştirakı ilə zəruri sənədləşmə işləri aparılmış və baxış keçirilməsi barədə baş təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş, o, da digər iştirakçılarla birlikdə protokolu imzalamaqla təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Köçəkli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək götürülmüş ümumilikdə 09 ədəd, ümumi təmiz çəkisi 100,0 qram təşkil edən narkotik təbiətli yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilərək yaşadığı evin həyətyanı sahəsində torpaq səthdə əkilib-becərilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik aludəçisi olması müəyyən edilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən ailə üzvlərinin və digər şəxslərin əvvəlcədən məlumatı və xəbəri olmamışdır. Təqsirləndirilən şəxs çətənə toxumlarını əldə etdiyi şəxsin kimliyini və şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-bioloji ekspertizasının 26 may 2023-cü il tarixli 19/579 nömrəli rəyinə tədqiqata təqdim olunmuş, üzərində “Masallı rayonu Köçəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 9 ədəd çətənə koluna bənzər bitkilər.....” sözlər və imzalar olan paketin içərisində, ümumi sayı 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi -100,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun(mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkisinin ümumi təmiz çəkisi 100,0 qram, cəmi tədqiqata sərf edildi 0,45 qram, (hər obyekt 0,05 qram) qalıq 99,55 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 566 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübütların qiymətləndirilməsi haqqında qərar görünür ki, 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumilikdə 09 ədəd, ekspert tədqiqatından sonra qalıq çəkisi 99,55 qram qalmış narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsiaxtarışın görüntüsünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 25 mart 2023-cü il tarixli protokoldan, tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2023-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə protokol, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 237.1ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı RİHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla arvadı X9, qızı X6, qızı X10qızı X11 və oğlu X4 adlı ailə üzvləri var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü X5 adlı bir nəfər azyaşlı övladı var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.2.-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirən olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmasına görə 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X20 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 99,55 qram olmuş narkotik təbiətli 9 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla, 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və onun üzərində 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan narkomaniya xəstəliyinə görə məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Maddi sübut ümumi yaş çəkisi 99,5 qram olmuş narkotik təbiətli 9 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar