Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-168/2024 26.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1951-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı rayonu Viləş kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının sonlarında yaşadığı Masallı rayonu Viləş kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan xeyli miqdarda hesab edilən 4 ədəd xaş-xaş bitkilərinə qulluq etməklə onları yetişdirib kultivasiya etmiş və 22 may 2024-cü il tarixdə saat 09 radələrində Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən orada yerləşən əkin sahəsindən həmin əkilib-becərilməsi qadağan olunmuş ümumi təmiz çəkisi-475,0 qram təşkil edən 4 ədəd narkotik təbiətli tiryəkli xaş-xaş bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Viləş kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev rəhmətə getmiş qayınanasından qalmış, təxminən 6-7 il bundan öncə qayınanası sağ olarkən 4 ədəd xaş-xaş bitkisinin toxumunu vermiş, həmin vaxtı qayınanası bayramlarda bişirilən şirniyyatlarda, əsasən şorqoğalının üzərinə həmin xaş-xaş bitkisinin toxumlarını səpdiyini, şirniyyatlara xüsusi olaraq dad, ləzzət verdiyini demiş və onun da gələcəkdə evdə bayramlarda şirniyyatlar bişirərkən istifadə etməsini məsləhət bilmişdir. Həmin vaxtdan qayınanasının verdiyi 4 ədəd xaş-xaş bitkisinin toxumlarını yaşadığı evdə saxlamış, həmin toxumların olması barədə ailə üzvlərindən kimsə xəbəri və məlumatı olmamış, daha sonra qayınanası rəhmətə getmişdir. 2024-cü ilin fevral ayında yaşadığı evin həyətyanı sahəsində tərəvəz və göyərti əkərkən rəhmətlik qayınanasının verdiyi 4 ədəd xaş-xaş bitkisinin toxumlarını da əkməyi qərara almış, 2024cü ilin fevral ayının sonlarında yaşadığı evin həyətində yerləşən bağda əkdiyi tərəvəz və göyərti məhsullarının arasında 4 ədəd xaş-xaş bitkisinin toxumlarını da əkmiş, ötən müddət ərzində tərəvəz və göyərti sahəsinə su verərkən həmin 4 ədəd xaş-xaş bitkisinə də su verib qulluq etmiş, zaman ötdükcə həmin xaş-xaş bitkisinin 4 ədəd toxumundan 4 ədəd kol bitkinin cücərdiyini görmüş, buna sevinərək bitkilərə daha yaxşı qulluq etməyə davam etmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək məişətdə şirniyyat bişirərkən istifadə etməkdən ötrü yetişmələri üçün bütün prosedurları görmüşdür. Həmin bitkilərin narkotik təbiətli olmasını bilmiş, bitkiləri şirniyyat bişirərkən istifadə etməkdən ötrü əkib-becərməsinin məsuliyyətə səbəb olmayacağını düşünmüş və yetişdirərək vaxtı-vaxtında aqroteniki qaydada qulluq etmişdir. 22 may 2024-cü il tarixdə təqribən saat 09 radələrində yaşadığı Masallı rayonu Viləş kəndində yerləşən fərdi yaşayış evinin həyətində olarkən 1 nəfər polis formasında və bir neçə nəfər mülki geyimdə olan şəxsin həyətdən çöldə darvazanın qarşısında ev sahibini səsləmələrini görmüş, darvazanın qarşısına çıxmış, həmin şəxslərdən kim olmalarını soruşmuş, həmin şəxslər xidməti vəsiqələrini göstərib, Masallı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğundan yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hal şahidləri və mütəxəssisin iştirakı ilə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. Polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmələrinə hər hansı bir etiraz etmədiyini yazılı ərizəyə qol çəkməklə bildirmiş, bundan sonra polis əməkdaşları, mütəxəssis və hal şahidləri qismində dəvət edilmiş şəxslər həyətyanı sahəsinə daxil olmuşlar, özünü baş təhqiqatçı Xalid Qurbanov kimi təqdim edən şəxs həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir bitkinin əkilib-əkilməməsi barədə sual vermiş, polis əməkdaşlarını həyətyanı sahəsində yerləşən tərəvəz bitkiləri əkdiyi əkin sahəsinə aparmış və orada əkib-yetişdirdiyi 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları və iştirak edən şəxslərə həmin bitkilərin toxumlarını rəhmətlik qayınanasından qaldığını, bitkiləri şirniyyat bişirərkən istifadə etməkdən ötrü əkib-yetişdirdiyini demiş, baş təhqiqatçı Xalid müəllim tərəfindən həmin bitkilər kök diblərindən torpaqdan çıxarılmış, həmin bitkilərin ölçüləri götürülmüş, aşkar edilmiş 4 ədəd xaş-xaş bitkilərinin hündürlükləri müvafiq olaraq 64, 50, 97 və 80 santimetr təşkil etmiş, narkotik tərkibli xaş-xaş bitkiləri elektron tərəzidə çəkilərək ümumi çəkisi 585 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik tərkibli xaşxaş bitkiləri protokollaşdırılaraq iri zərfə qoyulub qablaşdırılmış, zərfin üzərisi möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş, həyətyanı sahəsinin digər yerlərinə baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əlavə hər hansı bir bitki, predmet və ya əşya aşkar edilməmiş, baxış keçirmə və götürmə barədə protokol tərtib edilmiş, həmin protokol iştirak edənlər tərəfindən imzalanmış və çəkilmiş fotoşəkillər tərtib olunmuş protokola əlavə edilmişdir. Daha sonra polis əməkdaşları onu Masallı rayon Polis Şöbəsinə dəvət etmişlər, polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına aparılmış, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçisi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Xalid müəllim sual vermiş, baş təhqiqatçı Xalid müəllimə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmiş, üzərinə və əynində olan paltarlara Pərvanə adlı qadın tərəfindən baxılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Yaşadığı evin həyətindən aşkar edilmiş 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini məişətdə şirniyyat məhsulları bişirərkən istifadə etməkdən ötrü əkibbecərdiyini, həmin xaş-xaş bitkilərinin toxumları rəhmətə getmiş qayınanası tərəfindən verildiyini demiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Yaşadığı evin həyətində yerləşən tərəvəz bitkiləri əkdiyi əkin sahəsində 4 ədəd xaş-xaş bitkisini əkməsi barədə ailə üvzlərinin hər hansı bir xəbəri və məlumatı olmamış, əkin sahəsində bütün bitkiləri özü əkmiş və gündəlik olaraq özü qulluq etdiyindən əkin sahəsinə ondan başqa kimsə daxil olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon X3 aparıcı aqronomu Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 22 may 2024-cü il tarixdə Masallı rayon Polis Şöbəsindən zəng olunaraq Masallı rayonu Viləş kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğu və orada mütəxəssis kimi iştirak etməsi üçün dəvət etmişlər, könüllü olaraq razılaşmış və həmin tarixdə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu Viləş kəndində yerləşən həyətyanı sahəsinin yerləşdiyi əraziyə getmişdir. Həmin vaxt hal şahidləri qismində Alim Ələmov və Şahid6 dəvət olunmuşlar, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısına çatdıqda polis əməkdaşları sonuncuya oraya gəlmə səbəbi barədə bildirmişlər, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Baş təhqiqatçı Xalid Qurbanov həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir bitkinin əkilib-əkilməməsi barədə Təqsirləndirilən şəxs sual vermiş, Təqsirləndirilən şəxs iştirakçıları həyətyanı sahəsində yerləşən tərəvəz bitkiləri əkdiyi əkin sahəsinə aparmış və orada əkdiyi 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şirniyyat bişirərkən istifadə etməkdən ötrü özü əkibyetişdirdiyini, bitkilərin toxumlarını rəhmətlik qayınanasından qaldığını bildirmiş, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, narkotik təbiətli xaş-xaş bitkiləri polis əməkdaşları və iştirak edən şəxslərin iştirakı ilə torpaqdan çıxarılmış və bu barədə fotoşəkillər çəkilmişdir. Bitkilərin ölçüləri götürülmüş, aşkar edilmiş 4 ədəd xaş-xaş bitkilərinin hündürlükləri müvafiq olaraq 64, 50, 97 və 80 santimetr təşkil etmiş, aşkar edilmiş narkotik tərkibli xaş-xaş bitkiləri elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 585 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş narkotik tərkibli xaş-xaş bitkiləri protokollaşdırılaraq iri zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış keçirmə və götürmə barədə protokol tərtib edilmiş, həmin protokol iştirak edənlər tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs həyətyanı sahəsinin digər yerlərinə baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əlavə hər hansı bir bitki, predmet və ya əşya aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı rayonu Viləş kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi və şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 22 may 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Viləş kəndində yaşadığı evin həyətinə baxış keçirilməsindən ötrü getmişlər, həmin vaxtı hal şahidi qismində Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları Alim Ələmov, Şahid6 və bitçilik üzrə mütəxəssis qismində Şahid4 da çağrılmışlar, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin dəmir giriş qapısına çatdıqda sonuncuya oraya gəlmə səbəbi barədə bildirmişlər, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını yazılı ərizə ilə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar, baş təhqiqatçı Xalid Qurbanov həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir bitkinin əkilib-əkilməməsi barədə Təqsirləndirilən şəxs sual vermiş, Təqsirləndirilən şəxs iştirakçıları həyətyanı sahəsində yerləşən tərəvəz bitkiləri əkdiyi əkin sahəsinə aparmış və orada 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin toxumlarını rəhmətlik qayınanasından qaldığını, bitkiləri şirniyyat bişirərkən istifadə etməkdən ötrü özü əkib-yetişdirdiyini bildirmiş, baş təhqiqatçı Xalid müəllim tərəfindən həmin bitkilər kök diblərindən torpaqdan çıxarılmış, bitkilərin ölçüləri götürülmüş, aşkar edilmiş 4 ədəd xaş-xaş bitkilərinin hündürlükləri müvafiq olaraq 64, 50, 97 və 80 santimetr təşkil etmiş, narkotik tərkibli xaş-xaş bitkiləri elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 585 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik tərkibli xaş-xaş bitkiləri protokollaşdırılaraq iri zərfə qoyulub qablaşdırılmış, zərfin üzərisi möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş, baxış keçirmə və götürmə barədə protokol tərtib olunmuş, həmin protokol iştirak edənlər tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs həyətyanı sahəsinin digər yerlərinə baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əlavə hər hansı bir bitki, predmet və ya əşya aşkar edilməmişdir. Fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə edilmişdir. Bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs razılaşmış, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına gətirildikdən sonra orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi ilə Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı Xalid Qurbanov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə və əynində olan paltarlara şəxsi axtarışda iştirak edən Pərvanə Hüseynova tərəfindən baxılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini məişətdə şirniyyat məhsulları bişirərkən istifadə etməkdən ötrü əkib-becərdiyini, həmin xaş-xaş bitkilərinin toxumları rəhmətə getmiş qayınanası tərəfindən verildiyini bildirmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi nümayəndəsinin müavini vəzifəsində işləyir. 22 may 2024-cü il tarixdə təqribən saat 09 radələrində Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi nümayəndəliyində xidməti işində olarkən özünü polis əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşmış, xidməti vəsiqələrini göstərmişlər, həmin şəxslər Masallı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi şübhəsi olması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs yaşadığı həyətə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsi üçün onu dəvət etmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, hal şahidi qismində Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi nümayəndəsi vəzifəsində işləyən Alim Ələmov da dəvət olunmuş, hər ikisinə hal şahidi kimi hüquq və vəzifələri baş təhqiqatçı Xalid Qurbanov tərəfindən izah edilmiş, bundan sonra polis əməkdaşları, aqronom Şahid4, digər hal şahidi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə çatdıqda sonuncu onları qarşılamışdır. Polis əməkdaşları oraya gəlmə səbəbi barədə Təqsirləndirilən şəxs bildirdikdən sonra sonuncu yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını yazılı ərizə ilə bildirmiş, bundan sonra həyətyanı sahəyə daxil olmuşlar, oraya polis əməkdaşları tərəfindən keçirilən baxışda iştirak etmiş, ilk öncə baş təhqiqatçı Xalid Qurbanov həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir bitkinin əkilib-əkilməməsi barədə Təqsirləndirilən şəxs sual vermiş, Təqsirləndirilən şəxs iştirakçıları həyətyanı sahəsində yerləşən tərəvəz bitkiləri əkdiyi əkin sahəsinə aparmış və orada əkdiyi 4 ədəd narkotik tərkibli xaş-xaş bitkilərini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şirniyyat bişirərkən istifadə etməkdən ötrü özü əkib-yetişdirdiyini, bitkilərin toxumlarını rəhmətlik qayınanasından qaldığını bildirmiş, bitkilərə aqrotexniki qaydada qulluq edilməsi aqronom tərəfindən müəyyən edilmiş, narkotik təbiətli xaş-xaş bitkiləri baş təhqiqatçı Xalid Qurbanov tərəfindən iştirakları ilə torpaqdan çıxarılmış və bu barədə fotoşəkillər çəkilmişdir. Bitkilərin ölçüləri götürülmüş, aşkar edilmiş 4 ədəd xaş-xaş bitkilərinin hündürlükləri müvafiq olaraq 64, 50, 97 və 80 santimetr təşkil etmiş, aşkar edilmiş narkotik tərkibli xaş-xaş bitkiləri elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 585 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş narkotik tərkibli xaş-xaş bitkiləri protokollaşdırılaraq iri zərfə qoyulub qablaşdırılmış, zərfin üzərisi iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həyətyanı sahəsinin digər yerlərinə baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əlavə hər hansı bir bitki, predmet və ya əşya aşkar olunmamış, protokol tərtib edilmiş, həmin protokol iştirak edənlər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə 22 may 2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Viləş kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə keçirilən baxış zamanı həyətyanı sahəsində yerləşən tərəvəz bitkilərinin əkildiyi əkin sahəsindən 4 ədəd narkotik tərkibli xaş-xaş bitkiləri aşkar edilmiş, bitkişlərə baxış zamanı aqrotexniki qaydada qulluq edilməsi aqronom tərəfindən müəyyən edilməsi, narkotik təbiətli xaş-xaş bitkilərin təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə torpaqdan çıxarılması, bitkilərin ölçüləri götürülməklə aşkar edilmiş 4 ədəd xaş-xaş bitkilərinin hündürlükləri müvafiq olaraq 64, 50, 97 və 80 santimetr təşkil etməsi, aşkar edilmiş narkotik tərkibli xaşxaş bitkiləri elektron tərəzidə çəkilələrək ümumi çəkisi 585 qram təşkil etməsi müəyyən edilmiş, baxış keçirilməsinə dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli müətəxəssis rəyindən görünür ki, aşkar edilmiş dörd ədəd narkotik təbitəli xaş-xaş bitkilərinin hündürlükləri 64,50, 97,80 santimetr, ümumi çəkiləri isə 0,585 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 22 may 2024-cü il tarixli 19\443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək 04 (dörd) ədəd xaş-xaş.....” yazıları və imzalar olan paketdəki, ümumi sayı 4 (dörd) ədəd, hündürlükləri 40-100 sm olmaqla ümumi təmiz çəkisi: -475,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli tiryəkli xaş-xaş bitkisidir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş xaş-xaş bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Xaş-xaş bitkisinin ümumi tımiz çəkisi- 475,0 qram, cəmi tədqiqata sərf edildi -0,4 qram( hər.ob.01,qram) qalıq -474,6 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair 30 may 2024-cü il tarixli 487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-474,6 qram təşkil edən narkotik təbiətli tiryəkli xaş-xaş bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon, Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayır, iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi başa düşülür. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli qanun ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahı”nın “Tərkibində narkotik maddələr olan bitkilər” adlanan İİİ siyahısında tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin xeyli miqdarının aşağı hədləri - 2-10 ədəd (4-20 hissə) olduğu qeyd edilmişdir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vəli qızı yaşadığı Masallı rayonu Viləş kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan xeyli miqdarda hesab edilən ümumi təmiz çəkisi-475,0 qram təşkil edən 4 ədəd narkotik təbiətli tiryəkli xaş-xaş bitkilərinə qulluq etməklə onları yetişdirib kultivasiya etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vəli qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Vəli qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs Vəli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Vəli qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Vəli qızının cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Vəli qızının kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Vəli qızı 22 may 2024-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuş və 23 may 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 13:10-da Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vəli qızının şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Vəli qızının məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -474,6 qram təşkil edən narkotik təbiətli tiryəkli xaş-xaş bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs Vəli qızının üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vəli qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vəli qızından aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 22 may 2024-cü il tarixindən 23 may 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan çəkisi -474,6 qram narkotik təbitətli tiryəkli xaş-xaş bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şxsi axtarış keçirilməsinin görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-168/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-168/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver