Məhkəmə qərarları › İş №1(050)-168/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-168/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-168/2025 24.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1985-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kəlbəhüseyinli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 13 iyun 2025-ci il tarixdə saat 15 radələrində qonşusu, Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının alt hissəsinə qoyulmuş, qızıl-zinət əşyalarının qoyulması üçün nəzərdə tutulmuş sandıqçadan 01 ədəd Rusiya istehsallı 583 əyarlı üzərində 8 ədəd sadə qaşı olan 3,5 qram çəkidə 350 manat dəyərində qızıl qadın nişan üzüyünü, 01 cüt Rusiya istehsallı 583 əyarlı hər ədədinin üzərində 14 ədəd brilliant qaşı olan ümumi çəkisi 4,5 qram çəkidə 800 manat dəyərində qızıl qadın sırğasını, 01 ədəd Rusiya istehsallı 583 əyarlı 1 qram çəkidə üzərində “Zəhra” yazısı olan 100 manat dəyərində qızıl uşaq qolbağını, 01 cüt Rusiya istehsallı 583 əyarlı sadə formalı 2,5 qram çəkidə 250 manat dəyərində qızıl qadın sırğasını, 01 ədəd Rusiya istehsallı 583 əyarlı üzərində 7 ədəd brilliant qaşı olan 7 qram çəkidə 1000 manat dəyərində qızıl qolbağını, 01 ədəd Rusiya istehsallı 583 əyarlı 5 qram çəkidə 1000 manat dəyərində qızıl boyunbağını və üzərində 7 ədəd brilliant qaşı olan qızıl klonu, həmçinin 01 ədəd Rusiya istehsallı 583 əyarlı 4 qram çəkidə 400 manat dəyərində qızıl qadın qolbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Şahid1 onun baldızı Aygünün əridir, onunla münasibətləri hər zaman yaxşı olmuş, aralarında düşmənçilik və ədavəti olmamışdır. O, Şahid1 evinə mütəmadi olaraq gedib gəlmiş və bu səbəbdən də Vəfanın gəlini Nurtacın qızıllarının yerini bilmişdir. xx.xx.2025-ci il tarixdə valideynləri onun yaşadığı evinə qonaq gələcəklərini bildirmişlər. O, Nurtacdan xahiş etmişdir ki, onun evinə gəlib şirniyyat bişirməyə köməklik göstərsin. Nurtac da onun xahişini nəzərə alıb həmin gün günorta baldızı Aygünün digər gəlini Xəyalə ilə birlikdə onun evinə gəlmiş və ona şirniyyat hazırlamaqda köməklik etmişlər. Daha sonra o, qrip olduğu üçün Xəyalədən xahiş etmişdir ki, onun belinə şüşə banka qoysun. Lakin həmin vaxt evdə spirt olmadığı üçün o qonşudan spirt almağa getmişdir. Qonşudan geri evinə qayıdan zaman Vəfanın evində heç kim olmadığını bildiyi üçün onun evinə daxil olmuş, Nurtacın yataq otağındakı çarpayının altında olan qızıl sandıqçanı açmış və orada olan qızılları götürmüşdür. Həmin vaxt həyacanlı olduğu üçün sandıqda qızıl qalıb-qalmadığına baxmadan evdən çıxmışdır. Həmin qızılları yaşadığı evin həyətində olan ağacın dibində gizlətmiş və sonra evinə getmişdir. Qızılı oğurlamağına səbəb onun Vəfa kimi tanıdığı əsl adı Seyidsuğra olan qızıl alverçisinə borcu olması olmuşdur. Həmin borcu ödəmək üçün oğurladığı qızıllar ilə borcunu bağlamaq qərarına gəlmişdir. Qızılları oğurladıqdan sonra Vəfa kimi tanınan Seyidsuğraya mobil telefonla zəng edərək ona olan 2570 manat borcunun əvəzində qızıllarını verməsini təklif etmişdir. Vəfa əvvəlcə onun təklifini qənul etməsə də, sonda onunla razılaşmışdır. O, həmin qızılları anası Şahid5 vermişdir ki, aparıb Vafa deyilən qızıl alverçisinə versin. Anası qızılları hardan tapdığını dəfələrlə soruşsa da, o, həmin qızılları oğurladığını deməmişdir. Anası rəfiqəsi Yünsurə xanımla birlikdə həmin qızılları aparıb Vəfaya vermişdir. Qızılları verdikdən sonra ona zəng edərək qızılları ümumilikdə 2640 manata satdığını, Vəfanın 2570 manatı borca sildiyini və 70 manatı qaytardığını bildirmişdir. Bir müddət sonra Nurtac ona zəng edərək qızıllarının oğurlandığını bildirən zaman peşman olub, Nurtaca qızılları onun götürdüyünü demək istəsə də, deyə bilməmişdir. Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını oğurlayarkən tək olmuş, kimsə ona köməklik etməmişdir. Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən dindirilən zaman ilk əvvəl qızılları oğurladığını bildirmək istəməsə də sonradan əməlini etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, O, 2022-ci ildə əri Şahid2la evlənmiş və həmin vaxtdan qayınatası Şahid1 ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında o, toya gedəcəyi üçün yatağının alt hissəsində olan sandıqçasını açıb qızıl-zinət əşyalarını taxmaq istəmişdir. Bu zaman ona məxsus qızılların yerində olmadığını görmüşdür. Əri Ruhid isə həmin vaxt evin həyətində iş görürmüş. O, qızıllarının yerində olmaması barədə əri Ruhidə bildirmiş, əri Ruhid də bu barədə qayınatası Şahid1 zəng edərək məlumat vermişdir. Onlar əvvəlcə qızılları oğurlayan şəxsin evinə gəlib-gedən qohumlarından olmasından şübhələndiyi üçün həmin vaxt hüquq mühafizə orqanlarına məlumat verməmişdirlər. İstəmişdirlər ki, özləri araşdırıb tapsın və qızılları həmin şəxsdən alıb yerinə qoysunlar. Bu məqsədlə yaxın qohumlarına xəbər salmışdır ki, qızılları kim oğurlayıbsa gətirib qaytarsın. Lakin heç bir xəbər çıxmadığı üçün xx.xx.2025-ci il tarixdə qayınatası Şahid1 Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Qaynı polis əməkdaşlarına Sevincdən şübhələndiyini bildirmişdir. Oğurlanan qızıllar onun yataq otağında olan çarpayının altındakı qızıl qoymaq üçün nəzərdə tutulmuş sandıqçadan oğurlanmışdır. Oğurlanan qızıl-zinət əşyaları hamısı ona məxsus olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3900 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında əkin sahəsində olan zaman oğlu Ruhid mobil telefonla ona zəng edərək gəlini Nurtacın qızıllarının onlara məxsus yataq otağındakı çarpayının alt hissəsində olan sandıqçada olmadığını bildirmişdir. O, hadisəni ətraflı öyrənmək üçün evə gəlmiş və gəlini Nurtacdan nə baş verdiyini soruşmuşdur. Gəlini Nurtac ona bildirmişdir ki, toya getmək üçün hazırlaşan zaman qızıllarını taxmaq istədiyini, çarpayının alt hissəsində olan sandıqçanı götürüb açdıqda isə qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. O, qızılları oğurlayan şəxsin evinə gəlib-gedən qohumlarından olmasından şübhələndiyi üçün həmin vaxt hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Çünki onların evinə yad insan gəlməmiş, hər zaman evlərində adam olmuşdur. Buna görə də yaxın qohumlarına xəbər salmışdır ki, qızılları kim oğurlayıbsa gətirib qaytarsın. Heç bir xəbər olmadığı üçün xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Masallı şəhər ərazisində qızıl alveri ilə məşğuldur. Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər ondan bir neçə dəfə qızıl-zinət əşyaları almışdır. 2025-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını nisyə satmışdır. xx.xx.2025-ci il tarixdə Sevinc ona zəng edərək, borcunu qaytarmaq istədiyini bildirmişdir. O, da Sevincə mağazada olduğunu demişdir. Az sonra Sevincin anası Samirə və anasının rəfiqəsi Yünsurə onun mağazasına gəlmişdir. Yünsurənin əlində balaca torba olmuş və həmin torbanın içərisindən qızılları çıxarıb ona vermişdir ki, o, qızıl-zinət əşyalarını çəkib nağd pula çevirsin və Sevincin ona olan 2570 manat borcunu həmin puldan çıxsın. O, həmin qızılları tərəzidə çəkmiş, qızılların ümumi dəyərini müəyyənləşdirmiş, Sevincin ona olan borcunu çıxmış və qalan 74 manatı isə Sevincin anası Samirəyə vermişdir. Daha sonra onlar çıxıb getmişdir. O, həmin qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Ona satılan qızıl-zinət əşyalarından 1 ədəd qızıl qadın qolbağı və 1 ədəd qızıl alyans üzüyü əzik olduğu üçün əridilmişdir. Hadisədən 10-15 gün sonra Polis əməkdaşları ona yaxınlaşaraq həmin qızılzinət əşyaları ilə maraqlanmış, o da, vəziyyəti onlara bildirmişdir. Daha sonra onda olan qızılları polis əməkdaşlarına təhvil vermiş, əridilmiş iki qızılın əvəzinə isə Nurtac gəlib özü qızıl dükanından qızıllar seçib götürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında qızı Sevinc onun evinə gəlmiş və əlində olan balaca paketdə qızıl-zinət əşyaları vermişdir ki, həmin qızılları satsın və Seyidsuğranın pulunu qaytarsın. Sonra qızı çıxıb getmiş və o, da rəfiqəsi Yünsurəyə zəng edib demişdir ki, onlara gəlsin və qızılları aparıb Seyidsuğraya sataraq qızı Sevincin borcunu qaytarsın. O, Yünsurə ilə birlikdə Masallı rayonu ərazisində yerləşən “köhnə bazar” adlanan yerə getmiş və Seyidsuğranın işlədiyi mağazaya daxil olmuşdur. Qızılları Seyidsuğra götürmüş, qızı Sevincin ona olan borcundan çıxmış, təxminən qalıq 70-75 manat pulu ona qaytarmışdır. Daha sonra onlar qayıdıb evə gəlmişlər. Bundan başqa o, qızılların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yer Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən, Zərərçəkmiş şəxs yaşadığı ikimərtəbəli fərdi yaşayış evidir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs məxsus, ümumi dəyəri 3900 manat təşkil edən qızıl-zinət əşyalarını sonuncunun yaşadığı fərdi yaşayış evinin yataq otağında olan sandıqçadan oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını anası Şahid5 və X1 vasitəsilə Masallı rayon, Ərkivan qəsəbə sakini Şahid4 satmışdır. Şahid4 qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə edilməsi barədə hər hansı məlumatı olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn anası Şahid5 və X4 qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə edilməsini bilməmiş və Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində iştirakları olmamışdır. 15 iyul 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altınavermə qətimkan” tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Şahid1 məxsus fərdi yayayış evində Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarının nə cür oğurlamasını hadisə yerində əyani təqdim etməklə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. 19 iyul 2025-ci il tarixli əşyanın maddi sübut qismində tanınması barədə qərardan, 22 iyul 2025-ci il tarixli maddi sübutun mülkiyyətçisinə qaytarılması haqqında qərardan və qəbzdən görünür ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı qızıl-zinət əşyalarına aid olan 01 ədəd qızıl uşaq qolbağı, 01 ədəd qızıl qadın qolbağı, 02 cüt qızıl qadın sırğası və 01 ədəd üzərində qızıl klon olan qızıl boyunbağı iş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə Şahid4 götürülmüş, müstəntiq tərəfindən baxış keçirilmiş və maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Kəlbəhüseyinli kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş 22 iyul 2025-cü il tarixli, 18-1- 60/2-1317/2025 saylı məktubdan görünür ki, Masallı rayonu Kəlbəhüseyinli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin narkoloji və psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 573 saylı arayışdan görünür ki, Zayıdova X2 xəstəxanasında qeydiyyatda deyildir. "xxxx" MMC-nin 10 avqust 2025-ci il tarixli rəyindən görünür ki, təqdim olunan 01 ədəd Rusiya istehsallı 583 əyarlı üzərində 8 ədəd sadə qaşı olan 3,5 qram çəkidə qızıl qadın nişan üzüyünün qiyməti 350 manat, 01 cüt Rusiya istehsallı 583 əyarlı hər ədədinin üzərində 14 ədəd brilliant qaşı olan ümumi çəkisi 4,5 qram çəkidə qızıl qadın sırğasının qiyməti 800 manat, təqdim olunan 01 ədəd Rusiya istehsallı 583 əyarlı 1 qram çəkidə üzərində “Zəhra” yazısı olan qızıl uşaq qolbağının qiyməti 100 manat, təqdim olunan 01 cüt Rusiya istehsallı 583 əyarlı sadə formalı 2,5 qram çəkidə qızıl qadın sırğasının qiyməti 250 manat, təqdim olunan 01 ədəd Rusiya istehsallı 583 əyarlı üzərində 7 ədəd brilliant qaşı olan 7 qram çəkidə qızıl qolbağının qiyməti 1000 manat, təqdim olunan 01 ədəd Rusiya istehsallı 583 əyarlı 5 qram çəkidə qızıl boyunbağı və üzərində 7 ədəd brilliant qaşı olan qızıl klonun qiyməti 1000 manat, qeyd olunan 01 ədəd Rusiya istehsallı 583 əyarlı 4 qram çəkidə qızıl qadın qolbağının qiyməti 400 manatdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəl və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının: 22-ci bəndində göstərilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. 26-cı bəndinə göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 13 iyun 2025-ci il tarixdə saat 15 radələrində qonşusu, Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının alt hissəsinə qoyulmuş, qızıl-zinət əşyalarının qoyulması üçün nəzərdə tutulmuş sandıqçadan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını gizli yolla talayaraq ona 3900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə baş vermiş cinayət hadisəsinin törədilmə üsulunu, xarakterini və təhlükəlilik dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin olunması daha ədalətlidir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 3900 manat maddi ziyanın zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut-01 ədəd qızıl uşaq qolbağı, 01 ədəd qızıl qadın qolbağı, 02 cüt qızıl qadın sırğası və 01 ədəd üzərində qızıl klon olan qızıl boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 150 (bir yüz əlli) manat tutularaq, "xxxx" MMCnin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********,M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES************ ******** hesabına köçürülməlidir. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Maddi sübut-01 ədəd qızıl uşaq qolbağı, 01 ədəd qızıl qadın qolbağı, 02 cüt qızıl qadın sırğası və 01 ədəd üzərində qızıl klon olan qızıl boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 150 (bir yüz əlli) manat tutularaq, "xxxx" MMCnin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h:AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN:AZ11BRES******************** hesabına köçürülsün. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar