Məhkəmə qərarları › İş №1(050)-169/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-169/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-169/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə1 və təqsirləndirilən şəxsin müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Sığdaş kəndində yerləşən mübahisəsi gedən otlaq sahəsinə sahiblik hüququ ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əri Şahid1 orada olmasına əhəmiyyət verməyərək onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Şahid1 aşkar surətdə xüsusi əzab verib iztirab çəkdirdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs ağac parçası ilə qəsdən vuraraq sonuncuya sağ almacıq nahiyəsində şişkinlik, qançır və sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onların şəxsi təsərrüfatına məxsus mal-qaraları vardır. Həmin mal-qaranı onlar yaşadığı Sığdaş kəndi ərazisində yerləşən qayınatası Hümmətə məxsus 0,50 ha otlaq sahəsində saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində o, və əri Şahid1 otlaq sahəsinə malları sağmaq üçün getmişdir. Bir qədər sonra Şahid8 əri Turalı öz yanına çağırmışdır. O, isə əri Turalın getməsinə mane olmuşdur. Bu zaman Kamil özü onların yanına gəlmiş və malları otlaq sahəsindən çıxarmasını tələb etmişdir. O, isə otlaq sahəsinin qayınatası Hümmətə məxsus olduğunu deyib malları oradan çıxarmayacağını bildirmişdir. Kamil onun üzərinə gələrək onu itələmişdir. O, isə biraz arxaya gedib dayanmışdır. Əri Tural DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Polis əməkdaşları gəlmiş və o, şikayət ərizəsi yazmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, əri Tural ilə otlaq sahəsinə yenidən getmişdir. Şahid8 də öz qohumu Elşən Həbibzadə ilə oraya gəlmiş və əri Turalı öz yanına çağırmışdır. O, yenə də əri Turalı getməyə qoymamışdır. Həmin vaxt böyük davam olmasada, sözlə mübahisə yaranmış, Kamil əli ilə onu göz nahiyəsindən vuraraq itələmişdir. Əri Tural yenidən DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişdir. Şahid8 öz oğulları Qoşqar və Mehdini otlaq sahəsinə çağırmışdır ki, onların çəkdiyi çəpəri söksünlər. Qoşqar və Mehdi gələrək, otlaq sahəsinə çəkdikləri çəpəri açmışlar. Polis əməkdaşları gəldikdən sonra onların arasındakı mübahisənin səbəbinin otlaq sahəsi olduğunu görüb hər ikisindən torpağa sahibliklə bağlı rəsmi sənəd istəmişdir. Qayınatası Hümmət gedib evdən otlaq sahəsinin sənədini gətirib polis əməkdaşlarına təqdim etmişdir. Kamil isə heç bir sənəd təqdim edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, əri Tural ilə yenidən otlaq sahəsinə getmişdir. Bu vaxt Kamil, həmkəndlisi Babaxan, qohumu Cənnətlə otlaq sahəsinin kənarında dayanmışlar. Kamilin göstərişi ilə oğlanları Qoşqar və Mehdi onların yanına gəlmiş və onların icazəsi olmadan heyvanları otlaq sahəsindən çıxarmaq istəmişlər. O, onlara mane olmaq istədikdə Kamilin hər iki oğlu, yəni kiçik oğlu Qoşqar əlindəki rezinlə ayağından, boynundan, böyük oğlu Mehdi isə əlindəki paya (ağac parçası) ilə onun bədəninin müxtəlif nahiyəsindən vuraraq onu döymüşlər. Mehdi əlindəki paya ilə onun burun nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və nəticədə o, burun nahiyəsindən xəsarət almışdır. Həmin vaxtı əri Tural qorxduğundan qaçaraq tövlənin içərisinə girib gizlənmiş, lakin Qoşqar və Mehdinin ona döyüb xəsarətləndirdiklərini görüb qaçaraq yaxınlıqda yaşayan Nemətzadə Neməti və atası Şahid3 köməyə çağırmış, daha sonra atası Hümmətə zəng etmişdir. Həmin vaxt kəndin bələdiyyəsi, yəni Kamilin qaynı Əhliman Əliyev də öz avtomobili ilə oradan tez-tez keçirdi. Həmin vaxt Əhliman Əliyev gülə-gülə onlara baxmış, o, mübahisəni sakitləşdirmək məqəsdi ilə Əhliman Əliyevi çağrsa da, lakin o, yanlarına gəlməmişdir. Əri Tural 103 xidmətinə zəng vuraraq təcili tibbi yardım çağırmışdır. Az keçmiş həmkəndlisi Nemət və onun atası Zeynal onların yanına gəlmiş, həmin vaxt Qoşqar və Mehdi, onların atası Kamil və həmkəndlisi Cənnət çəpərdən öz tərəflərinə aid hissədə dayanıb onların ünvanına söyüşlər söymüş, Kamil də baş vermiş hadisələri mobil telefona çəkmişdir. Az keçmiş qayınatası Hümmət, qayınanası hadisə yerinə gəlmiş, həmin anda polis əməkdaşları və təcili tibbi yardım işçiləri də hadisə yerinə gəlmişlər, lakin özündə olmadığından təcili tibbi yardım əməkdaşlarının ora gəlmələrini, ona ilkin tibbi yardım göstərib-göstərməmələrini xatırlamır. Baş vermiş hadisəni əri Tural mobil telefonuna çəkirmiş, hansı ki, mobil telefonda təcili tibbi yardım əməkdaşlarını görmüşdür, həmin video çəkilişi Tural qayınatası Hümmətin telefonuna atmış, o, həmin telefondan çəkilişləri görmüşdür. Qayanatası Şahid2 X16 gəlməsi barədə soruşduqda, ona həmin faktı təsdiq etmiş, hadisə yerinə həkimlərin gəldiyini, ona iynə vurmaq istədiklərini, lakin özündə olmadığından onu tuta bilmədiklərini demişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, Təqsirləndirilən şəxs və Şahid5 və ataları Kamil Gınciyev tərəfindən ona xəsarət yetirilsə də, yalnız Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini, digərlərinin isə məsuliyyətdən kənar qalmasını, buna görə həmin şəxslərin də məsuliyyətə cəlb edilməsini və qanunamüvafiq cəzalandırılmaları barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid8 onun həmkəndliləridir. Hər iki adı çəkilən şəxs və ailə üzvləri ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, qohumu Babaxanın evinə qonaq getmişdir. Babaxanla o, evin həyətində dayanıb söhbət edirmişlər. Bu zaman kiminsə ucadan qışqırmasını eşitmişlər və Babaxanla o, səs gələn tərəf getmişlər. Bir qədər getdikdən sonra görmüşlər ki, Şahid2 gəlini Zərərçəkmiş şəxs Şahid8 oğulları Mehti və Qoşqarla mübahisə edir, onların üzərinə hücum edir. Həmin vaxt Şəlalənin əlində paya da olmuşdur. O, onlara yaxınlaşmış və mübahisə etdiklərinə görə irad bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs onun da üzərinə gəlmişdir, yerdə olan dəmir vedrəni götürüb ona atmış, lakin vedrə ona dəyməmişdir. O, Şəlalənin qayınatası Hümmətə irad bildirmişdir ki, Şəlaləni sakitləşdirsin. Şəlalə Qoşqarın üzərinə gedib əlləri ilə boğazından tutub boğurdu. Şəlalənin əlində rezin şlanq var idi. Kimin-kimi vurmasını görməmişdir. Təcili tibbi yardım heyəti hadisə yerinə gəlmiş, Şəlaləyə yardım etmək istəmişlər, lakin Şəlalə qaçdığından onu tuta bilməmişlər. Kamil yaxına gəlmiş və uşaqlarını götürüb oradan uzaqlaşmışdır. Bundan sonra o və Babaxan isə mübahisənin sona çatmasını görüb evlərinə qayıtmışlar. O, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaş zamanı orada olmamışdır. O və Babaxan xx.xx.2023-cü il tarixdə saat 17 radələrində tərəflər arasında baş vermiş dava-dalaş zamanı orada olmuşlar, həmin vaxt o, Şəlalənin sifət və bədəninin digər nahiyələrində heç bir xəsarətin olmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid6lə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gəlini Şəlalə və oğlu Tural ailəsi ilə onunla birlikdə yaşayır, həmçinin onların şəxsi təsərrüfatına məxsus mal-qarası vardır. Həmin mal-qaranı onlar yaşadığı Sığdaş kəndi ərazisində yerləşən ona məxsus 0,5 ha otlaq sahəsində saxlayırlar. Həmin torpaq sahəsi onundur. O, torpaq sahəsindən otlaq kimi istifadə edir və özünə məxsus mal-qarasını orada saxlayır. Şahid8 onun həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik münadibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində gəlini Şəlalə və oğlu Şahid1 otlaq sahəsinə malları sağmaq üçün getmiş və orada olarkən Şahid8lə aralarında mübahisə yaranmışdır. Bu hadisəni ona sonradan axşam saatlarında gəlini Şəlalə gəlib danışmışdır. Həmin gün ona məlum olmuşdur ki, Şahid8 iddia edirmiş ki, guya ki, onun icarə əsasında istifadə etdiyi otlaq sahəsi onun Rusiyada yaşayan əmisioğlu Şirzada məxsusdur. Guya ki, Şirzad Kamilə etibarnamə verib ki, Kamil otlaqdan istifadə etsin. O, Kamilə xəbər göndərmişdir ki, o, 2002-ci il tarixdən etibarən otlaq sahəsindən istifadə edir və buna dair rəsmi çıxarış və digər zəruri sənədləri vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində oğlu Tural ona zəng edərək, polis əməkdaşlarının ona məxsus otlaq sahəsinə gəlməsini və otlaq sahəsinə dair rəsmi sənədləri istəmələrini bildirmişdir. O, da evdən sənədləri götürüb otlaq sahəsinə getmiş və həmin sənədləri polis əməkdaşlarına vermişdir. Orada ona məlum olmuşdur ki, Kamil yenidən otlaq sahəsinə gəlmiş və mübahisə etmişdir. Mübahisə zamanı Kamil Şəlalənin sağ gözünün alt nahiyəsinə yumruğu ilə bir dəfə vurmuşdur. Kamil ilə ora gedən həmkəndlisi Elşən isə yumruğu ilə Şəlalənin sağ çiyin nahiyəsinə vurmuşdur. xx.xx.2023cü il tarixdə saat təxminən 17 radələrində o, evdə olarkən evdən gəlini Şəlalənin səsküyünü eşitmiş və cəld hadisə yerinə getmişdir. O, ora çatarkən Kamilin və oğulları Qoşqarla Mehdinin onun gəlni Şəlalə ilə mübahisə etməsini və Şəlalənin üzünün qanamasını görmüşdür. Kamilin göstərişi ilə oğlanları Qoşqar və Mehdi gəlini Şəlaləni və oğlu Turalı döydüyünü görmüşdür. Kamilin hər iki oğlu, yəni kiçik oğlu Qoşqar əlindəki rezinlə, böyük oğlu Mehdi isə əlindəki paya (ağac parçası) ilə Şəlalənin bədəninin müxtəlif nahiyəsindən vuraraq onu döymüşlər. Bunu oğlu Tural da gözü ilə görmüşdür. Mehdi əlindəki paya ilə Şəlalənin burun nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və nəticədə Şəlalə burun nahiyəsindən xəsarət almışdır. Qoşqarın əlində rezin, Mehdinin əlində isə paya (ağac parçası) olduğunu görmüşdür. Nemət və Zeynal da hadisə yerinə gəlmiş, ondan sonra böyük oğlu Toğrul da hadisə yerinə gəlmişdir. Polis əməkdaşları və təcili tibbi yardım heyyəti hadisə yerinə gəlmişlər. Həkmi heyətinə bildirmişdir ki, gəlini Şəlaləyə yardım göstərərək iynə vurub onu sakitləşdirsinlər, çünkü gəlini Şəlalədə əsəbilik vardır. Əsəbiləşdiyi halda özündə olmur. Lakin həkim heyəti çox çalışsa da, Şəlaləni sakitləşdirə bilməmiş, bu səbəbdən ona ilkin tibbi yardım göstərilməmişdir. Həmin vaxtı Şəlalənin üzü və üst-başı qanlı olmuş, polis əməkdaşı Şəlaləyə imzalaması üçün kağız versə də, lakin kağız qanlı olduğundan bir neçə dəfə polis əməkdaşı tərəfindən dəyişdirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, yaşadığı Sığdaş kəndi ərazisində Rusiya Federasiyasında yaşayan qohumu Şirzad Əzizovun adına 75 ha torpaq sahəsi vardır. Şirzad Rusiya Federasiyasında yaşadığından həmin torpaqdan otlaq sahəsi kimi istifadə hüququnu şifahi olaraq ona vermiş, o, son 2 il bundan əvvələ qədər həmin torpaq sahəsindən otlaq kimi istifadə etmişdir. 2 ildir ki, heyvan saxlamadığından həmkəndlisi Şahid2 istifadə etmişdir. 2023-cü ilin fevral ayında X10 ona etibarnamə vermişdir ki, ona məxsus torpaq sahəsindən istifadə etsin. Lakin həmkəndlisi Şahid2 iddia edir ki, otlaq sahəsi ona məxsusdur. Bir neçə il bundan əvvəl Hümmət otlaq sahəsindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində oğlu Qoşqarı otlaq sahəsinə nəzarət etmək üçün göndərmiş, Qoşqar da, malqaranı otlaq sahəsindən çıxararkən Tural və Şəlalə ona imkan verməmişlər. Qoşqar ona zəng edərək məlumat verdikdən sonra o, da otlaq sahəyə getmiş və torpaq sahəsinə dair sənədinin olduğunu, həmin torpağı icarəyə götürdüyünü bildirib Turala mal-qaranı sahədən çıxarmasını tələb etmiş, bu vaxt Şəlalə qabağa çıxaraq onu söyməyə başlamış, əri Turalın telefonu ilə qayınatası Hümmətə zəng edərək torpağın sənədini gətirməsini desə də, lakin cavabında Hümmtə gəlini Şəlaləyə “vur payanı onların başına, onlar nə bilir sənəd nədir” sözlərini demişdir. Bundan sonra o, Şəlalə ilə mübahisə etməmək üçün çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, oğlu Qoşqarla birlikdə yenidən otlaq sahəsinə getmiş və görmüşdür ki, Şəlalə və əri Tural orada olan qurudqları çəpəri yandırmaqla sökərək yenidən mal-qaranı sahəyə buraxmışlar. Onlara yaxınlaşıb demişdir ki, mal-qaranı otlaq sahəsindən çıxartsınlar. Bu zaman Şəlalə onu nalayiq söyüşlərlə söymüş və oğlu Qoşqarı yumruq və əlindəki paya (ağac parçası) ilə vuraraq xəsarət yetirmişdir. Həmçinin, yerdən daş götürüb onun sol ayaq nahiyəsinə, paya ilə isə sağ qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, Şəlaləyə baş qoşmayıb oğlu Qoşqarı da oradan götürüb evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, oğlu Qoşqar və Mehdi ilə yenidən otlaq sahəsinə getmişdir ki, oranı tikanla hasara çəksin. Otlaq sahəsinə çatarkən görmüşdür ki, Tural və arvadı Şəlalə otlaq sahəsindədir və onlar tikanlardan çəkdiyi hasarı yandırmışdılar. O, heyvanları otlaqdan çıxarmaq istəmişdir. Oğulları Qoşqar və Mehdi də ona kömək edirmiş. Şəlalə onu və oğullarını nalayiq söyüşlərlə söymüşdür. O, bir qədər kənarda olmuşdur. Qoşqar və Mehdi isə onlara yaxın olmuş və malları otlaqdan çıxarırmışlar. Şəlalə bu zaman Qoşqara yaxınlaşaraq ünvanlarına nalayiq söyüşlər söymüş, bundan sonra Şəlalə əlindəki paya ilə Qoşqarın bədəninin müxtəlif nahiyəsinə vuraraq xəsarət yetirmiş, həmçinin əlləri ilə onun boğazından tutub boğmuş, Qoşqar isə boğulduğunu görüb əlindəki rezinlə Şəlalənin ayaq nahiyəsindən yüngül vuraraq onun əlindən canını qurtarmaq istəmişdir. Şəlalə Qoşqardan kənara çəkilmişdir. Mehdi isə malları otlaqdan çıxarmağa davam etmişdir. Şəlalə Mehdiyə mane olmaq istəmiş, Qoşqar yenidən Şəlalənin yanına gəlib irad bildirmişdir. Bu zaman Şəlalənin əri Tural Qoşqarı qollarından tutmuşdur. Şəlalə isə əlindəki paya ilə Qoşqarın baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Qoşqar baş nahiyəsindən aldığı zərbənin təsirindən yerə yıxılmış və Mehdi bunu görən kimi Qoşqarı yerdən qaldırmışdır. O, isə kənarda dayanmışdır. Həmin vaxt səs-küyə həmkəndliləri Cənnət, Babaxan, Zeynal və oğlu Nemət də oraya toplaşmışdılar. O, Qoşqarı götürüb Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmış və orada həkimlər oğlu Qoşqara ilkin tibbi yardım göstərmişlər. Qoşqarın səhhəti qənaətbəxş olmadığından həkimlər 3 gün müddətinə onu xəstəxanada saxlamışlar. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-cü il tarixli, 162 saylı və xx.xx.2023cü il tarixli, 172 saylı rəyində göstərilən xəsarətləri Zərərçəkmiş şəxs nə o, nədə ki, oğulları Qoşqar və Mehdi yetirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar tamamilə yalandır. Əksinə olaraq xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun oğlu Şahid5 vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid8a onun həmkəndliləridir. Hər iki adı çəkilən şəxs və ailə üzvləri ilə arasında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evin həyətində olarkən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə Şahid8 oğulları və Elşən arasında sözlə mübahisə olmasını eşitmişlər. Lakin onlar arasında mübahisə sözlə olduğundan və polis əməkdaşları gəldiyindən həmin yerə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, atası Zeynalla yaşadığı evin həyətində olarkən onların evin həyətindən görünən, həmkəndlisi Şahid2 istifadə etdiyi otlaq sahəsində səs-küy olmasını eşitmişlər. Əvvəlcə fikir verməmiş və maraqlanmamışlar. Az sonra isə həmin otlaq sahəsinə təcili tibbi yardım maşınının gəlməsini görüb hadisə yerinə getmişlər. O və atası Zeyal otlaq sahəsinə çatdıqda həmkəndliləri Babaxan və Cənnətin də orada olmasını görmüşlər. Onlar görmüşlər ki, Kamil və Babaxan Şahid2la sözlə mübahisə edirlər. Onlara məlum olmuşdur ki, Şahid8 və uşaqları ilə Zərərçəkmiş şəxs arasında otlaq sahəsinə sahiblik hüququ ilə bağlı mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Kamil ilə və onun oğulları ilə bir-biriləri ilə mübahisə edirmiş və onların üzərinə hücum çəkirmiş. Lakin həmin vaxt orada olan Cənnət isə tərəfləri ayırıb sakitləşdirmişdir. Şəlalə xanım yerdə uzanmışdır, üzündən qan görməmiş, lakin qızartıəların olduğunu görmüşdür. Az sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və mübahisəni sakitləşdirmişlər. Onlar da mübahisənin sakitləşməsini görüb evlərinə qayıtmışlar. Məhkəmə istintaqında qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə2ın iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində atası onu otlaq sahəsinə nəzarət etmək üçün göndərmiş, o, da, otlaq sahəsinə gedib mal-qaranı otlaq sahəsindən çıxararkən Tural və Şəlalə ona imkan verməmişlər. Atasına zəng edərək məlumat verdikdən sonra atası da otlaq sahəyə gəlmişdir. Atası həmin vaxt Şəlaləyə və Turala torpaq sahəsinə dair sənədinin olduğunu, həmin torpağı icarəyə götürdüyünü bildirib Turaldan mal-qaranı sahədən çıxarmasını tələb etmiş, bu vaxt Şəlalə qabağa çıxaraq atasını və onu söyməyə başlamış, əri Turalın telefonu ilə qayınatası Hümmətə zəng edərək torpağn sənədini gətirməsini desə də, lakin cavabında Hümmət gəlini Şəlaləyə “vur payanı onların başına, onlar nə bilir sənəd nədir” sözlərini demişdir. Bundan sonra onlar Şəlalə ilə mübahisə etməmək üçün çıxıb getmişdilər. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində atası Kamillə birlikdə yenidən otlaq sahəsinə getmiş və görmüşdür ki, Şəlalə və əri Tural orada onalrın qurduqları çəpəri yandırmaqla sökərək yenidən mal-qaranı sahəyə buraxmışlar. Onlara yaxınlaşıb demişdir ki, mal qaranı otlaq sahəsindən çıxartsınlar. Bu zaman Şəlalə atasını nalayiq söyüşlərlə söymüş və onu yumruq və əlindəki paya (ağac parçası) ilə vuraraq başına xəsarət yetirmişdir. Həmçinin, yerdən daş götürüb atasının sol ayaq nahiyəsinə, paya ilə isə sağ qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Onlar da Şəlaləyə baş qoşmayıb evə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, atası Kamil və qardaşı Mehdi ilə yenidən otlaq sahəsinə getmişdir ki, ora tikanla hasar çəksinlər. Otlaq sahəsinə çatarkən görmüşlər ki, Tural və arvadı Şəlalə otlaq sahəsindədir, həmçinin ora tikanlardan çəkdiyi hasarı yandırmışdılar. Atası Kamil heyvanları otlaqdan çıxarmaq istəmişdir. O və Mehdi də atasına kömək edirmiş. Şəlalə atasını, onu və qardaşını nalayiq söyüşlərlə söymüşdür. Atası bir qədər kənarda olmuşdur. O və Mehdi isə onlara yaxın olmuş və malları otlaqdan çıxarırmışlar. Şəlalə bu zaman ona yaxınlaşmış ünvanlarına nalayiq söyüşlər söymüş, bundan sonra Şəlalə əlindəki paya ilə onun bədəninin müxtəlif nahiyəsinə vuraraq xəsarət yetirmiş, həmçinin, əlləri ilə boğazından tutub boğmuş, o, boğulduğunu görüb əlindəki rezinlə Şəlaləni özündən kənarlaşdırmaq üçün onun ayaq nahiyəsindən yüngül vuraraq, canını onun əlindən qurtarmaq istəmişdir. Şəlalə ondan kənara çəkilmişdir. Mehdi isə malları otlaqdan çıxarmağa davam edirmiş. Şəlalə Mehdiyə mane olmaq istəmiş, o, yenidən Şəlalənin yanına gəlib irad bildirmişdir. Bu zaman Şəlalənin əri Tural onu qollarından tutmuşdur. Şəlalə isə əlindəki paya ilə onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Aldığı zərbənin təsirindən yerə yıxılmış və Mehdi bunu görən kimi onu yerdən qaldırmışdır. Atası isə kənarda dayanmışdır. Həmin vaxt səs-küyə həmkəndliləri Cənnət, Babaxan, Zeynal və oğlu Nemət də ora toplaşmışdır. Atası onu götürüb Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmış və orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Boradigah qəsəbə xəstəxanasının X16da tibb bacsı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 18:40-da Masallı rayon, Sığdaş kənd ərazisində təcili tibbi yardım şöbəsinə müraciət daxil olmuşdur. Daxil olmuş müraciət əsasında o və tibb bacısı Sevən Sadqova birlikdə Masallı rayon Sığdaş kənd ərazisinə getmişlər. Orada, yəni davadalaş baş verdiyi torpaq sahəsində tanımadığı bir neçə nəfər şəxslər mübahisə etmişlər. Onlar oraya çatdıqda Zərərçəkmiş şəxs yerdə oturmuş vəziyyətdə olmuşdur. O və X15 Rzayevaya tibbi yardım göstərmək üçün ona yaxınlaşmışlar və yardım göstərmək istəmişlər. Şəlalədən halının niyə pisləşməsini soruşduqda Şəlalə demişdir ki, həmkəndliləri ilə aralarında mübahisəsi baş vermiş və mübahisə zamanı onu paya ilə vurmuşlar. Bu səbəbdən də onun halı pisləşmişdir. Onlar Şəlaləyə yardım göstərmək istəyərkən o, imtina etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar geri qayıtmışlar. Şəlalədə hər hansı bir xəsarətin olmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdən etibarən Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım sürücüsü, son 1 ildir ki, Boradigah xəstəxanasının təcili tibbi yardım xəstəxanasının sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində o, xəstəxanada, yəni təcili tibbi yardım şöbəsində olarkən Masallı rayonu, Sığdaş kəndindən adını sonradan bildiyi Hümmət adlı şəxsin çağırışı gəlmişdir. Daxil olmuş çağırış əsasında o, tibb bacıları Hökümə və Sevəna adlı şəxslərlə birlikdə Masallı rayonu, Sığdaş kəndinə getmişlər. Onlar hadisə yerinə çatarkən Hümmətin gəlni Zərərçəkmiş şəxs otlaq sahəsində oturmuş vəziyyətdə imiş. O, xidməti avtomobildə oturmuş, Sevən və Hökümə isə maşından düşüb Şəlaləyə yaxınlaşmış və ona ilkin tibbi yardım göstərməyə başlamışlar. Həmin vaxt təxminən 50-60 metr məsafədə isə Şəlalənin mübahisə etdiyi 2-3 nəfər şəxs dayanmışdır. Sevən və Hökümə Şəlaləyə ilkin tibbi yardım göstərdikdən sonra Şəlalə ayağa qalxmış və onun tərəfə gələn 2-3 nəfərin üzərinə gedərək, onlarla mübahisə etməyə başlamışdır. Sevən və Hökümə Şəlaləyə yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da, lakin o, Sevən və Höküməyə demişdir ki, mübahisəyə qarışmasınlar. Onlar avtomobilə əyləşib xəstəxanaya qayıtmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 məhkəmə istintaqında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, şahid X4 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onların şəxsi təsərrüfatına məxsus mal-qaraları vardır. Həmin mal-qaranı onlar yaşadığı Sığdaş kəndi ərazisində yerləşən atası Hümmətə məxsus 0,50 ha otlaq sahəsində saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində o və arvadı Zərərçəkmiş şəxs otlaq sahəsinə malları sağmaq üçün getmişlər. Bir qədər sonra Şahid8 onu öz yanına çağırmışdır. Şəlalə isə onu getməsinə mane olmuş, onu döyəcəklərini demişdir. Bu zaman Kamil özü onların yanına gəlmiş və malları otlaq sahəsindən çıxarmasını tələb etmişdir. Şəlalə isə otlaq sahəsinin qayınatası Hümmətə məxsus olduğunu deyib malları oradan çıxarmayacağını bildirmişdir. Kamil Şəlalənin üzərinə gələrək onu itələmişdir. Şəlalə isə bir az arxaya gedib dayanmışdır. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Polis əməkdaşları gəlmiş və Şəlalə şikayət ərizəsi yazmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, arvadı Şəlalə ilə otlaq sahəsinə yenidən getmişdir. Şahid8 də öz qohumu Elşən Həbibzadə ilə oraya gəlmiş və onu yenə də öz yanına çağırmışdır. Şəlalə yenə də onu Kamilin çağırışına qoymamışdır. Mübahisə zamanı Kamil əli ilə Şəlaləni göz nahiyəsindən vuraraq itələmişdir. O, yenidən DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, arvadı Şəlalə ilə yenidən otlaq sahəsinə getmişdir. Bu vaxt Kamil, həmkəndlisi Babaxan, qohumu Cənnətlə otlaq sahəsinin kənarında dayanmışlar. Kamilin göstərişi ilə oğlanları Qoşqar və Mehdi onların yanına gəlmiş və onların icazəsi olmadan heyvanları otlaq sahəsindən çıxarmaq istəmişlər. Şəlalə onlara mane olmaq istədikdə Kamilin hər iki oğlu, yəni kiçik oğlu Qoşqar əlindəki rezinlə, böyük oğlu Mehdi isə əlindəki paya (ağac parçası) ilə Şəlalənin bədəninin müxtəlif nahiyəsindən vuraraq onu döymüşlər. Həmçinin, Mehdi əlindəki paya ilə Şəlalənin burun nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və nəticədə o, burun nahiyəsindən xəsarət almışdır. Qorxduğundan qaçaraq tövləyə girmiş, tövlədən Qoşqar və Mehdinin Şəlaləni vurmağa davam etdiyini görüb, tövlədən çıxıb qaçıb yaxınlıqda yaşayan Nemətzadə Neməti və atası Şahid3 köməyə çağırmış, daha sonra atası Hümmətə zəng etmişdir. Sonradan yenidən qaçııb tövləyə girmişdir. Eyni zmanda X16 103 xidmətinə zəng vuraraq həkim çağırmışdı. Az keçmiş həmkəndlisi Nemət və onun atası Zeynal onların yanına gəlmiş, həmin vaxt Qoşqar və Mehdi, onların atası Kamil və həmkəndlisi Cənnət çəpərdən öz tərəflərinə aid hissədə dayanıb onların ünvanına söyüşlər söymüş, Kamil də baş vermiş hadisələri mobil telefona çəkmişdir. Az keçmiş atası Hümmət, anası hadisə yerinə gəlmiş, həmin anda polis əməkdaşları və təcili tibbi yardım işçiləri də hadisə yerinə gəlmişdilər. Təcili tibbi yardım işçiləri arvadı Şəlaləyə yardım etmək istəmişlər. Lakin Şəlalə özündə olmadığından təcili tibbi yardım işçiləri getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid8a onun həmkəndliləridir. Hər iki adı çəkilən şəxs və ailə üzvləri ilə arasında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evin həyətində olarkən otlaq sahəsində Zərərçəkmiş şəxs ilə Şahid8 oğulları və Elşən arasında sözlə mübahisə olmasını eşitmişlər. Lakin onlar arasında mübahisə sözlə olduğundan və polis əməkdaşları gəldiyindən həmin yerə getməmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, oğlu Nemətlə yaşadığı evin həyətində olarkən onların evin həyətindən görünən, həmkəndlisi Şahid2 istifadə etdiyi otlaq sahəsində səs-küy olmasını eşitmişlər. Əvvəlcə fikir verməmiş və maraqlanmamışlar. Uzaqdan Turalın onlara tərəf qaçıdğını, amma nədənsə yarı yoldan geri döndüyünü görmüşdür. Az sonra isə həmin otlaq sahəsinə təcili tibbi yardım maşının gəlməsini görüb hadisə yerinə getmişlər. Şəlaləyə yaxınlaşmış, onun burnunda şiş və gözünün altında qaraltı olduğunu görmüşdür. Şəlalə özündə olmamış, oturaraq ağlamışdır. Şəlalədən nə baş verdiyini soruşduqdan o, bildirmişdir ki, Şahid8 uşaqları Mehdi və Qoşqar onu vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi-Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2, onun gəlini Zərərçəkmiş şəxs və digər ailə üzvləri onların həmkəndlisidir. Onların arasında əvvəllər heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. Yaşadığı Sığdaş kəndi ərazisində Rusiya Federasiyasında yaşayan qohumları Şirzad Əzizovun adına torpaq sahəsi vardır. X13 yaşadığından həmin torpaqdan otlaq sahəsi kimi istifadə hüququnu atası Kamilə vermişdir. Lakin atası Kamil həmin torpaq sahəsindən istifadə etməmişdir. 2023-cü ilin fevral ayında Şirzad atası Kamilə etibarnamə vermişdir ki, onlar oradan otlaq kimi istifadə etsin. Lakin həmkəndlisi Şahid2 iddia edirmiş ki, otlaq sahəsi guya ki, ona məxsusdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası Kamil yaşadığı evə gələrək Hümmətin gəlini Şəlalənin onunla mübahisə etməsini və DİN-nin 102 xidmətinə zəng etməsini bildirmişdir. Səbəb isə Hümmətin gəlini Şəlalənin mübahisəsi gedən torpaq sahəsindən istifadə etməyə icazə verməməsi olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində atası Kamil və qardaşı Qoşqar yenidən otlaq sahəsinə getmişdir. Orada Şəlalə və əri Tural onlarla mübahisə etmiş və bu zaman Şəlalə atası Kamili nalayiq söyüşlərlə söymüş və əlindəki paya (ağac parçası) ilə qardaşı Qoşqarı vuraraq xəsarət yetirmişdir. Həmçinin, yerdən daş götürüb atası Kamilin sol ayaq nahiyəsinə, paya ilə isə sağ qol nahiyəsindən vuraraq atası Kamilə xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, qardaşı Qoqşar və atası Kamil ilə yenidən otlaq sahəsinə getmişdir ki, ora tikanla hasar çəksinlər. Otlaq sahəsinə çatarkən görmüşlər ki, Tural və arvadı Şəlalə otlaq sahəsindədir və onların ora tikanlardan çəkdiyi hasarı yandırmışdılar. Atası Kamil heyvanları otlaqdan çıxarmaq istəmişdir. O, qardaşı Qoşqar da atasına kömək edirmişlər. Şəlalə onları nalayiq söyüşlərlə söymüşdür. Atası bir qədər kənarda olmuş, o və Qoşqar isə onlara yaxın olmuşdur və malları otlaqdan çıxarırmışlar. Şəlalə bu zaman Qoşqara yaxınlaşmış və əlindəki paya ilə Qoşqarın bədəninin müxtəlif nahiyəsinə vuraraq xəsarət yetirmişdir, həmçinin əlləri ilə Qoşqarın boğazından tutub boğmuşdur. Qoşqar əlindəki rezinlə Şəlalənin ayaq nahiyəsindən vurduqdan sonra Şəlalə onun boğazından əllərini çəkmişdir. O, isə malları otlaqdan çıxarmağa davam etmişdir. Şəlalə ona mane olmaq istəmişdir. Qoşqar yenidən Şəlalənin yanına gəlib irad bildirmişdir. Bu zaman Şəlalənin əri Tural Qoşqarın qollarından tutmuşdur. Şəlalə isə əlindəki paya ilə Qoşqarın baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Qoşqar baş nahiyəsindən aldığı zərbənin təsirindən yerə yıxılmış və o, bunu görən kimi Qoşqarı yerdən qaldırmışdır. Həmin vaxt səs-küyə həmkəndliləri Cənnət, Babaxan, Zeynal və oğlu Nemət də oraya toplaşmışdılar. Onlar Qoşqarı götürüb Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmış və orada həkimlər Qoşqara ilkin tibbi yardım göstərmişlər. Qoşqarın səhhəti qənaətbəxş olmadığından həkimlər 3 gün müddətinə onu xəstəxanada saxlamışlar. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-cü il tarixli, 162 saylı və xx.xx.2023-cü il tarixli, 172 saylı rəyində göstərilən xəsarətləri Zərərçəkmiş şəxs nə o, nədə ki, qardaşı Qoşqar və atası Şahid8 yetirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi xüsusatlar tamamilə yalandır. Əksinə olaraq xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun qardaşı Şahid5 vuraraq xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı hadisə təcili tibbi yardım işləri və az sonra polis əməkdaşları da gəlmişdir. Lakin Zərərçəkmiş şəxs heç bir xəsarət olmadığından təcili tibbi yardım işçiləri ona ilkin tibbi yardım göstərmədən getmişlər. Sonda Təqsirləndirilən şəxs heç kimə qarşı cinayət əməli törətmədiyini, Zərərçəkmiş şəxs vurmadığını bildirərək, ona bəraət verilməsini xahiş etdi. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əri Şahid1 orada olmasına əhəmiyyət verməyərək onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Şahid1 aşkar surətdə xüsusi əzab verib iztirab çəkdirdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs ağac parçası ilə qəsdən vuraraq sonuncuya sağ almacıq nahiyəsində şişkinlik, qançır və sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır bədən xəsarətləri yetirməsi əməlinə görə ona ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlər Şahid2, Şahid1, Nəhmət Zeynalov və Nəhmət Nəhmətzadənin ifadələri, habelə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsinə dair ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X18 xx.xx.2023-cü il tarixli, 172 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, sağ almacıq nahiyəsində şişkinlik və qançır, sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində, sağ çiyin qurşağı nahiyəsində, qarının ön divarında, sol bel nahiyəsində, sol bud və hər iki baldır nahiyəsində qançırlar, sol əlin 4-cü barmağında sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ almacıq nahiyəsində şişkinlik, qançır və sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Sağ çiyin qurşağındakı qançır isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində baş vermiş hadisə isə Masallı rayonu, Sığdaş kəndində yerləşən mübahisəsi gedən otlaq sahəsinə baş vermiş, hadisənin baş verdiyi yer Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək fotoşəkilləri çəkilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid8 arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid8 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid5 arasında üzləşmə keçirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid5 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki,istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid3 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid4 arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid4 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid6 arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid6 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid7 arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid7 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Masallı rayonu, Sığdaş kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs həmkəndliləri Şahid8 ilə, sonuncunun oğulları Şahid5 və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişənin görüntüsünün əks olunduğu 01 ədəd video diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Maallı rayonu, Sığdaş kəndi ərazisində baş vermiş hadisə zamanı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilən inzibati xəta əməlini törətmiş Şahid5 Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmadığından onun barəsində inzibati qaydada tədbir görülməməsi qərara alınmışdır. Masallı rayon İHB-nın Sığdaş kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla atası Şahid8, anası X2 və qardaşı Şahid5 ibarət ailə tərkibində yaşayır, o, 2011-ci ildə Sığdaş kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2022-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Təqsirləndirilən şəxs müəllimlərin dediklərinə görə məktəbdə oxuduğu müddətdə özünü nizam-intizamlı şagird kimi aparmışdır. O, 2022ci ildə X14 daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri və kənd camaatı tərəfindən də müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmə protokollarından, habelə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərərvurması tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxsnna xəsarət yetirməməsi barədə ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun yetkinlik yaşına çatmadan cinayət əməlini törətməsi; CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Masallı rayonu Sığdaş kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs həmkəndliləri Şahid8 ilə, sonuncunun oğulları Şahid5 və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişənin görüntüsünün əks olunduğu 01 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Masallı rayonu Sığdaş kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs həmkəndliləri Şahid8 ilə, sonuncunun oğulları Şahid5 və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişənin görüntüsünün əks olunduğu 01 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar