Məhkəmə qərarları › İş №1(050)-17/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-17/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-17/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində üç nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin girişində olan daş pilləkəndə evə gec gəlməsi ilə əlaqədar arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı yumruqla sonuncunun başının təpə nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın və təpə nahiyələrinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2022-ci il tarixdə 01 radələrində yaşadığı evinə gələn vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs ilə evə gec gəldiyinə görə mübahisələri düşmüşdür, o, Ramiləyə işdə olduğunu və buna görə gecikdiyini demişdir. Daha sonra Ramilə ilə arasında sözlü mübahisə yaranmış və o, əsəbləşdiyi üçün Ramilənin üz nahiyəsindən 2 dəfə şillə zərbəsi vurmuşdur. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan bir müddət sonra qaynatası Rəhim qızı Ramiləni Bakı şəhərinə aparmışdır. Ramilə Bakı şəhərinə getdikdən sonra o, onlarla əlaqə saxlaya bilməmişdir. Çünki, Ramilə və onun atası onun mobil telefon zənglərini açmamışdır. O, Bakı şəhərində onların yaşadığı ünvana getsə də, onlar Ramiləni görməyinə icazə verməmişlər. Bir müddət sonra yoldaşı Ramilənin onun haqqında Masallı RPŞ-nə ərizə ilə müraciət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxslə barışmaq istəyir, lakin onlar barışmırlar, uşaqları da hal-hazırda onun himayəsində yaşayır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istiintaqında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Mirvəli ilə əvvəllər ailə münasibətləri zəminində dəfələrlə mübahisələri olmuşdur. Həmin mübahisələr zamanı o, bir neçə dəfə DİN-nin 102 zəng xidməti mərkəzinə, eləcə də Masallı RPŞ-nə müraciət etmiş və həmin müraciətlər əsasında RPŞ-də araşdırmalar aparılmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində evin giriş qapısının bərk döyüldüyünü eşitmiş, açdığı zaman Mirvəli onu sinə nahiyəsindən əli ilə itələyib evə daxil olmuşdur. Daha sonra Mirvəli qaynanası Xatirənin onların evinə aldığı müxtəlif ərzaqların olduğu sellofan torbanı götürüb əsəbi halda evdən çıxıb getmişdir. O, həmin vaxt nə baş verdiyini başa düşməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə 01 radələrində Mirvəli evə gələrək avtomobildən düşüb onun üzərinə hücüm etmiş və onu yaşadıqları evin giriş pilləkənlərində tutmuşdur. Həmin vaxt Mirvəli onunla mübahisə edib yumruqla bir neçə dəfə onun başının təpə nahiyəsinə güclü zərbələr yetirmişdir. Mirvəlinin vurduğu yumruq zərbələrindən sonra o başında bərk ağrılar hiss etmiş və bir anda huşunu itirib yerə yıxılmışdır. Daha sonra müxtəlif günlərdə bir neçə dəfə halı pisləşərək özündən getmişdir. Bununla əlaqədar olaraq bir neçə dəfə həkimlərə mnüraciət etmiş, lakin sağalmadığı üçün Masallı RMX-da həkim Priyevin işlədiyi şöbəyə yerləşdirilmiş,daha sonra sağalmadığı üçün rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə köçürülmüşdür. xx.xx.2022-ci il tarixə kimi orada həkimlər tərəfindən müalicə olunmuş, lakin buna baxmayaraq səhhəti yaxşılığa doğru irəliləmədiyindən həkimlər tərəfindən Bakı şəhərinə göndərilməyi məsləhət görülmüşdür. Buna baxmayaraq əri Mirvəli onun Bakı şəhərində müalicə almağına razılıq verməmişdir. Lakin Mirvəlinin razılıq verməməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə həkim göndərişi əsasında Bakı şəhərində yerləşən Respublika xəstəxanasına göndərilmişdir. O, orada müayinə olunan zaman ona kəllə-beyin travması diaqnozu qoyulmuşdur. O,həmin xəstəxanada bir neçə gün müalicə olunduqdan sonra evə buraxılmışdır. Həmin vaxtdan sonra valideynləri ilə birlikdə onlara məxsus ünvan 3 ünvanında müalicəsini davam etdirir. Təqsirləndirilən şəxs ilə barışmaq istəmir. Ona görə də ona qanuna müvafiq qaydada daha ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqına şahid qismində dəvət edilmiş Şahid2 Təqsirləndirilən şəxs anası olduğu üçün ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına hasardan tullanaraq daxil olması və evi yandıracağı ilə hədələməsi barədə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə o, müraciət etmidir. Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs həyat yoldaşıdır. X5 boşanmaq ərəfəsindədir. Belə ki, Mirvəli Ramiləni dəfələrə döymüşdür. Sonuncu dəfə isə 2022-ci ilin avqust ayının 14-də Mirvəli Ramiləni yaşadıqları Masallı şəhərində yerləşən evdə döymüşdür. Həmin vaxtdan bacısı onlarla birlikdə Bakı şəhərində yaşayır və müalicə olunur. Hadisə günü Mirvəli Ramilənin baş nahiyəsinə yumruqla vurduğu üçün bacısı Ramilə başından travma almışdır. Ötən müddət ərzində Mirvəli onların Bakıdakı evlərinə gəlib Ramiləni öldürəcəyi ilə hədələmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə hazırda adını xatırlamadığı qonşum onlara məlumat verib evdə olmadıqları zaman Mirvəlinin yaşadıqları ünvana gələrək hasardan aşıb həyətə keçməsi barədə məlumat verdiyi üçün onlar DİN-nin 102 xidmətinə məlumat vermişlər və həmin vaxt o, Mirvəlinin yaşadığ evə ziyan vermək ehtimalından qorxduğu üçün bu barədə polisə ərizə ilə müraciət etmişdir. Lakin həmin vaxt Mirvəli onların yaşadıqları evə hər hansı bir maddi ziyan vurmamışdır.O, sadəcə olaraq Mirvəlini bu hərəkətlərindən çəkindirmək üçün polisə müraciət etmişdir. Onun və ailə üzvlərinin Mirvəlinin Ramiləni döyməsindən bacısı Bakı şəhərinə müalicə olunmaq üçün gəldikdən sonra xəbərləri olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşıdır.Zərərçəkmiş şəxs isə qardaşı Mirvəlinin həyat yoldaşıdır. Tahir və Ramilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Bu nikahdan onların 2 oğlan və 1 qız uşağı olmaqla 3 az yaşlı övladları vardır. Qardaşı Tahir və ailəsi bir müddət atasına məxsus evdə anası Şahid2 ilə birlikdə yaşasalar da, onlıar bir neçə ildir ki, özlərinə məxsus Masallı şəhəri Z.Əliyeva küçəsində yerləşən evlərində yaşayırlar. Əvvəllər qardaşı Mirvəli ilə gəlinləriz Ramilənin münasibətləri yaxşı olsa da, bir neçə ildir ki, onlar arasında ailə daxili münaqişə vardır. Belə ki, qardaşı Mirvəli və gəlini Ramilə arasında əvvəllər bir neçə dəfə mübahisələr olmuş və həmin mübahisələr barədə Masallı RPŞ-də dəfələrlə araşdırmalar aparılsa da, onlar hər dəfə barışmışlar. Sonuncu dəfə belə mübahisələrdən biri xx.xx.2022-ci il tarixdə baş versə də, o, həmin mübahisənin şahidi olmamışdır. Belə ki, həmin tarixdə o, “Məhərrəm” ayı ilə əlaqədar ehsan verdiyi üçün anasın evində olmuş və həmin gün qardaşı Mirvəli onlara həyat yoldaşı Ramilənin səhhətinin pis olduğunu və evdə yatdığını demişdir. Çünki Ramilənin əsəb xəstəliyi olduğu üçün bir müddətdir səhhətində narahatçılıq olmuşdur. Bu səbəbdən həmin gün o və anası Xatirə Ramilə və Mirvəlinin mübahisə etməsini ehtimal etməmişlər. Həmin gün yaşadığı Musaküçə kəndində yerləşən evi nəzarətsiz qaldığından qardaşı Mirvəli günorta radələrində onun evinə baş çəkməyə getmişdir. O, isə qardaşı Mirvəlinin evinə gedib Ramiləyə baş çəkən zaman Ramilənin səhhətinin pis olduğunu görmüşdür. Bundan sonra o, Mirvəliyə zəng edib məlumat vemiş və ondan evə təcili yardım çağırmasını istəmişdir. Həmin gün təcili yardım həkimləri iki dəfə gəlib Ramiləyə yardım göstərmişlər. Lakin həmin gün Ramilə sağalmadığı üçün qardaşı Mivəli onu öz avtomobili ilə Hacıtəpə kəndində fəaliyyət göstərən Ədalət həkimin yanına aparmışdır. Həmin vaxt o, da Ramilənin yanında getmişdir. Orada Ədalət həkim Ramiləni müayinə etmiş və Ramiləyə bir müddət istirahət edib müəyyən dərmanlar qəbul etməsini məsləhət görmüşdür. Həmin gün Ramiləyə anası Xairənin qulluq etmək imkanı olmadığı üçün qardaşı Mirvəlinin istəyi ilə Ramiləni öz evinə dəvət etmiş və elə həmin gündən etibarən Ramilə onun evində bir neçə gün qalmışdır. Lakin xx.xx.2022-ci il tarixdə axşam radələrində Ramilənin səhhəti daha çox pisləşdiyindən o, qardaşı Mirvəliyə zəng edib Ramiləni Masallı RMX-na aparmaq lazım gəldiyini bildirmişdir. Bundan sonra Mirvəli onun evimə gəlib Ramiləni Masallı RMX-na aparmış və Ramilə 2022-ci ilin sentyabr ayının əvvəllərinə kimi xəstəxanda müalicə olunmuşdur. Daha sonra isə Mirvəlinin qayınatası Rəhim gəlinləri Ramiləni müalicəsini davam etdirməsi üçün Bakı şəhərinə aparmışdır. Həmin vaxtdan sonra Ramilə bir daha evinə qayıtmamış və sonradan Ramilənin Masallı RPŞ-nə şikayət etməsini bilmişlər.Ötən müddət ərzində gəlinləri Ramiləni qardaşı Mirvəli ilə barışdırmaq üçün dəfələrlə anası və qardaşı Mirvəli qohumları Rəhim və ailəsi ilə görüşməyə cəhd etsələr də, onlar qızlarının barışmayacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs və gəlini Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin şahidi olmamışdır. O, qardaşının Ramiləyə xəsarət yetirməsini bilməmiş, Ramilə də ona bu barədə heçnə deməmişdir. Qardaşı Mi8rvəli Ramiləyə heç bir təzyiq göstərməmiş, Ramilə əvvəllər də qardaşı Mirvəli ilə dəfələrlə münaqişə edib polisə şikayətlər ünvanlasa da, heç vaxt Mirvəlinin haqqında şikayətində davamlı olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 448/MEŞ nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın və təpə nahiyələrinin yumşaq toxumalarının əzilməsi bərk, küt əşyanın ( əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində qeyd olunan və zərərşəkən şəxsin göstəriyi müddətdə və şəraitdə, yəni 13-xx.xx.2022-ci il tarixlərdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Masallı şəhər İƏRÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Tahirov X3 şəhəri, M.Hüseyn küçəsi, ev 9-da qeydiyyatda olmaqla, oğlu xx.xx.2012-ci il tarixdə doğulmuş X1, oğlu xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və qızı xx.xx.2018-ci il tarixdə doğulmuş X2 adında üç azyaşlı övladı ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq üçün cəhd göstərməsi, əməlinin nəzərə alınmış yüngülləşədirici hallarının nəzərə alınması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar