Məhkəmə qərarları › İş №1(050)-171/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-171/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-171/2023 22.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1990-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay (nikahı pozulmuş), işləməyən, Masallı rayon məhkəməsinin 18 may 2023-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasından 11 ay 23 gün çəkilməmiş qalmış, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 16 iyun 2023-ci il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki,istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 16 iyun 2023-cü il tarixdə saat 20 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, Talışxanov küçəsində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,290 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsindı nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər də məhkum olunmuş, Masallı rayon məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə 01 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Narkomaniya xəstəliyi ilə əlaqədar narkotik vasitələrdən istifadəni tərk edə bilməmişdir. 16 iyun 2023-cü il tarixində günorta saatlarında narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almaq məqsədilə Masallı şəhərinə gəlmişdir. Masallı şəhərində, köhnə bazar adlanan yerdə bir müddət gəzdikdən sonra, tanımadığı və adını bilmədiyi şəxsdən 10 manat müqabilində bir büküm halında narkotik vasitə olan heroin almışdır. O, narkotik maddəni aldıqdan sonra Şıxlar kəndinə gedib, evində həmin heroindən istifadə etmək istəmişdir. Lakin o, Masallı şəhəri, Talışxanov küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdən sonra qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu və Masallı rayon polis şöbəsinə getməli olduğlarını demişlər. Polis əməkdaşları ilə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü X4 kimi təqdim etmişdir. O, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və ona Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başladıqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükülüdəki maddənin heroin olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin 01 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyub möhürlədikdən sonra zərfin üzəri onlar tərəfindən imzalanmışdır. O, saxlanılarkən və polis şöbəsində ona qarşı işgəncə xarakterli fiziki təsirə, hədə-qorxuya məruz qalmamışdır. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixində Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra müvafiq əmrlə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi X4dən və PPXB-nin polis nəfəri İsmayıl Xalqızadədən ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı şəhəri, Talışxanov küçəsində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduğları zaman Təqsirləndirilən şəxs üzərində bir büküm narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabeçilik göstərərək birlikdə Masallı rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra X4 Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah edib Masallı rayonunda xidmət göstərən vəkillərin siyahını təqdim etmişdir. Təqsirləndirilən şəxs öz maddi imkanı olmadığına görə dövlət hesabına olmaqla Müdafiəçi qismində təyin edilməsini xahiş etmişdir. Dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarınıın iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlamış, şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb təqdim etmişdir. X4 Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında həmin bükümün heroin olmasını bildirmişdir. Həmin bir ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxış keçirildiyi zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr olması məlum olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik maddəni haradan əldə etməsini soruşduqa Samir cavabında həmin narkotik maddəni Masallı rayonu ərazisində Köhnə Bazar deyilən yerdə, tanımadığı şəxsdən bu gün yəni, xx.xx.2023-cü il tarixində aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümü 10 manat qarşılığında aldığını, öz şəxsi istifadəsi üçün əldə etdiyini və əvvəllər də narkotik maddələrdən istifadə etməyə görə məhkum olunmasını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına təhqiqatçı şəxsi axtarış keçirsə də, qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroin bir ədəd kağız bükülü halında təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin ümumilikdə 0,4 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitə olan heroin bir ədəd bükümdə təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Daha sonda təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib etmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqda, RPŞ-nə gətirildikdə, üzərinə şəxsi axtarış aparıldıqda Təqsirləndirilən şəxs heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir büküm narkotik vasitə olan heroin bükülü vəziyyətdə olmuş və bükümlə birlikdə elektron tərəzidə çəkildiyi üçün çəkisi 0,4 qram olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatı zamanı həmin narkotik vasitə olan heroin təmiz halda çəkilmiş və təmiz çəkisi 0,290 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə ona hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə çoxsaylı əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/661 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 0,290 qram oaln maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,290 qr, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,240 qramdır. Məhkəmə-narkoloji ekspetizasının xx.xx.2023-ci il tarixli, 646 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə narkotik vasitə olan heroini o, öz şəxsi istifadəsi üçün əldə edərək üzərində daşımış və saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini Masallı şəhər ərazisində kimdən alması, onun psixotrop maddələrin, narkotik vasitələrin satışı ilə məşğul olması və əməliyyat tapşırığında qeyd edilən digər məsələlərlə bağlı hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. Maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş məhkəmə fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 0,240 qram qalmış narkotik vasitə olan heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi barədə maddi sübut CD diskinə “HP” markalı komputerdə məhkəmə baxışı iclasında baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddəni təhvil vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, maddi sübut, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə əsasən Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar maddələri polis əməkdaşlarına təqdim etməsinin müəyyən edilməsi, habelə məhkəmə fiziki-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. Masallı Rayon Məhkəməsinin 4(050)-76/2023 saylı, 18 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Alışov X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək olaraq 01 il, 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin 04 iyul 2023-cü il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən azadlığın məhdudlaşdırılması cəzasını çəkir, onun 11 ay 23 gün müddət çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Alışov X5 rayonu, Şıxlar kəndində qeydiyyatdadır, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqları var, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə həmin Məcəllənin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə məhkum olunmuş şəxsdir, cəzasını çəkib qurtarmamış yenidən eyni növ cinayət törətmişdir. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində cəzanı yüngülləşdirən halların məcmusunu, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli, cəkilməmiş cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1. və 68.1.1-1.-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X8 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan- ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,240 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, narkotik vasitənin aşkar edilməsi barədə görüntü olan video disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsii ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 23 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 05 (beş) ay 26 (iyirmi altı) gün muddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Maddi subut olan 0,240 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, narkotik vasitənin aşkar edilməsi barədə görüntü olan video disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut çəkisi 0,240 qram qalan narkotik vasitə heroinin məhv edilməsi hissəsində hökmün icrası Masallı rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar