Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-171/2024 09.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası artırılaraq ona qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı şəhəri, N.Nərimanov küçəsi ev 30 qeydiyyatda olmaqla, yaşamış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,708 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində əvvəllər tanıdığı, Masallı şəhəri C.Cabbarlı küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şahid4 satış məqsədi ilə əldə etdiyi bir bükümdə 0,357 qram olan psixotrop maddə metafetamini 15 manat pul müqabilində Masallı şəhəri H.Əliyev prosepektində yerləşən yanacaqdoldurma məntəqəsində satmış, onun narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında məşğul olmaqla cinayət törətməsi barədə əsaslı məlumatlar əldə etmiş Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə saat 21 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospekti ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram təşkil edən, xx.xx.2024-cü il tarixdə Şahid4 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,357 qram olan psixotrop maddə metamfetaminlə xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan ağ rəngli kristallardan ibarət metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Əvvəllər qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəza müddəti artırılaraq 01 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün azadlığa buraxılmışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Buna səbəb isə bədənində yaranmış ağrılardır. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri “Kiçik bazar” deyilən ərazidə tanımadığı şəxsdən 30 manat pul qarşılığında iki büküm psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə Masallı şəhəri H.Əliyev prospektində “ASAN” xidmətin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində işləyən tanışı Vüqar adlı şəxs ona zəng edərək psixotrop maddə metamfetamin istifadə etmək istədiyini bildirmişdir. O, Vüqara özündə iki büküm olmasını, həmin bükümlərdən birini ona 15 manata verə biləcəyini demişdir. Vüqar isə iş yerində olmasını, metafetamini aparıb orada ona verməyini xahiş edib 15 manatı iş yerində ona verəcəyini demişdir. Bundan sonra o aldığı metamfetmin bükümlərindən birini Vüqara vermək üçün onun işlədiyi Masallı şəhəri H.Əliyev prospektində ASAN xidmətin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə getmişdir. Saat 21 radələrində Vüqarla yanacaq doldurma məntəqəsinin həyətində görüşüb bir büküm metamfetamini ona verib 15 manat pulu Vüqardan almışdır. Daha sonra isə Vüqarla sağollaşıb piyada oradan uzaqlaşmaq istəyərkən 3 nəfər mülki geyimli şəxs yanacaqdoldurma məntəqəsinin həyətinə gələrək ilk əvvəl Vüqara, daha sonra isə ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, satmaqda və üzərində daşımaqda şübhəli olduğunu demişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində bir büküm psixotrop maddə metamfetamin saxladığını, bir bükümü isə Vüqara 15 manata verdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Masallı rayonu Polis Şöbəsinə getməli olduqlarını demişlər və onlar polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində əvvəlcə tanışı Şahid4 xidməti otağa aparmışlar. İlk öncə onun üzərinə şəxsi axrtarış keçirilib qurtardıqdan sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan bir nəfər özünü X6 kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Tofiq Şahmarov hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd istifadəsində olan “Maxvi” markalı mobil telefonunu, içərisində metamfetamin olan bir ədəd büküm və şalvarının sol yan cibindən ümumilikdə 25 manat pulu masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün içərisində nə olmasını, haradan, nə məqsədlə və hansı qiymətə aldığını soruşduqda, o həmin bükümün içərisində metamfetamin olmasını, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu “Kiçik bazar” deyilən ərazidən aldığını, həmin tarixdə üzərindən aşkar edilən metamfetamindən əlavə bir büküm də psixotrop maddə metafetamin aldığını, aldığı mtamfetaminlərə ümumilikdə 30 manat pul verdiyini, bükümlərdən birini Vüqar adlı tanışına 15 manata verdiyini demişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi içərisində metamfetamin olan bükülü açılaraq içərisi proses iştirakçılarına təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Lakin üzərindən əlavə olaraq istifadəsi qanunla qadağan edilmiş hər hansı bir başqa şübhəli əşya predmetə rast gəlinməmişdir. Daha sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,45 qram olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı üzərindən aşkar edilmiş içərisində metamfetamin olan bükümü zərfləşdirdikdən sonra zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Eyni qaydada üzərindən aşkar edilmiş mobil telefon və ümumilikdə 25 manat pul da eyni qaydada zərfləşdirdikdən sonra zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satmaq niyətində olmadığını, dəfələrlə Şahid4lə bir-biriləri üçün narkotik vasitə əldə edib istifadə etdiklərini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs göstərilən nəzərə alınmasını və barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 9da qeydiyyatda olmaqla yaşayan Şahid4 və Masallı şəhəri N.Nərimanov küçəsi ev 30-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi təhqiqatçı X3, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şahid4 və Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində yerləşən yanacaqdoldurma məntəqəsində aralarında psixotrop maddənin alqı-satıqısı baş tutduqdan sonra tərəflərindən saxlanılmışlar. Belə ki, ilk olaraq Şahid4 yaxınlaşıb ona polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Şahid4 üzərində narkotik vasitə olubolmamasını soruşduqları zaman o, üzərində şəxsi istifadəsi məqsədi ilə psixotrop maddə olan metafetamin saxlamasını və həmin metamfetamini 15 manata Təqsirləndirilən şəxs almasını bildirmişdir. Daha sonra isə eyni qaydada Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, Şahid4 15 manata satdığı psixotrop maddə metamfetamindən başqa, üzərində şəxsi istifadəsi məqsədi ilə saxladığı psixotrop maddə olan metafetamin olmasını və həmin metafetamin kütlələrini Lənkəran şəhərindən əldə etməsini bildirmişdir. Tərəflərindən hər iki şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş, Şahid4 və Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabeçilik göstərərək birlikdə Masallı rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk əvvəl X6 tərəfindən Şahid4 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və onun üzərindən ümumi çəkisi 0,47 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şahid4 bir daha həmin psixotrop maddəni tanışı Yalçından 15 manat pul qarşılığında almasını etiraf etmişdir. Şahid4 üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra isə Təqsirləndirilən şəxs Bəhmən Əsgərlinin xidməti otağına dəvət etmişlər. X6 Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil X7 müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonunu, 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü və sol yan cibindən ümumilikdə 25 manat pul əskinazlarını çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün içərisində nə olmasını, haradan, nə məqsədlə və hansı qiymətə aldığını soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində metafetamin olmasını, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu “kiçik bazar” deyilən ərazidən aldığını, həmin tarixdə üzərindən aşkar edilən metafetamindən əlavə bir büküm də metamfetamin aldığını, aldığı metamfetaminlərə ümumilikdə 30 manat pul verdiyini, bükümlərdən birini isə Vüqar adlı tanışına 15 manata satdığını bildirmişdir. Təhqiqatçı içərisində metamfetamin olan 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisini proses iştirakçılarına təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Lakin onun üzərindən əlavə olaraq istifadəsi qanunla qadağan edilmiş hər hansı bir başqa şübhəli əşya predmentə rast gəlinməmişdir. Bundan sonra təhqiqaçı tərəfindən içərisində metamfetamin olan qızılı rəngli kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,45 qram olması müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı üzərindən aşkar edilmiş içərisində metamfetamin olan qızılı rəngli kağıza bükülmüş büküm, mobil telefon və pul əskinazları zərfə qoyulduqdan sonra zərfin üzəri tərəflərindən imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetamin büküm halında RPŞ-də elektron tərəzidə çəkildiyi üçün bükümlə birlikdə çəkisinin 0,45 qram olması müəyyən edilmişdir. Lakin, ekspertiza tədqiqatı zamanı həmin metamfetamin təmiz halda çəkilmiş və çəkisinin 0,351 qram olması müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3 Xanoğlu oğlu və Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Fikrət oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığından onun şəxsi istifadədən əlavə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmişdir. Onun öz adında olan ***-***-**-** saylı mobil telefon nömrəsi var. Həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə demək olar ki, hər ay mütəmadi əlaqələr saxlamışdır. Belə ki, aralarında olan danışıqların əksəriyyətində o, Yalçından ona pul qarşılığında psixotrop maddə olan metamfetamin gətirməsini istəmişdir. Yalçın da onunla Masallı rayonunda müxtəlif yerlərdə görüşərək pul qarşılığında həmin metamfetaminləri ona satmışdır. İlkin ifadəsində Yalçından əvvəllər psixotrop maddə almamağını qeyd etməyinə səbəb Yalçının məsuliyyətinin daha da ağırlaşdırmasına səbəb olmamaq imiş. Lakin həqiqətdə o, Yalçından əvvəllər də psixotrop maddə almışdır. Həmişəki kimi xx.xx.2024-cü il tarixdə də Yalçına zəng edərək ona pul qarşılığında psixotrop maddə gətirməsini bildirmişdir. Buna görə də Yalçın ona istədiyi psixotrop maddəni gətirdikdən sonra o, Yalçına bir ədəd 10 manatlıq, bir ədəd isə 5 manatlıq olmaqla ümumilikdə 15 manat pul vermişdir. Yalçınla sağollaşıb getdikdən sonra isə polis əməkdaşları onlara yaxınlaşaraq onları saxlamışlar və rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt Yalçın ona Lənkərana getməsi ilə bağlı bir söz deməmişdir. Yalçının bu barədə bildirdikləri yalandır. Bundan əlavə adətən psixotrop maddənin birdəfəlik istifadəsi üçün lazım olan bükümün qiyməti 10 manatdır. Onun satışını həyata keçirən şəxslər isə bunu 6-7 manata alaraq iki qat qiymətinə satırlar. Yalçın da həmin bükümü ona 15 manata satmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, Masallı rayonu Səmidxan kəndində ailəsi ilə birlikdə yaşayır. Konkret olaraq hər hansı bir işlə məşğul olmur. Əvvəllər narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edirmiş. Lakin təxminən son 1-2 ay müddətdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmir. ünvan 4yan Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Onunla aralarında hər hansı bir ədavət düşmənçiliyi olmamışdır. Onun özünə məxsus olan daimi istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə mütəmadi əlaqə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin həm istifadəsi, həmdə ki satışı ilə məşğul olurmuş. O, Yalçından dəfələrə narkotik vasitə hesab edilən heroin alıb istifadə etmişdir. Elə vaxtlar da olmuşdur ki, Yalçınla birlikdə narkotik vasitələri istifadə etmişdir. Lakin son 1 ay müddət olar ki, Yalçınla heç bir əlaqəsi yoxdur. O, Yalçından əvvəllər narkotik vasitənin və ya psixotrop maddənin bir dəfəlik istifadəsi üçün nəzərdə tutulan bükümünü 10 manata almışdır. Bəzi hallarda ona 30-40 manat pul verməklə 3-4 büküm narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri haradan alması barədə heç bir məlumatı yoxdur. Yaçının özünə məxsus “vaz 2106” markalı avtomobili vardır, narkotik lazım olduğu hallarda Yalçına zəng edib istəyərkən Yalçın həmin avtomobil ilə Masallı rayonunda müxtəlif yerlərdə narkotiki gətirib ona təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, o, ünvan 3 ünvanında yaşayır. Heç bir yerdə işləmir. ünvan 4yan Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələri və psixotrop maddələri satan şəxs kimi tanıyır. Onunla aralarında hər hansı bir ədavət düşmənçiliyi olmamışdır. Onun özünə məxsus olan daimi istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi var. Həmin nömrə ilə və bəzi hallarda atasına məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs dəfələrlə 15-20 manat pul müqabilində narkotik vasitə hesab edilən heroin alıb istifadə etmişdir. Yalçının özünə məxsus “vaz 2106” markalı avtomobili vardır. Yalçın həmin avtomobil ilə Masallı rayonunda müxtəlif yerlərdə narkotiki gətirib ona təhvil vermişdir. Lakin son 1 ay müddət olar ki, Yalçınla heç bir əlaqəsi yoxdur. Hazırda özü də narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri haradan alması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd istifadəsində olan “Maxvi” markalı mobil telefonunu, içərisində metamfetamin olan bir ədəd büküm və şalvarının sol yan cibindən ümumilikdə 25 manat pulu masanın üzərinə qoyması, təhqiqatçının verdiyi suallara cavab olaraq həmin bükümün içərisində metamfetamin olmasını, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu “Kiçik bazar” deyilən ərazidən aldığını, həmin tarixdə üzərindən aşkar edilən metamfetamindən əlavə bir büküm də psixotrop maddə metafetamin aldığını, aldığı metamfetaminlərə ümumilikdə 30 manat pul verdiyini, bükümlərdən birini Vüqar adlı tanışına 15 manata satdığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Şahid4 Fikrət oğlu arasında üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin aparılmasının görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Şahid4 Fikrət oğlu müdadiəçisinin iştirakı ilə müstəntiq tərəfindən ona verilən suala cavab olaraq xx.xx.2024-cü il tarixdə Yalçına zəng edərək ona pul qarşılığında psixotrop maddə gətirməsini,Yalçın ona istədiyi psixotrop maddəni gətirdikdən sonra o, Yalçına bir ədəd 15 manat pul verərək bir büküm psixotrop maddə metamfetamin almasını, qarşısında əyləşmiş Təqsirləndirilən şəxs üzünə deməsi, Təqsirləndirilən şəxs da öz müdafiəçisinin iştirakı ilə Şahid4 üzünə qarşı dediklərini təsdiq etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 14466 nömrəli məktubuna əlavə edilmiş diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə daxil olan çıxan zənglərin sırasında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə və saatlarda mütəmadi daxil olan çıxan zənglərin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/484 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Şahid4 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,357 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/485 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəksi -0,351 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” və X2 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin Rəy 19/484...” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Metamfetaminin təmiz çəkisi -0,351 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq -0,301 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 566 nömrəli rəyinə əsasən-müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranaN ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,351 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 0,301 qram qalmış psixotrop maddə metafetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək tərəfimdən qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş və maddi sübut qismində tanınmış bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazları Masallı RPŞ-nin depozitində saxılılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-331/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası artırılaraq ona qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hazırki cinayəti törətdiyi zaman əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X5 şəhəri, N.Nərimanov küçəsi ev 30-da qeydiyyatda olmaqla yaşayır, bir nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, üzləşdirmə istintaq hərəkətlərinin aparılmasını özündə əks etdirən CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin Şahid4 satmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin əməli şahidlərin verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxsla Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı o, əldə etdiyi iki bükümdə psixotrop maddədən bir bükümünü 15 manata sonuncuya satması satması barədə şahidin üzünə qarşı dediklərini qəbul etmiş, hansı ki, qeyd edilən istintaq hərəkətləri aparılarkən üzləşdirilən şəxslərin müdafiəçilərinin iştirakları da təmin edilmiş, baş vermiş hadisə ilə bağlı sərbəst şəkildə ifadə vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün yalan ifadə vermiş, səmimi olmamışdır. Şəxsin mobil nömrəsindən çıxan mesajları özündə əks etdirən "xxxx" MMCdən təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı mobil nömrələrə narkotik vasitənin satışını həyata keçirməsini nümayiş etdirən “AZAD DARİXMA SENE DOBRİ ŞEY VERECEM.GEJİM RAYONA YİĞACAM” “SİFTƏ VERƏCƏM MƏNİ YİĞ” məzmunlu mesajlar yazmışdır. Qeyd edilən mesaşların məzmunu bir daha şəxsin narkotik vasitənin satışı ilə məşğul olması fikrini qətiləşdirir. Təqsirləndirilən şəxs qeyd edilən mesajların hansı səbəbdən yazıldığı ilə bağlı ifadə verərək həmin mesajları özünün yazmadığını, telefonundan dostlarının istifadə edərək yazdığını bildirməklə özünə məxsus şəxsi əşyanın başqalarının istifadə etdiyini iddia edib yenidən qeyri-səmimilik etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,708 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində əvvəllər tanıdığı, Masallı şəhəri C.Cabbarlı küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şahid4 satış məqsədi ilə əldə etdiyi bir bükümdə 0,357 qram olan psixotrop maddə metafetamini 15 manat pul müqabilində Masallı şəhəri H.Əliyev prosepektində yerləşən yanacaqdoldurma məntəqəsində satmışdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən İİ dərəcəli əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Təqsirləndirilən şəxs Ərazi Nakololji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,301 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasları hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını və üzləşdirmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd disk, Azercell MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk, iş üzrə şahid qismində dindirmə protokollarının əlavəsi olan 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 08 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,301 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasları hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını və üzləşdirmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd disk, Azercell MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk, iş üzrə şahid qismində dindirmə protokollarının əlavəsi olan 03 ədəd disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-171/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-171/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver