Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-172/2024 14.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, xüsusi ittihamçı X3 vəkili və nümayəndəsi Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək, X4 haqqında xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atdığına, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən həmin məlumatları mediada yaydığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Masallı rayonu Çaxırlı kənd sakini X2 informasiya vasitəsi olan «Qafqazinfo.az» saytında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan böhtan xarakterli məlumatları yayaraq X5 xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Belə ki, həmin saytda xx.xx.2024- cü il tarixdə “Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü” başlıqlı məqalə verilmişdir. Həmin məqalədə «Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib» ifadələri işlədilmişdir. Belə çıxır ki, Şahnami X1 bir qrup şəxslə qəsdən adam öldürməkdə ittiham edir. Bu əmələ görə isə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.1-ci maddəsi xüsusilə ağır cinayət hesab edilir. Bu məlumatlar isə təbii ki, həqiqətə uyğun olmamaqla və barəsində mənfi fikir formalaşdırmaqla Şəhla Əkbərovanın şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Belə ki, «Qafqazinfo.az» saytından görünür ki, yeddi minə yaxın insan bu məqaləni oxumuşdur. Nəticədə barəsində onu tanıyan şəxslər barədə mənfi rəy yaranmaqla şərəf və ləyaqəti ləkələnmiş, ona mənəvi ziyan dəymişdir. Halbuki, bundan öncə qeyd olunan xüsusat üzrə Masallı Rayon Prokurorluğunda araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiq olunmadığından 20 may 2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi, X11 Əkbərovanı xüsusilə ağır cinayətdə ittiham etməklə barəsində şərəf və ləyaqətini ləkələyən yuxarıda göstərilən böhtan xarakterli məlumatları mediada, kütləvi informasiya vasitəsi olan «Qafqazinfo.az» saytında yaymışdır. Bu da Şahnami Xiləlzadənin həmin məlumatların yalan olduğunu bilə-bilə kütləvi mediada, informasiya vasitəsində yayaraq ona xüsusilə ağır cinayətdə ittiham edərik böhtan atdığını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə, həmin Məcəllənin 147.2-ci maddəsi isə bu əməlin ağır və ya xüsusilə ağır cinayətdə ittiham ittiham etməklə böhtan atmaqla tödrədilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək onun icraata götürülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətə etiraz edərək bildirdi ki, Şəhla Əkbərova anasıdır. Uzun müddətdir ki, aralarında narazılıqlar yaranmışdır. Atasının ölümündən sonra ondan miras qalmış torpaqların və digər miras əmlakların əldə edilməsi ilə bağlı ciddi narazılıqlar yaranmış, atasının sağlığında Şəhla qeyd edilən əmlakları əldə edə bilməyəcəyini bildiyindən bibisi Cəvahirlə birlikdə atasını həyatdan məhrum etmiş, bunu nəyinki ictimai kanala baxan şəxslər bütün, hətta kənd ictimaiyyəti də bilir. Ona görə ki, anası Şəhla ona zəng edərkən bildirmişdir ki, “tez qayıt evə, atana iynə vurdum, atan öldü demişdir. Bundan sonra atasının qəsdən anası Şəhla və bibisi Cəvahir tərəfindən miras əmlaklar olan torpaqlara görə öldürülməsini bilmiş, bununla bağlı anasından şikayət etmiş, Masallı Rayon Prokurorluğunda da araşdırma aparılmışdır. Min bir əziyyətlə atasından miras qalmış 300 hektara yaxın torpaq sahəsində taxıl əkib becərməklə ailəsini dolandırmağa çalışsa da, lakin anası Şəhla Əkbərova ondan xəbərsiz həmin torpaqları başqa şəxslərə vermiş, hansı ki, həmin şəxslə torpaq sahələrini ələ keçirmişlər. «Qafqazinfo.az» kütləvi informasiya media xəbər saytına zəng edərək anası Şəhla tərəfindən torpaq sahələrinin ondan xəbərsiz qanunsuz olaraq başqa şəxslərə verməsi barədə şikayət etsə də, lakin atasının anası tərəfindən öldürülməsi barədə heç bir məlumat bildirməmişdir. Ona görə ki, atasının anası tərəfindən öldürülməsini hamı bilir və bu məlumatı təkrar yaymağa da zərurət qalmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Şəhla Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 tərəfindən atasının anası Şəhla və bibisi Cəvahir tərəfindən qəsdən iynə vuraraq qətlə yetirilməsi barədə iddia olunan böhtan xarakertli məlumatları «Qafqazinfo.az» kütləvi informasiya media xəbər saytında müraciət etməklə yaymışdır. X4 yaşayış ünvanı Masallı rayonu, Çaxırlı kəndidir. Hazırki şikayətdən görünür ki, törədilməsi ehtimal olunan əməl “«Qafqazinfo.az» kütləvi informasiya media xəbər saytında yayımlanmış və media xəbər saytının hüquqi və qeydiyyat ünvanı ünvan 2ttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-172/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-172/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver