Məhkəmə qərarları › İş №1(050)-173/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-173/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-173/2023 28.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Şivlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində yerləşən həmin kənd sakini X5 icarə müqaviləsi əsasında işlətdiyi “Cırcırama” restoranın həyətində həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə əyləşib spirtli içki olan pivə sifariş etdikdən qısa müddət sonra həmin şəxslərin tanışı X1 ünvanına həqiqətə uyğun olmayan xoşagəlməz ifadələr işlətmələrini əsas gətirərək onlarla mübahisə etmiş, bu zaman Zərərçəkmiş şəxs onu sakitləşdirmək istəyərkən ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında sonuncunun ünvanına söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib masanın üzərindən götürdüyü, istintaqa məlum olmayan pivə qədəhini silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun alın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs başın alın və sol gicgah nahiyəsinin əzilmiş yaraları və sol qaşüstü nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, restoranın icarədarı X6 məxsus 1 ədəd pivə qədəhini sındırmaqla Rauf Novruzova 5 manat məbləğində maddi ziyan vuraraq 15- 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində həmkəndlisi və eyni zamanda tanışı Şahid1 ilə birlikdə Masallı rayonuna gedib istirahət etmək qərarına gəlmiş və bu məqdlə Rəşadın istifadəsində olan mobil telefona zəng edib ona məlumat vermişdir. Rəşad telefonda təklifi ilə razılaşdıqdan sonra yaşadığı evin qarşısına gedib onunla görüşmüşdür. Həmin vaxt Rəşadla birlikdə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Gənclik” adlanan restorana istirahət etmək üçün getməyə razılaşmış və avtomobilləri olmadığından Rəşad taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib onları yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndindən Masallı rayonu, Təzə Alvadı kəndindəki “Gənclik” restoranına aparmasını xahiş etmişdir. Məzahir onları həmin yerə aparmasına heç bir etiraz etməmiş və təxminən 10-15 dəqiqədən sonra özünə məxsus “VAZ-21011” markalı avtomobillə yanlarına gəlmişdir. Bundan sonra o, Rəşadla birlikdə Məzahirin avtomobilinə oturub Masallı rayonu, Təzə Alvadı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Yolda söhbət əsnasında Şahid1 ona “deyilər ki, həmkəndlimiz olan Ruslan yaxşı oğlan deyil” sözünü demişdir. O, da Rəşada Ruslan barəsində elə bir söz eşitdiyini, lakin görmədiyi üçün onun haqqında heç bir fikir deyə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Məzahir onlara gəlin Sizi yaxşı restorana aparım sözünü demiş, onlar da Məzahirə etiraz etməmiş və Məzahir onları Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Cırcırama” adlanan restorana aparmışdır. “Cırcırama” restoranı onun xoşuna gəlmədiyindən Rəşada “Gənclik” restoranına getməklərini demiş və Rəşad da onunla razılaşdığı üçün Məzahir onları “Gənclik” restoranına aparmışdır. “Gənclik” restoranında üçü birlikdə yemək yeyib bir neçə saat istirahət etdikdən sonra həmin gün təxminən saat 24 radələrində pivə içmək üçün yenidən yaxınlqda olan “Cırcırama” restoranına getmişdilər. Həmin vaxt restoranın həyətində olan böyük ağacın altındakı masada oturub Rəşadla özünə pivə sifariş etmişdir. Təqsirləndirilən şəxs isə onlara restoranda gözləməklərini, avtomobili ilə bir uşağı harasa aparıb gələcəyini deyərək yanlarından uzaqlaşıb getmişdir. Məzahir getdikdən təxminən 10-15 dəqiqə sonra Şahid1 istifadəsində olan mobil telefona zəng gəlmiş, Rəşad zəngə cavab verdikdə həmin zəng edən şəxsin həmkəndliləri Ruslan olduğunu bilmiş və Ruslan telefon danışığı zamanı Rəşadan “Eldarla bir yerdə oturub nə üçün arxasınca danışdıqlarını” soruşmuşdur. Bu zaman Məzahirin yanlarına gəldiyini görmüşlər və Rəşad dərhal telefonu söndürərək Məzahirə “yekə kişisən, bizimlə birlikdə yola çıxıb çörək yemisən, Ruslanın arxasınca heç bir söz danışmadan gedib tez bu barədə ona xəbər etmisən” sözlərini demişdir. Rəşadın bu sözləri Məzahirin xoşuna gəlməyib həmin vaxt onlarla mübahisə edib söyüşlər söyməyə başlamış və o, əvvəlcə Rəşada sonra geriyə dönüb Məzahirə baxıb onu sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs qəfil masanın üzərindəki şüşə materialından olan pivə bakalını sağ əli ilə götürüb onun başının alın və sol gicgah nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt aldığı zərbənin təsirindən yerə yıxılmış, sonra özündə güc tapıb yerdən qalxaraq stulda oturmuş və əlini xəsarət aldığı yerə vurub qanın gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs isə onu vurduqdan dərhal sonra yanlarından qaçıb harasa getmişdir. Məzahirin onu vuraraq xəsarət yetirdiyi şüşə bakal zərbənin təsirində hissələrə bölünmüşdür. Bundan sonra o, salfetka ilə alnından axan qanı dayandırmış, həmin vaxt Şahid1 yanlarına gəlmiş adını bilmədiyi restoranın işçisindən onları evə aparmasını xahiş etmiş və həmin şəxs də heç bir etiraz etmədən onları avtomobili ilə yaşadıqları Privolnoye kəndinə aparmışdır. Evdə Təqsirləndirilən şəxs tərəfindən alın nahiyəsindən aldığı xəsarətə görə özünü pis hiss etdiyindən xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində qardaşı Fizuli onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra yaşadığı evə gəlmiş və bundan sonra qardaşı Füzuli Bədirov və özü həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə əlaqədar ərizə ilə Masallı Rayon Polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxsla arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, münaqişə təxminən 15-20 dəqiqə müddətdə davam etmiş, həmin vaxtı orada restoranın sahibi Rauf Novruzovla yanaşı tanımadığı başqa müştərilər olmuşdur. O, Təqsirləndirilən şəxs vurmamış, bıçaq çıxartmamışdır. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonuna zəng edib ona birlikdə Masallı rayonuna gedib istirahət etmək istədiyini bildirmişdir. Eldarın təklifinə o, telefonda razılıq verdikdən sonra onunla yaşadığı evin qarşısında görüşmüşdür. Həmin vaxt Eldarla birlikdə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Gənclik” adlanan restorana istirahət etmək üçün getməyə razılaşmışlar və avtomobilləri olmadığından o, taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng edib onları yaşadıqları Cəlilabad rayonu, Privolnoye kəndindən Masallı rayonu, Təzə Alvadı kəndindəki “Gənclik” restoranına aparmasını xahiş etmişdir. Məzahir onları həmin yerə aparmasına heç bir etiraz etməmiş və təxminən 10-15 dəqiqədən sonra özünə məxsus “VAZ-21011” markalı avtomobillə yanlarına gəlmişdir. Bundan sonra o, Eldarla birlikdə Məzahirin avtomobilinə oturub Masallı rayonu, Təzə Alvadı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda söhbət vaxtı o, Zərərçəkmiş şəxs “deyilər ki, həmkəndliləri olan Ruslan yaxşı oğlan deyil” sözünü demişdir. Eldar da ona Ruslan barəsində elə bir söz eşitdiyini, lakin dəqiq bilmədiyi üçün onun haqqında heç bir fikir deməyəcəyini bildirmişdir. Həmin vaxt Məzahir onlara gəlin Sizi yaxşı restorana aparım demiş, onlar da Məzahirə etiraz etməmiş və Məzahir onları Masallı rayonu, Təzə Alvadi kəndində yerləşən “Cırcırama” adlanan restorana aparmışdır. “Cırcırama” restoranı Eldarın xoşuna gəlmədiyindən ona “Gənclik” restoranına getməklərini demiş, o, da Eldarla razılaşdığı üçün Məzahir onları “Gənclik” restoranına aparmışdır. “Gənclik” restoranında üçü birlikdə yemək yeyib bir neçə saat istirahət etdikdən sonra həmin gün təxminən saat 24 radələrində pivə içmək üçün yenidən yaxınlıqda olan “Cırcırama” restoranına getmişlər. Həmin vaxt restoranın həyətində olan böyük ağacın altındakı masada oturub Eldarla özlərinə pivə sifariş etmişlər. Təqsirləndirilən şəxs isə onlara restoranda gözləmələrini, avtomobili ilə bir uşağı harasa aparıb gələcəyini deyərək yanlarından uzaqlaşıb getmişdir. Məzahir getdikdən təxminən 15 dəqiqə sonra onun istifadəsində olan mobil telefona zəng gəlmiş, o, zəngə cavab verdikdə həmin zəng edən şəxsin həmkəndlisi Ruslan olduğunu bilmişdir və Ruslan telefon danışığı zamanı ondan Eldarla bir yerdə oturub nə üçün arxasınca danışdıqlarını soruşmuşdur. Bu zaman Məzahirin yanılarına gəldiyini görmüş və dərhal telefonunu söndürərək Məzahirə “yekə kişisən, bizimlə birlikdə yola çıxmısan və çörək yemisən, Ruslanın arxasınca heç bir söz danışmadan gedib tez bu barədə ona xəbər etmisən” sözlərini demişdir. Onun bu sözləri Məzahirin xoşuna gəlmədiyindən həmin vaxt onlarla mübahisə etməyə başlamışdır. O, telefon ilə danışan vaxt anidən Məzahir stolun üzərindəki pivə bakalı ilə Eldarı vurmuş və Eldarın alın nahiyəsindən qan axdığını görmüşdür. Təqsirləndirilən şəxs isə hadisə yerindən qaçıb getmişdir. Eldar salfetka ilə alnından axan qanı silib təmizləmiş, o, isə həmin vaxtı yanlarına gəlmiş adını bilmədiyi restoranın işçisindən onları evə aparmasını xahiş etmiş və həmin şəxs də heç bir etiraz etmədən onları yaşadıqları evə aparmışdır. Hadisə vaxtı restoranın həyətində aralıda başqa adamlar da olmuşdur. Eldarın Məzahiri vurmasını və onun bıçaq çıxartmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Privolnoye kəndində yerləşən özünə məxsus evdə yatılı olduğu vaxt anası Şahid2 mobil telefonuna zəng edib ona qardaşı Eldarın həmkəndliləri Məzahir tərəfindən döyülərək xəsarət yetirildiyini və onu təcili xəstəxanaya aparmasını bildirmişdir. O, tez evdən özünə məxsus avtomobillə çıxıb yaxınlıqda olan anasına məxsus evə getmişdir. Orada qardaşı Eldarın başın alın nahiyəsinin möhkəm əzildiyini və qanın axdığını görmüşdür. Eldardan onun kim tərəfindən nə vaxtı və harada vurulduğunu soruşmuş, həmin vaxt qardaşı Eldar ona xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Cırcırama” retoranında həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid1lə birlikdə olduğu zaman Məzahirlə aralarında sözlə mübahisə yarandığını və heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs şüşə materialından olan pivə bardağı ilə qəfl onun başın alın nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, Eldarın başın alın nahiyəsinə yaxından baxmış və yarasının dərin olduğunu görmüşdür. Bundan sonra onu tibbi yardım göstərilməsi üçün avtomobili ilə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Eldarın yarasının ağırlığını və qanın hələdə axdığını nəzər alıb həmin kəsilmiş yaranı tikib bağlamış, sonra evə göndərmişlər. Evdə Eldar özünü yaxşı hiss etmədiyi üçün döyülməsi barədə şikayət edə bilməmiş və o, buna görə özü xx.xx.2023-cü il tarixdə Masallı Rayon Polis şöbəsinə gedib qardaşı X11 Əkbərov tərəfindən döyülərək xəsarət yetirilməsi barədə şikayət etmişdir. Şahid qismində ifadə vermiş Şahid2 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur, onunla və digər ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən özünə məxsus evdə yaşayır və Eldar günəmuzd fəhləlik edib ailəsini dolandırmaqla məşğuldur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir, onunla arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində oğlu Zərərçəkmiş şəxs ona həmkəndlisi olan tanışları Təqsirləndirilən şəxs və Şahid1lə Masallı rayonuna gəzməyə getdiyini deyərək evdən çıxmışdır. Həmin günü saat təxminən 02 radələrində yaşadığı evdə yatılı olduğu vaxt Eldarın evə gəldiyini və onu çağırdığını eşitmişdir. Yuxudan durub Eldarın yanına getdikdə onun başın alın nahiyəsinin möhkəm kəsilib əzildiyini və həmin yerdən qanın axdığını görmüşdür. Eldardan nə baş verdiyini, onun kim tərəfindən nə vaxtı və harada vurulduğunu soruşmuşdur. Həmin vaxtı oğlu Eldar ona xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Cırcırama” retoranında Təqsirləndirilən şəxs və Şahid1lə birlikdə olduğu zaman Məzahirlə aralarında sözlə mübahisə yarandığını və heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs şüşə materialından olan pivə bardağını götürüb qəfl onun başın alın nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Eldarın başın alın nahiyəsinə yaxından baxdıqda yarasının dərin olduğunu görmüş və təcili xəstəxanaya getməsini bildirmişdir. Sonra xəsxtənaya getmək üçün digər oğlu Füzuliyə zəng edib bu barədə ona demişdir. Füzuli özünə məxsus avtomobillə yaşadıqları evə gəlib qardaşı Eldarı tibbi yardım göstərilməsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Eldarın yarasının ağırlığını nəzər alıb həmin kəsilmiş yaranı tikib bağladıqdan sonra Füzuli onu evə gətirmişdir. Evdə Eldar özünü yaxşı hiss etmədiyi üçün döyülməsi barədə şikayət edə bilməmiş və digər oğlu Fizuli məcbur olub özü xx.xx.2023cü il tarixdə Masallı Rayon Polis şöbəsinə gedib Eldarın Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirilməsi barədə şikayət ərizəsi yazmışdır. Bundan başqa o, özüdə oğlu Eldarın Məzahir tərəfindən döyülməsi barədə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib əlavə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, həmkəndliləridir, onlarla arasında əvvəllər hər hansı mübahisə və ədavət olmamışdır. İstifadəsində olan avtomobillə yaşadığı Cəlilabad rayonu ərazisində aradabir taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində tanışı Şahid1 istifadəsində olan mobil telefonuna zəng edib Eldarla onu Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Gənclik” restoranına aparmağını xahiş etmişdir. O, Rəşad və Eldarı həmin yerə aparmağına heç bir etiraz etməmiş və təxminən 15-20 dəqiqədən sonra özünə məxsus “VAZ-21011” markalı avtomobillə onların olduğu yerə getmişdir. Eldar və Rəşadı olduqları yerdən avtomobilinə götürüb birbaşa Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən özünün tanıdığı “Cırcırama” restoranına gətirmiş, lakin həmin restoran Eldarla Rəşadın xoşuna gəlmədiyindən oradan yaxınlıqda olan “Gənclik” restoranına aparmışdır. Yolda söhbət əsnasında Şahid1 ona “deyilər ki, həmkəndlimiz olan Ruslan yaxşı oğlan deyil” sözünü demişdir. O, da Rəşada Ruslan barəsində elə bir söz eşitdiyini, lakin görmədiyi üçün onun haqqında heç bir fikir deyə bilməyəcəyini bildirmişdir. “Gənclik” restoranında Rəşadla Eldarı qoyduqdan sonra geri qayıtmış, gedərkən tanışı Cavidə zəng edərək X12 arxasınca danşdıqlarını bildirmiş, bunun səbəbini öyənmək istəmişdir. Cavid isə ona heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində yaşadığı evdə olduğu zaman Şahid1 istifadəsində olan mobil telefondan ona zəng etmiş, telefona cavab verərkən danışanın Eldar olduğunu bilmiş və Eldar ona gəlib onları evə aparmağını demişdir. Həmin vaxtı o, Eldara gec olduğunu, gələ bilməyəcəyini bildirmişdir. Eldar isə cavabında ona “əgər bura gəlməsən sən kişi deyilsən” sözlərini demişdir. O, isə yenə Eldara evdə olduğunu, gələ bilməyəcəyini xatırlatmış və belə danışdığı üçün ona ayıb olsun demişdir və onların yanına qayıtmışdır. Həmin restoranın həyətində Rəşad ona Eldara heç nə deməməyini xahiş etmişdir. Rəşadın xahişini nəzərə alıb Eldara heç bir söz deməmiş və bundan sonra Eldarla Rəşad avtomobilinə oturub onları Masallı şəhərində yerləşən “Retro” restoranına aparmağını demişlər, o, isə Eldarla Rəşada avtomobilinin cəriməsi olduğundan onları Masallı şəhərinə apara bilməyəcəyini bildirmişdir. Rəşad ona belə olduğu halda onları yaxınlıqda yerləşən “Cırcırama” restoranına aparmağını xahiş etmiş və o, da onları həmin restorana aparmışdır. Restoranın həyətində olan böyük ağacın altındakı masada birlikdə əyləşdikdən sonra Şahid1 pivə sifariş etmiş, təxminən 2-3 dəqiqədən sonra sifariş etdikləri pivəni gətirmişlər. Həmin vaxt Eldarla Rəşad kirvəsi Ruslanın barəsində danışmağa başlamış, o, isə Eldarla Rəşada kirvəsinin arxasınca danışmamalarını bildirmişdir. Eldar və Rəşad isə ona kəndlərində Ruslanın barəsində pis sözlərin danışıldığını eşitdiklərini demişdirlər. O, buna etiraz etdikdə Zərərçəkmiş şəxs Ruslanın arxasınca söyməyə başlamış və Eldara söyüş söyməməyi, əgər sözü varsa gedib Ruslanın üzünə qarşı deməsini bildirmişdir. Həmin vaxt Rəşad telefonla danışmışdır. Stola əyləşdikdən sonra Rəşad dərhal telefonu söndürərək ona “yekə kişisən, bizimlə birlikdə yola çıxıb çörək yemisən, Ruslanın arxasınca heç bir söz danışmadan gedib tez bu barədə ona xəbər etmisən” sözlərini demişdir. Bu barədə aralarında sözlə mübahisə düşmüş, stolda oturan Zərərçəkmiş şəxs həmin vaxt stuldan ayağa qalxıb yumruqla onun sağ boyun nahiyəsindən bir dəfə vurmuş, sonra isə əynində olan şalvarın sağ tərəfinin kəmərinin altından qatlanan bıçağı çıxartmışdır. Nə edcəyini bilmədiyindən həmdə 2-3 nəfər şəxsin onu döyə biləcəyindən ehtiyat edib özünü müdafiə etmək məqsədilə həmin vaxtı masanın üzərindəki şüşə materialından olan pivə bakalını tez əlinə götürüb Eldarın başının alın nahiyəsinə bir dəfə vurub ona xəsarət yetirmişdir. Qorxduğu üçün tez oradan yaxınlıqdan keçən avtomobil yolu istiqamətində qaçmağa başlamışdır. Həmin vaxt restoranın girəcəyində tanımadığı 4 nəfər şəxslərlə rastlaşmış, həmin şəxslər həyacanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, o, həmin tanımadığı şəxslərə adam vurduğunu və onu tez aparmalarını demişdir. Həmin şəxslər ona narahat olmamağını, avtomobilinin yanına getməyini demişlər və onu avtomobilinin yanına aparmışlar. Bundan sonra o, avtomobilinə oturub oradan yaşadığı evə geri qayıtmışdır. Hadisə yerində onlardan başqa şəxs olmamışdır. Eldarın onu vurmasını və bıçaq çıxartmasını ondan başqq heç kim görməmişdir. Eldarın Ruslan barəsində pis sözlər deməsini digər tanışı Cavidə o, demişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qismində ifadə vermiş X4 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, həmkəndliləridir, onlarla arasında əvvəllər hər hansı mübahisə və ədavət olmamışdır. İstifadəsində olan avtomobillə yaşadığı Cəlilabad rayonu ərazisində aradabir taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində tanışı Şahid1 istifadəsində olan mobil telefonuna zəng edib Eldarla onu Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Gənclik” restoranına aparmağını xahiş etmişdir. O, Rəşad və Eldarı həmin yerə aparmağına heç bir etiraz etməmiş və təxminən 15-20 dəqiqədən sonra özünə məxsus “VAZ-21011” markalı avtomobillə onların olduğu yerə getmişdir. Eldar və Rəşadı olduqları yerdən avtomobilinə götürüb birbaşa Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən özünün tanıdığı “Cırcırama” restoranına gətirmiş, lakin həmin restoran Eldarla Rəşadın xoşuna gəlmədiyindən oradan yaxınlıqda olan “Gənclik” restoranına aparmışdır. “Gənclik” restoranının həyətində Rəşadla Eldarı avtomobilindən düşürdüb işləri olduğu üçün geriyə yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində yaşadığı evdə olduğu zaman Şahid1 istifadəsində olan mobil telefondan ona zəng gəldiyini görmüş, telefona cavab verərkən danışanın Eldar olduğunu bilmiş və Eldar ona gəlib onları evə aparmağını demişdir. Həmin vaxtı o, Eldara gec olduğunu, gələ bilməyəcəyini bildirmişdir. Eldar isə cavabında ona “əgər bura gəlməsən sən kişi deyilsən” sözlərini demişdir. O, isə yenə Eldara evdə olduğunu, gələ bilməyəcəyini xatırlatmış və belə danışdığı üçün ona ayıb olsun demişdir. Eldar isə sözlərindən nəticə çıxartmayıb, onu söyüb təhqir etməyə başlamışdır. Bundan sonra o, əsəbləşib telefonunu söndürmüş və birbaşa avtomobili ilə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Gənclik” restoranına getmişdir. Həmin restoranın həyətində Rəşad ona Eldara heçnə deməməyini xahiş etmişdir. Rəşadın xahişini nəzərə alıb Eldara heç bir söz deməmiş və bundan sonra Eldarla Rəşad avtomobilinə oturub onları Masallı şəhərində yerləşən “Retro” restoranına aparmağını demişlər, o, isə Eldarla Rəşada avtomobilinin cəriməsi olduğundan onları Masallı şəhərinə apara bilməyəcəyini bildirmişdir. Rəşad ona belə olduğu halda onları yaxınlıqda yerləşən “Cırcırama” restoranına aparmağını xahiş etmiş və o, da onları həmin restorana aparmışdır. Restoranın həyətində olan böyük ağacın altındakı masada birlikdə əyləşdikdən sonra Şahid1 pivə sifariş etmiş, təxminən 2-3 dəqiqədən sonra sifariş etdikləri pivəni gətirmişlər. Həmin vaxt Eldarla Rəşad kirvəsi Ruslanın barəsində danışmağa başlamış, o, isə Eldarla Rəşada kirvəsinin arxasınca danışmamalarını bildirmişdir. Eldar və Rəşad isə ona kəndlərində Ruslanın barəsində pis sözlərin danışıldığını eşitdiklərini demişdirlər. O, buna etiraz etdikdə Zərərçəkmiş şəxs Ruslanın arxasınca söyməyə başlamış və Eldara söyüş söyməməyi, əgər sözü varsa gedib Ruslanın üzünə qarşı deməsini bildirmişdir. Bu sözləri Eldarın xoşuna gəlməmiş və həmin vaxt stuldan ayağa qalxıb yumruqla onun sağ boyun nahiyəsindən bir dəfə vurmuş, sonra isə əynində olan şalvarın sağ tərəfinin kəmərinin altından qatlanan bıçağı çıxartmışdır. O, Zərərçəkmiş şəxs əlindəki bıçaqla onu vura biləcəyindən ehtiyat edib özünü müdafiə etmək məqsədilə həmin vaxtı masanın üzərindəki şüşə materialından olan pivə bakalını tez əlinə götürüb Eldarın başının alın nahiyəsinə bir dəfə vurub ona xəsarət yetirmişdir. Bu zaman Şahid1 onu arxadan yumruqla kürək nahiyəsindən vurduğunu görmüş və onların köməkləşib onu döyəcəyindən qorxduğu üçün tez oradan yaxınlıqdan keçən avtomobil yolu istiqamətində qaçmağa başlamışdır. Həmin vaxt restoranın girəcəyində tanımadığı 4 nəfər şəxslərlə rastlaşmış, həmin şəxslər həyacanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, o həmin tanımadığı şəxslərə adam vurduğunu və onu tez aparmalarını demişdir. Həmin şəxslər ona narahat olmamağını, avtomobilinin yanına getməyini demişlər və onu avtomobilinin yanına aparmışlar. Bundan sonra o, avtomobilinə oturub oradan yaşadığı evə geri qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirməyilə bağlı barəsində Masallı Rayon Polis şöbəsinə şikayət etdiyini eşitmişdir. Münaqişə təxminən 15-20 dəqiqə müddətdə davam etmiş, həmin vaxtı orada tanımadığı 4-5 nəfər müştəri olmuş, münaqişə həmin şəxslərin narahatlığına və restoranın fəaliyyətinə maneə törətmiş və münaqişə zamanı özü xəsarət almamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 427 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın alın və sol gicgah nahiyəsinin əzilmiş yaraları və sol qaşüstü nahiyənin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şüşə bakalla və beşbarmaqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 12 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hadisə yerinə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokollarından görünür ki, hadisənin baş verdiyi yer Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində yerləşən “Cırcırama” restoranın həyətidir. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış, xasiyyətnamədən və işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, görünür ki, Əkbərov X3 rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1985-ci il təvəllüdlü X9, qızı-xx.xx.2012-ci il təvəllüdlü X7, oğlu-xx.xx.2013-cü il təvəllüdlü X10, oğlu-xx.xx.2015-ci il təvəllüdlü X13 və oğlu-xx.xx.2019-cu il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Əkbərov X3 rayonu, Privolnoye kəndində yaşadığı müddət ərzində onun barəsində Privolnoye kənd ərazi nümayəndəliyinə heç bir təqsirləndirici məlumat daxil olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “barıışmışıq, mənə dəyən ziyan ödənilib, Təqsirləndirilən şəxs heç bir iddiam yoxdur.” Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki,cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı madələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin CM-nin 221.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cünayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yeganə cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildikdə cəzanın məqsədləri təmin oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 28 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar