Məhkəmə qərarları › İş №1(050)-174/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-174/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-174/2024 30.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.3.1, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs 1600 manat pul müqabilində yaşadığı Masallı şəhər ərazisində yerləşən 2 sot torpaq sahəsini satacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 07 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs kirayə yaşadığı, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən fərdi yaşayış evində sonuncunun anası Şahid1 1600 manat pulu 5 dəqiqə aralığında 750 və 850 manat olmaqla vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, əvvəllər törətdiyi dələduzluq cinayətinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2024-cü ilin mart ayının əvvəllərində onun pula ehtiyacı olduğudundan özünə məxsus torpaq sahəsini satmaq qərarına gəlmiş və bu barədə Masallı şəhər ərazisində makelr kimi fəaliyyət göstərən Anar adlı şəxsə məlumat vermişdir. Anar adlı makler həmin gün onlara gəlmiş, torpaq sahəsinə baxıb getmişdir. Gedərkən demişdir ki, bir nəfər Sevinc adlı qadın vardır, Qarabağ küçəsində kirayədə yaşayır və torpaq sahəsi almaq istəyir. O, Anardan həmin qadının harada yaşadığını və mobil nömrəsini istəmişdir. Anar isə ona Sevinc adlı qadının işlədiyi yer barədə məlumat vermiş və gedib özü ilə danışmasını istəmişdir. O, Sevinc adlı qadının işlədiyi yerə getmiş və Sevincə özünə məxsus torpaq sahəsi olmasını, həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Sevinc adlı qadınla söhbət etdikdən sonra onunla 2 sot torpağı ümumilikdə 8000 manat satmaqla bağlı razılaşmışdır. Sevinc ona demişdir ki, ondan aldığı torpaq sahəsini anası Vahidə adlı qadının adına keçirəcək. Sonra Sevinc anası Vahidəyə zəng edib 850 manat pul verməsini bildirmişdir. Daha sonra o, Sevincin Masallı şəhəri, Qarabağ küçəsində yerləşən kirayədə yaşadığı evə getmişdir. Sevincin anası Vahidə onu qarşılamışdır. O, Vahidəyə demişdir ki, Sevincin dediyi kimi ona 850 manat pul versin, o, isə Vahidənin şəxsiyyət vəsiqəsini götürüb 2 sot torpağı onun adına keçirsin. Vahidə ona evdən 850 manat pulu götürüb vermişdir. O, Sevincin evində pul olduğunu anlamış və Sevincdən əlavə 750 manat pul da istəmişdir ki, sənədləşmə işlərinə pul lazım olacaq, ümumilikdə 1600 manat pulu Sevincdən almışdır və sonra Sevincin kirayə yaşadığı evi tərk etmişdir. Lakin o, Sevincdən aldığı 1600 manat pulun müqabilində ona verdiyi vədi, yəni satacağı 2 sot torpağı anası Vahidənin adına keçirəcəyi ilə bağlı verdiyi sözü tuta bilməmişdir. Həmçinin həmin 1600 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyindən Sevincdən aldığı pulu geri qaytara bilməmişdir. Sonra isə çıxıb Bakı şəhərinə getmişdir. Zərərçəkmiş şəxs sonradan ona dəfələrlə zəng edib ona verdiyi pulunu geri istədikdə isə o, Sevincdən aldığı pulu xərclədiyi üçün müxtəlif bəhanələr gətirmiş və tezliklə pulunu qaytaracağını bildirmişdir. Ona ümumilikdə 1500 manat pul lazım olduğundan Zərərçəkmiş şəxs Naib qızından özünə məxsus 2 sot torpağı satacağı adı ilə Masallı şəhəri, Qarabağ küçəsində yerləşən kirayə yaşadığı evdə anası Vahidədən 2024cü ilin mart ayının əvvəllərində əvvəlcə 850 manat, sonra 750 manat olmaqla, ümumilikdə 1600 manat pulu almışdır. Həmin vaxt yanında başqa şəxs olmamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş madi ziyanı hazırda ödəmək iqtdarında olmadığını, lakin yaxın gəlcəkdə hissə-hissə ödəyə biləcəyini, himayəsində azyaşlı uşağının olmasını, İİ qrup əlil olmaqla, Vətən müharibəsi qazisi oldunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Masallı şəhəri, Qarabağ küçəsində bina evində anası Vahidə ilə birlikdə kirayə evdə yaşayır. Ev sahibi evi təmir etməsi səbəbindən onlar həmin evdən çıxmaq qərarına gəlmişlər. Bu səbəbdən o, Masallı şəhər ərazisində olan makler kimi fəaliyyət göstərən Anar adlı şəxsin yanına getmiş və ona torpaq almaq istədiyini bildirmişdir. Anar ona satışda olan evlərin olmasını bildirsə də, lakin onun maddi imkanı olmadığından ev almağa gücünün çatmadığını, torpaq sahəsi alaraq sonradan ev tikəcəyini demişdir. Anar da ona sərfəli qiymətə satılan torpaq sahəsinin olub-olmadığı ilə maraqlanacağını demişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, işlədiyi yerdə olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi Masallı şəhər sakini Təqsirləndirilən şəxs onun yanma gəlmiş və Sevinc adlı şəxsin kim olmasını soruşmuş və ona demişdir ki, onu Anar adlı makler göndərib və demişdir ki, ona məxsus 12 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 10 sotunu başqa adam almış, qalan 2 sotunu isə ona satmaq istədiyini bildirmişdir. O, Faiqə 2 sot torpaq sahəsini almaq istədiyini bildirmiş və onlar həmin torpağın qiymətini 5000 manat olmaqla razılaşmışdır. O, Faiqdən alacağı torpaq sahəsini anası Vahidənin adına keçirmək istədiyini Təqsirləndirilən şəxs demişdir. Faiq ona demişdir ki, ilkin beh olaraq ona 750 manat pulu versin və sonra onun anası Vahidəni də şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə Asan Xidmət mərkəzinə aparıb torpağı anası Vahidənin adına keçirəcək. Bir neçə dəqiqə sonra Faiq onlara getmişdir və öz mobil nömrəsi ilə anası Vahidə ilə onu danışdırmışdır. O, anası Vahidəyə demişdir ki, Faiqə 750 manat pul versin, özü də şəxsiyyətini təsdiq edən sənədi götürüb Faiqlə birlikdə Asan Xidmətə getsin. Axşam saatlarında isə o, evə gəlmiş və anası ona demişdir ki, Faiq ondan əlavə olaraq 850 manat pulu almışdır. Pulu alarkən isə guya ki onun özü ilə yenidən əlaqə saxlamış və o, guya Faiqə demişdir ki, əlavə olaraq 850 manat pulu da anası Vahidədən götürsün. O, anasına belə bir halın olmadığını demiş və anlamışdır ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Təqsirləndirilən şəxs onun anası Vahidədən aldığı 1600 manat pul onun özünə məxsusdur. O, işləyərək həmin pulu torpaq almaq məqsədilə yığmışdır. Ona dəymiş maddi ziyan tam ödənilmədiyinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımış və aralarında heç bir düşmənçilik münasibətləri olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı Masallı şəhər ərazisində ev alqı-satqısı ilə məşğul olur. 2024-cü il tarixdə mart ayının əvvəllərində səhər saatlarında sonradan tanıdığı Sevinc adlı qadın ona yaxınlaşmış və ev tikmək üçün torpaq sahəsi lazım olduğunu bildirmişdir. Hazırda əlində torpaq sahəsi olmadığından o, Sevinc adlı qadına demişdir ki, əgər gələcəkdə kimsə torpaq satarsa onun özünə məlumat verəcək, təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış və özünə məxsus torpaq sahəsini satmasını ona demişdir, o da Faiqə demişdir ki, Qarabağ küçəsində kirayədə yaşayan Sevinc adlı qadın torpaq sahəsi almaq istəyir və həmin qadın özü isə “Masallı Otel” ilə üzbəüz yerləşən hədiyyə dükanında satıcı işləyir. Faiq onun yanından çıxıb getmiş və sonradan Faiq ilə Sevinc arasında olan razılaşmadan heç bir xəbəri olmamışdır. Bir neçə gün keçdikdən sonra həmin Zərərçəkmiş şəxs onu Masallı şəhər ərazisində görüb demişdir ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etmiş və onu aldadaraq 1600 manat pulunu ələ keçirmişdir. O, Sevincdən məsələnin nə yerdə olduğunu soruşduqda isə, Sevinc ona demişdir ki, Təqsirləndirilən şəxs ona guya ki 2 sot torpaq sahəsi satacağı vədini vermiş və həmin satacağı torpaq sahəsini sənədləşdirmək üçün 1600 manat pulu alıb getmişdir. O, da Zərərçəkmiş şəxs demişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Masallı RPŞ-yə ərizə ilə müraciət etsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona torpaq sahəsi satacağı adı ilə Sevincdən 1600 manat pul almışdır. Lakin o, Zərərçəkmiş şəxs heç bir vəd verməmiş, onun pulunu almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhəri, D.Əbilov küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs, Yardımlı rayonu, Dağüzü kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs aldadaraq, ona ərazisi 2 sot olan torpaq sahəsi satacağı adı ilə Zərərçəkmiş şəxs Masallı şəhəri, Qarabağ küçəsində yerləşən kirayədə yaşadığı evində anası Şahid1 1600 manat pulu almışdır. Həmçinin keçirilmiş tədbirlərlə Şahid2 Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldatmaq niyyətinin olması faktı təsdiqini tapmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Eyvazov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2024-cü il tarixli 1(050)- 55/2024 saylı hökmünün surətindən görünür ki, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.3.1, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Eyvazov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-55/2024 saylı hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 12 gün müddətə azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. Lakin məhkum qeydiyyatdan keçməmiş, qeyd edilən hökm üzrə cəza çəkilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Eyvazov X2 şəhəri, D.Əbilova küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş VMAS-da yoxlamanın nəticəsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli, 2-ci dərəcəli əlilliyi aşkar olunmuş: Diaqnoz “Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi və davamlı asteno-nevrotik vəziyət. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2096 saylı ekpert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməməsinin nəzərə alınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ciayət işinin ibtidai istintaqı zamanı məhkəmənin icraatında olan digər cinayət işi üzrə barəsində axtarış elan edilməsi haqqında qərara əsasın xx.xx.2024-cü il tarixdə tutulmaqla Masallı RPŞ-nin MSY-də saxlanılması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı RPŞ-nin İstntaq Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumat arayışından görünür ki, Masallı rayonu, Ərəb kənd sakini X1 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə yazaraq, həmin tarixdə Təqsirləndirilən şəxs torpaq sahəsi satacağı adı ilə ondan 5000 manat pul almasını göstərməsi ilə toplanmış material əsasında fakta görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, hazırda istintaq aparılır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsiona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-cü maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-cü maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci madəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, İİ dərəcəli əlil olmasını “Vətən müharibəsi”nin iştirakçısı olmaqla müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkum olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 7-ci bəndinin axırıncı azasında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, o, əvvəllər analoji cinayət əməlinə görə məhkum olunmuş şəxsdir, ötən müddət ərzində zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, dəymiş ziyan ödənilməmişdir. Hazırda isə barəsində Masallı RPŞ-nin İstintaq Bölməsində dələduzluq əməlinə görə yeni cinayət işi üzrə istintaq aparılır. Məhkəmə onun şəxsiyyətini, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Bununla belə məhkəmə onun əməlində olan cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 30 sentyabr 2024cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün həddində müəyyən edilsin və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar