Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-175/2023 14.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Masallı rayonu, Qızılağac kəndi ərazisində yerləşən ümumi otlaq sahəsi kimi istifadə olunan “Yolğunluq” deyilən ərazidə Qızılağac kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş 170 manat dəyərində dişi cinsli 25 kiloqram ət çəkisi olan ağ rəngli, bir baş 150 manat dəyərində dişi cinsli 22 kiloqram ət çəkisi olan ağ rəngli, bir baş 200 manat dəyərində erkək cinsli 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli və bir baş 230 manat dəyərində erkək cinsli 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə 750 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən Afiq adlı şəxsə məxsus fermada çoban işləyir. Hər gün səhər saat 06 radələrində Afiqə məxsus 14 baş iribuynuzlu heyvanı Qızılağac kəndi ərazisində yerləşən örüş sahəsinə aparıb axşam saat 20 radələrində geri gətirir. Bunun müqabilində Afiq ona hər ay 350 manat pul verir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və onunla arasında hal-hazıradək heç bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Afiqə məxsus 14 baş iribuynuzlu heyvanı örüş sahəsindən fermaya gətirərkən Qızılağac kəndi ərazisində yerləşən “Yolğunluq” deyilən ərazidə 4 baş qoyunun sahibsiz vəziyyətdə olduğunu görmüş, həmin vaxt maddi imkanının zəif olduğunu düşünüb həmin qoyunları oğurlayıb qazanc əldə etmək niyyətinə düşmüşdür. Buna görə də həmin qoyunları bir-bir tutub üzərində olan bıçaq vasitəsilə boğazlarından kəsərək başlarını yerə atmış, daha sonra özündə olan iki ədəd iri həcimli kisəyə həmin qoyunları yerləşdirmişdir. Bundan sonra həmin kisələri daşıyaraq həmin yerdən təxminən 200 metr məsafədə yolun kənarında gizlədərək Afiqin heyvanlarını fermaya saldıqdan sonra geri qayıdıb həmin qoyunları oradan götürəcəyi barədə qərara gəlmişdir. Afiqin heyvanlarını fermaya aparıb tövləyə saldıqdan sonra tanışı Qızılağac kənd sakini Şahid istifadəsində olan mobil telefonu vasitəsilə zəng edərək, özünə məxsus 4 baş qoyunu “Yolğunluq” deyilən ərazinin yaxınlığında yerə qoyduğunu və həmin qoyunların başlarını kəsdiyini, həmin qoyunları evinə aparmaqda ona köməklik göstərməyini xahiş etmişdir. Şahid da onunla razılaşmışdır. O, həmin əraziyə getmək üçün atına minib hərəkət edərkən kənd sakinlərindən Elbəyə məxsus 4 baş qoyunun başlarının kəsilərək “Yolğunluq” deyilən ərazinin yaxınlığında kisələrdə gizlədilməsini eşitmişdir. Buna görə də qorxduğundan həmin əraziyə getməmiş və Coşquna təkrar zəng edərək köməyinə ehtiyacının olmadığını bildirmişdir. Masallı RPŞ-yə dəvət edildikdən sonra əməlini səmimi olaraq etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, maddi ziyanın zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus şəxsi təsərrüfatında saxladığı xırdabuynuzlu heyvanların alğı-satqısı ilə məşğul olur. Maddi dolanışığını həmin heyvanların satışından əldə etdiyi gəlirlə təmin edir. Hər gün heyvanlarını otlaq sahəsinə aparır və axşam saat 19 radələrində xırdabuynuzlu heyvanları özləri Qızılağac kəndində yerləşən fermasının həyətinə geri qayıdırlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında xırdabuynuzlu heyvanlarını otlaq sahəsinə aparmış və axşam saat 19 radələrində heyvanlarını qarşılamaq üçün otlaq sahəsinin yerləşdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Həmin vaxt heyvanları onun olduğu istiqamətdə hərəkət etmişlər və o, heyvanlarının ümumi sayına nəzərə yetirən zaman 4 baş qoyununun olmadığını müəyyən etmişdir. Buna görə də digər heyvanları aparıb fermanın həyətinə saldıqdan sonra özünə məxsus motosikletlə 4 baş qoyununu axtarmaq üçün geri qayıtmışdır. Təxminən 1-2 saat ərzində gəzdikdən sonra Qızılağac kəndində “Yolğunluq” deyilən ərazidə hərəkətdə olarkən yolun kənarında yerdə ağzı bağlı vəziyyətdə olan kisələrin olmasını görmüş, həmin kisələrə yaxınlaşıb baxdığı zaman içərisində 4 baş qoyununun başlarının kəsilərək bədənlərindən ayrılıb kisələrə yığılmasını aşkar etmişdir. Bundan sonra həmin yeri axtarmağa başlasa da heyvanlarının başlarını tapa bilməmişdir. Bu səbəbdən kisələrə yığılmış 4 baş qoyununu idarə etdiyi motosikletin arxa hissəsinə yerləşdirib fermasının olduğu yerə getmiş, daha sonra şikayət etmək qərarına gəlib Masallı RPŞ-yə yaxınlaşaraq baş vermiş hadisə barədə şikayət etmişdir. Bundan sonra Masallı RPŞ-nin əməkdaşları yaşadığı Qızılağac kəndi ərazisinə gələrək orada xırdabuynuzlu heyvanlarının olduğu yerə baxış keçirmişlər. Ona məxsus bir baş dişi cinsli, 25 kiloqram ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 170 manat, bir baş dişi cinsli, 22 kiloqram ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 150 manat, bir baş erkək cinsli, 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 200 manat və bir baş erkək cinsli, 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 230 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şahid qismində ifadə vermiş Şahid ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və onunla arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək, özünə məxsus 4 baş qoyunu “Yolğunluq” deyilən ərazinin yaxınlığında yerə qoyduğunu və həmin qoyunların başlarını kəsdiyini, həmin qoyunları evinə aparmaqda ona köməklik göstərməyini ondan xahiş etmişdir. O, da özünə məxsus fermada işləyərkən Orxanın köməyindən bir neçə dəfə istifadə etmişdir. Buna görə o, Orxanla razılaşmış və heç bir problemin olmadığını bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Orxan təkrar ona zəng edərək, köməyinə ehtiyacının olmadığını və öz işini həll etdiyini qeyd etmişdir. O, yenə Orxanla razılaşmış və öz işlərini görməyə başlamışdır. Masallı RPŞ-yə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 4 baş qoyunu Qızılağac kəndi ərazisində yerləşən “Yolğunluq” deyilən ərazidə oğurlamış və həmin qoyunların başlarını kəsdikdən sonra qoyunları iki ədəd kisəyə yığıb həmin əraziyə yaxın yerdə yol kənarında gizlətmişdir. Buna görə də onun köməyindən istifadə edib həmin qoyunları yaşadığı evə aparmaq üçün ona zəng etmişdir. Lakin, onun Orxanın oğurluq etməyindən heç bir məlumatı olmamış və Orxan bu barədə ona heç bir söz deməmişdir. O, çox vaxt fermasında olduğu üçün kənddə baş verən hadisələrdən heç bir məlumatı olmur və buna görə də son iki gün ərzində Elbəyin qoyunlarının oğurlanmasından və başlarının kəsilib gizlədilməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 4 baş qoyunu oğurlayıb başlarını kəsərək bədənlərindən ayırdığı yeri təqdim etməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4 baş qoyun Masallı rayonu, Qızılağac kəndi ərazisində yerləşən “Yolğunluq” deyilən ərazidən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli qəbzdən görünür ki, iş üzrə Nəsirov X5 RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus 4 baş başları kəsilərək bədənlərindən ayrılmış qoyunların ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etdiyindən həmin qoyunlar Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə tərəfindən maddi sübut kimi tanınmış və qəbzlə Zərərçəkmiş şəxs geri qaytarılmışdır. "xxxx" MMC-nin 14 iyun 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakı nəticəyə gəlinmişdir:
1. Qeyd olunmuş 1 baş dişi cinsli 25 kq ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 170 manatdır.
2. Qeyd olunmuş 1 baş dişi cinsli 22 kq ət çəkisi olan ağ rəngli qoyunun qiyməti 150 manatdır.
3. Qeyd olunmuş 1 baş erkək cinsli 30 kq ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 200 manatdır.
4. Qeyd olunmuş 1 baş erkək cinsli 36 kq ət çəkisi olan qəhvəyi rəngli qoyunun qiyməti 230 manatdır. Qeyd olunan xırdabuynuzlu heyvanların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymət dəyişə bilər. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.2003-cü il təvəllüdlü X2 qızı, qızı-xx.xx.2020-ci il təvəllüdlü X3 və oğlu-xx.xx.2022-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları və dostları ilə mehriban olmuş, onun barəsində Masallı rayon İHB-ın Qızılağac İƏDÜ nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs ona vurulmuş madi ziyanı ödəmiş, barışmışlar, ona qarşı iddası və tələbi yoxdur. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bir baş 170 manat dəyərində dişi cinsli 25 kiloqram ət çəkisi olan ağ rəngli, bir baş 150 manat dəyərində dişi cinsli 22 kiloqram ət çəkisi olan ağ rəngli, bir baş 200 manat dəyərində erkək cinsli 30 kiloqram ət çəkisi olan qəhvəyi rəngli və bir baş 230 manat dəyərində erkək cinsli 36 kiloqram ət çəkisi olan qəhvəyi rəngli qoyunları gizli yolla talayıb oğurlaması onun özünün səmimi etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi; CM-nin 59.2-ci maddəsinə əsasən isə əməlini səmimi etiraf edərək, peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 10:50-də şübhəli şəxs qismində tutulmuş və 04 iyun 2023-cü il tarixdə saat 11:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 47.3-cü maddəsində göstərilir ki, ictimai işlər cəzasına məhkum olunmuş şəxs işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. CM-69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək ictimai işlər cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və 450 (dörd yüz əlli) saat ictimai işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 03 iyun 2023-cü il tarix saat 10:50-dən 04 iyun 2023-cü il tarixdə saat 11:00-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınmaqla həmin müddətin hər 1 (bir) günü ictimai işlər cəzasının 8 (səkkiz) saatı hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 434 (dörd yüz otuz dörd) saat ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Ceyhun Quliyev