Məhkəmə qərarları › İş №1(050)-175/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-175/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-175/2024 25.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1976-cı ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Məmmədoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Masallı rayonu, Məmmədoba kəndində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun ondan xəbərsiz işə getməsi səbəbindən ailə-məişət zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilə birgə nikahdan olan qızı Şahid1 orada olmasına əhəmiyyət verməyərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Şahid1 aşkar surətdə xüsusi əzab verib iztirab çəkdirdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs təpiyi və yumruğu ilə qəsdən vuraraq sonuncuya sağ Vİİİ və İX qabırğanın yerini dəyişmiş sınığı və döş qəfəsinin sağ yarısının qançırı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır bədən xasarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş və onların 4 övladı vardır. Esmira ilə ailə həyatı qurduqdan bu günə qədər ailəsində mütəmadi olaraq mübahisələri olmuşdur. Esmira onun sözünə baxmır və onun tələblərinə məhəl qoymur. Arvadı Esmira işləmək istəmiş, lakin o, arvadı Esmiranın işləməsinə qarşı çıxmışdır. Çünki evin kişisi olaraq o, özü işləməli və ailəsi üçün pul qazanmalı olmuşdur. Buna baxmayaraq Esmira öz dediyini etmiş və işləyəcəyini bildirmişdir. Həmçinin heyvana verdikləri ot bitdiyindən Esmira otlaq sahəsindən heyvana vermək üçün ot yığmağa getmişdir. O, isə arvadı Esmiraya dəfələrlə demişdir ki, evdən kənara çıxmasın. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində o, evin həyətində olarkən arvadı Zərərçəkmiş şəxs da həmin vaxt evin həyətindəki təndirxananın yanında dayanmışdır. O, evin həyətinə düşmüş və bu vaxt arvadı Zərərçəkmiş şəxs ilə aralarında ondan icazəsiz işə getməsi və qızları Saranın Xanalyon kəndindən olan tanımadığı bir nəfər oğlanla görüşməsinə şərait yaratdığı üçün mübahisə etməyə başlamışdır. Bu zaman əsəbləşmiş və Esmiranın üzərinə gedərək təpiklə Emsiranın sağ bud nahiyəsindən 1 dəfə vurmuşdur. Daha sonra isə Esmiradan uzaqlaşmışdır. Qızı Şahid1 həmin vaxt həyətdə olmuş və sonuncu təcili-tibbi yardıma zəng edib evlərinə çağırmışdır. Az sonra təcili-tibbi yardım həkimləri onların evinə gəlmiş və Zərərçəkmiş şəxs ilkin-tibbi yardım göstərmişlər. Daha sora isə çıxıb getmişlər. Məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 494 saylı rəyində göstərilən xəsarətləri arvadı Zərərçəkmiş şəxs o, yetirməmişdir. Mübahisə zamanı o, təpiklə arvadı Zərərçəkmiş şəxs sağ bud nahiyəsindən bir dəfə vurmuşdur. Həmin xəsarətləri Zərərçəkmiş şəxs harada və hansı şəraitdə alması barədə məlumatı yoxdur. Məhkəmədən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına şatmayan uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə 2007-ci il tarixdə ailə həyatı qurmuş və onların 4 övladı vardır. Azərlə ailə həyatı qurduqdan bu günə qədər mütəmadi mübahisələri olmuş, Təqsirləndirilən şəxs spirtli içkilər qəbul edərək evdə dava-dalaş yaradır. Evinin həyətində saxladığı heyvana verdiyi ot bitdiyindən o, otlaq sahəsindən heyvana vermək üçün ot yığıb gətirmişdir. Azər isə onun ot yığmaq üçün evdən çıxmasına icazə verməmişdir. Buna baxmayaraq Azər özü də heyvan üçün ot yığıb gətirməmişdir. O, məcbur qalıb heyvanlar üçün ot yığmaqdan ötrü evdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, əri Təqsirləndirilən şəxs demişdir ki, gedib uşaqlar üçün dərman alsın. Azər biraz onunla mübahisə etmiş və gedib dərman alıb gəldikdən sonra mübahisəyə davam etmişdir. Lakin o, əri Azərə baş qoşmamışdır. Həmin gün saat 21 radələrində əri Azər evdə bir qədər pivə içmiş və sərxoş vəziyyətə gəlmişdir. Azər əvvəlcə evin həyətinə düşüb evin arxa tərəfinə getmişdir. O da həmin vaxt həyətdə yerləşən təndirxananın yanında qızı Şahid1 ilə dayanmışdır. Bu vaxt əri Azər ona yaxınlaşmış və onunla mübahisə etməyə başlamış, mübahisə zamanı qızı Sara ağlamağa başlamış və atası Azərə yaxınlaşaraq onu vurmamasını xahiş etmişdir. Lakin əri Azər qızı Saranın ağlamasına və qorxmasına məhəl qoymayaraq onun gözləmədiyi şəraitdə qəflətən onun döş qəfəsindən yumruğu ilə və sağ qabırğa nahiyəsindən bir dəfə təpiklə vuraraq ona xəsarət yetirmişdir. Nəticədə o, bədənində ağrılar hiss etmiş və yerdə əyləşmişdir. Həmin vaxt yanında olan Sara onun ağrıdan yerdə oturduğunu görüb təcili-tibbi yardıma zəng edib çağırmışdır. Az sonra təcili-tibbi yardım həkimi Nicat adlı şəxs onların yaşadığı evə gəlmiş və ona ilkin tibbi yardım göstərmişdir. Daha sonra isə çıxıb getmişlər. Ona ilkin tibbi yardım göstərməyə gələn TTYS-nın feldşeri Nicat adlı şəxsə həmin vaxt əri Azər tərəfindən döyülərək xəsarət alması barədə deməyə utandığı üçün əvvəlcə bildirmişdir ki, əkin sahəsində çiyələk yığması səbəbindən böyrək nahiyəsində ağrılar olmuşdur. Lakin Nicat adlı həkim getdikdən sonra o, əri Azər barəsində şikayət etmişdir. Hadisə zamanı onun yanında qızı Şahid1n olmuş, digər 3 övladı isə yaşadığı evdə olduğundan hadisənin şahidi olmamışlar. Hadisə yaşadığı evin həyətində baş verdiyindən kənar şəxslərin narahatçılığına səbəb olmamışdır. Məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətləri ona əri Təqsirləndirilən şəxs təpik və yumruqla vuraraq yetirmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır. Buna baxmayaraq məhkəmədən əri Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Qızı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2007-ci ildə ailə həyatı qurmuş və onların 4 övladı vardır. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki içir və ailəsində heç bir səbəb olmadan münaqişələr yaradır. Bu barədə qızı Zərərçəkmiş şəxs ona bir neçə dəfə məlumat versə də, ailələri dağılmasın deyə o, qızı Esmiranın və əri Azərin ailə problemlərinə qarışmamış və mehriban yaşamaları üçün qızı Esmiraya tövsiyələr vermişdir. Hətta qızı Zərərçəkmiş şəxs ailəsinin maddi imkanlarını qarşılamaq üçün gedib qarağat və çiyələk yığır. Azər isə qazandığı puldan ailəsinə xərcləmir. xx.xx.2024-cü il tarixdə o, qızı Esmiraya zəng edib ailə vəziyyəti ilə maraqlanmaq istəmişdir. Bu zaman qızı Esmira ona demişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində əri Təqsirləndirilən şəxs evdə bir qədər spirtli içki içmiş və onun işləməsini bəhanə gətirərək təpiyi ilə sağ qabırğa və yumruğu ilə döş qəfəsinə vuraraq xəsarət yetirmişdir. Həmçinin qızı Esmira ona demişdir ki, əri Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirən zaman onların qızı Şahid1 da orada olmuş və Sara qorxaraq ağlamağa başlamışdır. Daha sonra təcili-tibbi yardıma zəng edib çağırmışlar. Təcili-tibbi yardım əməkdaşları gələrək qızı Esmiraya ilkin tibbi yardım göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-66- 33/2-78/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Şahid1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ailədaxili münaqişələrlə bağlı Təqsirləndirilən şəxs barədə qayınatası tərəfindən şifahi müraciətlər olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 494 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ Vİİİ-İX qabırğanın yerini dəyişmiş sınığı və döş qəfəsinin sağ yarısının qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar