Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-176/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1954-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi qaydada baytar işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs sonuncunun sol gözündə olan xəstəliklə bağlı ümumilikdə 2500 manat pul qarşılığında əlillik və pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü ildə Masallı şəhəri, Fizuli küçəsində 1300 manat, 2023-cü ilin oktyabr ayının axırlarında Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən Masallı rayon Mərkəzi Xəstəxanasının yanında 100 manat, 2023-cü ilin noyabr ayının ortalarında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin market”in qarşısında 100 manat, 2023-cü ilin dekabr ayının əvvəllərində Masallı rayonu, Ərkivan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada baytarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs uzun illərdir tanıyır, onunla aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Onun Asimanın atası Fəxrəddin ilə dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs sol gözündə xəstəlik olduğunu eşitmiş və sonuncuya həmin xəstəliklə bağlı əlillik və pensiya düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs də, özünə əlillik və pensiya düzəltmək istədiyini deyərək, bunun hansı qaydada düzələcəyini soruşduqda, o, Zərərçəkmiş şəxs əlillik və pensiya işini 2500 manat qarşılığında düzəldə biləcəyini bildirmişdir. Asiman onunla razılaşmış və ilk dəfə ona 2023-cü ilin oktyabr ayının əvvəllərində Masallı şəhəri, Fizuli küçəsində 1300 manat, oktyabr ayının axırlarında rayon mərkəzi xəstəxanasının yanında 100 manat, noyabr ayında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin marekt”in yanında 100 manat, sonuncu dəfə isə Masallı rayonu, Ərkivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətində atası Fəxrəddinin yanında 500 manat olmaqla ümumilikdə 2000 manat pul vermişdir. Lakin, sonradan xəstələndiyi üçün müəyyən dava-dərmana xərci çıxmış və bu minvalla həmin pulu özünə xərcləmişdir. Sonra Asiman ondan verdiyi pulu tələb etməyə başlamış, o Asimana 50 manat bir və 100 manat bir olmaqla ümumilikdə 150 manat pul qaytarmış, qalan 1850 manat pulu qaytara bilməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi və iddiası olmadığını nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı ildə isə mebel sexində işlədiyi ərəfələrdə kimyəvi məhlulun sol gözünə sıçraması nəticəsində sol gözündə xəstəlik yaranmağa, gözü dumanlı şəkildə görməyə başlamışdır. Hazırda da sol gözündə mütəmadi ağırılar olur, çox avtomobil sürəndə şişkinlik yaranır. 2023-cü ilin sentyabr ayının axırlarında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin market”in qarşısında olan zaman həmkəndliləri olan Təqsirləndirilən şəxsla rastlaşmış və sonuncu onunla ümumi hal-əhval tutduqdan sonra ona sol gözündə yaranan narahatçılığın nə olmasını soruşmuşdur. O, İltizama sol gözündə uzun müddətdir ki, xəstəlik olmasını və dumanlı gördüyünü demişdir. Bu zaman İltizam ona “Biraz imkan elə sənə əlillik düzəldim” demişdir. O, İltizamdan ona əllilik düzəldəcəyi halda nə qədər xərcinin çıxacağını soruşduqda, sonuncu ümumilikdə 2500 manat pul alacağını bildirmişdir. O, İltizama hazırda o qədər pulunun olmadığını bildirib bu haqda söhbət edəcəklərini demiş və ondan ayrılmışdır. Həmin günün səhərisi İltizam özü onlara məxsus evə gəlmiş və bu barədə atası Fəxrəddinlə söhbət etmişdir. Həmin vaxt İltizam atası Fəxrəddinlə danışaraq ona əllilik düzəldə biləcəyini, bu işi ləngitməməsini deyib onu özünə inandıra bilmişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayının 2-də ailə üzvlərinə məxsus olan bir ədəd qızıl qolbaq və bir ədəd qızıl boyunbağını götürüb Masallı rayonunda yerləşən “İnternational” BOKT-da (lombard) işləyən qonşusu Şahid2 yanına getmişdir. O, “İnternational” BOKT-da olan zaman Rəşad ondan krediti nə üçün götürdüyünü soruşduqda, o, Rəşada krediti İltizam adlı şəxsə pul vermək üçün götürdüyünü, sonuncu ona əlillik düzəldəcəyini demişdir. Sonra verdiyi qızıl-zinət əşyaları lombardda qiymətləndirilidikdən sonra ona 18 aylıq kredit kimi ən çox 1200 manat pul veriləcəyini, faiz olaraq ümumilikdə 450 manata yaxın pul tutulacağını demişlər. O, İltizama zəng edərək ona lombarddan kredit kimi ən çox 1200 manat pul verilə biləcəyini, əlavə olaraq özü də üzərinə 100 manat pul qoyub ona 1300 manat pul verə biləcəyini, ən yaxın zamanda əlavə olaraq 200 manat pul verəcəyini, aralarında olan razılıq əsasında geridə qalan pulu isə sonra verə biləcəyini demişdir. İltizam ona heç bir narahatçılığa səbəb olmadığını, ilkin olaraq başlamaq üçün 1300 manatın kifayət etdiyini bildirmişdir. Sonra həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə İltizamla Masallı şəhəri, Fizuli küçəsində yerləşən “Cümə Məscidi”nin yaxınlında görüşüb 1300 manat pulu və özü ilə gətirdiyi 2 ədəd 3x4 sm ölçüdə fotoşəkili İltizama vermişdir. 2023-cü ilin oktyabr ayının axırlarında İltizamla Masallı şəhəri Z.Əliyeva küçəsində rayon Mərkəzi Xəstəxanasının yanında görüşüb ona 100 manat, 2023-cü ilin noyabr ayının ortalarında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin market”in yanında görüşüb ona 100 manat pul vermişdir. Bundan sonra İltizamdan işinin nə yerdə olması, nə iş görməsi ilə bağlı maraqlanmağa başlamışdır. İltizam ona bu işlərin düzəlməsinin bir qədər müddət aparmasını, səbirli olmasını demişdir. 2024-cü ilin noyabr ayının 20-si ərəflərində isə İltizam artıq işin həll olunma mərhələsində olmasını, 500 manat pulun indi lazım olmasını, ilk əvvəl onunla bu işi danışdığı zaman elə işin ilkin olaraq həlli üçün 2000 manat pul lazım olduğunu dediyini, 500 manat pula görə işin ləngiməsini bildirmişdir. Onun yalan sözlərinə inanaraq İltizama ona möhlət verməsini, qısa müddət ərzinə 500 manat pul tapıb ona verəcəyini bildirmişdir. Sonra İltizam tez-tez mobil telefon nömrəsinə zəng edərək pulu düzəldib düzəltmədiyini soruşmağa başlamışdır. Bundan sonra dekabr ayının əvvəllərində 500 manat da pul düzəldərək İltizama vermişdir. İltizam ona 2024-cü ilin aprel ayına kimi pensiyasının düzələcəyini, pensiya kartının ona verilməsindən sonra isə ona ilkin olaraq razılaşdıqları kimi geridə qalan 500 manat pulu verməsini demiş və o onunla razılaşmışdır. Bundan sonra aprel ayı da daxil olmaqla İltizamı gözləyərək ondan vaxtaşırı pensiyası barədə maraqlanmağa başlamış, sonuncu hər dəfə onu müxtəlif sözlərlə yubatmağa başlamışdır. 2024-cü ilin may ayının axırlarında İltizamın onun işini görmədiyini və onu aldatdığını başa düşüb, ondan pulu geri istəmiş və İltizam ona verdiyi puldan bir dəfə 50, bir dəfə isə 100 olmaqla ümumilikdə 150 manat pul geri qaytarmışdır. Qalan 1850 manat pulunu İltizamdan ala bilmədiyi üçün Masallı Rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda İltizam 1850 manat pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbləri olmadığını qeyd edib, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi və məsuliyyətdən azad olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövlət ittihamçısını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməlidir. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə (cinayət işi üzrə icraata) həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam versin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-176/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-176/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver