Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-177/2022 28.09.2022 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxsin nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyət göstərən vəkil Müdafiəçi3, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1977-ci ildə Masallı rayonu, Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, xx xxx 1975-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus əvvəllər tütün emalı zavodu kimi fəaliyyət göstərən və hazırda fəaliyyəti dayandırılmış zavoda giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 60 manat cəmi qiyməti 300 manat olan aliminum materialından hazırlanmış pəncərələrin 5 ədəd açılıb-bağlanan hissəsini, bir ədədinin qiyməti 80 manat olmaqla cəmi qiyməti 240 manat olan 2 metr uzunluğunda ümumilikdə 3 ədəd dəmir məhəccəri, bir ədəd qiyməti 400 manat olan hündürlüyü 1,20 metr, eni 50 santimetr təşkil edən dəmir seyfi, bir metrinin qiyməti 1 manat olan ümumi dəyəri 200 manat təşkil edən 200 metr uzunluğunda mis elektrik naqillərini və həmin zavodun həyətindəki yarım tikilidən bir ədədinin qiyməti 50 manat olan ümumilikdə 2 ədəd 60/100 santimetr ölçüsündə aliminium pəncərələri, bir ədəd qiyməti 100 manat olan 200/60 santimetr ölçüsündə aliminium pəncərəni gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1340 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Masallı şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi-0,460 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus əvvəllər tütün emalı zavodu kimi fəaliyyət göstərən və hazırda fəaliyyəti dayandırılmış zavoda giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 60 manat cəmi qiyməti 300 manat olan aliminum materialından hazırlanmış pəncərələrin 5 ədəd açılıb-bağlanan hissəsini, bir ədədinin qiyməti 80 manat olmaqla cəmi qiyməti 240 manat olan 2 metr uzunluğunda ümumilikdə 3 ədəd dəmir məhəccəri, bir ədəd qiyməti 400 manat olan hündürlüyü 1.20 metr, eni 50 santimetr təşkil edən dəmir seyfi, bir metrinin qiyməti 1 manat olan ümumi dəyəri 200 manat təşkil edən 200 metr uzunluğunda mis elektrik naqillərini və həmin zavodun həyətindəki yarım tikilidən bir ədədinin qiyməti 50 manat olan ümumilikdə 2 ədəd 60/100 santimetr ölçüsündə aliminium pəncərələri, bir ədəd qiyməti 100 manat olan 200/60 santimetr ölçüsündə aliminium pəncərəni gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1340 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 20 radələrində əvvəllər tanıdığı Masallı şəhər sakini Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edib onunla görüşmək istədiyini demiş, o da Vüsalla razılaşıb onun dediyi yerə getmişdir. Daha sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə Masallı şəhəri Heydər Əliyev prospektində görüşmüş, orada Vüsal ona “Ozon” klinikasının arxasında yerləşən əvvəllər tütün emalı zavodu kimi fəaliyyət göstərən hazırda isə fəaliyyəti dayandırılmış zavoddan oğurluq etmək istədiyini və həmin niyyətini yerinə yetirə biləcəkləri halda yaxşı qazanc əldə edə biləcəklərini demişdir. O da maddi imkanı zəif olduğundan, həmçinin narkotik aludəçisi olduğuna görə Vüsal ilə razılaşmış və sonuncu ona xx.xx.2022-ci il tarixdə axşam saatlarında zavoda daxil olacaqlarını demişdir. Bundan sonra o, Vüsaldan ayrılıb yaşadığı evə geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Vüsal ona təkrar zeng edib zavodun yanında olduğunu və ora gəlməsini demiş, o da, yaşadığı evdən çıxaraq “Ozon” klinikasının axrasında yerləşən zavodun yaxınlığına getmişdir. Orada Vüsalla görüşüb zavodun ətrafını müşahidə etdikdən sonra heç bir şəxsin olmadığına tam əmin olub, Vüsalla birlikdə zavodun həyətinə dəmir tordan çəkilmiş hasarın üzərindən keçərək daxil olmuşlar. Daha sonra Vüsalla birlikdə zavoda yaxınlaşmış, Vüsal üzərində götürüb ora apardığı dəmir alət vasitəsilə zavodun birinci mərtəbəsindəki 3 ədəd aliminium pəncərələrin açılıb-bağlanan hissəsini yerindən çıxarıb ona vermiş və o, həmin pəncərələri zavodun həyətində yerə qoymuşdur. Daha sonra zavodun içərisinə daxil olaraq ikinci mərtəbəyə qalxıb, yenə eyni üsulla Vüsal ikinci mərtəbədə olan aliminium pəncərələrin açılıb-bağlanan hissəsini yerindən çıxarıb ona vermiş və o, həmin pəncərələri zavodun həyətinə aparıb digər əşyaların yanına yığmışdır. Bundan sonra o, geri qayıtmış və onlar birlikdə zavodun divarlarından çəkilmiş təxminən 200 metr uzunluğunda mis elektrik naqillərini bıçaq vasitəsilə kəsib yerindən çıxardaraq topa şəklinə gətirib zavodun həyətində əvvəlki oğurladıqları əşyaların yanına yığmışlar. Daha sonra təkrar zavoda daxil olub birinci mərtəbədə yerdə uzadılmış 3 ədəd təxminən uzunluğu 2 metr olan dəmir məhəccərləri oğurlayıb yenə zavodun həyətinə əvvəlki əşyaların yanına yığmışlar. Bundan sonra zavodun həyətində olan tikilinin 3 ədəd aliminium materialından olan pəncərəsini Vüsal özü ilə ora gətirdiyi dəmir alət vasitəsilə yerindən çıxarıb ona vermiş və o, həmin pəncərələri digər əşyaların yanına yerə yığmışdır. Daha sonra yenə zavoda daxil olub ikinci mərtəbədən bir ədəd hündürlüyü təxminən 1 metr olan dəmir seyfi Vüsalla birlikdə götürüb zavodun həyətinə düşürtmüş və digər əşyaların yanına qoymuşdur. Orada başqa qiymətli əşya tapa bilmədiklərindən oğurluq əməllərini başa çatdırmaq niyyətinə düşərək oğurlayıb zavodun həyətinə yığdıqları 5 ədəd aliminium materialından olan pəncərənin açılıb-bağlanan hissəsini, 3 ədəd dəmir məhəccəri, 3 ədəd aliminium materialından olan pəncərəni və bir ədəd dəmir seyfi Vüsalla birlikdə götürüb, oradan piyada hərəkət edərək birbaşa heç bir şəxsin onları görmədiyi ara yollarla Masallı şəhəri Digah küçəsində dəmir yığımı ilə məşğul olan Akif adlı şəxsin məntəqəsinə aparmışlar. Orada Vüsal əvvəllər tanıdığı Akifə həmin əşyaların özünə məxsus olmasını deyərək, həmin əşyaları ondan hansı qiymətə alacağını soruşduqda, sonuncu Vüsala ümumilikdə həmin əşyalar üçün 300 manat pul verə biləcəyini demişdir. Vüsal ondan soruşduqda o da öz razılığını bildirib Akifdən həmin pulu almasını istəmişdir. Daha sonra Vüsal Akifdən 300 manat pulu aldıqdan sonra onlar oradan çıxmış və küçədə hərəkətdə olarkən 300 manat pulun 150 manatını Vüsal ona vermişdir. Bundan sonra o, öz evinə, Vüsal da öz evinə getmişdir. O, oğurluq yolu ilə əldə etdiyi ümumilikdə 150 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmiş və bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, bədənində olan ağrılarla əlaqədar bir müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 27 may 2022-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar olaraq Masallı rayonu, Qızılavar kəndinə getmişdir. Həmin vaxtı orada olarkən təsadüfən rastlaşdığı, əvvəllər görmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində 1 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan heroin almışdır. Həmin tanımadığı şəxs özünü ona Elşən adı ilə təqdim etmişdir. Daha sonra həmin narkotik vasitəni cibində olan “Magna” markalı siqaret qutusunun içərisində olan göy rəngli kağız bükülüyə büküb həmin siqaret qutusunun içərisinə öz istifadəsi üçün qoymuşdur. Tez-tez narkotik vasitə istifadə etdiyi üçün əynində olan ağ rəngli şalvarın sol yan cibində isə narkotik vasitə olan heroini qolunda olan damarına iynə ilə vurmaq üçün istifadə etdiyi 1 ədəd şpris və iynəsi, ampula şüşəsi və dəmir qapaq var idi ki, həmin sadaladığı predmetləri üzərində “Argo yazısı olan siqaret qutusunun içərisinə yığıb saxlamışdır. Narkotik vasitə olan heroini aldıqdan sonra yaşadığı Masallı şəhəri ərazisinə piyada qayıtmış və aldığı narkotik vasitə olan heroini istifadə etmək üçün axşam olmasını gözləmişdir. Həmin günü təxminən saat 18 radələrində Masallı şəhəri M.Füzuli küçəsində tək gəzişərkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu deyib Masallı RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra polis şöbəsində baş təhqiqatçı Şahəddin Vəlişovun xidməti otağına aparmışdır. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi qismində təyin edilmişdir. Sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videogörüntü aparılmaqla onun üzərinə baxış keçirilməzdən öncə təhqiqatçı tərəfindən qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması soruşulduqda, o, üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan ağ rəngli şalvarın sağ yan cibində siqaret qutusunda saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroini, şalvarın sol yan cibində siqaret qutusunda saxladığı 1 ədəd şpris və iynəni, 1 ədəd şüşə ampula, kağız paketdə limon duzunu və 1 ədəd dəmir qapağı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə və əynində olan paltarlara təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,53 qram olduğu müəyyən edilmiş, heroin və digər əşyalar zərflərə qoyularaq qablaşdırılmış, üzəriləri möhürlənmiş və imzalanmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir maddi dolanışığı zəif olduğundan və şəxsi istifadəsi üçün narkotik maddə almaqdan ötrü oğurluq edib pul qazanc əldə etmək niyyəti olmuşdur. Sonra Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasının arxasında əvvəllər tütün emalı zavodu kimi fəaliyyət göstərən hazırda isə fəaliyyəti dayandırılmış zavodun olmasını görüb, oradan oğurluq edib qazanc əldə etmək niyyətinə düşmüş, lakin, niyyətini yerinə yetirmək üçün ona bir nəfər şəxsin köməyi lazım olmuşdur. Buna görə də xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində əvvəllər tanıdığı Masallı şəhər sakini Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə Masallı şəhəri Heydər Əliyev prospektində görüşüb ona “Ozon” klinikasının arxasında yerləşən zavoddan oğurluq etmək istədiyini, əgər ona kömək edərsə yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə axşam saatlarında oğurluq niyyətlərini yerinə yetirə biləcəklərini demişdir. Bundan sonra o, Səyavuşdan ayrılıb yaşadığı evə geri qayıtmış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Səyavuşa təkrar zeng edib zavodun yaxınlığına gəlməsini demişdir. Səyavuş onunla razılaşaraq saat 16:20 radələrində zavodun yaxınlığına gəlmişdir. Orada Səyavuşla görüşüb ətrafı müşahidə etdikdən sonra heç bir şəxsin olmadığına tam əmin olduqdan sonra birlikdə zavodun həyətinə dəmir tordan çəkilmiş hasarın üzərindən keçərək daxil olmuşlar. Sonra Səyavuşla birlikdə zavoda yaxınlaşmış və o, özü ilə ora apardığı dəmir alət vasitəsilə zavodun birinci mərtəbəsindəki 3 ədəd aliminium pəncərələrin açılıb-bağlanan hissəsini yerindən çıxarıb zavodun həyətinə qoymuş, daha sonra zavadun içərisinə daxil olaraq ikinci mərtəbəyə qalxaraq yenə eyni üsulla ikinci mərtəbədə olan aliminium pəncərələrin açılıb-bağlanan hissəsini yerindən çıxarıb Səyavuşa vermiş və sonuncu həmin pəncərələri zavodun həyətinə aparıb yerə qoymuşdur. Bundan sonra Səyavuş geri qayıtmış və onlar birlikdə zavodun divarlarından çəkilmiş təxminən 200 metr uzunluğunda mis elektrik naqillərini çıxarıb topa şəklinə gətirib zavodun həyətinə əvvəlki oğurladıqları əşyaların yanına yerə yığımışlar. Daha sonra təkrar zavoda daxil olub birinci mərtəbədə yerdə uzadılmış 3 ədəd təxminən uzunluğu 2 metr olan dəmir məhəccərləri oğurlayıb yenə zavodun həyətinə əvvəlki əşyaların yanına yığmışlar. Bundan sonra zavodun həyətində olan tikilinin 3 ədəd aliminium materialından olan pəncərəsini özü ilə ora apardığı alət vasitəsilə yerindən çıxarıb digər əşyaların yanına yerə yığmışdır. Daha sonra yenə zavoda daxil olub ikinci mərtəbədən bir ədəd hündürlüyü təxminən 1 metr olan dəmir seyfi Səyavuşla birlikdə götürüb zavodun həyətinə düşürtmüş və digər əşyaların yanına yığmışdır. Oğurluq niyyətini orada başa çatdırmaq niyyətinə düşərək oğurlayıb zavodun həyətinə yığdığı 5 ədəd aliminium materialından olan pəncərənin açılıb-bağlanan hissəsini, 3 ədəd dəmir məhəccəri, 3 ədəd aliminium materialından olan pəncərəni və bir ədəd dəmir seyfi Səyavuşla birlikdə götürüb oradan piyada hərəkət edərək birbaşa heç bir şəxsin onları görmədiyi ara yollarla Masallı şəhəri Digah küçəsində dəmir yığımı ilə məşğul olan Akif adlı şəxsin məntəqəsinə aparmışlar. Orada Akifə həmin əşyaların özünə məxsus olmasını deyərək özünə inandırmış və ora apardığı əşyaları onlardan hansı qiymətə alacağını soruşduqda, Akif ona ümumilikdə həmin əşyalar üçün 300 manat pul verə biləcəyini demişdir. O da Akiflə razılaşaraq Səyavuşun yanında 300 manat pulu alıb çıxmışdır. Sonra Syavuşla küçədə hərəkətdə olarkən 300 manat pulun 150 manatını Səyavuşa vermişdir. Bundan sonra o, öz evinə, Səyavuş da öz evinə getmişdir. O, oğurluq yolu ilə əldə etdiyi ümumilikdə 150 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa heç bir yerdən oğurluq etməmiş və başqa cinayət törətməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri, onların özlərinin ifadəsi ilə yanaşı, iş üzrə ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin, habelə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi-vəkilinin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxs X1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, ona məxsus Masallı şəhəri, Heydər Əliyev prospektində “Ozon” klinikasının arxa hissəsində əvvəllər tütün emalı kimi fəaliyyət göstərən hazırda isə fəaliyyəti dayandırılmış zavod vardır. O, Bakı şəhərində yaşadığından qohumu Masallı rayonu, Türkoba kənd sakini Şahid4 həmin zavoda nəzarət etməsini xahiş etmişdir. Həmin zavodda olan bütün əşyalar ona məxsus olmuşdur. xx.xx.2022-ci il tarixdə Şahid4 ona mobil telefonla zəng edərək zavodunun birinci mərtəbəsindəki divara bərkidilmiş vəziyyətdə aliminium materialından olan pəncərələrin bir ədədinin qiyməti 60 manat cəmi qiyməti 180 manat olan ümumilikdə 3 ədəd pəncərənin açılıb-bağlanan hissəsinin, ikinci mərtəbəsində divara bərkidilmiş aliminium materialından olan pəncərələrin bir ədədinin qiyməti 60 manat cəmi qiyməti 120 manat olan ümumilikdə 2 ədəd pəncərənin açılıb-bağlanan hissəsinin, zavodun həyətində yerləşən əvvəllər tərəziyə nəzarət otağı kimi istifadə edilən otağın divarlarından bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manat olan 2 ədəd hər biri 60/100 santimetr ölçüsündə, bir ədəd qiyməti 100 manat olan 200/60 santimetr ölçüsündə aliminium pəncərələrin, daha sonra zavodun içərisindən bir ədədinin qiyməti 80 manat cəmi qiyməti 240 manat olan hər biri 2 metr uzunluğunda ümumilikdə 3 ədəd dəmir məhəccərin, zavodun ikinci mərtəbəsindən bir ədəd qiyməti 400 manat olan hündürlüyü 1.20 metr, eni 50 santimetr təşkil edən dəmir seyfin, zavodun divarlarından bir metrinin qiyməti 1 manat cəmi qiyməti 200 manat təşkil edən 200 metr uzunluğunda mis elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. O da Şahid4 Masallı RPŞ-yə öz adından ərizə ilə müraciət etməsini, işlərinin çox olması səbəbindən Almaniya Federativ Respublikasına gedəcəyini və Masallı rayonu ərazisinə gələ bilməyəcəyini demişdir. O, əvvəlcə oğurlanmış əşyaları nəticəsində ona ümumilikdə 2000-3000 manat maddi ziyan dəyməsini zənn etdiyindən Şahid4 də eyni məbləğdə maddi ziyan dəyməsi barədə məlumat vermiş, lakin sonradan əşyalarının qiymətlərini hesablamış və ona dəymiş olan maddi ziyanın ümumi məbləğinin 1340 manat olmasını bilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1340 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi-vəkili Müdafiəçi3 cinayət nəticəsində dəymiş zərərin ödənilmədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmadığını, onlara qarşı şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxslər barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri, Masallı RPŞ-nin ƏRQnun kiçik inspektoru, polis baş serjantı Şahid2 və Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X10 qrupun üzvləri təyin edilmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 Masallı şəhəri Heydər Əliyev prospektində piyada hərəkət etməsi barədə məlumat əldə edib Şahid2la birlikdə həmin əraziyə getmişdir. Orada Təqsirləndirilən şəxs1 piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB-nin baş təhqiqatçısı polis baş leytenantı Şahəddin Vəlişova həvalə olunmuşdur. Sonra baş təhqiqatçı Şahəddin Vəlişov Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuş, hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra baş təhqiqatçı Şahəddin Vəlişov tərəfindən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkiliş vasitəsilə şəxsi-axtarış keçiriləcəyi bildirilərək, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Magna” sözləri yazılmış siqaret qutusunu çıxarıb içərisində olan göy rəngli kağıza bükülmüş şəffaf rəngli sellofanı təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı S.Bəğışov təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Masallı rayonu Qızılavar kəndində Elşən adlı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 1 ədəd üzərində “Argo” sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim edərək, həmin qutunun içərisində şpris və iynə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisindən 1 ədəd 2 ml şpris və iynəsi, 1 ədəd üzərində 5ml novokain sözü yazılmış başı qırıq ampula şüşəsi, 15 qramlıq kağız paketdə limon duzu və bir ədəd şüşə butulka qapağı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu görünmüş, heroin elektron tərəzidə çəkilərək ümümi çəkisinin 0,53 qram olduğu müəyyən edilmiş, heroinə bənzər maddə və digər əşyalar zərflərə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra baş təhqiqatçı Şahəddin Vəlişov tərəfindən Təqsirləndirilən şəxs1 əynində olan paltarlara və digər geyim əşyalarına şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, uzun müddətdir dəmir və əlvan metalların alq-satqısı ilə məşğul olur və özünə məxsus Masallı şəhəri, Seybətin küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikdiyi dəmir və əlvan metalların alqı-satqısı ilə məşğul olduğu yarım tikili məntəqəsi vardır. Həmin yarımtikili məntəqənin içərisində 8 kvadrat metr ölçüsündə istirahət etmək üçün və əlvan metalları yığıb saxladığı dəmir konstruksiyadan tikilmiş otaq vardır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində işlədiyi məntəqədə olarkən bir nəfər adını sonradan bildiyi Vüsal adlı şəxs yanında olan Səyavuş adlı şəxslə birlikdə ona məxsus məntəqəyə gələrək əllərində olan 5 ədəd aliminium pəncərələrinin əyilmiş vəziyyətdə olan açılıb bağlanan hissələrini, 3 ədəd aliminium pəncərəni şüşəsiz vəziyyətdə, 3 ədəd hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərləri, 1 ədəd hündürlüyü təxminən 1 metr olan dəmir seyfi və uzunluğu təxminən 200 metr olan topa şəklində qırıq-qırıq mis elektrik naqillərini təqdim edib satmaq istədiklərini demişlər. O da onların xarici görünüşlərindən oğru ola biləcəklərinə ehtimal etmədiyi üçün Vüsal adlı şəxslə razılaşmış və ona həmin əşyaları tərəzidə çəkməyə ehtiyac olmadığını, ümumilikdə 300 manat pul verə biləcəyini bildirmişdir. Vüsal adlı şəxs də yanında olan Səyavuş adlı şəxslə söhbət etdikdən sonra onunla razılaşmış və 300 manat pulu verməsini istəmişdir. O da cibindən 300 manat pul çıxarıb Vüsala adlı şəxsə vermiş və ondan həmin əşyaları almışdır. Lakin, orada olarkən Vüsal adlı şəxs ona satdığı əşyaların oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmiş və o, Vüsalın oğurluqla məşğul olmasından şübhələnməmişdir. Vüsaldan aldığı aliminum, mis və dəmir əşyalarını əridərək metal halına gətirib Bakı şəhərinə əlvan metallarının alqı-satqısı ilə məşğul olan müəssisəyə göndərmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Masallı rayonu, Türkoba kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Qohumu Bakı şəhəri Hövsan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri Heydər Əliyev prospektində “Ozon” klinikasının arxa hissəsində əvvəllər tütün emalı kimi fəaliyyət göstərən hazırda isə fəaliyyəti dayandırılmış zavod vardır. Zərərçəkmiş şəxs həmin zavoda nəzarət etməyi ondan xahiş etdiyindən mütəmadi olaraq həmin zavoda gedib nəzarət etmişdir. Həmçinin həmin zavodda hansı əşyaların olmasını dəqiq bilir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin zavoda getdiyi zaman zavodun birinci mərtəbəsindəki divara bərkidilmiş vəziyyətdə aliminium materialından olan pəncərələrin 3 ədəd pəncərənin açılıb-bağlanan hissəsinin, ikinci mərtəbəsində divara bərkidilmiş aliminium materialından olan pəncərələrin 2 ədəd açılıb-bağlanan hissəsinin, zavodun həyətində yerləşən əvvəllər tərəziyə nəzarət otağı kimi istifadə edilən otağın divarlarından 2 ədəd hər biri 60/100 santimetr ölçüsündə, bir ədəd 200/60 santimetr ölçüsündə aliminium pəncərələrin, daha sonra zavodun içərisindən hər biri 2 metr uzunluğunda ümumilikdə 3 ədəd dəmir məhəccərin, zavodun ikinci mərtəbəsindən hündürlüyü 1.20 metr, eni 50 santimetr təşkil edən dəmir seyfin, zavodun divarlarından 200 metr uzunluğunda mis elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bu barədə dərhal Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək məlumat vermiş, sonuncu da ona məxsus aliminium, mis və dəmir əşyalarının oğurlanması nəticəsində ümumilikdə 2000-3000 manat maddi ziyan dəydiyini, Masallı RPŞ-yə onun ərizə ilə müraciət etməsini və işlərinin çox olması səbəbindən Masallı rayonu ərazisinə gələ bilməyəcəyini bildirmişdir. Buna görə də o, Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət edərək, oğurlanmış əşyaları sadaladıqdan sonra oğurluq ona nəticəsində ümumilikdə 2000-3000 manat maddi ziyan dəydiyini göstərmişdir. Əslində isə oğurlanmış əşyaların hər biri Zərərçəkmiş şəxs məxsus olmuş və oğurluq nəticəsində Təranəyə maddi ziyan dəymişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin ƏRQ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis leytenantı X8 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X10 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Magna” sözləri yazılmış siqaret qutusunu çıxarıb içərisində olan göy rəngli kağıza bükülmüş şəffaf rəngli sellofanı təqdim edərək, sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Masallı rayonu Qızılavar kəndində Elşən adlı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 1 ədəd üzərində “Argo” sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim edərək, həmin qutunun içərisində şpris və iynə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisindən 1 ədəd 2 ml şpris və iynəsi, 1 ədəd üzərində 5ml novokain sözü yazılmış başı qırıq ampula şüşəsi, 15 qramlıq kağız paketdə limon duzu və bir ədəd şüşə butulka qapağı aşkar olunmuşdur. Daha sonra narkotik maddə heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkilərinin 0,53 qram olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, birgə yaşayış qaydalarına əməl etmiş, onun barəsində qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 416 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ilə X4 bir nikahlarından 2015-ci il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş 5 ədəd aliminium materialdan olan 120x150 santimetr ölçüdə pəncərələrin açılıb-bağlanan gözlərinin bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 300 manat, 2 ədəd hər biri 60x100 santimetr ölçüsündə aliminium pəncərələrin bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manat, 1 ədəd 200x60 santimetr ölçüdə aliminium pəncərənin qiyməti 100 manat, 3 ədəd bir ədədi 2 metr uzunluğunda dəmir məhəccərin bir ədədinin qiyməti 80 manat olmaqla cəmi qiyməti 240 manat, 1 ədəd 120x50 santimetr ölçüdə adi dəmir seyfin qiyməti 100 manat, 200 metr uzunluğunda mis elektrik naqillərinin 1 metrinin qiyməti 1 manat olmaqla cəmi qiyməti 200 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 28 may 2022-ci il tarixli 19/635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 0,460 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ədəd şpris və iynəsi, 5 ml novokain ampula şüşəsi və kağız paketdə limon duzu...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-11,765 qram olan maddə limon duzudur. Limon duzu narkotik və ya psixotrop maddələrə aid deyildir; 1 ədəd 2ml-lik şprisin və 1 ədəd 5 ml-lik şüşə ampulanın içərisində narkotik vasitə və ya psixotrop maddələrin izləri yoxdur və 1 ədəd dəmir qapağın üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı (Heroinin təmiz çəksi- 0,460 qr., tədqiqata sərf olundu-0,05 qr. qalıq-0,410 qram; Limon duzunun təmiz çəkisi- 11,765 qr. tədqiqata sərf edildi-0,05 qr. qalıq-11,715 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 X3 dair 06 iyun 2022-ci il tarixli 659 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibdə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(050)-113/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə casının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(050)-138/2008 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, sonuncunun onlara qarşı şikayətçi olmasını, Təqsirləndirilən şəxs1 əvvəllər də narkotik maddələrdən istifadə etdiyinə görə məhkum olunmasını və narkomaniya xəstəliyindən əzab çəkməsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətinin pis səciyələndirilməsini, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məhburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, digər ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,410 qram narkotik vasitə heroin, 11,715 qram limon duzu, 1 ədəd 2 ml şpris və iynəsi, 1 ədəd üzərində 5ml novokain sözü yazılmış başı qırıq ampula şüşəsi və bir ədəd şüşə butulka qapağı məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,410 qram narkotik vasitə heroin, 11,715 qram limon duzu, 1 ədəd 2 ml şpris və iynəsi, 1 ədəd üzərində 5ml novokain sözü yazılmış başı qırıq ampula şüşəsi və bir ədəd şüşə butulka qapağı məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-177/2022
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-177/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver