Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-177/2024 11.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 05 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-54/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və 11 iyun 2024-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd bükümdə 1,779 qram psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib satış məqsədilə hissələrə bölüb həmin psixotrop maddəni üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid4 satış məqsədilə üzərində saxladığı psixotrop maddə olan metamfetaminin 01 ədəd bükümünü 20 manat pul müqabilində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində satmış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsiaxtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi-0,884 qram təşkil edən, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 üzərindən RPŞ-də aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi-0,895 qram təşkil edən psixotrop maddə metamfetaminlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir və əsasən psixotrop maddə olan metamfetamindən istifadə edir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş, cəzasını çəkib qurtarmış, psixotrop maddədən istifadə etmədikdə bədənində ağrılar yaranmış və buna görə psixotrop maddə olan metamfetamindən tez-tez istifadə etmişdir. Hazırkı iş üzrə bildirir ki, o, 11 iyun 2024-cü il tarixdə Lənkaran rayonu, Qumbaşı kəndində 40 manat müqabilində 1 bükümdə psixotrop maddə olan metamfetamin almış və Masallı rayonuna geri qayıtmış, üzərində olan psixotrop maddə metamfetamini istifadə etməkdən ötrü sakit yer axtarmağa başlamışdır. 11 iyun 2024-cü il tarixdə təxminən saat 12 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində piyada hərəkətdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər, polis əməkdaşlarına etiraz etməmiş, Masallı RPŞ-də özünü baş təhqiqatçı Xalid Qurbanov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Xalid müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini anlayıb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu, müxtəlif pul əskinaslarından ibarət ümumilikdə 201 manat pul və şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxartmış, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı hər hansı bir fiziki təsir və ya psixi təzyiq olmamışdır. Bundan başqa Masallı şəhər sakini Şahid4 ilə aralarında dostluq münasibəti olmuş, Lənkəran rayonu, Qumbaşı kəndində aldığı psixotrop maddə metamfetamini hissələrə bölüb bir bükümünü pul qarşılığı olmadan istifadə etməsi üçün Şahid4 vermişdir. Şahid4 ibtidai istintaq dövründə narkotik vasitəni 20 manat pul qarşılığında ondan almasını bildirməsi ola bilər ki, təzyiq və təqibə məruz qalması olsun. Təqsirləndirilən şəxs sualları cavablandırarkən Lənkəran rayonu, Qumabaşı kəndindən bir bükümdə aldığı pisixotrop maddə metamfetamini iki bükümə bölməsini və 01 ədəd bükümü Şahid4 verərək əvəzində 20 manat pul aldığını, bir daha belə səhvlərə yol verməyəcəyini bildirməklə, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 11 iyun 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz qəbulunda və üzərində gəzdirməsində şübhəli bilinən Masallı şəhər sakini Şahid4 RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və sonuncunun üzərində RPŞ-də aparılmış şəxsi axtarış zamanı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid4 ilkin sorğu-sual zamanı üzərindən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Masallı rayonu İsgəndərli kənd sakini Mübariz adlı şəxsdən aldığını bildirmiş, dərhal Mübariz adlı həmin şəxsin Masallı şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş, Masallı şəhəri H.Aslanov küçəsi ev 64-də yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və satışında şübhəli olması ilə əlaqədar olaraq şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə bağlı 11 iyun 2024-cü il tarixdə tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə Masallı RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşmış, sonuncu Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı, polis kapitanı Xalid Qurbanovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi baş təhqiqatçı Xalid Qurbanov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini anlayıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, müxtəlif pul əskinaslarından ibarət ümumilikdə 201 manat pul və şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmiş, Mübariz təqdim etdiyi 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni 11 iyun 2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını və bir hissəsini istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək 1,05 qram olması müəyyən edilmiş, sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin, 1 ədəd “Samsung” markalı mobil telefon və ümumilikdə 201 manat pul ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılıb götürülmüş, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin İTBnin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. 11 iyun 2024-cü il tarixdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almaqdan ötrü istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsindən əvvəllər tanıdığı, Masallı şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığını bilmiş, sonuncudan istifadəsi üçün psixotrop maddə metamfetamin satmasını demiş, Mübariz üzərində psixotrop maddə metamfetamin olduğunu və sata biləcəyini demişdir. Mobil telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yol kənarında görüşmüş, Mübarizə 20 manat pul verərək 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün almış, psixotrop maddə metamfetamini alıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş, Masallı şəhərinə qayıtmış, evə gedib həmin psixotrop maddə metamfetamindən istifadə etmək fikrində olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldığından bu istəyini həyata keçirə bilməmiş, həmin günü təxminən saat 11 radələrində Masallı şəhəri 20 yanvar küçəsində yerləşən İsgəndərli dairəsi adlanan ərazidə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib Masallı rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər və onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış, Masallı RPŞ-yə getmiş, orada şübhəli şəxs qismində tutulmuş, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində olan 1 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş və həmin psixotrop maddəni Masallı rayonu İsgəndərli kənd sakini Mübariz adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra müvafiq sənədləşmə işləri aparılmış, Təqsirləndirilən şəxs əvvəllər tanımış və aralarında normal münasibətlər olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, müxtəlif pul əskinaslarından ibarət ümumilikdə 201 manat pul və şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb təqdim etmiş, təhqiqatçının verdiyi suallara cavab olaraq Mübariz təqdim etdiyi 1 ədəd sellofan bükümdə psixotrop maddənin metamfetamin olduğunu, psixotrop maddəni 11 iyun 2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını, bir qismini istifadə etdiyini bir qismini də istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmədə dindirmə istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Şahid4 müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən ona verilən suala cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 20 manata almasını, qarşısında əyləşmiş Təqsirləndirilən şəxs üzünə deməsi, Təqsirləndirilən şəxs isə öz müdafiəçisinin iştirakı ilə Şahid4 üzünə qarşı “səhv deyir, məndən heçnə almayıb, mən onu tanımıram axı o məndən nəsə də alsın və ya nəsə satım” bildirməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 15103 nömrəli məktubuna əlavə edilmiş diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Masallı şəhər sakini Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ayrı-ayrı vaxtlarda mütəmadi olaraq daxil olan və çıxan zənglərin olması, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 08:56:56-da 54 saniyə, 09:12:05-də 77 saniyə, 09:40:02-də 23 saniyə, 10:27:06-da 40 saniyə, 10:54:12-də 109 saniyə danışıqların olması, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin satışı ilə məşğul olmasını sübut edən iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir büküm metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi-0,884 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə metamfetaminə bənzər kütlə.....” və “Şahid4 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin Rəy №-19\487.....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetaminin təmiz çəkisi -0,884 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq - 0,834 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 521 nömrəli rəyinə əsasən-Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,834 qram təşkil edən psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “**********84561” İMEİ kodlu “Samsung Galaxy” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc anbarına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azercell Telecom MMC-nin xx.xx.2024-cü il tarixli 15103 nömrəli telefon danışıqlarının siyahısını özündə əks etdirən “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc anbarına verilmişdir. Masallı Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 18-1- 60/2-973/2024 saylı məktubdan görünür ki, Qasımov X3 Rayon Mərkəzi X5 Şəxsin psixoloji-nevroloji kabinetində dispanser qeydiyyatındadır. Lakin narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 469 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildən Lənkəran şəhəri Pisxiatriya Xəstəxanasında “şizofreniya paranoid forma, kəskinləşmə diaqnozu” ilə qeydiyyatdadır. Məhkəmə-psixiatrik ekspertizasının 22 iyul 2024-cü il tarixli, 2126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, pisixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisixi xəstəlik qeyd olunmayıb. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda psixi xəstəlik aşkar olunmur, halhazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır, hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müailəcəyə ehtiyacı yoxdur. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi və satış məqsədi ilə Lənkəran rayonu Qumbaşı kəndində əldə edib satış məqsədilə hissələrə bölüb üzərində saxlamış, 11 iyun 2024-cü il tarixdə əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid4 hissələrə böldüyü psixotrop maddə olan metamfetaminin 01 ədəd bükümünü 20 manat pul müqabilində satmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən Lənkəran rayonu Qumbaşı kəndindən hələki kimliyi və şəxsiyyəti müəyyən edilməyən şəxsdən aldığı psixotrop maddə olan metamfetaminin qalıq 0,884 qram çəkidə 01 ədəd bükümü aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hazırkı cinayəti törətdiyi zaman əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X3 şəhəri, H.Aslanov küçəsi ev 64-də qeydiyyatda olmaqla yaşayır, 3 nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 11 iyun 2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş ona məxsus 201 manat nağd pulu tam məbləğdə təhvil almışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, üzləşdirmədə dindirmə protokolu və ona əlavə edilmiş CD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 15103 nömrəli məktubuna əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, ambulator-məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, əməliyyat tapşırığına cavab raportu, maddi sübütlar, digər istintaq hərəkətlərinin protokolu və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd bükümdə 1,779 qram psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib satış məqsədilə hissələrə bölüb həmin psixotrop maddəni üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid4 satış məqsədilə üzərində saxladığı psixotrop maddə olan metamfetamini 01 ədəd bükümdə 0,895 qram çəkidə 20 manat pul müqabilində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində satmışdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Qasımov X3 Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hazırkı cinayəti törətdiyi zaman əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. CM-in 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda ona CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndində həmçinin göstərilmişdir ki,....təqsirkarın əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2. və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,834 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung Galaxy” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını və üzləşdirmədə dindirmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd disk, Azercell MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın və cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut- Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,834 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung Galaxy” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını və üzləşdirmədə dindirmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd disk, Azercell MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-177/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-177/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver