Məhkəmə qərarları › İş №1(050)-178/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-178/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-178/2023 16.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində onunla eyni həyətdə yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvanda yerləşən torpaq sahəsi üzrə mülkiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrindən yumruqla qəsdən bir neçə dəfə vuraraq sonuncuya burun sümüyünün yerini dəyişməyən sınığı, sol said nahiyəsinin sıyrığı, yuxarı və aşağı dodağın iç səthinə qansızma kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. Təqsirləndirilən şəxsla təxminən 10 ildir ki, torpaq üstündə münaqişələri vardır. Onun atası Vəzir və əmisi Pənah eyni həyətdə yaşamışlar, həmin həyətdə hər birinin özünə məxsus fərdi yaşayış evləri var. Vəzir Talıbov 2010-cu ildə vəfat etdikdən sonra onun əmisi Pənah onunla münaqişə etməyə başlamış və yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini öz adına keçirmək istəmişdir. Buna görədə, onlar arasında mübahisə və münaqişələr yaranmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə o, yorğun olduğu üçün evində yatmış, sonra isə saat təxminən 12 radələrində həyətə düşmüş, həyətdə olan zaman əmisi Təqsirləndirilən şəxs və onun yanında 1 nəfər şəxsin olduğunu görmüşdür. Əmisinin yanında olan şəxsin əlində torpaq ölçmək üçün aparatın olduğunu görmüş, həmin şəxsə yaxınlaşmış, onlardan həyətdə nə əsasla ölçü işlərini aparmasını soruşmuş və sənədlərini təqdim etmələrini xahiş etmişdir. Həmin şəxsdən ona sənəd təqdim etmədiyi və həyətinə icazəsiz girdikləri üçün öz iradını bildirmiş və əsəbləşmişdir. O, torpağı ölçmək üçün gələn şəxslə mübahisə edən zaman əmisi Pənah yanında dayanmışdır. Həmin zaman əmisi Pənah onların arasına girmiş və onu uzaqlaşdırmaq istəyən zaman o, Pənahı özündən uzaqlaşdırmaq üçün əli ilə sinə nahiyəsindən itələmiş, Təqsirləndirilən şəxs onun gözləmədiyi anda qəsdən onun sifət nahiyəsinə əli ilə bir neçə dəfə yumruq vurmuşdur. Onun ağız və burnundan qan axmağa başlamış, Pənah onu vurmasın deyə itələmiş və Pənah həyətin setkasına dəymişdir. Həmin zaman Təqsirləndirilən şəxs əyilib yerdən daş götürmüş onu vurmaq istəmiş, oda həmin daşı onun əlindən almaq istəyən zaman Pənah onun sol qolunu əlini atıb dırnağı ilə qoluna xəsarət yetirmişdir. Həmin vaxt Şahid Pənahla onun arasına girib onları bir-birindən ayıran zaman daşı ondan alıb kənara atmışdır. Daha sonra onlar ayrılmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə tanımadığı bir şəxs və arvadı Vüsalə Şükürova gəlmişdir. O, arvadı Vüsalə ilə birlikdə oradan uzaqlaşıb evinə getmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Rüstəm oğlu ifadəsində göstərdi ki, Azərbaycan Respublikası “DƏDKR” X9 8 saylı Cəlilabad Ərazi İdarəsində mühəndisinventarlaşdırıcı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə iş yerində olmuşdur. Həmin tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ərizəsi İdarəyə daxil olmuşdur. O və Teymur Kazımov həmin ərizə əsasında Teymur Kazımova məxsus “Chevrolet” markalı avtomobillə Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Teymura məxsus avtomobilin akkumulyatoru zəif olduğu üçün Teymur avtomobili söndürməmiş və maşında gözləmişdir. O, da Pənah Abbasovla görüşmüş, onun iştirakı ilə həyətin və evin kordinatlarını ölçməyə başlamışdır. O, həyəti ölçüb getmək istəyən zaman Təqsirləndirilən şəxs evin arxa hissəsində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinində kordinatlarının çıxarılmasını istəmişdir. O, da Təqsirləndirilən şəxsla razılaşmış və evin arxa hissəsinə keçmişdir. Həmin zaman adını sonradan bildiyi Afiq adlı şəxs ora yaxınlaşmışdır. Afiq ondan nə üçün gəldiyini soruşmuş və sənəd təqdim etməyini istəmişdir. O, da Afiqə Təqsirləndirilən şəxs məxsus həyəti ölçməyə gəldiyi və sənədi ona təqdim edə bilməyəcəyini demişdir. O, Afiqlə danışan zaman Pənah Afiq adlı şəxsin uzaqlaşmasını istəmişdir. Həmin zaman Afiq onun əlidə olan sənədə baxmaq istəmişdir. Həmin zaman Afiq onunla mübahisə etməyə başlamışdır. Pənah onunla arasına girmək istəyən zaman Afiq onu əli ilə sinə nahiyəsindən geri itələmək istəmişdir. Pənah da əsəbləşib qəsdən sağ əli ilə Afiqin sifət nahiyəsinə yumruq vurmuşdur. Həmin zaman Afiqin burnundan qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs yerdən kərpic parçasını götürüb Afiqə vurmaq istəmişdir. Afiqdə kərpici onun əlindən almış və Pənahı vurmaq istəmişdir. O, da Afiqin əlində olan kərpici almış və kənara tullamışdır. O, onları bir-birlərindən ayırmışdır. O, onları ayırdıqdan təxminən bir neçə dəqiqə sonra onların yanına Teymur Kazımov və adını bilmədiyi bir qadın gəlmişdir. Həmin qadın Afiqlə birlikdə öz evlərinə getmişdir. O, da Teymur Kazımovla birlikdə onlardan ayrılmış, avtomobilə minib idarəyə qayıtmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Onun Zərərçəkmiş şəxsla arasında təxminən 10 ildir ki, torpaq üstündə münaqişəsi var. Qardaşı Vəzir və o atasına məxsus həyətdə yaşamış və həmin həyətdə hər birinin özünə məxsus fərdi yaşayış evi inşa edib həmin evdə yaşamışdır. Qardaşı Vəzir 2010-cu ildə vəfat etdikdən sonra Afiq onunla münaqişə etməyə başlamış və yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini öz adına keçirməyə imkan verməmişdir. Buna görə onların arasında mübahisə və münaqişələr yaranmağa başlamış, mülki mübahisələri məhkəmə qaydasında araşdırıldıqdan sonra onun xeyrinə məhkəmə qətnamələri çıxarılmışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs yenə də qanunsuz hərəkətlərindən əl çəkməmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həyəti ölçmək və ona düşən hissəsini ayırması üçün Əmlak Komitəsindən yaşadığı evə əməkdaşlar gəlmişdir. Həmin əməkdaşlar - X4 və Şahid yaşadığı evə gəlmiş və onu çağırmışdır. O, Şahidlə birlikdə yaşadığı evi və evin həyətyanı sahəsini əlindəki cihazla ölçməyə başlamışdır. Şahid həyətin kordinatlarını götürən zaman Teymur Kazımov darvazadan çöldə xidməti avtomildə əyləşmişdir. Şahid həyətin kordinatlarını götürən zaman Afiq oraya yaxınlaşmış və Rahiblə mübahisə etməyə başlamış, sənədlər olmadan ölçü işlərinin qanunsuz olduğunu bildirib Şahid həyəti tərk edib getməsini tələb etmişdir. O, da Afiq işə mane olmasın deyə Afiqi oradan uzaqlaşdırmaq istəmişdir. Həmin zaman Afiq onun sinəsindən itələyib, sinəsindən yumruq ilə vurub onu yerə yıxmışdır. Şahid araya girib onları ayırmışdır. 2 dədiqə sonra Əmlak Komitəsinin əməkdaşı Teymur Kazımov və Afiqin arvadı Vüsalə oraya gəlmişdilər. Ankoloji xəstə olduğundan özünü idarə etmək iqtidarında olmadığına görə Zərərçəkmiş şəxs vurmaq üçün fiziki qüvvəsi yoxdur. Əksinə, Zərərçəkmiş şəxs onu sinəsindən vurub yerə yıxmış, ona xəsarət yetirmişdir. Təhqiqat zamanı ifadəsi alınarkən ona zor tətbiq olunanmışdır. Təhqiqat zamanı ifadələrinin altındakı imzalar ona məxsus olsa da, lakin həmin ifadəni verməmişdir. Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Vəzirin oğludur. Onun Zərərçəkmiş şəxsla arasında təxminən 10 ildir ki, torpaq üstündə münaqişəsi var. Qardaşı Vəzir və o atasına məxsus həyətdə yaşamış və həmin həyətdə hər birinin özünə məxsus fərdi yaşayış evi inşa edib həmin evdə yaşamışdır. 2010-cu ildə qardaşı Vəzir vəfat etdikdən sonra Afiq onunla münaqişə etməyə başlamış və yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini öz adına keçirməyə imkan verməmişdir. Buna görə onların arasında mübahisə və münaqişələr yaranmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həyəti ölçmək və ona düşən hissəsini ayırması üçün Əmlak Komitəsindən yaşadığı evə əməkdaşlar gəlmişdir. Həmin əməkdaşlar, X4 və Şahid yaşadığı evə gəlmiş və onu çağırmışdır. O, Şahidlə birlikdə yaşadığı evi və evin həyətyanı sahəsini əlindəki cihazla ölçməyə başlamışdır. Şahid həyətin kordinatlarını götürən zaman Teymur Kazımov darvazadan çöldə xidməti avtomildə əyləşmişdir. Şahid həyətin kordinatlarını götürən zaman Afiq oraya yaxınlaşmış və Rahiblə mübahisə etməyə başlamışdır. Afiq Şahid əlində olan CPS müayinəsi cihazına və sənədlərə baxmaq istəmişdir. Oda Afiq işə mane olmasın deyə Afiqi oradan uzaqlaşdırmaq istəmişdir. Həmin zaman Afiq onun sinəsindən itələyib onu yerə yıxmaq istəmişdir. Oda ankoloji xəstə olduğu üçün əsəbləşib sağ əli ilə qəsdən Afiqi özündən uzaqlaşdırmaq üçün onun sifət nahiyəsinə yumruq vurmuşdur. Afiq sonra isə onu sinəsindən yumruq ilə vurub onu yerə yıxmışdır. O, yerdən əlinə daş (kərbiç parçası) götürüb Afiqə vurmaq istəmişdir. Afiq onun əllərindən tutub daşı (kərbiç parçası) onun əlindən almış və ona vurmaq istəmişdir. Həmin zaman Şahid onların arasına girib Afiqin əlində olan daşı alıb kənara atmışdır. Onlar ayrıldıqdan təxminən 2 dədiqə sonra Teymur Kazımov və Afiqin arvadı Vüsalə oraya gəlmişdir. Afiq arvadı ilə öz evinə getmişdir. O, da öz evinə getmiş və polisə zəng edib şikayət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 12 iyul 2023-cü il tarixli, 647 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, sol said nahiyəsinin sıyrığı, yuxarı və aşağı dodağın iç səthinə qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlmalığın qısa müddətə pozulmasına səbəb olana sağlamlığa yüngül zərərvurmaya aiddir. Baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə yaşadığı həyətdir. Təqsirləndirilən şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Talıbov X5 rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsi, ev 47-də qeydiyyatda olmaqla arvadı-xx.xx.1963-cü il təvəllüdlü X3, oğluxx.xx.1991-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində barəsində Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması zərər çəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3.-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ankoloji xəstə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxsnın şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də islah işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Təqsirləndirilən şəxs təyin olanacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxsnın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar