Məhkəmə qərarları › İş №1(050)-178/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-178/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-178/2024 25.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyən Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-ci ildə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 256.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblərin 2-ci, 4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması, ovuna icazə verilən kefal balığının minimum ölçüsünün 24 sm, olması və Xəzər dənizində (gölündə) 1 may - 30 iyun tarixlərində həvəskar balıq ovunun qadağan edilməsi tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Qızılağac Milli Parkının Masallı rayonunun Təzəkənd kəndi ərazisinə düşən Kiçik Körfəz su ərazisinə gəlib sapının diametrləri təxminən 0,28 mm “ilgəklərinin daxili ölçüsü 45x45 mm” 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd balıqovlama vasitəsi olan toru suya ataraq xx.xx.2024-cü il tarixdə saat 10 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanunu ovuna görə cərimələrdə qeyd olunmuş cədvələ əsasən hər biri 11 (on bir) manat təşkil etməklə qoruq ərazisində olduğundan 3 qatına vurulmaqla 1 ədəd 22.5 sm, 1 ədəd 22 sm., 4 ədəd 19.5 sm, 11 ədəd 19 sm, 2 ədəd 18,5 sm, 12 ədəd 18 sm, 1 ədəd 17.5 sm, ölçülərində, ümumilikdə 32 ədəd kefal balıqlarını qoruq ərazisində qanunsuz tutaraq xeyli miqdarda, yəni 1056 (min əlli altı) manat ziyan vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs CM-in 256.2.3-cü maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, işləmədiyi üçün Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində ailəsini dolandırmaq məqsədilə tor vasitəsi ilə balıq ovu ilə məşğul olmuş, tor vəfat edən babasından ona qalmış, onunla balıq tutmaqla məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib toru suya atmış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib rezin uzunboğaz çəkməsi ilə suya girib torunu yığmış və həmin gün saat 11 radələrində sudan çıxarkən X7 İdarəsinin X10 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları tərəfindən saxlanılmış, həmin ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub-olmamağı barədə soruşulduqda hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Ovladığı balıqları və ovda istifadə etdiyi torla birlikdə X10 Şöbəsinə gətirilmişdir. Yoxlama zamanı polis əməkdaşları uzunluğu 20 metr, eni 2 metr 30 sm olan, ilgəklərinin daxili ölçüsü 50x50 mm olan ağ rəngli sapdan toxunan 1 ədəd toru, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqların 32 ədəd kefal balıqları olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ona məxsus torunu və Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində icazəsiz tutduğu 32 ədəd kefal balıqlarını maddi sübut kimi götürmüşlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və imza etmişlər. Balıq tutarkən ona heç kim köməklik etməmiş, balıqları özü tək olaraq tutmuş, ətrafdan heç kim görməmişdir. Hazırda qanunsuz olaraq balıq tutduğu üçün əməlindən peşmandır, mülki iddianı qəbul edir, dəymiş ziyanı gələcəkdə ödəyəcək və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində X7 İdarəsinin X10 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı Masallı rayonun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində uzunluğu 20 metr, eni 2 metr 30 sm, olan, ilgəklərinin daxili ölçüsü 50x50 mm., olan, ağ rəngli sapdan toxunan 1 ədəd tor adlanan ov vasitəsi ilə qanunsuz 32 ədəd kefal balıqlarını tutmuş, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində X7 idarəsinin X10 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kefal balığına görə ziyanın məbləği 11 manat olduğundan, 32 ədəd kefal balığı (32x11 manat=352 manat) ümumilikdə dəymiş ziyan 352 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndində göstərilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulmaqla Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1056 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini, lakin təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 İdarəsinin X10 Şöbəsinin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə saat 11 radələrində X7 İdarəsinin X10 Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkının ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonun Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor ov vasitəsi, həmin torla ovladığı 32 ədəd kefal balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X7 İdarəsinin X10 Şöbəsinə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib torunu suya atmış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib rezin uzunboğaz çəkməsiylə suya girib torunu yığmış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində sudan çıxarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində uzunluğu 20 metr, eni 2 metr 30 sm. olan, ilgəklərinin daxili ölçüsü 50x50 mm. olan, ağ rəngli sapdan toxunan 1 ədəd tor vasitəsi ilə 32 ədəd kefal balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “İpone” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs qoruq ərazisində balıq tutarkən tək olmuşdur.Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 İdarəsinin X10 Şöbəsinin polis nəfəri X6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş X7 İdarəsinin X10 Şöbəsinin polis nəfəri Şahid2 şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş, Qızılağac Milli Parkının mühafizə yegeri Şahid3 ifadəsində göstərmişdir ki, Qızılağac Milli Parkının mühafizə yegeri vəzifəsində işləyir. 10 iyun 2024-cü il tarixdə saat 11 radələrində X7 İdarəsinin X10 Şöbəsinin əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkının ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Masallı rayonun Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor ov vasitəsi, həmin torla ovladığı 32 ədəd kefal balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X7 İdarəsinin X10 Şöbəsinə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib torunu suya atmış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib rezin uzunboğaz çəkməsiylə suya girib torunu yığmış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində sudan çıxarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində uzunluğu 20 metr, eni 2 metr 30 sm. olan, ilgəklərinin daxili ölçüsü 50x50 mm. olan, ağ rəngli sapdan toxunan 1 ədəd tor balıqovlama vasitəsi ilə 32 ədəd kefal balıqlarını balıqovlama bileti olmadan qanunsuz tutmuşduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs balıq ovu edərkən tək olmaqla ondan başqa heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 32 ədəd kefal balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kefal balıqına görə ziyanın məbləği 11 manat təşkil etdiyindən, 32 ədəd kefal balığlarına görə (32x11 manat=352 manat) ümumilikdə dəymiş ziyan 352 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndində göstərilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. Belə olan halda Təqsirləndirilən şəxs oğu dövlət balıq ehtiyyatlarına 1056 manat ziyan vurmuşdur. 28 iyun 2024-cü il tarixli, 59 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi ərazi Qızılağac Milli Parkın Masallı rayonunun Təzəkənd kənd istiqamətindədir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi... Lənkəran Zərflər üçün” dairəvi möhrü əksi “...********** nömrəli cinayət işi üzrə...Təqsirləndirilən şəxs götürülmüş.. imza” yazı əlavəsi olan bağlamada olan torun sapının diametrləri təxminən 0,28 mm, ilgəklərinin daxili ölçüsü 45x45 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-565/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Masallı rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, sapının diametrləri təxminən 0,28 mm, ilgəklərinin daxili ölçüsü 45x45 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 1 ədəd 22.5 sm, 1 ədəd 22 sm, 4 ədəd 19.5 sm, 11 ədəd 19 sm, 2 ədəd 18.5 sm, 12 ədəd 18 sm, 1 ədəd 17.5 sm ölçülərində, ümumilikdə 32 ədəd kefal balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk 17 avqust 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-nə təhvil verilmiş, digər maddi sübut olan balıqovlama vasitəsi isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. Baxış keçirilməsı haqqında protokola əlavə edilmiş 01 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs 1 ədəd tor, 32 ədəd kefal balıqlarına bənzər balıqlar aşkar olunması, Əfqan Allaverdiyevin həmin 32 ədəd kefal balıqlarını 1 ədəd tor vasitəsi ilə Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsi ərazisində tutduğunu və balıq ovlamaq üçün rəsmi icazəsi olmamasını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2688 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. Masallı rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Təzəkənd kəndində yaşayır, 3 nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş DVD disk, mütəxəsis və ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət iş materiallarında olan baxış keçirilməsl haqqında protokol, ona əlavə edilmiş DVD diski, mütəxəssis və ekspertiza rəyləri və digər sübutlar əldə edilən zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir və CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 11 manat müəyyən edilmişdir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. CM-in 256.2.3-cü maddəsinə əsasən, qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qızılağac Milli Parkının Masallı rayonunun Təzəkənd kəndi ərazisinə düşən Kiçik Körfəz su ərazisinə gəlib ümumilikdə 32 ədəd kefal balıqlarını qoruq ərazisində qanunsuz tutaraq xeyli miqdarda, yəni 1056 (min əlli altı) manat ziyan vurmuşdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 256.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar yoxdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 256.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1056 (bir min əlli altı) manat tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X10 Şöbəsində saxlanılan sapının diametrləri təxminən 0,28 mm, ilgəklərinin daxili ölçüsü 45x45 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama aləti xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınmalı və CPM-in 132.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 32 (otuz iki) ədəd kefal balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1056 (bir min əlli altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və X10 Şöbəsində saxlanılan sapının diametrləri təxminən 0,28 mm, ilgəklərinin daxili ölçüsü 45x45 mm olan 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama aləti xüsusi müsadirə edilərək dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınsın və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 32 (otuz iki) ədəd kefal balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci: 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökümün İcrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar