Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-179/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1995-ci il tarixdə Masallı rayonu Seybətin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işlməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şeybətin küçəsi 16 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi vəzifəsində işləyərkən xx.xx.2018-ci il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən maddi məsul şəxs olmaqla dislokasiyasına aid olan Biləsuvar, Cəlilabad və Masallı rayon ərazilərində yerləşən dükan və marketlərdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus qida və qeyri-qida məhsullarının satışını təmin edib əldə olunan vəsaiti tam şəkildə həmin MMCnin xəzinəsinə təhvil verməli olduğu halda ona verilmiş səlahiyyətlərdən tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə Biləsuvar şəhəri Mərkəzi bazarda yerləşən “Aran” marketlər şəbəkəsindən 1870,43 manat, Biləsuvar şəhəri Bəhrəmtəpə yolunda yerləşən “Bol” marketdən 906,01 manat, Biləsuvar şəhərində yerləşən “Uğur” marketdən 612,21 manat, Biləsuvar şəhəri Mərkəzi bazarda yerləşən “Nur” marketdən 74,23 manat, Cəlilabad şəhərində yerləşən “Yeni Gənclik” marketdən 940,48 manat, Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən “Real” marketdən 604,10 manat, Cəlilabad rayonu M.Hüseyin küçəsində yerləşən “Green Store” marketdən 599,20 manat, Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən “Sünbül” marketdən 258,00 manat, Cəlilabad rayonu M.Hüseyn küçəsində yerləşən “Brendstore” marketdən 138,38 manat, Masallı şəhər bazarında yerləşən “Ceyhun topdan” marketdən 964,89 manat, Masallı şəhəri Köhnə bazarda yerləşən “Pərviz topdan” marketdən 914,41 manat, həmin bazarda yerləşən “Buta” marketdən 458,41 manat, Masallı rayon Ərkivan qəsəbəsində yerləşən “Shahin” marketdən 76,24 manat, Masallı şəhər bazarında yerləşən “Ağa” marketdən 25,89 manat, Masallı rayonu Boradigah qəsəbəsində yerləşən “Kaktus” marketdən 195,65 manat olmaqla, ümumilikdə 8638,52 manat vəsaiti şirkətin kassasına və yaxud bank hesabına ödəməyərək şəxsi məqsədləri üçün xərcləyib öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmiş, bununla da hüquqi şəxs olan Zərərçəkmiş şəxs2 MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs2 MMCdə əmək müqaviləsi əsasında merçendayzer və ekspeditor vəzifələrində işləmişdir. Onunla “Tam Məsuliyyət haqqında Fərdi Müqavilə” də bağlanmışdır. Satış təmsilçisi olduğu vaxtdan etibarən ona ALCATEL POP8 markalı, **********17150 İMEİ kodlu planşet (psoterminal) təhkim olunmuş və o şirkətin satış üçün təqdim etdiyi qida və qeyri-qida məhsullarını Masallı şəhər ərazisində yerləşən X3 məxsus “Ceyhun” marketinə, Şahid4 məxsus olan “Pərviz” topdan satış marketinə, X1 məxsus “Buta” marketinə, Şahid1 məxsus “Şhahin” marketinə, Şahid2 məxsus “Aga-3” marketinə və Boradigah qəsəbəsində yerləşən “Kaktus” adlı dükanlara, o cümlədən Cəlilabad rayon ərazisində yerləşən X6 məxsus “Yeni Gənclik” marketinə, Şahid8 məxsus “Real” marketinə, Şahid16 məxsus “Store” marketinə, Şahid11 məxsus “Sunbul” marketinə, Şahid12 məxsus “Brendstore” marketinə, bundan başqa Biləsuvar rayon ərazisində yerləşən X7 məxsus “Aran” marketinə, Ağayeva Gülzadə Vəkil qızına məxsus “Bol” marketinə, X10 məxsus “Uğur” marketinə, X4 məxsus “Nur” marketinə və digər dükanlara satmışdır. Qida və qeyri-qida məhsullarının dükanlara satışı ona təhkim olunmuş posterminal vasitəsilə həyata keçirilmişdir. Mallar dükanlara paylandıqdan sonra o sifariş vermiş dükanlara gedərək onlara paylanmış malların pullarını yığaraq şirkətin kassasında və bank hesabına köçürmüşdür. Malların satışını həyata keçirdiyi dükanlardan yığılan pullardan hissə-hissə olmaqla ümumilikdə 8638,52 manatını şəxsi məqsədləri üçün istifadə etmişdir. Ona qarşə dələduzluq edilmiş, Şamaxı rayonundan olan qadın aldadaraq onun 15000 manat pulunu ələ keçirmişdir. Bu səbəblə 8638,52 əskiyi olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan qismən yəni, 2000 manat ödəniş etmiş, qalan 6638,52 manat maddi ziyanın ödənilməsi isə tezliklə təmin ediləcəkdir. Ziyanın ödənilməsindən boyun qaçırmır. Tutduğu əməldən səmimi peşmandır, xəstə atası onun himayəsindədir, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən xaric olunduğu üçün rəsmi iş yeri tapa bilmir. Qadın olması ilə əlaqədar Bakı şəhərində evdə dayəlik edir. Ona qarşı dələduzluq edən qadına cinayət işi başlanılmış və o, ziyanı ödəyən kimi, qalan məbləği ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs2 MMC-nin işi qida və qeyri-qida məhsullarının ölkə ərazisinə idxalından və satışının təşkil edilməsindən ibarətdir. O, logistika departamentinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə ədavətləri yoxdur. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında satışdan əldə etdiyi şirkətin bank hesabına ödəməli olduğu pul vəsaitini gecikdirdiyindən sonuncuya bir neçə dəfə xəbərdarlıq olunmuş, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirirmiş, şirkətin mağazalar üzrə region bölgə müdiri Nümayəndə Masallı rayonunda yerləşən mağazalara gedərək yoxlama apardıqda Təqsirləndirilən şəxs 8638,52 manat pul vəsaitini mənimsədiyini müəyyən etmişdir. Masallı rayonunda yerləşən mağaza müdirlərinin hamısı Təqsirləndirilən şəxs məhsullarının pulunu ödədiyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda ilk öncə həmin pulu avtobusda itirdiyini bildirmiş, lakin sonradan Təqsirləndirilən şəxs həmin pulu itirmədiyini, öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmiş və şirkətə bu barədə yazılı izahat vermişdir. Təqsirləndirilən şəxs bu barədə soruşduqda həmin pulu təqaüd ala bilməsi üçün tanışlarına verdiyini bildirmişdir. Bundan sonra audit yoxlaması təşkil edilmiş və Təqsirləndirilən şəxs şirkətə məxsus məhsulların satışından əldə etdiyi və şirkətə ödəməli olduğu pulun 8638 manat 52 qəpik vəsaitində olması audit rəyi ilə təsdiq olunmuşdur. Hazırda şirkətə dəymiş ziyandan 2000 manat ödənilməklə qalan 6638,52 manat maddi ziyan ödənilməmişdir. Məhkəmədən dəymiş ziyanın tam ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə qeyd edilən maddələrin sanksiyasında ağır həddə cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “SHAHİN” marketdə qida və qeyri-qida məhsullarının satışını həyata keçirir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi onu düaknından məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə dükana gələrək posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində onun şirkətə 76,24 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri təqdim etmişdir Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsinə göstərmişdir ki, Masallı şəhər ərazisində “Köhnə Bazar” deyilən ərazidə yerləşən, X1 məxsus “Buta” marketi idarə edir. O həmin dükanda qida və qeyri-qida məhsullarının satışını həyata keçirmək üçün müxtəlif şirkətlərdən, o cümlədən Zərərçəkmiş şəxs2 MMCdən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə dükana gələrək posterminal vasitəsilə indiyədək şirkətlə arasında olan alış prosesi çərçivəsində onun şirkətə 458,41 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Masallı şəhər ərazisində yerləşən “Ağa” marketdə qida və qeyri-qida məhsullarının satışını həyata keçirmək üçün müxtəlif şirkətlərdən mal almışdır. Həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuşdur. , adıçəkilən şirkətdən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə dükana gələrək posterminal vasitəsilə indiyədək şirkətlə arasında olan alış prosesi çərçivəsində onun şirkətə 25,89 manat məbləğində borcu olduğunu qeyd etmişdir. Lakin o, şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyinii qeyd edərək zəruri sənədləri təqdim etmişdir. Həmin vaxt ona aydın oldu ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onun şirkətə borcu yaranmışdır. Qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Səftərəli oğlu ifadəsində bildirmişdir ki, Masallı şəhər ərazisində “Köhnə Bazar” deyilən ərazidə “Pərviz” marketi işlətməklə qida və qeyri-qida məhsullarının satışını həyata keçirir. Zərərçəkmiş şəxs2 MMC-dən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə dükana gələrək posterminal vasitəsilə indiyədək şirkətlə arasında olan alış prosesi çərçivəsində onun şirkətə 914,41 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O isə şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Masallı şəhər ərazisində “Köhnə Bazar” deyilən ərazidə yerləşən “Ceyhun” marketi işlədir və qida və qeyri-qida məhsullarının satışını həyata keçirir. Zərərçəkmiş şəxs2 MMC-dən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə dükana gələrək posterminal vasitəsilə indiyədək şirkətlə arasında olan alış prosesi çərçivəsində onun şirkətə 964,89 manat məbləğində borcu olduğunu qeyd etmişdir. Lakin o, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsinə göstərmişdir ki, 2019-cu il tarixdən etibarən X7 məxsus olmaqla Biləsuvar rayon ərazisində yerləşən “Aran” marketlər şəbəkəsinin mühasibi vəzifəsində çalışırmış. Əsas işi marketlərdə mühasibatlıq işlərinin görülməsindən, qida və qeyri-qida məhsullarının qəbulundan və onların ödənişlərinin şirkətlərə və ayrı-ayrı fiziki şəxslərə ödənilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. Onlarla şirkət arasında bu gündə qida və qeyri-qida məhsullarının alışı həyata keçirilirmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi dükanlardan məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Yeganədən əvvəlkin satış təmsilçisinə və Yeganəyə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən satış təmsilçisinə vermişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketlərdən birinin 1120,20 digərinin isə 750,23 manat olmaqla ümumilikdə 1870,43 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borclarının olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədikləri qeyd edərək zəruri sənədləri təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onların şirkətə borcu yaranmışdır. Qeyd etmişdir ki, onların Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdikləri məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsinə göstərmişdir ki, 2020-ci il tarixdən etibarən Ağayeva Gülzadə Vəkil qızına məxsus olmaqla Biləsuvar rayon ərazisində yerləşən “Bol” marketin mühasibi vəzifəsində çalışırmış. Əsas işi marketlərdə mühasibatlıq işlərinin görülməsindən, qida və qeyri-qida məhsullarının qəbulundan və onların ödənişlərinin şirkətlərə və ayrı-ayrı fiziki şəxslərə ödənilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Yeganədən əvvəl satış təmsilçisinin adını xatrılamasa da, Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcları olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 906,01 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onlarım şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsinə göstərmişdir ki, 2010-cu il tarixdən etibarən ona məxsus olan Cəlilabad rayon, Göytəpə qəsəbəsində yerləşən “Real” marketi işlətməklə ailəsini dolandırırmış. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida və qeyri-qida məhsullarının alışını həyata keçirmişdir. Onunla şirkət arasında bu gündə qida və qeyri-qida məhsullarının alışı həyata keçirilirmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMCnin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 604,10 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onlarım şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid9 ifadəsinə göstərmişdir ki, 2014-cü il tarixdən etibarən Biləsuvar şəhərində yerləşən qaynı X10 məxsus “Uğur” marketdə satış mütəxəssisi işləməklə dükanın bütün fəaliyyətinə nəzarət edirmiş. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. Onunla şirkət arasında bu gündə qida məhsullarının alışı həyata keçirilirmiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMCnin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 612,21 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onlarım şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid10 ifadəsinə göstərmişdir ki, 2018-ci il tarixdən etibarən Cəlilabad şəhərində yerləşən X6 məxsus olan “Yeni Gənclik” marketini etibarnamə əsasında idarə edirmiş və dükanın bütün fəaliyyətinə nəzarət ona təhkim olunmuşdur. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 940,48 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onların şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2013-cü il tarixdən etibarən Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşməklə özünə məxsus olan “Sünbül” marketi işlətməklə ailəsini dolandırırmış. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 258,00 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onların şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdən etibarən Cəlilabad şəhərində yerləşməklə ona məxsus olan “Brendstore” marketi işlətməklə ailəsini dolandırırmış. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyri-qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 138,38 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onun şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2012-ci il tarixdən Zərərçəkmiş şəxs2 MMC-də müxtəlif məsul vəzifələrdə, 2017-ci il tarixdən etibarən isə cəmiyyətin bölgə müdiri vəzifəsində çalışırmış. Dislokasiya üzrə Masallı, Biləsuvar, Cəlilabad, Lənkəran və Astara rayonlarında şirkətə aid qida və qeyriqida məshullarının satışına və reklamına nəzarət funkiyasını icra edirmiş.Adıçəkilən şirkətin əsas fəaliyyət dairəsi qida və qeyri-qida məhsullarının satışını həyata keçirməkdən ibarət olmuşdur. Bunun üçün şirkətin dislokasiya üzrə merçendayzeri şirkətə məxsus olan məhsulları təhkim olunduqları rayon(lar) ərazisində dükan və marketlərə reklam edir, satış təmsilçiləri həmin dükanlardan şirkətə aid məhsulların alışını həyata keçirmək istəyibistəməmələrini müəyyən edərək sifarişləri qəbul edir, şirkətin logistika xidməti isə sifariş olunmuş malları və məhsulları sifariş etmiş dükana çatdırdıqdan sonra satış təmsilçiləri ay sonunda təkrar məhsul sifariş etmiş dükana gedərək pulları yığıb şirkətin kassasına və yaxud bank hesabına ödənişi həyata keçirirlərmiş. Şirkətin merçendayzeri-satış təmsilçisi Təqsirləndirilən şəxs şirkətə məxsus qida və qeyri-qida məhsullarının satışından əldə etdiyi pulun bir hissəsini, yəni 8638,52 manat pulu mənimsəməsi ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə şirkət arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və şəxs merçendayzer kimi işə başlamışdır. Yeganə merçendayzer kimi işlədiyi müddətdə qüsursuz fəaliyyət göstərdiyi üçün şirkət rəhbərliyi fəaliyyətini qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə şirkətin dislokasiya üzrə Masallı, Cəlilabad və Biləsuvar rayonlarını əhatə edən satış təmsilçisi vəzifəsinə gətirilmişdir. Yeganəyə xx.xx.2022-ci il tarixli şirkətin 20 saylı daxili əmri ilə ALCATEL markalı planşet təhkim olunmuş və Yeganə yalnızca həmin planşet vasitəsilə dükanlardan sifarişləri götürərək malların satışını həyata keçirdirmiş. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 38183,16 manatlıq məhsul sifarişi qəbul etmiş, 2920,06 manatlıq məhsul şirkətin anbarına dükan və market sahibləri tərəfindən müxtəlif səbəblərə görə geri qaytarılmış, 21374,58 manat kassaya, 5250,00 manat şirkətin bank hesabına ödəmişdir. O 2022-ci ilin noyabrında Təqsirləndirilən şəxs fəaliyyətini yoxlayarkən satışdan əldə olunmuş pulların 8638,52 manatını şirkətin bank və ya kassasında ödəmədiyini aşkar edib sonucuyla bu barədə danışmaq üçün Masallı rayonuna gəlmişdir. Masallı rayonunda o Yeganə ilə görüşüb şirkətə ödəməli olduğu pulladan 8638,52 manatı şirkətin bank hesabına və ya kassasında ödəmədiyini və bunun səbəbini soruşduqda Yeganə ona ilk öncə pullarının oğurlandığını, daha sonra isə həmin pulları özünə əlillik dərəcəsi təyin edilməsi üçün tanışına verdiyini, lakin tanışının da dələduzluq etdiyini və bu barədə hüquqmühafizə orqanlarına məlumat verdiyini ona bildirərək mənimsədiyi 8638,52 manat pulu tez bir zamanda qaytaracağı vəddini vermişdir. O Yeganənin dediklərinə inanıb ona bir müddət vaxt vermişdir. Daha sonra mən bu barədə şirkət rəhbərliyinə məlumat verib bu işin tezliklə öz həllini tapacağını bildirmişdir. Məsələnin öz həllini tapması üçün o 11 noyabr 2022-ci il tarixdə Masallı rayonuna gələrək Yeganə ilə görüşmüşdür. Yeganə ilə görüş əsnasında şirkətdən mənimsədiyi 8638,52 manat pulu qaytarması üçün 8650 manat borc verə biləcəyini, sonuncunun da həmin pulu ona qaytara bilib-bilməyəcəyini souşduqda Yeganə ona torpaq sahələrini satışa çıxartıqdlarını, torpaq satışından əldə olunacaq pul hesbına onun pulunu da ödəyəcəyini söz vermişdir. Beləliklə onlar xx.xx.2022-ci il tarixdə Yeganə ilə Masallı “ASAN” xidmətə gedib borc(kredit) müqaviləsi bağlamış və Yeganəyə 8650 manat borca pul vermişdir ki, həmin pul ilə şirkətdən mənimsədiyi pulu ödəsin və xx.xx.2022-ci il tarixədək onun borcunu qaytarsın. Həmin tarixdə onlar Masallı şəhəri, Asan ximdətin yaxınlığında yerləşən “Kapital Bank”-a yaxınlaşmış və Yeganəyə 8650 manat borca pul vermişdir. Bankda olarkən o düşünmüşdür ki, əgər Təqsirləndirilən şəxs şirkətdən mənimsədiyi pulları ödəmək üçün öz torpağını həqiqətən də satışa çıxardıbsa, nə üçün ona pul verirmiş və öz pulunu da risk altına atmış olurmuş. Bankdan çıxdıqdan sonra o Yeganəyə borc verdiyi 8650 manat pulu sonuncudan geri almış və ona hər hansı miqdarda borcu olmadığını Yeganəyə bildirərək torpaq satışından əldə edəcəyi puldan şirkətdən mənimsədiyi pulu ödəməsini istəmişdir. Yeganə də ona yalvararaq borc verməyini, həmin borc ilə şirktədən mənimsədiyi pulları ödəyəcəyini desə də, O Yeganəyə inanmamış və mənimsədiyi pulları ödəməyəcəyi təqdirdə barəsində hüquq-mühafizə orqanlarına məlumat veriləcəyini bildirmişdir. Şirkət olaraq bir müddət Yeganənin mənimsədiyi pulları qaytarması üçün vaxt verilsə də,onun pulları qaytarmadığını görən şirkətin baş direktoru X17 xx.xx.2023-cü il tarixdə cəmiyyətin hüquqi ünvanı üzrə Xətai rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid14 ifadəsinə göstərmişdir ki, 2018-ci il tarixdən etibarən Biləsuvar şəhəri, Mərkəzi Bazarda yerləşməklə X4 məxsus olan “Nur” marketdə operator işləməklə oranın fəaliyyətinə nəzarət edirmiş. Nəzarət funksiyası marketdə daxil olmuş qida və qeyri-qida məhsullarının açotunu, ödənişləri həyata keçirməkdən və işçilərin fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida və qeyriqida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesabuçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin şirkətə 74,23 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyini qeyd edərək zəruri sənədləri onlara təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onun şirkətə borcu yaranmışdır. Onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid15 ifadəsinə göstərmişdir ki, atası Boradigah qəsəbəsində yerləşən “Kaktus” adlı obyekti müxtəlif şəxslərə icarəyə verərək əldə olunmuş gəlir hesabına ailəsini dolandırırmış. 2023-cü ilin əvvəllərində “Kaktus” marketi bağlanmış və icarəçilər dükandan çıxmışdırlar. İcarədarların kim olmasını bilmirmiş, həmin düaknı icarəyə götürmüş şəxslərin şəxsiyyətini atası Eldəniz bilirmiş. Atası isə dükan bağlandıqdan sonra işləmək üçün Rusiya Federasiyasına köçmüşdür və hal-hazırda orada yaşayırmış. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid16 ifadəsinə göstərmişdir ki, 2020-ci il tarixdən etibarən Cəlilabad şəhərində yerləşməklə ona məxsus olan “Green store” marketi işlətməklə ailəsini dolandırırmış. Marketdə müxtəlif şirkətlərdən aldığı qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirmiş. Mal qəbul etdiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs2 MMC olmuş, adıçəkilən şirkətdən qida məhsullarının alışını həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi kimi məhsul sifarişini götürən və pulları yığan Təqsirləndirilən şəxs olmuşdur. Yeganədən əvvəl şirkətin satış təmsilçisi Fərid və Mülazim adlı şəxslər olmuşdur. Onun Təqsirləndirilən şəxs və ondan əvvəlkin satış təmsilçisinə hər hansı borcu olmamışdır. O sifariş etdiyi qida məhsullarının pulunu ancaq malın sifarişini götürən Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisinə vermişdir. Məhsulun pulunu isə bir qayda olaraq ayın sonunda hesab-uçot apararaq satış təmsilçisinə verirmiş. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri Nümayəndə ona yaxınlaşaraq posterminal vasitəsilə indiyədək şirkətlə aralarında olan alış prosesi çərçivəsində marketin adıçəkilən şirkətə 599,20 manat məbləğində borcu olduğunu qeyd etmişdir. O da öz növbəsində şirkətə borcu olmadığını, məhsulların pulunu faktura əsasında satış təmsilçisi Təqsirləndirilən şəxs ödədiyin qeyd edərək zəruri sənədləri təqdim etmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs sifarişlər müqabilində ondan alıb şirkətə ödəməli olduğu məhsulların pulunun müəyyən hissəsini şirkət hesabına ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, buna görə də onun şirkətə borcu yaranmışdır. Qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs2 MMC-yə hər hansı borcu olmamış, sifariş etdiyi məhsulların pullarını Təqsirləndirilən şəxs şəxsən ödəmişdir. Market ona məxsus olduğundan malların qəbulunu və açot işlərini şəxsən özü həyata keçirdirmiş. Zərərçəkmiş şəxs2 MMC-dən, o cümlədən digər şirkətlərdən sifariş etdiyi məhsulların pulunu şəxsən satış təmsilçilərinə birbaşa özü verirmiş. Yegan Hüseynovanın da satış təmsilçisi kimi işlədiyi müddətdə məhsulların pulunu şirkət hesabına ödəməsi üçün şəxsən vermişdir. Zərərçəkmiş şəxs2 MMC-nin xx.xx.2014-cü il tarixli 77H №-li daxili əmrindən görünür ki, Təqsirləndirilən şəxs satış təmsilçisi vəzifəsinin səlahiyyətlərini icra etmək həvalə edilmiş, həmin tarixli 20Ü №-li başqa bir daxili əmr ilə isə ona “Alcatel POP8” markalı **********17150 İMEİ koldu posterminal(planşet) təhkim olunmuşdur. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs2 MMC-də merçendayzer kimi işə qəbul edilmişdir. Zərərçəkmiş şəxs2 MMC-nın sabiq baş direktoru X14 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 07 mart 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə”-dən görünür ki, işçi əmək müqaviləsinə əsasən icrası nəzərdə tutulmuş işlərə görə ona etibar edilmiş maddi dəyəri olan bütün növ əşyaları-mal-material, alət, avadanlıq, ləvazimatlar və s. qorunub-saxlanılması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyə, o cümlədən müəyyən dövrlər üzrə işəgötürən tərəfindən istifadəsinə verilmiş(və onun məsuliyyətindəki) maddi dəyəri olan bütün əşyaların faktiki vəziyyəti haqqında birbaşa tabe olduğu məsul şəxsə məlumat verməli, eyni zamanda işəgötürənə heç bir səbəbə görə ziyan vurmamalıdır və ziyankarlığa qarşı olmalıdır. Bundan başqa müəyyənləşdirilmiş öhdəliklərini(həmçinin tapşırılan işləri) vaxtında və lazımi şəkildə yerinə yetirməli, işə görə tələb olunan bütün bilik və təəccrübələrindən istifadə edərək gördüyü işin yekununu müvafiq məsul şəxsə təhvil verməli, görülmüş işlərin dəqiq uçotunu apararaq müvafiq məsul şəxs(lər)lə razılaşdırılmış formada hesabat təqdim etməlidir. Audit yoxlamasının nəticələrinə dair xx.xx.2023-ci il tarixli akta əsasən məlum olur ki, Siren Trading” MMC-nin merçendayzeri və satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs cəmiyyətin anbarından satılmaq üçün verilmiş qida və qeyri-qida mallarının dəyərinin cəmiyyət hesabına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində, onun öhdəsində 8638,52 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər Zərərçəkmiş şəxs2 MMC-yə ziyan vurulmuşdur. Məhkəmə-mühasibatşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3978 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru – sərbəst auditor X5 oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli auditor rəyində qeyd olunanların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla, Zərərçəkmiş şəxs2ndə merçendayzer-satış təmsilçisi işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Təqsirləndirilən şəxs hesabında əmələ gəlmiş əskikgəlmənin 8638,52 manat məbləğində olması iş materiallarında olan sənədlərə (inventarizasiya sənədləri, tərtib olunmuş dövriyyə cədvəli, satış fakturası, ödəniş sənədləri və s.) əsasən öz təsdiqini tapır. Cinayət işində olan ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMCyə məxsus hesaba 2000 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, audit yoxlamasının nəticələrinə dair akt, ekspertiza rəyi, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4 maddələri ilə ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxsnun törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə, təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, dəyən ziyanı qismən ödəməklə, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, ictimai təhlükəli əmələ meyilli şəxs olmaması kimi xarakterizə olunması, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, o, cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəblə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 46.1-46.3-cü maddələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə cinayət işinin hallarına əsasən, eləcə də Təqsirləndirilən şəxs əmək fəaliyyətinə ciddi əməl etmək ruhunda tərbiyələndirmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının da tətbiq olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə istintaqı başa çatana qədər "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinə dəymiş maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüquqlarının olması bir neçə dəfə izah olunmuş, lakin mülki iddia qaldırılmamışdır, ona görə də zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilməmiş 6638,52 manat maddi ziyana görə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə maddi məsul şəxs kimi satış təmsilçisi vəzifəsi tutma hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Zərərçəkmiş "xxxx" MMC-yə ödənilməmiş 6638,52 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-179/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-179/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver