Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-18/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1959-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs dostu Şahid üçün 2500 manat pul müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Masallı şəhəri, Xətai parkı ərazisində yerləşən çayxanada 2022-ci ilin may ayının əvvəllərində 1000 manat, may ayının ortalarında 600 manat, may ayının sonlarında 500 manat və həmin ilin iyun ayının əvvəllərində 400 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 8 aydır tanıyır, onunla münasibətləri hər zaman yaxşı olmuş, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri, Xətai parkında yerləşən çayxanada olduğu zaman tanışı Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini demiş, o da buna etiraz etməmişdir. Həmin günü çayxanada Seyfəddinlə görüşüb söhbət edən zaman sonuncu ona Qəbələ rayon sakini olan dostu Rəfayıl adlı şəxsin ondan xəstəliyi ilə əlaqədar pensiya düzəlməyinə köməklik göstərməsini xahiş etdiyini və həmin şəxsə pensiya düzəlməsində xəstəliyini təsdiq edən sənədləri toplamağı bilib-bilmədiyini soruşmuşdur. Xəstəlilkə əlaqədar pensiya düzəlməkdə müvafiq sənədləri necə və haradan toplanılması işlərini bildiyi üçün həmin vaxt o, tanışı Seyfəddinə dostu Rəfayıla xəstəliklə əlaqədar pensiya düzəlməsində köməklik edə biləcəyini, lakin bunun üçün 2000 manat pulun lazım olduğunu və həmin məbləğdə pulu əvvəlcədən ona verməsini bildirmişdir. Seyfəddin ona bu barədə dostu Rəfayılla danışacağını, əgər həmin şəxsin 2000 manat pulun müqavilində pensiya düzəlməsi ilə əlaqədar sənədlərin toplanmasına razı olubolmamasını dəqiqləşdirdikdən sonra məlumat verəcəyini demişdir. Bundan təxminən iki gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlmadığı gündə Seyfəddin Masallı şəhəri Xətai parkında yerləşən çayxanada onunla yenidən görüşüb ona dostu Rəfayılla danışdığını, həmin şəxsin 2000 manat pulun müqabilində pensiya düzəltməyinə razı olduğunu, lakin Rəfayılın pulu olmadığı üçün həmin məbləğdə pulu özünün hissə-hissə ona verəcəyini bildirmişdir. O da heç bir etiraz etmədən Zərərçəkmiş şəxs dostu Rəfayıla pensiya düzəltmə ilə əlaqədar sənədləri toplamağına görə 2000 manat pulu hissə-hissə almağına razılaşmışdır. Bundan sonra həmin vaxt Seyfəddin ona Xətai parkında yerləşən çayxanada əvvəlcə 1000 manat, may ayının ortalarında 300 manat, may ayının sonlarında 400 manat və həmin ilin iyun ayının əvvəllərində 300 manat olmaqla ümumilikdə 2000 manat pul vermişdir. Təxminən 4 ay müddətində dəfələrlə Rəfayıl adlı şəxsin pensiya düzəlməsi ilə əlaqədar xəstəlik sənədlərini toplamaq üçün Bakı şəhərinə və Qəbələ rayonuna getsə də xəstəliklə əlaqədar heç bir sənədi düzəldə bilməmiş və bu müddət ərzində Seyfəddindən aldığı 2000 manat pulun 300 manatını yol pulu kimi, digər 1700 manatı isə ehtiyacı olduğundan özünə xərcləmişdir. Tanışı Seyfəddinə dostu Rəfayıla pensiya düzəltməkdə köməklik edəcəyi barədə verdiyi vədi yerinə yetirə bilmədiyindən və ondan aldığı pulların hamsını xərclədiyindən ona bu barədə həqiqəti deyə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs tez-tez ona zəng edib dostuna pensiya düzəlmə işinin nə yerdə olduğunu və nə üçün bu qədər gecikdiyini soruşduqda, hər dəfə Seyfəddinə yalandan səbrli olmağını, pensiya işinin ondan aslı olmayan səbəblərdən gecikdiyini və yaxın müddətdə həll edəcəyini bildirmişdir. Sonuncu dəfə 2022ci ilin oktyabr ayının sonlarında Seyfəddinlə görüşüb danışan zaman ona pensiya işini düzəldə bilmədiyini, bu müddət ərzində ondan aldığı pulların bir qismini yol puluna xərclədiyini, digər qismini isə həkimlərə verdiyini və yaxın müdətdə 2000 manat pulu düzəldib geri qaytaracağını demişdir. Lakin o, Seyfəddindən aldığı pulu geri qaytara bilməmiş və həmin vaxtdan sonra Seyfəddin dəfələrlə telefonuna zəng etsə də utandığından onun zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs dörd dəfəyə hissəhissə ümumilikdə 2500 manat deyil, 2000 manat pul almış, həmin pulun 300 manatını yol pulu, 1700 manatını isə özü üçün xərcləmiş, heç bir həkimə və digər şəxslərə pensiya düzəltməsi üçün pul verməmişdir. Hazırda əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, vurduğu ziyanın müəyyən hissəsindən yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu, Tatayanoba kənd sakini Təqsirləndirilən şəxs tanıyır, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin aprel ayında Qəbələ rayon sakini dostu Şahid ilə telefonla danışan zaman sonuncu ona xəstə olduğunu, xəstəliyi ilə əlaqədar pensiya almaqdan ötrü sənədlərini düzəltmək istədiyini, lakin Qəbələ rayonunda pensiya almaq üçün ona kömək edə biləcək tanışı və pulu olmadığını, Masallı rayonunda elə bir tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, telefonda Rəfayıla Masallı rayonunda Təqsirləndirilən şəxs adlı şəxsin pensiya düzəltmə işi ilə məşğul olan tanışının olduğunu, bu barədə həmin şəxslə görüşüb danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə tanışı Təqsirləndirilən şəxsla Masallı şəhəri Xəta parkı ərazisində görüşüb ondan Qəbələ rayon sakini olan dostu Rəfayıl adlı şəxsə xəstəliyi ilə əlaqədar pensiya düzəltmək üçün köməklik göstərə bilib-bilməməsini soruşmuşdur. Həmin vaxt Heybətəli ona pensiya düzəldə biləcəyini, lakin bunun üçün 2500 manat pulun lazım olduğunu və həmin məbləğdə pulu əvvəlcədən ona verməsini bildirmişdir. O, Heybətəliyə dostu Rəfayılla danışıb ona həmin məbləğdə pulun qarşılığında pensiya düzəlmək istəyib-istəməsini soruşduqdan sonra məlumat verəcəyini demişdir. Bundan bir gün sonra o, yenidən dostu Rəfayıla zəng edib Masallı rayonunda Heybətəli adlı şəxslə danışdığını, həmin şəxsin 2500 manat pulun qarşılığında ona xəstəliyi ilə əlaqədar pensiya düzəldəcəyini öhdəsinə götürdüyünü və həmin məbləğdə pulu əvvəlcədən istədiyini demişdir. Həmin vaxt dostu Rəfayıl ona hazırda həmin məbləğdə, yəni 2500 manat pulu olmadığını, həmin pulu tapıb Heybətəliyə verməyini xahiş etmiş və pensiya aldıqdan sonra pulunu geri qaytaracağını bildirmişdir. O, dostunun xahişini nəzərə alıb özü 2500 manat pulu Heybətəliyə verməyə razılaşmışdır. Bundan bir gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlmadığı gündə o, Təqsirləndirilən şəxsla Masallı şəhəri Xətai parkında yerləşən çayxanada yenidən görüşüb ona dostu Rəfayıla pensiya düzəltmək məqsədilə özünə məxsus puldan əvvəlcə 1000 manat, may ayının ortalarında 600 manat, may ayının sonlarında 500 manat və həmin ilin iyun ayının əvvəllərində 400 manat pul vermişdir. Heybətəli hər dəfə Xətai parkında yerləşən çayxanada pulları ondan alan zaman narahat olmamağını, qısa müddətdə dostu Rəfayılın pensiya düzəlmə məsələsini həll edəcəyi vədini vermiş və o da Heybətəliyə etibar edib vədlərinə inanmışdır. Təxminən 5 ay müddətində o, tez-tez Heybətəliyə zəng edib ondan pensiya düzəlmə işinin nə üçün gecikdiyini soruşduqda, hər dəfə Heybətəli ona səbrli olmağını, pensiya işinin ondan aslı olmayan səbəblərdən gecikdiyini və yaxın müddətdə həll edəcəyini demişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayının sonlarında o, Heybətəli ilə görüşüb danışan zaman Heybətəli ona bir az da gözləməyini, ondan aldığı pulların bir qismini Bakı şəhərində həkimlərə verdiyini, digər bir qismini isə özü üçün Bakı şəhərinə gedib-gələn zaman xərclədiyini, əgər pensiya düzəltmə işini həll edə bilməsə həmin 2500 manat pulunun hamısını ona geri qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan sonra o, dəfələrlə Heybətəlinin telefonuna zəng etsə də və onunla görüşmək istəsə də, Heybətəlinin zənglərinə cavab verməmiş və onunla görüşmək istəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona yalandan vəd verdiyini, onun məqsədi etibarından sui-istifadə edərək aldadıb 2500 manat pulunu ələ keçirmək olduğunu anlamış və Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbləri olmadığını qeyd edib, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi və məsuliyyətdən azad olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Orucov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(050)-106/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 320.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.4-cü maddələrinə əsasən qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cı il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 83-22-62-15 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Heydərli oğlu Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cı il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cərimə və islah işləri cəzasından azad edilmiş və şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövlət ittihamçısını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməlidir. İş üzrə məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə (cinayət işi üzrə icraata) həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam versin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-18/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-18/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver