Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-180/2025 03.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 05 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2025-ci il tarixdə cəzasının bitməsinə baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(050)-57/2025 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə qanunsuz olaraq 04 ədəd bükümdə xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 20:27-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamasında, daşımasında və satışında şübhəli olduğundan Masallı şəhəri, F.Novruzov küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qr, 0,246 qr, 0,089 qr və 0,069 qram olmaqla ümumi təmiz çəkisi 0,491 qram olan xeyli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Masallı Rayon Polis əməkdaşları tərəfindən saxlanılan günü işdən çıxıb evə getmişdir. Həmin vaxt üzərində 20 manat pul olmuşdur. Həmin pulun 10 manatını evə vermiş, 10 manatını özü ilə götürmüşdür. O, Rauf adlı şəxsə zəng edərək ondan metamfetamin istəmişdir. Rauf ona metamfetamin satmağa razılıq vermişdir. Raufla görüşüb ondan metafetamin götürmüşdür. Raufdan biraz aralandıqdan sonra Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfində saxlanılmış və şöbəyə gətirilmişdir. Üzərinə baxış keçirilən zaman 4 bükümdə metamfetamin aşkar olunmuşdur. Ona verilən suallara cavab olaraq üzərində aşkar olunan metamfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən sıxışdırılmış, metamfetaminin kimə məxsus olması barədə etirafedici ifadə verməyə təhrik edilmişdir. O da qorxaraq etirafedici ifadə vermişdir. Polis əməkdaşları onu ilk olaraq “Digah” küçəsində saxlamış, polis şöbəsinə aparmış və üzərinə baxış keçirilən zaman üzərində 04 ədəd bükümdə metamfetamin çıxdığını görmüşlər. Bundan sonra polis əməkdaşları onu videoçəkiliş zamanı üzərindən çıxan 04 ədəd bükümdə metafmetamindən 02 ədəd metamfetamini satmaq niyyətində olduğunu deməyə təhrik etmişlər. Masallı Rayon Polis şöbəsinin yüksək rütbəli zabitləri ilə birlikdə Masallı rayonu “Köhnə Bazar” adlanan əraziyə aparılaraq qondarma əməliyyat çəkilişi edilmişdir. Bundan başqa barəsində “həbs” qətimkan tədbiri seçilən zaman müstəntiq ona işarə etdiyi üçün hakimə təsirə məruz qalması ilə bağlı hər hansı fikir bildirməmişdir. Eləcə də digər orqanlara da polis şöbəsində ona olan qanunsuzluqlar barədə heç bir şikayət etməmişdir. O narkotik maddəni bir büküm adı ilə almışdır. Siqaret qutusunda olduğu üçün metamfetaminin 4 bükümdə olduğunu bilməmişdir. Narkotik maddəni aldığı Rauf adlı şəxsin qardaşı Amidlə ədavəti olduğuna görə ona tələ qurduğunu düşünür. Bundan başqa o, etiraf edir ki, qanunla qadağan edilmiş narkotik vasitə əldə edən zaman qardaşı Amid Mehtiyevə pulsuz vermişdir. Polis şöbəsində saxlanılan zaman və sonradan psixi təsirə məruz qalsa da fiziki zorakılığa və işgəncəyə məruz qalmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmir, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar olunan maddəni öz istifadəsi üçün əldə etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək, elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 4 ildir narkotik maddə xəstəsi və istifadəçisidir, son zamanlar əsasən psixotrop maddə metamfetamin qəbul edir. Əvvəllər oğurluq və narkotiklərin qanunsuz satışına görə məhkum olunmuş, sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə həbs edilmiş və xx.xx.2024-cü il tarixdə 05 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra da narkotik vasitələri və psixotrop maddələri istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində psixotrop maddə olan metamfetamin əldə etmək məqsədilə yaşadığı evdən çıxaraq Masallı şəhəri ərazisində yerləşən “Köhnə Bazar” adlanan əraziyə getmişdir. Biraz orada gəzişdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu demişdir və psixotrop maddə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs bir qədər kənara baxıb kimsənin olmadığını dəqiqləşdirdikdən sonra ona hazırda üzərində 4 bükümdə təxminən bir qrama yaxın çəkidə psixotrop maddə metamfetamin olduğunu və əgər istəsə həmin 04 bükümü 40 manat pula sata biləcəyini bildirmişdir. Həmin vaxt o, tanımadığı şəxsdən 04 büküm psixotrop maddə metamfetamini 40 manata alıb 02 bükümünü özü istifadə etməyini və qalan 02 bükümü isə sata biləcəyini fikirləşmişdir və həmin şəxsdən 40 manat pulun müqabilində 04 büküm psixotrop maddə metamfetamini almağa razılaşmışdır. Həmin şəxs əlində olan bükümü açıb ona göstərmişdir və həmin bükümlərin içərisində həqiqətəndə metamfetamin olduğunu görmüşdür. Sonra o, cibindən 40 manatlıq pul əskinazını çıxarıb həmin tanımadığı şəxsə vermişdir və ondan 04 büküm metamfetamini alıb əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin şəxs onunla sağollaşıb yanından uzaqlaşdıqdan sonra o, yaşadığı evə geri qayıdıb dincəlmək və axşam saatlarında aldğı metamfetaminin bir hissəsini istifadə etmək, bir hissəsini isə satmaq üçün yenidən Masallı şəhərinə çıxıb gəzməyi planlaşdırmışdır. Gün ərzində bir sıra işlərini gördükdən sonra saat təxminən 20 radələrində tanımadığı şəxsdən aldığı 04 ədəd bükümdə psixotrop maddə olan metamfetamini satmaq məqsədilə Masallı şəhəri, F.Novruzov adına olan küçəyə getmişdir. Həmin vaxt aldığı 04 ədəd büküm metamfetamini əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Həmin küçədə piyada hərəkət edərək narkotik almaq istəyən şəxsləri axtarmağa başlamışdır və Masallı şəhəri, F.Novruzov adına olan küçədə piyada hərəkətdə olduğu zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, Şahid3 və Şahid2 adlı polis əməkdaşları olduqlarını və qanunsuz olaraq psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarının artıq hardansa bildiklərini başa düşdüyündən və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra həmin yerdə özü əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində 4 ədəd bükümdə metamfetamin olan bir ədəd bükümü və şalvarının sol yan cibindən bir ədəd özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan “Samsung Galaxy A32” markalı mobil telefonunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin 04 ədəd bükümdə metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Masallı şəhəri ərazisindən tanımadığı şəxsdən 40 manat pulun müqabilində 2 bükümünü şəxsi istifadəsi və qalan 2 bükümünü isə satmaq üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin dörd ədəd bükümü açıb yaxından baxdıqda onların həqiqətən də psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin 04 ədəd bükümdə olan metamfetamin elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir və 1-ci bükümün çəkisinin 0,22 qram, 2-ci bükümün çəkisinin 0,18 qram, 3-cü bükümün çəkisinin 0,31 qram və 4-cü bükümün çəkisinin 0,14 qram olmaqla ümumi çəkilərinin 0,84 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin içərisində psixotrop maddə metamfetamin olan bükümlər və “Samsung Galaxy A32” markalı mobil telefon ayrıayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmışdır və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra Şahid1 tərəfindən üzərinə yoxlama keçirilmişdir, lakin üzərindən əlavə qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmişdir, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ilə əlaqədar protokol yazmışdır, həmin protokolu ucadan oxumuşdur və hər şey düzgün qeyd edildiyi üçün o da həmin protokolu imzalamışdır. X10 təhqiqatçısı Bəhmən Əsgərlinin xidməti otağına aparılmışdır, orada təhqiqatçı qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmışdır və o həmin sənədləri də müdafiəçi ilə birlikdə imzalamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə yoxlama keçirilərkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş 04 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin metamfetaminləri satan şəxs ona adının Rauf olduğunu demiş, həmin şəxsin kim olduğunu, harada yaşadığını bilməmiş və əvvəllər tanımamış, həmçinin xarici görünüşü və əlamətləri də yadında qalmamış, eyni zamanda əvvəllər Əli adlı şəxsə bir dəfə psixotrop maddə metamfetamin satmış, həmin şəxsin də kim olduğunu və harada yaşadığını dəqiq bilməmiş və tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ona Masallı şəhəri Digah küçəsi ev 98/3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, üzərində saxlamasında, daşımasında və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri F.Novruzov küçəsində olması barədə məlumat əldə etdikdən sonra o, Şahid2 və Şahid3la birlikdə oraya getmişdir. Saat 20:27-də həmin küçədə Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olduğunu görmüşlər və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu deyib həmin yerdə özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükülünü və sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim edərək, təqdim etdiyi gümüşü rəngli kağızın içində 04 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetaminləri xx.xx.2025-ci il tarixdə səhər saatlarında Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 40 manat pulun müqabilində 02 bükümünü şəxsi istifadəsi və qalan 02 bükümünü isə satmaq məqsədi ilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd gümüşü rəngli kağız bükülünü açıb içinə baxmışdır və orada həqiqətən də 04 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğunu görmüşdür. Sonra həmin 04 ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetaminə oxşar kütlələri elektron tərəzidə ayrı-ayrılıqda çəkmişdir. Daha sonra o, aşkar edilmiş həmin içərisində psixotrop maddə metamfetaminə oxşar bükümləri və “Samsung” markalı mobil telefonu ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək Təqsirləndirilən şəxs və polis əməkdaşlarına imzalatdırmışdır. Sonra orada hər ehtimala qarşı Təqsirləndirilən şəxs üzərini yoxlamışdır, lakin onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlələr və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş və məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ● 25 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, üzərində narkotik vasitə daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 iyul 2025-ci il tarixdə, saat 20:27 radələrində Masallı şəhəri, F.Novruzov küçəsi ərazisində saxlanılmış və yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılaraq içərisində 04 ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetaminə bənzər kütlə aşkar olunmuş və daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Masallı şəhəri, tanımadığı şəxsdən aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin psixotrop maddə olan 4 bükümdə metamfetaminə oxşar kütlə elektron tərəzidə tək-tək və ümumilikdə çəkilmiş bükülülərin ayrı-ayrılıqda çəkiləri 1-ci büküm 0.22, 2-ci büküm 0.18, 3cü büküm 0.31, dördüncü bükümdə 0.14 və ümumilikdə bükümlərin birlikdə çəkisinin isə 0.84 qram olması müəyyən edilmişdir. Daha sonra həmin 04 ədəd bükümdə metamfetaminə oxşar maddə və “Samsung” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəhmən Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, qablaşdırılmış maddə olan 02 ədəd zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 04 bükümdə metamfetaminə bənzər kütlə olmuş və həmin büküm elektron tərəzidə çəkilmiş, təqdim edilmiş “Samsung” markalı telefona, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. ● Şübhəli şəxsin tutulması haqqında 25 iyul 2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:27-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD disklərə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən götürülmüş 04 ədəd bükümdə psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə Masallı şəhər ərazisində yerləşən “Köhnə Bazar” ərazisində tanımadığı şəxsdən 40 manat pulun müqabilində aldığını həmin bükümlərin 02 ədəd bükümü özünün istifadəsi, 02 ədəd bükümü satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirmişdir. ● Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən təqdim xx.xx.2025-ci il tarixli 19/311 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qr, 0,246 qr, 0,089 qr və 0,069 qram; ümumi təmiz çəkisi 0,491 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin təmiz çəkisi 0,491 qram, cəmi tədqiqata sərf olundu 0,12 qram, qalıq 0,371 qramdır. ● Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 28 iyul 2025-ci il tarixli, 432 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. ● Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki. Masallı şəhəri Digah küçəsi ev 98/3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 04 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,491 qram təşkil edən psixotrop maddə metamfetamini o, həmin günü səhər saatlarında Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə şəxsiyyəti hələki müəyyən edilməyən Rauf adlı tanımadığı şəxsdən gizli olaraq heç kimin görmədiyi şəraitdə ümumilikdə 40 manat pulun müqabilində satış məqsədi ilə almış və saat 20 radələrində Masallı şəhəri F.Novruzov küçəsində satmaq istəyərkən saxlanılmışdır. Həmçinin keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs əvvəllər də rayon ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etdiyi, narkotik maddələrin satışına və oğurluq etdiyinə görə dəfələrlə məhkum olunduğu, həbsdən çıxdıqdan sonra da narkotik maddələrin satışı ilə məşğul olduğu və Əli adlı şəxsə psixotrop maddə metamfetamin satdığı, eyni zamanda narkotik alüdəçisi (xəstəsi) olan şəxslərin ətrafında tez-tez görünüb həmin şəxslərlə təmasda olduğu və heç bir yerdə işləmədiyinə baxmayaraq kafe, restoran və əyləncə mərkəzlərində kifayət qədər pullar xərclədiyi məlum olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etmək üçün Masallı şəhəri “Köhnə bazar” adlanan əraziyə gedib-gələn zaman və oradan psixotrop maddə əldə edən vaxtı onu görən şəxslərin dairəsini, eyni zamanda psixotrop maddə metamfetamin aldığı Rauf adlı şəxsin kimliyini və yaşadığı ünvanı, həmçinin əvvəllər satdığı Əli adlı şəxsin də kimliyini və yaşadığı ünvanı müəyyən etmək hələki mümkün olmamışdır. Bu istiqamətdə və əməliyyat tapşırığında göstərilən digər xüsusatlarla bağlı əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə olaraq bildiriləcəkdir. ● Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,371 qram olan psixotrop maddə metamfetamin xx.xx.2025-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ● Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq və narkotik cinayətinə görə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 05 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2025-ci il tarixdə cəzasının bitməsinə baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. ● Masallı Rayon Mənzil İstismarı Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. X2 adlı bir azyaşlı uşağı var. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. ● Masallı Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli, 18- 1-60/2-1380/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Mərkəzi X7 Şəxsin psixo-nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. ● Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 591 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Mehtiyev X4 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. ● xx.xx.2025-ci il tarixli Rəvanə Mehtiyeva tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X3 əri Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. ● Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Port-iliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri Digah küçəsi ev 98/3 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi də Təqsirləndirilən şəxs barəsində barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin qərarda olan Təqsirləndirilən şəxs izahatından görünür ki, törətdiyi əməlindən peşmandır. Üzərində aşkar olunan 04 ayrı-ayrı bükümdə olan metamfetamin ona məxsus olmuş və 40 manat müqabilində həmkəndlisi Rauf adlı şəxsdən almışdır. Həmin metamfetaminin iki bükümünü istifadəsi üçün ayırmış, digər iki bükümünü istəyən olarsa satacağını planlaşdırmışdır. X13 adlı şəxs ondan qanunla qadağan edilmiş maddə alır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, sonradan təqibə, təzyiqə, psixoloji təsirə və işgəncəyə məruz qalmamışdır. Azyaşlı uşağı vardır. Göstərilənləri nəzərə alaraq, barəsində “həbs” qətimkan tədbirinin seçilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar olunmuş 04 ədəd bükümdə psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə edib üzərində saxlayaraq daşımasını və narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirsə də, onun üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasını, psixotrop maddə metamfetaminin çəkilib ümumilikdə 04 ədəd ayrı-ayrı kağız bükümlərə bölünməsini, şahid ifadələrini, əməliyyat məlumatına cavabı cinayət işi materiallarında olan digər sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 04 ədəd ayrı-ayrı bükümdə olan psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarına da uyğun olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun ifadəsi və irəli sürdüyü dəlillər məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra keçirilən istintaq hərəkətləri zamanı ifadələrində üzərində aşkar olunan 04 ədəd bükümdə olan psixotrop maddə metafetaminin 02 ədədini öz şəxsi istifadəsi, 02 ədədini isə satmaq niyyəti ilə üzərində daşımasını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs psixi təsirə məruz qaldığını ona görə də polis şöbəsində etirafedici ifadə verməsini qeyd edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq polis şöbəsində hər hansı fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir. Eləcə də təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı gedən dövr ərzində ona qarşı hüquqazidd əməlinin olması barədə heç bir orqana şikayətini bildirməmişdir. Beləliklə, yuxarıdakı qeyd edilən xüsusatlar və iş materiallarında olan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı aparılan zaman səmimi və obyektiv davranmayaraq, ona verilən ittiham üzrə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. İstintaqın fikirini törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsindən yayındırmağa cəhd göstərmişdir. Odur ki, məhkəmə onun ifadəsini mümkün sübutetmə vasitəsi kimi rədd edir. Beləliklə, Məhkəmə, işdəki sübutları və işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq və narkotik cinayətinə görə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda ona CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsaəsn məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik maddəsinin satışı ilə məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən anoloji cinayət törətmişdir. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 0,371 qram təşkil edən ağ kristallardan ibarət olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli şəxs qismində dindirilmə və Azercell MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən ümumilikdə 04 (dörd) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonun arvadına qaytarılması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2025-ci il tarixdən hesablansın, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut- Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan ümumi çəkisi 0,371 qram təşkil edən ağ kristallardan ibarət olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli şəxs qismində dindirilmə və Azercell MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən ümumilikdə 04 (dörd) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-180/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-180/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver