Məhkəmə qərarları › İş №1(050)-184/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-184/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-184/2023 28.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1990-ci il tarixdə Masallı rayonu, Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, halhazırda Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu, Qədirli kəndi ərazisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən sonuncunun sifət nahiyəsindən baş ilə vurub yerə yıxaraq, Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinin əzilib şişkinləşməsi və qançırı, sağ göz almasının ağlı qişasında yayılmış qansızma və sağ dirsək nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisdir, onunla münasibəti hər zaman yaxşı olmuşdur, aralarında əvvəllər narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı kənd ərazisində olan küçədə olduğu zaman Həbib ilə rastlaşmışdır. Həmin vaxt Həbibə yanına gəlməsini onunla işinin olmasını demişdir. Həbibin onunla işi olmadığım gedib işi ilə məşğul olmasını ona demişdir. Həmin vaxt Həbibə yaxınlaşaraq, kim olduğunu anası Xırdaqızı nə üçün söydüyünü Həbibə demişdir. Həbib onun anası Xırdaqızı söymədiyini, anası Xirdaqızın yalan danışmasını ona demişdir. Həbibin o, sözündən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, bərk əsəbiləşərək kəllə ilə Həbibin sağ göz nahiyəsindən vurmuşdur. Həmin zaman Həbibi yerə yıxılmışdır. Həbib yerdən qalxıb onun sinə nahiyəsindən əlləri ilə tutub onu geri itələmiş, həmin vaxt o, yerə yıxılaraq xəsarət almışdır. Ondan sonra anası Xırdaqız onlara yaxınlaşmış, anası Xırdaqız ilə birlikdə həmin yeri tərk edib yaşadığları evə getmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid onun həmkəndlisidir, onlarla münasibəti hər zaman yaxşı olmuşdur, aralarında əvvəllər narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdə olduğu zaman Mərhəmədin anası Xırdaqızın onun evinin yaxınlığında olan otlaq sahədə onun barəsində qarğış etdiyini eşitmişdir. O, yaşadığı evinin həyətinə düşərək, Xirdaqızın danışdığı sözlərə görə ona irad bildirib ayıb olduğunu demiş və yaşadığı evə daxil olmuşdur. Həmin gün saat 15 radələrində onun istifadəsində olan mobil telefona zəng edərək, Mərhəmədin anası Xırdaqızı niyə söyüb təhqir etdiyini demişdir. O, Mərhəmədə anası Xırdaqızı söymədiyini demiş, bu səbəbdən mobil telefonda Mərhəməd ilə aralarında mübahisə yaranmışdır. Mərhəməd onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün oda Mərhəmədi söyüb təhqir edib telefon əlaqəsini kəsmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb kənd ərazisində olan məscidə getdiyi zaman yolda Mərhəməd ilə rastlaşmışdır. Mərhəməd ona yaxınlaşaraq anası Xırdaqızı nə üçün söydüyünü demişdir. O, Mərhəmədə anası Xırdaqızı döymədiyini, anası Xırdaqızın yalan danışdığını demişdir. Onun bu sözündən sonra Mərhəməd ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mərhəməd kəllə ilə onun sağ göz nahiyəsindən vuraraq yerə yıxmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində olan məhkəməyədək sadləşədirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin 25 iyul 2023-cü il tarixli 687 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ göz nahiyəsinin əzilib şişkinləşməsi və qançırı, sağ göz almasının ağlı qişasında yayılmış qansızma və sağ dirsək nahiyəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CMnin 128 maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin cinayət əməli törətmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini və onların məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar