Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-186/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1992-ci ildə Masallı rayonu, Musaküçə kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-in 181.2.4-cü maddəsi xaric edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 1 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkməklə həbsdə saxlanılan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Müsaküçə kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 01 iyul 2024-cü il tarixdə, gecə saat 01 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz daxil olmaqla evin daxilindəki otaqda olan, sonuncuya məxsus 300 manat dəyərində 1 ədəd “Samsung” markalı elektrikli sobanı və 300 manat dəyərində 1 ədəd “Redmi 9” markalı mobil telefonu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 01 iyul 2024-cü il tarixdə, gecə saat 02 radələrində hal-hazırda Rusiya Federasiyasında yaşayan X3 məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən yaşayış olmayan iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz daxil olub, orada yerləşən otaqdan Rəşad Cəfərovun atası Zərərçəkmiş şəxs1 məxsus 1 ədədinin qiyməti 150 manat olmaqla ümumi dəyəri 450 manat olan 1 ədəd “Bosch” markalı, 1 ədəd “İnterskol” markalı və 1 ədəd “Stanley” markalı 3 ədəd dreli, 950 manat dəyərində olan 1 ədəd, 82 sm dioqonallı “Samsung” markalı televizoru, 50 manat dəyərində olan 1 ədəd kanal ötürücü qurğunu, 400 manat dəyərində olan 1 ədəd “İnterskol” markalı elektrikli taxta kəsən mişarı, 1 ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 15 manat dəyərində olan 3 ədəd “Hilberq” markalı kəsici mişar daşı və 50 manat dəyərində 1 ədəd inşaat təhlükəsizlik kəmərini gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1915 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər quldurluq cinayəti törətdiyinə görə ona azadlıqdan məhrumetmə cəzası verilmişdir. 2023-cü il tarixdə azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyi üçün oğurluq edərək pul qazanmaq qərarına gəlmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Masallı rayonu, Şıxlar kəndi ərazisinə getmişdir. Nənəsi orada yaşadığından həmin kəndin bir çox sakinlərinin Rusiya Federasiyasında yaşadığını və evlərində heç kimin olmadığını bilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində o, nənəsinin evinin yaxınlığında yerləşən, hazırda Rusiya Federasiyasında yaşayan Sahil İsmayılov adlı şəxsin evində kimsənin olmadığını bilib evin həyətini əhatə edən daş hasardan keçib evin pənəcərəsindən evə daxil olmuşdur. Evin 1-ci mərətəbəsindən 2-ci mərtəbəsinə qalxmaq üçün nəzərdə tutulmuş pilləkənin yanında Redmi markalı mobil telefonu görmüşdür. Sonra evin digər otaqlarına baxdıqda bir ədəd mikrodalğalı sobanı görmüşdür. O, telefonu və mikrodalğalı sobanı götürüb evi tərk etmişdir. Həmin əşyaları yığmaq üçün yer gəzmiş və Rusiya Federasiyasında yaşadığını bildiyi İsrafil adlı şəxsin evinin açıq vəziyyətdə olan darvazasından keçib evin həyətinə yığmışdır. Bundan sonra saat 02 radələrində nənəsinin evinin yaxınlığında yerləşən, adını sonradan bildiyi Rəşad Cəfərova məxsus yaşayış olmayan iki mərtəbəli evin ikinci mərtəbəsinin pəncərəsini açaraq otağa daxil olmuş, həmin otaqda kənara yığılmış 1 ədəd televizorun, 1ədəd televizora qoşmaq üçün nəzərdə tutulmuş kanal ötürücü qurğunun, 1 ədəd inşaatda istifadə edilən kəmərin və içərisində bir neçə məişətdə istifadə olunan tikinti alətləri olan zənbili görmüşdür. Həmin əşyaları götürüb evi tərk etmişdir. Oğurladığı əşyalar ağır olduğundan o, həmin əşyaları aparıb İsrafil adlı şəxsin evinin həyətinə yığa bilməmişdir. Buna görə də oğurladığı əşyaları evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə yığaraq oranı tərk etmişdir. Həmin gün günorta saatlarında Şıxlar kəndinə getmişdir ki, oğurladığı əşyaları götürüb aparıb satsın. Kənd ərazisində olarkən Masallı RPŞ-nin əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Səbəb isə 2024-cü ilin əvvəllərində oğurluq cinayəti törətdiyinə görə barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi və məhkəmə tərəfindən axtarışa verilməsi olmuşdur. Polis şöbəsində sorğu zamanı hazırki cinayətləri törətməsini etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanın zərərçəkmiş şəxslərə ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün etirafedici ifadəsi ilə yanaşı, cinayət işinin ibtidai istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, mütəxəssis rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Zərərçəkmiş şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Şıxlar kəndində yaşayır və onun yaşadığı evdən təxminən bir kilometr məsafədə X6 məxsus yaşayış evi vardır və həmin evdə hazırda heç kim yaşamır. Lakin o, hər gün həmin evə gedərək nəzarət edir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində X6 məxsus yaşayış olmayan evinə baxmaq üçün getmişdir. Bu zaman evin pəncərələrinin birinin açıq olmasını görüb dərhal evin qapısını açarla açıb evə daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxan kimi pilləkənin sol tərəfində yerləşən otağa daxil olub pəncərənin zərbənin təsirindən açıldığını görmüşdür. Dərhal pilləkənlə üzbəüz otağa daxil olmuş və ətrafa baxaraq hansı əşyaların oğurlanmasını dəqiqləşdirmək istəmişdir. Çünki ev Rusiya Federasiyasında yaşayan oğlu Rəşada məxsus olsa da, o, özünə məxsus inşaatda istifadə olunan alətləri onun evinə qoymuşdur. Ətrafa baxarkən məlum olmuşdur ki, ona məxsus olan 82 sm dioqonallı, qiyməti 950 manat təşkil edən “Samsung” markalı televizor, qiyməti 50 manat təşkil edən 1 ədəd kanal ötürücü qurğu, qiyməti 400 manat təşkil edən “İnterskol” markalı 1 ədəd taxta kəsən elektrik mişarı, 1 ədədinin qiyməti 5 manat olan, ümumi dəyəri 15 manat təşkil edən 3 ədəd “Hilberq” markalı mişar daşı, 1 ədədinin qiyməti 150 manat olan, ümumi dəyəri 450 manat təşkil edən 1 ədəd “Bosch” markalı, 1 ədəd “İnterskol” markalı və 1 ədəd “Stanley” markalı, ümumilikdə 3 ədəd divardeşən drel və qiyməti 50 manat təşkil edən 1 ədəd inşaat təhlükəsizlik kəməri oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1915 manat maddi ziyan dəymişdir. O, həmin vaxt ətrafda şübhəli heç bir şey görməmişdir. Bundan sonra bu barədə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. X6 məxsus evindən oğurlanmış yuxarıda sadaladığı əşyalar onun özünə məxsusdur. O, həmin əşyaları öz vəsaiti hesabına alıb oğlunun evinə qoymuşdur. Zərərçəkmiş şəxs1 Əvəz oğlu məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, oğlu Sahil İsmayılov uzun illərdir Rusiya Federasiyasında yaşayır və hər il yay aylarında gələrək onunla birlikdə Masallı rayonu, Şıxlar kəndində yerləşən evində qalır. xx.xx.2024-cü il tarixdə oğlu Sahil İsmayılov ilə birlikdə Masallı rayonu, Mollaoba kəndində toy məclisinə getmişdirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə o, Sahildən əvvəl evə gəlmişdir. O, özünə məxsus “Redmi” markalı telefonunu götürüb oğlu Sahilə zəng etmək qərarına gəlmişdir. Lakin telefonu evdə tapa bilməmişdir. Halbu ki, o, toya gedərkən telefonu özü ilə götürməmiş, evin qonaq otağının pəncərəsinə qoymuşdur. Əvvəlcə evdən oğurluq olmasını düşünməmiş və yəqin telefonu xatırlamadığı yerə qoyduğunu hesab etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində oğlu Sahil evə gəlmişdir. O, Sahilə mobil telefonunu tapa bilmədiyini bildirmişdir. Sahil bəzi yerlərə baxsa da, telefonu tapa bilməmiş və sonra yatmışdır. Səhər saat 07 radələrində yuxudan oyanmışdır. O, telefonu yenidən axtarmağa başlamış və tapa bilmədiyi üçün Sahilə bu barədə bildirmişdir. Sahil sonradan evin pəncərəsinin açıq olmasını görmüş və evdən oğurluq hadisəsinin baş verməsini anlamışdır. Daha sonra o, evdən hansı əşyaların oğurlanmasını müəyyən etmək üçün otaqlara baxmışdır. Özünə məxsus mobil telefonun və 1 ədəd mikrodalğalı sobanın oğurlanmasını aşkar edərək bu barədə oğlu Sahilə məlumat vermişdir. Oğlu Sahil də DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt yaşadıqları evdən ona məxsus 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd mobil telefonun, daha sonra isə 1 ədəd müşahidə kamerasının və onun 30000 rus rublnın oğurlanmasını bildirmişdir. Lakin o, sonradan Sahilə nəzarət kameralarını özünün tanımadığı şəxsə satmasını, 30000 rus rublnın isə X2 getmək üçün bilet almasını bildirmişdir. Onun yaşadığı evdən ona məxsus 1 ədəd “Redmi 9” markalı mobil telefon və 1 ədəd elektrikli mikrodalğalı soba oğurlanmışdır. Həmin oğurlanmış 1 ədəd “Redmi 9” markalı mobil telefonun qiyməti 300 manat və 1 ədəd elektrikli mikrodalğalı sobanın qiyməti isə 300 manatdır. Ümumilikdə ona 600 manat zərər dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş 600 manat məbləğində ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs Masallı rayonu, Şıxlar kənd ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 1 ədəd “Redmi 9” markalı mobil telefonu və 1 ədəd “Samsung” markalı elektrikli mikrodalğalı sobanı, həmin kənd sakini Zərərçəkmiş şəxs1 Rusiya Federsiyasında yaşayan X6 məxsus yaşayış olmayan evindən 1 ədəd “Bosch” markalı, 1 ədəd “İnterskol” markalı və 1 ədəd “Stanley” markalı ümumilikdə 3 ədəd divardeşən drel, bir ədəd “Samsung” markalı televizor, 1 ədəd kanal ötürücü qurğu, 1 ədəd “İnterskol” markalı elektrikli taxta kəsən mişar, 3 ədəd “Hilberq” markalı mişar daşını və 1 ədəd inşaat təhlükəsizlik kəmərini oğurladığı yerləri əyani göstərməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı götürülmüş 3 ədəd divardeşən drel, bir ədəd “Samsung” markalı televizor, 1 ədəd kanal ötürücü qurğu, 1 ədəd “İnterskol” markalı elektrikli taxta kəsən mişar, 3 ədəd “Hilberq” markalı kəsici mişar daşı, 1 ədəd inşaat təhlükəsizlik kəməri, 1 ədəd “Redmi 9” markalı mobil telefon və 1 ədəd “Samsung markalı elektrikli mikrodalğalı soba iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 3 ədəd divardeşən drel, bir ədəd “Samsung” markalı televizor, 1 ədəd kanal ötürücü qurğu, 1 ədəd “İnterskol” markalı elektrikli taxta kəsən mişar, 3 ədəd “Hilberq” markalı kəsici mişar daşı və 1 ədəd inşaat təhlükəsizlik kəməri Masallı rayonu, Şıxlar kəndində yerləşən, hazırda Rusiya Federasiyasında yaşayan X6 məxsus evindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. İş materiallarında olan hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Redmi 9” markalı mobil telefonu və 1 ədəd “Samsung” markalı elektrikli mikrodalğalı soba ona məxsus Masallı rayonu Şıxlar kəndində yerləşən fərdi yaşayış evindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş və foto şəkilləri çəkilməklə protokola əlavə edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadıgı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, bir ədəd “Bosch” markalı divardeşən drelin qiyməti 160 manat, bir ədəd “İnterskol” markalı divardeşən drelin qiyaməti 140 manat, bir ədəd “Stanley” markalı divardeşən drelin qiyməti 120 manat, bir ədəd diametri 82 sm dioqnallı “Samsung” markalı plazma tipli televizorun qiyməti 350 manat, bir ədəd kanal ötürücü qurğunun qiyməti 50 manat, bir ədəd “İnterskol” markalı elektrikli taxta kəsən mişarın qiyməti 400 manat, üç ədəd “Hilberq” markalı kəsici mişar daşının, bir ədədi 5 manat olmaqla cəmi qiyməti 15 manat, bir ədəd inşaat təhlükəsizlik kəmərinin qiyməti 50 manat, bir ədəd “Redmi 9” markalı mobil telefonun qiyməti 200 manat, bir ədəd “Samsung” markalı elektrikli mikrodalğalı sobanın qiyməti 300 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, bir ədəd “Redmi 9” markalı mobil telefon və bir ədəd “Samsung” markalı elektrikli mikrodalğalı soba Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, üç ədəd divardeşən drel, bir ədəd “Samsung” markalı televizor, bir ədəd kanal ötürücü qurğu, bir ədəd elektrikli taxta kəsən mişar, üç ədəd mişar daşı və bir ədəd inşaat təhlükəsizlik kəməri Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş xx.xx.2024-cü il tarixli cavabdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 181.2.4-cü maddəsi xaric edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 1 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-103/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 3 (üç) 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan heç bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə, həmin Məcəlləyə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-103/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsini 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq üzərində qəti cəza saxlanılmalı, onun həmin hökmə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş üzrə maddi sübut olan bir ədəd “Redmi 9” markalı mobil telefonun və bir ədəd “Samsung” markalı elektrikli mikrodalğalı sobanın Zərərçəkmiş şəxs2, üç ədəd divardeşən drelin, bir ədəd “Samsung” markalı televizorun, bir ədəd kanal ötürücü qurğunun, bir ədəd elektrikli taxta kəsən mişarın, üç ədəd mişar daşının və bir ədəd inşaat təhlükəsizlik kəmərinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə mütəxəssis rəyinə görə 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-103/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 103/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə mütəxəssis rəyinə görə 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-186/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-186/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver