Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-188/2023 20.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1978-ci ildə Masallı rayonu, Şatroba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, Masallı rayonu, Şatroba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı rayonu, Türkoba kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin X8 inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd bağlamada təmiz çəkisi 340 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 22 iyun 2023-cü il tarixində günorta saatlarında narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmək üçün Lənkəran rayonu, Zövlə kəndinə getmişdir. Orada tanımadığı şəxsdən təxminən 400 qram qurudulmuş marixuananı 130 manat pula almış və görünməsin deyə köynəyinin altına salaraq Masallı rayonuna qayıtmışdır. Sonra aldığı narkotik maddə olan qurudulmuş marixuananı yaşadığı evə apararkən Masallı rayonu, Türkoba kəndində piyada hərəkət edən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirdikdə, o, heç bir etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı Nəsimi Ağayev tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş və hüquqlarının müdafiə edilməsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynindəki köynəyinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bağlama elektron tərəzidə çəkilmiş, çəkisinin 355 qram olduğu müəyyən olunmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik maddə olan qurdulmuş marixuananı şəxsi istifədəsi üçün almış, satmaq məqsədi olmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailəli olmaqla himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, narkomaniya və şizofreniya xəstəliyindən əziyyət çəkməsini, eyni zamanda İİ qrup əlil olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra müvafiq əmrlə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı rayonu, Türkoba kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-in Boradigah polis bölməsinə gətirilmişdir. Polis bölməsinə gəldikdən sonra təhqiqatçı Nəsimi Ağayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunaraq, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif olunduqda, sonuncu əynində olan şalvarının iç tərəfindən bir ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin sellofan bağlamada “nəşə” olduğunu, Lənkəran rayonu, Zövlə kəndində tanımadığı şəxsdən 130 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bağlamanın içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra qurudulmuş marixuana bir ədəd sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin ümumilikdə 355 qram olması müəyyən olunmuş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PBnin sahə polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin Boradigah PB-nin sahə polis nəfərləri Şahid3 və Şahid2 və Masallı RPŞ-nin PPXB-nin polis nəfəri X4 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarının iç tərəfindən bir ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim edərək, həmin sellofan bağlamada “nəşə”, yəni narkotik maddə qurudulmuş marixuana olduğunu, Lənkəran rayonu, Zövlə kəndində tanımadığı şəxsdən 130 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisinin 355 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, Masallı RPŞ-nin Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(050)-163/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 68.1.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 538 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X12 ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 23 iyun 2023-cü il tarixli 19/679 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir bükümdə qurudulmuş marixuana ...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -340 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Marixuananın təmiz çəkisi-340 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-339,9 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının 18 iyul 2023-cü il tarixli 1975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şizofreniya paranoid forma, remissiya vəziyyəti müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırki psixatrik müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı kəskin produktiv psixopatoloji əlamət qeyd olunmamışdır. Yəni onda müəyyən edilən psixi xəstəlik törətdiyi əməl zamanı remissiya mərhələsində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu təsvir olunan cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazrıki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 24 iyun 2023-cü il tarixli 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Masallı RPŞ-in UQ Və SİQ-nun operatorunun təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yuxarıda qeyd olunan rəydə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması gəstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tətbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Belə ki, həmin bəndə görə əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, şizofreniya paranoid xəstəliyindən əziyyət çəkməsini, İİ qrup əlil olmasını və təqsirini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən halları, habelə üzərindən aşkar olunan narkotik maddənin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 24 iyun 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin, Masallı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(050)- 188/2023 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 339,9 qram narkotik vasitə quruldulmuş marixuana məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 339,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-188/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-188/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver