Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-189/2023 19.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxxxxx 1968-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 iyul 2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 fevral 2003-cü il tarixli hökmlə çəkilməmiş cəzası həmin cəzaya qismən toplanılmaqla 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:30-da Masallı şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,399 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmuşdur. 10 aya yaxındır ki, narkotik vasitə edir. xx.xx.2023-cü il tarixdə bədənində ağrılarn yaranmışdır, ona görə də narkotik vasitə almaq qərarına gəlmişdir. Bu məqsədlə Masallı şəhər ərazisində yerləşən H.Əliyev parkına getmişdir. Həmin ərazidə o, narkotik vasitəni Masallı rayon sakini olmayan adını bilmədiyi şəxsdən 45 manat müqabilində təxminən 1 qram narkotik vasitə alaraq ordan uzaqlaşmışdır. Daha sonra evə getmiş və bir qədər evin həyətində iş görmüşdür. Saat təxminən 17:30 radələrində Masallı şəhər, C.Cabbarlı küçəsində narkotik vasitə heroini istifadə etmək üçün əlverişli yer axtarmağa başlamışdır. Piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlalaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşdular. O, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞyə getməli olduğunu bildirmişlər. Masallı RPŞ-nə getdikdən sonra həmin üç nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Orada təhqiqatçı ona hüquq və vəzifələri izah etmiş, öz istəyi əsasında dövlət hesabına Lənkəran rayon Vəkil Bürosunun vəkili X6 müdafiəçisi təyin edilmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanda narkotik vasitə heroini həmçinin şalvarının sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxararaq təhvil vermişdir. Polis şöbəsində ona qarşı fiziki ağrı, işgəncə olunmamış, hədə-qorxu gəlinməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirib barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkilləri X4 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin X10 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması göstərilmişdir. Həmin məlumat üzrə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bağırov X8 şəhər, C.Cabbarlı küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, özlərini təqdim edib polis əməkdaşları olduğunu, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmək üçün şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Sonra təhqiqatçı ona tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Lənkəran rayon Vəkil bürosunun vəkili X6 onun müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış həyata keçiriləcəyini və bu zaman videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı X15 Bağırovun üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Təhqiqatçı şəxsi-axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vaitə heroini, şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim edərək, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Masallı şəhər ərazisində tanımadığı şəxsdən almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına şəxsi-axtarış davam etdirilsə də onun üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis nəfəri Şahid3 oxşar məzmunlu ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyul 2023-cü il tarixli, 19/749 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,399 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,399 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,349 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın 22 iyul 2023-cü il tarixli 758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarlardan görünür ki, tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,349 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Masallı RPŞ-in saxlanc yerində verilmiş, şəxsi axtarış və götürmə haqqında görüntü olan disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən Təqsirləndirilən şəxs etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Bağırov X8 şəhəri, M.Hüseyn küçəsi ev 17 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu X7 “Vətən” müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 saylı sərəncamı ilə “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikası “Nazirlər Kabinetinin” 21 aprel 2022-ci il tarixli sərəncam ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 iyul 2006-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 iyul 2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 fevral 2003-cü il tarixli hökmlə çəkilməmiş cəzası həmin cəzaya qismən toplanılmaqla qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və oğlu X5 “Vətən” müharibəsi iştirakçısı olmasını, cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin baş verməsində rolu, cinayətin baş vermə mexanizmi, həmçinin əvvəllər CM-nin 234.4.2.-ci maddəsi ilə məhkum olunması nəzərə alınmalıdır. Belə ki, məhkumluğu ödənilmiş olsa da, nəticə etibarı ilə o, islah olunmamış, yenidən narkotik vasitənin qanunsuz saxlanılması ilə əlaqədar cinayət əməli törətmişdir. Ona görə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində yüngülləşdirən halların olmasını nəzərə alıb aşağı həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X12 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-65 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,349 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış barədə görüntü olan video disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə 02 gün ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübuta 1,349 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə-kimyəvi ekspertiza xərci 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-189/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-189/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver