Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-189/2024 06.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götrülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda 01 ədəd listdə 08 ədəd narkotik vasitə metadon həblərini qanunsuz olaraq əldə etməklə satış məqsədilə üzərində saxlayıb daşımış, 24 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, S. Məmmədov küçəsində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd listdə 08 ədəd sayda təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət narkotik maddələrdən istifadə etdiyinə görə onda asılılıq yaranmış və bu səbəbdən bədənində teztez ağrılar olur. Əvvəllər narkotik maddələrdən istifadə etdiyinə görə 2022-ci ildə Masallı Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2024-cü ilin may ayında cəzasını çəkib qurtarmışdır. 23 iyun 2024-cü il tarixdə öz istifadəsi üçün metadon həbləri almaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin gün Bakı şəhərinə getmiş və Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəllər tanımadığı bir şəxslə görüşmüş, onunla bir qədər söhbət etdikdən sonra 75 manat pulun qarşılığında bir listdə 8 ədəd metadon həbləri almışdır. O, həmin həblərdən özü istifadə etmək niyyətində olmuş və bu məqsədlə həmin listi cibinə qoyub Masallı rayonuna qayıtmışdır. Masallı rayonuna gəldikdən sonra həmin həblərdən istifadə edə bilməmişdir. 24 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində o, Masallı şəhəri, S.Məmmədov küçəsində olan zaman tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib, özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Masallı RPŞ-yə gəlmişdir. Masallı RPŞ-də xidməti otaqların birində olarkən özünü X9 kimi təqdim edən şəxs ona hansı şübhə ilə bağlı gətirildiyi, həmçinin hüquq və vəzifələrini izah edib bununla bağlı bildiriş təqdim etmişdir. Daha sonra o, ərizə ilə müraciət edib vəkillə təmin olunmağını xahiş etmişdir. Bundan sonra seçimi əsasında ona Masallı rayon vəkil bürosundan Müdafiəçi təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı ona üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir listdə olan 8 ədəd metadon həblərini çıxardaraq təqdim etmişdir. Sonra o, əynindəki şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu da təqdim etmişdir. Sorğu zamanı həmin listdə olan həblərin metadon olmasını, öz istifadəsi üçün Bakı şəhəri, Səbail rayonu ərazisində tanımadığı şəxsdən 75 manat pul qarşılığında aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar etməmişdir. Təhqiqatçı tərəfindən hər bir metadon həbi ayrı-aryılıqda elektron tərəzidə çəkilmiş, sonra isə həmin 8 ədəd metadon həbləri ağ rəngli kağız zərfə qoyulmuş və üzəri möhürlənərək qablaşdırılmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, üstündən aşkar olunan metadon həblərini satmaq niyyəti olmamış, heç kimlə satılması üçün danışıqlar aparmamış, xəstə olduğundan özü qəbul edəcəkdi. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2024cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması və satışını həyata keçirməsi ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatı adiyyatı üzrə rəhbərliyə məruzə etmişdir. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin rəhbərliyinin əmri əsasında əməliyyat-təhqiqat qrupu yaradılmışdır. O, həmin qrupun rəhbəri təyin edilmişdir. Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və TB-nin təhqiqatçısı X7 isə qrupun üzvləri təyin edilmişlər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Masallı şəhəri, S.Məmmədov küçəsində saxlanılmışdır. Onlar əvvəlcə Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və Ziyaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını demişlər. Ziya həmin vaxt onlara üzərində metadon həbləri olmasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində olan şübhə ilə bağlı Masallı RPŞ-yə gəlməli olduğunu izah etmiş və sonuncu heç bir etiraz etmədən onlarla birlikdə Masallı RPŞ-yə gəlmişdir. Masallı RPŞ-yə gəldikdən sonra xidməti otaqların birində X9 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməklə bu barədə bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs tutulması və şəxsi axtarış keçiriləcəyi barədə məlumatlandıqdan sonra öz vəkili olmadığını və vəkil tutmaq üçün maddi imkanı olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan Masallı rayon vəkil bürosunun müdiri Müdafiəçi təyin edilməsini və dəvət edilməsini xahiş etmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra təhqiqatçı video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi ilə bağlı müvafiq izahlar verməyə başlamışdır. X9 şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd listdə həbləri çıxardıb stolun üzərinə qoymuşdur. Bundan əlavə Ziya şalvarının sol yan cibindən bir ədəd mobil telefonu da çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq həmin bir ədəd listdə olan həblərin metadon olmasını, həmin metadon həblərini Bakı şəhəri, Səbail rayonu ərazisində tanımadığı şəxsdən almasını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin metadon həblərini 75 manat pul qarşılığında öz şəxsi istifadəsi üçün aldığını, narkotik maddələrdən uzun müddətdir istifadə etdiyini, narkotik maddələrdən asılı olduğunu və əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunduğunu bildirmişdir. X9 həmin bir ədəd listdə olan həbləri çıxardaraq saymış və bir ədəd listdə 8 ədəd sayda metadon həblərinə bənzər həblərin olması aşkar edilmişdir. Həmin həblərin hər birinin üzərində M40 sözləri yazılmışdır. X9 Ziyanın üzərində olan paltarlara şəxsi axtarış keçirmiş və heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həbləri bir-bir elektron tərəzidə çəkilmişdir. Təhqiqatçı həmin 8 ədəd metadon həblərini ağ rəngli kağız zərfə qoyaraq üzərini 90 saylı möhürlə möhürləyib qablaşdırmışdır. Təqsirləndirilən şəxs məxsus olan bir ədəd mobil telefon isə başqa ağ rəngli kağız zərfə qoyulmaqla qablaşdırılmışdır. Hər iki zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Masallı RPŞ-yə gətirilən zaman heç bir zorakılığa məruz qalmadığını, şəxsi axtarış keçirilməsi ilə bağlı heç bir narazılığının olmadığını bildirib təqdim etdiyi metadon həblərinin özünə məxsus olmasını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik maddələri əldə etməsi, daşıması və satışını həyata keçirməsi barədə məlumat daxil olsa da, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd sayda metadon həblərini şəxsi istifadə məqsədilə əldə etdiyini demişdir. Onlarda Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasını təsdiq edən dəqiq və mötəbər məlumat yoxdur. Lakin, tərəfindən aparılmış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrdən istifadə etməyə və narkotik maddələrin satışını həyata keçirməyə görə məhkum edilmiş şəxslərlə telefon əlaqələri qurması, həmin kateqoriyadan olan insanlarla tez-tez görüşməsi barədə məlumatlar əldə edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin baş inspektor kriminalisti, polis kapitanı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd list çıxardaraq təqdim edib, həmin 01 list metadon həblərini öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Səbail rayonu ərazisində 75 manat pul qarşılığında aldığını bildirmiş, həmin listə baxış zamanı içərisində 8 ədəd üzərində M40 sözləri yazılmış metadon həblərinə bənzər həblərin olması, aşkar edilmiş həblər elektron tərəzidə çəkilən zaman 1-ci həbin çəkisinin 0,44 qram, 2-ci həbin çəkisinin 0,45 qram, 3-cü həbin çəkisinin 0,44 qram, 4-cü həbin çəkisinin 0,42 qram, 5-ci həbin çəkisinin 0,45 qram, 6-cı həbin çəkisinin 0,45 qram, 7-ci həbin çəkisinin 0,41 qram və 8-ci həbin çəkisinin 0,43 qram olması, həmin 8 ədəd həblər birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 3,39 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd sayda metadon həbləri ağ rəngli kağız zərfə, Samsung markalı mobil telefon isə digər ağ rəngli kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzərləri möhürlənərək imzalarla təsdiq edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli 4 (050)-61/2024 saylı qərarı ilə isə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 25 iyun 2024-cü il tarixli, 19/517 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 (səkkiz) ədəd metadona bənzər həblər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,32 qramdır.(bir həbdə 0,04 qram) Metadon Azərbaycan Respublikası ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə ( sıra №6) daxildir. (Metadon həblərin sayı-8 həb, tədqiqata sərf olundu-1 həb, qalıq-7 həb). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X2 dair 27 iyun 2024-cü il tarixli, 561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 25 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 08 ədəd aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra 07 ədəd sayda qalıq qalmış narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilməsi üçün Masallı RPŞ-dən məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr üzrə mobil operatordan əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatların tədqiqi zamanı Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması, hər hansı istehlakçı ilə razıləq əldə etməsi, bununla bağlı kiminləsə telefon danışığı aparması və ya narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə əlaqədar sms mətni aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə metadon həblərinin 8 ədəd olmasından başqa onun həmin narkotiki satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Plenum qərarının 6-cı bəndində qeyd edilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız narkotik vasitə metadon həblərinin 01 listdə 08 ədəd olmasına istinad etmiş, onun satış məqsədi ilə həmin narkotiki əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin narkotiki özünün şəxsi istifadəsi üçün elə olduğu vəziyyətdə, yəni bir listdə 8 ədəd həb şəklində əldə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə üzərində 8 ədəd metadon həblərini saxlamasını təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Toplanmış istintaq materialları üzrə təqsirləndirilən şəxs tutulduğu andan narkotik vasitə metadon həblərini öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, buna baxmayaraq onun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi üçün almasına dair özünün ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi xüsusatı daha da möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Belə olan halda o, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Mаsаllı Rаyon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 1(050)-207/2022 sаylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tаrixdə cəzа müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmаn olmаsını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, cinayətin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) 07 ədəd narkotik vasitə metodon həbləri məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) 07 ədəd narkotik vasitə metodon həbləri məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-189/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-189/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver