Məhkəmə qərarları › İş №1(050)-19/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-19/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-19/2024 31.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1958-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs "xxxx"-də həkim-terapevt vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanımadığı Cəlilabad rayonu, Pərdi kənd sakini Zərərçəkmiş şəxs əmlakını etibardan istifadə etmə və aldatma yolu ila ələ keçirmək məqsədi ilə sonuncuya 1500 manat pulun müqabilində tibb qardaşı kimi işləyəcəyi ilə əlaqədar tibbi sertifikat sənədi düzəldəcəyini yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs aldadıb özünə inandırdıqdan sonra Masallı şəhəri, Qarabağ küçəsində yerləşən, işlədiyi “Referans” Tibb Mərkəzindəki xidməti iş otağında 05 may 2023-cü il tarixdə sonuncunun 1500 manat pulunu alıb ələ keçirməklə ona maddi ziyan vurub dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də Cəlilabad rayonu, Pərdi kənd sakini Zərərçəkmiş şəxs aldadaraq tibb qardaşı kimi işləyəcəyi ilə əlaqədar tibbi sertifikat sənədi düzəldəcəyini yalan vəd verməklə Masallı şəhəri, Qarabağ küçəsində yerləşən, işlədiyi “Referans” Tibb Mərkəzindəki xidməti iş otağında 05 may 2023-cü il tarixdə ondan 1500 manat pul almışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, ifadələri elan olunmuş zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda istifadədə olmayan, Cəlilabad rayonu ərazisində yerləşən keçmiş tibb kollecini bitirmiş, ixtisası feldşerdir. Onun hər hansı xəstəxanada işləməsi üçün Səhiyyə Nazirliyindən sertifikat alınmalıdır. O, bunun üçün bir neçə dəfə cəhd etsə də, lakin həmin sertifikatı ala bilməmişdir. 2023-cü ilin mart ayının sonlarında Cəlilabad rayon ərazisində keçirilən yas mərasimində əvvəllər tanıdığı Edişə kənd sakini Kamal adlı şəxslə aralarında olan söhbət zamanı sonuncu ona Masallı rayonu ərazisində fəaliyyət göstərən “Referans” adlı Klinikada Səxavət adlı həkim olduğunu və həmin şəxsin onun üçün sertifikat ala biləcəyini demişdir. 2023-cü ilin aprel ayının sonlarında o, həmin Kamal adlı şəxslə Masallı şəhərində yerləşən “Referans” adlanan klinikaya gəlmiş və onlar klinikanın qarşısında görüşmüşdür. O, Təqsirləndirilən şəxs tibb kollecini bitirdiyini, ixtisasının feldşer olmasını deyərək işləmək üçün sertifikat almaq lazım olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona sertifikat almağa və daha sonra isə işlə təmin olunacağına köməklik edəcəyini, lakin sənədləşmə işləri üçün ümumilikdə 2500 manat pul lazım olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs onun işini həll etməsini və istədiyi pulu verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə səhər təxminən saat 10 radələrində o, Kamal ilə birlikdə Səxavət adlı həkimin otağına getmişdir. Orada Kamalın yanında cibindən 1500 manat pulu çıxarıb Səxavətə vermiş, qalan 1000 manat pulu da işini düzəltdikdən sonra verəcəyini demişdir. Səxavət də onunla razılaşmış və onun üçün tezliklə sertifikat düzəldəcəyinə vəd vermişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun mobil telefonuna zəng edib qalan 1000 manat pulu da verməsini istəmiş, lakin o, sonuncuya onun üçün sertifikatı aldıqdan sonra qalan 1000 manat pulu verəcəyini demişdir. O gündən sonra Təqsirləndirilən şəxs ona verdiyi vədini yerinə yetirməmişdir. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək, verdiyi vədi yerinə yetirməsini, ya da ondan aldığı pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında ona 900 manat pulu Masallı rayonu “İstisu” adlanan yerdə qaytarmış, qalan 600 manat pulu isə tezliklə verəcəyini bildirsə də, həmin məbləği qaytarmamışdır. O, da Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək, onun 1500 manat pulu alması barədə Masallı RPŞ-nə ərizə yazmışdır. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərib, yolu uzaq olduğundan onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Şahid cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun yaşadığı kəndin qonşuluğunda yerləşən Pərdi kəndində yaşayır. Təqsirləndirilən şəxsla ilk dəfə Masallı şəhəri ərazisində yerləşən “Referans” klinikasında tanış olmuşdur. 2023-cü ilin aprel ayının axırlarında Cəlilabad rayon ərazisində keçirilən yas mərasimində iştirak edərkən Zərərçəkmiş şəxs həkim Təqsirləndirilən şəxs barəsində məlumat vermişdir. Bu zaman Zərərçəkmiş şəxs ona Səxavət həkimin yanına gedərkən ona da məlumat verməyimi dedikdə, o, Hüseynə səhəri gün Səxavət həkimin yanına gedəcəyini demişdir. O və Zərərçəkmiş şəxs səhəri gün Masallı şəhəri ərazisində yerləşən “Referans” adlanan klinikaya Səxavət həkimin yanına getmişlər. Onun başı müayinə işlərinə qarışmış, Hüseyn isə Səxavət həkimlə söhbət etmişdir. Klinikadan çıxandan sonra Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ona tibbi sığorta sənədi düzəldəcəyi vədini verdiyini və bunun üçün 2500 manat pul lazım olduğunu, lakin o, Təqsirləndirilən şəxs 1500 manat pul verəcəyini, qalan 1000 manat pulu isə sənədi düzəltdikdən sonra verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə o və Zərərçəkmiş şəxs Masallı şəhəri ərazisində yerləşən “Referans” klinikasına getmişlər. Orada Zərərçəkmiş şəxs Səxavət həkimə 1500 manat pulu vermişdir. X2 mobil telefonla əlaqə saxlamışlar. Bir müddət sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona verdiyi vədi yerinə yetirmədiyini, həm də ondan aldığı 1500 manat pulu geri qaytarmadığını demişdir. Sonra o buna görə Təqsirləndirilən şəxs zəng edərək, iradını bildirmişdir. 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs ona zəng edib Hüseynlə birlikdə Masallı rayonu, Qəriblər kəndində yerləşən “İstisu” adlanan yerə gəlmələrini xahiş etmişdir. O Hüseynlə birlikdə “İstisu” adlanan yerə getmiş və orada Təqsirləndirilən şəxsla görüşərkən sonuncu Hüseynə 900 manat pulu qaytarmış, qalan 600 manatı isə tezliklə qaytaracağını bildirmişdir. Bir neçə ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 600 manat pulunu qaytarmamışdır. Buna görə də Zərərçəkmiş şəxs Masallı RPŞ-nə bu barədə ərizə yazaraq şikayət etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 2-234/24-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-2/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinənək, CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC X3 daxilində fəaliyyət göstərir və Təqsirləndirilən şəxs həmin klinikada xx.xx.2023-cü il tarixdə həkim vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə isə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəzəlavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 380 manat dövlət büdcəsinə ödənilmişdir. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Zərərçəkmiş şəxs ilə barışdığından, ona vurulmuş ziyan tamamilə ödənildiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.3-cü maddəs ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə prosses iştirakçılarının ifadələrini və dövlət ittihamçısının təklifini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməl az ağır cinayətdir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Eyni Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini qeyd edərək, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 380 manatın dövlət büdcəsinə ödənilməsi qanuna müvafiqdir və onun cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət, tələb və iddiasının olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar