Məhkəmə qərarları › İş №1(050)-191/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-191/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-191/2023 02.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X11 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olan, 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-79/2023 saylı, 29 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olan, 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-78/2023 saylı, 29 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olan, 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-80/2023 saylı, 29 iyun 2023cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 4(050)- 82/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsində yerləşən otaqda masanın üzərindən 01 cüt Rusiya istehsalı 750 əyarlı ümumi çəkisi 6 qram çəkidə 750 manat dəyərində qızıl qadın sırğasını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4 qram çəkidə 450 manat dəyərində qızıl qadın qolbağını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4,5 qram çəkidə üzərində 1 qram çəkidə qızıl klonu olan 700 manat dəyərində qızıl qadın boyunbağını və 01 ədəd Rusiya istehsalı 750 əyarlı 9 qram çəkidə üzərində brilliant qaşları olan 1600 manat dəyərində qızıl qadın qolbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsində yerləşən otaqda masanın üzərindən 01 cüt Rusiya istehsalı 750 əyarlı ümumi çəkisi 6 qram çəkidə 750 manat dəyərində qızıl qadın sırğasını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4 qram çəkidə 450 manat dəyərində qızıl qadın qolbağını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4,5 qram çəkidə üzərində 1 qram çəkidə qızıl klonu olan 700 manat dəyərində qızıl qadın boyunbağını və 01 ədəd Rusiya istehsalı 750 əyarlı 9 qram çəkidə üzərində brilliant qaşları olan 1600 manat dəyərində qızıl qadın qolbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsində yerləşən otaqda masanın üzərindən 01 cüt Rusiya istehsalı 750 əyarlı ümumi çəkisi 6 qram çəkidə 750 manat dəyərində qızıl qadın sırğasını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4 qram çəkidə 450 manat dəyərində qızıl qadın qolbağını, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4,5 qram çəkidə üzərində 1 qram çəkidə qızıl klonu olan 700 manat dəyərində qızıl qadın boyunbağını və 01 ədəd Rusiya istehsalı 750 əyarlı 9 qram çəkidə üzərində brilliant qaşları olan 1600 manat dəyərində qızıl qadın qolbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmkəndliləri olmuş, onlarla dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs qonşusu olmuş və sonuncu ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samirin idarə etdiyi minik avtomobili ilə yaşadığı kənddən Bakı şəhərinə getmiş, 26 iyun 2023-cü il tarixdə günorta saatlarında yenidən birlikdə Masallı rayonuna geri qayıtmışlar, yol boyu 3 nəfər birlikdə söhbət edərkən hər üçü işsizlikdən və maddi vəziyyətlərinin aşağı olmasından gileylənmişlər. Rahidlə birlikdə ailəli olduqları üçün dolana bilmədiklərini, Samir isə idarə etdiyi avtomobilin kreditini ödəməkdə çətinlik çəkdiyini bildirmiş, söhbət əsnasında qonşuluğunda Zərərçəkmiş şəxs yaşadığını, həmin qadının yaxınlarda qızına toy mərasimi keçirdiyini və həmin evə oğurluq etmək üçün daxil olmağı təklif etmişdir. Rahid və Samirə həmin evdə toydan yığılan pul olacağını, Zərərçəkmiş şəxs axşam qohumunun toy mərasimi keçiriləcəyi üçün evdə olmayacağını demiş, Rahid asan yolla pul əldə etmək, yəni oğurluq təklifi ilə dərhal razılaşmış, Samir ilk əvvəl heçnə deməmiş, lakin qısa müddət ərzində Samir oğurluqda birlikdə iştirak edəcəyini, əldə edəcəyi pul ilə avtomobilin kreditini və benzin pulunu ödəyəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən törədəcəkləri oğurluq cinayətində hər birinin iştirakı üzrə rolları bölüşdürmüş, evə Rahidin daxil olmasını, özü Rahidə evin yerləşdiyi həyətyanı sahəyə daxil olacağı rahat və təhlükəsiz yolu göstərdikdən sonra həmin evdən 100 metr aralıda Samirin avtomobilinin yanında piyada ətrafa nəzarət edəcəyini, Samir də avtomobildə ətrafa nəzarət və həmçinin avtomobili hazır vəziyyətdə saxlamasını təklif etmişdir. Rahidə evdə nağd pul və qızıl zinət əşyaları olacağı halda oğurlamasını, digər əşya oğurlamamasını demiş, Rahid və Samir oğurluq əməli üzrə bölüşdürdüyü rollar ilə razılaşmışlar, aralarında olan razılağa əsasən həmin günü axşam 3 nəfər birlikdə yaşadıqları kənd ərazisində görüşəcəkmişlər. 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində yenidən yaşadıqları kənd ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə görüşmüşlər, Rahid və Samirə Ruhəngiz qonşusu olduğundan saat 18 radələrində toya getməsini müşahidə etdiyini və evin hazırda boş olduğunu demiş, razılığa əsasən oğurluq edəcəkləri evdən 100 metr aralıda Təqsirləndirilən şəxs3 idarə etdiyi taksi avtomobilində onu və Rahidi gözləyəcəkmiş, özü isə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evinin yerləşdiyi həyətə dəmir-setka çəpərdən tullanmağa Rahidə köməklik edəcəkmişdir. Rahidi öz həyəti ilə aparıb Ruhəngizə məxsus həyətə dəmir-setka çəpərdən tullatdırdıqdan sonra Rahid Ruhəngizə məxsus həyətə daxil olmuş, özü isə həyətdən çıxaraq ətrafa nəzər yetirməyə, kiminsə gəlib-gəlmədiyinə baxmış, Təqsirləndirilən şəxs3 həmin evdən təxminən 70-80 met aralıda kənd qəbirstanlığının qarşısında saxladığı avtomobilin yanına gəlmiş, Təqsirləndirilən şəxs3 avtomobildə əyləşməsini demiş, Samir vəziyyətin nə yerdə olması barədə soruşmuş, Samirə hər şeyin planlaşdırdıqları kimi getdiyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 ona məxsus həyətdən çıxaraq gəldiyini görmüş, Rahid avtomobilə tərəf gəlmiş və birlikdə Samirə məxsus avtomobilə əyləşmişlər. Rahid cibindən qızıl zinət əşyaları çıxardıb təqdim etmiş, orada 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğa olmuş, aralarında olan razılığa əsasən qızılları səhəri gün Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə 3 nəfər birlikdə gedib Rahid Lənkəran rayonunda satacaqmış, əldə edəcəyi pulu 3 nəfər aralarında böləcəkmişlər. Bundan sonra Rahid və Samir ilə sağollaşmış, avtomobildən aşağı düşüb yaşadığı evə getmiş, Samir isə Rahidi avtomobil ilə yaşadığı evə aparmış, səhər Rahid və Samiri görməmiş, polis əməkdaşları onu saxlamışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, son vaxtlar işləmədiyi üçün maddi vəziyyətində çətinliklər yaranmış, ailəsinin dolanışığını təmin edə bilməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmkəndliləri olmuş, onlar ilə yoldaşlıq münasibətləri olmuşdur. 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi minik avtomobili ilə yaşadığı kənddən Bakı şəhərinə getmiş və 26 iyun 2023-cü il tarixdə birlikdə həmin avtomobil ilə Masallı rayonuna geri qayıtmışlar. Yolda olduqları müddətdə birlikdə söhbət edərkən hər üçü işsizlikdən, maddi vəziyyətlərinin aşağı olmasından gileylənmişlər, söhbət əsnasında Təqsirləndirilən şəxs1 yaşadığı evin qonşuluğunda həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığını, həmin qadının yaxınlarda qızına toy etdiyini və həmin evə oğurluq etmək üçün daxil olmağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 həmin evdə toyda yığılan pul olacağını, evə onun daxil olmasını təklif etmiş, Masallı rayonuna çatana kimi Təqsirləndirilən şəxs1 təklifi ilə Təqsirləndirilən şəxs3lə birlikdə razılaşmış, aralarında olan razılağa əsasən həmin günün axşamı 3 nəfər birlikdə oğurluq etmək məqsədilə görüşəcəkmişlər. 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində yenidən yaşadığı kənd ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə görüşmüş, Orxan ona və Samirə Ruhəngiz qonşusu olduğu üçün saat 18 radələrində toya getməsini müşahidə etdiyini və evin hazırda boş olduğunu demişdir. Razılığa əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Prius” markalı taksi avtomobilində onun daxil olacağı evdən 100 metr aralıda avtomobildə onu və Orxanı gözləyəcəkmiş, Təqsirləndirilən şəxs1 qonşuluğunda yaşayan Ruhəngizin evinin yerləşdiyi həyətə çəpərdən daxil olmasına ona köməklik edəcəkmiş, o isə fərdi yaşayış evinə daxil olacaqmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmçinin oğurluğa daxil olacağı evin yaxınlığında gəlib-gedən kimsə olacağı halda nəzarət edəcəkmişlər. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi kənd qəbirstanlığının yaxınlığında yerləşdiyindən axşam vaxtı orada gediş-gəliş az olmuş, Təqsirləndirilən şəxs1 onu öz həyətləri ilə həmin həyətə dəmir-setka çəpərdən tullatdıqdan sonra Ruhəngizə məxsus həyətyanı sahəyə daxil olmuş, Zərərçəkmiş şəxs həmkədlisi olsa da, sonuncunu tanımamış və aralarında əvvəllər hər hansı bir düşmənçilik olmamışdır. Daha sonra evə daxil olmaq üçün üsul axtarmış, həyətdə tapdığı xırda dəmir parçası ilə evin birinci mərtəbəsinin plastik pəncərəsini açıb evə pəncərədən daxil olmuş, evə daxil olan kimi taxta pilləkanın üzərinə çıxmış, ilk öncə evin giriş dəmir qapısını içəri tərəfdən evə kimsə gələcəyi halda qapı bağlı olması və pəncərədən çıxıb qaçmağa fürsət tapması məqsədilə bağlamış, evi çox gəzməmiş və birinci mərtəbədə otaqda yerləşən masanın üzərində qızıl zinət əşyaları görmüşdür. Həmin qızıl zinət əşyalarına 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğa aid olmuş, həmin qızılları götürüb əynində olan şalvarın cibinə qoymuş, evə daxil olduğu kimi evdən çıxmış, daha sonra həyətə daxil olduğu kimi Orxana məxsus həyətə dəmir-setka çəpərdən tullanıb keçmiş və oradan da Orxan və Samirin olduğu sonuncunun kənd qəbirstanlığının yanında saxladığı avtomobilə tərəf getmişdir. Oraya çatıb avtomobilə əyləşmiş, onlara evdən çıxan qızıl zinət əşyalarını göstərmiş, aralarında olan razılığa əsasən səhəri gün Samirin idarə etdiyi avtomobil ilə Lənkəran rayonuna gedib qızılları satıb əldə etdiyi pulu 3 nəfər aralarında böləcəkmişlərdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən aşağı düşüb yaşadığı evə getmiş, Samir isə onu avtomobillə yaşadığı evə aparmış, sonradan polis əməkdaşları onu saxladıqları üçün oğurladığı qızıl zinət əşyalarını sata bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, son vaxtlar işləmədiyi üçün maddi vəziyyətində çətinliklər yaranmış, özünün dolanışığını təmin edə bilməmiş, taksi kimi idarə etdiyi “Toyota Prius minik” markalı avtomobilin kreditini ödəməkdə çətinlik çəkmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləri olmuş, onlarla dostluq münasibətləri olmuş, Zərərçəkmiş şəxs da həmkəndlisi olmuş, sonuncu ilə əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi minik avtomobili ilə yaşadığı kənddən Bakı şəhərinə getmiş, 26 iyun 2023-cü il tarixdə günorta saatlarında 3 nəfər birlikdə yenidən idarə etdiyi avtomobil ilə Masallı rayonuna geri qayıtmışlar. Yol boyu 3 nəfər birlikdə söhbət edərkən hər üçü işsizlikdən və maddi vəziyyətlərinin aşağı olmasından gileylənmişlər, Orxan və Rahid ailəli olduqları üçün dolana bilmədiklərini, özü isə idarə etdiyi avtomobilin kreditini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Söhbət əsnasında Orxan qonşuluğunda Zərərçəkmiş şəxs yaşadığını, həmin qadının yaxınlarda qızına toy mərasimi keçirdiyini və həmin evə oğurluq etmək üçün daxil olmağı təklif etmiş, Orxan ona və Rahidə həmin evdə toydan yığılan pul olacağını, Zərərçəkmiş şəxs axşam qohumunun toy mərasimi keçiriləcəyi üçün evdə olmayacağını demiş, Rahid Orxanın oğurluq etmək təklifi ilə dərhal razılaşmışdır. İlk əvvəl tərəddüd etmiş, sonradan oğurluqda onlarla birlikdə iştirak edəcəyini, əldə edəcəyi pul ilə avtomobilin kreditini və bir neçə gün benzin pulunu ödəyəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən törədəcəkləri oğurluq cinayətində hər birinin iştirakı üzrə rolları Orxan bölüşdürmüş, Orxan evə Rahidin daxil olmasını, özünün Rahidə evin yerləşdiyi həyətyanı sahəyə daxil olacağı rahat və təhlükəsiz yolu göstərdikdən sonra həmin evdən 100 metr aralıda idarə etdiyi avtomobilinin yanında piyada ətrafa nəzarət edəcəyini, onun da avtomobildə ətrafa nəzarət və həmçinin avtomobili hazır vəziyyətdə saxlamasını demişdir. Orxan Rahidə evdə nağd pul və qızıl zinət əşyaları olacağı halda oğurlamasını demiş, Rahidlə birlikdə oğurluq əməli üzrə Orxanın bölüşdürdüyü rollar ilə razılaşmış, aralarında olan razılağa əsasən həmin günü axşam 3 nəfər birlikdə yaşadıqları kənd ərazisində görüşəcəkmişlər. 26 iyun 2023-cü il tarixdə saat 22 radələrində yenidən yaşadıqları kənd ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə görüşmüş, Orxan ona və Rahidə Ruhəngizin saat 18 radələrində toya getməsini müşahidə etdiyini, evin hazırda boş olduğunu demiş, razılığa əsasən oğurluq edəcəkləri evdən 100 metr aralıda idarə etdiyi taksi avtomobilində Orxan və Rahidi gözləyəcəkmiş, Orxan qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evinin yerləşdiyi həyətə dəmir-setka çəpərdən tullanmağa Rahidə köməklik edəcəkmiş, Orxan Rahidi öz həyəti ilə aparıb Ruhəngizə məxsus həyətə dəmir-setka çəpərdən tullatdırdıqdan sonra Rahid Ruhəngizə məxsus həyətə daxil olmuşdur. Oradan təxminən 70-80 metr aralıda kənd qəbirstanlığının yanında avtomobildə onları gözləmiş, bir neçə dəqiqə sonra Orxan idarə etdiyi avtomobilin yanına gəlmiş, Orxandan vəziyyətin nə yerdə olması barədə maraqlandıqda işlərin planlaşdırdıqları kimi getdiyini bildirmiş, Orxan ona avtomobildə əyləşməsini demişdir. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 avtomobilə tərəf gəlmiş, Orxanla birlikdə avtomobilə əyləşmişlər, Rahid cibindən qızıl zinət əşyaları çıxardıb təqdim etmiş və orada 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğa olmuşdur. Aralarında olan razılığa əsasən səhəri gün idarə etdiyi avtomobil ilə 3 nəfər birlikdə Lənkəran rayonuna gedib Rahid qızılları orada satacaqmış, əldə edəcəyi pulu 3 nəfər aralarında böləcəkmişdir. Bundan sonra Orxan sağollaşmış, avtomobildən aşağı düşüb yaşadığı evə getmiş, Rahidi idarə etdiyi avtomobil ilə kənd ərazisində yaşadığı evə aparıb düşürtmüş, daha sonra Rahid və Orxanı görməmiş və polis əməkdaşları onu saxlayıb Masallı RPŞ-yə gətirmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu Köhnə Alvadı kəndində rəhmətə getmiş həyat yoldaşından qalan ikimərtəbəli fərdi yaşayış evində qızı ilə birlikdə yaşayır. Qızı nişanlı olmuş, iyun ayının 9-da qızının toy məclisi keçirilmiş, toydan öncə qızı Telnaz Qasımovaya öz vəsaiti hesabına bir neçə qızıl zinət əşyaları almışdır. 26 iyun 2023-cü il tarixdə qızı ilə birlikdə Masallı rayonu Təzə Alvadı kəndində yerləşən şadlıq sarayına toy məclisinə gedəcəkmiş, həmin günü saat 18 radələrində qızı ilə birlikdə yaşadığı evdən çıxmış, evin giriş qapısını, həyətin giriş darvazasının qapısını bağlamış və piyada qardaşının evinə gedərək oradan qardaşına məxsus avtomobil ilə şadlıq sarayına getmişdir. Toy məclisində iştirak etdikdən sonra 27 iyun 2023-cü il tarixdə təxminən saat 00 radələrində yaşadığı evə geri qayıtmış, həmin vaxtı evin yerləşdiyi həyətin giriş qapısını açıb qızı ilə birlikdə həyətə daxil olmuş, evin giriş qapısına yaxınlaşıb kilidi açmaq istədikdə qapının içəri tərəfdən bağlandığını bilmiş və evdə kiminsə olduğunu zənn edib qızı ilə birlikdə həyətdən çölə çıxmışdır. Dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, qohumları gəldikdən sonra evə daxil olmuş və yaşadığı evin birinci mərtəbəsində yerləşən stolun üzərindən 1 ədəd brilliant qolbaq, 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa oğurlandığını bilmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmişlər, müvafiq sənədləşmə işləri aparılmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəydiyini, oğurlanan qızıl zinət əşyalarına 01 cüt Rusiya istehsalı 750 əyarlı ümumi çəkisi 6 qram çəkidə 750 manat dəyərində qızıl qadın sırğası, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4 qram çəkidə 450 manat dəyərində qızıl qadın qolbağı, 01 ədəd Rusiya istehsalı 750 əyarlı 4,5 qram çəkidə üzərində 1 qram çəkidə qızıl klonu olan 700 manat dəyərində qızıl qadın boyunbağı və 01 ədəd Rusiya istehsalı 750 əyarlı 9 qram çəkidə üzərində brilliant qaşları olan 1600 manat dəyərində brilliant qızıl qadın qolbağı aid olduğunu bildirmişdir. Həmin şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət düşmənçiliyi olmamışdır. Ona məxsus evdən oğurlanmış qızıl-zinət əşyaları ona qaytarılmaqla ona dəymiş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsinə etiraz etmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Cinayət işində olan 03 avqust 2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunmuş 1 ədəd Rusiya istehsalı 750 əyarlı 4 qram çəkidə qızıl qadın qolbağının qiyməti 400 manat, 1 ədəd Rusiya istehsalı 750 əyarlı 9 qram çəkidə üzərində brilliant qaşları olan qızıl qadın qolbağının qiyməti 1300 manatdır, 1 ədəd Rusiya istehsalı 750 əyarlı 4,5 qram çəkidə üzərində 1 qram çəkidə qızıl klonu olan qızıl qadın boyunbağının qiyməti 600 manatdır və 1 cüt Rusiya istehsalı 750 əyarlı ümumi çəkisi 6 qram çəkidə qızıl qadın sırğasının qiyməti 650 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evindən oğurlanan 1 cüt qızıl qadın sırğası, 1 ədəd qızıl qadın qolbağı, 1 ədəd qızıl klonu olan qızıl qadın boyunbağını və 1 ədəd brilliant qaşları olan qızıl qadın qolbağı müstəntiq Miramil Baxışovdan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Masallı RİH Başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abıyev X7 rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla anası X2, arvadı X6 və oğlu xx.xx.2021-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİH Başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1992-cü təvəllüdlü X5, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİH Başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X8 rayonu, Köhnə alvadı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-79/2023 saylı, 29 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyun 2023-cü il tarixdən hesablanmışdır. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs1 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-80/2023 saylı, 29 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 4(050)- 82/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 05 iyul 2023-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs3 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlanılmış və ev dustaqlığında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 27 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-78/2023 saylı, 29 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyun 2023-cü il tarixdən hesablanmışdır. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs2 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 cüt qızıl qadın sırğası, 1 ədəd qızıl qadın qolbağı, 1 ədəd qızıl klonu olan qızıl qadın boyunbağını və 1 ədəd brilliant qaşları olan qızıl qadın qolbağı Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı və ev dustaqlığında olduğu 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək olan 03 (üç) ay 05 (beş) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək olan 03 (üç) ay 05 (beş) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 27 iyun 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək olan 03 (üç) ay 05 (beş) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış 1 cüt qızıl qadın sırğası, 1 ədəd qızıl qadın qolbağı, 1 ədəd brilliant qaşları olan qızıl qadın qolbağı və 1 ədəd qızıl klonu olan qızıl qadın boyunbağısın Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar