Məhkəmə qərarları › İş №1(050)-191/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-191/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-191/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 01 avqust 1990-cı il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Masallı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video çəkiliş vasitəsi açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdə, saat 02 radələrində Masallı şəhəri, Bakı prospektində piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağında sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs ilə piyada hərəkətdə olan zaman aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üzünün sol nahiyəsinə qəsdən sillə ilə vurub itələyərək yerə yıxıb başını asfalt örtüyə vurub döyərək Günel Niftulayevaya başın sağ gicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır və həmin vaxtdan aralarında sevgi münasibətləri vardır. Güneli Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “Xəzər” adlanan kafeyə işə düzəltmişdir. Günel işdən gecə saatlarında çıxdığı üçün hər axşam gedib onu evinə aparmışdır. 15 sentyabr 2025-ci il tarixdə, saat 23 radələrində həmin kafeyə getmiş, kafe sahibi Günelin müştərilərə qulluq etmədiyini, müştərilərlə əyləşib spirtli içki qəbul etdiyini bildirdiyindən bununla bağlı kafenin mətbəxində Günelə irad bildirmişdir. Günel həmin vaxt sərxoş olduğu üçün aralarında sözlə mübahisə yaranmışdır. 16 sentyabr 2025-ci il tarixdə, saat 02 radələrində Günel ilə kafedən çıxıb yol kənarı ilə piyada gedərkən Günel dəfələrlə onu və ailə üzvlərini təhqir etdiyi üçün özünü saxlaya bilməyib sağ əli ilə Günelin üzünün sol tərəfinə sillə ilə vurub itələyərək yerə yıxmışdır. Zərbədən Günelin başı asfalt örtüyünə dəyib əzilərək qanamışdır. O, paltarını çıxarıb Günelin başının qanını silmiş və əlində olan su ilə Günelin əl-üzünü, başının qanını yumuşdur. Daha sonra Güneli yaşadığı Masallı şəhəri, Qarabağ küçəsində yerləşən evə aparmış, qızı Aytən də, Güneli Masallı rayon Mərkəzi xəstəxanasına aparmışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanı ödədiyini nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir aralarında sevgi münasibətləri vardır. Masallı rayonu, Gəyəçöl kəndində yerləşən “Xəzər” adlanan kafedə masadar kimi işə düzəlmişdir. İşdən gecə çıxdığı üçün Ceyhun hər axşam gəlib onu evinə aparmışdır. 15 sentyabr 2025ci il tarixdə, saat 23 radələrində Ceyhun kafeyə gəlmiş, kafe sahibi ilə söhbət etdikdən sonra onu kafenin mətbəxinə çağırıb irad bildirmişdir, buna görə də, aralarında sözlə mübahisə yaranmışdır. 16 sentyabr 2025-ci il tarixdə, saat 02 radələrində Ceyhunla kafedən çıxıb yol kənarı ilə piyada yaşadığı evə tərəf gedərkən Ceyhun yaxşı işləməməsi, müştərilərə düzgün qulluq etməməsi ilə bağlı irad bildirdiyi üçün özünü saxlaya bilməyib Ceyhuna ayrılacağını bildirmişdir. Buna görə də, Ceyhun sağ əli ilə onun üzünün sol tərəfinə sillə ilə vurub itələyərək onu yerə yıxmış, nəticədə başı asfalta dəyib qanamışdır. Ceyhun paltarını çıxarıb onun başının qanını silmiş, su ilə əl-üzünü və başının qanını yumuşdur. Ceyhunla onu yaşadığı evə aparmış və qızı Şahid taksi çağıraraq onu Masallı rayon Mərkəzi xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə, saat 02 radələrində evdə olan zaman anası Günel və Ceyhun evə gəlmişlər. Həmin vaxt anasının başında qan olduğunu görüb nə baş verdiyini soruşmuş, anası isə Ceyhunun sillə ilə üzündən vurub onu itələyərək yerə yıxdığı üçün başının asfalta dəyib qanamasını demişdir. O, da, taksi çağıraraq anasını Masallı rayon Mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin 16 sentyabr 2025-ci il tarixli 830 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ gicgah nahiyəsinin əzilmiş yarası müəyyən olunmuş, müəyyən olunmuş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əlavə sürətləndirici qüvvənin təsiri altında öz boyu hündürlüyündən yıxılaraq başın müvafiq nahiyəsinin hər hansı bir küt əşyaya çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olan Kərimov X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli, 5-66-12/2-113/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X6, anası X7. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 sentyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, 01 avqust 1990-cı il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş Təqsirləndirilən şəxs 1) Masallı Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmişdir. 2) Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 68.2 və 67.1-ci maddələrinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. 19 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin 25 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Kərimov X5 Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 68.2 və 67.1-ci maddələrinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Cərimənin icrası barədə hökm 08 fevral 2021ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cərimə növündə cəzasına “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və şəxsi iş 01 fevral 2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatından çıxarılmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin 25 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(050)-700/2025 saylı 10 iyul 2025-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 3 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumun cəzasının bitmə tarixi 10 oktyabr 2025-ci il tarixidir, çəkilməmiş cəzası 15 gün təşkil edir. Zərərçəkmiş şəxs 02 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutularkən saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Polis şöbəsinin 05 noyabr 2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində saxlanılaraq Masallı rayon Polis şöbəsinə gətirilməklə MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 07 noyabr 2025-ci il tarixdə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq 06 noyabr 2025-ci il tarixdə saxlanılması üçün X3 gətirilmişdir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından azad edilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar