Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-192/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respubikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasını çəkməmiş, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda xx.xx.2008-ci il təvəllüdlü, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan nişanlısı Zərərçəkmiş şəxs ilə 2023-cü ilin noyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Masallı rayonu Həsənli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsində olan yataq otağındakı çarpayının üzərində onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bildiyi halda Zərərçəkmiş şəxs razılığı əsasında birlikdə öpüşüb-sevişərək öz kişi cinsiyyət orqanını sonuncunun qadın cinsiyyət orqanının üzərinə sürtüb tam ereksiya vəziyyətinə gətirib ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına daxil etməklə onun qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təbii yolla onunla cinsi əlaqədə olmuş, sonra eyni yerdə və üsulla həmin əməllərini xx.xx.2024-cü il tarixə kimi davam etdirib Zərərçəkmiş şəxs ilə yenə təbii yolla dəfələrlə cinsi əlaqədə olmuş və 2024cü ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə yenə Masallı rayonu Həsənli kəndində yerləşən yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağında Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını sonuncunun düz bağırsaq keçəcəyinə daxil edib onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xalası oğlunun qızıdır, yəni xalası nəvəsidir. Zərərçəkmiş şəxs əvvəllər qohum kimi yaşadığı evə gedib-gəldiyi üçün görüb bəyənmişdir və gələcəkdə onunla ailə həyatı qurmaq istəyirdi. Bu barədə anası Sevda tarixi xatırlamadığı ötən ilin yayında Şəlalə gilə elçi gedib atası Qanuni nümayəndə onu istəmişdir. Rövşən və arvadı Elnurə qızı Şəlalənin yaşının hələ 16 olmadığına görə ona verməyə etiraz etmişdir. Lakin həmin vaxtı Şəlalə valideynlərinə onu görüb bəyəndiyini və gələcəkdə onunla ailə həyatı qurmaq istədiyini demişdir. Bundan sonra Rövşən və arvadı Elnurə qızı Şəlalənin 18 yaşı tamam olduqdan sonra onunla ailə həyatı qurub gəlin köçməsinə razılıq vermişdir. O və anası Şəlalənin 18 yaşı tamam olduqdan sonra toy edib gəlin gətirməyə heç bir etiraz etməmişlər. Bundan sonra anası Sevda özü ilə götürdüyü bir ədəd qızıl üzüyü və bir ədəd yaylığı Şəlaləyə vermişdir və beləliklə onlar nişanlanmışdır. Həmin vaxtdan başlayaraq anası Sevda xəstə və tək olduğundan ev işlərini görə bilmirmiş, buna görə də Şəlalə ona kömək etmək üçün hər 15-20 gündən bir 2-3 gün Həsənli kəndində yerləşən onların yaşadığı evə gəlib qalaraq anasına kömək edib geri qayıdırmış. Şəlaləni hər dəfə Qızılağac kəndindən özünə məxsus avtomobillə Həsənli kəndindəki yaşadığı evə gətirib-aparmışdır. Şəlalənin 2008-ci il təvəllüdlü olmaqla azyaşlı olduğunu bilmişdir. Lakin gələcəkdə toy edib evlənəcəklərini, bir ailə olacaqlarını düşünərək Şəlaləyə indidən cinsi əlaqədə olmaqlarını təklif etmişdir və 2023-cü ilin noyabr ayında yaşadığı Həsənli kəndində yerləşən evdə olduqları zaman Şəlaləyə təbii yolla cinsi əlaqədə olmağı üçün evdə heç kimin olmadığını və uyğun vaxtın çatdığını bildirmişdir. Şəlalə də heç bir etiraz etməmişdir. Bundan sonra o, Şəlalə ilə birlikdə evin 2-ci mərtəbəsində yerləşən yataq otağına daxil olmuş və orada Şəlalə ilə təbii yolla cinsi əlaqədə olmuşdur və onun bakirəliyini pozmuşdur. Həmin vaxtdan başlayaraq 2024-cü ilin iyun ayına kimi nişanlısı Şəlalə hər dəfə onların yaşadığı evə gələndə o bir neçə dəfə eyni qayda ilə öz razılıqları əsasında onunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Şəlalə ilə cinsi əlaqədə olduğu zaman anası bəzən evin həyətində öz işləri ilə məşğul olmuş, bəzən isə qonşuda olmuşdur. Eləcədə cinsi əlaqədə olduqları ilə bağlı onun özü və Şəlalə heç kimsəyə bildirməmişdir. Şəlaləyə qarşı əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə zəng edərək nişanlısı Şəlalənin Emin adlı tanımadığı şəxslə birgə münasibətdə olduğunu yalandan demişdir. Əslində Şəlalə ondan başqa heç kimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Məqsədi Şəlaləni ləkələmək olmamışdır. Sadəcə həmin vaxt içkili olduğu üçün nə etdiyini bilməmişdir. Şəlalə onun nişanlısıdır, gələcəkdə ailə quracaqlar. Hazırda zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışmışdır. Onlarla arasında hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur, münasibətləri normaldır, gediş-gəlişləri vardır. Tutulmaq istəmir. Məhkəmədən həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayının 30-da Masallı rayonu Həsənli kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs anası Şahid2 ilə birlikdə yaşadığı evə elçi gələrək onu atası Rövşəndən evlənmək məqsədilə istəmişdir. Atası Rövşən və anası Elnurə əvvəlcə yaşının az olması səbəbinə görə buna etiraz etmişdir. Lakin həmin vaxtı o, valideynlərinə Cəbrayılı görüb bəyəndiyi üçün onunla gələcəkdə ailə həyatı qurmaq istədiyini demişdir. Bundan sonra atası Rövşən və anası Elnurə fikirlərinə hörmət edərək onu 18 yaşı tamam olduqdan sonra Cəbrayılla ailə həyatı qurub gəlin köçməyinə razılıq vermişdir. Cəbrayıl və anası Sevda da 18 yaşı tamam olduqdan sonra toy edib onu gəlin aparacaqlarına etiraz etməmişdir. Buna görə də həmin vaxtı Cəbrayılın anası Sevda özü ilə gətirdiyi bir ədəd qızıl üzüyü və bir ədəd yaylığı ona vermişdir və beləliklə o, Cəbrayılla nişanlanmışdır. Həmin vaxtdan başlayaraq o, Sevda yaşlı və xəstə olduğundan ona ev işlərində kömək etmək məqsədilə öz istəyi ilə dəfələrlə Cəbrayılın yaşadığı Həsənli kəndində yerləşən evinə gedib bir neçə gün qalaraq geri qayıtmışdır. O, Cəbrayılın evində olduğu zaman Cəbrayıl ona cinsi əlaqədə olmağı təklif edirmiş, o da könüllü olaraq razılıq vermişdir. 2023-cü ilin noyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Cəbrayılın Masallı rayonu Həsənli kəndində yerləşən yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağında Cəbrayılla öpüşüb-sevişdikdən sonra Cəbrayıl onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o ayağa qalxıb evin 2-ci mərtəbəsində olan tualetə getmiş, qan gəldiyini görmüş və bakirəliyinin pozulduğunu bilmişdir. Bu barədə o, Cəbrayıla bildirmiş və onu öz yaşadığı evə aparmasını xahiş etmişdir. Bundan sonra Cəbrayıl onu özünə məxsus avtomobillə Qızılağac kəndində yaşadığı evə aparmışdır. Cəbrayılla könüllü olaraq cinsi əlaqədə olmasını Cəbrayılın anası Sevdaya və öz valideynlərinə deməmişdir. Həmin vaxtdan başlayaraq xx.xx.2024-cü il tarixə kimi o, hər ay Cəbrayılın yaşadığı evə gedib onunla birlikdə 2-3 gün qalırmış və hər dəfə də Cəbrayıl yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında eyni qayda ilə öz razılıqları əsasında onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin həmin müddətdə dəqiq xatırlamadığı gündə Cəbrayıl yaşadığı evdə könüllü olaraq onunla bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sevda və Cəbrayıl yaşadığı evə gələrək xəstə olduğundan ev işlərinə kömək etmək məqəsdilə onu evinə aparmışdır. Bundan sonra o, Cəbrayılın yaşadığı evə getmişdir. Orada Cəbrayılla arasında qısqanclıq zəmnində mübahisə yaranmışdır. Həmin vaxt Cəbrayıl onun qorxudaraq ona Emin adlı tanımadığı şəxslə cinsi əlaqədə olduğunu ata və anasına deməsini bildirmişdir. O, buna etiraz etmişdir. Səhəri gün Cəbrayıl yuxudan oyandıqdan sonra onun yanında DİN-nin 102 xidmətinə zəng edərək guya onun Emin adlı şəxslə münasibətdə olması barədə məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun tutulmasını istəmir. Gələcəkdə ailə həyatı quracaqlarını nəzərə alaraq Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, tarixini dəqiq xatırlamır, lakin bir ildən artıq müddət keçmişdir ki, xalası Şahid2 oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evə elçi gələrək qızı Şəlalə ilə gələcəkdə ailə həyatı qurub evlənmək istədiyini ona demişdir. O və arvadı Şahid1 Cəbrayıla Şəlalənin yaşının az olduğunu və buna görə də onu 18 yaşı tamam olmamış heç kimə vermək niyyətimin olmadığını bildirmişdir. Həmin vaxtı evdə olan Şəlalə ona və anası Elnurəyə Cəbrayılı qohum kimi görüb bəyəndiyini və onunla gələcəkdə ailə həyatı qurmaq istədiyini demişdir. Bundan sonra o və arvadı Elnurə qızları Zərərçəkmiş şəxs istəyinə hörmətlə yanaşaraq onu 18 yaşı tamam olduqdan sonra Cəbrayılla ailə həyatı qurub gəlin köçməyə razılıq vermişdir. Cəbrayıl və anası Sevda da, Şəlalənin 18 yaşı tamam olduqdan sonra toy edib gəlin aparacaqlarına etiraz etməmişdir. Buna görə də həmin vaxtı xalası Şahid2 özü ilə gətirdiyi bir ədəd qızıl üzüyü və bir ədəd yaylığı Şəlaləyə vermişdir və beləliklə Şəlalə ilə Cəbrayıl nişanlanmışdır. Həmin vaxtdan başlayaraq qızı Şəlalə xalası Sevda xəstə olduğundan ona ev işlərində kömək etmək məqsədilə Həsənli kəndinə gedib orada bir neçə gün qalaraq geri qayıtmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Cəbrayıl anası ilə yaşadığı evə gəlib qızı Şəlaləni Həsənli kəndinə aparmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qızı Şəlalə mobil tolofonuna zəng edərək Təqsirləndirilən şəxs evində olduğu müddətlərdə Cəbrayılın onunla dəfələrlə öz razılığı əsasında könüllü olaraq cinsi əlaqədə olduğunu, hazırda aralarında mübahisə baş verdiyini və Həsənli kəndinə gəlib aparmağını bildirmişdir. Bundan sonra o, arvadı Elnurə ilə Həsənli kəndinə getmişdir və həmin vaxtı polis əməkdaşlarının da Cəbrayılın yaşadığı evdə olduğunu görmüşdür. Cəbrayıl ilə arasında hər hansı ədavəti olmamışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid1 şahid Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, Cəbrayılla bildirdikdə ötən il, lakin tarixini xatırlamadığı vaxtda bir ədəd qızıl üzük və yaylıq götürərək Şəlalənin yaşadığı evə elçi gedib onu istəmişdir. Rövşən və arvadı Elnurə qızı Şəlalənin 18 yaşı tamam olduqdan sonra Cəbrayılla ailə həyatı qurub gəlin köçməklərinə razılıq vermişdir. Həmin vaxtı o və Cəbrayıl da Şəlalənin 18 yaşı tamam olduqdan sonra toy edib gəlin gətirməyə heç bir etiraz etməmişdir. Bundan sonra o, özü ilə götürdüyü bir ədəd qızıl üzüyü və bir ədəd yaylığı Şəlaləyə vermişdir və beləliklə onu oğlu Cəbrayıla nişanlamışdır. Bundan sonra Şəlalə 2-3 ayda bir onların yaşadıqları evlərinə gəlmişdir. Şəlalə onlara gəldiyi zaman onunla bir otaqda onun yanında yatmışdır. Şəlalə onlarda qaldığı müddətlərdə günün gündüz vaxtı adətən o, həyətdə iş gördüyü zaman evdə onlar arasında baş verənlərdən heç bir xəbəri olmamışdır. Sonuncu dəfə Şəlalə onlara gəldiyi günü səhəri Cəbrayılla Şəlalənin arasında narazılığın baş verdiyini görmüş və bundan sonra olanlar barədə məlumatı olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 608 nömrəli ekspert rəyindən görünür ki, 1.vət. Zərərçəkmiş şəxs boynun arxa hissəsinin sıyrıqları (iki ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 2.vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, daha doğrusu pozulma müddəti 2-3 həftədən artıqdır.
3. Vət. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və.s bunu sübut edir) vardır. Düz bağırsaq nahiyəsində hər hansı bir xəsarət olmadığından qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/428 saylı rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişikliklərin baş verməsi müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilmiş hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)- 63/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Rayon İcra və Probasiya şöbəsinin 29 oktyabr 2024-cü il tarixli 2-2847/24-62-18 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Qeyd edilən azadlığın məhdudlaşdırılması növündə cəza üzrə məhkum cəza çəkməmişdir. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla anası Şahid2 Ağazayın qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf edərək əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materialları ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-63/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-63/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-63/2024 saylı hökmü ilə təyin olunmuş cəza ilə hazırkı iş üzrə təyin olunacaq cəza qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(036)- 63/2024 nömrəli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zeynal Zeynalov