Məhkəmə qərarları › İş №1(050)-194/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-194/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-194/2024 10.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1959-cu ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında müəyyən rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Masallı rayonu Sərçuvar kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Eyvazov X6 rayon Sərçuvar Bələdiyyəsinin üzvü olarkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 650 manat pul müqabilində Sərçuvar kəndi ərazisində yerləşən 1.40 ha payıbəlli torpaq sahəsini onun adına sənədləşdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022ci il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, ümumilikdə 650 manat pulu öz adına "xxxx" ASC tərəfindən verilmiş **********557892 saylı kart hesabına ödətdirməklə vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 650 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkarən Masallı rayon Sərçuvar Bələdiyyəsinin üzvü olarkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 1450 manat pul müqabilində Sərçuvar kəndi ərazisində yerləşən 0.6 ha həyətyanı torpaq sahəsini onun adına sənədləşdişirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 2023-cü ilin oktyabr ayının əvvəllərində xidmət iş otağında 250 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində öz xidməti iş otağında 450 manat, 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı evin yanında 250 manat və 2023-cü ilin dekabr ayının ortalarında "xxxx" ASC-nin Masallı filialının qarşısında isə 500 manat olmaqla ümumilikdə 1450 manat pulu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs2 barəsində etdikləri şikayətin məzmunu ilə tanış olmuşdur. O, əvvəllər Masallı rayon Sərçuvar bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Uzun müddətdir maddi sıxıntıları var və borcları çox olduğundan onları ödəyə bilməmişdir. 2022-ci ildə Zərərçəkmiş şəxs1 atası X7 rayon İcra Başçısı tərəfindən işlədiyi kəndin bələdiyyə fonduna aid olan 1,40 ha icarəyə payıbəlli torpaq sahəsi verilmişdir. Torpaq sahəsi verildikdən sonra Zərərçəkmiş şəxs1 ona torpağın sənədlərini rəsmiləşdirib ona verməyini istədiyindən o, Rafiqə sənədlərin hazır olması üçün 650 manat pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 ona pulu hissə-hissə göndərə biləcəyini demiş, o da Rafiqlə razılaşıb istifadəsində olan "xxxx" ASC-yə məxsus **********557892 saylı kart hesabının fotoşəklini “whatsapp ani danışıq sistemi” vasitəsilə Rafiqə göndərmişdir. xx.xx.2022-ci ildə Rafiq onun kart hesabına 150 manat, xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla ümumilikdə 650 manat pul göndərmişdir. O da həmin pulu alsa da, Rafiqin paybəlli torpağının sənədlərini hazır edə bilməcəyini bilmiş və buna görə hər dəfə sonuncuya müxtəlif vədlər verib aldatmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs1 onun barəsində şikayət etmişdir. Bundan başqa digər həmkəndlisi X3 1997-ci ildə dövlət tərəfindən Masallı rayonu Sərçuvar kəndində 1,40 ha pay torpaq sahəsi verilmişdir. 2023-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə Əlisgəndər İsgəndərov payıbəlli torpaq sahəsinin sənədlərini almaq üçün Bakı şəhəri Dövlət Arxiv İdarəsinə rəsmi müraciət etmişdir. X8 torpaq sahəsinin rəsmi sənədləri verilmişdir. Buna görə də Əlisgəndər həmin ərəflərdə onun yanına gedib sənədləri təqdim edərək çıxarış hazır etdirməyini ondan istəmişdir. O da Əlisgəndərə çıxarış verəcəyini vəd verib bunun müqabilində 300 manat pul istəmiş və həmin pulu yaşadıqları kənddə 2023-cü ilin avqust ayının ortalarında almışdır. Lakin, o, ona Əlisgəndərə də çıxarış hazır etdirə bilməyəciyini başa düşmüş, sadəcə olaraq pula hetiyacı olduğu üçün Əlisgəndəri aldadıb 300 manat pulunu ələ keçirmiş və hazıradək çıxarış düzəltdirməmişdir. Bundan başqa 2013-cü ildə Masallı rayonu Sirəbil kənd sakini Zərərçəkmiş şəxs2 bələdiyyə tərəfindən perspektiv 0,6 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin vaxt keçmiş bələdiyyə müavini işləmiş, X9 Əzizovaya verdiyi sənədlər əsasında bir mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Zərərçəkmiş şəxs2 2023-cü ilin sentyabr ayında yenidən bir mərtəbəli evinin ikinci mərtəbəsini inşa etməyə başladığı zaman yaşadığı kənd üzrə icra nümayəndəsi vəzifəsində işləyən X1 rayon icra hakimiyyətindən tikinti işləri aparmaq üçün icazə almağı izah etmişdir. Zərərçəkmiş şəxs2 əvvəlcə rayon icra hakimiyyətinə, sonra isə Masallı Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona torpağının ödəniş qəbzi olmadığı üçün əlində olan sənədlər etibarsız olması barədə məlumat verilmişdir. Bundan sonra Məlakənin əri Şahid və Zərərçəkmiş şəxs2 onun yanına gedib, torpaq sahəsinə çıxarış sənədini verməsini ondan xahiş etmişlər. Bu zaman o, Məlakənin əlində olan sənədlərə baxıb həmin sənədlər ilə tikinti apara bilməyəcəyini və yeni çıxarış almaq üçün 1450 manat pul lazım olduğunu bildirmiş və həmin pul müqabilində onlara çıxarış təqdim edəcəyinə dair söz vermişdir. Məlakə onunla razılaşmış və pulu hissə-hissə verə biləcəyini demişdir. O da Məlakə ilə razılaşmış və 2023-cü ilin oktyabr ayının əvvəllərində xidmət iş otağında Zərərçəkmiş şəxs2 əvvəlcə 250 manat, 2023-cü ilin noyabr ayının əvvəllərində yenə öz xidməti iş otağında 450 manat, 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı evin yanında 250 manat və 2023-cü ilin dekabr ayının ortalarında "xxxx" ASC-nin Masallı filialının qarşısında isə 500 manat olmaqla ümumilikdə 1450 pulu almışdır. Lakin, Zərərçəkmiş şəxs2 da verdiyi vədi yerinə yetirə bilməcəyini dərk etmiş və onu da adladıb pulunu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Buna görə də adlarını qeyd etdiyi şəxslər onun barəsində Masallı RPŞ-yə şikayət etmişlər. Sonda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilərək əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə ödədiyini, eyni zamanda dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini ödəyərək zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Masallı rayonu Sirəbil kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə o, müraciət etmişdir. 2013-cü ildə dövlət tərəfindən ailə üzvlərinə Masallı rayonu Sirəbil kəndində 0,6 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin ərəfələrdə həmin həyətyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikdirmiş və 2023-cü ilin sentyabr ayında həmin fərdi yaşayış evini artırmaq istədikdə yaşadığı kənd üzrə icra nümayəndəsi vəzifəsinə təyin edilmiş X5 fərdi yaşayış evini yenidən inşa edib iki mərtəbəli fərdi yaşayış evi tikmək üçün aidiyyəti üzrə Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatına müraciət etməyini və tikintiyə icazə almağı barədə onu məlumatlandırmışdır. Bu səbəbdən o, Masallı RİHBA-ya yaxınlaşıb müraciət etmiş və ona orada tanımadığı vəzifəli şəxs Masallı Asan Xidmət Mərkəzinə müraciət etməyi barədə izahlar vermişdir. Bundan sonra o, Masallı Asan Xidmət Mərkəzinə gedərək müraciətini bildirdikdə orada da ona torpaq sahəsinin çıxarışı olmadığını və bunun üçün yaşadığı ərazi üzrə təyin edilmiş bələdiyyə sədrinə müraciət etməyi barədə məlumat verilmişdir. Bu məqsədlə o, yaşadığı Sirəbil kəndi üzrə təyin edilmiş Bələdiyyə sədri Təqsirləndirilən şəxs yanına gedərək ona ümumi məlumat verib həyətyanı torpaq sahəsi üçün çıxarış verilməsində köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun təqdim etdiyi sənədlərə baxdıqdan sonra həyətyanı sahəsində əlavə tikinti apara bilməyəciyini və bunun həll olunması üçün ümumilikdə 1450 manat pul lazım olduğunu ona demişdir. O da Eynulla ilə razılaşmış, lakin, həmin məbləğin tam hazır olmadığını və hissə-hissə verə biləcəyini sonuncuya demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. O, da Eynullaya 2023-cü ilin oktyabr ayının əvvəllərində yaşadığı kənddə yerləşən icra nümayəndəliyində sonuncunun öz xidməti iş otağında 250 manat, 2023-cü ilin noyabr əvvəllərində yenə öz xidməti iş otağında 450 manat, 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı evin yanında 250 manat və 2023-cü ilin dekabr ayının ortalarında "xxxx" ASC-nin Masallı filialının qarşısında isə 500 manat olmaqla ümumilikdə 1450 manat pul vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs onu aldatdığını və verdiyi vədə əməl etməyərək pulunu ələ keçirdiyini görüb bu barədə əvvəlcə Masallı RHİBA-ya və sonra Masallı RPŞ-yə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. 1989-cu ildə Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə Masallı rayon İcra Başçısı tərəfindən ona 1,40 ha payıbəlli torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Masallı rayon Sərçuvar kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən ölçülüb sənədsiz şəkildə atası Cəbrayıl Bayramova təhvil verilmişdir. Həmin ildən o, torpaq sahəsində əkin işləri aparmağa başlamış, lakin, torpaq sahəsinin rəsmi sənədlərini Təqsirləndirilən şəxs təhvil ala bilməmişdir. xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında yaranmış söhbət zamanı sonuncu ona torpaq sahəsi üçün rəsmi sənəd hazırlamağa ümumilikdə 650 manat pul lazım olduğunu bildirmişdir. O da Eynulla ilə razılaşaraq pulu hissə-hissə verə biləcəyini demişdir. Eynulla da onunla razılaşmış və o, həmin gün saat 13:19-da ilkin olaraq Təqsirləndirilən şəxs ona “whatsapp ani danışıq sistemi” vasitəsilə göndərdiyi **********557892 saylı kart hesabına birbank tətbiqi vasitəsilə 150 manat, xx.xx.2023-cü ildə saat 10:01-də yenə həmin kart hesabına birbank tətbiqi vasitəsilə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 10:57-də yenə həmin kart hesabına birbank tətbiqi vasitəsilə 100 manat, xx.xx.2023-cü il tarixdə saat 13:17-də yenə həmin kart hesabına birbank tətbiqi vasitəsilə 200 manat olmaqla ümumilikdə 650 manat pul ödəmişdir. Lakin, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs hər dəfə müxtəlif vədlərlə onu aldadıb verdiyi pul müqabilində üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Buna görə də o, Masallı RPŞ-yə yaxınlaşıb Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram və ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək aylıq qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-5/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il müddətə islah işləri növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022ci il tarixdə həmin şöbəyə daxil olmuşdur. Məhkumun qeydiyyatdan keçməsi üçün müvafiq bildiriş göndərilmişdir. Lakin məhkum qeydiyyatdan keçməmişdir. Məhkum cəzadan yayındığı üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məcburi gətirilməsi müəyyən edilmişdir. Məhkum qeyd edilən hökm üzrə cəza çəkməmişdir. İş materiallarında olan Masallı RİHB-nın Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Eyvazov X6 rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Whatsapp” sosial şəbəkəri üzərindən alarılmış danışıqlara dair fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə 650 manat pul göndərməsini özündə əks etdirən “whatsapp” tətbiqində Eynulakend adlı istifadəçiyə elektron qəbzlər göndərilmiş və həmin istifadəçidən daxil olmuş "xxxx" ASC-yə məxsus **********557892 saylı plastik kartın fotoşəkilləri əks olunur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə verdikləri ərizələrdən görünür ki, törədilmiş cinayət əməli nəticəsində onlara dəymiş maddi ziyan tamamilə ödənilmişdir, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 525 manat ödəməklə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi dövlət büdcəsinə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 iyun 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, zərərçəkmiş şəxslərlə barışdığından (şikayət və tələbləri olmadığından), zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənildiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə proses iştirakçılarının ifadələrini və dövlət ittihamçısının təklifini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan əməl az ağır cinayətdir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək əməlindən peşman olmuş, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini qeyd edərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətmişdir. Buna görə də təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 525 manat ödənişin edilməsi qanuna müvafiqdir və onun cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 650 manat məbləğində pul göndərməsini özündə əks etdirən “whatsapp tətbiqində Eynulakend adlı istifadəçiyə göndərilmiş elektron qəbzlərin və həmin istifadəçidən daxil olmuş "xxxx" ASC-yə məxsus **********557892 saylı plastik kartın” əks olunduğu fotoşəkillərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “whatsapp tətbiqində Eynulakend adlı istifadəçiyə göndərilmiş elektron qəbzlərin və həmin istifadəçidən daxil olmuş "xxxx" ASC-yə məxsus **********557892 saylı plastik kartın” əks olunduğu fotoşəkillərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Qərar elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar