Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-195/2025 07.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2025-ci il tarixdə saat 01 radələrində Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən ağaclıq ərazidə tanışı Zərərçəkmiş şəxs və Şahid1 “Tiktok” sosial şəbəkəsində onun barəsində təhqiredici sözlər yaymasının səbəbini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yanında qızı Şahid1 olmasına əhəmiyyət verməyib sonuncunun gözləri qarşısında qəddarlıq nümayiş etdirirək xüsusi amansızlıqla üzərində olan istintaqa məlum olmayan ağac parçası ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağ qamış sümüyünün yuxarı 1/3-nin yerinidəyişən qapalı sınığı və sağ əlin əzilməsi ilə nəticələnən həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qonşuları ona zəng vurub qonşusu Zərərçəkmiş şəxs söyüş söydüyünü, ailə-uşağını təhqir etdiyini demişlər. Oda bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Lakin polis əməkdaşları ona məhəl qoymamışlar, dediklərinə gülmüşlər. Qoca arvaddır, gedib nə desin, xəstə qızı var, hətta Gəncə şəhərindən bir oğlan gəlib onlara çox əziyyət vermişdir, oğlanı kənddən çıxarmışlar. Sahə rəisinin yanına gedib onu söyməsi ilə bağlı demiş sahə rəisi onu məsxərəyə qoymuşdur. Əsəbli adamdır, psixi xəstədir. Günlərin birində Zərərçəkmiş şəxs yanına gedib “ay ana bunu sən niyə belə edirsən, ay başına dönüm nə istəyirsən” demişdir. Evinin əşayalarını apardıqlarını demişdir. Oda demişdir ki, “qurban olum sənə evini qoyub gedibsən, mən sənin pəncərələrini sındırmışamsa, pəncərələrinin pulunuda vermişəm”. Həmin günü Zərərçəkmiş şəxs balta götürüb üzərinə gəlmişdir ki, “sən oğlanı qovmusan”. Oda “ay ana özün qovmusan, oğlan qaçıb mən nə edim” demişdir. O da balta ilə üzərinə gəldiyini görüb bir daş götürüb pəncərəsinə vurmuşdur. Hadisə vaxtı əlində nar ağacı olmuşdur, Nazxanım həmin vaxt yerdə uzanmış, oda bir dəfə onu ayağından ağacla vurmuşdur. Nazxanım həmin vaxt hadisə yerində qalmış o, isə ordan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra X11 zəng vurmuşdur ki, “Zərərçəkmiş şəxs ağacla vurmuşam, əzilib gəlin”. Təcili yardım gələnə kimi bir nəfər oğlan Zərərçəkmiş şəxs maşınına qoyaraq aparmışdır. O, özüdə qalıb gözləmişdir. Təcili yardım gəlib soruşduğu zaman aparıldığını demişdir. Hətta özü təcili yardımın arxasıycan xəstəxanaya gəlmişdir. Həkimlər ona demişlər ki, “girmə səni gördü əsəbləşəcək”. Zərərçəkmiş şəxs və qızı Şənay 4 ay idiki evlərində yaşayırmışlar. Masallı rayonu Kosakül kəndi yolunda yol kənarında yerləşən ağaclıq ərazidə olan balaca bir tikilidə yaşamışlar, həmin tikilinin qapısı belə olmamış, qapısına pərdə vurmuşlar. Həmin günü o, mal bazarına qoyun aparan zaman onları orada görüb yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra “ay ana mal bazarına gedirəm bazardada mənə deyəcələr ki, sənin ailə uşağını tik-tokda söyürlər nə məsələdi, telefonu ver pozaq onu” demişdir. Telefonu vermişdir ona oda Şənaya bunu poz demiş Şənayda pozmuram deyib telefonu onu üzərinə atmışdır. Zərərçəkmiş şəxs həmin vaxt tikilinin qapısının yanında oturmuş, ayağı daşın üzərində olmuşdur. Oda bir dəfə əlində olan ağac parçası ilə Nazxanımı ayağından vurmuşdur. O, Nazxanımı vurduğu zaman Nazxanımın qızı Şənayda orada olmuş, Şənay heç yerindən belə durmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 5 ildir orada yaşayır, Bəylər həmişə onlara qarşı aqressiv hərəkətlər etmiş, pəncərələrini sındırmışdır. Nəyə söymüşdür onu. Polis onu evinə aparıb “çöllərdə qalma evində qal” demişdir. O, evinə getmiş, evində heç bir şeyin olmadığını görmüş, evin əşyalarının hamısını aparmış, evdə heç bir şey qalmayıb. Bu səbəbdən də, oda onu söyüb təhqir etmişdir. Daha sonra ona demişlər ki, Bəylər yenə onun başına hadisə gətirəcəkdir, qalmasın orda. Kimlərlə əlbirdir bilmir. 8 aydır o, parklarda yatır. Onun ayağınıda evinin əşyalarını aparması üstündə sındırıb. Uşağınıda didərgin salıb. Qızına demişdir ki, “gör sənin başına nə oyun gətirirəm”. Bir dəfə döyüb ağzını partladıb telefonu əlindən alıb verməmişdir. Qızı xəstə uşaqdır. Müalicə ilə güclə onu sağaltmışdır. Bu 5 il müddətində orada rahatlıqda yaşamamışdır, döyülə-döyülə, söyülə-söyülə. Onun ona heç bir pisliyi keçməmişdir. xx.xx.2025-ci il tarixdə Bəylər gecə saat bir tamamda gəlib onu vurmuşdur. Telefonunu istəmiş, oda telefonu vermişdir. Telefonu alandan sonra o, uzanmaq istəmiş, Bəylər onun ayağını çəkib “kubik”in (mişar daşının) üzərinə qoymuş ağacla qayağından vurmuşdur. Ağacla vurduqdan sonra qan fışqırmağa başlamışdır. Sonra Bəylər telefonuda götürüb çıxıb getmişdir. Bundan sonra qızına qonşunu çağırmasını demişdir. Qonşuda gəlib qızı ilə birlikdə köməkləşib onu xəstəxanaya aparmışdır. Həmin vaxtdan bu vaxta uşağının üzünə həsrətdir, uşağını görmür. Onu vurduqdan sonra ona heç bir köməklik göstərməmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyi, təqsirləndirilən şəxsə cəza verilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və qızı gəlib onun yaşadığı evin qarşısında olan rayon icra hakimiyyətinə məxsus qonaq evinin binasının həyətində yerləşən sanitar qovşağında qalmışlar. Yaşayış olmayan bir yerdir. Günlərin birində yay vaxtı təxminən gecə saat 01 ralərində qapılarının möhkəm döyüldüyünü görmüşdür. O, çölə çıxmış və Şənayı görmüşdür. Şənay ona “tez gel anam ölür” demişdir. Oda yaşadığı evdən çıxıb onların yaşadıqları yerə getmişdir. Ora çatdığı zaman Nazxanımın yerdə uzandığını, ayağının qan içində olduğunu görmüşdür. Avtomobili hadisə yerindən təxminən 150 metr aralıda yaşadığı evin qarşısında olduğu üçün və qeyd olunan ərazi kol-kos olduğundan Zərərçəkmiş şəxs birtəhər edib gələ biləcəyini soruşmuş, çünki özü belindən əməliyyat olunduğu üçün xanıma kömək edə bilmirdi. Nazxanım isə yox deyə cavab vermişdir. Oda Nazxanımın hərəkət edə bilmədiyini görmüşdür. Oda məcbur olub maşınını həmin əraziyə salmış, maşınıda həmin vaxt cızılmışdır. Sonra Nazxanım xanımı qucağına alıb maşına mindirib rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada xanımın rentgen müayinəsindən keçirildiyini belə gözləmişdir. Nazxanımdan nə baş verdiyini soruşduğu zaman isə ayağından vurduqlarını demişdir, lakin kimin vurduğunu bilməmişdir. Soruşduğu zaman öz problemlərinin olduğunu bildirib onu vuran şəxsin kim olduğunu deməmişlər. Qızıda xanımla birlikdə olmuşdur. Rentgen müayinəsindən sonra gecə saat 3 olduğundan ailə üzvlərinin nigaran olacağını düşünüb yaşadığı evə getmişdir. Müstəntiq onu çağırdığı zaman Zərərçəkmiş şəxs vuran şəxsin Bəylər olduğunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadıqları evdən qovulduqdan sonra Masallı rayonu Kosakül kəndində yol kənarında ağaclıq ərazidə yerləşən sahibsiz və köhnə tikilinin həyətində yerləşən sanitar qovşağında qalmağa başlamışlar. Hadisə günü Bəylər gecə saat 1-2 radələrində onların qaldıqları yerə gələrək anası Nazxanımın sağ ayağından özü ilə gətirdiyi nar ağacı ilə vuraraq ayağını sındırıb, sonra çıxıb getmişdir. Bəylər gedərkən mobil telefonunuda əlindən alıb özü ilə aparmışdır. Telefonu sonradan o, polis şöbəsindən götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X12 xx.xx.2025-ci il tarixli, 715 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qamış sümüyünün yuxarı 1/3-nin yerinidəyişən qapalı sınığı və sağ əlin əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ağac parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən 28 iyun 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 məxsus olan 01 ədəd Redmi markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, Şahid1 Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 qəbz verərək xx.xx.2025-ci il tarixdə ona məxsus “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsinin ona təhvil verildiyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Masallı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ağayev X8 şəhəri, R.Abbasov küçəsi, ev 68 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü X4, qızı xx.xx.2011-ci il təvəllüdlü X5, oğlu xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1- 60/2-1494/2025 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli 917 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3048 saylı ambulator məhkəmə psixiatriya ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 004304 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir və əlilliyi müddətsizdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmə protokollarından, habelə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması (Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə) tam sübuta yetirilir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-195/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-195/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver