Məhkəmə qərarları › İş №1(050)-198/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-198/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-198/2024 09.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1972-ci ildə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində Masallı rayonu, Qasımlı kəndində yaşadığı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranan ailə məişət zəminində baş vermiş mübahisə zamanı sonuncunun ona sprtli içki qəbul edib ailəsinin qayğıları ilə məşğul olmaması barədə iradlarını bildirməsi səbəbindən, Zərərçəkmiş şəxs sifət və bədənin müxtəlif nahiyələrindən qəsdən əli və təpiklə vuraraq ona alt dodağın sağ yarısının selikli qişasında əzilmiş yara və sol bazu nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş yekun protokolu üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə evlənərək birlikdə Masallı rayonu, Qasımlı kəndində yaşamağa başlamışlar. Birgə nikahdan iki uşaqları vardlr. Sprtli içki qəbul etdiyi üçün Məhluqə ilə aralarında müxtəlif vaxtlarda mübahisələri olmuşdur. 01 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində yaşadıqları evdə olarkən Məhluqədən nə üçün uşaqlara məktəb geyimi almamasını soruşduqda, sonuncu ona “Araq içmə, get işlə pul qazan uşaqlara geyim al, sən kişi olsaydın, arağa verdiyin pulu gedib evə ərzaq alardın” demişdir. Məhluqənin bu sözünə əsəbləşib sonuncunu əli ilə sifət, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamış, sonra Məhluqə ondan kənarlaşıb evin digər otağına keçmiş, o da evdən çıxıb getmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək etdiyi əməldən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənmiş və birgə nikahdan iki övladları vardır. Anarla yaşadığı müddət ərzində sonuncu hər gün sprtli içki qəbul etdiyi üçün aralarında müxtəlif vaxtlarda mübahisələri olmuşdur. 01 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində evdə olarkən Anar ondan nə üçün uşaqlara məktəb geyimi almamasını soruşduqda, o da Anara araq içməməsini, gedib işləyib pul qazanaraq uşaqlarına özünün geyim almasını bildirmişdir. Bu sözlərindən sonra Anar əli ilə sifətinə və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Anarın vurduğu zərbələrdən ağrı hiss edib yaşadığı evin digər otağına keşmiş, Anar isə evdən çıxıb getmişdir. Sonra o, qardaşı oğlu Rəhimə zəng edib onlara gəlməsini demiş, 2-3 dəqiqə sonra Rəhim onlara gəlmiş, həmin vaxt sonuncu ondan nə baş verdiyinin soruşmuş, o da Anar tərəfindən döyüldüyünü demişdir. Sonra Rəhimlə birlikdə xəstəxanaya getmiş, xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. 03 sentyabr 2024-cü il tarixdə Masallı rayon Polis Şöbəsinə gedərək Anar tərəfindən döyülməsi barədə şikayət etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Masallı MTE və PA şöbəsinin 03 sentyabr 2024-cü il tarixli, 747 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın sağ yarısının selikli qişasında əzilmiş yara və sol bazu nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aidir. İşin məhkəmə baxış iclası zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Zərərçəkmiş şəxs ilə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət, tələb və iddiası olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar