Məhkəmə qərarları › İş №1(050)-198/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-198/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-198/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis baş serjantı rütbəsində olmaqla Masallı rayon Polis şöbəsinin Əməliyyat rabitə qrupunun kiçik inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs arvadı Şahid1 dayandırılmış pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs özünə inandırıb, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq 26 iyul 2022-ci il tarixdə Masallı rayonu, Dəmirçi kənd qəbristanlığının qarşısında 2000 (iki min) manat, 10 avqust 2022-ci il tarixdə Masallı rayonu Sənaye məhəlləsinin qarşısında isə 2000 (iki min) manat pulu vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünü tam təqsirli bilir, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Törətdiyi əməldən peşmandır. Suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Əlizamin vasitəsi ilə tanış olmuşlar. Əlizamin həmin vaxt Masallı rayon Mərkəzi xəstəxanasında qeyri-rəsmi olaraq baş həkimin yanında işləmişdir. Əlizamin zərərçəkmiş şəxslə onu görüşdürmüş və o, zərərçəkmiş şəxslə işin həllini 3000 manata razılaşmışdır, lakin zərərçəkmiş şəxs kreditə pul götürüb faiz ödədiyi üçün 4000 manat ziyan tələb edir. Ancaq o, zərərçəkmiş şəxsdən cəmi 3000 manat pul almışdır. Belə ki, zərərçəkmiş şəxs birinci dəfə ona Dəmirçi qəbirstanlığında 1000 manat, ikinci dəfə Sənaye məhəlləsinin həyətində 500 manat, üçüncü dəfə İsgəndərli dairəsində 1500 manat pul vermişdir. O isə zərərçəkmiş şəxsə 264 manat, 500 manat və 500 manat olmaqla cəmi 1264 manat pul qaytarmış, 1736 manat pulu isə qaytarmamışdır. Lakin bu barədə müstəntiqə heçnə deməmişdir. Həmin vaxtdan çox müddət keçmişdir, həm də, zərərçəkmiş şəxs kreditə pul götürdüyü üçün faiz ödəyir, ona görə də, 4000 manat ziyanı tam olaraq qəbul edir. O, pulu zərərçəkmiş şəxsdən almış və həmin puldan Əlizaminə heç bir pul vəsaiti verməmişdir. Tibbi Sosial Ekspert Komissiyasına müraciət elektron qaydada aparıldığından pensiyanın bərpası üçün yalnız sənədlər əsasında elektron müraciət edəcəkdir. Ancaq həmin vaxt təqaüdün dəqiq bərpa olunacağını bilməmişdir, lakin ehtimal etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 09 yanvar 2021-ci ildə arvadı Şahid1 pensiyası dayandırıldığından əlilliyinin bərpa olunması üçün yenidən Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmək qərarına gəlmişlər. 2022-ci ilin iyul ayında əvvəllərində əlilliyinin bərpası üçün toplanmış sənədləri Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün Masallı rayon Mərkəzi xəstəxanasının həyətində olan zaman əvvəllər tanımadığı Əlizamin adlı şəxs yaxınlaşaraq TSEK komissiyasına müraciət etməyə zərurət olmadığını və tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə məsələni həll edə biləcəyini demişdir. O, razı olduğu üçün Əlizamin ona Amalın nömrəsini vermiş və özü Amal ilə danışaraq görüşmüşdür. Amal məsələni qısa müddətdə həll edəcəyini və pulu hissə-hissə verə biləcəyini demişdir. Həmin vaxt Amalın maşınında bir nəfər olmuşdur, zənn edir ki, həmin şəxs Əlizamin olmuşdur. İlk dəfə Amala Dəmirçi qəbirstanlığında 2000 manat pul vermişdir. Bundan 15-20 gün sonra Amal zəng edərək məsələnin həll olunduğunu bildirmiş və qalan 2000 manat pulu da, istəmişdir. Ona görə də, Amalın atası Səxavətə zəng edərək pulu ona, yoxsa Amala verməsini soruşmuşdur. Səxavət fərqi olmadığını, lakin pulu Amala versə yaxşı olacağını dediyi üçün Amal ilə Sənayə məhəlləsinin həyətində görüşərək ona 2000 manat pul vermişdir. Həmin günü Masallı İstisu sanatoriyasına gedərək Amalın atası Səxavətlə görüşmüş, Səxavət narahat olmamağını, məsələni həll edəcəyini demişdir. Bir müddət sonra Amala zəng etsə də, ona zəng çatmamışdır. Ona görə də, atasına zəng etmiş, atası isə şikayət etməməsi üçün onunla görüşüb pulu qaytarmaq istədiyini bildirmişdir. Səxavətlə Bədəlan kənd məscidinin həyətində görüşən zaman X1, pulu ona çatdıracağı üçün şikayət etməməsini xahiş etmişdir. X7 zəng edərək demişdir ki, “narahat olma işim belə gətirdi, iş tapmaq çətindi, ancaq işləyib sənin pulunu qaytaracam”. Səhv etmirsə 2024-cü ilin dekabr ayında Amal ona 264 manat pul göndərmişdir, sonra isə 500 manat pul vermişdir. 12 may 2025-ci il tarixdə Amalın pulu qaytarmadığını görüb prokurorluğa şikayət etmiş və cinayət işi başlanmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxsnın barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ildə pensiyası kəsilmişdir. Əri Zərərçəkmiş şəxs pensiyasını düzəltmək üçün 2022ci ildə Amal ilə tanış olmuşdur və Amal pensiyasını bərpa etdirəcəyini demişdir. Ona görə də, ərinə pensiyasını düzəltdirməsini demişdir. Bunun üçün əri kredit götürmüş və üstünü düzəldib 4000 manat pulu aparıb Amala vermişdir. Ancaq Amal pensiyanı düzəltməmişdir. Amal bir dəfə puldan 500 manat qaytarsa da, qalan pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, qeyd olunan məsələ barədə məlumatı olmamışdır. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ona zəng edərək arvadının pensiyasının dayandırıldığını və bərpa etmək üçün Amala hər dəfə 1500 manat olmaqla iki dəfəyə 3000 manat pul verdiyini demişdir. İşdə olarkən Yaşar onun yanına gəlmişdir, o, da narahat olmamasını, nə qədər pul veribsə qaytaracaqlarını demişdir. Yaşar ona bu məsələ barədə məlumat verdikdən sonra Amaldan soruşmuş və Amal həmin məsələni ona demişdir. X9 Rusiyadan 264 manat pul göndərmiş, daha sonra isə 500 manat pul vermişlər, lakin maddi cəhətdən çətinlik olduğu üçün qalan pulu qaytara bilməmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Masallı rayon mərkəzi xəstəxanasının həyətində olan zaman təsadüfən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs yanğın söndürmədə rəis işlədiyi vaxtdan tanımışdır, belə ki, qaynanası Yaşarın işçisi olmuşdur. O, xəstəxananın əvvəlki baş həkimi Eşqinlə dost olduğu üçün Yaşar özü ona yaxınlaşmışdır. Həmin vaxt Yaşar arvadı Şahid1 dayandırılmış pensiyasını yenidən bərpa etmək istədiyini demişdir. Yaşar arvadının xəstə olduğunu bildirdiyi üçün təmənnasız kömək etmək istəmişdir. Tanışı Təqsirləndirilən şəxs atası Şahid3 uzun müddət tibbi sosial ekspert komissiyasının sədri vəzifəsində işlədiyini bildiyi üçün kömək məqsədi ilə Amalın ona kömək edə biləcəyini demişdir. Yaşar razı olduğu üçün Yaşarla Amalı görüşdürmüş və onlar pensiyanın bərpa edilməsini 4000 manat məbləğində pula razılaşmışlar. Yaşar onun yanında Amala 1500 manat pul vermişdir. Sonradan bilmişdirki, Yaşar 4000 manat pulu Amala verməsinə baxmayaraq iş alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Diskə baxış keçirilməsi haqqında 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin diskdə 5 (beş) ədəd auidio yazı faylının olduğu müəyyən edilmiş, həmin fayllar bir-bir səsləndirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs 1-ci fayldakı danışığının onunla Zərərçəkmiş şəxs arasında baş tutduğunu, digər 4 fayldakı səs yazılarının Rusiya Federasiyasında olduğu dövrdə Whatsapp mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs göndərdiyi səslər olduğunu bildirmişdir. 1-ci səs yazı 28 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulu tələb etməsi, Təqsirləndirilən şəxs isə aralarında olan razılaşma ilə əlaqədar zəng edib danışıb imtina edəcəyini, Zərərçəkmiş şəxs isə imtinaya razı olaraq verdiyi pulun təcili olaraq geri qaytarmasını tələb etməsi məzmunundadır. 2, 3, 4-cü səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu geri qaytaracağına dair sözlər verdiyi, 5-ci səs yazıda isə Zərərçəkmiş şəxs işi olduğu, daha sonra zəng edəcəyini deməsi təsdiq olunur. Beləliklə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul verəcəyinin olması təsdiq olunmuşdur. - 26 iyul 2022-ci il tarixli, GTKR6031144A161 nömrəli kredit müqaviləsindən və həmin müqaviləyə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə "xxxx" ASC-nin Masallı rayon filialından 46 ay müddətində illik 21 faizlə 3450 manat kredit götürmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından daxil olmuş 26 avqust 2025-ci il tarixli, 3-17-1/2-201293/2025 nömrəli məktubundan görünür ki, Şahid1 (FİN: xxxxxxx) xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyin müddəti bitdiyi üçün pensiyasının ödənişi 31 may 2021-cicil tarixindən dayandırılmışdır. - Masallı rayon Polis şöbəsinin 26 oktyabr 2017-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2017-ci il tarixdən Masallı RPŞ-nin Təminat Hissəsinin polis nəfəri-sürücü vəzifəsinə təyin edilmişdir. - Masallı rayon Polis şöbəsinin 29 oktyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdən Masallı RPŞ-nin Təminat Hissəsinin polis nəfəri-sürücü vəzifəsindən azad olunub şöbənin Əməliyyat rabitə qrupunun kiçik inspektoru vəzifəsinə təyin edilmişdir. - Masallı rayon Polis şöbəsinin 18 avqust 2023-cü il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, şöbənin Əməliyyat rabitə qrupunun kiçik inspektoru Təqsirləndirilən şəxs öz arzusu ilə 18 avqust 2023-cü il tarixdə X3 xidmətdən xaric edilmişdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. - Masallı rayon prokurorluğunun böyük müstəntiqi Sulduz Məmmədovun 01 oktyabr 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi 1(bir) ədəd CD və onunla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı lentə alınmış video görüntüləri əks etdirən 1(bir) ədəd DVD disklər istintaq hərəkəti protokollarına əlavələr kimi cinayət işinin materiallarına əlavə edilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-147/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə X3 və onun struktur bölmələrində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 8 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş əsas cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il müddətə X3 və onun struktur bölmələrində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin 18 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm və hökmün icrası barədə göstəriş icra edilməsindən ötrü 17 noyabr 2025-cü il tarixdə icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1993-cü il Masallı rayonu Qızılavar anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - AZ-T seriyalı 076168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 fevral 2015-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X2 qeyd edilmişdir. - AZ-T seriyalı 076169 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İbadlı Amal oğlu 17 sentyabr 2016-cı ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X2 qeyd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 178.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini və öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə9 xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi 1(bir) ədəd CD və onunla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı lentə alınmış video görüntüləri əks etdirən 1(bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi 1(bir) ədəd CD və onunla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı lentə alınmış video görüntüləri əks etdirən 1(bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar